Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-37/2023 21.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1984-cü ildə Naxçıvan MR, Sədərək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmayan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi 42, inzibati binada qeydiyyatda olmaqla, faktiki ünvan 1 ünvanında yaşayan, 05 mart 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 06 noyabr 2021-ci il tarixdə saat 18 radələrində ictimai yer sayılan ünvan 2 ünvanında yerləşən binanın qarşısında Zərərçəkmiş şəxs puç qoz satması səbəbindən aralarında baş vermiş mübahisə zamanı ayağı ilə Zərərçəkmiş şəxs sol ayağından qəsdən vuraraq, ona incik sümüyünün yuxarı 1/3-nin, qamış sümüyünün aşağı 1/3-nin vintvari, qəlpəli, natamam, yerdəyişmiş sınığı ilə nəticələnən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2012-ci ildə ailə həyatı qurmuş və 2012-ci il təvəllüdlü Ayxan adında və 2014-cü il təvəllüdlü Ayan adında iki azyaşlı övladı vardır. Özü fərdi şəkildə “8555” şirkətinə məxsus olan avtomobil icarəyə götürərək taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. 06 noyabr 2021-ci il tarixdə günorta saatlarında məhəllədə yaşayan tanışı Şükür adlı oğlana 2 manat pul verərək yaşadığı məhəllədə səyyari şəkildə zibil qutusunun yanında meyvə-tərəvəz satan adını bilmədiyi şəxsdən 2 manatlıq qoz almasını demişdir. Həmin uşaq da gedib həmin kişidən 2 manatlıq qoz alıb gətirmişdir. O, həmin qozu aparıb evə vermiş və məhəlləyə düşmüşdür. Biraz sonra evdən ona zəng edərək uşağının həmin qozdan yeməsi və qozun puç olması səbəbindən uşağın yediyini qaytardığını demişlər. Buna görə də, özü içərisində qoz olan sellofanı da götürüb həmin satıcıya yaxınlaşmışdır. O, həmin satıcıya niyə xarab qozu satdığını soruşmuş, satıcı da bu qozu Quba şəhərindən aldığını və gedib Qubada şikayət etməyini bildirmişdir. O, həmin satıcının onunla kobud və yüksək səslə danışdığını və sanki onu vurması üçün təkid etdiyini görmüş və sonuncunu sakitləşdirmək üçün səsini aşağı salmasını, sakit danışmasını demişdir. Lakin həmin şəxs onun üstünə gəlməyə davam etmiş və “vur məni, vur məni” ifadəsini işlətmişdir. O da həmin satıcının sinəsindən itələmişdir ki, ondan uzaqlaşsın. Bu zaman həmin satıcının yanında olan balıq satan tanımadığı oğlan onu tutmuş və onunla mübahisə edən oğlan yavaş yerə yıxılmışdır. Bundan sonra o, həmin şəxsin sakitləşmədiyini görüb idarə etdiyi avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. Həmin gün axşam polis əməkdaşı ona zəng edərək günorta mübahisə etdiyi satıcını hadis zamanı itəlyən zaman yerə yıxılıb ayağının sındığını bildirmiş və onu Suraxanı RPİ-nin 30- cu PŞ-nə dəvət etmişdir. O da 30-cu PŞnə yaxınlaşıb hadisə barədə izahat vermişdir. Hadisə 06 noyabr 2021-ci il tarixdə təxminən günorta saatlarında yaşadığım Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 17 saylı binanın qarşısında baş vermişdir. Ramin yalan danışmış və onlara şər atmağa çalışmışdır. Hadisə zamanı Şükür ümumiyyətlə onları ayırmış və sakitləşdirməyə çalışmışdır. Hadisə zamanı orada o və mübahisə etdiyi, adını sonradan bildiyi Zərərçəkmiş şəxs başqa yanında olan tanışı Şükür, ətrafda olan Ələddin, Əziz və Məhəmməd adlı qonşuları və başqa tanımadığı şəxslər olmuşdur. Həmin vaxt Ramini nə o, nə də başqa heç kim vurmamışdır. Sadəcə Ramin öz- özünə coşub əsəbiləşdiyi üçün onun üstünə gələrək “vur məni, vur məni” ifadəsini işlətmiş və o da Ramini özündən kənarlaşdırmaq üçün sinəsindən itələmişdir. Bu vaxt Ramin yerə yıxılan zaman yanında olan adını bilmədiyi balıq satan oğlan onu kürəyindən tutmuş və Ramin çox yavaş şəkildə yerə yıxılmışdır. O, hələ də elə yavaş yıxılma nəticəsində Raminin ayağının necə sına bildiyinə inana bilmədiyini qeyd etmişdir. Raminin barəsində alınmış ekspertiza rəyində sonuncunun qeyd edilən xəsarətləri necə almasını bilməmişdir. Bu hadisədən əvvəl Zərərçəkmiş şəxs tanımamış və onunla arasında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, fərdi qaydada özünə məxsus olan “VAZ 21016” markah, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Quba rayonundan meyvə tərəvəz alıb Bakıya gətirərək ayrı-ayrı yerlərdə satır. 06 noyabr 2021-ci il tarixdə təxminən saat 18 radələrində Quba rayonundan gətirdiyi meyvə-tərəvəzi Suraxanı rayonu, Hövsan qəsəbəsində binaların arasında küçənin bir kənarına yığaraq alış-veriş etmişdir. Bu zaman bir nəfər tanımadığı oğlan ona yaxınlaşaraq 2 manatlıq qoz çəkməyini və əgər aldığı qoz puç çıxarsa bir daha gələcəyini bildirmişdir. O, qoz çəkib həmin oğlana verdikdən təxminən yarım saat sonra ondan qoz alan oğlan tanımadığı başqa oğlanla birlikdə ona yaxınlaşmış və onlardan adının sonradan Məhərrəm olduğunu bildiyi oğlan onu nalayiq ifadələr söyləyərək təhqir etməyə başlamış, niyə puç qoz satdığını soruşmuşdur. O da həmin qozu “Dad” şirkətindən aldığı və alan zaman aldığı qozun hamısını yoxlamağa imkan tapmadığını, əgər sözü varsa birlikdə gedib şirkətə sözünü deməsini bildirmişdir. Bu zaman həmin oğlan onun ayağına təpiklə vuraraq xəsarət yetirmiş və o, yerə yıxılmışdır. Həmin vaxt sol ayağında bərk ağrı hiss etmiş və ayağının sındığını başa düşmüşdür. Həmin iki oğlan isə onun yerə yıxıldığını görüb hansısa avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. Bu vaxt özü 103 xidmətinə zəng edərək hadisə yerinə çağırmış və TTY avtomobili gəlib onu 3 saylı ŞKX-yə aparmışdır. Orada ayağını yoxlayıb qırıldığını bildirmişlər və ayağına gips qoyulmuşdur. Həmin vaxtdan işinə davam edə bilməmiş və yaşadığı evdə müalicə almışdır. Həmin hadisənin baş verməsinə səbəb onun satdığı qozun puç çıxması və sonradan adını bildiyi Məhərrəmin onu nalayiq ifadələr söyərək təhqir etməsi olmuşdur. Ondan qoz alan oğlan təxminən 28-30 yaşlarında, adının sonradan Şükür olduğunu bildiyi oğlan olmuşdur. Hadisə zamanı orada tanımadığı bir çox insan olmuş və bu hadisənin şahidi olmuşdur. Həmin vaxt Məhərrəm onu ayağı ilə vuraraq xəsarət yetirmişdir. Hadisə vaxtı çox əsəbi və narahat halda olduğuna görə elə bildirmişdir. Lakin həqiqətdə hadisə zamanı Məhərrəmin yanında başqa bir tanımadığı oğlan olsa da o, sadəcə araya girib onları sakitləşdirmiş və həmin oğlan onu vurmamışdır. Hadisə zamanı o, Məhərrəmi vurmamış və xəsarət yetirməmişdir. Məhərrəm ifadəsində yalan danışmışdır. Həmin vaxt Məhərrəm onu ətrafda olan tanımadığı şəxslərin gözü qarşısında ayağı ilə vuraraq xəsarət yetirmişdir. Əgər Məhərrəm onu vurmasaydı xəsarət almazdı. Hadisə zamanı Məhərrəm ayağı ilə onun ayağından vurduğu üçün ayağı qırılmışdır. Hadisə zamanı o, yerə yıxılanda onu heç kim vurmamışdır. Sadəcə Məhərrəmlə üzbəüz dayanıb söhbət edən zaman sonuncu onun ayağından vurub xəsarət yetirmişdir. Hadisə vaxtı o, Məhərrəmə “məni vur” ifadəsini işlətməmişdir. Məhərrəm özü onu ayağından vuraraq xəsarət yetirmişdir. Sonda o, bildirdi ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır və onunla arasında normal münasibəti vardır. Belə ki, onlar birlikdə bir neçə dəfə fərdi şəkildə evlər götürərək təmir etmişlər və beləliklə də aralarında münasibət yaranmışdır. Həm də Məhərəm onun yaşadığı binanın yaxınlığında yaşayır. Zərərçəkmiş şəxs isə ümumiyyətlə tanımamış və onunla aralarında heç bir münasibəti olmamışdır. 06 noyabr 2021-ci il tarixdə günorta saatlarında yaşadığı məhəllədə olan zaman Məhərrəmlə söhbət edərkən ona 2 manat pul verərək xahiş etmişdir ki, məhələnin başında tanımadığı bir nəfərin səyyari qaydada satdığı meyvətərəvəz yerindən qoz alsın. O da Məhərrəmdən 2 manat pulu alıb həmin səyyarı satıcının yanma getmiş və ondan 2 manatlıq qoz almışdır. Həmin vaxt sonradan adını bildiyi satıcı Raminin ona satdığı qozun keyfiyyətsiz olduğunu görmüş və ona bu qozun xarab olubolmadığını soruşmuşdur. Ramin də narahat olmamağım, nəsə problem olsa özünün burada olduğunu bildirmişdir. O, qozu götürüb oradan uzaqlaşmış və gətirib Məhərrəmə vermişdir. Məhərrəm isə qozu evinə aparıb vermiş və yanına qayıtmışdır. Biraz sonra məhələdə olduqları zaman evdən Məhərrəmə zəng gəlmiş və biraz əvvəl aldığı qozun içinin kifli olmasını, uşağın yedikdən sonra qaytardığını bildirmişlər. Bu zaman Məhərrəm əsəbiləşərək ona qozu haradan aldığını soruşmuş, o da məhəllənin başında səyyari satıcıdan aldığını bidirmişdir. Məhərrəm həmin satıcıya yaxınlaşmış və onunla birlikdə həmin yerə yaxınlaşmışdır. Bu zaman Məhərrəm niyə keyfiyyətsiz qoz satdığını Ramindən soruşmuş, Ramin isə səs-küy salaraq etirazını bildirməyə başlamışdır. O, mübahisə böyüməsin deyə araya girib onları ayırmışdır. Lakin sonradan adını bildiyi satıcı Ramin dilini dinc qoymamış və Məhərrəmin onu vurması üçün qızışdırmışdır. Hətta Ramin “vur məni, vur məni” ifadələrini də işlətmişdir ki, Məhərrəm onu vursun. Bu zaman Məhərrəm onun sinəsindən tutub geriyə doğru itələmiş və Ramin arxaya gedib yıxılmışdır. Lakin Məhərrəmin ümumiyyətlə Ramini vurduğunu görməmişdir. Sonra Məhərrəmlə birlikdə onun idarə etdiyi avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Hadisə 06 noyabr 2021-ci il tarixdə təxminən günorta saatlarında həmin vaxt yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 17 saylı binanın qarşısında baş vermişdir. Həmin vaxt nə Ramin Məhərrəmi, nə də Məhərrəm Ramini vurmamışdır. X3 üstünə gəlib onun yaxasından tutub qışqıraraq “vur məni” ifadəsini işlədərək Məhərrəmin onu vurmasını istəmişdir. Məhərrəm də onun yaxasından tutub geriyə itələmişdir ki, ondan uzaqlaşsın. Bundan sonra onlar Məhərrəmin idarə etdiyi avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Hadisə zamanı o, Ramini və ya başqa heç kimi vurmamış və xəsarət yetirməmişdir. Sadəcə hadisə vaxtı araya girib onları sakitləşdirməyə çalışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Hüseyin oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşu məhəllədə yaşadığı üçün qonşu kimi tanımış və onunla aralarında normal münasibət olmuşdur. Zərərçəkmiş şəxs isə qiyabi olaraq məhələdə quru meyvələr satdığı üçün tanımış, lakin onunla aralarında heç bir münasibəti olmamışdır. 06 noyabr 2021-ci il tarixdə günorta saatlarında məhəllədə balıq aldıqdan sonra məhəllədə dayanan zaman səs-küy gəldiyini eşitmiş və səs gələn tərəfə yaxınlaşmışdır. Bu zaman həmin Ramin adlı kişinin Məhərrəmin üstünə gəlib qışqıraqışqıra mübahisə etməsi və sanki Məhərrəmi onun vurmağa təhrik etməyə çalışmasını görmüşdür. Lakin onlardan hansısa birinin digərini vurmasını və ya xəsarət yetirməsini görməmişdir. Yəni dəqiq olaraq Raminin bir-iki dəfə Məhərrəmin üstünə qışqıraraq gəlməsini görsə də, Məhərrəmin onu vurmasını və ya itələməsini görməmişdir. Həmin hadisə elə də böyük hadisə olmadığı üçün o və ətrafda olan tanımadığı şəxslər çəkilib oradan uzaqlaşmışlar. Hadisə 06 noyabr 2021-ci il tarixdə təxminən günorta saatlarında həmin vaxt yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 17 saylı binanın qarşısında baş vermişdir. Hadisə yalnız Ramin yüksək səslə qışqıraraq Məhərrəmin üstünə getmiş, lakin onlardan birinin digərini vurmasını və xəsarət yetirməsini görməmişdir. Məkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Qafarov X2 Məhəmməd Hüseyin oğlunun ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin 9-10-cu vərəqlərində olan 08 noyabr 2021-ci il tarixli götürmə və baxış keçirmə barədə protokola əsasən, hadisənin baş verdiyi yerdə ərzaq mağazasının olması müəyyən edildi və həmin ərzaq mağazasına quraşdırılmış təhlükəsizlik kamerasına baxış keçirildikdə baş vermiş hadisəni özündə əks etdirən videogörüntünün olması müəyyən edildi. Bu səbəbdən də həmin ərzaq mağazasına quraşdırılmış təhlükəsizlik kamerasının qeydə aldığı videogörüntü DVD diskə köçürülmüş və həmin videogörüntüyə baxış keçirilmişdir. Həmin videogörüntüyə baxış zamanı orada gümüşü rəngli “Kia Rio” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin mağazasın yanında dayanması, Təqsirləndirilən şəxs avtomobildən düşərək orada qoz və meyvə-tərəvəz satan vətəndaşa yaxınlaşaraq mübahisə etməsi, onların arasında münaqişə yaranması və nəticədə davadalaş baş verməsi aşkar edilmişdir. Cinayət işinin 18-20-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin məhkəmə-tibbi ekspertizasının 18 noyabr 2021-ci il tarixli 1213 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı bədən səthində aşağıdakı xəsarətlər aşkar edildi: incik sümüyünün yuxarı 1/3-nin, qamış sümüyünün aşağı 1/3-nin vintvari, qəlpəli, natamam, yerdəyişmiş sınığı. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən, yəni xx.xx.2021-ci il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumiliklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində alınmaları inkar olunur. Cinayət işinin 72-ci vərəqində olan diskə baxış keçirilməsi haqqında 04 mart 2022-ci il tarixli protokola əsasən, təqdim edilmiş disk DVD-R formatlıdır. Disk üzərində hər hansı bir söz yazılmamışdır. Xidməti iş otağında olan «HP» markalı kompüterin disk oxuyan cihazına daxil edildi. Monitorda açılan diskin yaddaşında “X1” proqramı vasitəsilə yazılmış 03 dəqiqə 24 saniyə həcmində bir ədəd fayl olması müşahidə olunur. Həmin fayla nəzər yetirdikdə, obyektivin quraşdırıldığı binanın küncündə ağ rəngli dövlət qeydiyyat nişanlı görünmüəyən “Kia Rio” markalı avtomobilin yanında məhəllənin içərisində ətrafda olan insanların piyada hərəkət etdiyi zaman bir neçə nəfər şəxsin toplaşması və mübahisə etməsi, onlardan ikisinin isə bir-birini itələməsi və əl-qol atması və onlardan birinin yerə yıxılması, sonra isə iki nəfər oğlanın həmin avtomobilə əyləşərək oradan uzaqlaşması müəyyən olundu. Diskə baxış zamanı iştirak edən şahid Təqsirləndirilən şəxs həmin hadisə zamanı satıcı Zərərçəkmiş şəxslə mübahisə edən şəxsin özü olduğunu və yıxılan şəxsin isə Zərərçəkmiş şəxs olmasını təsdiq etdi. Cinayət işinin 77-78-ci vərəqlərində olan 05 mart 2022-ci il tarixli ifadənin hadisə yerində yoxlanılması barədə protokola və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmazdan əvvəl ona, ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə hadisə yerində göstərməsi təklif edildi. Təqsirləndirilən şəxs göstərdi ki, 06 noyabr 2021-ci il tarixdə günorta saatlarında məhəllədə yaşayan uşaqlardan birinə 2 manat pul verərək yaşadığı məhəllədə səyyari şəkildə zibil qutusunun yanında meyvə-tərəvəz satan adını bilmədiyi şəxsdən 2 manatlıq qoz almasını demişdir. Həmin uşaq da gedib həmin kişidən 2 manatlıq qoz alıb gətirmişdir. O, həmir, qozdan bir neçə dənə qırmış, lakin içinin puç olduğunu və xarab olduğunu görmüşdür. Buna görə də, özü içərisində qoz olan sellofanı da götürüb həmin satıcıya yaxınlaşmışdır. Satıcıya niyə xarab qozu satdığını soruşmuşdur. Həmin satıcı da bu qozu Quba şəhərindən aldığını və gedib Qubada şikayət etməyini bildirmişdir. Həmin satıcı onunla kobud danışmış və yüksək səslə danışıb ona vurmağı üçün təkid etmişdir. Buna görə də, sonuncunu sakitləşdirmək üçün səsini aşağı salmasını sakit danışmasını demişdir. Lakin həmin şəxs onun üstünə gəlməyə davam etmiş və “vur məni, vur məni” ifadəsini işlətmişdir. O da satıcının sinəsindən itələmişdir ki, ondan uzaqlaşsın. Bu zaman həmin satıcının yanında olan balıq satan tanımadığı oğlan onu tutmuş və onunla mübahisə edən oğlan yavaş yerə yıxılmışdır. Bundan sonra həmin şəxsin sakitləşmədiyini görüb idarə etdiyi avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. İfadələrin yoxlanması gedişatında şahid Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri göstərdi. Cinayət işinin 65-ci vərəqində olan xx.xx.2022-ci il tarixli tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla oğlunun Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 5-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddəsi ilə tövsüf edilməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, törətdiyi əməldən səmimi peşman olmasını və cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödədiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını və iki azyaşlı uşaqların atası olduğunu, ailənin yeganə qazanc mənbəyi olduğunu məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN- ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə həmin Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 00:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə həmin Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-37/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-37/2023
21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver