Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-366/2022 13.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx"MMC-nin nümayəndəsi X4, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X5 nömrəsiz evdə qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü, 180.2.2-ci və 180.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2021-ci il tarixdə, saat 15 radələrində Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan qəsəbəsi, Südçülük Sovxozunda nömrəsiz ünvanda yerləşən, Zərərçəkmiş şəxs2 məxsus evin saxlanc yeri hesab edilən zirzəmisinə qanunsuz daxil olaraq, həmin yerdə saxlanılmış 5 dəst, hər dəstin dəyəri təxminən 154 manat, cəmi 770 manat dəyərində qazan dəstlərini, hər birinin dəyəri 100 manat olmaqla, ümumi dəyərləri 200 manat 2 ədəd “Sonifer” markalı elektrik somavarlarını, bir ədəd dəyəri 120 manat olan 7,7 litr su tutumlu od samovarını, 5 dəst hər birinin dəyəri 114 manat olan ümumi dəyərləri 570 manat olan qab servis dəstlərini, bir dəst 80 manat dəyərində podnos dəstini, hər birinin dəyəri 15 manat olmaqla, ümumi dəyərləri 75 manat olan 5 dəst meyvə qabı dəstlərini, 1 ədəd 60 manat dəyərində alüminium qazanını, hər birinin dəyəri 45 manat olan cəmi 90 manat dəyərində 2 ədəd tort qabı dəstini, hər birinin dəyəri 90 manat olmaqla cəmi 180 manat dəyərində 2 ədəd qaşıq dəstini, 35 manat dəyərində 1 ədəd qaz peçini, hər birinin dəyəri 20 manat olmaqla, cəmi 40 manat dəyərində 2 ədəd xrustal su qablarını, 100 manat dəyərində 1 ədəd şirəçəkən aparatını, 50 manat dəyərində 1 ədəd elektrik manqalını, hər birinin dəyəri 60 manat olmaqla cəmi 120 manat dəyərində 2 ədəd çaynik servisini, hər metrinin qiyməti 1,5 manat olan cəmi 150 manat dəyərində 100 metr mis elektrik kabelini, hər birinin dəyəri 35 manat olmaqla cəmi 70 manat dəyərində 2 ədəd elektrik ütüsünü, hər birinin dəyəri 60 manat olmaqla cəmin 120 manat dəyərində 2 ədəd blenderi, 1 ədəd “Quicks” markalı 90 manat dəyərində tozsoranı, 1 ədəd 45 manat dəyərində balıqbişirən tosteri, hər birinin dəyəri 150 manat olmaqla cəmi 300 manat dəyərində 2 ədəd yemək dəstini gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs2 ümumilikdə 3265 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə, gecə saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda nömrəsiz evin həyətində inşa edilmiş, Zərərçəkmiş şəxs1 Sərhədəli oğluna məxsus gözəllik salonunun qapısını itələyib açmaqla qanunsuz daxil olaraq, oradan 1 ədəd “Philips” markalı, 160 manat dəyərində saç qurudan feni, 2 ədəd “Braun” markalı hər birinin qiyməti 50 manat olmaqla, ümumilikdə 100 manat dəyərində saç ütülərini, 2 ədəd “Faberlic” markalı hər birinin qiyməti 7 manat olmaqla cəmi 14 manat dəyərində saç şampunlarını, 15 ədəd “Macsys” markalı hər birinin qiyməti 7 manat olmaqla, cəmi 105 manat dəyərində saç üçün rəngləri, 70 manat qiymətində 48 predmetdən ibarət boşqab dəstini, 2 ədəd hər birinin qiyməti 4,5 manat olmaqla cəmi 9 manat dəyərində “Faberlic” markalı saç balzamlarını, 2 ədəd hər birinin qiyməti 7 manat olmaqla, cəmi 14 manat dəyərində “Faberlic” markalı qab şampunlarını, 2 ədəd hər birinin qiyməti 5,5 manat olmaqla cəmi 11 manat dəyərində “Faberlic” markalı yağ çıxaran şampunları, 70 manat nağd pulu və 50 manat dəyərində bir cüt gümüş sırğanı gizli olaraq talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs1 Sərhədəli oğluna 603 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 20 radələrində "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən 29 saylı Zərərçəkmiş şəxs4 ərzaq mağazasına giriş-çıxış qapısından müştəri qismində daxil olduqdan sonra mağazadakı kassa aparatı arxasında kassirin olmamasından istifadə edərək, kassa aparatına yaxınlaşıb saxlanc yeri hesab edilən kassa aparatının daxılından 940 manat pulu talayıb uzaqlaşarkən, ticarət zalında olan kassir Şahid2 kassaya kənar müdaxilə olduğunu başa düşüb qışqırdığını eşidib qaçaraq, mağazadan küçəyə çıxmış, kassir Şahid2 onun ardınca qaçdığını və onu saxlamağa çalışdığını görüb qaçaraq uzaqlaşmaqla, zərərçəkmiş hüquqi şəxsin 940 manat pulunu açıq talayıb "xxxx" MMC-yə həmin məbləğdə ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda nömrəsiz ünvanda yerləşən, Zərərçəkmiş şəxs3 məxsus evin plastik materialdan hazırlanmış pəncərəsini əli ilə itələyib açmaqla mənzilə qanunsuz olaraq, daxil olub qonaq otağındakı bir ədəd “Shivaki” markalı televizoru gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs3 500 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-cü, 180.2.2-ci və 180.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 177.2.2ci, 177.2.3-cü, 180.2.2-ci və 180.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, xx.xx.2021-ci il tarixdə, saat 15 radələrində Suraxanı rayonu, Binə qəsəbəsi, X5 küçə ilə getdiyi zaman evlərdən birinin həyətin giriş-çıxış qapısının açıq olduğunu görüb, həmin evdən oğurluq etmək qərarına gələrək, həyətədə daxil olmuşdur. Həyətdəki evin qapısını döyüb, cavab gəlmədiyindən, evdə kimsənin olmadığına əmin olaraq, həyətdən oğurlayaraq satıb pul əldə edə biləcəyi hər hansı bir əşya axtarmağa başlamışdır. Bu zaman evin giriş qapısının yanında evin zirzəmisinə giriş olduğunu görmüşdür. Zirzəminin taxtadan olan qapısı açıq olduğundan içərərisinə baxdıqda, orada bəzi əşyaların olduğunu görərək, içəri daxil olmuşdur. Bundan sonra zirzəmidə olan 5 dəst qazan dəstlərini, 2 ədəd elektrik samovarlarını, bir ədəd od samovarını, 5 dəst qab servis dəstlərini, bir dəst podnos dəstini, 5 dəst meyvə qabı dəstlərini, 1 ədəd alüminium qazanını, 2 ədəd tort qabı dəstini 2 ədəd qaşıq dəstini, 1 ədəd qaz peçini, 2 ədəd xrustal su qablarını, 1 ədəd şirəçəkən aparatını, 1 ədəd elektrik manqalını, 2 ədəd çaynik servisini, 100 metr mis elektrik kabelini, 2 ədəd elektrik ütüsünü, 2 ədəd blenderi, 1 ədəd tozsoranı, 1 ədəd balıqbişirən tosterini və 2 ədəd yemək dəstini götürmüşdür. Həmin əşyaların bəziləri qutuda, bəziləri isə torbalarda olmuşdur. Həmin əşyaları götürdükdən sonra onları yaşadığı evə aparmış, bir neçə gün sonra isə hissə-hissə olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Dəmiryolu vağzalının yaxınlığında yerləşən bazara apararaq, tanımadığı şəxslərə xatırlamadığı qiymətlərə satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Lakin həmin əşyalardan bir ədəd böyük alüminium qazanını sata bilmədiyi üçün evində saxlamışdır. Həmin oğurluqdan başqa 18 yanvar 2022-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə piyada gedərkən, evlərdən birinin həyətində gözəllik salonunun olduğunu və qapısının küçəyə açıldığını görmüşdür. Yaxınlaşıb içəri baxdıqda, kimsənin olmadığını görmüş, ətrafda kimsənin olmadığından əmin olduqdan sonra həmin salondan oğurluq etmək qərarına gəlmişdir. Qapını güclə dartıb açdıqdan sonra içəri daxil olaraq, qiymətli əşyalar axtarmağa başlamışdır. Salonda olan masanın siyirməsinə baxdıqda, orada 70 manat pul və bir cüt gümüşə oxşar materialdan hazırlanmış sırğalar olduğunu görərək, götürüb cibinə qoymuşdur. Bundan başqa həmin salonda olan 1 ədəd saç qurudan fenini, 2 ədəd saç ütülərini, 2 ədəd saç şampunlarını, 15 ədəd saç üçün rəngləri, 48 predmetdən ibarət boşqab dəstini, 2 ədəd saç balzamlarını, 2 ədəd qab şampunlarını, 2 ədəd yağ çıxaran şampunları götürüb, oradan çıxmışdır. Həmin günü oğurladığı sırğaları və digər əşyaları Bakı şəhəri, Sabunçu rayonu, dəmiryolu vağzalının yaxınlığında yerləşən bazara apararaq, tanımadığı şəxslərə hazırda xatırlamadığı qiymətə satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində o, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində piyada getdiyi zaman, küçədəki evlərdən birinə yaxınlaşıb baxdıqda, orada yaşayış olmadığını müəyyən etmişdir. Sonra evin küçəyə açılan plastik pəncərəsini əli ilə itələyərək, açıb içəri baxmışdır. Həmin otaqda bir ədəd televizor olduğunu görmüşdür. Lakin həmin televizoru otaqdan köməksiz çıxara bilməyəcəyi üçün bir qədər kənarda olan zibillik əraziyə gedərək, oradan ip tapdıqdan sonra həmin evə geri qayıdaraq pəncərədən içəri daxil olmuşdur. Evin digər otaqlarını gəzdikdə evin tam olaraq yaşayışa hazır olmadığını və televizordan başqa dəyərli əşya olmadığını görmüşdür. Bundan sonra həmin qara rəngli “Shivaki” markalı televizoru iplə bağlayaraq, pəncərədən həyətə endirmişdir. Özü isə evə daxil olduğu pəncərədən çıxaraq, oğurladığı televizoru götürüb, Bakı şəhəri, Sabunçu rayonu, dəmiryolu vağzalının yaxınlığında yerləşən bazara apararaq və tanımadığı şəxsə 60 manata sataraq, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Lakin xx.xx.2022-ci il tarixdə o, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən "xxxx" marketin kassasından pul oğurlamamışdır. Bu səbəbdən, o, cinayət mühakiməsi zamanı "xxxx" market tərəfindən verilmiş mülki iddianı qəbul etmir. Halbuki ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə elan edilmiş ittihamlarda özünü tam təqsirli bilərək, törətdiyi digər cinayət əməllərini etiraf etməklə yanaşı ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən "xxxx" marketin qarşısından keçərkən, açıq olan giriş-çıxış qapınısından qapının yanında olan kassanın sahibsiz qaldığını görmüşdür. Fürsətdən istifadə edərək mağazaya daxil olub, kassaya yaxınlaşıb kassanın pullar yığılan daxılda olan pulları götürərək, mağazadan çıxıb qaçıb oradan uzaqlaşmışdır. Sonradan oğurladığı pulları satdıqda 940 manat olduğunu görmüş, həmin pulları da şəxsi ehtiyacları üçün xərcləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Südçülük sovxozu, nömrəsiz fərdi tikilmiş evdə ailəsi ilə birlikdə yaşayır. Evinin zirzəmisi vardır. Həmin zirzəmiyə gündəlik istifadə etmədikləri əşyaları, eləcə də, uşaqları üçün aldığı cehizlik əşyaları yığmışdır. 01 yanvar 2022-ci il tarixdə həmin zirzəmiyə girib baxan zaman, orda saxladığı hər dəstin dəyəri təxminən 154 manat olmaqla cəmi 770 manat dəyərində 5 ədəd qazan dəstlərinin, hər birinin dəyəri 100 manat olmaqla 2 ədəd cəmi 200 manat dəyərində “Sonifer” marlakı elektrik somavarlarının, bir ədəd dəyəri 120 manat olan 7,7 litr su tutumlu od samovarının, 5 dəst hər birinin dəyəri 114 manat olmaqla cəmi dəyərləri təxminən 570 manat olan qab servis dəstlərinin, dəyəri təxminən 80 manat olan bir ədəd podnos dəstinin, hər birinin dəyəri 15 manat olmaqla cəmi dəyəri təxminəm 75 manat olan 5 dəst meyvə qabı dəstinin, 1 ədəd böyük təxminən 60 manat dəyərində alüminium qazanın, hər birinin dəyəri 45 manat olan cəmi 90 manat dəyərində 2 ədəd tort qabı dəstinin, hər birinin dəyəri 90 manat olmaqla cəmi 180 manat dəyərində 2 ədəd qaşıq dəstinin, 35 manat dəyərində 1 ədəd qaz peçinin, hər birinin dəyəri 20 manat olmaqla cəmi 40 manat dəyərində 2 ədəd xrustal su qablarının, 100 manat dəyərində 01 ədəd şirəçəkən aparatının, 50 manat dəyərində 1 ədəd elektrik manqalının, hər birinin dəyəri 60 manat olmaqla cəmi 120 manat dəyərində 2 ədəd çaynik servisinin, hər metrinin dəyəri 1,5 manat olan cəmi 150 manat dəyərinə 100 metr mis elektrik kabelinin, hər birinin dəyəri 35 manat olmaqla cəmi 70 manat dəyərində 2 ədəd elektrik ütüsünün, hər birinin dəyəri 60 manat olmaqla cəmi 120 manat dəyərində 2 ədəd blenderin, 1 ədəd “Quicks” markalı 90 manat dəyərində tozsoranın, 1 ədəd 45 manat dəyərində balıqbişirən tosterin, hər birinin dəyəri 150 manat olmaqla cəmi 300 manat dəyərində 2 ədəd yemək dəstinin oğurlandığını aşkar emişdir. Həmin əşyaları övladlarına cehizlik almış və istifadə edilməmişdir. Oğurluq nəticəsində ona təxminən 3265 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Sərhədəli oğlu ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz evdə ailəsi ilə bilikdə yaşayır. Həmin ev iki sot torpaq sahəsində inşa edilməklə, daş hasarla mühafizə edilmişdir. Həyətə giriş taxta çərçivəli, üzərinə metal lövhə vurulmuş qapıdır. Gecə saatlarında həmin qapını içəri tərəfdən qaramaqla bağlayır. Həyətdə gözəllik salonu vardır. Həmin salonda həyat yoldaşı Röya saç ustası olaraq işləyir. Ancaq salonda olan bütün avadanlıqları, alətləri və işdə istifadə edilən malları o, öz vəsaiti hesabına almışdır. 17 yanvar 2022-ci il tarixdə həyat yoldaşı Röya saat 17 radələrində salonu bağlamışdır. Səhəri gün, yəni 18 yanvar 2022-ci il tarixdə səhər saat 08 radələrində evdən çıxıb işə gedərkən, gözəllik salonunun qapısının yarı açıq vəziyyətdə olduğunu görüb, içəri daxil olduqda, salondakı əşyaların ətrafa dağıldığını görərək, salondan oğurluq olduğundan şübhələnib, DİN-nin 102 xidmətinə zəng edərək, bu barədə bildirmişdir. Bir müddət sonra hadisə yerinə getmiş polis əməkdaşları onun və arvadı Röyanın iştirakı ilə salona baxış keçirmişlər. Həmin salondan 1 ədəd “Philips” markalı, hadisədən təxminən 10-15 gün qabaq 160 manata aldığı və salonda istifadə edilən saç qurudan fen, 2 ədəd “Braun” markalı bər biri 50 manat dəyərində (cəmi 100 manat) saç ütüsü, 2 ədəd “Faberlic” markalı hər biri 7 manat olmaqla cəmi 14 manat dəyərində saç şampunu, 15 ədəd “Macsys” markalı hər birinin dəyəri 7 manat olmaqla cəmi 105 manat dəyərində saç üçün rəngləri, 70 manat dəyərində 48 ədəddən ibarət boşqab dəsti, “Faberlic” markalı 2 ədəd hər biri 4,5 manat olmaqla cəmi 09 manat dəyərində saç balzamı, 2 ədəd “Faberlic” markalı hər biri 7 manat olmaqla cəmi 14 manat dəyərində qab şampunu, 2 ədəd “Faberlic” markalı hər biri 5,5 manat olmaqla cəmi 11 manat dəyərində yağ çıxaran şampunu, 70 manat nağd pul və adını unutduğu müştəriyə aid bir cüt təxminən 50 manat dəyərində gümüş sırğaları oğurlanmışdır. Ümumilikdə salondan təxminən 603 manat dəyərində əmlak və pul oğurlanmışdır. Müştəriyə aid olan oğurlanmış gümüş sırğalara görə adını unutduğu müştəriyə 50 manat pul ödəmişdir. Yəni oğurluq nəticəsində maddi zərər ona dəymişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti olmadığını, tələbinin olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində gösərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, özünə məxsus nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır. Qaynatasının vəfatı ilə əlaqədar olaraq 2022-ci ilin fevral ayının təxminən 20-dən ailə üzvləri ilə birlikdə qaynatasının onun evindən üç küçə aralıda yerləşən evində yaşamışdır. Evinə baxmaq üçün 25 fevral 2022-ci il tarixdə, saat 20 radələrində getdikdə, evin mətbəxt plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Yaxınlaşdıqda içəri tərəfdə pəncərə altlığında qoyulmuş gül dibçəklərinin döşəməyə düşdüklərini görmüş, özündə olan evin giriş qapısının açarı ilə qapını açaraq evə daxil olub evi nəzərdən keçirdikdə yataq otağında olan bir ədəd “Shivaki” markalı televizorun yerində olmadığını görüb, evə oğru girdiyini başa düşmüşdür. Bundan sonra evdə olan əşyaları nəzərdən keçirdikdə başqa əşyaların yerində olduğunu görmüşdür. Yəni evindən bir ədəd “Shivaki” markalı televizordan başqa əşya oğurlanmamışdır. Oğurlanmış televizoru ona 2017-ci ildə evlənərkən hədiyyə edilmişdir. Televizor Yaponiya istehsalı, qara çərçivəli, 82 sm dioqanallı olmaqla hazırkı orta bazar qiyməti təxminən 500 manatdır. Təqsirləndirilən şəxs qarşı şikayəti olmadığını, tələbinin olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs4 MMC-nin Hüquq şöbəsinin hüquqşünası X6 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən “Oba Market" ərzaq mağazasına qapıdan daxil olmuş şəxsiyyəti sonradan məlum olmuş Təqsirləndirilən şəxs mağazanın kassasının nəzarətsiz qalmasından istifadə edərək, kassadakı pulları oğurlamışdır. Sonradan Zərərçəkmiş şəxs4 MMC-nin Daxili Nəzarət Departamenti tərəfindən ona təqdim olunmuş həmin oğurluq hadisəsi özündə əks etdirən görüntülərə baxdığı zaman Təqsirləndirilən şəxs kassadan pul oğurlayaraq qaçdıqda həmin vaxt mağazada satıcıkassir vəzifəsində çalışan Şahid2 küçəyə çıxaraq onun dalınca qaçsa da, Təqsirləndirilən şəxs tutub saxlaya bilmədiyini görmüşdür. Həmin mağazada müdir vəzifəsində çalışan Şahid3 DİN-nin 102 xidmətinə hadisə barədə məlumat verdikdən sonra Suraxanı RPİ-nin 30-cu PŞ-nə eyni məzmunlu ərizə ilə müraciət etmişdir. Hadisədən dərhal sonra mağaza müdiri tərəfindən aparılmış hesablama ilə Təqsirləndirilən şəxs kassadan 940 manat pulu oğurlayaraq, Zərərçəkmiş şəxs4 MMC-yə həmin məbləğdə maddi ziyan vurduğu müəyyən edilmişdir. Cinayət mühakimə icraatı zamanı verdiyi mülki iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz evdə ailəsi ilə bilikdə yaşayır. Həmin ev iki sot torpaq sahəsində inşa edilməklə, daş hasarla mühafizə edilmişdir. Həyətə giriş taxta çərçivəli, üzərinə metal lövhə vurulmuş qapıdır. Gecə saatlarında həmin qapını içəri tərəfdən qarmaqla bağlayır. Həyətdə gözəllik salonu vardır. O, həmin salonda saç ustası olaraq işləyir. Ancaq salonda olan bütün avadanlıqları, alətlər və işdə istifadə edilən mallar həyat yoldaşı Zərərçəkmiş şəxs1 Sərhədəli oğlunun vəsaiti hesabına alınmışdır. 17 yanvar 2022-ci il tarixdə, saat 17 radələrində o, salonu bağlamışdır. Səhəri gün, yəni 18 yanvar 2022-ci il tarixdə, səhər saat 08 radələrində evdən çıxıb işə gedərkən, gözəllik salonunun qapısının yarı açıq vəziyyətdə olduğunu görüb, içəri daxil olduqda, salondakı əşyaların ətrafa dağıldığını görərək, salondan oğurluq olduğundan şübhələnib, DİN-nin 102 xidmətinə zəng edərək, bu barədə bildirmişdir. Bir müddət sonra hadisə yerinə getmiş polis əməkdaşları onun və əri Vüsal Hüseynovun iştirakı ilə salona baxış keçirmişlər. Həmin salondan 1 ədəd “Philips” markalı, hadisədən təxminən 10-15 gün qabaq 160 manata aldığı və salonda istifadə edilən saç qurudan fen, 2 ədəd “Braun” markalı bər biri 50 manat dəyərində (cəmi 100 manat) saç ütüsü, 2 ədəd “Faberlic” markalı hər biri 7 manat olmaqla cəmi 14 manat dəyərində saç şampunu, 15 ədəd “Macsys” markalı hər birinin dəyəri 7 manat olmaqla cəmi 105 manat dəyərində saç üçün rəngləri, 70 manat dəyərində 48 ədəddən ibarət boşqab dəsti, “Faberlic” markalı 2 ədəd hər biri 4,5 manat olmaqla cəmi 09 manat dəyərində saç balzamı, 2 ədəd “Faberlic” markalı hər biri 7 manat olmaqla cəmi 14 manat dəyərində qab şampunu, 2 ədəd “Faberlic” markalı hər biri 5,5 manat olmaqla cəmi 11 manat dəyərində yağ çıxaran şampunu, 70 manat nağd pul və adını unutduğu müştəriyə aid bir cüt təxminən 50 manat dəyərində gümüş sırğaları oğurlanmışdır. Ümumilikdə salondan təxminən 603 manat dəyərində əmlak və pul oğurlanmışdır. Həyat yoldaşı, Zərərçəkmiş şəxs1 müştəriyə aid olan oğurlanmış gümüş sırğalara görə adını unutduğu müştəriyə 50 manat pul ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs4 MMC-nin Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, Hövsan yolu adlanan yerdə yerləşən marketində satıcı-kassir vəzifəsində işləyir. Vəzifəsinə kassada işləməklə bərabər vitrinlərə nəzarət etmək, boşalmış vitrinləri doldurmaq, təmizlik işləri daxildir. xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində həmin marketdə işdə olarkən, kassa önündə ödəmə etmək istəyən müştəri olmadığından, kassa masasından uzaqlaşaraq, vitrinə baxmaq üçün zala keçmişdir. Mağazanın digər tərəfində olan soyuducuya yaxınlaşdıqda kassa aparatının siyirməsi açılarkən yaranan spesfik səsi eşidərək kassaya kənar şəxs tərəfindən müdaxilə olunduğunu başa düşüb, qışqıraraq dərhal kassaya doğru qaçmışdır. Bu vaxt bir nəfər kişinin qaçaraq mağazanın çıxış qapısından çıxdığını görmüşdür. Həmin şəxsin kassaya müdaxilə edən şəxs olduğunu başa düşərək onun ardınca qaçaraq tutmağa çalışmışdır. Lakin ona çata bilməyərək geri qayıtmışdır. Bundan sonra hadisə barədə həmin vaxt marketin müdiri vəzifəsində çalışan Şahid3 məlumat vermişdir. Müdirlə birlikdə mağazada quraşdırılmış müşahidə kameralarına baxdıqda, həqiqətən də qaçaraq mağazadan çıxan kişinin o, kassadan kənarlaşdıqdan sonra oraya yaxınlaşıb satılan malların pulu saxlanılan çəkməcəni açaraq oradan pulları götürdüyünü aşkar etmişlər. Səhərlər işə başladıqları vaxt kassa aparatı sıfırlanır, müştərilərdən aldıqları pulların ümumi məbləği isə avtomatik olaraq kassada görünür. Hadisədən sonra vaxt kassa göstəricisində olan məbləğlə, kassada qalan pulu yoxladıqda, arada 940 manat kəsir yarandığını müəyyən etmişlər, yəni, həmin şəxs kassdan 940 manat pul oğurlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, əvvəllər, yəni cinayət hadisəsi baş verən vaxt Zərərçəkmiş şəxs4 MMC-nin Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, Hövsan yolu adlanan yerdə yerləşən marketində müdir vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində həmin marketdə olan iş otağında olduğu zaman marketdə kassir vəzifəsində işləyən Şahid2 isə kassa önündə ödəmə etmək istəyən müştəri olmadığından kassa masasından kənarlaşıb, zaldakı vitrinə mal yığmaqla məşğul olmuşdur. Həmin vaxt qəflətən Şahid2 qışqıraraq, kassaya müdaxilə olunduğunu deyib dərhal kassaya doğru qaçmışdır. Sonra isə bir nəfər kişinin qaçaraq, mağazanın qapısından çıxdığını görüb, həmin şəxsin kassaya müdaxilə edən şəxs olduğunu deyib sonuncunun ardınca qaçmışdır. Lakin Şahid2 həmin şəxsə çata bilməyərək geri qayıtmış, həmin şəxsin kassaya müdaxilə etdiyini ona bildirmişdir. Bundan sonra Şahid2 ilə birlikdə mağazada quraşdırılmış müşahidə kameralarına baxdıqda, həqiqətən də, qaçaraq mağazadan çıxan kişinin Zülfiyyə kassadan kənarlaşdıqdan sonra kassaya yaxınlaşıb satılan malların pulu saxlanılan çəkməcəni açaraq, oradan pulları götürdüyünü aşkar etmişlər. Müşahidə kamerasında görünən və onun tərəfindən qapıdan çıxarkən ani olaraq müşahidə edilən şəxs hazırki iş üzrə Təqsirləndirilən şəxsdur, hadisə vaxtı sonuncu saqqallı olmuşdur. Səhərlər işə başladıqları vaxt kassa aparatı sıfırlanır, müştərilərdən aldıqları pulların ümumi məbləği isə avtomatik olaraq kassada görünür. Hadisədən sonra vaxt kassa göstəricisində olan məbləğlə, kassada qalan pulu yoxladıqda arada 940 manat kəsr yarandığını müəyyən etmişlər, yəni, həmin şəxs kassadan 940 manat pul oğurlamışdır. İş materiallarından görünür ki, 04 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 05 mart 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(010)-139/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 04 mart 2022-ci ildən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 02 iyun 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(010)-332/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 04 avqust 2022-ci il tarixədək uzadılmışdır. İş materiallarından görünür ki, 04 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-407/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə sonuncu barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2678 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1 ədəd alt hissəsində “PARAB **********” yazıları olan, tünd qəhvəyi rəngli 5-6 litr su tutumlu alüminium qazanın təzə vəziyyətdə 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 60,00 manat müəyyən edilir. İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd alt hissəsində “PARAB **********” yazıları olan, tünd qəhvəyi rəngli 5-6 litr su tutumlu alüminium qazan saxlanması üçün Zərərçəkmiş şəxs2 verilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü, 180.2.2-ci və 180.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.2.2-ci, 177.2.3-cü, 180.2.2-ci və 180.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, Zərərçəkmiş şəxs4-də soyğunçuluq hadisəsi törətmədiyini göstərsə də, məhkəmə təqsirləndirilən şəxsin bu ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, ibtidai istintaq zamanı ifadə vermiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs4 MMC-dən 940 manat pulu açıq şəkildə taladığını göstərmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 da bu xüsusatları təsdiq etmişdir. Göstərilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, onu məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, onun ilk dəfə olaraq cinayət əməli törətməsini, törətdiyi əməli qismən etiraf etməsini iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alaraq, cəzanı ağırlaşdıran halların olmamasını qeyd edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi məqsədə müvafiqdir. Məhkəmə, zərərçəkmiş şəxs "xxxx" MMC tərəfindən cinayət mühakimə icraatı zamanı Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddianı təhlil edərək hesab edir ki, zərərçəkmiş şəxs tərəfindən tələb olunan pul məbləği cinayət işinin faktiki halları və məhkəmə araşdırması zamanı sübut olunduğundan, iddia təmin olunmalı, 940 (doqquz yüz qırx) manat məbləğində dəymiş ziyan və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə, 970 (doqquz yüz yetmiş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs4 MMC-ə ödənilməlidir. Məhkəmə digər zərər çəkmiş şəxslərin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə onlara vurulmuş ziyanın ödənilməsi ilə bağlı bildirir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyindən, vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Təqsirləndirilən şəxs oğurladığı 1 ədəd alt hissəsində “PARAB **********” yazıları olan, tünd qəhvəyi rəngli 5-6 litr su tutumlu alüminium qazan Zərərçəkmiş şəxs2 qaytarıldığından, zərərçəkmiş şəxsə qaytarılmış hesab edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə əmlak müsadirəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Şirinov X3 Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü, 180.2.2-ci və 180.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona Azərbayan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbayan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci və 180.2.3-cü maddələri 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplamaq yolu ilə Böyükağa Asif oğlu oğluna 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Böyükağa Asif oğlu oğlunun 04 mart 2022-ci il tarixdən 04 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 05 (beş) ay ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 13 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs haqqında başqa cinayət işi ilə əlaqədar Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 4(003)-407/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınaraq, onun barəsində hazırki iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin və hazırki işlə əlaqədar barəsində qətimkan tədbiri seçilməsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" MMC-nin Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddiası təmin edilsin, 940 (doqquz yüz qırx) manat məbləğində dəymiş ziyan və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə, 970 (doqquz yüz yetmiş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs4 MMC-ə ödənilsin. İş üzrə digər zərər çəkmiş şəxslərə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərlə onlara vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydada iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. İş üzrə maddi sübut - 1 ədəd alt hissəsində “PARAB **********” yazıları olan, tünd qəhvəyi rəngli, 5-6 litr su tutumlu alüminium qazanın Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin, Hökmdən, elan olunduğu andan 20 gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-366/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-366/2022
13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver