Məhkəmə qərarları › İş №1(010)-365/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-365/2021

21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-365/2021 21.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 1,040 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış və 14.08.2021 -ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhər Suraxanı RPİ-nin PPXB-nün polis nəfərləri, polis serjantları Şahid1, X3 və Şahid2 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 2-ci yeraltı kanal tunelin yaxınlığında olan su çənlələrin arxasında narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli bilinərək və saxlanılaraq, Bakı şəhər Suraxanı RPİ-nin 31-ci PB-yə gətirilib, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan boz rəngli şalvarın sağ cibindən siqaretin gümüşü kağızına bükülmüş 01 ədəd bükümdə həmin narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində özünü təqsirli bilərək göstərmişdir ki, o, 14.08.2021-ci il tarixdə, saat 15:00-da Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 2-ci yeraltı kanal tunelin yanında olan zaman, polis formasında şəxslər ona yaxınlaşaraq, özlərini təqdim edib, narkotik vasitələrin gəzidirilməsində və saxlanmasında şübhəli olduğunu deyərək, onu Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-yə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyib razılaşaraq, onlarla birlikdə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci polis bölməsinə gəlmişdir. Orada olan zaman ona hüquq və vəzifələri izah olunmuş, sonra isə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilərkən, vəkilin iştirakından imtina etmək barədə ərizə yazmışdır. Bundan sonra videoçəkilişlə onun üzərində axtarış keçirilmişdir. Axtarış zamanı ona üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmamış hər hansı bir əşya və ya predmet varsa, onu təqdim etmək təklif olunmuşdur. O, etiraz etməyərək, əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin narkotik vasitə olan heroini o, 14.08.2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən on manata alaraq, öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra həmin 01 ədəd büküm polis əməkdaşı tərəfindən götürülərək zərfə qoyulub qablaşdırılmış, həmin zərf və tərtib edilmiş protokol onun və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra onun üzərində axtarış həyata keçirilmiş və hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2019-cu il tarixdən DİO-da və hal-hazırda Bakı şəhəri Suraxanı RPİ-nin PPXB-də polis nəfəri vəzifəsində xidmət edir və polis serjantı xüsusi rütbəsindədir. 14 avqust 2021-ci il tarixdə, saat 15 radələrində o, Bakı şəhəri Suraxanı RPİ-nin PPXB-nün polis nəfərləri, polis serjantları Şahid2 və X3 ilə birlikdə avtopatrulla təhkim edilmiş ərazidə xidmət apardıqları zaman, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 2-ci yeraltı kanal tunelin yanında olan su çənlələrin arxasında sonradan şəxsiyyəti müəyyən edilən Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və saxlanılmasında özünü şübhəli apardığı üçün saxlanılaraq, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə aparıb təhvil vermişlər. Şəxs bölmənin əməkdaşlarına təqdim edildikdən sonra sonra xidməti iş otaqlarının birində sonunjunun üzərində videoçəkilişlə şəxsi axtarış aparılarkən, Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunan əşya və ya predrnet varsa, onun təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ cibindən bir ədəd bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisindəki heroin adlanan narkotik vasitədir. Həmin narkotik vasitəni haradan, nə vaxt və hansı yolla əldə etməsi barədə soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi heroin adlanan narkotik vasitəni həmin gün Bakı şəhəri Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün almış, lakin istifadə etməyə imkan tapmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitəyə bənzər maddə olan büküm götürülərək, kağız zərfdə qablaşdırılmış, möhür ilə möhürlənmiş və bütün iştirakçılar tərəfindən imza edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin həmin şəxsdə digər heç bir qanunsuz əmlak aşkar olunmamışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanıldığı, həmçinin Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci böiməsində olduğu, şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman, sonunjuya qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində qeyd etdiklərini təsdiq edərək, eyni məzmunlu ifadə vermişlər. İş materiallarından müəyyən olunur ki, 14 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq, Bakı şəhəri Bakı şəhəri Nizami RPİnin MSY-yə yerləşdirilmişdir. İş materiallarında olan qərardan müəyyən olunur ki, 16 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş və o, Bakı şəhəri Nizami RPİ-nin MSY-dən dərhal azad olunmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 15 avqust 2021-ci il tarixli 6/3512 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar yəyn №195” dairəvi möhür əksi olan, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1.040 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 15.10.2021-ci il tarixli 3968 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsində məhkum olunması barədə məlumat yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi uzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq jinayət əməli törətdiyini, törətdiyi jinayət əməlini etiraf etdiyini cəzanını yüngülləşdirən hal kimi qeyd edir, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və Azərbaycan Respublikası CM-in 93.1.4-cü maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin Növbətçi hissəsinə təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,990 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 14.08.2021-ci il tarixdən 16.08.2021-ci il tarixədək tutuldugu 02 gün müddəti azadlıqdan məhrum etmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu vaxtdan, yəni 21 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,990 qram qalmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 65 (altmış beş manat) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar