Məhkəmə qərarları › İş №1(010)-371/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-371/2025

15.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-371/2025 15.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X18 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakları ilə, xx xxxxxxx 2007-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, xx.xx.2025-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 20 aprel 2024-cü il tarixdə saat 22:25 radələrində sürücülük vəsiqəsi olmadan X6 məxsus “Suzuki GSR 600” markalı, 10-B-149 dövlət qeydiyyat nişanlı motosikletlə Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən artıq, yəni 80-90 km/saat sürətlə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən S.Cəfərov küçəsində sol zolaq ilə hərəkətdə olan zaman həmin Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin «1.3 üfüqi nişanlanma xəttini (hərəkət istiqamətlərini ayıran ağ bütöv qoşa üfüqi nişanlanma xətti) kəsib keçmək qadağandır» kimi tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub, əks istiqamətli nəqliyyat axınlarının 1.3 üfüqi nişanlanma xətti ilə ayrılmasını nəzərə almadan, həmin nişanlanma xəttini kəsərək qarşı hərəkət zolağına çıxmış və qarşıda sola doğru dönmə əməliyyatı aparan Şahid1 idarə etdiyi “Mercedes Benz C180” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə motosikletdə arxa oturacaqda əyləşmiş vətəndaş Zərərçəkmiş şəxs yerə yıxılaraq dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid «təpə-ənsə sümüklərinin kəllə əsasına keçən xətti sınığı və baş beyin əzilməsi, baş təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ bazu nahiyəsinin yumşaq toxumasının əzilməsi» diaqnozlu xəsarətlər almış, bununla da Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan mexaniki nəqliyyat vasitəsini idarə edərək yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə2 və müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona CM-nin 263-1.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Yasamal rayonunda yaşayan əmisi oğlugilə qonaq getmiş və əmisi oğlu Mir Seymur ilə birlikdə motosiklet almışlar. Həmin motosikleti əmisi oğlu Mir Seymurun adına rəsmiləşdirmişlər və sonra əmisi oğlunun yaşadığı evə gəlmişlər. O, əmisi oğlundan həmin “Suzuki GSR 600” markalı, 10-B-149 dövlət qeydiyyat nişanlı motosikleti idarə etmək üçün istəmiş, bu zamanı əmisi oğlu motosikleti idarə etmək üçün ona vermişdir. O, motosikleti idarə edərək yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə getmişdir. Yeni Günəşli qəsəbəsində olan zaman dostu Zərərçəkmiş şəxs ilə görüşmüş və bu zamanı Zərərçəkmiş şəxs onu motosikletlə gəzdirməsini xahiş etmişdir. O. Sadiqə motosikletin mühərrikinin isti olmasını və bir az sonra motosikletlə onu gəzdirə biləcəyini demişdir. Sadiq onu motosikletlə gəzdirməyi zorla xahiş etmişdir. O, məcburiyyət qarşısında qalaraq Zərərçəkmiş şəxs motosikletin arxa oturacağında əyləşdirərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, mərkəzi küçə S.Cəfərov küçəsi ilə “Ballı” market istiqamətinə getmiş və sonra yenidən üzü Qaraçuxur qəsəbəsi istiqamətinə saatda təxminən 80-90 km surətlə hərəkətdə olan zaman qarşıda olan qara rəngli avtomobilə çırpılmışdır. Qəza nəticəsində arxa oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs xəsarət almışdır. Motosikleti idarə etmək üçün sürücülük vəsiqəsi və etibarnaməsi olmamışdır. Sonda əməlindən peşman olduğunu qeyd edərək barəsində ən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında dostu Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs “Suzuki” markalı 10-B-149 qeydiyyat nişanlı motosiklet ilə gəlmişdir. O, Təqsirləndirilən şəxs həmin motosikletin kimin olduğunu soruşduqda sonuncu ona motosikletin əmisi oğlu X3 məxsus olduğunu və sürmək üçün sonuncudan götürdüyünü demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs motosiklet ilə gəzəcəyini dediyindən sonuncudan motosikletlə onu gəzdirməsini xahiş etmişdir. O, motosikletin arxa oturacağında əyləşmişdir. Həmin vaxt baş nahiyəsinə dəbilqə taxaraq motosikletə əyləşmişdir. xx.xx.2024-cü il tarixdə saat 22:25 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Suzuki” markalı motosikletlə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi ilə Fatmeyi Zəhra məscidindən Qaraçuxur qəsəbəsinə gedən yolun sağ hissəsi ilə təxminən 80-90 km/saat sürətlə hərəkətdə olan zaman üfüqi nişanlanma xəttinin bütöv düz xətt olan hissəsini kəsib keçərək qarşı hərəkət zolağına çıxıb “Mercedes Benz C180” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşlar. Motosikletin avtomobilə dəyməsi nəticəsində o, motosikletdən yerə yıxılmış və huşunu itirmişdir. Gözlərini açan zaman X14 olduğunu görmüşdür. Həmin gün xəstəxanadan evə buraxılmışdır. Hadisə nəticəsində təpə-ənsə sümüklərinin kəllə əsasına keçən xətti sınığı, baş beyin əzilməsi, başın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ bazu nahiyəsinin yumşaq toxumasının əzilməsi xəsarətlərini almışdır. xx.xx.2024-cü il tarixdə ağrıları olduğu üçün Respublika Neyrocərrahiyə xəstəxanasına müraciət etmişdir. İki həftə həmin xəstəxanada stasionar müalicədə olduqdan sonra evə buraxılmışdır. Daha sonra da aldığı xəsarətlərlə bağlı müxtəlif özəl klinikalarda müalicəsini davam etdirmişdir. Sonradan öyrəndiyinə görə “Mercedes Benz C180” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Daxili Qoşunların N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid1 olmuşdur. O, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, “Suzuki GSR 600” markalı, 10-B-149 dövlət qeydiyyat nişanlı motosiklet ona məxsusdur. Həmin motosikleti xx.xx.2024-cü il tarixdə “Salam avto” adlı salondan almışdır. Həmin gün saat 20:00 radələrində əmisi oğlu Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlmiş, onunla görüşdükdən sonra ona məxsus motosikleti idarə etmək istədiyini bildirmiş və motosikletin açarlarını ondan istəmişdir. Əmisi oğluna yox deyə bilmədiyi üçün motosikletin açarlarını ona vermiş və əmisi oğlu ona motosikleti idarə edib tez gətirəcəyini bildirmişdir. Həmin gün saat 22:30 radələrində əmisi oğlu ona zəng edərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yol-nəqliyyat hadisəsi törətməsi barədə məlumat vermişdir. O, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə gəlmiş və motosikletinin ön təkər hissəsinin əzilməsini müəyyən etmişdir. Sonradan ona məlum olmuşdur ki, əmisi oğlu motosikletdə tək olmayıb, motosikletin arxa oturacağında dostu Sadiq adlı şəxsin olmasını və qəza zamanı Sadiq adlı şəxsin xəsarət almasını bilmişdir. Şahid1 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdiyi ifadəni təsdiq etdiyini, məhkəmə iclaslarında iştirak etmək imkanı olmadığını, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22:25 radələrində evə gedən zaman Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi ilə Fatmeyi Zəhra məscidindən Qaraçuxur qəsəbəsinə gedən yolun sağ hissəsi ilə hərəkət edən zaman həmin yolun sol tərəfində yerləşən yaşadığı evin həyətinə dönmək üçün avtomobilin sürətini azaldıb sol xəbərdaedici işıq siqnalını yandırmışdır. Qarşıdan gələn avtomobilləri buraxdıqdan sonra avtomobil gəlmədiyini görüb həmin yolda olan üfüqi nişanlanma xəttinin bütöv düz xətt olan hissəsindən sola təxminən 5-10 km\saat sürətlə istiqamətlənən zaman arxadan onunla eyni istiqamətdə gələn “Suzuki GSR 600” markalı motosiklet nişanlanma xəttini kəsərək qarşı hərəkət zolağına çıxaraq onun idarə etdiyi avtomobilin sol sürücü və sol sərnişin qapısına dəymişdir. Onun yolun hissəsindən sola tərəf döndüyü yerdən təxminən 2 metr irəlidə sola dönmək üçün qırıq xətlər olsa da, o, səhlənkarlıq edib həmin hissədən dönməmişdir. Motosiklet onun idarə etdiyi avtomobilə dəydikdən sonra motosikletin sürücüsü və sərnişin motosikletdən yerə yıxılmışlar. Həmin vaxt onun idarə etdiyi avtomobil yolun kənarında dayanmış “İnfiniti” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə toxunmuş, həmin avtomobildə heç kim olmamışdır. Bundan sonra onun idarə etdiyi “Mercedes Benz C180” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun kənarında olan istinad divarına dəyərək dayanmışdır. Avtomobil dayandıqdan sonra avtomobildən düşüb motosikletin sürücüsü və sərnişinin yanına getmişdir. Həmin vaxt orada olan xatırlamadığı şəxs təcili tibbi yardıma zəng vurmuşdur. Təxminən 8-10 dəqiqə sonra təcili tibbi yardım əməkdaşları gələrək əməkdaşlar tərəfindən motosikletin sürücüsü və sərnişin Sabunçu rayon ərazisində yerləşən 3 saylı xəstəxanaya aparılmışdır. Hadisədən sonra motosikleti sürən şəxsin X8 və sərnişinin isə Zərərçəkmiş şəxs olduğunu öyrənmişdir. Hadisə zamanı avtomobildə tək olmuş, hadisə nəticəsində xəsarət almamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Daxili Qoşunların N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanılmışdır (i.v. 01-02); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsidir. Yolun işlək hissəsi düzdür. Örtük asfalt betondur və qurudur. Yol örtüyünün eni 16 metr, hərəkət zolaqlarının sayı 4-dür, işlək hissənin eni 4 metrdir. İşlək hissəyə sağdan və soldan səki birləşir, sonra isə sağdan meşə salınıb, soldan tikili birləşir. Sxem və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 5-17); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X22 tərəfindən verilən sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2024-cü il tarixli, 2/21127 nömrəli protokoldan görünür ki, Şahid1 hadisə zamanı ayıq olmuşdur (i.v. 19); nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 10B149 qediyyat nişanlı, “SUZUKİ” markalı, mühərrikin həcmi G 600 olan motosikl X5 mülkiyyətindədir (i.v. 24); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X20 xx.xx.2024-cü il tarixli, 46 t/s saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərə (X14 tərtib olunmuş tibbi arayış və Nevrocərrahiyyə xəstəxanasında tərtib olunmuş stasionar xəstənin tibbi kartasının kserosurəti) əsaslanaraq aşağıdakı nəticəyə gəlinmişdir: Zərərçəkmiş şəxs bədəni üzərində ilkin olaraq müəyyən edilmiş xəsarətlər - təpə- ənsə sümüklərinin kəllə əsasına keçən xətti sınığı və baş beyin əzilməsi, başın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ bazu nahiyəsinin yumşaq toxumasının əzilməsi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda və tibbi sənəddə göstərilmiş tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sərnişin qismində törənə bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir (i.v. 37-38); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/1348 saylı yol-nəqliyyat hadisələri ekspertizasına dair rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Mercedes Benz C180 markalı 90DP706 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 5-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Suzuki GSR 600 markalı 10B149 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs motosikleti sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs motosikleti yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80-90 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (i.v. 39-42); xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, X2 X15 10B149 qediyyat nişanlı, «SUZUKİ» markalı motosiklı 8 ay 28 gün müddətinə, yəni xx.xx.2025-ci il saat 23:59-dək etibarnamə əsasında verilmişdir. Səlahiyyəti ötürən şəxs X9r (i.v. 79-80); Azərbaycan Respublikası Daxili Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.2007ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir (i.v. 88); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 95-96); zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə1 Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmışdır (i.v. 108-109); cinayət təqibinin başlanılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə cinayət təqibi başlanılmışdır (i.v. 131-132); cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şahid1 zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 73.3, 263 və CPM-in 40.3-cü maddələrinin tələblərinə əsasən Şahid1 barəsində Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə cinayət işinə hissəvi xitam verilmişdir. ********* nömrəli cinayət işinin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə davam etdirilməsinin nəzərə alınması qərara alınmışdır (i.v. 133-136); təqsirləndirilən şəxsin qanuni nümayəndəsi qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə2 Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır (i.v. 142-143); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 144-145); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 164-165); cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təqsirləndirilən şəxsin sağlamlığı bərpa olunanadək dayandırılmışdır (i.v. 177); cinayət işinin icraatın təzələnməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 180); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 195); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, cinayət işinin istintaqı zamanı toplanmış materiallara yekun hüquqi qitmət verilmişdir (i.v. 166-170; 197-198); Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur; doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdə doğulmuşdur, atası X12, anası Qanuni nümayəndə2dır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263-1.2-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 33-cü maddəsinin 4-cü hissəsinə əsasən Velosiped, kiçik elektrik nəqliyyat vasitəsi, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur; 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır; 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 428.2-ci maddəsinə əsasən cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür; 435.4.1-ci maddəsinə əsasən cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qüvvədə olan cinayət qanunvericiliyinə görə ümumi normalarla yanaşı yetkinlik yaşına çatmayanlara münasibətdə cəza təyin edilərkən həmin şəxslərin həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri nəzərə alınır. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun » 2008-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul edə bilər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin Qərarın 22-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən xüsusilə ağır cinayət) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş üzrə məhkəmə xərci 128 (yüz iyirmi səkkiz) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 132 (yüz otuz iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X4, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 12 (on iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 132 (yüz otuz iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar