Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-37/2022 22.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1973-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanı üzrə qeydiyyatda olmuş, ünvan 2 yaşamış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-60/2019 nömrəli iş üzrə 05 mart 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30 aprel 2020-ci ildə cəzasının sonu ilə azad edilmiş, 28 – 29 iyul 2021-ci il tarixləri üzrə tutulmuş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi 03 noyabr 2021-ci ildə Suraxanı Rayon Məhkəməsinə daxil olmuş və iş üzrə məhkəmənin hazırlıq iclası 15 noyabr 2021-ci il tarixinə təyin olunmuşdur. Məhkəmənin hazırlıq iclası yuxarıda göstərilən tarixdə təqsirləndirilən şəxsin iştirakı ilə keçirilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə verilmiş, iş üzrə məhkəmə baxışı 29 noyabr 2021-ci il tarixinə təyin edilmişdir. 29 noyabr, 13 dekabr və 17 yanvar 2021-ci ildə Təqsirləndirilən şəxs məhkəmə iclasına gəlməmiş, sonradan məhkəməyə qohumları tərəfindən şifahi olaraq bildirilmişdir ki, o, vəfat edib. İşin məhkəmə baxışı dövründə müvafiq halı təsdiq edən zəruri sənədlər əldə edilib. O cümlədən Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bakı şəhər Təcili və X1 Stansiyası” X2 tərəfindən təqdim olunmuş 18 mart 2022-ci il tarixli 84 nömrəli arayışdan görünür ki, 20 noyabr 2021-ci il tarixdə saat 21:51-də “103” xidmətinə ünvan 4 ünvanından naməlum şəxsin adına “keçinib” səbəbi ilə çağırış daxil olmuş, çağırışı 22 saylı bölmənin həkimi Nəsir Cəfərov icra edərək, ünvanda Təqsirləndirilən şəxs (48 yaş) məxsus meyit ilə rastlaşmış, “kişi cinsli meyit. Həkimə qədər ölüm” diaqnozu qoymuşdur. Azərbaycan Respublikası CPM-nin 106-1.3-cü maddəsinə əsasən «Cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir». Mərhum Təqsirləndirilən şəxs ünvanına CPM-nin yuxarıda göstərilən müddəasında nəzərdə tutulan məzmunda bildiriş göndərilmiş, bununla yanaşı məhkəmə işçisi onun bacısı ilə telefon vasitəsilə danışıb qanunvericiliyin müvafiq tələbləri ilə bağlı həmçinin şifahi izah vermişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs bacısı və ya digər yaxın qohumu təqsirləndirilən şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirməmişlər. Bu səbəbdən məhkəmə baxışı Təqsirləndirilən şəxs hüquqi varisinin iştirakı olmadan, onun müdafiəçisinin iştirakı ilə davam etdirilmişdir. İşin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 26 iyul 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,312 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 27 iyul 2021-ci il tarixdə saat 23:40 radələrində ünvan 5 ünvanının qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 32ci polis bölməsinə gətirilmiş və polis bölməsinin inzibati binasında 28 iyul 2021-ci il tarixdə saat 00:10-dan 00:25-dək olan müddətdə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sol yan cibindən l (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,312 qram təşkil edən narkotik vasitə “heroin” aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi faktı iş üzrə ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələr və şahid ifadələri ilə yanaşı aşağıda təsvir olunan sübutlarla tam təsdiq olunur. 28 iyul 2021-cı il tarixli 6/3152 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Zərflər üçün №196” dairəvi möhür əksi olan, Soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,312 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heorin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir”. Beləliklə işin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi faktı təsdiq edilmiş, ona bəraət verilməsi üçün zəruri olan hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən «şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə)» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən «Məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir». Eyni Məcəllənin 106-1.4-cü maddəsinə əsasən «Ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106- 1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir». Yuxarıda qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs yaxın qohumları onun hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini, prosessual qanunvericilikdə göstərilən 20 gündən xeyli çox vaxt keçdiyinə baxmayaraq bildirməmişlər. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi isə ərizə ilə məhkəməyə müraciət edərək cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsi ilə xitam verilməsinə razı olduğunu bildirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi səbəbindən Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,262 qr təşkil edən maddə – kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-37/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-37/2022
22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver