Məhkəmə qərarları › İş №1(010)-364/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-364/2025

19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-364/2025 19.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN:xxxxxxx, evli, himayəsində 3 azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, 01 noyabr 2024cü il tarixdə barəsində axtarış elan edilmiş, 29 noyabr 2024-cü il tarixdə tutulmuş, 30 noyabr 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda, aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmə ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə özünü dərman preparatlarının alqı-satqısı ilə məşğul olan nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs etibarından suiistifadə edərək onu dərman preparatlarının alqı-satqısı ilə əlaqədar öz biznes fəaliyyətini genişləndirmək üçün sərmayəyə ehtiyacı olduğuna inandırıb bu məqsədlə ona sərmayə qismində 12000 (on iki min) manat məbləğində pul vəsaiti verəcəyi təqdirdə həmin vəsaiti istədiyi vaxt geri qaytarmaq şərti ilə onun üçün aylıq 600-700 (altı yüz-yeddi yüz) manat məbləğində qazanc təşkil edəcəyinə dair yalandan vəd verib aldadaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla, 2023-cü ilin iyun ayında ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs əvvəlcə, 8000 (səkkiz min) manat pulunu, 25 iyul 2023-cü il tarixdə, ünvan 4 ünvanında Zərərçəkmiş şəxs qızı Şahid onun 4169 7388 6885 8311 nömrəli "xxxx" plastik kartına göndərdiyi 2000 (iki min) manat və 28 iyul 2023-cü il tarixdə ünvan 4 ünvanında Zərərçəkmiş şəxs onun 4169 7388 6885 8311 nömrəli "xxxx" plastik kartına göndərdiyi 2000 (iki min) manat pul vəsaitini ələ keçirərək Zərərçəkmiş şəxs, ümumilikdə 12000 (on iki min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur: Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tam təqsirli bilərək və ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, 2019-cu ildə şəxsi biznesini quraraq tibbi ləvazimatlar gətirərək satışı ilə məşğul olmuşdur. Həmin tibbi məhsulları "xxxx" şirkətindən müqavilə əsasında əldə edərək satışı ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs ilə göz xəstəxanasında işləyən tanışı vasitəsi ilə tanış olmuşdur. 2021-ci il tarixdə o, Zərərçəkmiş şəxs ilə tanış olmuş və sonuncu onun yanında işçi kimi işləmiş və sonra işi bacarmadığı üçün onun yanından ayrılmışdır. Biznes fəaliyyətini genişləndirmək üçün Zərərçəkmiş şəxs ilə razılaşmış və ondan ilkin olaraq 8000 manat pul istəmiş, həmin pulun qarşılığında ona 600 manat pul ödəmiş, 4 ay müddətində Zərərçəkmiş şəxs 600 manatdan 2400 manat pulu ödəmişdir. Sonra əlavə olaraq, Zərərçəkmiş şəxs 4000 manat pul istəmiş və ümumi olaraq 12000 manat pulun əvəzində Zərərçəkmiş şəxs aylıq 800 manat pul ödəməli idi. 2024-cü ilin mart ayında onun biznes fəaliyyəti özünü doğrultmamış, müflis olmuş və bu barədə Zərərçəkmiş şəxs məlumat vermişdir. Zərərçəkmiş şəxs onun müflis olmağını nəzərə almayaraq ona vermiş olduğu 12000 manat pulu ondan istəməyə başlamışdır. İlkin olaraq Zərərçəkmiş şəxs əlbəəl 8000 manat pul götürmüş və 4000 manat pulu Zərərçəkmiş şəxs iki dəfəyə onun 4169 7388 6885 8311 nömrəli bank kartına göndərmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, "xxxx" şirkəti ilə tibbi məhsulların alışı ilə bağlı müqaviləsi vardır, şirkətdən tibbi məhsulları aldıqdan sonra həmin məhsullar şirkətin anbarında saxlanılır, daha sonra isə apteklərə aparıb təhvil verirdi. Zərərçəkmiş şəxsə dəymiş ziyanın bir qismini ödəmişdir. 3000 manat müstəntiqə vermiş, müstəntiq zərərçəkmişə vermiş, daha sonra isə zərərəkmiş şəxsin kartına 1000 manat, 500 manat və 300 manat pul köçürmüşdür. Həmçinin, müstəntiq bildirmişdir ki, 3000 manat isə qazanc olaraq ödədiyi puldan çıxılmışdır. Lakin Elnarə xanım verdiyi ümumi 12000 manat məbləği hesablayır, aylıq verilmiş qazancları ümumi məbləğə daxil etmir. Ümumilikdə 8250 manat pul ödəmişdir. Məhkəmə istintaqı dövründə də mütəmadi olaraq ödənişlər həyata keçirmişdir. Əvvəllər müxtəlif firmalarda tibbi nüməyəndə kimi işləmiş, 3 il idi ki, fərdi olaraq məşğul olmuşdur. Zərərçəkmiş şəxs başqa digər şəxslərdən pul almamış, iş üçün bankdan kredit götürmüşdür. Zərərçəkmiş şəxs ona pulu verdikdən sonra təxminən bir il işləmiş, daha sonra isə işləyə bilməmişdir. Aldığı tibbi məhsulların qalanı məhv edilmişdir. Zərərçəkmiş şəxsə işin hər bir prosesi barədə məlumat vermişdir. Zərərçəkmiş şəxsə qazancı bəzən kart hesabına göndərmiş, bəzən isə əlbəəl vermişdir. Zərərçəkmiş şəxs ilk olaraq 8000 manatı Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsində ona vermiş, Elnarə xanımın pulu həmin ərazidə yaşayan qohumunda idi. O, pulu qohumundan götürüb, Əhməd Rəcəbli küçəsində ona vermişdir. Zərərçəkmiş şəxslə arasında qazancın necə veriləcəyi barədə şifahi razılıq olmuş, belə ki, ona 8000 pul verdikdə, aylıq 600 manat qazanc verəcəyini bildirmiş, Elnarə xanım da razılaşmışdır. Daha sonra isə yenidən 4000 manat əlavə pul vermiş və o da aylıq 800 manat qazanc vermişdir. Zərərçəkmiş şəxsə təxminən 7 ay, hər ay 800 manat qazanc vermişdir. Zərərçəkmiş şəxsə mütəmadi olaraq ödənişlər həyata keçirmiş, 12000 manat puldan cəmi 4050 manat vəsait qalmışdır. Sonda isə əməlindən peşman olmasını, qalan zərəri aybaay ödəyəcəyini və himayəsində 3 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsini tədqiq edərək hazırki ifadəsində göstərmişdir ki, iş barədə elanda öyrənmişdir ki, dərmanların satılmasında işçi lazımdır və həmin telefona zəng edərək elan vermiş Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin şəxsi əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs ona Suraxanı rayonunda yerləşən apteklərə dərmanların paylanmasında iş təklif etmişdir. Çünki o, həmin vaxt, təxminən 1 il bundan əvvəl, Suraxanı rayonunda kirayədə yaşamışdır. 1-2 ay apteklərə dərman paylamaqla işləmişdir. Tovuz rayonunda olan torpağını 12000 manata satmış və bu barədə Təqsirləndirilən şəxs demişdir. Təqsirləndirilən şəxs ona həmin pulu verməsini və həmin pula dərmanlar alıb apteklərə paylayacağını və pulu dövriyyədə olaraq, əlavə ayda 600-700 manat pul qazanacağını demişdir. Bildirmişdir ki, həmin pulu geriyə istəsə, ona 1 ay əvvəl desin, onun pulunu tam olaraq özünə qaytaracaqdır. Təqsirləndirilən şəxs ilə razılaşmış və təxminən 2023-cü ilin iyun ayında, tarix yadında qalmamış, yaşadığı Bakı şəhəri, Suruxam rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, ev 13-ün qarşısında Təqsirləndirilən şəxs nəğd şəkildə 8000 (səkkiz min) manat pul vermişdir. Təqsirləndirilən şəxs ona yenə demişdir ki, həmin pula dərman alıb satacaq və pul qazanacaqdır. Müşfiq ona demişdir ki, o, 12000 manat pulun qalan hissəsini də versin ki, ona daha çox qazanc versin. Təxminən 1 ay sonra, təxminən 2023-cü ilin iyul ayında o, yaşadığı həmin ünvanda, yəni Suruxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, ev 13, mənzil 44-də olarkən, Təqsirləndirilən şəxs "xxxx"a aid bank hesabına qızı Şahid adına olan «Leobank»a aid kart hesabından və özünün adına olan həmin banka aid kart hesabından onlayn qaydada əvvəl 2000, sonra da 2000 manat, yəni ümumilikdə 4000 (dörd min) manat pul köçürmüşdür. Həmin pullar ona məxus olmuş, lakin pulları qardaşı Ceyhunun kart hesabında saxlamışdır. Həmin vaxt ona Təqsirləndirilən şəxs kart hesabına pul köçürmək lazım olduğu üçün qardaşı Ceyhun öz kart hesabından ona məxsus 2000 manat pulu qızının bank kartına, 2000 manatı da onun bank kartına köçürmüş və həmin pulları onlar yuxarıda göstərdiyi kimi Təqsirləndirilən şəxs kart hesabına köçürmüşlər. Artıq işdən çıxmışdır. Növbəti ayda o, Təqsirləndirilən şəxs qazanc istəyəndə Təqsirləndirilən şəxs ona hissə-hissə, 100-200 manat, ayın sonuna qədər 600 manat pul vermişdir. Növbəti ayda o, artıq Təqsirləndirilən şəxs verdiyi 12000 manatı geri istəmiş, Müşfiq gələn ay ona pulunu qaytaracağını demişdir. Bu 2024cü ilin mart ayına qədər davam etmiş, 2024-cü ilin aprel ayında o, görmüşdür ki, Müşfiq onun pulunu qaytarmaqdan imtina edir. Təqsirləndirilən şəxs pulunu təkidlə istəməyə başlamışdır. Daha sonra Müşfiqə zəng etmiş, «Whatsapp» tətbiqi vasitəsi ilə SMS yazmış, lakin Təqsirləndirilən şəxs onun nömrəsini bloklanmaya yerləşdirdiyi üçün onun SMS-i çatmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin tibbi məhsulların satışı ilə məşğul olduğunu bilirdi. İlk olaraq, onunla birlikdə işləmiş, Müşfiq ona demişdir ki, apteklərə gedərək müəyyən dərmanları istəməli, həmin dərmanlar olmadıqda isə əlaqə nömrəsi və 3-4 manat beh versin. Təqsirləndirilən şəxs ona təxminən 7-8 ay, aylıq 500-600 manat gəlir vermişdir. Qazancı 2024-cü ilin mart ayınadək vermişdir. Ona dəymiş ziyan qismən ödənilmiş, 3000 manat müstəntiq vasitəsi ilə verilmiş, 1000 manat, 500 manat, 450 manat və 350 manatı isə Müşfiq onun kartına atmış, həmçinin məhkəmə istintaqı dövründə də davamlı ödənişlər etmişdir. Təqsirləndirilən şəxsə 8000 manatı yaşadığı evin yaxınlığında əlbəəl vermiş, 4000 manatı isə iki dəfə olmaqla, kart hesabına göndərmişdir. 4000 manatı ilk dəfə pulu verdikdən təxminən 3-4 ay sonra vermişdir. İkinci dəfə pulu verənədək hər ay təxminən 500-600 manat qazanc vermişdir. Dəymiş zərərin tam ödənilməsini xahiş edir. Təqsirləndirilən şəxs tərəfindən mütəmadi olaraq ödənişlər həyata keçirilmiş, 12000 manat puldan 4050 manat borc qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs anasının iş yoldaşı olaraq tanımışdır. Təqsirləndirilən şəxs anasının Tovuz rayonunda olan torpağını satdığını bilirdi. Təqsirləndirilən şəxs anasına həmin pulu verməsini, pulla dərmanlar alıb apteklərə paylayacağını və pulu dövriyyədə olaraq əlavə, ayda 800 manat pul qazanacağını demişdir. Anası da Təqsirləndirilən şəxs ilə razılaşmış və ona pulu vermişdir. İlkin olaraq nə qədər pul verdiyini dəqiq bilmir. Lakin daha sonra torpağın qalan pulunu tam olaraq köçürmə edə bilmədiyinə görə, dayısı pulun bir hissəsini onun kartına, bir hissəsini isə anasının kartına göndərmişdir. O, da öz kartında olan 2000 manat pulu Təqsirləndirilən şəxs kartına göndərmiş, daha sonra da anası öz kartında olan pulu Təqsirləndirilən şəxs kartına göndərmişdir. Təqsirləndirilən şəxs bir müddət sonra müxtəlif bəhanələr edərək, 300-400 manat qazanc verməyə başlamış, sonra isə ümumən qazanc verməmiş, bir neçə ay keçdikdən sonra da anası polisə şikayət etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslə anası necə tanış olub dəqiq bilmir, bir müddət birlikdə işləmişlər, onu anasının iş yoldaşı olaraq tanımışdır. Təqsirləndirilən şəxs aylıq olaraq 800 manat pul verəcəyini bildirmiş, lakin 300-400 manat pul vermiş və pulun verilməsini sonradan gecikdirmişdir. Zərərçəkmiş şəxsə yəni anasına dəymiş ziyan qismən ödənilmişdir. Anasının təqsirləndirilən şəxsə pulu hansı tarixdə və ilk olaraq necə verdiyini dəqiq bilmir. Lakin 2000 manatı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, ev 13, mənzil 44 ünvanında yaşadığı evdə olan zaman ona məxsus bank kartından Təqsirləndirilən şəxs bank kartına göndərmişdir. Belə ki, dayısı pulu onun kartına göndərdikdən sonra, o da həmin pulu təqsirləndirilən şəxsin kartına göndərmişdir. Təqsirləndirilən şəxslə görüşməmiş və ya mobil telefon vasitəsi ilə əlaqə saxlamamış, onu ilk dəfə məhkəmə iclasında görmüşdür. Anasının mobil telefon nömrəsini blokladığı üçün, o, öz mobil telefon nömrəsindən ona bir neçə dəfə zəng etmişdir. Təqsirləndirilən şəxsə pulu göndərən zaman anası ilə münasibətləri normal idi, lakin pulu verməyi gecikdirməyə başlayandan sonra aralarında problem yaranmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: 02 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-in 178.2.4cü maddəsi ilə HK-1-177 saylı material üzrə fakta görə başlanılmış və icraata qəbul edilmişdir. (iş.v. 1) 07 may 2024-cü il tarixli, HK2-741 saylı raportdan görünür ki, həmin tarixdə, saat 15:26 radələrində Yeni Günəşli qəsəbəsi, V massivində yaşayan Zərərçəkmiş şəxs DİN-in 102 zəng xidməti mərkəzinə zəng edərək Müşfiq adlı şəxsə 12000 manat pul verməsini, lakin pulu geri ala bilməməsi barədə məlumat vermişdir. (iş.v. 6) 07 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən Suraxanı RPİ-nin 33-cü polis bölməsinə ünvanlanmış ərizədən görünür ki, tanıdığı şəxs ondan borc olaraq pul istəmişdir. Torpaq sahəsini satmış, 9000 manatını isə həmin Müşfiq adlı şəxsə vermişdir. Bir müddət keçdikdən sonra, 3000 manat vəsaiti isə kart hesabına atmışdır. 4 aydır ki, pulunu qaytarmır. Həmin şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. (iş.v.7) 08 oktyabr 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 39) 08 oktyabr 2024-cü il tarixli, “təqdim etmə və götürmə barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs “Unibank”a aid olan "Leobank” plastik kartı üzrə çıxarışı təqdim etmişdir. Odur ki, istintaq zərurəti ilə əlaqədar Zərərçəkmiş şəxs “Unibank”a aid olan “Leobank” plastik kartı üzrə çıxarış müstəntiq tərəfindən götürülmüşdür. (iş.v. 49) Zərərçəkmiş şəxs təqdim etdiyi adına olan “Unibank”a məxsus “Leobank” plastik kartı üzrə çıxarışdan görünür ki, 25 iyul 2023-cü il tarixdə, həmin karta “Jeyhun H.” adlı plastik kartının sahibindən 2000 manat pul göndərilmiş və həmin tarixdə 2000 manat pul Təqsirləndirilən şəxs məxsus 4169 7388 6885 8311 nömrəli platik kartına göndərilmişdir. (iş.v. 50-55) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 5(010)-783/205 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" ASC-nə aid 416973****8311 nömrəli kart hesabının kimin adına olması (tam anket məlumatların göstərilməsi ilə), həmin kart hesabına qeyd olunan 40****6560 saylı və 40****8856 Leobank kart hesablarından 25 iyul 2023-cü il tarixdə hansı məbləğdə pul vəsaitlərinin köçürülməsi barədə məlumatların "xxxx" ASC-dən götürülməsi qərar alınmışdır. (iş.v. 68) Təqsirləndirilən şəxs "xxxx" a məxsus 4169 7388 6885 8311 nömrəli plastik kartının çıxarışından görünür ki, 23 iyul 2023-cü il tarixdə, həmin karta 2000 manat pul iki dəfə olmaqla, yəni cəmi 4000 manat pul “Leobank” plastik kartından göndərilmişdir. (İŞ.V. 69- 78) Zərərçəkmiş şəxs tərəfindən verilmiş 29 noyabr 2024-cü il tarixli, iltizamdan görünür ki, ondan 12000 manat pul almış Təqsirləndirilən şəxs tərəfindən ona ibtidai istintaq zamanı 3000 manat məbləğində pul ödənilmişdir. (iş.v. 108) 01 may 2025-ci il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha təsdiq etmiş və bu barədə müvafiq protokol tərtib olunaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (iş.v. 120-122) 01 may 2025-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs hadisə yerini əyani olaraq göstərməklə bir daha təsdiq etmiş, 01 may 2025ci il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun zərərçəkmiş şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. (iş.v. 123-126) 02 may 2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 noyabr 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham və 30 noyabr 2024-cü il tarixdə barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Zərərçəkmiş şəxs məxsus “Unibank”a aid olan "Leobank” plastik kartı üzrə və Təqsirləndirilən şəxs məxsus 4169 7388 6885 8311 nömrəli "xxxx" plastik kartı üzrə çıxarışlar sübut növü kimi tanınmışdır. İş üzrə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş 12000 manat maddi ziyandan 6000 manat pulun ödənilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs barəsində təkrarlıq əlaməti ilə dələduzluq, yəni Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs əməlində CM-in 179-cu maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (iş.v. 127-133) 07 oktyabr 2021-ci il tarixli, marketinq xidmətlərinin göstərilməsinə dair müqavilədən görünür ki, "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında marketinq xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanmışdır. Müqavilənin predmeti ondan ibarət olmuşdur ki, sifarişçinin mallarının bazara yeni çıxarılması ilə əlaqədar İcraçı Müqavilənin qüvvədə olduğu müddətdə İcraçının Malların realizasiyası həyata keçirilən yerlərində Mallara dair ümumi marketinq xidmətləri göstərir, Sifarişçi isə göstərilmiş xidmətlərin dəyərini bu Müqavilənin şərtlərinə müvafiq olaraq İcraçıya ödəyir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məxsus 40****6560 saylı bank kartından çıxarışdan, həmçinin qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 14 aprel 2025-ci il tarixdə 1000 manat, 27 aprel 2025-ci il tarixdə 500 manat, 12 may 2025-ci il tarixdə 400 manat, 10 iyun 2025-ci il tarixdə 350 manat, 11 iyul 2025-ci il tarixdə 300 manat, 12 avqust 2025-ci il tarixdə 400 manat, 30 avqust 2025-ci il tarixdə 500 manat, 23 sentyabr 2025-ci il tarixdə 500 manat, 14 oktyabr 2025-ci il tarixdə 500 manat, 18 noyabr 2025-ci il tarixdə 500 manat olmaqla, 4950 manat ödəniş, Zərərçəkmiş şəxs tərəfindən verilmiş 29 noyabr 2024-cü il tarixli, iltizamdan da görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona ibtidai istintaq zamanı 3000 manat məbləğində pul ödənilmişdir. Odur ki 12000 manat puldan ümumilikdə 7950 manat ödəniş həyata həyata keçirilmişdir. 01 noyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. 01 noyabr 2024-cü il tarixli qərarla barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 noyabr 2024-cü il tarix, saat 16:55-də tutulmuş, həmin tarixli qərarla, cinayət işi üzrə icraat təzələnmişdir. 30 noyabr 2024-cü il tarixli qərarla Suraxanı RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 79, 81, 83, 87, 89, 109) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, sorğulara alınmış cavabları, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmə niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş kifayət qədər mötəbər sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs işçisi kimi tanıdıqdan sonra sonuncunun rayonda olan torpaq sahəsini satmasını bilib 12000 manat pul əldə etməsindən məlumatlı olduqdan sonra həmin pulun əsasında dərman preparatlarının alqı-satqısı işi ilə məşğul olub biznes fəaliyyəti qurmaqla yaxşı gəlir əldə edəcəyi vədi ilə Zərərçəkmiş şəxs aldadaraq 12000 manat pulunu ələ kieçirmişdir. Sonradan isə Bion Medical MMC-dən əldə edilmiş dərman preparatlarının harada olması, harada saxlanılması barədə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş, onun cinayət əməli kifayət qədər toplanmış mötəbər sübutlarla təsdiq olunmuşdur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. X3 29-cu bəndinə əsasən CPM-in 353.2-ci maddəsinə əsasən ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxsin və şahidin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, verilmiş sorğualara cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Beləliklə məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə özünü dərman preparatlarının alqı-satqısı ilə məşğul olan nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onu dərman preparatlarının alqı-satqısı ilə əlaqədar öz biznes fəaliyyətini genişləndirmək üçün sərmayəyə ehtiyacı olduğuna inandırıb bu məqsədlə ona satmış olduğu torpaq sahəsinin əvəzində aldığı 12000 manat pulun hamısını sərmayə qismində biznes fəaliyətinə qoyacağı halda həmin vəsaiti istədiyi vaxt geri qaytarmaq şərti ilə onun üçün aylıq 600-700 (altı yüz-yeddi yüz) manat məbləğində qazanc təşkil edəcəyinə dair yalandan vəd verib aldadaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissəhissə olmaqla, 2023-cü ilin iyun ayında ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs əvvəlcə, 8000 (səkkiz min) manat pulunu, 25 iyul 2023-cü il tarixdə, ünvan 4 ünvanında Zərərçəkmiş şəxs qızı Şahid onun 4169 7388 6885 8311 nömrəli "xxxx" plastik kartına göndərdiyi 2000 (iki min) manat və 28 iyul 2023-cü il tarixdə ünvan 4 ünvanında Zərərçəkmiş şəxs onun 4169 7388 6885 8311 nömrəli "xxxx" plastik kartına göndərdiyi 2000 (iki min) manat pul vəsaitini ələ keçirərək Zərərçəkmiş şəxs, müəyyən vaxtlarda aylıq biznes fəaliyyətindən əldə edilmiş qazanc kimi göstərməklə bir neçə ay pul verdikdən sonra qazanc verilməsini dayandırmış və ona verilmiş 12000 manat pulu verməyərək ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarına əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs özünü qeyd olunan ittihamla bağlı tam təqsirli bilmiş, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəmiş, yəni ümumilikdə 7950 manat ödəniş həyata keçirmiş, ümumi məbləğdən isə 4050 manat ödəniş qalmış, qalan ödənişləri də aybaay həyata keçirəcəyini bildirmiş, lakin barışıq əldə edilməmişdir. Ona görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş məhkumluqla bağlı tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş.v. 60) Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olması və zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsi CM-nin 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunan tövsiyələrdə ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Zərərçəkmiş şəxs məxsus “Unibank”a aid olan “Leobank” plastik kartı üzrə və Təqsirləndirilən şəxs məxsus 4169 7388 6885 8311 nömrəli "xxxx" plastik kartı üzrə çıxarışların iş üzrə maddi sübut kimi tanınması və cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalı, iş üzrə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş 12000 manat maddi ziyandan ibtidai istintaq və məhkəmə istintaqı dövründə edilmiş ödənişlərlə bağlı müvafiq qəbzlərin iş materiallarına əlavə edilməsi nəzərə alınmalı, zərərçəkmiş şəxsə cinayət əməli nəticəsində ona dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 iş saatı üçün 220 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 29 noyabr 2024-cü il tarixdən 30 noyabr 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs məxsus “Unibank”a aid olan “Leobank” plastik kartı üzrə və Təqsirləndirilən şəxs məxsus 4169 7388 6885 8311 nömrəli "xxxx" plastik kartı üzrə çıxarışların iş üzrə maddi sübut kimi tanınması və cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş 12000 manat maddi ziyandan ibtidai istintaq və məhkəmə istintaqı dövründə edilmiş ödənişlərlə bağlı müvafiq qəbzlərin iş materiallarına əlavə edilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxsə cinayət əməli nəticəsində ona dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Müdafiəçi Təqsirləndirilən şəxsnın hüquqlarının müdafiəsinə sərf etdiyi 20 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 220 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ40 **********12327214, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar