Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-37/2020 11.02.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X4 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Bakı şəhər prokurorluğunda dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmış şəxs Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçisi, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X1 iştirakı ilə, saat 10:25, Bakı şəhərində Təqsirləndirilən şəxs, xx xxxxxx 1978-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, Döngə 2, 6 nömrəli evdə qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, haqqında tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 21 radələrində ictimai yer hesab olunan ünvan 1 ünvanında yerləşən kafedə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq oluması ilə müşayiət olunan hərəkətlər edərək əmisi Zərərçəkmiş şəxs “gözünə şeytan kimi görsənməsi” bəhanəsi ilə heç bir əsaslı səbəb olmadan, söyüb, üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla qəsdən vuraraq ona döş qəfəsinin arxa sol səthinin geniş həcmli daxilə nüfuz etməyən kəsilmiş yarası ilə nəticələnən xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 4(010)- 170/2019 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Məhkəmə iclasında barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmış şəxs Təqsirləndirilən şəxs psixi vəziyyəti ilə əlaqədar olaraq ifadəsini almaq mümkün olmadığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edilmişdir. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, əsəb xəstəsidir və 2016cı ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən psixatrik xəstəxanada 13 gün yatıb müalicə olunmuşdur. Hazırda psixatrik müəssisədə qeydiyyatdadır və hər ay gedib iynə vurdurur. Bəzi hallarda ALLAH ona müəyyən insan cildində olan şeytanları göstərir, o da həmin şeytanları öldürmək istəyir. xx xxxxxx 2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən kafedə olan zaman, şeytan olan, hamının qulağı qırıq şeytan dediyi əmisi Namiqin də ora gələcəyini bildiyinə görə sonuncunu öldürüb şeytanı yer üzündən silmək evdən çıxarkən özü ilə bıçaq götürmüşdür. Əmisi kafeyə təxminən saat 21 radələrində gəlib dostları Məhəddin və Əfqanla birlikdə oturmuşdur. Sakitcə əmisinə yaxınlaşıb bıçaqla onu vurmaq istəsə də ALLAH ona, əmisini öldürməyə icazə verməmişdir. Əlindəki böyük bıçağın az bir hissəsi ilə əmisinin sol kürək nahiyəsindən vurduqdan sonra sonuncu ayağa durub qaçmağa başlamışdır. Sonra isə əmisi özündə olan bıçağını çıxardıb ona, qorxmursan gəl demişdir. Əmisinin üzərinə gedərkən sonuncu yerdən götürdüyü daşı ona tərəf atmış və həmin daş onun əlinə dəymişdir. Bundan sonra əmisi Məhəddinin maşınına minərək oradan uzaqlaşmış, o isə yaşadığı evə getmişdir. Evə gedən zaman atası zəng edib ondan hansı səbəbdən belə bir hərəkətə yol verdiyini soruşmuş, lakin o, atasına heç nə deməmişdir. Evə çatdıqda isə bıçağı atasına vermişdir. Bir neçə saatdan sonra polis əməkdaşları gəlib onu aparmışlar. Təqsirləndirilən şəxs həmçinin göstərmişdir ki, əvvəllər Namiqlə ədavəti olub, əmisinin bircə dənə də olsun düz sözü, düz əməli yoxdur, həmçinin sonuncu heç vaxt onun sözünə inanmamış, hər dəfə onun sözünü kəsmişdir. Hadisə zamanı orada ondan və Namiqdən başqa Əfqan, Məhəddin, Nail, Dünyamalı və tanımadığı digər şəxslər olmuşdur. Onun məqsədi əmisi Namiqi öldürmək olmuş, lakin ALLAH buna icazə vermədiyindən məqsədinə nail ola bilməmişdir. Hadisə vaxtı hər hansı bir spirtli içki qəbul etməmişdir. Hadisədən sonra Namiq Məhəddinin maşınına minərək getmişdir, lakin hadisə yerində qalmış olsaydı belə ona kömək etməyəcəkdi. Habelə Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğunu, narkotik vasitələri əldə etdiyi yer barədə isə məlumat vermək istəmədiyini bildirmişdir. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmış şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmədə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmış şəxsin qanuni nümayəndəsini, müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini anlaqsız vəziyyətdə törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. xx xxxxxx 2020-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, psixi xəstəlikdən əziyyət çəkən qardaşı oğlu Rasim beş ildir ona məlum olmayan səbəbdən onunla ədavət aparır və onu öldürmək istəyir. Rasim onu öldürmək istədiyini yaşadığı evdə ailə üzvlərinə və digər yerlərdə demişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat 20-21 radələrində yaşadığı evə yaxın olan Sərxan adlı şəxsin işlətdiyi kafeyə gedib orada dostları Əfqan və Məhəddinlə birlikdə oturmuşdur. Həmin kafedə olan qardaşı oğlu Rasim tərəfindən izləndiyini hiss etdiyinə görə özünü ehtiyyatlı aparırmışdır. Rasim onların əyləşdirkəri masaya yaxınlaşdıqda onun kefini soruşmuşlar, İkin sonuncu cavab vermədən kafenin həyətində gəzişməyə başlamışdır. Rasim onun arxasına keçib qəflətən əlindəki bıçaqla onu vurmaq istəyərkən dərhal bədənini qabağa çəkmiş, buna baxmayaraq Rasim bıçaqla onun sol kürək nahiyəsinə xəsarət yetirmişdir. Cəld tərpənməsəydi Rasimin əlindəki böyük bıçaqla ürəyindən vurub onu öldürəcəkdi. Rasim ona bıçaqla xəsarət yetirməklə yanaşı, eyni zamanda onun ünvanına təhqiramiz ifadələr də işlətmişdir. Ayağa qalxıb qaçmağa başladıqdan sonra Rasim onun arxasınca düşmüş, lakin bir neçə metr qaçdıqdan sonra kafeyə tərəf qayıtmış, Əfqan və Məhəddin isə onu 3 saylı Sabunçu xəstəxanasına aparmışlar. Zərərçəkmiş şəxs həmçinin bildirdi ki, hadisə vaxtı orada Əfqan, Məhəddin, Naib, Sərxan və digər şəxslər olmuşdur. Rasim qardaşı oğlu olsa da ətrafdakı insanlar üçün çox təhlükəlidir. Belə ki, Rasim 2017-ci ildə öz yeznəsi İlhamı da bıçaqlamış, habelə növbədə digər şəxslərin də olduğunu demişdir. Sonda zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmış şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu, onun müalicə olunması üçün barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, təxminən 8-9 aydır Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsi, 27Q ünvanında yerləşən kafeni işlətmək üçün qardaşı Sərxana vermişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat təxminən 19-20 radələrində həmin kafeyə getmiş, həmin vaxt əvvəllər tanıdığı Namiq və onun qardaşı oğlu Rasim də kafedə olmuşlar. Rasimin kefinin olmadığını görüb ondan bunun səbəbini soruşduqda sonuncu yemək yedikdən sonra özünü narahat hiss edir deyə cavab vermişdir. Bundan sonra dostları Namiq və Məhəddinlə birlikdə oturub söhbət etmiş, Rasim isə həmin vaxt kafenin həyətində gəzişmişdir. Söhbət etdikləri zaman Namiq qəflətən ayağa durub qaçmağa başlamışdır. Üzünü Namiqə tərəf çevirəndə Rasimin əlində böyük bıçaqla əmisi Namiqin arxasınca qaçdığını, Namiqin kürəyindən yaralandığını görmüşdür. Bir az Namiqin arxasınca qaçdıqdan sonra Rasim geri qayıtmışdır. O və Məhəddin isə sonuncunun avtomobili ilə Namiqi 3 saylı Sabunçu xəstəxanasına aparmışlar. Şahid1 həmçinin ruhi xəstə olan Rasim hadisə zaman özündə olmadığını, hadisə zamanı kafedə ondan başqa, qardaşı Sərxanın, Məhəddinin və adlarını dəqiq bilmədiyi müştərilərin olduğunu, Rasim tərəfindən bıçaqla vuruluqdan sonra Namiqin Rasimin üzərinə bıçaq çıxartmadığını, ona daş atmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, 8-9 aydır Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsində yerləşən kafeni işlədir. Həmin kafedə adətən axşamlar təxminən 5-10 nəfər müştəri olur. xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 21 radələrində kafeyə gəlmiş, həmin vaxt kafedə təxminən 10-15 nəfər müştəri, o cümlədən Namiq və onun qardaşı oğlu Rasim olmuşlar. Bir müddət sonra Namiqin qəflətən qaçdığını, arxasınca isə əlində bıçaqla qardaşı oğlu Rasimin qaçdığını, Namiqin kürəyinin sol tərəfindən qan axdığını görmüşdür. Rasim bir neçə metr qaçdıqdan sonra təngənəfəs olub kafenin qarşısına qayıtmış, kafedə olan şəxslər isə Namiqi xəstəxanaya aparmışlar. Habelə kafedəki digər şəxslər Rasimin əlindən bıçağı almaq istəsələr də sonuncu bıçağı verməyib yaşadığı evə getmişdir. Şahid2 həmçinin göstərdi ki, Rasim ruhi xəstədir və tez-tez psixatrik müəssisəyə gedərək müalicə alır. Hadisə zamanı kafedə ondan başqa qardaşı Əfqan, Məhəddin və adlarını dəqiq bilmədiyi başqa müştərilər olmuşdur. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, 27Q ünvanında yerləşən kafenin qarşısında baş vermişdir. Baxış zamanı hadisə yerində qan izləri və ya iş üçün digər əhəmiyyətli əşyalar aşkar edilməmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, 1/4528 saylı “Sərxoşuluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs sidiyində THC (+) marixuana aşkar edilmişdir. İş materiallarında olan baxış və götürmə haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hal şahidlərinin və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs atası Qanuni nümayəndə Kərəm oğlunun iştirakı ilə, sonuncunun könüllü olaraq istintaqa təqdim etdiyi bıçağa baxış keçirilmişdir. Baxış zamanı bıçağın sapının qara və gümüşü rənglərdən ibarət olmaqla iki rəngdən ibarət olduğu, üç yerdən vintlə bərkidildiyi, tiyəsinin gümüşü rəngli olduğu, üzərində kiçik dairənin içərisində dörd ədəd “6” rəqəminin və “SİLİU” sözlərinin yazıldığı, ümumi uzunluğunun 30 sm, tiyəsinin uzunluğunun isə 17 sm olduğu müəyən edilmişdir. Cinayət aləti olan həmin bıçaq maddi sübut əhəmiyyətli olduğundan götürülmüşdür. İş materiallarında olan baxış və götürmə haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus ön tərəfində “Freddy Sport box” yazısı olan bir ədəd qısa qol, boz rəngli köynəyə baxış zamanı həmin köynəyin arxa sol səthinin zədələndiyi və böyük bir hissəsinin qana bənzər mayeyə bulaşdığı müəyyən edilmişdir. Həmin köynək maddi sübut əhəmiyyətli olduğundan götürülmüşdür. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsi, 27Q ünvanında yerləşən kafenin qarşısını göstərərək, xx xxxxxx 2019-cu il tarixdə, saat 21 radələrində əmisi Zərərçəkmiş şəxs öldürmək niyyəti ilə üzərində gəzdirdiyi bıçaqla həmin yerdə vuraraq ona xəsarət yetirdiyini bildirmişdir. İş materiallarında olan maddi sübutların ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 635/2019-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 qrup göstəricisi: A beta (İİ)-dir (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarışa əsasən), ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs köynəyi üzərində olan ləkələrdə insan qanı aşkar olunmuş, bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız A antigeni alınmış, həmin qan ləkələri A beta (İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim olunmuş bıçaq üzərində qan aşkar olunmamışdır. İş materiallarında olan maddi sübutların ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 430-MTKŞ/2019 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs köynəyin arxa səthinin sol yarısında və sol qolunun ön səthindəki iki ədəd kəsilmiş zədə aşkar olunmuş, bu zədələr kəsici kənarı olan hər hansı bir alətin (alətlərin) təsirindən əmələ gələ bilərdilər. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs köynəyin arxa səthinin sol yarısında iki ədəd kəsilmiş-deşilmiş zədələr aşkar olunmuş, bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gələ bilərdilər. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynəkdə aşkar olunmuş kəsilmiş və deşilmiş-kəsilmiş zədələrin ekspertiza tədqiqatına təqdim edilmiş bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs köynəyin sol qolunun qotuqaltı nahiyəsi üzərində köynəyin müvafiq nahiyəsinin hər hansı bir əşyaya ilişib cırılması nəticəsində əmələ gəlmiş və küt yaranma mexanizminə malik bir ədəd cırılma zədəsi vardır. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs köynəyin üzərində olan deşilmiş-kəsilmiş zədələrə görə təqdim olunmuş bıçağın köynəyə daxil olma səviyyəsində eni 6 mm-ə qədər olmuşdur. Ekspertizaya təqdim olumuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 770 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz etməyən kəsilmiş yarası xəsarətləri aşkar edilmişdir. Qeyd edilən kəsilmiş yara iti kənara malik əşyanın (ola bilsin bıçaq) təsirindən törənmişdir, xx xxxxxx 2019-cu il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan stasionar məhkəmə-psixatrik ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 120 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs “paranoid şizofreniya” kimi xroniki psixi xəstəlik müəyyən edilir. Təqsirləndirilən şəxs qərarda təsvir olunan və ona ittiham edilən cinayət əməlini törədərkən psixotik halda olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları ölçüb-biçmək və idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli barəsində anlaqsız hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Hal-hazırkı psixi vəziyyətinə görə R.Ə.Mustafyevin məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs mübtəla olduğu xroniki psixi xəstəlik çərçivəsində təzahür edən əlamətlərin hal-hazırda davam etməsinə görə stsionar müalicəyə ehtiyacı olduğu, bununla bərabər intensiv müşahidə tələb etmədiyi müəyyənləşir. Buna görə ona qarşı Azərbaycan Respublikası CM-in 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətəbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Belə ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, ona qarşı, eləcə də özü tərəfindən edilən hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, digər məhkəmə-istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir. İş materiallarında olan komisyon stasionar məhkəmə psixiatrik ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 143 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs X3 xroniki psixi xəstəlik müəyyən edilir. Bunu cinayət işi materialları, olan tibbi sənədlər, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri sübut edir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətdiyi zaman o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini psixotik vəziyyətdə münasibət sayıqlama fikirlərin təsiri nəticəsində törətmişdir. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqsız hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı vardır. Buna görə ona qarşı Azərbaycan Respublikası CM-in 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, T 403/2019 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs yetirilmiş xəsarət – sol kürək nahiyəsinin daxilə nüfuz etməyən kəsilmiş yarası – iti kəsici kənara malik alətin, ola bilsin ki, bıçağın təsirindən xx xxxxxx 2019-cu il tarixdə törənmiş və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Birliyin Suraxanı rayon şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli, 770 saylı rəyinin tərtibatı zamanı qüvvədə olan təlimatın tələbləri pozulmamış və rəyin nəticəsi təsviri hissəyə uyğundur. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə müəyyən olunmuş əməlin anlaqsız vəziyyətdə törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsində qeyd edilir ki, anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1 və 93.1.1-ci maddələrinə əsasən həmin Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulmuş halda psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilməlidir. Həmin Məcəllənin 93.1-1 və 93.1-1.1-ci maddələrinə əsasən şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə təyin edilir. Həmin Məcəllənin 93.2-ci maddəsinə uyğun olaraq, həmin Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən əgər psixi pozuntunun xarakteri müalicə şəraitinin, şəxsin saxlanmasının və onun üzərində müşahidənin yalnız psixiatriya stasionarlarında həyata keçirilməsini tələb edərsə, psixiatriya stasionarlarında məcburi müalicə olunma bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda təyin edilə bilər. Azərbaycan Respublikası CPM-nin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, ümumi uzunluğu 30 sm, tiyəsinin uzunluğunun isə 17 sm olan barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmış şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman silah qismində istifadə etdiyi məişət təyinatlı mətbəx bıçağı və Zərərçəkmiş şəxs məxsus ön tərəfində “Freddy Sport box” yazısı olan bir ədəd qısa qol, boz rəngli köynək dəyəri olmadığına görə Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.7-ci maddələrinə uyğun olaraq məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 346, 348, 381, 384, 385 və 477-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, ümumi uzunluğu 30 sm, tiyəsinin uzunluğunun isə 17 sm olan barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmış şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman silah qismində istifadə etdiyi məişət təyinatlı mətbəx bıçağı və Zərərçəkmiş şəxs məxsus ön tərəfində “Freddy Sport box” yazısı olan bir ədəd qısa qol, boz rəngli köynək dəyəri olmadığına görə məhv edilsin. Təqsirləndirilən şəxs 11 (on bir) saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri, 9 saylı vəkil bürosunun vəkili X2 Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri, 9 saylı vəkil bürosu vasitəsi ilə cəmi 66 (altmış altı) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmış şəxs tərəfindən isə apelyasiya şikayəti qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-37/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-37/2020
11.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver