Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-369/2022 29.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs iştirakı ilə, 30 avqust 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Suraxanı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü, 67.1-ci, 68.1.1-1-ci maddələri ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olaraq yaşamış və barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Əliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Əliyev Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 06 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, atəşə yaralı 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatlarını, yəni patronları, 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 40 ədəd 5,45x39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan, həmin kalibirli Kalaşnikov konstruksiyalı əl pulemyotunun komplekt hissəsi hesab edilən darağı və 01 ədəd keçmiş SSRİ dövlətində istehsal olunmuş, çaxmaqda 300 №-si olan, 5,45 kalibrli, texniki cəhətdən saz və atəşüçün yararlı olan, yivli odlu silah sayılan Kalaşnikov konstruksiyalı RPK-74 modelli əl pulemyotunu əldə edib, pulemyotu Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən“Şörgöl” adlanan ərazidə torpağa basdırıb gizlətmiş, 06 ədəd döyüş sursatlarını, yəni patronları və 01 ədəd Kalaşnikov konstruksiyalı əl pulemyotlarının komplekt hissəsi hesab edilən darağı üzərində saxlamaqla daşıyaraq gəzdirmiş, bu barədə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə daxil olmuş məlumat əsasında, həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, 03 iyun 2022-ci il tarixdə, saat 14.30-da ünvan 1 ünvanın qarşısında saxlanılaraq, ünvan 2 ünvanda yerləşən Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirilmiş, orada üzərinə vidoçəklişdən istifadə etməklə keçirilən şəxsi baxış zamanı sol əlində olan ağ sellofan torbanın içərisində saxlayaraq, daşıyıb gəzdirdiyi 06 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, atəşə yaralı 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatları, yəni patronlar və 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 40 ədəd 5,45x39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan, həmin kalibirli Kalaşnikov konstruksiyalı əl pulemyotunun komplekt hissəsi hesab edilən daraq aşkar edilərək götürülmüş, davam edən tədbirlər nəticəsində də video çəklişdən istifadə etməklə, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Şörgöl” adlanan ərazidə torpağa basdırılaraq gizlədilmiş 01 ədəd keçmiş SSRİ dövlətində istehsal olunmuş, çaxmaqda 300№-si olan, 5,45 kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı olan, yivli odlu silah sayılan Kalaşnikov konstruksiyalı RPK-74 modelli əl pulemyotu aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Əliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Əliyev Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, təxminən saat 14:30-da yaşadığı ünvan 1 ünvanın qarşısında olan zaman, mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşaraq və özlərini təqdim edərək, polis əməkdaşı olduqlarını bildirərək, onu şübhəli şəxs qismində Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər və o, polislərin dəvəti ilə Polis Bölməsinə getmişdir. Suraxanı RPİ-nin 31-ci PBnin xidməti otaqların birində dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra, videoçəkiliş aparmaqla üzərində olan əşyaları təqdim etməyi ona bildirilmişdir. Təklifə əsasən o, sol əlində ağ rəngli sellofan torbanın içərisində saxladığı 06 (altı) ədəd patronları və 01 (bir) ədəd odlu silaha aid darağı təqdim etmişdir. Təqdim etdikdən sonra verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, təxminən bir ay yarım əvvəl Suraxanı rayonu, Əmircan qəsəbəsində “Şörgöl» adlanan ərazidə gəzən zaman, içərisində 06 (altı) ədəd patron, 01 (bir) daraq və qara rəngli Kalaşnikov konstruksiyalı odlu silah olan sellofan aşkar etmişdir, yəni tapmışdır. Satmaq üçün 6 ədəd patronları və 01 ədəd darağı götürmüşdür. Silahi isə sellofan və parça ilə sarıyaraq torpağa basdırmışdır. Həmin silahi təqdim etməyini təklif edildikdən sonra, o, həmin əraziyə polis əməkdaşları ilə birlikdə getmiş və həmin silahı təqdim etmişdir. Orada da videoçəkiliş aparılmışdır. Aşkar olunmuş 6 ədəd patronlar, 01 ədəd daraq və 01 ədəd Kalaşnikov markalı odlu silah onun iştirakı ilə qablaşdırılıb, möhürlə möhürlənərək götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokollar tərtib edilərək ucadan oxunmuş və protokolların doğruluğu imzalarla təsdiq edilmişdir. Təqdim etdiyi 06 (altı) ədəd patronları və 01 (bir) ədəd darağı təxminən bir ay yarım əvvəl “Şörgöl”adlanan ərazidə tapmışdır. Həmin patronları və darağı satmaq məqsədilə üzərində saxlamışdır. Silahı da düşünmüşdür ki, gələcəkdə satar. Ona görə də silahı həmin yerdə torpağa basdıraraq gizlətmişdir. Bu barədə heç kimə məlumat verməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda qeydiyyatda olaraq yaşayan Əliyev Təqsirləndirilən şəxs odlu silahın qanunsuz olaraq dövriyyəsi ilə məşqul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə, 03 iyun 2022-ci il tarixdə ondan və işlədiyi PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə tərəflərindən keçirilmiş tədbirlər nəticəsində saat 14:30 radələrində ünvan 1 ünvanın qarşısında Təqsirləndirilən şəxs Əliyev saxlanılaraq, Suraxanı RPl-nin 31-ci PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs Əliyev saxlanılan zaman onun sol əlində sellofan bağlama olmuşdur.Təqsirləndirilən şəxs Əliyevin hüquqlarının müdafiə edilməsi üçün PB-nə müdafiəçi dəvət olunmuş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs Əliyev şübhəli şəxs qismində tutulmuş və ona hüquq, həmçinin vəzifələri izah edilmişdir. Sonra inzibati binanın xidməti otaqlarının birində Təqsirləndirilən şəxs Əliyevə videoçəkilişdən istifadə etməklə, üzərində şəxsi axtarışın və götürmənin keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs Əliyevə üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya varsa, əşyanı təqdim etməsi təklif edilmişdir. Təklifə əsasən Təqsirləndirilən şəxs Əliyev sol əlində içərisində 06 ədəd 5,45x39 mm kalibrli patronlar və 40 ədəd 5,45x39 mm. kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş Kalaşnikov konstruksiyalı əl pulemyotunun komplekt hissəsi hesab edilən daraq olan sellofan bağlamanı təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs Əliyev təqdim etdiyi 06 ədəd patronları və 01 ədəd əl pulemyotunun komplekt hissəsi hesab edilən darağı tutulmamışdan təxminən bir ay yarım əvvəl Suraxanı rayonu, Əmircan qəsəbəsində “Şörgöl’adlanan ərazidə gəzən zaman sellofan bağlamada tapdığını, bağlamanın içərisində olan patronları və darağı satmaq üçün özündə saxlayaraq, özü ilə daşıyaraq gəzdirdiyini, bağlamada olan 01 ədəd Kalaşnikov konstruksiyalı əl pulemyotunu isə “Şörgöl” ərazidə bir ağacın altında torpağa basdıraraq gizlətdiyini, həmin silahı da təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Əliyev tərəfindən təqdim edilmiş 06 ədəd patronlar və 01 ədəd əl pulemyotlunun komplekt hissəsi hesab edilən daraq barədə tərəflərindən müvafiq qaydada protokol tərtib edilmişdir. Sonra Təqsirləndirilən şəxs Əliyev tərəflərindən Suraxanı rayonu, Əmircan qəsəbəsində “Şörgöl» adlanan əraziyə aparılmışdır. Orada Təqsirləndirilən şəxs Əliyev bir ağacın dibini göstərərək, 01 ədəd Kalaşnikov konstruksiyalı əl pulemyotunu həmin ağacın dibində torpağa basdıraraq, gizlətdiyini bildirmişdir. Həmin yer qazıldıqda, həqiqətən də orada qara rəngli sellofan bükümü aşkar edilmişdir. Büküm açıldıqda isə, bükümdə parçaya bükülmüş 01 ədəd Kalaşnikov konstruksiyalı əl pulemyotu aşkar edilərək, tərəflərindən götürülmüşdür. Bu barədə də tərəflərindən müvafiq qaydada protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs Əliyevdən götürülmüş 01 ədəd odlu silah, 06 ədəd patronlar və 01 ədəd daraq ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Tərtib edilmiş protokollar iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən, həmçinin Təqsirləndirilən şəxs Əliyev tərəfindən də imzalanmışdır. Hər iki halda videoçəkiliş sonradan disklərə köçürülməsi üçün «Samsung» markalı mobil telefon vasitəsi ilə aparılmış və Təqsirləndirilən şəxs Əliyevə qarşı heç bir təzyiq olunmamışdır. İş üzrə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar analoji ifadə vermişdir. İş materiallarından müəyyən olunur ki, X9 03 iyun 2022-ci il tarixində şübhəli şəxs kimi tutulmuşdur. 05 iyun 2022-ci il tarixdə X9 Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. 05 iyun 2022-ci il tarixdə ********* №-li cinayət işi üzrə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs barəsində əvvəli 03 iyun 2022-ci il tarixdən hesablanmaqla 3 (üç) ay həddində, yəni 03 sentyabr 2022-ci il tarixədək «həbs» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 03 iyun 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PBnin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən tərtib olunmuş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Əliyev Təqsirləndirilən şəxs sol əlində olan ağ sellofan torbanın içərisində satış məqsədi ilə əldə edib saxlayaraq daşıyıb gəzdirdiyi 06 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, atəşə yaralı 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatları, yəni patronlar və 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 40 ədəd 5,45x39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan, həmin kalibirli Kalaşnikov konstruksiyalı əl pulemyotunun komplekt hissəsi hesab edilən daraq aşkar edilərək götürülmüşdür. İş materiallarından görünür ki, 03 iyun 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin 31ci PB-nin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən tərtib olunmuş baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Əliyev Təqsirləndirilən şəxs göstərdiyi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Şörgöl” adlanan ərazidə torpağa basdırılaraq gizlətdiyi yerdən 01 ədəd keçmiş SSRİ dövlətində istehsal olunmuş, çaxmaqda 300 №-si olan, 5,45 kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı olan, yivli odlu silah sayılan Kalaşnikov konstruksiyalı RPK-74 modelli əl pulemyotu aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Kriminalisik Tədqiqatlar İdarəsində keçirilmiş məhkəmə məhkəmə-balistik ekspertizasının 04 iyun 2022-ci il tarixli 22/408R №-li rəyində göstərilmişdir ki tədqiqata təqdim edilmiş, çaxmaq çərçivəsində çaxmaqda 300 №-si olan silah, 5,45 mm kalibirli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı RPK-74 modelli əl pulemyotudur, hərbi, avtomatik, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş daraq zavod üsulu ilə istehsal olunmuş 40 ədəd 5,45x39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli Kalaşnikov konstruksiyalı əl pulemyotunun komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 06 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibirli olmaqla, həmin kalibirli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar. İş materiallarından görünür ki, 03 iyun 2022-ci il tarixdə saat 14:30-da Əliyev Təqsirləndirilən şəxs ünvan 5 ünvanın qarşısında Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, Suraxanı RPİ-nin 31-ci PB-nə gətirildikdə üzərində şəxsi axtarış aparılarkən «Samsung» markalı mobil telefonla videoçəkiliş aparılmış, çəkiliş 01 ədəd «DVD» diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. 05 iyun 2022-ci il tarixdə həmin videoçəkilişə Təqsirləndirilən şəxsƏliyevin, həmçinin onun müdafiəçisi X1 iştirakları ilə tərəfimdən baxış keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. Həmin disk iş üzrə əhəmiyyət kəsb etdiyindən istintaq sənədi kimi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarından görünür ki, 03 iyun 2022-ci il tarixdə saat 14:30-da Əliyev Təqsirləndirilən şəxs ünvan 5 ünvanın qarşısında Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, Suraxanı RPİ-nin 31-ci PB-nə gətirildikdə üzərində şəxsi axtarış aparıldıqdan sonra, onun iştirakı ilə Suraxanı rayonu, Əmircan qəsəbəsində “Şörgöl”adlanan ərazidə baxış aparılarkən «Samsung» markalı mobil telefonla videoçəkiliş aparılmış, çəkiliş 01 ədəd «DVD» diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin disk iş üzrə əhəmiyyət kəsb etdiyindən istintaq sənədi kimi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarından görünür ki, 03 iyun 2022-ci il tarixdə təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 06 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, atəşə yaralı 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatları, yəni patronlar, 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 40 ədəd 5,45x39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan, həmin kalibirli Kalaşnikov konstruksiyalı əl pulemyotunun komplekt hissəsi hesab edilən daraq və 01 ədəd keçmiş SSRİ dövlətində istehsal olunmuş, çaxmaqda 300 №-si olan, 5,45 kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı olan, yivli odlu silah sayılan Kalaşnikov konstruksiyalı RPK-74 modelli əl pulemyotu 18 iyun 2022-ci il tarixdə qəbul edilmiş qərarla maddi sübut kimi tanınaraq, məhkəmənin hökmünə kimi saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanılması ambarına təhvil verilmişlər. Təqsirləndirilən şəxs X6 məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış müvafiq tələbnamədən görünür ki, X3 rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü, 67.1-ci, 68.1.1-1-ci maddələri ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. xx.xx.2021-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad olunub. İş materiallarında olan Amnistiya Aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq, məhkum Əliyev Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüşdür. Beləliklə, təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici izahatı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyi ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə, həmçinin, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 4-cü bəndinə əsasən CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından, cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etdiyini, törətdiyi əməldən peşman olduğunu, ailəli olduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə onu da nəzərə almalıdır ki, təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs ailəlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsiri də məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə bu qənaətə gəlir ki, mühakimə edilən şəxsdə təyin ediləcək cəzanın həddi onda güclü islah – tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosialpsixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimai-faydalı fəaliyyətə qayıtmasına köməklik edər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında da məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların məcmusunu, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Əliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Əliyev Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu andan - xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə iş üzrə maddi sübutlara dair məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, 06 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, atəşə yaralı 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatları, yəni patronlar, 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 40 ədəd 5,45x39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan, həmin kalibirli Kalaşnikov konstruksiyalı əl pulemyotunun komplekt hissəsi hesab edilən daraq və 01 ədəd keçmiş SSRİ dövlətində istehsal olunmuş, çaxmaqda 300 №-si olan, 5,45 kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı olan, yivli odlu silah sayılan Kalaşnikov konstruksiyalı RPK-74 modelli əl pulemyotu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Əliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Əliyev Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Əliyev Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 03 iyun 2022-ci il tarixdən hesablansın. Əliyev Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Suraxanı RPİ-nin maddi sübutların saxlama anbarına təhvil verilmiş 06 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, atəşə yaralı 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatları, yəni patronlar, 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 40 ədəd 5,45x39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan, həmin kalibirli Kalaşnikov konstruksiyalı əl pulemyotunun komplekt hissəsi hesab edilən daraq və 01 ədəd keçmiş SSRİ dövlətində istehsal olunmuş, çaxmaqda 300 №-si olan, 5,45 kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı olan, yivli odlu silah sayılan Kalaşnikov konstruksiyalı RPK-74 modelli əl pulemyotu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-369/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-369/2022
29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver