Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-371/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 1 uşağı olan, ali təhsilli, məhkum olunmamış, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, ünvan 2 ünvanında yaşayan, 21 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 may 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşıma ilə bağlı ittiham elan olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 5,61 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə-qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış və 21 may 2024-cü il tarixdə, saat 15:45 radəsində Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, dəmir yolu keçidinin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin ünvan 3 ünvanında yerləşən inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxladığı 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 5,61 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla təsdiq olunmuşdur: İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, ünvan 2 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmamışdır. Təxminən 1 il müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Narkotik vasitə-marixuananı Bülbülə qəsəbəsində yerdən tapmışdır. 21 may 2024-cü il tarixdə, saat 15 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi, dəmir yolu keçidinin yaxınlığında dayanan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb, özlərini təqdim etmişlər. Onu Suraxanı RPİ-yə dəvət edərək orada şəxsiyyəti müəyyən olunduqdan sonra, həmin İdarənin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən üzərində Azərbaycan Respublikası CPM-nin 242-247-ci maddələrinin tələblərinə uyğun qaydada şəxsi axtarış aparılmasının zəruri olması bildirilərək Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, o da buna etiraz etməmişdir. Həmçinin üzərində şəxsi axtarış aparılmadan Suraxanı rayon ərazisi üzrə fəaliyyət göstərən 9 saylı vəkil bürosundan dövlət hesabına müdafiəçi seçmək hüququ izah olunmuşdur. Vəkillərin siyahısı ilə tanış olmuş, bu barədə ərizəsi alındıqdan sonra dəvət olunmuş vəkil Müdafiəçi ona bir daha hüquq və vəzifələrini izah etmişdir. O, şəxsi axtarış və götürmə istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan keçirilməsinə etiraz etməməsinə dair ərizə təqdim etmişdir. Bundan sonra, təhqiqatçı tərəfindən xidməti otaqların birində videoçəkiliş aparılmaqla, üç nəfər polis əməkdaşının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olubolmaması barədə sual verilmiş və olduğu halda, təqdim etməsi təklif olunmuşdur. O, da əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı və sol yan cibindən 01 (bir) ədəd “Samsung” və “Nokia” markalı mobil telefonları masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim etmişdir. Bundan sonra isə üzərində şəxsi axtarış aparılsa da, başqa qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan maddə qurudulmuş marixuanadır. Təhqiqatçı tərəfindən digər polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar edilmiş narkotik vasitə-qurudulmuş marixuana zərfə qoyularaq qablaşdırılmışdır. Qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanmış, aşkar olunmuş kütlənin ekspertizaya göndəriləcəyi və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi izah olunmuşdur. Bundan əlavə qeyd etmişdir ki, keçirilən bütün proseslər videoçəkilişlə qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərdi ki, 21 may 2024-cü il tarixdə, saat 15 radələrində taksiylə dostunun evinə gedərkən Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin önündə taksidən düşmüşdür. Daha sonra, siqaret almaq üçün mağazaya girmiş, mağazada olan zaman polis əməkdaşları tərəfindən şübhəli bir şəxsin tutulduğunu görmüşdür. Mağazadan çıxarkən polis əməkdaşları ona yaxınlaşmış, üzərində baxış keçirmişdir. Lakin həmin vaxt onun üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olan heç bir əşya olmamışdır. Daha sonra onu 31-ci polis şöbəsinə aparmışlar. Şöbədə olan zaman ona qarşı polis əməkdaşları fiziki və psixi zorakılıq göstərmiş, ona qarşı elektroşok vasitələrdən istifadə etmişlər. O, isə məcbur olub ibtidai araşdırma dövründə özünü təqsirli bildiyini demişdir, lakin üzərində həmin vaxt narkotik vasitə-qurudulmuş marixuana olmamışdır. Videoçəkiliş aparılan zaman müdafiəçi yanında olmamış, daha sonra gəlmiş, müdafiəçisinə döyüldüyünü bildirmiş, lakin müdafiəçi onun dediklərinə sadəcə gülmüş, bununla bağlı heç bir tədbir görməmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, daimi olaraq narkotik vasitələrdən istifadə etməsə də, bir neçə dəfə istifadə etmişdir. Lakin polis əməkdaşları şəxsi axtarış aparılan zaman üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Sonuncu dəfə 2024-cü ilin may ayının əvvəllərində narkotik vasitə-marixuana istifadə etmişdir. Evinə getdiyi dostu da, narkotik vasitə və ya psixotrop maddə istifadə edən olmamışdır. Onu tutan polis əməkdaşlarının adlarını bilmir. Şahid2 ona psixi və fiziki təzyiq göstərən polis əməkdaşlarından biri olmuşdur. Şahid1 isə onu nə şübhəli şəxs qismində tutan, nə də təzyiq göstərən polis əməkdaşları sırasında olmamışdır. Şəxsi axtarış zamanı orada olub-olmamasını isə dəqiq xatırlamır. Prokurorluq orqanlarına döyülmə ilə bağlı müraciət etməmiş, xalası oğlu İlham Şahverdiyev müstəntiq Azim Bayramovun rüşvət alması ilə bağlı Bakı şəhər prokurorluğuna müraciət etmişdir. Bildirmişdir ki, Azim Bayramov xalası oğlundan cinayət işinə xitam verilməsi üçün rüşvət istəyib və bildirib ki, cinayət işi bağlanıb. O, 48 saat sonra MSY-dən buraxıldıqda, elə başa düşmüşdür ki, artıq müstəntiqlə danışıldığı üçün cinayət işinə xitam verilmişdir. Sonda isə bildirdi ki, 17 ildən çoxdur ki, “Socar”-da müxtəlif idarələrdə çalışmış, dövlətə vergi vermiş, 267000 manat pensiya kapitalı vardır. Bu qədər müddətdir ki, dövləti üçün çalışmış, hazırda xarici ölkələrdən iş təklifi gəlsə də, barəsində aparılan cinayət işinə görə ölkə xaricinə çıxa bilmir, işsizdir. Odur ki, məhkəmədən qeyd etdiyi xüsusatları nəzərə alaraq barəsində yüngül həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Suraxanı rayonu, Bülbülə qəsəbəsi, dəmir yolu keçidinin yaxınlığında üstündə narkotik vasitə olması barədə məlumatı alıb, dərhal həmin məlumatı Suraxanı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra, Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə 21 may 2024-cü il tarixdə, saat 15:45 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi, dəmir yolu keçidinin yaxınlığına getmişlər. Bu zaman həmin ünvanda dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş, ona narkotik vasitə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirmiş və Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla birlikdə, Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə gəlmişdir. Bundan sonra, şöbənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. O, da üzərində özü istifadə etməsi üçün 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümdə “marixuana” kimi tanıdığı narkotik vasitə-qurudulmuş marixuana olduğunu bildirmiş və əynində olan qara rəngli şalvarının sağ yan cibindən həmin qurudulmuş marixuananı və sol yan cibindən “Nokia” və “Samsung” markalı mobil telefonları çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilməmişdir. Sonra, onun təqdim etdiyi bükümə baxış keçirilmiş və baxış zamanı həmin bükümdə narkotik vasitə-qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır, həmin narkotik vasitəni 21 may 2024-cü il tarixdə Bülbülə qəsəbəsi yaxınlığında yerdən tapmış və özündə saxlamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs üstündən götürülmüş 01 (bir) büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış, bu barədə protokol tərtib olunmuş və protokolda yazılanların doğru olması imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi tutan zaman mobil telefonu yanında olmuş və ***-***-**-** saylı mobil telefon nömrəsi şəxsi tutan zaman özünün isifadəsində olmuşdur. Tutulan zaman Təqsirləndirilən şəxs qarşı heç bir psixi və ya fiziki təzyiq göstərməmişlər, təqsirləndirilən şəxs də həmçinin onlara qarşı heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs polis şöbəsində olan zaman ona qarşı elektroşok xüsusi vasitələrindən istifadə etməmişlər. Şübhəli şəxs qismində tutulan zaman Təqsirləndirilən şəxs üzərində hər hansısa bir xəsarət olmamış və tutulan vaxtı tək olmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşan zaman mülki geyimdə olmuşlar. Təqsirləndirilən şəxs məhkəmədə ifadələrində dedikləri əsassızdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 da eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, tutulan zaman Təqsirləndirilən şəxs qarşı heç bir psixi və ya fiziki təzyiq göstərməmişlər, təqsirləndirilən şəxs də həmçinin tutulan zaman onlara qarşı heç bir müqavimət göstərməmiş, bundan əlavə hansısa xəsarəti də olmamışdır. Daxil olmuş əməliyyat məlumatı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmuş, tutulma günorta saatlarında olmuşdur. Təqsirləndirilən şəxsi tutan zaman mobil telefonu yanında olmamış, harada olmasını isə dəqiq xatırlamır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 240100346 nömrəli cinayət işi 22 may 2024-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) 21 may 2024-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsinə dair qərar qəbul edilmişdir. (iş.v. 8) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 may 2024-cü il tarixli protokoldan görünür ki, əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd içərisində quru halda ot kütləsi olan şəffaf sellofana bükülmüş büküm, qara rəngli şalvarının sol yan cibindən isə “Nokia” və “Samsung” markalı mobil telefonları təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd içərisində quru halda ot kütləsi olan şəffaf sellofana bükülmüş bükümün içərisində narkotik vasitə marixuana olduğunu, narkotik vasitəni yerdən taparaq öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş maddi sübutlar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 (bir) ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 195 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (iş.v. 31-32) Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin inzibati binasında yerləşən xidməti otaqda polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofanı və sol yan cibində “Samsung” və “Nokia” markalı mobil telefonu təqdim edərək bildirir ki, təqdim etdiyi sellofan bükümün içərisindəki maddə narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin narkotik vasitəni Bülbülə qəsəbəsi yaxınlığında yerdən tapdığını bildirir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparırlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilmir. Məhkəmə-bioloji ekspertizasının 22 may 2024-cü il tarixli, 3-16-16-2-7/812 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi – 5,61 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd 1): Tədqiqatlar “Çətənənin yoxlanması üçün tövsiyə olunan metodlar” (Bakı 2005-ci il) metodik vəsaitində göstərilmiş metodlarla aparıldı. 2) marixuananın təmiz çəkisi – 5,61 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 5,56 qram. (iş.v. 36-37) Ambulator məhkəmə-narkoloji ekspertizasının 24 may 2024-cü il tarixli, 3665 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş.v. 81-82) “Mobil telefonlara baxış keçirilməsi haqqında” 24 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş, Simkart nömrəsi olmayan “Samsung” və “Nokia” markalı mobil telefonların yaddaşında iş üçün əhəmiyyətli ola biləcək zənglər, SMS yazışmaları və ya şəkillər müəyyən edilməmişdir. (iş.v. 77) Suraxanı RPİ-nin İŞ-nin 24 may 2024-cü il tarixli əməliyyat tapşırığına cavab olaraq ünvanlanan Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin 05 iyun 2024-cü il tarixli, ********* saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəmarixuananı hansı mənbədən əldə etməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamış və bundan başqa hər hansı bir cinayət əməli törətməsi müəyyən olunmamışdır. (iş.v. 78; 90) 07 iyun 2024-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xalis çəkisi 5,61 qram, tədqiqatdan sonra qalıq qalmış 5,56 qram olan narkotik vasitə - qurudulmuş marixuana cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən 07 iyun 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarla maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs 23 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə-qurudulmuş marixuananın mənbəyinin müəyyən edilməsi üçün cinayət işindən material ayrılmışdır. (iş.v. 91-97) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD diskin 07 iyun 2024-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. (iş.v. 91-97) İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 02 dekabr 2008-ci il təvəllüdlü Cavad Kazımzadə olmaqla, 1 övladı var. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 may 2024-cü il tarixdə saat 17:30-dan şübhəli şəxs qismində tutulmuş, saat 15:45-dən hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 23 may 2024-cü il tarixdə saat 09:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən təmin edilməmişdir. 23 may 2024-cü il tarixli qərarla saat 15:00-dan müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 20, 52-53, 65-66, 69-74) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən 01 avqust 2024-cü il tarixdə Bakı Şəhər Prokurorluğuna ünvanlanan məktubda göstərilmişdir ki, işin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qaldığını, o cümlədən istintaqı aparan müstəntiq, polis leytenantı Azim Bayramov tərəfindən həbsdən azad olunması ilə bağlı, xalası oğlu X5 vasitəsilə pul alındığını və qanunsuz hərəkətlərə məruz qaldığını bildirmişdir. Odur ki, Təqsirləndirilən şəxs və xalası oğlu X2 2024-cü il ərzində Bakı Şəhər Prokurorluğuna ünvanladığı müraciətlərin surətinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsinin təmin edilməsi ilə bağlı sorğu göndərilmişdir. Bakı Şəhər Prokurorluğu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanan 10 avqust 2024-cü il tarixli məktubda göstərilmişdir ki, Bakı Şəhər Prokurorluğuna 2024-cü il ərzində Təqsirləndirilən şəxs və sonuncunun xalası oğlu X2 müraciəti daxil olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs xalası oğlu İlham Şahverdiyev ilə müstəntiq Azim Bayramovun telefon danışıq səslərini əks etdirən fləş yaddaş kartına keçirilən baxış zamanı müəyyən edilmişdir ki, müstəntiq Azim Bayramovla Təqsirləndirilən şəxs xalası oğlu arasında həqiqətən telefon danışığı olmuş, onların arasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı azadlıqda olacağı ilə bağlı razılıq olmuş və bu razılığa görə müstəntiqə pul verilməsi bildirilmişdir. Lakin həmin danışıqda müstəntiqin təqsirləndirilən şəxsin bildirdiyi kimi, işin məhkəməyə getməyəcəyi, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət işinə xitam veriləcəyi ilə bağlı heç bir ifadə işlətməsi müəyyən olunmur. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən 01 avqust 2024-cü il tarixdə, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin MSY-nə giriş və çıxış vaxtlarının əks olunduğu sənədin, 2024-cü ilin may ayında şübhəli şəxs qismində tutulduğu zaman Suraxanı RPİnin MSY-də həkim müayinəsindən keçməsi və müayinənin nəticəsi barədə sənədlərin, o cümlədən qeydiyyat jurnalından həmin şəxslə bağlı məlumatın Suraxanı Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin X6 sorğu ünvanlanmışdır. Suraxanı Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli müraciətinə cavab olaraq Suraxanı RPİ-nin MSY tərəfindən göndərilmiş Aktdan görünür ki, tutulan şəxs Təqsirləndirilən şəxs, 21 may 2024-cü il tarix, saat 21:10-da Suraxanı RPİ-nin MSY-nə daxil olmuşdur. Suraxanı RPİ-nin MSY-yə qəbul edilərkən və oradan çıxarkən üzərində xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs 23 may 2024-cü il tarixdə saat 13:45-də Suraxanı rayon prokuroru R.Mahmudov tərəfindən qəbul edilmiş qərar əsasında MSY-dən azad olunmuş, bu zaman da Təqsirləndirilən şəxs tərəfindən heç bir şikayət daxil olmamışdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən 01 avqust 2024-cü il tarixdə, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsində polis əməkdaşları tərəfindən psixi və fiziki təzyiqlərə məruz qalması, o cümlədən döyülərək ona elektroşok xüsusi vasitəsilə işgəncə edilməsi ilə bağlı məhkəmə iclasında bildirdikləri əsasında həmin faktla əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparılması (təqsirləndirilən şəxsin, polis əməkdaşlarının izahatlarının alınmasının, şəxsin məhkəmə-tibbi ekspertizasından keçirilməsi) və araşdırmanın nəticəsi barədə qəbul olunmuş qərarın surətinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi barədə Prokurorluğa sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 01 avqust 2024-cü il tarixli sorğuya cavab olaraq ünvanlanan məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə verilən məlumat əsasında Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsində araşdırma aparılmışdır. Araşdırma nəticəsində müraciətdə göstərilən xüsusatlar öz əksini tapmamış, Suraxanı RPİ-nin əməkdaşlarının fiziki zor tətbiq etmələri müəyyən edilməmişdir. 17 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X7 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs müraciəti əsasında Xidməti Araşdırmalar İdarəsində toplanmış 1985-C-24 nömrəli material üzrə cinayət hadisəsi olmadığından Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan isə nə təqsirləndirilən şəxs, nə də ki, onun müdafiəçisi tərəfindən şikayət verilməmişdir. Bununla da həmin qərar qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X10 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı tam etiraf etsə də, məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək bildirmişdir ki, 21 may 2024-cü il tarixdə, dostunun evinə gedəndə daxil olduğu mağazadan çıxarkən polis əməkdaşları ona yaxınlaşmış, üzərində baxış keçirmişdir. Lakin həmin vaxt onun üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olan heç bir əşya olmamışdır. Daha sonra onu 31-ci polis şöbəsinə aparmışlar. Şöbədə olan zaman ona qarşı polis əməkdaşları fiziki və psixi zorakılıq göstərmiş, ona qarşı elektroşok vasitələrdən istifadə etmişlər. O, isə məcbur olub ibtidai araşdırma dövründə özünü təqsirli bildiyini demişdir. Videoçəkiliş aparılan zaman müdafiəçi yanında olmamış, daha sonra gəlmiş, müdafiəçisinə döyüldüyünü bildirmiş, lakin müdafiəçi onun dediklərinə sadəcə gülmüş, bununla bağlı heç bir tədbir görməmişdir. Daimi olaraq narkotik vasitələrdən istifadə etməsə də, bir neçə dəfə istifadə etmişdir. Şahid2 ona psixi və fiziki təzyiq göstərən polis əməkdaşları sırasında olmuşdur. Şahid1 isə onu nə şübhəli şəxs qismində tutan, nə də təzyiq göstərən polis əməkdaşları sırasında olmamışdır. Prokurorluq orqanlarına döyülmə ilə bağlı müraciət etməmiş, xalası oğlu İlham Şahverdiyev müstəntiq Azim Bayramovun rüşvət alması ilə bağlı prokurorluğa müraciət etmişdir. Bildirmişdir ki, Azim Bayramov xalası oğlundan cinayət işinə xitam verilməsi üçün rüşvət istəyib və bildirib ki, cinayət işi bağlanıb. O, 48 saat sonra MSY-dən buraxıldıqda, elə başa düşmüşdür ki, artıq müstəntiqlə danışıldığı üçün cinayət işinə xitam verilmişdir. Cinayət işinin məhkəməyə göndəriləcəyi ilə bağlı məlumatı olmamışdır. İş materiallarında olan sənədlərə isə özü şəxsən imza etmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə hazırda qeyd etdiyi xüsusatlarla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etməmiş, həmçinin məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət etməmişdir. Halbuki təqsirləndirilən şəxs iki gün şübhəli şəxs qismində saxlanılmış, sonradan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, yəni azadlıqda olmaqla sərbəst hərəkət etmək, əgər ona qarşı fiziki və psixi zorakılıq, hədə-qorxu tətbiq edilmişdisə vaxtında müvafiq orqanlara şikayət etmək imkanı olmuş, lakin o bu imkanlardan istifadə etməmişdir. Bundan başqa müstəntiqin qanunsuz əməlləri barədə Bakı şəhər prokurorluğuna müraciət etdiklərini bildirsə də, alınmış sorğuya cavabdan görünür ki, prokurorluğa heç bir müraciət edilməmişdir. Təqsirləndirilən şəxs dostunun evinə gedəndə daxil olduğu mağazadan çıxarkən polis əməkdaşları tərəfindən tutulması, onu tutan polis əməkdaşlarının adını bilməməsi, ona polis əməkdaşları tərəfindən psixi və fiziki təzyiq göstərilməsi, Şahid2 da ona psixi və fiziki təzyiq göstərən polis əməkdaşları sırasında olması və tutulan zaman üzərində narkotik vasitə olmaması xüsusatları ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatları təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir, bunlar isə onun məsuliyyətdən yaxa qurtarmaq üçün özünü müdafiə kimi qiymətləndirilir. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən 23 iyul 2024-cü il tarixdə Suraxanı RPİ-nin X6 sorğu göndərilərək Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin MSY-ə giriş və çıxış vaxtlarının əks olunduğu sənədin, 2024-cü ilin may ayında şübhəli şəxs qismində tutulduğu zaman Suraxanı RPİ-nin MSY-də həkim müayinəsindən keçməsi və müayinənin nəticəsi barədə sənədlərin, o cümlədən qeydiyyat jurnalından həmin şəxslə bağlı məlumatın məhkəməyə göndərilməsi istənilmişdir. Həmin sorğunun icrası ilə əlaqədar olaraq Suraxanı RPİ-nin MSY tərəfindən məhkəməyə təqdim edilmiş Aktdan görünür ki, tutulan şəxs Təqsirləndirilən şəxs, 21 may 2024cü il tarix, saat 21:10-da Suraxanı RPİ-nin MSY-ə daxil olmuşdur. Suraxanı RPİ-nin MSY-nə qəbul edilərkən və oradan çıxarkən üzərinə baxış keçirilmiş və onda heç bir xəsarət olması aşkar edilməmişdir. Təqsirləndirilən şəxs 23 may 2024-cü il tarixdə saat 13:45-də Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri R.Mahmudov tərəfindən qəbul edilmiş qərar əsasında MSY-dən azad olunmuş, bu zaman da Təqsirləndirilən şəxs tərəfindən heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş 01 (bir) ədəd CD diskə məhkəmə iclasında baxış keçirilən zaman videogörüntülərdən həm Şahid2, həm də, Şahid1 təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsində iştirak etməsi, eyni zamanda Təqsirləndirilən şəxs aşkar şəkildə törətdiyi əməli səmimi etiraf etməsi, əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etməsi və ona hansısa xəsarət yetirilmədiyi və bədəni üzərində vizual müşahidə zamanı xəsarətlərin olmaması görüntüdən aşkar müəyyən olunur. Həm videogörüntüdən, həm Suraxanı RPİ-nin MSY-yə verilmiş sorğunun cavabından, həm də 17 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X7 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı zorakılıq, psixi və ya fiziki təzyiq tətbiq edilməmiş, bədəni üzərində hər hansı xəsarət olması faktı aşkar edilməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilmədiyi, o cümlədən onun azərbaycan dilində sərbəst olaraq yazmağı və oxumağı bacardığı, özünün ali təhsilli olduğu halda, polis əməkdaşları tərəfindən onun narkotik vasitələrin məcburən ona məxsus olması ilə bağlı etirafedici ifadələr verməsi, narkotik vasitənin ona məxsus olmadığı halda üzərindən aşkar edilməsi ilə bağlı qeyd etdikləri heç cür inandırıcı deyildir. Həmçinin məhkəmə iclasında dindirilən hər iki şahid ifadəsi zamanı Təqsirləndirilən şəxs tutan polis əməkdaşlarının özləri olduğunu, başqa bir şəxsin tutulmada iştirak etmədiyini və Təqsirləndirilən şəxs tutulmasının 21 may 2024-cü il tarixdə, saat 15:45 radəsində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, dəmir yolu keçidinin yaxınlığında olmasını bildirmiş, bununla bağlı ifadələrində hər hansı bir ziddiyyət olmamışdır. Bundan əlavə, məhkəmə, ibtidai istintaqı aparan müstəntiq, polis leytenantı Azim Bayramov tərəfindən Təqsirləndirilən şəxs həbsdən azad olunması ilə bağlı, xalası oğlu X5 vasitəsilə pul alınması və təqsirləndirilən şəxsin qanunsuz hərəkətlərə məruz qalması məsələsinə münasibətdə qeyd edir ki, İlham Şahverdiyev ilə müstəntiq Azim Bayramovun telefon danışıq səslərini əks etdirən fləş yaddaş kartına məhkəmə iclasında baxış keçirilmiş, bu zaman müstəntiqin təqsirləndirilən şəxsin bildirdiyi kimi, işin məhkəməyə getməyəcəyi, barəsində aparılan cinayət işinə xitam veriləcəyi ilə bağlı heç bir ifadə işlətmədiyi müəyyən olunmuşdur. Odur ki, faktın ətraflı araşdırılması məqsədilə məhkəmə istintaqı zamanı Bakı Şəhər Prokurorluğuna Təqsirləndirilən şəxs və xalası oğlu X2 2024-cü il ərzində ünvanladığı müraciətlərin surətinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsinin təmin etməsi ilə bağlı sorğu göndərilmişdir. Bakı Şəhər Prokurorluğu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanan 10 avqust 2024-cü il tarixli məktubda göstərilmişdir ki, Bakı Şəhər Prokurorluğuna 2024-cü il ərzində Təqsirləndirilən şəxs və sonuncunun xalası oğlu X2 müraciəti daxil olmamışdır. Təqsirləndirilən şəxsin tutulan zaman üzərində narkotik vasitə-qurudulmuş marixuana olmaması məsələsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan məhkəmə ambulator narkoloji ekspertiza rəyinin nəticəvi hissəsindən də görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Həmçinin özü də məhkəmə iclasında bildirmişdir ki, daimi olmasa da, narkotik vasitə istifadə etmişdir. Odur ki, bütün toplanmış sübutlar narkotik vasitə-qurudulmuş marixuananın məhz tutulan zaman üzərində olmaması və digər xüsusatlarla bağlı Təqsirləndirilən şəxs dediklərinin həqiqətə uyğun olmayan, reallığı əks etdirməyən və sübut növü kimi qiymətləndirilə bilməyən qeyri-mötəbər dəlillər olmasını göstərir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində qeyd etdiyi xüsusatlar özünü müdafiə xarakteri daşımaqla heç bir mötəbər dəlillə əsaslandırılmadığı üçün, məhkəmə onun dediklərinə tənqidi yanaşaraq məhkəmə iclasında verdiyi ifadəsini sübut növü kimi qiymətləndirmir, əksinə ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər sübut növü olaraq qiymətləndirir. Bundan başqa təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qohumu ilə işin istintaqını aparan Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi Azim Bayramov arasında olan dialoqla bağlı səs yazısı olan 01 ədəd fləş yaddaş kartı iş üçün əhəmiyyət kəsb edən sübut hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 207.6-cı maddəsinə əsasən bu Məcəllənin 207.5.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatları aldıqda məhkəmə onda olan bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Buna görə də həmin xüsusatla bağlı məlumat və 01 ədəd səs yazısı olan fləş yaddaş kartı aidiyyəti üzrə baxılması və qərar qəbul edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasının a) bəndinə əsasən təmiz halda 5 qram narkotik vasitə qurudulmuş marixuana (kannabis) şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə-qurudulmuş marixuananın ümumi təmiz çəkisi 5,61 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət Prosessual Məcəllənin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yer Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, dəmir yolu keçidinin yaxınlığıdır. Sonradan isə şəxs Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə gətirilmişdir. CM-nin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1- 346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar 728-İQ nömrəli Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 5,61 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə-qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış və 21 may 2024-cü il tarixdə, saat 15:45 radəsində Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, dəmir yolu keçidinin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin ünvan 3 ünvanında yerləşən inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 5,61 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda verdiyi ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydaları ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarının İİ hissəsinin birinci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiqinin məqsədi - hüquq pozuntularının törədilməsinə səbəb olan həmin xəstəliyin müalicəsi, xəstəyə psixoloji təsir göstərməklə onun insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinin zərərli nəticələrinə inandırılması, narkomanlıq xəstəliyinə düçar olmuş xəstənin ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə normal həyat tərzinə qaytarılması, onun səhhətinə vurulan ziyanın, habelə gələcəkdə insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinə və digər şəxslərə qarşı törədilə biləcək hüquqa zidd hərəkətlərin qarşısının alınmasıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. (iş.v. 91) Təqsirləndirilən şəxs əvvəllər məhkumluğunun olmamasını və 1 uşağının olmasını məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunan tövsiyələrdə ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydalarının 4.2-ci bəndinə əsasən narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər aşağıdakı hallarda məcburi müalicədən vaxtından əvvəl azad edilirlər: 4.2.1. narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda; 4.2.2. narkomanlıq xəstəliyinə görə müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmasının yekunu olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq cəza təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,56 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə istintaq hərəkətini əks etdirən 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılmalı, iş üzrə 01 ədəd səs yazısı olan fləş yaddaş kartı Azərbaycan Respublikası CPM-nin 207.6-cı maddəsinə əsasən aidiyyəti üzrə baxılması və qərar qəbul edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməlidir. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 (on) saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat məbləğində əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21 may 2024-cü il tarixdən 23 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,56 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış 01 (bir) ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə 01 ədəd səs yazısı olan fləş yaddaş kartı Azərbaycan Respublikası CPM-nin 207.6-cı maddəsinə əsasən aidiyyəti üzrə baxılması və qərar qəbul edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilsin. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h **********9212327214, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-371/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-371/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver