Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-367/2024 03.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, fərdi evdə yaşayan, 15 – 17 mart 2024-cü il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixdə Bakı şəhəri, Türkan qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd sellofan bükümdə 10,99 qram çəkidə xeyli miqdarda küstar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 20 manata əldə edib üzərində saxlamaqla daşıyaraq yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivinə gətirilmiş, həmin tarixdə saat 11:00 radələrində Suraxanı Rayon Polis İdarəsinin 30-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivi, Dənizkənarı küçəsində saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin ünvan 3 ünvanda yerləşən inzibati binasına gətiriləndən sonra üstündə aparılmış şəxsi axtarış zamanı əynindəki qara rəngli idman gödəkçəsinin sol cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 10,99 qram olan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 mart 2024-cü il tarixdə saat təxminən 11:00 radələrində Bağlar yaşayış massivində Hövsan qəsəbəsi tərəfə piyada hərəkət etdiyi zaman, gözlənilmədən iki nəfər mülki geyimli şəxslər ona salam verib, polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim edərək, polis əməkdaşları tələbi ilə o da özünü təqdim etmişdir. Polis əməkdaşları ona narkotik maddələrin əldə olunması, saxlanması və gəzdirilməsində şübhəli olduğunu bildirib, birlikdə Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, bir söz deməyib polis əməkdaşları ilə birlikdə Hövsan qəsəbəsində yerləşən Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə gəlmişdir. Şöbəyə vəkil dəvət olunmuş, polis əməkdaşı ona vəkilinin iştirakı ilə hüquq və vəzifələrini izah etmişdir. Polis əməkdaşları videoçəkiliş aparmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını nəzərinə çatdırmışlar. O da etiraz etməmiş, bundan sonra hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş, o da üzərində saxladığı 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə “nəşəni” və qara rəngli «Katel» markalı mobil telefonunu polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, onda aşkar edilmiş “nəşə” kimi tanıdığı narkotik vasitədir. Təxminən 2 ilə yaxındır ki, hərdən narkotik vasitənin müxtəlif növündən çəkmək yolu ilə istifadə edir. Ondan aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların və onun iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, sonra isə bu barədə protokol tərtib etmişlər. Tərtib etdikləri protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanmışdır. Narkotik vasitəni 14 mart 2024-cü il tarixdə Türkan qəsəbəsində üzdən tanıdığı, lakın adını və yaşadığı ünvanı tanımadığı şəxsdən 20 manata öz şəxsi istehlakı üçün əldə edib üzərində saxlamışdır. Üzərində aşkar edilmiş narkotik maddədən başqa hər hansı yerdə narkotik maddə saxlamamış, götürülmüş narkotik maddəni öz şəxsi istehlakı üçün əldə etmişdir. Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə gətirilərkən, 30-cu polis şöbəsində olan zaman ona qarşı heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Xidməti vəzifəsinin icrası zamanı 2024-cü ilin mart ayında aldığı əməliyyat məlumatında - xx xxx 1985-ci il təvəllüdlü, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivi, Dənizkənarı küçəsi, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, narkotik və psixotrop maddələr isitfadəçisi kimi döriyyəsi qadağan olunmuş həmin maddələri müxtəlif yerlərdən alması, saxlaması və yaşadığı əraziyə gətirməsi göstərilmişdir. Məlumatın dəqiqliyini yoxlayandan sonra əməliyyat tədbirləri keçirilməsinə icazə almaq üçün polis şöbəsinin rəisinə məruzə etmiş, sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin tarixdə polis şöbəsinin əmri ilə onun və Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Elə həmin gün saat 10:00 radələrində əməliyyat müvəkkili Şahid2lə birlikdə Təqsirləndirilən şəxs ola biləcəyi ərazilərdə müşahidə aparmağa başlamışlar. Saat 11:00 radələrində onlar Təqsirləndirilən şəxs yaşadığı küçədə piyada hərəkətdə olduğu vəziyyətdə aşkar etmiş, bir qədər müşahidə altında saxlayandan sonra yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmiş və həmin şəxsdən kimliyini soruşmuşlar, saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətməsinə dair aldıqları məlumatlar yoxlanılır, yoxlama ilə əlaqədar saxlanılmış, eyni zamanda araşdırmanın davam etdirilməsi üçün Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə getmək təklifinə etiraz etməmiş, razılaşıb onlarla getmişdir. Saxlanılan şəxs 30-cu polis şöbəsinə gətiriləndən sonra araşdırmanın aparılması təhqiqatçı, polis mayoru X1 tapşırılmışdır. Küçədə saxlanıldığı andan polis bölməsində gətirilb təhqiqatçıya təqdim olunana qədər Təqsirləndirilən şəxs nəzarət altında olmuş, bu müddətdə üstündən nə isə atmaq imkanı olmamışdır. Təhqiqatçı materiallara əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasını sənədləşdirmiş, sonra isə üstündə şəxsi axtarış aparılacağını bildirmişdir. Şəxsi axtarışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs müdafiə hüquqları izah edilmiş, şəxsi axtarış zamanı videoçəkilişin aparılması ona tapşırılmış və mobil telefonun kamerası ilə çəkiliş aparılmışdır. Videoçəkilişlə şəxsi axtarış zamanı təhqiqatçı tutulan şəxs Təqsirləndirilən şəxs hüquqlarını izah edərək, təklif etmişdir ki, üstündə qanunsuz saxlanılan nə varsa, təqdim etsin. Təhqiqatçının təklifinə Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol cibindən bir ədəd sellofan bükümdə olan yaşıl rəngli quru bitki kütləsini çıxardıb təqdim etmiş və bildirmişdir ki, bükümdə olan maddə marixuanadır, marixuananı Türkan qəsəbəsi istiqamətində tanımadığı şəxsdən özü qəbul etmək üçün 20 manata almışdır. Təqsirləndirilən şəxs üstündəki bükümü təqdim edəndən sonra onun üstü əməliyyat müvəkkili Şahid2 tərəfindən ətraflı yoxlanılmış, araşdırma üçün əhəmiyyətli ola biləcək əlavə heç nə aşkar edilməmişdir. Təhqiqatçı götürülmüş bükümün içindəki kütləni göstərəndən sonra bir kağız zərfə qoyub yapışqanla bağlamış və zərfi möhürləyib üstündə yazılı qeydlər aparmış, iştirakçılar zərfi imzalamışlar. Bundan əlavə Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefon da başqa zərfə qablaşdırılmışdır. Təhqiqatçı şəxsi axtarışın protokolunu tərtib edib iştirakçıları tanış etmiş, iştirakçılar tanış olub protokolu imzalamış, Təqsirləndirilən şəxs da protokolu imzalamış, hər hansı bir etirazı olmamışdır. Şəxsi axtarış başa çatandan sonra videoçəkilişin nəticələrini CD diskinə köçürüb təhqiqatçıya təqdim etmişdir. Bükümdə olan maddənin məhkəmə-bioloji ekspertizasında həmin maddənin 10,99 qram marixuana olduğu barədə rəy verildiyini sonradan X3dan eşitmişdir. Keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs heç kimlə ünsiyyətdə olmamış, narkotik vasitəni kimdən aldığını görməmiş, sonradan da narkotik vasitənin əldə edildiyi mənbənin müəyyən ediməsi mümkün olmamışdır. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub Şahid2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, kadrda Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin təhqiqatçısı, polis mayoru X2 xidməti polis geyimində, Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 mülki geyimdə, tutulmuş şəxs Təqsirləndirilən şəxs görünürlər. X3 – “Mən, Suraxanı Rayon Polis İdarəsinin 3-cu polis şöbəsinin təhqiqatçıçı, polis mayoru X2, 15mart 2024-cü il tarixdə xidməti otağımda...” sözləri ilə danışığa başlayır və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılmasında iştirak edən şəxsləri təqdim edir, kadrda görünməyən Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən videoçəkiliş aparıldığını bildirir, təhqiqatçının təklifi ilə mülki geyimdə olan Şahid1 kadrda görünür. Təhqiqatçı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah edəndən sonra sonuncuya təklif edir ki, üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya, predmet varsa, təqdim etsin. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sol cibindən bir ədəd mobil telefon, sağ cibindən alışqanı çıxardıb stolun üstünə qoyur, sonra stoldan aralanmadan əynindəki qara rəngli idman tipli gödəkçənin sol döşüstü cibindən sellofan bükümü çıxardıb stolun üstünə qoyur, şəffaf sellofan bükümdə xırdalanmış bitki kütləsi olduğu müşahidə olunur. Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq bildirir ki, bükümün içində marixuanadır, marixuananı “Quşçuluqda” o yana Türkan tərəfdən tanımadığı şəxsdən 20 manata almışdır, narkotik vasitələrdən təbii ot hesab etdiyi marixuana qəbul etmiş və polis əməkdaşları tərəfindən həmin gün saat 11 radələrində tutulmuşdur. Bundan sonra əməliyyat müvəkkili Şahid2 təhqiqatçının təklifi ilə Təqsirləndirilən şəxs üstünü ətraflı axtarır, heçnə aşkar edilmir. Götürülən büküm bir kağız zərfə, telefon başqa bir kağız zərfə qoyularaq qablaşdırılır, zərflərin üstündə yazılı qeydlər aparılır və iştirakçıları tərəfindən imzalanır. Sonda təhqiqatçının sualına cavabında Təqsirləndirilən şəxs istintaq hərəkəti ilə bağlı hər hansı bir sualının, narazılığının olmadığını bildirir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2024cü il tarixli, 3-16-16/2-7/444 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazılar və imzalar olan zərfdə 1 (bir) ədəd polietilen paketdə təmiz çəkisi -10,99 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Qeyd: tədqiqatlar “çətənənin yoxlanması üçün tövsiyə olunan metodlar” (Bakı., 2005-ci il) metodik vəsaitində göstərilmiş metodlarla aparıldı. marixuananın ümumi çəkisi-10,99 qram, tədqiqata sərf edildi: 0,02 qram, qalıq- 10,97 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2891 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 17 mart 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 10,99 qram olan, aparılmış kimyəvi tədqiqatından sonra qalıq çəkisi 10,97 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlama otağına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarında olan “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olaraq təqsirini səmimi etiraf etməsini, ilk dəfə olaraq cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 15 – 17 mart 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,97 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işindən müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 16 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 15 – 17 mart 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,97 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 16 (on altı) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 96 (doxsan altı) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-367/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-367/2024
03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver