Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-367/2025 10.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X3, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1988-ci il ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə baxış iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : Təqsirləndirilən şəxs 05 may 2025-ci il tarixdə, saat 20 radələrində yaşadığı ünvan 3 ünvanında yerləşən evində, arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı o, X4nın sağ və sol sifət nahiyəsinə çoxsaylı şillə zərbələri vuraraq ona - sol qaşüstü, sol üst və alt göz qapağı, sol gözaltı və sol almacıq nahiyə, sol göz yuvasının bayır bucağını əhatə edən yumşaq toxumanın hematoması, sağ üst və alt göz qapaqlarının, sağ əlin ovuc səthinin və sağ baldırın qançırları ilə müşayiət edilən - sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək bildirmişdir ki, barəsində şikayətçi olan Zərərçəkmiş şəxs ilə 2014- cü il tarixdən rəsmi ər-arvad münasibətində yaşayır, Birgə nigahdan 2 azyaşlı övladı vardır. X4 ilə arasında hərdən mübahisə baş verir. 05 may 2025-ci il tarixdə axşam saat təxminən 20 radələrində yaşadığı Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi məh 4048, bina 1, mənzil 2-də yerləşən evində X4 ilə aralarında mübahisə baş vermişdir. Mübahisə nəticəsində o, əsəbilərinə hakim ola bilməyib Zərərçəkmiş şəxs sifət nahiyəsinə iki dəfə şillə ilə zərbə endirmişdir. Bundan sonra X4 DİN-nin 102 xidməti və 32-ci PB-nə ərizə ilə müraciət edərək onun barəsində polis orqanına şikayət etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirliən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, özünü qismən təqsirli bilir. Yoldaşı qızlarının üstünə qışqırırmış, o da qışqırmasına səbəbin nə olduğunu izah etməsini istəmiş, buna görə 5-6 şillə vurmuşdur. Ola bilər ki, həmin vaxt ayağına da təsadüfən dəymişdir. Sonda, Təqsirləndirilən şəxs ifadəsində əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, barəsində şikayətçi olduğu Təqsirləndirilən şəxs ilə 2014cü il tarixdən rəsmi ər-arvad münasibətində yaşayır, hər zaman münasibətləri yaxşı olmuş və əvvəllər aralarında heç bir ədavət olmamışdır. Birgə nikahdan 2 azyaşlı övladı vardır. Əri Təqsirləndirilən şəxs ilə aralarında mütəmadi olaraq mübahisə baş verir. 05 may 2025-ci il tarixdə axşam saat təxminən 20 radələrində yaşadığı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi məh 4048, bina 1, mənzil 2-də yerləşən evində əri Təqsirləndirilən şəxs ilə arasında mübahisə baş vermişdir. Mübahisə nəticəsində əri Təqsirləndirilən şəxs onun sifət nahiyəsinə çoxsayda şillələr endirmişdir. Bundan sonra o, DİN-nin 102 xidməti və 32-ci PB-nə ərizə ilə müraciət edərək polis orqanına şikayət etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, yoldaşının etdiyi əməli bağışlayıb, insan kimi etdiyi hərəkəti isə bağışlamağı düşünür. Yaşanan hadisə yoldaşı dediyi kimi olub, hazırda şikayəti yoxdur. Daha əvvəllər aralarında mübahisə olub, itələmək, qışqırmaq olub, ancaq şiddət heç vaxt olmayıb. O, aralarında nə yaşanırsa, valideynlərinə deyir, ev də onların evidir, valideynləri yoldaşını bağışlamadığı üçün yoldaşının həmin evdə yaşaması problemdir, bu səbəbdən ikisinin ayrı ev almasını təklif edib. Hadisə yaşanan vaxtda da anasına yığmış, sonra polisə zəng edərək şikayət etmişdir. Hazırda aralarında olan mübahisəni həll ediblər, barışıq olub və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilib, bu səbəbdən cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs tərəfindən Suraxanı RPİ-nin 32-ci PB-nə təqdim edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam həcmdə ödənilməsini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını qeyd edərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan sadələşdirilmiş icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Suraxanı rayon şöbəsinin canlı şəxsin xx.xx.2025-ci il tarixli «309» saylı ekspertizası rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol qaşüstü, sol üst və alt göz qapağı, sol gözaltı və sol almacıq nahiyə, sol göz yuvasının bayır bucağını əhatə edən yumşaq toxumanın hemotoması, sağ üst və alt göz qapaqlarının, sağ əlin ovuc səthinin və sağ baldırın qançırları ilə müşayiət edilən xəsarətlərdir, xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir. Qərarda göstərilən xx.xx.2025-ci il tarixdə və özünün dediyi şəraitdə törənə bilər, dərəcəsində görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətdir. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən, zərərçəkmiş şəxs ifadəsini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarının 2-ci bəndinə əsasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 5 (beş) iş saatı üçün 55 (əlli beş) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-367/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-367/2025
10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver