Məhkəmə qərarları › İş №1(010)-368/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-368/2022

16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-368/2022 16.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, X1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.2.1 və 181.2.1 -ci maddələri ilə təqsirli bilinərək, 08 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X9 küçəsi, ev 14, mənzil 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 01 iyul 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.2.1 və 181.2.1 -ci maddələri ilə təqsirli bilinərək təyin edilmiş 08 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasından xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda özgənin əmlakını gizli talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 09:30 radəsində təmir etdiyi, Zərərçəkmiş şəxs məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, ev 1, 196 saylı mənzilin giriş qapısını təmir işi ilə əlaqədar Zərərçəkmiş şəxs tərəfindən ona verilmiş açarla açaraq mənzilə daxil olub, mənzildə olan 250 manat dəyərində bir ədəd “DeWALet” markalı səviyyə ölçən lazer aparatını, 340 manat dəyərində bir ədəd “Bosch” markalı laqundanı, 60 manat dəyərində bir ədəd “Zubr” markalı dreli, 150 manat dəyərində bir ədəd, üzərində “HAMMER DRİLL” və “BOSCH GBH2- 26 DRE” yazıları olan preforatoru, 80 manat dəyərində bir ədəd “Candan” markalı boru yapışdıran ütünü, 85 manat dəyərində bir ədəd “İneco” markalı lobziki və 180 manat dəyərində bir ədəd “Samsung” markalı tozsoranı gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 1145 manat məbləğində zərər vurmaqla oğurluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, evlərin təmiri ilə məşğul olmuşdur. İş üzrə Zərərçəkmiş şəxs bir neçə ay olar ki, tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs taksi fəalyyəti ilə məşğul olan atası Firudin Səfərzadə onun həyat yoldaşı Sabrina Əzimovam taksidə evə apararkən, yolda söhbət zamanı onun ev təmiri ilə məşğul olduğunu Firudin Səfərzadəyə bildirmişdir. Sonra həyat yoldaşı ilə birlikdə yenidən Firudin Səfərzadənin idarə etdiyi taksidə gedərkən, Firudin Səfərzadə ona oğlu Zərərçəkmiş şəxs yeni aldığı mənzili təmir etdirmək istədiyini və bunun üçün də usta axtardığını bildirərək, ondan həmin mənzili təmir etməsini istəmişdir. Bundan sonra o, Firudin Səfərzadə ilə birlikdə mənzilin yerləşdiyi ünvana, yəni ünvan 3li mənzilə getmişdir. Bir az sonra həmin mənzilə Zərərçəkmiş şəxs özü də gəlmişdir. Aralarında razılaşdıqdan sonra o, Zərərçəkmiş şəxs məxsus həmin mənzili təmir etməyi öhdəsinə götürmüşdür. Təmirdə istifadə etmək üçün özünün bəzi alətləri olsa da, bir neçə aləti olmamışdır. 2022-ci ilin aprel ayının əvvəlində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Park Plus” ticarət mərkəzinin qarşısında Zərərçəkmiş şəxs ilə yenidən görüşmüş, birlikdə təmir üçün lazım olan materialları almışlar. Zərərçəkmiş şəxs mənzildə olan istifdədə olmuş və özünə məxsus bəzi alətləri də onun istifadəsinə vermiş, lazım olan digər alətlərin isə təzəsini alıb gətirmişdir. Aralarında razılaşmaya görə Zərərçəkmiş şəxs mənzilinin iki otağı, bir dəhlizi və mətbəxinin təmiri üçün ona ümumilikdə 1000 manat pul verməli olmuşdur. O, təmirə başladıqdan sonra Zərərçəkmiş şəxs mütəmadi olaraq mənzilə gedib, təmir işinə nəzarət etmişdir. O, həmin mənzili tək təmir etmişdir. Axırıncı dəfə Zərərçəkmiş şəxs mənzilində xx.xx.2002-ci il tarixdə işləmiş, həmin günü Zərərçəkmiş şəxs özü də mənzilə gedərək, onun gördüyü işə baxdıqdan sonra getmişdir. Həmin günədək Zərərçəkmiş şəxs ona ümumilikdə 960 manat xidmət haqqı vermiş və onun təxminən iki günlük işi qalmışdır. Zərərçəkmiş şəxs ona verdiyi pulları xərclədiyindən və əlavə pula ehtiyacı olduğundan, sonuncunun mənzildə olan təmir alətlərini oğurlayıb, sataraq pul əldə etmək qərarına gəlmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə saat 09:30 radələrində həmin mənzilə gedərək, giriş qapısını Zərərçəkmiş şəxs təmir işləri ilə əlaqədar ona verdiyi açarla açıb mənzilə daxil olmuşdur. Mənzildən bir ədəd “DeWALet” markalı səviyyə ölçən lazer aparatını, bir ədəd “Bosch” markalı laqundanı, bir ədəd “Zubr” markalı dreli, bir ədəd, üzərində “HAMMER DRİLL” və “BOSCH GBH2-26 DRE” yazıları olan preforatoru, bir ədəd “Candan” markalı boru yapışdıran ütünü, bir ədəd “İneco” markalı lobziki və bir ədəd “Samsung” markalı tozsoranı oğurlayaraq, binanın həyətinə çıxarmışdır. Binanın yanında dayanan “Toyota Prius” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı taksinin sürücüsünə onu “Sabunçu” bazarına aparmasını sifariş verib, oğurladığı həmin təmir alətlərini həmin avtomobilə yükləyib aparmışdır. Daha sonra Sabunçu bazarında tanımadığı şəxslərə laqundanı 28 manata, dreli 15 manata, boru yapışdırıcı ütünü 15 manata, lobziki 20 manata və tozsoranı 40 manata satmışdır. Preforatoru və səviyyə ölçən lazer aparatını bazarda sata bilmədiyi üçün qohumu Andreyə satmaq qərarına gəlmişdir. Bu səbəbdən həmin günü saat 19 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yaşayan Andreyin evinə gedərək, bir ədəd preforatoru və bir ədəd lazer aparatını Andreyə ümumilikdə 85 manata satmışdır. O, Zərərçəkmiş şəxs mənzilindən oğurladığı alətlərin satışından əldə ertdiyi pulları ehtiyacları üçün xərcləmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, iş üzrə Təqsirləndirilən şəxs bir neçə ay olar ki, tanımışdır. 2022-ci ilin yanvar ayında ünvan 4 ünvanında olan mənzili aldıqdan sonra, oranı təmir etmək istəmiş və bu səbəbdən ev təmiri ustası axtarmışdır. Taksi sürücüsü olan atası Firudin ona Şəbinə adlı müştərisinin əri Zaminin ev təmiri ustası işlədiyini demiş və sonuncunu mənzili təmir etməsi üçün dəvət etməsini təklif etmişdir. O, razılaşdıqdan sonra atası Zamin adlı ustanı ilə onu təmir etdirmək istədiyi mənzildə görüşdürmüşdür. Zamin mənzilə baxıb, oranı təmir edə biləcəyini demiş və zəhmət haqqı barədə razılığa gəlmişlər. Daha sonra 2022-ci ilin aprel ayının əvvəllində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Park Plus” ticarət mərkəzində Zaminlə görüşüb lazım olan materialları oradan almış, təmir ediləcək mənzilə aparmışlar. Bundan sonra Zamin həmin mənzili təmir etməyə başlamış, o, da Zaminə ehtiyac olan təmir alətlərini, tikinti materiallarını alıb vermişdir. Eyni zamanda razılaşdıqları təmir üçün zəhmət haqqını da hissə-hissə Zaminə ödəmişdir. xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində o, təmirə baxmaq üçün mənzilə gəldiyi zaman Zaminin mənzili təmir etdiyini görmüş, hər şey qaydasında olduğu üçün çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Zaminin ***-***-**-** mobil nömrəsinə zəng etmiş, sonunvuya zəng çatmadığı üçün saat 13 radələrində təmir olunan mənzilinə getmişdir. Həmin vaxtı Zaminin mənzildə olmadığını görmüş, lakin təmir alətlərinin yerində olub-olmadıqlarına fikir vermədən çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində Zaminə zəng etmiş, lakin sonunvuya yenidən zəng çatmadığı üçün saat 10 radələrində həmin mənzilinə getmiş, qapının qıfılını açaraq, mənzilə daxil olmuşdur. Mənzildəki özünə məxsus olan təmir alətlərini yoxladıqda, 250 manat dəyərində bir ədəd “DeWALet” markalı səviyyə ölçən lazer aparatının, 340 manat dəyərində bir ədəd “Bosch” markalı laqundanın, 60 manat eləyərində bir ədəd “Zubr” markalı drelin, 150 manat dəyərində bir ədəd “Bosch” markalı preforatorun, 80 manat dəyərində bir ədəd “Candan” markalı boru yapışdıran ütünün, 85 manat dəyərində bir ədəd “İneco” markalı lobzikin və 180 manat dəyərində bir ədəd “Samsung” markalı tozsoranın oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə təxminən 1145 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, iş üzrə Təqsirləndirilən şəxs təxminən 15 ildir ki, tanıyır, aralarında yoldaşlıq münasibəti olmuşdur. Özü fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla, kafel ustasıdır. xx.xx.2022-ci il tarixdə, saat 19:20 radələrində Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə hazırda xatırlamadığı mobil nömrədən zəng edərək, usta kimi işlədiyi mənzili təmir etdikdən sonra ona bir neçə usta alətləri və cihazları, yəni lobzik, laqunda, preforator, səviyyə ölçən cihaz, drel, boru yapışdıran ütü və sair alətlər qaldığını, pula ehtiyacı olduğundan onları ucuz qiymətə satmaq istədiyini bildirmişdir. O, da, işində lazım olduğundan, bir ədəd səviyyə ölçən lazer cihazını və bir ədəd preforatoru almaq istəmişdir. Bu barədə Təqsirləndirilən şəxs dedikdə, Zamin bir ədəd səviyyə ölçən lazer cihazını və bir ədəd preforatoru ona 85 manata sata biləcəyini bildirmiş, o, da sonuncunun dediyi qiymətlə razılaşmışdır. Bir qədər sonra Təqsirləndirilən şəxs taksi ilə onun yaşadığı ünvan 5 ünvanına gələrək, bir bir ədəd “DeWALet” markalı səviyyə ölçən lazer aparatını və bir ədəd “Bosch” markalı preforatoru gətirmişdir. Hər iki alət istifadədə olmuş olsalar da, işlək vəziyyətdə olmuşlar. Ona görə də o, Təqsirləndirilən şəxs razılaşdığı 85 manat pulu verərək, həmin alətləri öz işində istifadə etmək üçün almışdır. 28 iyun 2022-ci il tarixdə günün ikinci yarısında yaşadığı ünvana gələn Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları ondan Təqsirləndirilən şəxs ona hər hansı bir alət, cihaz veribvermədiklərini soruşduqda, o, polis əməkdaşlarına Təqsirləndirilən şəxs ona 85 manata bir ədəd səviyyə ölcən cihazı və bir ədəd preforator satdığını demişdir. Polis əməkdaşları həmin alətlərin Təqsirləndirilən şəxs tərəfindən işlədiyi evdən oğurladığını bildirdiklərindən o, həmin “DeWALet” markalı səviyyə ölçü lazer aparatını və “Bosch” markalı preforatoru polis əməkdaşlarına təhvil vermişdir. Təqsirləndirilən şəxs həmin alətləri ona satdığı zaman həmin cihazların özünə məxsus olduğunu, pula ehtiyacı olduğundan satmaq istədiyini bildirmişdir və o, həmin alətlərin oğurluq olduqlarını bilməmişdir. İş materiallarından görünür ki, 29 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin177.1-ci maddəsi ilə cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 01 iyul 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(010)-394/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 iyun 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5572 saylı xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş istifadədə olması nəzərə alınmaqla üzərində “DeWALet” yazısı olan bir ədəd səviyyə ölçən lazer aparatının orta bazar qiyməti 120 manat və üzərində “HAMMER DRİLL” və “BOSCH GBH2-26 DRE” yazıları olan perefaratorun orta bazar qiyməti 120 manat olmaqla 2022-ci ilin iyun olan orta bazar qiyməti və ümumi dəyəri 240 manatdır. İş materiallarında olan qəbzdən müəyyən olunur ki, bir ədəd “DeWALet” markalı səviyyə ölçən lazer aparat və bir ədəd üzərində “HAMMER DRİLL”, “BOSCH GBH2-26 DRE” yazıları olan prefarator Zərərçəkmiş şəxs qaytarılmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.2.1, 181.2.1, 66.3-cü maddələri ilə 08 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, onun törətdiyi əməli etiraf etməsini, əməldən səmimi peşmançılıq çəkməsini iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alaraq, cəzanı ağırlaşdıran halların olmamasını qeyd edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs oğurladığı “DeWALet” markalı səviyyə ölçən lazer aparat və bir ədəd üzərində “HAMMER DRİLL”, “BOSCH GBH2-26 DRE” yazıları olan preforator X5 qaytarıldığından, zərərçəkmiş şəxsə qaytarılmış hesab edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu vaxtdan, yəni 29 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs oğurladığı “DeWALet” markalı səviyyə ölçən lazer aparatı və bir ədəd üzərində “HAMMER DRİLL”, “BOSCH GBH2-26 DRE” yazıları olan preforator zərərçəkmiş şəxs X5 qaytarıldığından, zərərçəkmiş şəxsə qaytarılmış hesab edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar