Məhkəmə qərarları › İş №1(010)-370/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-370/2025

29.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-370/2025 29.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 12 avqust 1982-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, (FİN: xxxxxxx) evli, işləməyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli hökmünə əsasən 06 (altı) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu və cinayətin təhlükəli residivi olan, Masallı rayonu, Mahmudavar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, 13 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Suraxanı Rayon Məhkəməsinin 4(010)- 9/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qərarı ilə əvvəli 13 yanvar 2025-ci il tarixdən hesablanmaqla barəsində 02 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin 11 mart 2025-ci il tarixli, 4(010)-69/2025 saylı qərarı ilə həbsdə saxlanma müddəti 01 ay, yəni 13 aprel 2025-ci il tarixədək uzadılmış, həmin Məhkəmənin 11 aprel 2025-ci il tarixli, 4(010)- 99/2025 saylı qərarı ilə həbsdə saxlanma müddəti 01 ay, yəni 13 may 2025-ci il tarixədək uzadılmış, həmin Məhkəmənin 13 may 2025-ci il tarixli, 4(010)-149/2025 saylı qərarı ilə həbsdə saxlanma müddəti 20 gün, yəni 02 iyun 2025-ci il tarixədək uzadılmış, Suraxanı Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti Məhkəmənin hazırlıq iclasının yekun qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılmış, Suraxanı Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq etmə, yəni özgənin əmlakını gizli olaraq talama ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 08 yanvar 2025-ci il tarixdə, saat 16 radələrində Şahid1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə yerləşən evin pəncərəsini əli ilə açaraq oradan içəriyə qanunsuz daxil olub qonaq otağında yerləşən sandıqdakı pul kisəsindən sonuncunun anası Zərərçəkmiş şəxs məxsus 50 manat pulu, sandıqda olan kvadrat formalı qutudan 01 ədəd 500 manat dəyərində 585 əyarlıq qızıl üzüyü, 01 ədəd 2600 manat dəyərində 585 əyarlıq qızıl boyunbağını, 01 ədəd 600 manat dəyərində 585 əyarlıq qızıl sırğanı, 01 ədəd 300 manat dəyərində 585 əyarlıq aypara formalı qızıl kulonu, 01 ədəd 3 manat dəyərində 4,01 qram kütləli, qiymətsiz metal ərintisindən (mis, sink və s.) hazırlanmış, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli üzüyü, 01 ədəd 5 manat dəyərində 4,99 qram kütləli, qiymətsiz metal ərintisindən (mis, sink və s.) hazırlanmış, üzərində ərəb və ya fars dilində yazı olan, sarı rəngli kulonu, 01 ədəd 1 manat dəyərində 0,93 qram kütləli, qiymətsiz metal ərintisindən (mis, sink və s.) hazırlanmış, halqa formalı, sarı rəngli sırğa tayı, 100 manat dəyərində kameraların birləşdiyi yaddaş blokunu (DVR) gizli olaraq talayıb Zərərçəkmiş şəxs, ümumilikdə 4159 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. İbtidai istintaqda şübhəli şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin fevral ayında həbsdən çıxmışdır. Həbsdən çıxdıqdan sonra, bir müddət işləsə də, son zamanlar işləyə bilməmişdir. Bu məqsədlə maddi vəziyyəti pis olmuş və yüksək məbləğdə borcu yaranmışdır. 08 yanvar 2025-ci il tarixdə, yaşadığı Binə qəsəbəsində gəzmişdir. Həmin tarixdə, saat təxminən 13- 14 radələrində qonşusu Rizvanı və onun ailə üzvlərinin marketdə olduğunu görmüşdür. Rizvanın market işlətməsini və maddi vəziyyətinin yaxşı olduğunu qabaqcadan bilmişdir. Maddi vəziyyəti pis olduğu və borclarının çox olduğu üçün onun yaşadığı evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cruz” markalı, **-YR-*** dövlət nömrə nişanlı maşını ilə Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə Rizvanın yaşadığı evə gəlmişdir. Maşınını kənarda saxlamış və piyada olaraq Rizvanın yaşadığı evə tərəf getmişdir. Evin arxa tərəfindəki pəncərəni əli ilə möhkəm halda itələmiş və pəncərə açılmışdır. Bundan sonra, ətrafda onu heç kimin görmədiyinə əmin olaraq evə daxil olmuşdur. Evin yataq otağına keçmiş və heç nəyi dağıtmadan axtarmağa başlamışdır. Lakin heç nə tapa bilməmişdir. Otaqları gəzdiyi zaman qonaq otağında yerdə qədim sandıq görmüşdür. Onun qapısı qıfılla bağlı olduğu üçün sandığın arxasından petləsini çıxartmış və sandığı açmış, orada olan pul kisəsini görmüşdür. Pul kisəsində olan 50 manat pulu götürmüşdür. Daha sonra, orada olan qutunu götürmüş və ağzını açmışdır. Oradan 01 ədəd üzük, 01 ədəd boyunbağı, 01 ədəd kvadrat formasında kulon, 01 ədəd aypara formasında kulon, 01 ədəd tək sırğanı götürmüş və gödəkçənin cibinə qoymuşdur. Oradan çıxdığı zaman televizoru görmüş və evin kameralarının onu çəkdiyini bilmişdir. Bu məqsədlə kameraların birləşmiş olduğu yaddaş blokunu (DVR) cərəyandan çıxardaraq özü ilə götürmüşdür. Evə daxil olduğu pəncərədən çıxaraq oradan uzaqlaşıb getmişdir. Bir az uzaqlaşdıqdan sonra, kənarda saxladığı avtomaşınına əyləşmişdir. Avtomobilə əyləşdikdən sonra, oğurladığı əşyaları çıxardaraq baxmışdır. Bu zaman boyunbağının bujiteriya olmasını, qızıl olmadığını düşünmüşdür. Bu məqsədlə onu maşın hərəkətdə olduğu halda, pəncərədən çölə atmışdır. Evdən götürdüyü yaddaş blokunu isə yolun kənarında olan zibil qabına atmışdır. Bundan sonra, evdən oğurladığı qızılları satmaq məqsədilə Xalqlar Dostluğu metrostansiyasının yanındakı qızıl alış-satış mağazalarına getmişdir. Bir neçə mağazanı gəzsə də, çox mağazada oğurlamış olduğu əşyaların qızıl olmadığını, saxta olduğunu, yalnız aypara formasında olan boyunbağının qızıl olduğunu bildirmişlər. Onu da 90 manata satmışdır. Oradan aldığı 90 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Lakin oğurladığı digər əşyaları avtomobilində saxlamışdır. 13 yanvar 2025-ci il tarixdə, saat 13 radələrində polis əməkdaşları yaşadığı ünvana gələrək onu 30-cu polis şöbəsinə dəvət etmişlər. Orada etmiş olduğu oğurluq hadisəsini səmimi olaraq etiraf etmiş, avtomobilində saxladığı digər əşyaları da könüllü olaraq polisə təqdim etmişdir. Yuxarıda qeyd etdiyi kimi 01 ədəd üzük, 01 ədəd boyunbağı, 01 ədəd kvadrat formasında kulon, 01 ədəd aypara formasında kulon, 01 ədəd tək sırğanı və 50 manat pulu oğurlamışdır. Onun oğurluq etməsini çəkdiyi üçün kameranın birləşdiyi yaddaş blokunu götürərək zibil qutusuna atmışdır. Bundan başqa, şəxsiyyət vəsiqəsi və torpaq sənədi oğurlamamışdır. Maddi vəziyyətinin pis olması və borclarının çox olması səbəbindən oğurluq hadisəsi törətmişdir. Etdiyi əməldən peşmandır. Başqa heç bir oğurluq hadisəsi etməmişdir. Təqsirləndirilən şəxs 08 yanvar 2025-ci il tarixdə öz əl yazması ilə yazdığı, Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin təhqiqatçısı Şahid4 verdiyi izahatında da yuxarıda qeyd etdiyi nüansları bildirmiş, törətmiş olduğu əməli səmimi olaraq etiraf etmişdir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilərkən və məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 13 yanvar 2025-ci il tarixdə, saat 13 radələrində yaşadığı ünvanın qapısı döyülmüşdür. Həyat yoldaşı Təranə Səttarova onu yuxudan oyadaraq qapının döyüldüyünü bildirmişdir. Həyat yoldaşı pəncərədən gələnlərin kim olduğunu soruşduqda qapını döyən şəxslərin polis əməkdaşları olmasını bildirmişdir. O, yuxudan duraraq paltarını geyinib qapını açacağını həyat yoldaşına bildirmişdir. Həyat yoldaşı qapını döyən şəxslərə səbrli olmalarını, paltarını geyinib qapını açacağını bildirmişdir. Sonra, qapını açdıqda polis əməkdaşlarının onun evinin hasarının üzərində əllərində silahla dayanmasını görmüşdür. Bu zaman əsəb keçirtmiş və cibində olan bıçağı çıxardaraq öz boğaz nahiyəsinə dayamışdır. Polislərə “silahı yığışdırın, hara lazımdısa sizinlə gedəcəm” deyə bildirmişdir. Bundan sonra, polislər hasardan düşmüş və qapını açaraq həyətə daxil olmuşlar. Bir müddət həyətdə söhbət etdikdən sonra, əlindəki bıçağı həyat yoldaşına təhvil vermiş və polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə getmişlər. Polis şöbəsinə getdiyi zaman onu şöbə rəisinin otağına aparmışlar. Rəis ona 08 yanvar 2025-ci il tarixdə, harada olmasını soruşmuşdur. Cavab verərək demişdir ki, yanvar ayının 8-də çox yerdə olmuşdur, sualı konkret versin. Polis rəisinin otağında onun ünvanına nalayiq ifadələr səslənmiş və ona əl-qol atmağa başlamışlar. Şöbənin rəisi ona kamera göstərərək bildirmişdir ki, “kameradakı sizsiniz?”. O, isə rəisə həmin şəxsin özü olduğunu demişdir. Həmin ərazidə nə üçün gəzdiyini soruşduqda o, konkret hansı ərazinin olduğunu bilmədiyini demişdir. Şöbə rəisi ona demişdir ki, “sənin maşının dayandığı və maşından düşdüyün yerdə oğurluq hadisəsi olub”, onun haqqında araşdırdığını və əvvəllər həbsdə olmağını bildiyini demişdir. Ona “əgər oğurluq hadisəsini etiraf etməsən, sənə işgəncə edəcəm, digər oğurluq hadisələrini də sənin üzərinə yıxacağam”-deyə bildirmişdir. Bundan sonra, orada olan digər polis əməkdaşları onu öz otaqlarına apararaq hadisəni etiraf etməsini, müstəntiqin onu tutmayacağını, işinin çöldən çölə aparılacağını demişlər. Bundan sonra, qızılları çıxardaraq onun maşınından aşkar etdiklərini və həmin qızılların oğurluq olan evdən oğurlanan qızıllar olduğunu ona demişlər. Bundan sonra, ona dedikləri kimi öz əlyazması ilə izahatını vermiş və tərtib olunan sənədlərə imza çəkmişdir. Guya onun evdən oğurlanan əşyaları könüllü olaraq təqdim etməsi barədə protokol yazılmış və şəkillər çəkilmişdir. Orada olmayan əşyalardan guya birini satdığını və digərlərini isə atdığını deməsini bildirmişlər və o da bu cür əlyazma ilə izahat yazmışdır. Daha sonra, evindən oğurluq olan ev sahibini oraya dəvət etmişlər, orada əşyaları təqdim etdikdən sonra, ev sahibi təqdim olunan qızılların onun evindən oğurlanan qızıllar olmasını təsdiq etmişdir. Ev sahibi onun üzərinə hücum da çəkmişdir. Daha sonra, onu 30-cu polis şöbəsinin saxlama yerində saxlamışlar. Həmin tarixdə, saat 20 radələrində onu Suraxanı RPİ-yə gətirərək İstintaq şöbəsinin müstəntiqinə təhvil vermişlər. Müstəntiqə müdafiəçisi Vüqar Heydərovun iştirakı ilə verdiyi ifadəsində hər şeyi etiraf edərək oğurluq hadisəsini onun etdiyini, heç bir zor tətbiq edilmədiyini, oğurluq hadisəsini maddi ehtiyacı üzündən etdiyini bildirmişdir. Tərtib olunmuş protokollara müdafiəçi Vüqar Heydərovun iştirakı ilə imzalar çəkmişdir. Əlavə olaraq sual-cavab hissəsində bildirmişdir ki, 13 yanvar 2025-ci il tarixdə istintaq şöbəsində müdafiəçinin iştirakı ilə dindirildiyi zaman o səbəbə cinayəti etiraf etmişdir ki, 30-cu polis şöbəsində ona vəd vermişlər ki, bu cinayət hadisəsinə görə onu tutmayacaqlar, onu zaminə buraxacaqlar. Buna görə də, bölməyə verdiyi izahatını müstəntiqə də etiraf etmişdir. Onun oğurlanmış olan qızıl-zinət əşyalarından heç bir xəbəri yoxdur. Onları 30-cu polis şöbəsində görmüşdür. Lakin, orada ona bildirmişlər ki, həmin qızıllar onun idarə etdiyi avtomobildən çıxıb. Evdən şöbəyə polis əməkdaşlarının maşınında gəlmişdir. İdarə etdiyi “Chevrolet Cruze” markalı, **-YR-*** dövlət nömrə nişanlı avtomaşını sonradan şöbəyə gətirilmişdir. Onun icazəsi olmadan avtomobilini polis şöbəsinə gətirmiş və iştirakı olmadan avtomobilinə baxış keçirmişlər. İdarə etdiyi avtomobildə heç bir qızıl olmamışdır. 30-cu polis şöbəsində olduğu zaman ona qarşı zor tətbiq edilərək etmədiyi cinayəti boynuna almağına məcbur etmişlər. Orada ona bildirmişlər ki, “sənin şalvarını çıxardaraq səni zorlayacaqlar.” Çünki baş vermiş cinayəti boynuna almalıdır. O, 30-cu polis şöbəsində vermiş olduğu izahatını və 13 yanvar 2025-ci il tarixdə, istintaq şöbəsində vermiş olduğu ifadəsini təsdiq etmir və səbəb isə ona yalan vəd verilməsi olmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsi əvvəllər tanımamış, lakin daha sonradan məlumatı olmuşdur ki, zərərçəkmiş şəxsin oğlunun mağazası onun evinin yaxınlığındadır, həmin mağazanın yaxınlığından ərzaq alır. Polis idarəsində olduğu müddətdə ona qarşı fiziki və ya psixi təzyiq göstərilmişdir. Döyülməyi ilə bağlı özü məhkəməyə və ya prokurorluq orqanlarına müraciət etməmişdir. 3 saylı İstintaq Təcridxanasında müayinə olunan zaman xəsarətləri aşkar edilməmişdir. Zərərçəkmiş şəxsin evinin ünvanını bilmir. Cinayət işinin materiallarında olan imzalar ona məxsusdur, onu ailə üzvləri ilə hədələdikləri üçün həmin sənədləri imzalamışdır. Məhkəmə iclasında maddi sübut olan diskə baxış zamanı verilmiş suallara cavab olaraq bildirmişdir ki, videogörüntüdə olan şəxs özüdür, həmin görüntüdəki avtomobil ona məxsusdur, görüntüdə olan yerin və özünün orada nə üçün olduğunu bilmir. Sonda isə ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, ünvan 1də ailə üzvləri ilə birlikdə yaşayır. Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ərizə ilə oğlu Şahid1 müraciət etmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə oğlu ilə bir evdə yaşayır. 08 yanvar 2025-ci il tarixdə, saat 13:00 radələrində, yaşadığı evdən çıxaraq qonşuluqda yaşayan qızının evinə getmiş, saat 17 radələrində isə yaşadığı evə qayıtmışdır. Evə qayıdandan sonra, evin arxa pəncərəsinin açıq olduğunu görmüşdür. Bundan sonra, qonaq otağına keçdiyi zaman ona məxsus sandığın qapısının qoparıldığını görmüşdür. Sandığa baxdıqda, orada olan pul kisəsinin içərisindəki 50 manat pulun olmadığını görmüşdür. Sandığa ətraflı nəzər yetirdikdə orada olan kvadrat formalı qutunun qapağının da açıq olduğunu və içərisindən 1000 manat dəyərində 02 ədəd 585 əyarlıq qızıl üzük, 400 manat dəyərində kvadrat formalı 585 əyarlıq qızıl kulon, 2600 manat dəyərində 583 əyarlıq qızıl boyunbağı, 800 manat dəyərində 02 ədəd 585 əyarlıq qızıl sırğa (bir sırğanın bir tayı yox idi) və 300 manat dəyərində aypara formalı 585 əyarlıq qızıl kulonun olmadığını görmüşdür. Həmçinin, oradan ona məxsus şəxsiyyət vəsiqəsinin və yaşadığı evin torpaq sahəsinə məxsus sənədlərin də orada olmadığını aşkar etmişdir. Qonaq otağına baxdıqda isə kameraların birləşdiyi yaddaş blokunun (DVR) yerində olmadığını və oğurlandığını görmüşdür. Zərərçəkmiş şəxs əlavə ifadəsində bildirmişdir ki, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. 04 mart 2025-ci il tarixli, 6/561-9/1080 məhkəmə ekspertiza mərkəzinin vermiş olduğu ekspertiza rəyinə əsasən həmin qızıllar ona məxsusdur. Suraxanı RPİ-də tanınmaya təqdim edildiyi zaman həmin qızılları tanımışdır. Üzərindəki qaşları olan üzüyü, ərəb dilində yazılar olan kvadrat formalı kulonu və sırğa tayını uzun illərdir ki, qızıl zənn edib istifadə etmişdir. Hal-hazırda isə bilmişdir ki, həmin əşyalar qızıl olmamışdır. Ekspertiza rəyinə heç bir etirazı yoxdur. Ekspert rəyinin mübahisələndirilməsini istəmir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, ilk dəfə polis bölməsində, təhqiqatçının xidməti otağında görmüşdür. Orada təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etmiş, peşman olduğunu bildirmiş, həmin gün evdə heç kimin olmadığını bildiyini, əvvəllər də evi müşahidə etdiyini, oğlunun mağazası olduğu bildiyini demişdi. Ona 4159 manat ziyan dəymişdir. Sadəcə bir üzük, bir sırğa və bir kulon ona geri qaytarılmış, digər qızıllar isə qaytarılmamışdır. Şikayətçidir, oğurlanmış qızıllarının geri qaytarılmasını istəyir. Özünə məxsus olan əşyaları tanıyır, görən zaman da tanımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz evdə ailə üzvləri ilə birlikdə yaşayır. 08 yanvar 2025-ci il tarixdə, saat 13:00 radələrində anası Validə evdən çıxaraq qonşuluqda yaşayan bacısının evinə getmiş, saat 17 radələrində isə yaşadığı evə qayıtmışdır. Evə qayıdandan sonra, evin arxa pəncərəsinin açıq olduğunu görmüşdür. Bundan sonra, evdə qonaq otağına keçdiyi zaman ona məxsus sandığın qapısının qoparıldığını görmüşdür. Sandığa baxdıqda orada olan pul kisəsinin içərisindəki 50 manat pulun olmadığını görmüşdür. Sandığa nəzər yetirdikdə orada olan kvadrat formalı qutunun qapağının açıq olduğunu və içərisindən 1000 manat dəyərində 02 ədəd 585 əyarlıq qızıl üzük, 400 manat dəyərində kvadrat formalı 585 əyarlıq qızıl kulon, 2600 manat dəyərində 583 əyarlıq qızıl boyunbağı, 800 manat dəyərində 02 ədəd 585 əyarlıq qızıl sırğa (bir sırğanın bir tayı yox idi) və 300 manat dəyərində aypara formalı 585 əyarlıq qızıl kulonun olmadığını görmüşdür. Qonaq otağına nəzər yetirdikdə isə kameraların birləşdiyi yaddaş blokunun (DVR) yerində olmadığını və oğurlandığını görmüşdür. Daha sonra, anası ona oğurluq barədə məlumat vermiş, o da dərhal bununla bağlı polisə müraciət etmişdir. Evə baxış keçirildikdən 3-4 gün sonra, onlara məlumat vermişlər ki, oğurluq əməli Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Yaşadığı həyət evinin hasarı var, lakin həyətin darvazası olmamışdır. Evin qapıları sındırılmamış, evə pəncərədən daxil olunmuşdur. Hadisə yerindən əl-barmaq izlərinin götürülübgötürülməməsini dəqiq bilmir, lakin polis əməkdaşları evə gəlib baxış keçirmişlər. Dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, Masallı rayonunda qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla aralarında əvvəllər heç bir ədavət və düşmənçiliyi olmamışdır. 09 yanvar 2025-ci il tarixdə, Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Şahid4 tərəfindən 08 yanvar 2025-ci il tarixdə, Suraxanı rayonu, Binə qəsəbəsində Şahid1 yaşadığı evdə baş vermiş oğurluq hadisəsinin kim və ya kimlər tərəfindən törədilməsini müəyyən etmək məqsədilə əməliyyat tapşırığı verilmişdir. Tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində baş vermiş oğurluq hadisəsinin 12 avqust 1982-ci ildə Masallı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir. 13 yanvar 2025-ci il tarixdə, Səttarov X9 rayonu, Binə qəsəbəsində saxlanılaraq Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gətirilmiş və təhqiqatçı Şahid4 təhvil verilmiş, 30-cu polis şöbəsinin rəis müavini Şahid2 da bu barədə məlumat vermişdir. Rəis müavini Şahid2 oğurluq cinayət hadisəsini törətmiş Təqsirləndirilən şəxs öz xidməti otağında qəbul etmişdir. Bu zaman Təqsirləndirilən şəxs etdiyi cinayət hadisəsini səmimi olaraq etiraf etmiş və oğurluq hadisəsi zamanı evdən oğurladığı qızıl-zinət əşyalarını könüllü olaraq təqdim etmişdir. Həmin qızıl-zinət əşyaları təhqiqatçı Şahid4 tərəfindən protokolla təhvil götürülmüşdür. Daha sonra, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət hadisəsini öz əlyazması ilə yazaraq izahatında etiraf etmişdir. Təqsirləndirilən şəxs ifadəsində bildirdikləri yalan və böhtandır. Suraxanı RPİ-nin 30-cu polis şöbəsində Təqsirləndirilən şəxs heç bir zor tətbiq edilməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Suraxanı rayonu, Binə qəsəbəsində təqsirləndirilən şəxsin kirayə yaşadığı evdə olduğu zaman qapını döyüb, polis şöbəsinə dəvət etmiş və onu polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxsin yaşadığı evlə hadisə baş vermiş yer arasında avtomobillə biraz məsafə vardır. Təqsirləndirilən şəxsə tək yaxınlaşmışdır. Təqsirləndirilən şəxsin avtomobilinə baxış keçirilmiş və oğurlanmış zinət əşyaları aşkar edilmişdir. Avtomobilə baxış keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməmişdir. Qeyd etdiklərini bir daha təsdiq edir. Təqsirləndirilən şəxs polis şöbəsində özünü təqsirli bilmiş, törətdiyi əməli səmimi olaraq etiraf etmişdir. Həmçinin bildirmişdir ki, həmin ünvanda yaşayan şəxsin mağazası vardır, buna görə də, onların evində dəyərli əşya olacağını düşünmüşdür. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili lizinq müqaviləsinə əsasən götürdüyünü və həmin ödənişi edə bilmədiyi üçün oğurluq əməlini törətdiyini bildirmişdir. Təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Avtomobilə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Belə ki, avtomobilin açarı Təqsirləndirilən şəxs idi, onu tutduqdan sonra təqsirləndirilən şəxsin avtomobili ilə polis şöbəsinə getmişlər və avtomobilin açarını təhqiqatçıya vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə şahid, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin rəis müavini Şahid2 məhkəmə iclasında iştirak etməmiş, cinayət prosesi tərəflərinin etirazı olmadığından onun ibtidai istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadədə, şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmiş olduğu xüsusatlarla eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: 13 yanvar 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Rasim Salahov tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə fakta görə başlanılmış və icraata qəbul edilmişdir. (iş.v. 1) 08 yanvar 2025-ci il tarixdə Şahid1 tərəfindən Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin rəisinə ünvanlanmış ərizədən görünür ki, həmin tarixdə, yaşadığı evin pəncərəsindən daxil olunaraq oğurluq edilməsini aşkar etmişdir. Bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. (iş.v. 5) 08 yanvar 2025-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən yer Bakı şəhəri, ünvan 3 ünvanıdır. 1 mərtəbəlidir və 4 otaqdan ibarətdir. Evin yataq otağında olan sandığın içərisindən oğurluq edilmiş, sandığın orta tərəfindəki petlə sökülmüş vəziyyətdə olmuşdur. Evdəki plastik pəncərə açıq vəziyyətdə olmuşdur. Hadisə yerində heç bir təhlükəsizlik kamerası aşkar olunmamışdır. Baxış zamanı əlbarmaq izlərinin götürülməsi ilə bağlı qeyd yoxdur. (iş.v. 8-12) Məhkəmə iclasında Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq baş verməsi ilə bağlı onun qonşuluğunda yaşayan X4 evində quraşdırılmış müşahidə kamerasında qeydə alınmış və diskə köçürülmüş görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs göy rəngli avtomobillə Şahid1 evinin yaxınlığında dayanır, daha sonra avtomobildən düşərək Şahid1 evinə tərəf yollanır. Göy rəngli avtomobildən düşən zaman başı açıq olmuş, lakin cəld addımlarla evə tərəf gedir. Bir müddət sonra həmin istiqamətdən gələrək avtomobilə əyləşərək oradan uzaqlaşır. Təqsirləndirilən şəxs avtomobilə tərəf qayıdan zaman başına kapşon papağı taxmış formada yaxınlaşır. 14 yanvar 2025-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 52-53) 13 yanvar 2025-ci il tarixli təqdim etmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 01 ədəd qızılı rəngli üzərində yazılar olan kulonu, 01 ədəd qızılı rəngli sırğanı və 01 ədəd qızılı rəngli üzüyü könüllü olaraq təhqiqatçı Şahid4 təqdim etmişdir. . (iş.v. 18-20) 15 yanvar 2025-ci il tarixli “əşyanın tanınmasının aparılması haqqında” protokoldan görünür ki, tanıyan Zərərçəkmiş şəxs təqdim edilən əşyaları nəzərdən keçirib, 03 nömrəsi ilə nömrələnmiş 01 ədəd üzüyü göstərərək bildirmişdir ki, həmin əşya evindən oğurlanmış üzükdür. Quruluşuna və üzərində olan qaşların formasına görə tanıyaraq ona məxsus qızıl olduğunu bildirmişdir. (iş.v. 59-61) 15 yanvar 2025-ci il tarixli “əşyanın tanınmasının aparılması haqqında” protokoldan görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs təqdim edilən əşyaları nəzərdən keçirib, 03 nömrəsi ilə nömrələnmiş 01 ədəd kulonu göstərərək bildirmişdir ki, həmin əşya evindən oğurlanmış kulondur. Quruluşuna və formasına görə tanıyaraq ona məxsus qızıl olduğunu bildirmişdir. (iş.v. 62-64) 15 yanvar 2025-ci il tarixli “əşyanın tanınmasının aparılması haqqında” protokoldan görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs təqdim edilən əşyaları nəzərdən keçirib, 01 nömrəsi ilə nömrələnmiş 01 ədəd sırğanı göstərərək bildirmişdir ki, həmin əşya evindən oğurlanmış sırğadır. Quruluşuna və formasına görə tanıyaraq ona məxsus qızıl olduğunu bildirmişdir. (iş.v. 65-67) 15 yanvar 2025-ci il tarixli, “vəsatətin rədd olunması haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilən zaman Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törətmədiyini, onu aldadaraq Suraxanı RPİ-nin 30-cu polis şöbəsində sənədlərə qol çəkdirmələrini bildirmiş və buna görə də, özünü Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilmədiyini qeyd etmişdir. ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilməməsinə dair gətirdiyi dəlillər vəsatət kimi qəbul edilərək əsassız olduğundan rədd edilmişdir. (iş.v. 83-84) “Canlı şəxsin ekspertizasının 28 yanvar 2025-ci il tarixli, 45 saylı rəyindən görünür ki, vət.Təqsirləndirilən şəxs bədən səthində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməmişdir. (iş.v.111-112) İş materiallarına əlavə edilmiş 10 noyabr 2020-ci il tarixli Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsini icra edən, ədliyyə polkovnik leytenantı E.Həsənov tərəfindən X8 barəsində tərtib edilmiş xasiyyətnamədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzasının əvvəli 15 mart 2011-ci il tarixdən hesablanmaqla 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 18 yanvar 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2012-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsinə qismən birləşdirilməklə, ona qəti olaraq cəzasının əvvəli 18 yanvar 2013-cü il tarixdən hesablanmaqla, 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 yanvar 2013-cü il tarixli hökmü ilə təyin edilmiş cəzaya tamamilə toplamaq yolu ilə cəzasının əvvəli 18 yanvar 2013-cü il tarixdən hesablanmaqla üzərində qəti olaraq 10 (on) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 fevral 2014-cü il tarixli hökmü ilə təyin edilmiş cəza müddətinin çəkilməmiş qalan hissəsi hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində cəzasının əvvəli 26 oktyabr 2017-ci il tarixdən hesablanmaqla qəti olaraq 06 (altı) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkumun 6434 saylı şəxsi işindən göründüyü kimi o, əvvəllər cəzasını Bakı İstintaq Təcridxanasında, 7 saylı Cəzaçəkmə Müəssisəsində, 11 saylı Cəzaçəkmə Müəssisəsində, 15 saylı Cəzaçəkmə Müəssisəsində və Müalicə Müəssisəsində çəkmiş, cəza çəkdiyi ilk dövrlərdə islah prosesinə cəlb olunması məqsədi ilə barəsində 07 sentyabr 2012-ci il, 13 may 2013-cü il, 15 iyun 2013-cü il və 15 oktyabr 2013-cü il tarixlərdə “Əlavə olaraq bir uzun müddətli görüşə” icazə verilməklə həvəsləndirilməsinə baxmayaraq, müəssisədə cəza çəkən mənfi xarakterizə olunan məhkumların təsiri altına düşərək daxili intizam qaydalarının tələblərini kobud şəkildə və bilərəkdən pozduğuna görə müəssisə rəhbərliyi tərəfindən barəsində aşağıda qeyd olunmuş tənbeh tədbirləri tətbiq edilmişdir. 1) xx.xx.2013-cu il tarixdə 15 (on beş) gün müddətinə “Cərimə otağı”na təcrid olunub. 2) xx.xx.2014-cü il tarixdə 15 (on beş) gün müddətinə “Cərimə otağı”na təcrid olunub. 3) xx.xx.2014-cü il tarixdə 15 (on beş) gün müddətinə “Cərimə otağı”na təcrid olunub. 4) xx.xx.2014-cü il tarixdə 15 (on beş) gün müddətinə “Cərimə otağı”na təcrid olunub. 5) xx.xx.2014-cü il tarixdə “Töhmət” elan olunub. 6) 29.11,2014-cü il tarixdə 03 (üç) gün müddətinə “Cərimə otağı”na təcrid olunub. 7) xx.xx.2014-cü il tarixdə “Töhmət” elan olunub. 8) xx.xx.2015-ci il tarixdə 15 (on beş) gün müddətinə “Cərimə otağı”na təcrid olunub. 9) 10 05.2017-ci il tarixdə 15 (on beş) gün müddətinə “Cərimə otağı”na təcrid olunub. 10) xx.xx.2017-ci il tarixdə 10 (on) gün müddətinə “Cərimə otağı”na təcrid olunub. 11) xx.xx.2017-ci il tarixdə 10 (on) gün müddətinə “Cərimə otağı”na təcrid olunub. 12) xx.xx.2017-ci il tarixdə “Töhmət” elan olunub. 13) xx.xx.2017-ci il tarixdə 01 (bir) ay müddətinə “Kamera tipli otağa” təcrid olunub. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsinin 03 (üç) ilini çəkmək üçün ciddi rejimli cəzaçəkmə müəssisəsindən həbsxanaya keçirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı dəyişdirilərək həbsxanaya keçirilmə müddəti 03 (üç) ildən 02 (iki) ilə endirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsinin 01 (bir) il 06 (altı) ayını çəkmək üçün ciddi rejimli cəzaçəkmə müəssisəsindən həbsxanaya keçirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilərək həbsxanaya keçirilmə müddəti 01 (bir) il 06 (altı) aydan 01 (bir) ilə endirilmişdir. Həbsxanada cəza çəkdiyi müddət ərzində yenidən daxili intizam qaydalarının tələblərini kobud şəkildə və bilərəkdən pozduğuna görə, müəssisə rəhbərliyi tərəfindən barəsində aşağıda qeyd olunmuş tənbeh tədbirləri tətbiq edilmişdir. 1) 25.04.2015-ci ıl tarixdə “Töhmət” elan olunub. 2) 23.10.2016-cı il tarixdə 15 (on beş) gün müddətinə “Cərimə otağı"na təcrid olunub. 3) 03.02.2018-ci il tarixdə 06 (altı) ay müddətinə “Ciddi saxlanma" şəraitinə keçirilib. Məhkum 1 saylı Cəzaçəkmə müəssisəsinə xx.xx.2019-cu il tarixində Müalicə Müəssisəsindən daxil olmuş və karantin müddətini başa vuraraq S saylı dəstədə qeydiyyata alınmışdır. Məhkum yataq yeri və ən zəruri ləvazimatlarla təmin edilmiş, ona hüquq və vəzifələri, cəzanın çəkilməsi şərtləri, daxili intizam qaydaları izah olunmuşdur. Müəssisəyə gəldiyi ilk günlərdən özünü mənfi xarakterizə olunan məhkum kimi tanıtmış və mənfi xarakterizə olunan məhkumlarla sıx ünsiyyət saxlayır, islah prosesinə cəlb olunması üçün müəssisədə aparılan abadlıq işlərinə, keçirilən mədəni-kütləvi tədbirlərə cəlb olunmuş, onun bu tədbirlərdəki iştirakı qeyri-qənaətbəxş olmuş və keçirilən tədbirlərdən yayınmağa çalışmışdır. Asudə vaxtlarını səmərəli təşkil etmir və verilən tövsiyələrdən düzgün nəticə çıxarmır. Əməyə və təhsilə olan münasibəti mənfi olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü üzrə müştərək qaydada 360200 manat mülki iddia və 550 manat ekspertiza, digər hökmlər üzrə isə 266 manat ekspertiza xərci vardır. Şəxsi gigiyena qaydalarına əməl edir. Müəssisə əməkdaşları və müsbət xarakterli məhkumlar ilə münasibətində qeyri-səmimidir. Məhkum onunla aparılan fərdi-tərbiyəvi söhbətlərdən və profilaktiki tədbirlərdən özü üçün müsbət nəticə çıxarmamışdır. Müəssisədə cəza çəkdiyi müddət ərzində yenidən daxili intizam qaydalarının tələblərini kobud şəkildə və bilərəkdən pozduğuna görə müəssisə rəhbərliyi tərəfindən barəsində aşağıda qeyd olunmuş tənbeh tədbirləri tətbiq edilmişdir. 1) xx.xx.2020-ci il tarixdə “Töhmət” elan olunub. 2) xx.xx.2020-ci il tarixdə 15 (on beş) gün müddətinə “Cərimə otağı”na təcrid olunub. 3) xx.xx.2020-ci il tarixdə 15 (on beş) gün müddətinə “Cərimə otağı”na təcrid olunub. 4) xx.xx.2020-ci il tarixdə “Töhmət” elan olunub, 5) xx.xx.2020-ci il tarixdə 02 (iki) ay müddətinə “Kamera tipli otağa” təcrid olunub. Məhkum xasiyyətcə kobud və çılğındır. Törətmiş olduğu cinayət əməlindən peşimançılıq hissi keçirmir. Ailə üzvləri ilə görüş, telefon və məktub vasitəsilə əlaqə saxlayır. Odur ki, məhkum Təqsirləndirilən şəxs islah yoluna qədəm qoymamışdır. (iş.v.154-156) Kompleks fiziki-kimyəvi və məhkəmə əmtəəşünaslıq ekspertizasının 04 mart 2025-ci il tarixli, 6/561-9/1080 saylı rəyinin nəticəvi hissəsindən görünür ki, 4,01 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 01 ədəd üzük qiymətsiz metal ərintisindən (mis, sink və s.) hazırlanmışdır. Üzüyün üzərində olan qaşlar qiymətli daşlara aid deyildir. 4,99 qram kütləli, üzərində ərəb və ya fars dilində yazı olan, sarı rəngli 01 ədəd kulon qiymətsiz metal ərintisindən (mis, sink və s.) hazırlanmışdır. 0,93 qram kütləli halqa formalı, sarı rəngli 01 ədəd ərintisindən sırğa tayı qiymətsiz metal ərintisindən (mis, sink və s.) hazırlanmışdır. Ekspertiza xərci 160 manat təşkil etmişdir. (iş.v. 184-187) 15 yanvar 2025-ci il tarixli, “vəsatətin rədd olunması haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilən zaman Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törətmədiyini, onu aldadaraq Suraxanı RPİ-nin 30-cu polis şöbəsində sənədlərə qol çəkdirmələrini bildirmiş və buna görə də özünü Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilmədiyini qeyd etmişdir. ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə gətirdiyi dəlillər vəsatət kimi qəbul edilərək əsassız olduğundan rədd edilmişdir. (iş.v.210- 211) 08 aprel 2025-ci il tarixli, “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış və barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsini və torpağa dair sənədləri oğurlaması faktı müəyyən edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 326-cı maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, hadisə yerinə baxış protokolları, əşyanın götürülməsi, tanınmaya təqdim edilməsi haqqında protokollar, şübhəli şəxsin etirafedici ifadəlsi iş materialları ilə öz təsdiqini tapdığından sübut növü kimi qiymətləndirilmişdir. 13 yanvar 2025-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahid4 tərəfindən götürülmüş 01 ədəd qızılı rəngli üzərində yazılar olan kulon, 01 ədəd qızıl rəngli sırğa və 01 ədəd qızılı rəngli üzük maddi sübut kimi tanınmış və saxlanması üçün Suraxanı RPİ-nin müvəqqəti saxlanma yerinə təqdim olunmuşdur. Zərərçəkmiş şəxs məxsus evdən oğurlanmış qızıl-zinət əşyaları ilə bağlı kompleks fıziki-kimyəvi və məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsdən götürülmüş 01 ədəd qızılı rəngli üzərində yazılar olan kulon, 01 ədəd qızıl rəngli sırğa və 01 ədəd qızılı rəngli üzüklə bağlı həmin əşyaların tərkibi və qiymətləri ilə bağlı rəy verilsə də, digər olmayan əşyalarla bağlı rəy vermək mümkün olmadığına görə digər əşyaların qiyməti zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi qiymətə uyğun olaraq Təqsirləndirilən şəxs ittiham verilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış qızıl-zinət əşyalarını alan naməlum şəxsin həmin əşyaların oğurluq olmasından məlumatlı olub-olmadığını müəyyən etmək mümkün olmadığından həmin şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkib əlamətləri olub-olmadığını müəyyən etmək üçün cinayət işindən materialların surəti çıxarılaraq Suraxanı rayon prokurorluğuna təqdim olunmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməməsi barədə vəsatətinin rədd edilməsi nəzərə alınmışdır. (iş.v. 213-221) 18 aprel 2025-ci il tarixli “vəsatətin rədd olunması haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs və müdafiəçisi X7 istintaqın qurtarması barədə məlumat verilib cinayət işinin materialları ilə tanış olduqdan sonra, müdafiəçi Vüqar Heydərov vəsatətlər verərək Təqsirləndirilən şəxs 13 yanvar 2025-ci ildə polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı arvadı X2 şahid qismində dindirilməsini, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sırğa, 01 ədəd üzük və 01 ədəd kulonun üzərində onun əl-barmaq izlərinin olubolmamasını müəyyən etmək üçün daktiloskopik ekspertiza təyin edilməsini və Təqsirləndirilən şəxs 07 yanvar 2025-ci il tarixdən 14 yanvar 2025-ci il tarixədək onun istifadəsində olmuş +**********45 nömrəli mobil telefonun hərəkət marşurutu, daxil olan və çıxan zənglər, habelə ölçüləri barəsində məlumatların əldə edilməsini xahiş etmişdir. ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiəçisi X5 vəsatətləri əsassız olduğundan rədd edilmişdir. (iş.v. 254-255) 03 may 2025-ci il tarixli, Suraxanı rayon prokurorunun müavini, ədliyyə müşaviri Elgiz Qənizadə tərəfindən qəbul edilmiş “etiraza baxılması haqqında” qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs istintaqı aparan müstəntiqə etirazı əsassız olduğundan rədd edilmişdir. (iş.v. 263-264) 03 may 2025-ci il tarixli “vəsatətin rədd olunması haqqında” qərardan görünür ki, müdafiəçi Vüqar Heydərov oğlu vəsatət verərək Təqsirləndirilən şəxs barəsində olan ********* №-li cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Vəsatət əsassız olduğundan rədd edilmişdir. (iş.v. 273-274) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 1(010)-370/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə verdiyi yazılı vəsatəti təmin edilməmişdir. Suraxanı Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazrliyinin Tibb Baş İdarəsinin göndərdiyi məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs zədə aldığını bildirmiş, çoxsaylı çapıqlar aşkarlanmış, onda yeni xəsarətlər aşkar edilməmişdir. Bu barədə tərəfindən heç bir şikayət daxil olmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 iyul 2025-ci il tarixli, 1(010)- 370/2025 saylı qərarından görünür ki, təqsirləndirilən şəxsin və müdafiəçisinin vəsatəti təmin edilərək Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin və həyat yoldaşı Təranə Səttarovanın istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin 07 yanvar 2025-ci il tarix, saat 09:00-dan 14 yanvar 2025-ci il tarixə, saat 09:00-dək olan müddət ərzində kimə məxsusluğu, həmin nömrələrə daxil olmuş və edilmiş zənglərin, həmin zənglərin edildiyi nömrə sahiblərinin anket məlumatlarının, anten əhatə dairəsinin məlumatlarının, eləcə də, daxil olmuş və göndərilmiş SMS mətnlərinin "xxxx" MMC-dən götürülməsi qərara alınmış, qərarın icrası müvafiq olaraq "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-dən 23 iyul 2025-ci il tarixli qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və 02 sentyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD diskə məhkəmə iclasında baxış keçirilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs oğlu Şahid1 ilkin izahatından görünür ki, 08 yanvar 2025-ci il tarixdə, təxminən saat 13:00 radələrində yaşadığı evi tərk etmiş və həmin gün saat 16:00 radələrində evə gələn zaman anasına məxsus əşyaların oğurlandığını aşkar etmişdir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2025-ci il tarixdə, saat 21:30-da tutulmuşdur. Diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrənin və həyat yoldaşı Təranə Səttarovanın istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin X3 məxsus olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrənin həyat yoldaşı Təranə Səttarovaya məxsus olsa da, həmin nömrənin özünün istifadəsində olduğunu bildirmişdir. Diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman 08 yanvar 2025-ci il tarixdə, saat 13:46-da, həmin tarixdə, 14:07-də, həmin tarixdə, saat 14:40-da və həmin tarixdə, saat 14:45-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Südçülük sovxozu, Green Techin yanı/Surakhany/ ünvanında, 08 yanvar 2025-ci il tarixdə, saat 17:29-da Bakı şəhəri, Hövsan qəsəbəsi/Khazar/ ünvanında, 09 yanvar 2025-ci il tarixdə, saat 09:54-də Lənkəran rayonu, Separadi kəndi/Lankaran/ ünvanında, 13 yanvar 2025-ci il tarixdə, saat 03:22-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Südçülük sovxozu, Green Techin yanı/Surakhany/ ünvanında olduğu müəyyən olunmuşdur. Diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs həyat yoldaşı Təranə Səttarovanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman 13 yanvar 2025-ci il tarixdə, saat 13:49-da, həmin tarixdə, saat 14:29-da və həmin tarixdə saat 14:32-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, Aysel kafesi/Surakhany/ünvanında olduğu müəyyən olunmuşdur. Diskə baxış keçirilən zaman ziddiyyətli məqamlar müəyyən edilməmiş, həmçinin iş üzrə əhəmiyyətli olan SMS mətnləri və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu zamana aid anten əhatə dairəsi məlumatları aşkar olunmamışdır. Mobil operatorlardan məhkəmənin icraatına adətən daxil olmuş anten əhatə dairəsi ilə bağlı məktublardan müəyyən olunur ki, hər hansı inzibati ərazi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa, telekommunikasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə/yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanı hansı şanın ərazisində olma dəyişə bilər. İş materiallarından görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Suraxanı rayon prokurorunun təqdimatına və müstəntiqin vəsatətinə baxılarkən onun məhkəmə iclasında fiziki və psixi təzyiqlərə məruz qalması ilə bağlı bildirdiklərinə əsasən 15 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin rəisinə araşdırılma aparılması və araşdırmanın nəticəsi barədə məlumat verilməsi üçün məhkəmə tərəfindən müraciət ünvanlanmışdır. 07 aprel 2025-ci il tarixli, Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas Elvin Bəşirli tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması, polis əməkdaşlarının əməllərində işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qoyma cinayətinin, yaxud da digər cinayətlərin tərkib əlamətlərinin olmaması müəyyən edildiyi üçün Təqsirləndirilən şəxs müraciəti əsasında Xidməti araşdırmalar idarəsində toplanmış 94-C-25 nömrəli material üzrə cinayət işinin başlanılması rədd olunmuş və bu barədə maraqlı tərəflərə məlumat verilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2025-ci il tarixdə, saat 21:30-da şübhəli şəxs qismində tutulmuş, 15 yanvar 2025-ci il tarixdə, saat 15:30-da Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət əsasında Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri, Rəşid Mahmudov tərəfindən Suraxanı Rayon Məhkəməsinə təqdimat verilmişdir. Suraxanı Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 4(010)-9/2025 saylı qərarı ilə əvvəli 13 yanvar 2025-ci il tarixdən hesablanmaqla barəsində 02 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin 11 mart 2025-ci il tarixli, 4(010)-69/2025 saylı qərarı ilə həbsdə saxlanma müddəti, 01 ay, yəni 13 aprel 2025-ci il tarixədək uzadılmışdır. 08 aprel 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələr ilə nəzərdə tutulmuş ittiham yenidən elan edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 4(010)-99/2025 saylı qərarı ilə həbsdə saxlanma müddəti, 01 ay, yəni 13 may 2025-ci il tarixədək uzadılmışdır. Daha sonra, eyni Məhkəmənin 13 may 2025-ci il tarixli, 4(010)-149/2025 saylı qərarı ilə həbsdə saxlanma müddəti, 20 gün, yəni 02 iyun 2025-ci il tarixədək uzadılmış, Suraxanı Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti məhkəmənin hazırlıq iclasının yekun qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılmış və 10 iyun 2025-ci il tarixli qərarla barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Hazırda isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılır. (iş.v. 39, 68-69, 62-66, 139- 142, 152, 154, 156-162, 204-205, 189-190). Azərbaycan Respublikası CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. "xxxx" MMC-dən 23 iyul 2025-ci il tarixli qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış anten dairələri ilə bağlı 01 ədəd disk və iş üzrə Təqsirləndirilən şəxs hadisə yerində olan videogörüntülərini özündə əks etdirən 01 (bir) ədəd disk olmaqla, cəmi 02 ədəd disk iş üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut qismində tanınmalı və iş materiallarına əlavə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X12 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. X15 əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Şübhəli şəxs qismində dindirilərkən özünü tam təqsirli bilsə də, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 13 yanvar 2025-ci il tarixdə, saat 13 radələrində yaşadığı ünvanın qapısı döyülmüşdür. Qapını açdıqda polis əməkdaşlarının onun evinin hasarının üzərində əllərində silah olmasını görmüşdür. Bu zaman əsəb keçirtmiş və cibində olan bıçağı çıxardaraq öz boğaz nahiyəsinə dayamışdır. Polislərə “silahı yığışdırın, hara lazımdısa sizinlə gedəcəm” deyə bildirmişdir. Bundan sonra, polislər hasardan düşmüş və qapını açaraq həyətə daxil olmuşlar. Polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə getmişlər. Polis şöbəsinə getdiyi zaman onu şöbə rəisinin otağına aparmışlar. Orada olan zaman rəis ona 08 yanvar 2025-ci il tarixdə, harada olmasını soruşmuşdur. Cavab verərək demişdir ki, yanvar ayının 8 də çox yerdə olmuşdur, sualı konkret versin. Bundan sonra, polis rəisinin otağında onun ünvanına nalayiq ifadələr səslənmiş və ona əl qol atmağa başlamışlar. Şöbənin rəisi ona kamera göstərərək bildirmişdir ki, kameradakı sizsiniz? O isə rəisə həmin şəxsin özü olduğunu demişdir. Həmin ərazidə nə üçün gəzdiyini soruşduqda o, konkret hansı ərazinin olduğunu bilmədiyini demişdir. Bundan sonra, şöbə rəisi ona demişdir ki, “sənin maşının dayandığı və maşından düşdüyün yerdə oğurluq hadisəsi olub”, onun haqqında araşdırdığını və həbsdə olmağını bildiyini demişdir. Ona “əgər oğurluq hadisəsini etiraf etməsən, sənə işgəncə edəcəm, digər oğurluq hadisələrini də sənin üzərinə yıxacağam” deyə bildirmişdir. Bundan sonra, orada olan digər polis əməkdaşları onu öz otaqlarına apararaq hadisəni etiraf etməsini, müstəntiqin onu tutmayacağını, işinin çöldən çölə aparılacağını demişlər. Bundan sonra, qızılları çıxardaraq onun maşınından aşkar etdiklərini və həmin qızılların oğurluq olan evdən oğurlanan qızıllar olduğunu ona demişlər. Bundan sonra, ona dedikləri kimi öz əl yazması ilə izahatını vermiş və tərtib olunan sənədlərə imza çəkmişdir. Guya onun evdən oğurlanan əşyaları könüllü təqdim etməsi barədə protokol yazılmış və şəkillər çəkilmişdir. Orada olmayan əşyalardan guya birini satdığını və digərləri isə atdığını deməsini bildirmişlər və bu cür əlyazma ilə izahat yazmışdır. Daha sonra, evindən oğurluq olan ev sahibini oraya dəvət etmişlər, orada əşyaları təqdim etdikdən sonra, ev sahibi təqdim olunan qızılların onun evindən oğurlanan qızıllar olmasını təsdiq etmişdir. Orada olan zaman ev sahibi onun üzərinə hücum çəkmişdir. 13 yanvar 2025-ci il tarixdə istintaq şöbəsində müdafiəçinin iştirakı ilə dindirildiyi zaman o səbəbə cinayəti etiraf etmişdir ki, 30-cu polis şöbəsində ona vəd vermişlər ki, bu cinayət hadisəsinə görə onu tutmayacaqlar, onu zaminə buraxacaqlar. Bu səbəbdən bölməyə verdiyi izahatını müstəntiqə də etiraf etmişdir. Onun oğurlanmış olan qızıl-zinət əşyalarından heç bir xəbəri yoxdur. Onları 30-cu polis şöbəsində görmüşdür. Lakin, orada ona bildirmişlər ki, həmin qızıllar onun idarə etdiyi maşından çıxıb. Onun idarə etdiyi maşınında heç bir qızıl olmamışdır. 30-cu polis şöbəsində olduğu zaman ona qarşı zor tətbiq edilərək etmədiyi cinayəti boynuna almağına məcbur etmişlər. Orada ona bildirmişlər ki, “sənin şalvarını çıxardaraq səni zorlayacaqlar.” Çünki baş vermiş cinayəti boynuna almalıdır. O, 30-cu polis şöbəsində vermiş olduğu izahatını və 13 yanvar 2025-ci il tarixdə, istintaq şöbəsində vermiş olduğu ifadəsini təsdiq etmir və səbəb isə yalan vəd verilməsi olmuşdur. Zərərçəkmiş şəxsi əvvəllər tanımamış, lakin daha sonradan məlumatı olmuşdur ki, zərərçəkmiş şəxsin oğlunun mağazası onun evinin yaxınlığındadır, həmin mağazanın yaxınlığından ərzaq alır. Polis idarəsində olduğu müddətdə ona qarşı fiziki və ya psixi təzyiq göstərilmişdir. Döyülməyi ilə bağlı məhkəməyə və ya prokurorluq orqanlarına müraciət etməmişdir. 3 saylı İstintaq Təcridxanasında müayinə olunan zaman xəsarətləri aşkar edilməmişdir. Zərərçəkmiş şəxsin evinin ünvanını bilmir. Cinayət işinin materiallarında olan imzalar ona məxsusdur, onu ailə üzvləri ilə hədələdikləri üçün həmin sənədləri imzalamışdır. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi və gətirdiyi digər dəlillərlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında və ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən bildirdiklərini təsdiq edəcək heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Onun döyülməsi və zorakılıqlara məruz qalması ilə bağlı qeyd etdiyi xüsusatlarla əlaqədar hüquq-mühafizə orqanlarına özü müraciət etməmiş, həmçinin məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət etməmişdir. Lakin Suraxanı Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Suraxanı rayon prokurorunun təqdimatına və müstəntiqin vəsatətinə baxılarkən onun məhkəmə iclasında fiziki və psixi təzyiqlərə məruz qalması ilə bağlı bildirdiklərinə əsasən Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin rəisinə bununla bağlı araşdırılma aparılması və araşdırmanın nəticəsi barədə məlumat verilməsi üçün 15 yanvar 2025-ci il tarixdə müraciət ünvanlanmışdır. 07 aprel 2025-ci il tarixli, Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas Elvin Bəşirli tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması, polis əməkdaşlarının əməllərində işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qoyma cinayətinin, yaxud da digər cinayətlərin tərkib əlamətlərinin olmaması müəyyən edildiyi üçün Təqsirləndirilən şəxs müraciəti əsasında Xidməti araşdırmalar idarəsində toplanmış 94-C-25 nömrəli material üzrə cinayət işinin başlanılması rədd olunmuş və bu barədə maraqlı tərəflərə məlumat verilmişdir. Həmçinin Suraxanı Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazriliyinin Tibb Baş İdarəsinin göndərdiyi məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs zədə aldığını bildirmiş, çoxsaylı çapıqlar aşkarlanmış, lakin onda yeni xəsarətlər aşkar edilməmişdir. Həmçinin onun tərəfindən bununla bağlı heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “canlı şəxsin ekspertizasının” 28 yanvar 2025-ci il tarixli, 45 saylı rəyindən də görünür ki, vət.Təqsirləndirilən şəxs bədən səthində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməmişdir. Onun Azərbaycan dilində sərbəst olaraq yazmağı və oxumağı bacardığı halda, guya törətmədiyini iddia etdiyi həmin oğurluq cinayət hadisəsini boynuna götürməsi ilə bağlı etirafedici ifadələr verməsi, öz əlyazması ilə etirafedici izahat verməsi heç cür məntiqəuyğun deyildir. O, həmçinin məhkəmə iclasında da iş materialında olan yazı və imzaların ona məxsus olduğunu etiraf etmişdir. Odur ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin döyülməsi ilə bağlı bildirdiklərinin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək üçün məhkəmə tərəfindən müvafiq orqanlara sorğular ünvanlanmış, lakin bu fakt sorğulara alınan cavablar və araşdırma nəticəsində qəbul edilmiş qərarla tam təkzib edilmişdir. Təqsirləndirilən şəxs barəsində əvvəllər də ittihamedici hökmlər çıxarılmış və prosessual hərəkətlərin hansı formada keçirilməsi, bunun nəticələri ilə bağlı kifayət qədər məlumatlı olmuşdur. Həmçinin əvvəlki məhkumluq dövründə cəza çəkdiyi müddətdə barəsində dəfələrlə tənbeh tədbirləri tətbiq edilmiş, həbsxanaya köçürülmüş, illik xasiyyatnamələrində onun mənfi xarakterizə olunan məhkum olması qeyd olunmuş və odur ki, islah olunmadan dəfələrlə cinayətlər törətmişdir. Həmçinin ətraflı araşdırmanın təmin edilməsi məqsədilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən 23 iyul 2025-ci il tarixdə qərar qəbul olunmuş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin və həyat yoldaşı Təranə Səttarovanın istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin 07 yanvar 2025-ci il tarix, saat 09:00-dan 14 yanvar 2025-ci il tarix, saat 09:00-dək olan müddət ərzində kimə məxsusluğu, həmin nömrələrə daxil olmuş və edilmiş zənglərin, həmin zənglərin edildiyi nömrə sahiblərinin anket məlumatlarının, anten əhatə dairəsinin məlumatlarının, eləcə də, daxil olmuş və göndərilmiş SMS mətnlərinin "xxxx" MMC-dən götürülməsi qərara alınmış, qərarın icrası isə müvafiq olaraq "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-dən 23 iyul 2025-ci il tarixli qərarın icrası ilə bağlı ünvanlanmış 01 ədəd diskdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən və tədqiq olunan zaman 08 yanvar 2025-ci il tarixdə, saat 13:46-da, həmin tarixdə, 14:07-də, həmin tarixdə, saat 14:40-da və həmin tarixdə, saat 14:45-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Südçülük sovxozu, Green Techin yanı/Surakhany/ ünvanında, 08 yanvar 2025-ci il tarixdə, saat 17:29-da Bakı şəhəri, Hövsan qəsəbəsi/Khazar/ ünvanında, 09 yanvar 2025-ci il tarixdə, saat 09:54-də Lənkəran rayonu, Separadi kəndi/Lankaran/ ünvanında, 13 yanvar 2025-ci il tarixdə, saat 03:22-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Südçülük sovxozu, Green Techin yanı/Surakhany/ ünvanında olduğu müəyyən olunmuşdur. Odur ki, diskə baxış keçirilən zaman ziddiyyətli məqamlar müəyyən edilməmiş, həmçinin iş üzrə əhəmiyyətli olan SMS mətnləri və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu zamana aid anten əhatə dairəsi məlumatları aşkar olunmamışdır. Bundan əlavə, məhkəmə iclasında Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq baş verməsi ilə bağlı onun qonşuluğunda yaşayan X4 evində quraşdırılmış müşahidə kamerasında qeydə alınmış və diskə köçürülmüş görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs göy rəngli avtomobillə Şahid1 evinin yaxınlığında dayanır, daha sonra avtomobildən düşərək başı açıq vəziyyətdə tələsik addımlarla Şahid1 evinə tərəf yollanır. Bir müddət sonra həmin istiqamətdən gələrək avtomobilə tələsik əyləşərək oradan uzaqlaşır. Avtomobilə yaxınlaşan zaman başına kapşon keçirmiş vəziyyətdə müşahidə olunmuşdur. Həmçinin təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində dindirilərkən özünü tam təqsirli bilmiş, törətdiyi əməli etiraf etmişdir. Bundan başqa oğurladığı əşyaların bir qismini könüllü olaraq təhqiqatçıya təqdim etmişdir. Odur ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin bildirdikləri cinayət məsuliyyətindən azad olunmaq məqsədi ilə özünümüdafiə kimi qiymətləndirilmişdir. Ona görə də təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı yalnız şübhəli şəxs qismində dindirilərkən ifadəsində bildirdikləri məhkəmə tərəfindən sübut növü olaraq qiymətləndirilir. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi etirafedici ifadəsini, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, sorğulara alınmış cavabları, ekspertiza rəyini, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət – vətəndaş, cəmiyyət və dövlətin fəaliyyətində müstəsna rolu olan zəruri maddi-iqtisadi münasibətdir. Cinayət qanunvericiliyində mülkiyyətin bütün formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət cinayət qanunvericiliyi ilə qorunan obyektlər sırasına daxil edilmiş və onun qorunması CM-in əsas vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 №li Qərarına əsasən məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. X12 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq etmə, yəni özgənin əmlakını gizli olaraq talama-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə zərərçəkmiş şəxslə barışıq əldə edilməmiş, ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Odur ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda (şübhəli şəxs qismində dindirilən zaman) verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarına əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuşdur. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsinə əsasən 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Xətai Rayon Məhkəməsinin 18 yanvar 2013-cü il tarixli hökmü ilə 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə, 10 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sabunçu rayon Məhkəməsinin 07 fevral 2014-cü il tarixli hökmü ilə CM-in 317- 2.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq edilməklə, ona 10 il 11 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə, ona qəti olaraq 06 il 04 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 26 fevral 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, həmin Məcəllənin 83.3.4-cü maddəsinə isə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs, törətdiyi ağır və az ağır cinayət əməllərinə görə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkib bitirdiyi 26 fevral 2024-cü il tarixdən 02 il keçməmiş 08 yanvar 2025-ci il tarixdə yenidən qəsdən cinayət əməli törətmişdir. Buna görə də, o, məhkumluğu olan, məhkumluğu ödənilməmiş və götürülməmiş şəxs hesab olunur. CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması cinayətin təhlükəli residivini yaradır. CM-in 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər; 18.4.2. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; 18.4.3. bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; Təqsirləndirilən şəxs CM-in 317-2.1-ci maddəsi ilə iki dəfə məhkum olunması həmin maddə üzrə əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan CM-in 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətin residivinə görə daha sərt cəza tətbiq edilir. Məhkumluqla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayəthüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair 28 sentyabr 2022-ci il tarixli Qərarına əsasən cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 18 və 65-ci maddələrinin tələblərinə uyğun olaraq residiv zamanı cəzanın sərtləşdirilməsi əvvəl törədilmiş cinayətə görə təkrar cəzalandırma deyil, əməlin ictimai təhlükəliliyinə və onu törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə adekvat qiymətdir. Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs heç bir yerdə işləməmiş, cinayətə meyilli şəxs olmuş, onun 2012-ci il tarixdən hazırki vaxtadək dəfələrlə məhkum olunması, əvvəlki məhkumluq dövründə cəza çəkdiyi müddətdə barəsində dəfələrlə tənbeh tədbirləri tətbiq edilməsi həbsxanaya köçürülməsi, illik xasiyyatnamələrində onun mənfi xarakterizə olunan məhkum olmasının qeyd edilməsi, hazırki iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsi, törətmiş olduğu cinayət əməlini etiraf etməməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını çəkib islah olunmaması onun şəxsiyyətini mənfi xarakterizə edən hallar hesab olunur. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları, cəzanı yüngülləşdirən halın olmamasını, cəzanı ağırlaşdıran halın cinayətin təhlükəli residivinin olmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 13 yanvar 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, iş üzrə Təqsirləndirilən şəxs hadisə yerində olan videogörüntülərini özündə əks etdirən 01 ədəd disk və "xxxx" MMC-dən 23 iyul 2025-ci il tarixli qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış anten əhatə dairələri ilə bağlı 01 ədəd disk olmaqla, cəmi 02 ədəd disk maddi sübut qismində tanınmalı və cinayət işi materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 160 (yüz altmış) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan 01 ədəd qızılı rəngli üzərində yazılar olan kulon, 01 ədəd qızılı rəngli sırğa və 01 ədəd qızılı rəngli üzük hökm qanuni qüvvəyə mindikdən dərhal sonra, qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, zərərçəkmiş şəxsə cinayət əməli nəticəsində ona dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat məbləğində əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 iş saatı üçün 220 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək ona 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 13 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə Təqsirləndirilən şəxs hadisə yerində olan videogörüntülərini özündə əks etdirən 01 ədəd disk və "xxxx" MMC-dən 23 iyul 2025-ci il tarixli qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış anten əhatə dairələri ilə bağlı 01 ədəd disk olmaqla 02 ədəd disk maddi sübut qismində tanınsın və cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 160 (yüz altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan 01 ədəd qızılı rəngli üzərində yazılar olan kulon, 01 ədəd qızılı rəngli sırğa və 01 ədəd qızılı rəngli üzük hökm qanuni qüvvəyə mindikdən dərhal sonra, qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılsın. Zərərçəkmiş şəxsə cinayət əməli nəticəsində ona dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 220 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar