Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-37/2024 31.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi, Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi Məhkəmə iclas katibi Qocazadə Aysel Məzayim qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, 01 avqust 1995-ci ildə Tərtər Rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 03 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (bundan sonra CM) 177.2.2ci, 177.2.3-cü, 180.2.2-ci, 185.1-ci, 234.1-ci və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, 13 oktyabr 2020-ci il tarixdə Bakı şəhər, Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, özgənin əmlakını açıq talamaqla təkrar soyğunçuluq etmiş, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirib qaçırmış, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək üzərində saxlamış, həmçinin satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 13 iyul 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli yaylası, döngə 1 ünvanda yerləşən ərzaq mağazasının plastik qapısını dəmir alətlə açmaqla qanunsuz daxil olub oradan ümumi dəyəri 350 manat təşkil edən «Keııt», «Vikeroy», «Palmall», «Rotmans» və «Maqna» markalı siqaretləri, ümumi dəyəri 25 manat təşkil edən 4 ədəd ət konserv, 2 ədəd şirəni və 2 ədəd «Elidor» markalı saç şampununu gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 ümumilikdə 375 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgəyə məxsus əmlakı gizli olaraq talamaq məqsədi ilə 28 iyul 2021-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, 34 nömrəli evin qarşısında dayanmış, Zərərçəkmiş şəxs10 məxsus «X11 Prado» markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2000 manat dəyərində katalizatorunu gizli talayıb Zərərçəkmiş şəxs10 2000 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 02 avqust 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» massivi, 143 ünvanda fəaliyyət göstərən «Gəngi» marketin plastik qapısını dəmir alətlə açmaqla marketə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus ümumi dəyəri 300 manat təşkil edən müxtəlif markalı siqaretləri, 20 manat dəyərində 02 ədəd sipirtli içikiləri və 3 ədəd müxtəlif şirələrin, 10 manat dəyərində şirniyyatları və 30 manat pulu gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs6 ümümilikdə 360 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgəyə məxsus əmlakı gizli olaraq talamaq məqsədi ilə 20 avqust 2021-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi, «Q» Y/S, 1 saylı binanının 29 saylı mənzilinin qarşısındakı dəhlizdə saxlanılmış Zərərçəkmiş şəxs8 məxsus 250 manat dəyərində 24 düyünlü velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 250 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 23 avqust 2021-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs13 yaşadığı Bakı şəhəri, Suraxanı Rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi 115 B saylı yaşayış evinin həyətinə hasardan keçmək yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olub oradan 01 ədəd 550 manat dəyərində samovarı gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs13 550 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 avqust 2021-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs12 məxsus Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi «D» Y/S, 29 ünvanında yerləşən istifadə olunmayan «Top az» mərc oyunları məntəqəsinin plastik qapısını dəmir alətlə açmaqla saxlanc yerinə qanunsuz daxil olub oradan sonuncuya məxsus 01 ədəd 800 manat dəyərində miss metaldan hazırlanmış samovarı gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs12 800 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 02 sentyabr 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 0,387 qram qəhvəyi rəngli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək, üstündə saxlamaqla daşımış və həmin gün saat 08:30 radələrində Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən 10 saylı evin qarşısında saxlanılaraq Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi «O» yaşayış sahəsi, 25 ünvanda yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nə gətirilərək orada üzərində şəxsi axtarış keçirilərkən, əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,387 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, təkrarən özgəyə məxsus əmlakı gizli olaraq talamaq məqsədi ilə 04 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Suraxanı Rayonu, Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən «Tosol» yanacaq doldurma məntəqəsində olarkən sərnişin qismində əyləşdiyi «Vaz-2106» markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobildən sürücü Zərərçəkmiş şəxs14 başının qarışıq olmasından istifadə edib sonuncuya məxsus 01 ədəd 550 manat dəyərində «Samsung A10» markalı mobil telefolnu gizli olaraq talayıb Zərərçəkmiş şəxs14 550 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgəyə məxsus əmlakı gizli olaraq talamaq məqsədi ilə 06 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Suraxanı Rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində fəaliyyət göstərən «ECE» adlı mağazaya müştəri qismində daxil olub satıcı Zərərçəkmiş şəxs9 başının qarışıq olmasından istifadə edib kassa aparatının qarşısından sonuncuya məxsus ***-***-**-** saylı GSM nömrə ilə istifadə olunan 693 manat dəyərində «X12 8» markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 693 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 13 sentyabr 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Suraxanı Rayonu. Yeni Günəşli qəsəbəsi «AB» Y/S, 68 ünvanının yaxınlığında fəaliyyət göstərən «Mömünə Xatun» gözəllik salonunun plastik qapısını dəmir alətlə açmaqla qanunsuz daxil olub oradan sonuncuya məxsus ümumi dəyəri 700 manat təşkil edən 3 ədəd müxtəlif markalı saç fenlərini, 2 ədəd ayaqqabıları, 28 ədəd saç rəngini, 2 ədəd dırnaq aparatını və 30 manat pulu gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs7 ümümilikdə 700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgəyə məxsus əmlakı gizli olaraq talamaq məqsədi ilə 10 oktyabr 2021-ci il tarixdən 14 oktyabr 2021-ci il tarixdək olan müddət ərzində hissə-hissə olmaqla Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi “AB"Y/S-də fəaliyyət göstərən “Mercedes” servisin yaxınlığında təmirə saxlanılmış Zərərçəkmiş şəxs15 məxsus «Daewoo Nexia»» markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobildən 2500 manat dəyərində mühərrik və digər ehtiyyat hissələrini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs15 2500 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o,təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 24 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs11 yaşadığı ünvan 8 ünvanın qarşısında saxladığı «Toyota RAV 4» markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qapısının şüşəsini sındıraraq avtomobilin salonundan sonuncuya məxsus 01 ədəd 500 manat dəyərində «Nokia 8800» markalı, 01 ədəd 300 manat dəyərində «iPhone 6 S» markalı mobil telefonu, 01 ədəd içərisində 300 manat pul olan 20 manat dəyərində pul qabını və 01 ədəd içərisində 60 manat pul olan 80 manat dəyərində pul qabını gizli olaraq talayıb Zərərçəkmiş şəxs11 ümumilikdə 1260 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs16 məxsus Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən 2 saylı bininın 6cı mərtəbəsinin blokunda yerləşən qeyri-yaşayış sahəsi kimi istifadə olunan kiçik saxlanc yerinə qapını qırmaqla qanunsuz daxil olaraq oradan 1 ədəd 90 manat dəyərində su samovarını, 1 ədəd 40 manat dəyərində elektrik laqundanı, 1 ədəd 20 manat dəyərində elektrik çarxı, 01 ədəd 30 manat dəyərində elektrik lobzik mişarı, 01 ədəd 30 manat dəyərində elektrik ütünü, 01 ədəd 30 manat dəyərində elektrik dreli, 01 ədəd 33 manat dəyərində elektrik sacı, 01 ədəd 80 manat dəyərində akkumlyatoru, 01 ədəd 25 manat dəyərində elektrik tozsoranı və hər birinin dəyəri 50 manat olan cəmi 250 manat dəyərində 5 ədəd avtomobil yağını gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs16 ümümilikdə 628 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgəyə məxsus əmlakı gizli olaraq talamaq məqsədi ilə 30 yanvar 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi, «Q» Y/S, 23 saylı binanının blokunda quraşdırılmış Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 130 manat dəyərində «Ekon» markalı su qızdırıcısını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 130 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə 30 yanvar 2022ci il tarixdə saat 18 radələrində ünvan 9 ünvanın qarşısında Zərərçəkmiş şəxs2 ərzaq çantalarına kömək etmək məqsədi ilə yaxınlaşıb, sonuncunun ərzaq çantasından içərisində 30 manat pul olan 10 manat dəyərində pul kisəsini götürüb qaçmaqla, Zərərçəkmiş şəxs2 cəmi 40 manat dəyərində əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Bundan başqa o, 04 fevral 2022-ci il tarixdə saat 15:10 radələrində Zərərçəkmiş şəxs4 cibindən ona məxsus «Opel Zafira» markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarnı ələ keçirib avtomobili saxlanıldığı Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi «D» Y/S-də yerləşən Xəzər İnşaat 2 ünvanından talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırmış və idarə edərək Bakı şəhəri, Nizami Rayonu ərazisində yerləşən «Neftçilər» avtomobil bazarında yerləşən təkər təmiri sexinin qarşısında saxlayaraq orada tamah niyyəti ilə avtomobilin hər birinin qiyməti disklə birlikdə 75 manat olan 4 ədəd təkərlərini gizli olaraq talayıb satmaqla Zərərçəkmiş şəxs4 cəmi 300 manat məbləğində ziyan vurub təkrar oğurluq etmiş, açarları isə avtomobildə qoyub getmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 11 fevral 2022-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 11 ünvanının yerləşən saxlanc yeri kimi istifadə olunan zirzəminin qapısını dəmir alətlə açmaqla saxlanc yerinə qanunsuz daxil olub oradan sonuncuya məxsus 01 ədəd 70 manat dəyərində çayadanı, 1 ədəd 150 manat dəyrəində «King» markalı elektirik ət çəkəni, 1 ədəd 100 manat dəyərində «Naeges» markalı ütünü, 1 ədəd 100 manat dəyrəində «Arzum» markalı ütünü, 1 ədəd 100 manat dəyərində «Aznika» markalı ütünü, 150 manat dəyərində prastina dəstini, hər biri 100 manat olan, cəmi 300 manat dəyərində 03 ədəd yataq dəstini və 1 ədəd 250 manat dəyərində yataq dəst örtüyünü gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 1220 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,387 qram, 0,224 qram, 0,184 qram, 0,204 qram, 0,300 qram və 0,325 qram olmaqla, ümumi təmiz çəkisi 1,624 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla daşımış və 16 sentyabr 2022-ci il tarixdə saat 09:30-da Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün ünvan 12 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış massivi 25 ünvanında yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nə gətirilmiş və orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 06 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,387 qram, 0,224 qram, 0.184 qram, 0,204 qram, 0,300 qram və 0,325 qram olmaqla, ümumi təmiz çəkisi 1,624 qram qəhvəyi rəngli maddələr, xarici görünüşünə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd üzərində narkotik vasitə heroinə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2ci, 177.2.3-cü, 180.2.2-ci, 185.1-ci və 234.1-ci maddələri ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək və Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, 23 avqust 2021-ci il tarixdə təxminən saat 09 radələrində Bakı şəhəri, Suraxanı Rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində yerləşən evin qapısının deşiyindən həyətdə samovar olmasını görmüşdür. O, hasardan tullanaraq içəri daxil olmuş və samovarı götürmüş, sonra isə qapını yoxladıqda açıq olduğunu bilmiş, qapıdan çıxaraq getmişdir. Bakı şəhəri, Suraxanı Rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində yerləşən dayanacaqda ‘‘Opel Zafıra” markalı, qeydiyyat nişanını xatırlamadığı taksiyə əl edərək saxlatmış, taksi sürücüsünə onu Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən əlvan metal qəbulu yerinə aparmasını demişdir. Taksi sürücüsü ondan gediş haqqı olaraq 5 manat məbləğində pul istəmiş, o da razılaşmışdır. Avtomaşına əyləşən zaman taksi sürücüsü samovarı satıb-satmadığımı soruşmuş, o da samovarı satmağa apardığımı demişdir. Taksi sürücüsü ona 20 manat məbləğində pul təklif etmiş, o da 20 manat məbləğində pulun müqabilində samovarı tanımadığı taksi sürücüsünə satmışdır. Bundan başqa o, ifadəsində göstərmişdir ki, 04 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı dairəsi adlanan yerdə əvvəllər bir neçə dəfə gördüyü, lakin şəxsən tanımadığı şəxsin orada avtomaşınla hərəkət etdiyini görüb, onu saxlatdırmış və onu evə aparmasını istəmişdir. Bakı şəhəri, Suraxanı Rayonu, Qaraçuxur qəsəbəsi ərazisində «Tosoil» yanacaq doldurma məntəqəsinin yaxınlığında sürücünün «Samsung» markalı mobil telefonunu həmin şəxsin başının qarışıq olmasından istifadə edərək oğurlamış və telefonu Neftçilər metrostansiyası yaxınlığında yerləşən xatırlamadığı dükana 40 manata satmışdır. Əldə etdiyi pulu öz şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, 24 oktyabr 2021-ci il tarixdə saat təxminən 02 radələrində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs11 məxsus «Tayota Rav 4» markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa qapısını açmaq istədikdə həmin qapının şüşəsini sındırmışdır. Daha sonra əlini oradan içəri salaraq avtomobilin qapısını açmış və daha sonra isə qabaq sağ qapını açıb avtomobilin salonunda olan saxlanc yerini açaraq oradan «iPhone 6» markalı, bir ədəd «Nokia 8800» markalı mobil telefonu, iki ədəd pul kisəsini götürüb ordan uzaqlaşmışdır. Yolda pul qabını açıqda birinin içərisində 300 manat, digərinin içərisində 60 manatvə Məsimə məxsus şəxsiyyət vəsiqəsi, bank kartı, vöen görmüşdür. Pul qabından 300 manatı götürüb pul qabını atmış, digərindən də 60 manatı götürüb pul qabını sənədlərlə birlikdə Məsimə qaytarmaq üçün özündə saxlamışdır. Səhəri gün «Nokia 8800» markalı mobil telefonu Neftçilərdə yerləşən telefon mağazasına 40 manata satmış, 1 ədəd «iPhone 6» markalı mobil telefonu, pul qabını sənədlərlə birlikdə anasına vermiş, anası da həmin telefonu və pul qabını sahibinə qaytarmışdır. Bundan başqa o, ifadəsində göstərmişdir ki, 30 yanvar 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsində bir neçə yaşayış binasının yaxınlığında yerləşən 23 saylı binanın birinci blokunda 8 nömrəli mənzilin yanında quraşdırılmış su qızdırıcısını görmüşdür. O, həmin su qızdırıcısını oğurlamaq qərarına gəlmiş və üzərində öncədən olan küt “atvorka” adlanan təmir aləti ilə su qızdırıcısını divara bərkidilmiş dəmir “kranşteyn” adlanan hissəsini açıb, bir neçə cəhddən sonra yerindən qopartmağa nail olmuşdur. Sonradan satıb qazanc əldə etmək məqsədi ilə su qızdırıcısını oğurlayaraq oranı tərk edib evinə tərəf yola düşmüşdür. Təxminən iki gün sonra “vasmoy” bazarı kimi tanınan yerə gedərək həmin oğurladığı əşyanı yəni, su qızdırıcısını «Ramal Ticarət» mərkəzinin yaxınlığında tanımadığı bir nəfər şəxsə 35 manata satmış, əldə etdiyi həmin pulu şəxsi ehtiyacına xərcləmişdir. Bundan başa o, ifadəsində göstərmişdir ki, 04 fevral 2022-ci il tarixdə saat təxminən 14-15 radələrində Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi «D» Y/S-də yerləşən Xəzər İnşaat 2 ünvanda yerləşən yeni tikilmiş binalarda fəhlə işləyən şəxslərin paltar dəyişmə yerinə getmiş və orada paltarların ciblərini yoxlamışdır ki, ciblərində pul olsa götürsün. Həmin vaxt bir nəfərin şalvarının cibində «Opel» markalı avtomobilə məxsus açarlar görmüş və həmin açarları cibinə qoyub oradan çıxmışdır. Yolda gedərkən avtomobil pultunu basdıqda «Opel Zafıra» markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobildən səs gəlmişdir. Qərara gəlmişdir ki, həmin avtomobili qaçırıb bir qədər sürsün. O, avtomobilə əyləşib işə salmış və Bakı şəhəri Nizami Rayonu ərazisində olan Neftçilər maşın bazarına getmiş, avtomobili təkər təmiri işlərinə baxan sexin qarşısında saxlamışdır. Orada avtomobildən düşəndə qərara gəlmişdir ki, avtomobilin təkərlərini çıxarıb satsın. O, təkər satan şəxslə danışmış və avtomobilin özünə məxsus olduğunu, təkərləri diskini bir yerdə satmaq istədiyini, qardaşı isə başqa avtomaşınla ona disk və təkər gətirəcəyini bildirərək orada işləyən şəxsi aldatmış və 4 ədəd disklə təkəri 150 manata satmaq istədiyini bildirmişdir. Bundan sonra orada işləyən şəxs onunla razılaşmış və həmin şəxsdən 100 manat pul almışdır ki, bazardan avtomaşın üçün bir iki ehtiyat hissəsini alsın, ona kimi qardaşı təkər və diski gətirəcək qalan 50 manat pulu da verər. Həmin şəxs razılaşmış və ona 100 manat pul vermiş, daha sonra o, oradan uzaqlaşaraq çıxıb getmişdir. Avtomobildən başqa heç nə götürməmiş, onun avtomobili oğurlamaq niyyəti olmamış, sonradan saxladığı yerdə təkərlərini satmışdır. Bundan başqa o, ifadəsində göstərmişdir ki, 30 yanvar 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi, “V" yaşayış sahəsində “Günəşli Bazarı” adlanan ərazidə gəzmək qərarına gəlmişdir. Həmin küçədə olan zaman yolun kənarında bir nəfər əlində bir neçə torba olan yaşlı qadının oturduğunu görmüşdür. Qadının əlindəki torbaların içərisində meyvə-tərəvəz, digərində pul kisəsinin olduğunu görüb, oğurluq etmək qərarına gəlmişdir. Bu səbəbdən həmin tanımadığı yol kənarında əyləşən yaşlı qadına yaxınlaşaraq ona köməklik göstərməyi təklif etmişdir. Qadın öncə ehtiyac olmadığını bildirsə də o, oğurluq məqsədinə çatmaq üçün çox təkid edərək, həmin qadını köməklik göstərəcəyinə dair razı salmışdır. Həmin qadının əlindən bir neçə torbanı götürüb, evinin, yaşadığı binanın istiqamətini göstərməsini xahiş edib, qadınla birlikdə hərəkət etməyə başlamışdır. Yol boyu bir əlini sanki yorulmuş kimi göstərib, torbaları digər əlinə götürərək qadının fikrini yayındırıb, torbanın içərisində olan qadına məxsus pul kisəsini gizli yolla oğurlayıb, qadın onun sol yan tərəfi ilə hərəkət etdiyindən görməməsi üçün əynində olan gödəkçənin sağ yan cibinə qoymuşdur. Nəhayət yaşadığı “V” yaşayş sahəsindəki köhnə tikili ətrafında bir neçə yaşayış binası olan doqquz mərtəbəli binanın qarşısına çatdıqda qadın ona öz minnətdarlığını bildirərək, artıq köməyə ehtiyacının olmadığını dedikdə o, torbaları təhvil verib, üzü yuxarı Qaraçuxur qəsəbəsi istiqamətində iri addımlarla hərəkət etməyə başlamışdır. Qadının torbaları ondan aldıqdan sonra içərisinə göz gəzdirdiyini görüb, qaçmağa başlamışdır. Qadın onu “qaçma, dayan! Ay oğlan!” deyə səsləməyə başlamış, o, qadının ona çata bilməyəcəyindən arxayın olduğu üçün qaçmağa davam edib, yaşadığı ev istiqamətində qaçaraq pul kisəsini oğurlamağa nail olmuşdur. Pul kisəsinin içərisində 30 manat olmuş, pulu götürüb pul qabını xatırlamadığı yerə atmışdır. Həmin pulu bir neçə saat ərzində xərcləmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, 02 sentyabr 2021-ci il saatlarında Suraxanı qəsəbəsində tanımadığı qaraçıdan 10 manat pul müqabilində 01 bükümdə narkotik vasitə heroin almışdır. Narkotik vasitəni aldıqdan sonra 02 sentyabr 2021-ci il tarixində səhər saatlarında Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, 10 saylı evin yaxınlığından evinə tərəf getmişdir. Qeyd etdiyi tarixdə həmin binanın yaxınlığında üzərində bir ədəd büküm narkotik maddə olan zaman mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və üzərində narkotik vasitə olduğunu bildirdiyi üçün onu Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü PB-nə gətirmişlər. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü PB-də üzərinə baxış keçirərkən üzərində olan bir büküm narkotik vasitəni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16 və Zərərçəkmiş şəxs3 cinayət işinin ibtidai istintaqı zamanı və məhkəmə iclasında verdiyi ifadələr, epizodlar üzrə özünü təqsirli bilmədiyini və bu epizodların heç birindən xəbəri olmadığını məhkəmə iclasında bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdi ki, o, narkotik vasitə istifadəçisidir lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini səmimi olaraq etiraf etmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, törətmiş olduğu cinayət əməlini səmimi olaraq etiraf etmiş, həmin əməllərdən peşman olduğunu, gənc olmasını və himayəsində 3 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərin bəzilərinin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etmişdir. 23 noyabr 2023-cü ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs5 göstərmişdir ki, 13 iyul 2021-ci il tarixdə saat 03 radələrində ona məxsus Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli yaylası, döngə 1 ünvanda yerləşən ərzaq mağazasının plastik qapısını dəmir alətlə açmaqla qanunsuz daxil olub oradan ümumi dəyəri 350 manat təşkil edən «Kent», «Vikeroy», «Palmall», «Rotmans» və «Maqna» markalı siqaretləri, ümumi dəyəri 25 manat təşkil edən 4 ədəd ət konserv, 2 ədəd şirəni və 2 ədəd «Elidor» markalı saç şampununu gizli olaraq talayıb, sonradan siqaretlərin dəyərinin 550 manat, digər oğurlanmış əşyalarla birlikdə ümümilikdə dəymiş zərərin 700-750 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Sonda Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. 28 fevral 2024-cü ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs10 göstərmişdir ki, 28 iyul 2021-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, 34 nömrəli evin qarşısında dayanmış, ona məxsus «X11 Prado» markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2000 manat dəyərində katalizatorunu gizli talayıb ona 2000 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişlər. Sonda Zərərçəkmiş şəxs10 təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. 07 noyabr 2023-cü ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs6 göstərmişdir ki, 02 avqust 2021-ci il tarixdə saat 03 radələrində ona məxsus Bakı şəhəri, Suraxanı Rayonu, Yeni günəşli qəsəbəsi, «AB» massivi, 143 ünvanda fəaliyyət göstərən «Cəngi» marketin plastik qapısını dəmir alətlə açmaqla marketə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus ümumi dəyəri 300 manat təşkil edən müxtəlif markalı siqaretləri, 20 manat dəyərində 02 ədəd sipirtli içikiləri və 3 ədəd müxtəlif şirələrin, 10 manat dəyərində şirniyyatları və 30 manat pulu gizli olaraq talayıb ümümilikdə ***-**** manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Sonda Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. 31 yanvar 2024-cü ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs8 göstərmişdir ki, 20 avqust 2021-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi, «Q» Y/S, 1 saylı binanının 29 saylı mənzilinin qarşısındakı dəhlizdə saxlanılmış ona məxsus 250 manat dəyərində 24 düyünlü velosipedi gizli olaraq talayıb 250 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Eyni zamanda şikayəti olduğunu və görüntülərdə gördüyü şəxsin Təqsirləndirilən şəxs olmadığını bildirmişdir. 03 aprel 2024-cü ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs13 göstərmişdir ki, 23 avqust 2021-ci il tarixdə saat 10 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı Rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi 115 B saylı yaşayış evinin həyətinə hasardan keçmək yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olub oradan 01 ədəd 550 manat dəyərində samovarı gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs13 550 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Sonda Zərərçəkmiş şəxs13 təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. 07 noyabr 2023-cü ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs12 göstərmişdir ki, 25 avqust 2021-ci il tarixdə saat 18 radələrində ona məxsus Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi «D» Y/S, 29 ünvanında yerləşən istifadə olunmayan «Top az» mərc oyunları məntəqəsinin plastik qapısını dəmir alətlə açmaqla saxlanc yerinə qanunsuz daxil olub oradan sonuncuya məxsus 01 ədəd 800 manat dəyərində miss metaldan hazırlanmış somavarı gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs12 800 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Eyni zamanda şikayəti olduğunu və görüntülərdə gördüyü şəxsin Təqsirləndirilən şəxs olmadığını bildirmişdir. 07 noyabr 2023-cü ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs14 göstərmişdir ki, 04 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Suraxanı Rayonu, Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən «Tosol» yanacaq doldurma məntəqəsində olarkən sərnişin qismində əyləşdiyi «Vaz-2106» markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobildən sürücü başının qarışıq olmasından istifadə edib sonuncuya məxsus 01 ədəd 550 manat dəyərində «Samsung A10» markalı mobil telefolnu gizli olaraq talayıb Zərərçəkmiş şəxs14 550 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Təqsirləndirilən şəxs qarşı şikayəti olduğunu bildirmişdir. . 15 fevral 2024-cü ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs9 göstərmişdir ki, 06 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Suraxanı Rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində fəaliyyət göstərən «ECE» adlı mağazaya müştəri qismində daxil olub satıcının başının qarışıq olmasından istifadə edib kassa aparatının qarşısından sonuncuya məxsus ***-***-**-** saylı GSM nömrə ilə istifadə olunan 693 manat dəyərində «X12 8» markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 693 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Görüntülərdə gördüyü şəxsin Təqsirləndirilən şəxs olmadığını bildirmişdir. 11 mart 2024-cü ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs7 göstərmişdir ki, 13 sentyabr 2021-ci il tarixdə saat 03 radələrində ona məxsus Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi «AB» Y/S, 68 ünvanının yaxınlığında fəaliyyət göstərən «Mömünə Xatun» gözəllik salonunun plastik qapısını dəmir alətlə açmaqla qanunsuz daxil olub oradan sonuncuya məxsus ümumi dəyəri 700 manat təşkil edən 3 ədəd müxtəlif markalı saç fenlərini, 2 ədəd ayaqqabıları, 28 ədəd saç rəngini, 2 ədəd dırnaq aparatını və 30 manat pulu gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs7 ümümilikdə 700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Sonda Zərərçəkmiş şəxs7 təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. 11 mart 2024-cü ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs15 göstərmişdir ki, 10 oktyabr 2021-ci il tarixdən 14 oktyabr 2021-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi “AB"Y/S-də fəaliyyət göstərən “Mercedes” servisin yaxınlığında təmirə saxlanılmış ona məxsus «Daewoo Nexia» markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobildən 2500 manat dəyərində mühərrik və digər ehtiyyat hissələrini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs15 2500 manat məbləğində ziyan vuraraq oğurluq etmişlər. Sonda Zərərçəkmiş şəxs15 təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. 28 fevral 2024-cü ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs11 göstərmişdir ki, 24 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində yaşadığı ünvan 8 ünvanın qarşısında saxladığı «Toyota RAV 4» markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qapısının şüşəsi sındırılaraq avtomobilin salonundan sonuncuya məxsus 01 ədəd 500 manat dəyərində «Nokia 8800» markalı, 01 ədəd 300 manat dəyərində «iPhone 6 S» markalı mobil telefonu, 01 ədəd içərisində 300 manat pul olan 20 manat dəyərində pul qabını və 01 ədəd içərisində 60 manat pul olan 80 manat dəyərində pul qabını gizli olaraq talayıb Zərərçəkmiş şəxs11 ümumilikdə 1260 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişlər. Sonda Zərərçəkmiş şəxs11 təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. 07 noyabr 2023-cü ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs16 göstərmişdir ki, 16 yanvar 2022-ci il tarixdə saat 12 radələrində ona məxsus Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən 2 saylı bininın 6cı mərtəbəsinin blokunda yerləşən qeyri-yaşayış sahəsi kimi istifadə olunan kiçik saxlanc yerinə qapını qırmaqla qanunsuz daxil olaraq oradan 1 ədəd 90 manat dəyərində su samovarını, 1 ədəd 40 manat dəyərində elektrik laqundanı, 1 ədəd 20 manat dəyərində elektrik çarxı, 01 ədəd 30 manat dəyərində elektrik lobzik mişarı, 01 ədəd 30 manat dəyərində elektrik ütünü, 01 ədəd 30 manat dəyərində elektrik dreli, 01 ədəd 33 manat dəyərində elektrik sacı, 01 ədəd 80 manat dəyərində akkumlyatoru, 01 ədəd 25 manat dəyərində elektrik tozsoranı və hər birinin dəyəri 50 manat olan cəmi 250 manat dəyərində 5 ədəd avtomobil yağını gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs16 ümümilikdə 628 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Oğurluq ona məxsus mənzilin qarşısında mənzilinə bitişik qapısını açarla bağladığı saxlanc yeri kimi istifadə etdiyi otaqda baş vermişdir. Oğurluq etmiş şəxslər həmin saxlanc yerinə qapının kilid hissəsini sındırmaqla daxil olmuşlar. Polis əməkdaşlarına bu barədə məlumat vermiş və onlar da müvafiq qaydada qapının şəklini çəkmişdilər. Oğurluq ona məxsus saxlanc yeri olan otaqdan edilmişdir. Həmin otağın qapısı da açarla kilidlənmişdir. Avadanlıqların ümumi dəyəri 1200 manat olmuşdur. Təqsirləndirilən şəxs qarşı şikayəti olduğunu bildirmişdir. 28 fevral 2024-cü ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 30 yanvar 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi, «Q» Y/S, 23 saylı binanının blokunda quraşdırılmış ona məxsus 01 ədəd 130 manat dəyərində «Ekon» markalı su qızdırıcısını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 130 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Sonda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. 03 aprel 2024-cü ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs4 göstərmişdir ki, 04 fevral 2022-ci il tarixdə saat 15:10 radələrində cibindən ona məxsus «Opel Zafira» markalı, **-DA-*** dövlət qeydiyyat naşanlı avtomobilin açarlarnı ələ keçirib avtomobili saxlanıldığı Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi «D» Y/S-də yerləşən Xəzər İnşaat 2 ünvanından talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırmış və idarə edərək Bakı şəhəri, Nizami Rayonu ərazisində yerləşən «Neftçilər» avtomobil bazarında yerləşən təkər təmiri sexinin qarşısında saxlayaraq orada tamah niyyəti ilə avtomobilin hər birinin qiyməti disklə birlikdə 75 manat olan 4 ədəd təkərlərini gizli olaraq talayıb satmaqla Zərərçəkmiş şəxs4 cəmi 300 manat məbləğində ziyan vurub təkrar oğurluq etmişlər, açarları isə avtomobildə qoyub getmişlər. Avtomobilin təkərlərinin oğurlanması nəticəsində ona ümumilikdə 600 manat məbləğində ziyan dəymişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti olduğunu bildirmişdir. 07 noyabr 2023-cü ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs3 göstərmişdir ki, 11 fevral 2022-ci il tarixdə saat 06 radələrində ona məxsus ünvan 11 ünvanının yerləşən saxlanc yeri kimi istifadə olunan zirzəminin qapısını dəmir alətlə açmaqla saxlanc yerinə qanunsuz daxil olub oradan sonuncuya məxsus 01 ədəd 70 manat dəyərində çaydanı, 1 ədəd 150 manat dəyərində «King» markalı elektirik ət çəkəni, 1 ədəd 100 manat dəyərində «Naeges» markalı ütünü, 1 ədəd 100 manat dəyrəində «Arzum» markalı ütünü, 1 ədəd 100 manat dəyərində «Aznika» markalı ütünü, 150 manat dəyərində prastina dəstini, hər biri 100 manat olan, cəmi 300 manat dəyərində 03 ədəd yataq dəstini və 1 ədəd 250 manat dəyərində yataq dəst örtüyünü gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 1220 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Eyni zamanda şikayəti olduğunu və həmin şəxsi tanımadığını bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 30 yanvar 2022-ci il tarixdə təxminən saat 18:10 radələrində Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən bazardan meyvə tərəvəz alıb yaşadığı evə qayıdan zaman yorulub yolun kənarında əyləşmişdir. Bu vaxt bir nəfər 25-30 yaşı olan oğlan ona yaxınlaşaraq kömək etmək istədiyini bildirmişdir. O, həmin oğlana “sağ ol" deyib yola salmaq istəsə də həmin oğlan məcbur ona aid ərzaq torbalarını götürüb yaşadığı binanın qarşısınadək yanaşı getməyə başlamışdır. O, yaşadığı binanın qarşısına çatdıqda həmin oğlan torbaları yerə qoymuş və ona minnatdarlıq etmişdir. Bu zaman həmin oğlan iti addımlarla ondan aralanmağa başlamışdır. O, torbaları götürüb mənzilinə qalxmaq istəyən zaman içərisində 30 manat pulu və içərisində «Araz» marketə məxsus kart olan pul qabının torbada olmadığını görmüşdür və başa düşmüşdür ki, torbadan pul qabını ona kömək edən oğlan götürmüş, arxasınca qaçaraq «qaçma dayan ay oğlan» deyib səslənməyə başlamışdır. Həmin oğlan onun arxasınca gəldiyini görüb qaçaraq ondan uzaqlaşmışdır. O, tez oğlu Şahid3 zəng edərək pul qabının cavan oğlan tərəfindən oğurlanaraq qaçmasını bildirmişdir. Oğlu Faiq isə DİN-nin 102 xidmətinə zəng edərək onun anasının pul qabısının əlindən alınıb qaçırılmasnı bildirmişdir. Ona məxsus pul qabında 30 manat pul, pul qabının dəyəri isə 10 manat olmuşdur. Ona ümumilikdə 40 manat maddi zərər dəymişdir. İlkin təhqiqat araşdırması zamanı həmin şəxsin cavan olduğundan onunun məsuliyyətini ağır olmaması üçün pul qabının oğurlanmasını sonradan aşkar etdiyini bildirmişdir. Sonda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. 11 mart 2024-cü ildə məhkəmə iclasında verdiyi ifadəsində Şahid2 göstərmişdir ki, 11 fevral 2022-ci il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Suraxanı Rayonu, Y.Günəşli qəsəbəsi, AB y/s-də yerləşən dərzi işlədiyi yerə bir nəfər üzü tüklü oğlan yaxınlaşıb mağazalarının bağlandığını işsiz qaldığı üçün pula ehtiyacı olduğundan müxtəlif əşyalar satdığını bildirmişdir. O,həmin şəxsdən təzə nəyin var dedikdə bildirmişdir ki, müxtəlif dükan malları vardır, sizə işinizə yarayan yaxşı ütülər vardır. Həmin şəxsə bildirmişdir ki, ütüləri neçiyə verir, o da bildirmişdir ki, qiyməti bahadı ancaq təcili pula ehtiyacı olduğuna görə 40 manata verir. O da demişdir ki, gətir baxım. Həmin şəxs sexdən çıxıb harasa getmiş, təxminən 2-3 dəqiqədən sonra əlində göy rəngli kardon qutu gəlmiş və qutunu açıb içərisindən təzə işlənməmiş ütü çıxardıb ona göstərmişdir. Həmin şəxsdən qiymətini soruşmuş, yenə də 40 manat demişdir. O da bildirmişdir ki, 20 manat verər. Oda razı olmamış, sonradan 30 manata razılaşmışlar. Ütünü götürən zaman həmin şəxsdən oğurluq olub-olmamasını soruşmuş, həmin şəxs and içmişdir ki, dükanı bağlamış ona görədə ucuz satır. O da həmin şəxsə diqqətlə baxmış, geyimi normal olduğundan oğruya oxşatmamış və bu səbəbdən ütünü almışdır. Həmin ütünün oğurluq olmasını sonradan polis əməkdaşdan sexə gələrkən bilib. 28 fevral 2024-cü ildə məhkəmə iclasında verdiyi ifadəsində Şahid3 göstərmişdir ki, anası Zərərçəkmiş şəxs2 30 yanvar 2022-ci il tarixdə təxminən saat 18:10 radələrində Bakı şəhəri, Suraxanı Rayonu,Yeni Günəşli qəsəbəsində yerləşən bazardan meyvə tərəvəz alıb yaşadığı evə qayıdan zaman yorulub yolun kənarında əyləşmişdir. Bu vaxt bir nəfər 25-30 yaşı olan oğlan ona yaxınlaşaraq kömək etmək istədiyini bildirmişdir. O, həmin oğlana “sağ ol" deyib yola salmaq istəsə də həmin oğlan məcbur ona aid ərzaq torbalarını görürüb yaşadığı binanın qarşısınadək yanaşı getməyə başlamışdır. O, yaşadığı binanın qarşısına çatdıqda həmin oğlan torbaları yerə qoymuş və ona minnatdarlıq etmişdir. Bu zaman həmin oğlan iti addımlarla ondan aralanmağa başlamışdır. O, torbaları götürüb mənzilinə qalxmaq istəyən zaman içərisində 30 manat pulu və içərisində «Araz» marketə məxsus kart olan pul qabının torbada olmadığını görmüşdür. O, başa düşmüşdür ki, torbadan pul qabını ona kömək edən oğlan götürmüş, arxasınca qaçaraq «qaçma dayan ay oğlan» deyib səslənməyə başlamışdır. Həmin oğlan onun arxasınca gəldiyini görüb qaçaraq ondan uzaqlaşmışdır. O, tez oğlu Şahid3 zəng edərək pul qabının cavan oğlan tərəfindən oğurlanaraq qaçmasını bildirmişdir. Oğlu Faiq isə DİN-nin 102 xidmətinə zəng edərək onun pul qabının əlindən alınıb qaçırılmasnı bildirmişdir. Ona məxsus pul qabında 30 manat pul, pul qabının dəyəri isə 10 manat olmuşdur. Anasına ümumilikdə 40 manat maddi zərər dəymişdir. 31 yanvar 2024-cü ildə məhkəmə iclasında verdiyi ifadəsində Şahid4 göstərmişdir ki, həmişə olduğu kimi 04 fevral 2022-ci il tarixdə saat təxminən 15 radələrində işdə olduğu zaman yanına «Opel Zafira» markalı avtomobil gəlmiş və sürücü ona bildirmişdir ki, avtomobilinin təkərlərini diski ilə birlikdə satmaq istəyir və qardaşı öz avtomaşını ilə onun üçün təzə təkərlər diski ilə birlikdə gətirəcəkdir. O da avtomobilin təkələrəninə və diskinə baxdıqdan sonra 4 ədəd təkər və diski 150 manata alacağını bildirmişdir. Həmin şəxs onunla razılaşmış və avtomobilin təkərlərini çıxardıqdan sonra həmin şəxs bildirmişdir ki, 100 manat pulu ona versin bazardan avtomobili üçün müəyyən ehtiyat hissələri alsın və həmin müddətə kimi qardaşı qayıtsın, qalan pulu da ona verər. Həmin şəxs o qədər inandırıcı danışmışdır ki, o da inanıb 100 manat pul vermiş və həmin şəxs bazara tərəf getmişdir. Təxminən 1 saata yaxın həmin şəxsi gözləmiş, lakin gəlməmişdir. O da orada olan gözətçilərə bildirmişdir ki, avtomobilin sahibi gəlsə ona zəng edib bildirsinlər gəlsin. Saat təxminən 19 radələrində bazardan çıxıb evə getmiş, evə çatanda mobil telefonuna zəng gəlmiş və polis əməkdaşı olduğunu deyib onu iş yerinə, yəni «Opel Zafira» markalı avtomobilin saxlandığı yerə çağırmışlar. Oraya gəldikdə görmüşdür ki, avtomobilin yanında polis əməkdaşları vardır. Nə baş verməsi ilə maraqlandıqda bildirmişlər ki, «Opel Zafıra» markalı avtomobili oğurlayıb onun yanma gətirmişlər. Daha sonra ondan avtomobilin təkərləri soruşulmuş, o da bildirmişdir ki, avtomobilin sahibi təkərləri ona diski ilə birlikdə 150 manata satmış və 100 manat pulunu vermiş, 50 manat qalmışdır. Daha sonra isə sexi açmış və polis əməkdaşları bildirmişlər ki, avtomobilin təkərlərini üzərinə bağlasın. O da avtomobilin təkərlərini üzərinə bağlamış və polis əməkdaşları avtomobili evakuatora yükldəyib aparmışlar. Daha sonra o, evinə qayıtmışdır. «Opel Zafıra» markalı avtomobilin qaçırılması barədə heç bir məlumatı olmamışdır. 11 mart 2024-cü ildə məhkəmə iclasında verdiyi ifadəsində şahid Bakı şəhər, Suraxanı RPİ-nin 33-cü PB- nin əməkdaşı Şahid7 göstərmişdir ki, Bakı şəhəri, Suraxanı Rayonu ərazisində «Elşən» adlı şəxsin mütamadi olaraq qanunsuz narkotik vasitələrin əldə etməsi, saxlaması ilə məşğul olması barədə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və «Elşən» adlı şəxs cinayət başında ifşa etmək məqsədi ilə 02 sentyabr 2021-ci il tarixdə o və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid6 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü, yəni 02 sentyabr 2021-ci il tarixdə saat 08:55 radələrində ünvan 17 ünvanının qarşısında zahiri əlamətlərinə görə «Elşən» adlı şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və ondan özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir Təqsirləndirilən şəxs onlarla birlikdə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə dəvət etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs razılaşaraq birlikdə gəlmiş və bölmənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli seloffan bükümdə içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik vasitəyə oxşar maddəni çıxarab könüllü təqdim edərək, 01 ədəd bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini 02 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Suraxanı Rayonu Suraxanı qəsəbəsindən qaraçı kimi tanıdığı, adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb DİN-nin möhürü ilə möhürlənmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmış və düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. 28 fevral 2024-cü ildə məhkəmə iclasında verdiyi ifadəsində şahid Bakı şəhər, Suraxanı RPİ-nin 33-cü PB- nin əməkdaşı Şahid8 göstərmişdir ki, Bakı şəhəri, Suraxanı Rayonu ərazisində «Elşən» adlı şəxsin mütamadi olaraq qanunsuz narkotik vasitələrin əldə etməsi, saxlaması və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və «Elşən» adlı şəxs cinayət başında ifşa etmək məqsədi ilə 16 sentyabr 2022-ci il tarixdə o və Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin sahə inispektoru, polis mayoru Şahid9 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün, yəni 16 sentyabr 2022-ci il tarixdə saat 09:30 radələrində Bakı şəhəri, Suraxanı Rayonu,Yeni Günəşli qəsəbəsi «V» yaşayış sahəsi 12 ünvanının qarşısında zahiri əlamətlərinə görə «Elşən» adlı şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və ondan özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs razılaşaraq birlikdə gəlmiş və bölmənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyriqanuni və ya qanuni nə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 06 ədəd bükümlərdə içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik vasitəyə oxşar maddəni və 01 ədəd tərəzini çıxarab könüllü təqdim edərək, 06 ədəd bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini 16 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı Rayonu, Qaraçuxur qəsəbəsindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün qramını 20 manata aldığını və tərəzini isə aldanmamaq üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 06 ədəd bükümdəki kütlə və 01 ədəd elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmiş, düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. 28 fevral 2024-cü ildə məhkəmə iclasında verdiyi ifadəsində şahid Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin sahə inispektoru, polis mayoru Şahid9 Şahid8 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid6 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Şahid7 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, ünvan 19 ünvanının yaxınlığında işlədiyi əlvan metal qəbulə məntəqəsində olarkən təxminən 1 ay əvvəl Elşən kimi tanıdığı şəxs avtomobil mürrəkikinin hissələnmiş vəziyyətdə gətirmiş və ondan həmin hissələri almağı xahiş etmişdir. O, Elşənlə 250 manata razılaşmış və Elşənə 250 manat ödəyib avtomobil mühərrikinin hissələrini alımışdır. Elşən həmin mühərrik hissələrini ona satarkən yararsız kimi avtomobil sexlərindən ucuz qiymətə oldığını, üzərinə pul qoyub satdığını bildirmişdir. Bundan əlavə Elşən adlı şəxsdən metal və avtomobil ehtiyyat hissələri almışdır. Sonradan həmin ehtiyyat hissələrinin Elşən adlı şəxs tərəfindən oğurluq yolu ilə əldə olunmasını bilmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs 4-5 ilə yaxındır ki, tanyır, onunla münasibəti normal olmuşdur. Təxminən 2022-ci ilin yanvar ayının ortalarında Elşən onun əvvəllər işlədiyi Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən avtodayanacağa gəlmiş və ona bir ədəd samovar verərək özünə məxsus olduğunu və bir neçə günlük saxlamağını xahiş etmiş və bildirmişdir ki, gəlib götürəcəkdir. O da etiraz etməmiş və işlədiyi gözətçi otağında samaovarı saxlamışdır. Lakin Elşən samovarın ardınca gəlməmişdir. Oradan işdən çıxdığı üçün həmin samovarı işlədiyi avtodayanacaqda bir yerdə gizlətmişdir. 27 iyun 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin sahə rəisi Nazim müəllim onunla əlaqə saxlamış və görüşmələrini bildirmişdir. O da Nazim müəllimlə görüşdükdə Elşənin ona samovar verib vermədiyi ilə maraqlanmışdır. O da Elşənin ona saxlamaq üçün samovar verdiyini və həmin samovarı əvvəl işlədiyi avtodayanacaqda bir yerdə gizlətdiyini bildirmişdir. Nazim müəllim ona bildirmişdir ki, Elşənim ona saxlamıq üçün verdiyi samovar oğurluq olumşdur. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, şahidləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3cü, 180.2.2-cü, 185.1-ci, 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən tərtib edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 02 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasında videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş, narkotik vasitə-maddə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli maddəni çıxarıb təqdim etmişdir. Həmin bükülü açılaraq içərisinə baxış keçirildikdən sonra ondan təqdim etdiyi bükülünün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, Bakı şəhəri, Suraxanı Rayonu, Suraxanı qəsəbəsində “qaraçı” kimi tanıdığı adını bilmədiyi şəxsdən 10 manata alaraq öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş və əlavə olaraq Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsindən velosiped, elektrik naqilləri, samovar kimi əşyalarıda oğurladığını etiraf etmişdir. Təqsirləndirilən şəxs götürülmüş 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli maddə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri polis əməkdaşları, Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra Azərbaycan Respublikası DİN-nin “zərflər üçün” 171 saylı möhürü ilə möhürlənmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı, polis mayoru X4 tərəfindən tərtib edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PBnin inzibati binasında videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş, narkotik vasitə-maddə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən içərisindən qəhvəyi rəngli toz şəkilli maddə olan 06 (altı) ədəd bükümü və bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Həmin bükülülər açılaraq içərisinə baxış keçirildikdən sonra ondan təqdim etdiyi bükülülərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, tanımadığı şəxsdən 20 manata alaraq öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş və elektron tərəzini isə aldadılmaması üçün saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs götürülmüş 06 (altı) ədəd bükümü içərisində qəhvəyi rəngli kütlə olan bir ədəd büküm bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri polis əməkdaşları, Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra Azərbaycan Respublikası DİN-nin “zərflər üçün” 171 saylı möhürü ilə möhürlənmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan 02 sentyabr 2021-ci il tarixli, elektron məlumatların əks olunduğu 1 ədəd CD diskə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasında təhqiqatçı, polis baş leytenantı X6 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxan RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid6 və əməliyyat müvəkkili polis baş leytenantı Şahid7 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilinəsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli seloffan bükümdə içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik vasitəyə oxşar maddəni çıxarab könüllü təqdim edərək, 01 ədəd bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini 02 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Suraxanı Rayonu Suraxanı qəsəbəsindən qaraçı kimi tanıdığı, adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığım bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 171 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. İş materiallarında olan 16 sentyabr 2022-ci il tarixli, elektron məlumatların əks olunduğu 1 ədəd CD diskə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin 33-ci PB-nin inzibati binasında baş təhqiqatçı, polis mayoru X2 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxan RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid8 və sahə rəisi polis mayoru Şahid9 ştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdiriliməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 06 ədəd bükümlərdə içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik vasitəyə oxşar maddəni və 01 ədəd tərəzini çıxarab könüllü təqdim edərək, 06 ədəd bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini 16 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı Rayonu, Qaraçuxur qəsəbəsindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün qramını 20 manata aldığını və tərəzini isə aldanmamaq üçün üzərində saxladığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 06 ədəd bükümdəki kütlə və 01 ədəd elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 171 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/3831 saylı 02 sentyabr 2021ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №171” möhür əksi və “...Şübhəli şəxs- Təqsirləndirilən şəxs- və s yazılar, imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi-0,387 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təmiz çəkisi 0,387 qram olan heroinin 0,05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0,337 qram təşkil etmişdir. Heroin 2005-ci il 28 iyun tarixdli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/5246 saylı 16 sentyabr 2022ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №171” dairəvi möhür əksləri olan “...Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,387 qram, 0,224 qram, 0,184 qram, 0,204 qram, 0,300 qram, 0,325 qram ümumi təmiz çəkisi 1,624 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, heroinlər xarici görünüşünə və kimyəvi komponent tərkibinə görə eynidirlər, bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək və digər bükümlərdəki heroinlərlə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Ümumi təmiz çəkisi 1,624 qram olan heroinin 0,18 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 1,444 qram təşkil etmişdir. Heroin 2005-ci il 28 iyun tarixdli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın verdiyi 3443 saylı 15 sentyabr 2021-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə ifadənin yerində yoxlanılması haqqında 25 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən 2 saylı bininın 6cı mərtəbəsinin blokunda yerləşən qeyri-yaşayış sahəsi kimi istifadə olunan kiçik saxlanc yerinə qapını qırmaqla qanunsuz daxil olaraq oradan 1 ədəd su samovarını, 1 ədəd elektrik laqundanı, 1 ədəd elektrik çarxı, 01 ədəd elektrik lobzik mişarı, 01 ədəd elektrik ütünü, 01 ədəd elektrik dreli, 01 ədəd elektrik sacı, 01 ədəd akkumlyatoru, 01 ədəd elektrik tozsoranı və 5 ədəd avtomobil yağını 16 yanvar 2022-ci il tarixdə, saat təxminən 12 radələrində oğurlandığını bildirərək, ibtidai istintaq zamanı verdiy ifadəsini təsdiq etmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması və əşyanın götürülməsi haqqında 24 iyun 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, 34 nömrəli evin qarşısında dayanmış «X11 Prado» markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin katalizatorunu gizli talayıb oğurluq etmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 30 yanvar 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi, «Q» Y/S, 23 saylı binanının blokunda quraşdırılmış Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd «Ekon» markalı su qızdırıcını gizli olaraq talayıb oğurluq etmişdir. İş materiallarında olan hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 05 fevral 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs4 məxsus «Opel Zafira» markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nizami Rayonu ərazisində yerləşən «Neftçilər» avtomobil bazarında yerləşən təkər təmiri sexinin qarşısında saxlayaraq 4 ədəd təkərlərini gizli olaraq talayıb oğurluq etmiş və açarları isə avtomobildə qoyub getmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 11 fevral 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs3 məxsus ünvan 11 ünvanında yerləşən saxlanc yeri kimi istifadə olunan zirzəminin qapısı dəmir alətlə açılmaqla saxlanc yerinə qanunsuz daxil olub oradan sonuncuya məxsus 01 ədəd çayadan, 1 ədəd «King» markalı elektirik ət çəkən, 1 ədəd «Naeges» markalı ütü, 1 ədəd «Arzum» markalı ütü, 1 ədəd «Aznika» markalı ütü, prastina dəsti, 03 ədəd yataq dəsti və 1 ədəd yataq dəst örtüyünü gizli olaraq talayıb oğurluq etmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-83/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-20/2022 saylı, 05 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) ilə azaldılmışdır. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış məlumata əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbayan Respublikası-nin CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlıqın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli aministiya qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) ilə azaldılmışdır. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 02 fevral 2024-cü il tarixli 21- 1/3-2124/5 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 05 noyabr 2021-ci il tarixli qərarının təsiri altına düşdüyündən xx.xx.2024-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Beləliklə məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Təqsirləndirilən şəxs Azərbayan Respublikasının CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri üzrə 8 epizod üzrə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs15 münasibətlərdə təqsirliyi tam sübuta yetirilir. Belə ki, 5 epizod üzrə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 aid epizodlar üzrə təqsirini qəbul edir, həmin epizodlar üzrə Təqsirləndirilən şəxs öz əməlini etiraf edir və həmin epizodlar üzrə təqsirini öz etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifadələri və şahid ifadələri ilə tam öz təsdiqini tapır. Digər 3 epizod zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs15 aid həmin epizodlar üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında öz təqsirini etiraf etməsə də, bu zərərçəkmiş şəxslər və şahid ifadələri ilə tam öz təsdiqini tapır. İş üzrə Zərərçəkmiş şəxs3 aid epizod üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı etiraf etməsədə, ibtidai istintaq zamanı etiraf etmiş və məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsindən də görünür ki, 11 fevral 2022-ci il tarixdə zəzərçəkmiş şəxs Zərərçəkmiş şəxs3 aid oğurladığı əşyaları 30 manata satmışdır. Bununla da həmin epizod öz təsdiqini tapmışdır. İş üzrə Zərərçəkmiş şəxs16 aid epizod üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı etiraf etməsə də, ibtidai istintaq zamanı etiraf etmiş və zərərçəkmiş şəxsə məxsus 01 ədəd samovarı Təqsirləndirilən şəxs yanvar ayının ortalarında iş üzrə şahid olan Şahid5 gətirib ona saxlaması üçün vermişdir. Məhkəmə onuda qeyd edir ki, iş üzrə Şahid1 Zərərçəkmiş şəxs15 aid avtomobilin mühərrikini hissələnmiş vəziyyətdə gətirib hissələrini satmışdır. Digər 7 epizod, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs10 aid epizodlar üzrə isə Təqsirləndirilən şəxs istintaq dövründə həmin oğurluq əməllərini etiraf etsədə, məhkəmə iclasında həmin oğurluqların onun tərəfindən edilməsini inkar etmişdir. Məhkəmə iclasında həmin 3 epizod üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs9 görüntülərdə telefon və digər kamera görüntülərində oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olmadığını bildirmişlər və həmin 7 epizod üzrə oğurluq hadisələrinin Təqsirləndirilən şəxs törətməsi barədə məhkəmə iclasında heç bir sübut müəyyən olunmadı. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 351.3.3-cü maddəsinə görə məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs10 aid epizodlar ittihamdan xaric edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarı ilə şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.2.2-ci maddəsi ilə təqsiri özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadəsi ilə öz təsdiqini tapır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.2.2-ci maddəsi ilə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs 02 sentyabr 2021-ci il tarixdə ittiham olunmuş Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsiri özünün etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sənədlərə tam öz təsdiqini tapır. Təqsirləndirilən şəxs ittiham olunmuş Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsi ilə təqsiri özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahid ifadələri və iş materiallarında olan digər sənədlərə tam öz təsdiqini tapır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, 04 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs4 məxsus «Opel Zafira» markalı, **-DA-*** dövlət qeydiyyat naşanlı avtomobilin açarlarnı ələ keçirib talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırmış və idarə edərək təkər təmiri sexinin qarşısında saxlayaraq orada tamah niyyəti ilə avtomobilin təkərlərini gizli olaraq talayıb satmaqla zərərçəkmiş şəxsə ziyan vurub təkrar oğurluq etmiş, açarları isə avtomobildə qoyub getmişdir. Törədilmiş əməlin üzərindən iki il müddət keçdiyindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən «cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 75-ci maddəsi müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 75.1-ci və 75.1.1-ci maddəsinə əsasən azad edilməli və təqsirləndirilən şəxsə cəza təyin edilməməlidir. Təqsirləndirilən şəxs ittiham olunan Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə əlaqədar məhkəmə hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında öz təsdiqini tapmadı. Təqsirləndirilən şəxs ümumiyyətlə məhkəmə iclasında 06 büküm narkotik vasitə və elektron tərəzini 16 sentyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində olmadığını bildirsədə, bunu təsdiq edə biləcək heç bir sübut müdafiə tərəfindən məhkəməyə təqdim edilmədi. Həmin 06 büküm və elektron tərəzinin olması isə məhkəmə iclasında dindirilmiş şahidlər Şahid8 və Şahid9 ifadələri, ekspert rəyi və təqsirləndirilən şəxsin istintaq dövründə verdiyi videoçəkiliş zamanı etirafedici ifadəsi ilə öz təsdiqini tapır. Lakin təqsirləndirilən şəxsin narkotik satışı ilə məşğul olması barədə heç bir sübut ittiham tərəfindən məhkəməyə təqdim edilmədi. Əvvəlla təqsirləndirilən şəxs istintaq dövründə videoçəkiliş zamanı verdiyi ifadəsində narkotik vasitənin satışı ilə məşğul olmamasını bildirmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi iş materiallarında müəyyən olunmadı. Hətta iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi Araz Məhərrəmov tərəfindən qəbul edilmiş 17 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, müstəntiq tərəfindən heç bir əsas və dəlil göstərilmədən sadəcə 1 cümlə ilə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, bu Təqsirləndirilən şəxs qarşı əsassız ittiham elan edilmişdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Beləliklə də məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərində təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmiş hallar ancaq digər sübutlar öz təsdiqini tapdıqda, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibini yaradır. Eyni zamanda məhkəmə onuda da qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır», «Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır», «Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür». Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən “Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır”. Məhkəmə qüvvədə olan cinayət-prosessual qanunvericiliyin yuxarıda göstərilən və s. əlaqəli müddəalarını rəhbər tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamın, o cümlədən Təqsirləndirilən şəxs ondan aşkar olunmuş narkotik vasitəni məhz satış məqsədi ilə əldə etdiyini, saxladığını və daşıdığını sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə işin faktik hallarını nəzərə alaraq hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi halını sübuta yetirməyib. İşin hallarından görünür ki, təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə ittiham faktik olaraq yalnız şahidlər Şahid8 və Şahid9 iş üzrə ibtidai araşdırma dövründəki yazılı ifadələrinə əsasən verilib. Belə olan halda şahidlər Şahid8 və Şahid9 iş üzrə ibtidai araşdırma dövründəki yazılı ifadələri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirinin müəyyən edilməsi ilə bağlı mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə şahid ifadələrinə qiymət verərkən onu da nəzərə alır ki, Şahid8 və Şahid9 təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş 06 ədəd büküm narkotik vasitə və elektron tərəzinin özü istifadəsi üçün olduğunu öz ifadələrində təsdiq etmişlər. Bununla belə nə ibtidai istintaqda məhkəmə baxışı zamanı məhkum edilmiş şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsini sübut edən qanuni yolla əldə edilmiş hər hansı bir sübut (sübutlar məcmusu) müəyyən edilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etdiyi öz təsdiqini tapmamışdır. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə cinayət işində heç bir məlumat yoxdur. Belə ki, şahidlər Şahid8 və Şahid9 təqsirləndirilən şəxsdən istər əvvəllər, istərsə də 16 sentyabr 2022-ci il tarixində narkotik vasitə aldıqlarını təsdiqləyə biləcək sübut yoxdur. Bununla yanaşı, polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt təqsirləndirilən şəxsdə 06 bükümdə narkotik vasitə heroin və elektron tərəzi aşkar edilmiş, ondan narkotik vasitələrin satışı ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. Təqsirləndirilən şəxs də həm ibtidai araşdırma, həm də məhkəmə baxışı dövründə özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməmiş, narkotik vasitələri bədənindəki ağrılarla əlaqədar və yalnız şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən «Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını və işin faktik hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi faktı onun öz izahatı, şahidlər Şahid8 və Şahid9 ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarı ilə narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-cü, 180.2.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinməli və həmin maddələr üzrə cəzalandırılmalıdır. Yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-cü, 180.2.2-ci, 185.1-ci və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarilxi, 1 saylı Qərarının 21-ci bəndinə əsasən oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bundan əlavə, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 mart 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmin qərar ilə təkrar oğurluqdan əvvəl törədilmiş ilkin əməl üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətin keçməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranmasını istisna edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Törətdiyi əməldən səmimi peşman olmasını, gənc olmasını, himayəsində 03 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərlə razılığa gəldiyindən sonuncuların bir qisminin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-cü, 180.2.2-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-cü, 180.2.2-ci və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilərək cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 02 sentyabr 2021-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 03 sentyabr 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-444/2021 saylı, 04 sentyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, sonuncu məhkəmə iclas zalından həbsdən azad edilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 02 noyabr 2021-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 04 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-cü və 234.1-ci maddələri ilə ittiham elan edilmiş və Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun 04 noyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 04 noyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin MSY-dən azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 02 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2-ci, 177.2.3-cü və 234.1-ci maddələri ilə ittiham elan edilmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-132/2022 saylı, 02 mart 2022-ci il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs barəsində 23 may 2022-ci il tarixədək «həbs» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-303/2022 saylı, 23 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti 23 iyul 2022-ci il tarixədək 02 ay müddətinə uzadılmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 24 iyul 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti 23 iyul 2022-ci il tarixdə başa çatdığından, sonuncu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 16 sentyabr 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 17 sentyabr 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 17 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-542/2022 saylı, 17 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddəti 03 (üç) ay müəyyən edilmişdir. İş materiallarında olan cinayət işi üzrə əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında 20 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci, 180.2.2-ci və 234.2-ci maddələrindən həmin Məcəllənin Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-cü, 180.2.2-ci, 185.1-ci, 234.1-ci və 234.2-ci maddələrinə tövsif edilmiş və həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 16 sentyabr 2022-ci il tarixdən һesablanmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 02 sentyabr 2021-ci il tarixdən 04 sentyabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün, 02 noyabr 2021ci il tarixdən 04 noyabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün, 02 mart 2022-ci il tarixdən 23 iyul 2022-ci il tarixədək tutulduğu 04 (dörd) ay 21 (iyirmi bir) gün, məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı 16 sentyabr 2022-ci il tarixdən 03 iyul 2024-cü il tarixədək 01 (bir) il 09 (doqquz) ay 17 (on yeddi) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 0,337 qram, 0,387 qram, 0,224 qram, 0,184 qram, 0,204 qram, 0,300 qram və 0,325 qram olmaqla, ümumi təmiz çəkisi 1,961 qram narkotik vasitə heroin məhv edilməlidir və 01 ədəd gümüşü rəngli elektron tərəzi dövlət nəfinə xüsusi müsadirə olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132.1.5ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs12 məxsus 01 ədəd somovar, Zərərçəkmiş şəxs5 Qüdrət oğluna məxsus ərzaq mağazasından oğurlanmış 02 ədəd «Rotmans» markalı, 02 ədəd «Magna» markalı, 01 ədəd «Kent» markalı siqaretləri və 01 ədəd «Elidor» markalı şanmpun, Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd «Haegez» markalı elektrik ütü və Zərərçəkmiş şəxs16 məxsus 1 ədəd somovar maddi sübut kimi tanınmış və saxlanması üçün zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən, iş üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 164 (yüz altmış dörd) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-cü, 180.2.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini iki dəfə, yəni 02 sentyabr 2021-ci il və 16 sentyabr 2022-ci il tarixlərində törədib. Bu Azərbaycan Respublikası CMnin 16-cı maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 42.1.4, 55, 344-350, 351-352, 353, 356-358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-cü, 180.2.2-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 02 sentyabr 2021-ci il tarixdən 04 sentyabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün, 02 noyabr 2021-ci il tarixdən 04 noyabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün, 02 mart 2022-ci il tarixdən 23 iyul 2022ci il tarixədək tutulduğu 04 (dörd) ay 21 (iyirmi bir) gün, ümumilikdə 04 (dörd) ay 25 (iyirmi beş) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 03 (üç) il 07 (yeddi) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni 16 sentyabr 2022-ci il, saat 10:20-dən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinsin və ona cəza təyin edilməsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “һəbs” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,337 qram, 0,387 qram, 0,224 qram, 0,184 qram, 0,204 qram, 0,300 qram və 0,325 qram olmaqla, ümumi təmiz çəkisi 1,961 qram narkotik vasitə heroin məhv edilsin və 01 ədəd gümüşü rəngli elektron tərəzi dövlət nəfinə xüsusi müsadirə olunsun. İş üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 164 (yüz altmış dörd) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs12 məxsus 01 ədəd somovar, Zərərçəkmiş şəxs5 Qüdrət oğluna məxsus ərzaq mağazasından oğurlanmış 02 ədəd «Rotmans» markalı, 02 ədəd «Magna» markalı, 01 ədəd «Kent» markalı siqaretləri və 01 ədəd «Elidor» markalı şanmpun, Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd «Haegez» markalı elektrik ütü və Zərərçəkmiş şəxs16 məxsus 1 ədəd samovar maddi sübut kimi tanınmış və saxlanması üçün zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkumlar tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rasim Kazımov
Məhkəmə qərarları › İş №1(010)-37/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-37/2024
31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver