Məhkəmə qərarları › İş №1(010)-367/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-367/2021

21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-367/2021 21.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan şəxsdən istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü kağızından olan bükümdə təmiz çəkisi 2,067 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib saxlamaqla daşımış, 17 avqust 2021-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci PB-ııin əməkdaşları tərəfindən Səlimov X4 rayonu, Əmircan qəsəbəsi, H.Axundlu küçəsi 20-nin qarşısında saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci PB-yə gətirilmiş və üzərinə baxış zamanı, əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızından olan bükümdə təmiz çəkisi 2,067 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində özünü təqsirli bilərək göstərmişdir ki, o, 17 avqust 2021-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Axundlu küçəsi 20-nin qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olduqlarını bildirərək, narkotik vasitənin daşınmasında və saxlanılmasında şübhəli olduğu üçün onu Suraxanı RPİ-nin 31-ci PB-yə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 31-ci PB-yə getmiş, Suraxanı RPİ-nin 31-ci PB-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah edildikdən sonra videogörüntü ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərimdə hər hansı qeyri- qanuni əşya və ya predmetin olub-olmadığı soruşulmuş, onların təqdim etməsi təklif olunduqda, o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızından olan bükümü təqdim etmiş, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, narkotik vasitə olan heroini üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 10 manata aldığını və özü istifadə etmək üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqdim etdiyi bir büküm narkotik vasitə olan heroin götürülərək qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 17 avqust 2021-ci il tarixdə əməliyyat müvəkkili olduğu Bakı şəhəri Suraxanı RPİ-nin 31ci PB-nə «İsmayıl» adlı şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Axundlu küçəsində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, o, daxil olmuş əməliyyat məlumatı barədə bölmənin rəhbərliyinə raportla məruzə etmiş, «İsmayıl» adlı şəxsin ifşa olunması üçün əməliyyataxtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul edilərək, onun rəhbərliyi ilə əməliyyat qrupu yaradıldıqdan sonra o, Şahid2 ilə birlikdə «İsmayıl» adlı şəxsin ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışlar. Saat 15:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Axundlu küçəsi, ev 20-nin qarşısında əməliyyat məlumatında qeyd olunan əlamətləri göstərilən İsmayıl adlı şəxsə oxşar bir nəfərin dayandığını görüb ona yaxınlaşaraq, polis əməkdaşları olduqlarnı ona bildirib şəxsiyyətini təsdiq edən sənədini tələb etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş, sonunjuya narkotik vasitələrəin qanunsüz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildrib, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis bölməsinə gəlmiş, polis bölməsində onun Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirdikdən sonra, sonunjuya şübhəli şəxsin qanunda nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuş, üzərində şəxsi baxış keçiriləcəyi bildirilmiş və üzərində narkotik vasitə, psixotrop maddə və əldə edilib saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşya varsa, onları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş bir ədəd bükülünü çıxarıb təqdim etərək, təqdim etdiyi bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu, heroinin üzdən tanısa da, adını bilmədiyi bir nəfərdən 10 manata alaraq öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən təqdim etdiyi bir ədəd bükülünün arasında olan narkotik vasitə heroindən başqa heç nə aşkar edilib götürülməmişdir. Təqsirləndirilən şəxs aşkar edilib götürülən bir bükümdə olan narkotik vasitə heroin bir ədəd zərfə qablaşdırılaraq zərf möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək, Şahid1 ifadəsində göstərmiş olduqlarını təsdiq etmişdir. İş materiallarından müəyyən olunur ki, 17 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından müəyyən olunur ki, 20 avqust 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon prokurorunun təqdimatı təmin edilməmiş, o, məhkəmə iclas zalında həbsdən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam təqimkan tədbiri seçilmişdir.. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 18 avqust 2021-ci il tarixli 6/3669 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 95» dairəvi möhür əksi olan üzərində «Təqsirləndirilən şəxs..» yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 2,067 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 2005-ci il 28 avqust tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı 1) daxildir. İş üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası Narkoloji X8 Şəxsi Ambulator X1 05.10.2021-ci il tarixli 3775 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstələyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 23.08.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29, 177.2.2, 29, 177.2.3, 62, və 66.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəsasına, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 12.12.2007- ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3,234.1, 67.1, 66.3-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəsasına məhkum edilmiş, 12.12.2013-cü il tarixdə cəzanın sonu ilə azad edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24.11.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.3.3-cü maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 27.12.2017-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası CMnin 180.3.3-cü maddəsindən həmin Məcəllənin 180.2.4-cü maddəsinə tövsif edilmiş və barəsində 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 02.04.2018-ci il tarixli qərarı ilə barəsində 05 il müddətinə azalıqdan məhrum etmə jəzası təyin olunmuş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 01.08.2019-cu il tarixli qərarı ilə 10 ay 03 gün vaxtından əvvəl şərti azad olunmuş, 04.06.2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi uzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini onun cəzasını yüngülləşdirən hal kimi qeyd edərək, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və Azərbaycan Respublikası CM-in 93.1.4-cü maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin Növbətçi hissəsinə təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,017 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 88,70 (səksən səkkiz manat yetmiş qəpik)manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 17.08.2021-ci il tarixdən 20.08.2021-ci il tarixədək tutuldugu 03 gün müddəti azadlıqdan məhrum etmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 03 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu vaxtdan, yəni 21 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 2,017 qram qalmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar