Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-373/2023 08.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, 24 avqust 1991-ci il tarixdə Qazax rayonu, Xanlıqlar «kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Qazax rayonu, Xanlıqlar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 25 iyun 2022-ci il tarixdə saat 21:50 radələrində ünvan 2 ünvanında yerləşən mebel sexinin qarşısında tanışı Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun onun ünvanına nalayiq ifadə işlətməsi səbəbindən şəxsi münasibətlərin pozulması zəminində aralarında baş vermiş mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs qəsdən vuraraq, ona sol gicgah nahiyəsinin yumşaq toxumasının geniş şişkinliyi ilə müşayiət olunan sol almacıq sümüyünün gicgah çıxıntısının və sol gicgah sümüyünün almacıq çıxıntısının basılmış, yerdəyişmiş qapalı sınıqları, sol dirsəyin yumşaq toxumasının səthi əzilmiş yarası ilə müşayiət olunan sol dirsək sümüyünün bizvari çıxıntısının qapalı sınığı, sol göz almasının kontuziyası ilə müşayiət olunan sol göz yuvası ətrafı nahiyənin yumşaq toxumasının hematoması, başın alın nahiyəsinin ön və sağ yan səthinin sıyrıqları, sol üst dodağın selikli qişasının qansızması, sol qulaq arxası nahiyənin, boyunun aşağı 1/3-nin arxa və sağ yan səthlərinin, döş qəfəsinin sol bayır səthinin və sol bazunun aşağı 1/3-nin ön səthinin sıyrıqları, sol diz oynağı nahiyəsinin qançır və sıyrığı ilə nəticələnən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş Təqsirləndirilən şəxs, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 4-5 ay əvvəl sonradan tanıdığı Zərərçəkmiş şəxs əlaqə saxlayıb ona məxsus olan mebel sexinə divan düzəltmək lazım olduğunu bildirmiş və sexə divan düzəldə biləcəyi barədə soruşduqda, düzəldə biləcəyini demişdir. Novruzla görüşüb onun işlətdiyi ünvan 3 ünvanında yerləşən mebel sexinə getmiş və orada bir ədəd divan yığmışdır. Mərcanə xanımı da həmin sexdə ilk dəfə görmüş, bundan sonra bir neçə dəfə Novruzun təklifi ilə onun işlətdiyi sexə gedərək orada divan yığıb təhvil vermiş və Novruz hər dəfə də razılaşdıqları pulu vermişdir. Həmin sexdə işlədiyi zaman Mərcana, Novruzun yanında işdən çıxıb getmiş, sonradan Novruz ona bildirmişdir ki. Mərcana onun yanından işdən çıxıb getmişdir və onu zəng edib işə qayıtmasını xahiş etsin. Razılaşaraq Mərcana ilə telefonla əlaqə saxlayıb Novruzun yanına işə geri dönməsini bildirmiş, lakin Mərcanə qəti şəkildə Novruzla işləmək istəmədiyini bildirmişdir. Bundan sonra Mərcanə başqa yerdə dərzi kimi işə düzəlmiş və təsadüfən işi ilə əlaqədar onun işlədiyi başqa sexə gedərkən Mərcanə ilə qarşılaşmışdır. Həmin vaxt Mərcana bildirmişdir ki, Novruz onunla qeyri-rəsmi münaisbət yaşamağı təklif etdiyi üçün onun yanından işdən çıxmışdır. Həmin vaxtar Mərcan ilə köhnə iş yoldaşından başqa bir münasibəti olmamışdır. Bu söhbətdən sonra Novruza demişdir ki, Mərcanə ilə problemini özü həll etsin və bir də onu bu işə qatışdırmasın. Bir müddət sonra Mərcanə ona zəng edərək Novruzun yanında işlədiyi zaman ondan 260 manat borc pul aldığını, hazırda Novruza həmin pulu borclu olduğunu və əgər varsa ona borca pul verməsini demiş, razılaşaraq ona 260 manat pul verə biləcəyini demişdir. Bu zaman Mərcanə, əgər mümkündürsə gedib onun adından həmin 260 manat pulu Novruza verməsini xahiş etmiş, bundan sonra Novruzun sexinə gedib Novruza 260 manat pulu sayıb verərək Mərcanənin ona borcunu göndərdiyini bildirmişdir. Lakin Novruz pulu götürməmiş və Mərcanəyə zəng edərək bu barədə məlumat vermişdir. Mərcanə sonradan ona demişdir ki, Novruz bundan sonra ona zəng edərək arxasınca oğlan gəldiyini, kişiliyi çatarsa pulunu verməsini demişdir. Novruzdan bu barədə soruşduqda isə Novruz Mərcanəyə belə demədiyini bildirmiş, bu söhbətlərdən sonra Mərcanə ilə qeyri-rəsmi münasibəti yaranmış, həmin vaxtdan sonra arada bir Mərcanəni özü işə aparıb-gətirmişdir. Novruz da bir yerdə işə getdiklərini hardasa görüb Mərcanəni izləyərək onu küçədə saxlayıb söyərək təhqir etmişdir. Mərcanə bu barədə 2022-ci ilin iyun ayının sonlarında məlumat vermiş, 25 iyun 2022-ci il tarixdə Novruzla əlaqə saxlayıb onunla söhbəti olduğunu bildirmişdir. Novruz onun sexində görüşməyi təklif etdikdə razılaşmış və həmin günü saat 20-21 radələrində Novruzun işlətdiyi sexin qarşısına gəlib ona zəng edərək orada olduğunu bildirmişdir. Novruz onu sexə çağırıb orada danışmağı təklif etsə də, razılaşmamış və çöldə görüşməyi bildirmişdir. Bundan sonra Novruz yanında sonradan bildiyi Şahidlə birlikdə sexin qapısından çölə çıxıb ona yaxınlaşmış, onunla salamlaşdıqdan sonra ünvanına nalayiq sözlər deyib-deməməsini soruşmuşdur. Əvvəlcə Novruz bunu dansa da, ikinci dəfə soruşduqda sonuncu onun ünvanına nalayiq sözlər dediyini bildirmiş, onun cavabından əsəbiləşmiş və ünvanına nalayiq sözlər deyərək sinəsindən tutub aşağı əyərək başından, sifətindən yumruqla vurmağa başlamışdır. Həmin vaxt Novruzun tanışı Rövşən yaxınlaşıb onları aralamaq istəmiş, lakin bacarmadığı üçün onun sinəsindən tutub geri itələmişdir. Bir qədər arxaya gedib müvazinətini itirmiş və ayağa qalxmaq istədikdə Novruz üstünə hücum edərək yumruqla baş və bədəninin sol nahiyələrinə vurmağa başlamışdır. Özünü müdafiə etmək üçün sağ əlini sifətinə tutmuş və bu zaman Novruzun atdığı yumruq sağ əlinin baş barmağına dəymişdir. Bu zaman barmağımda bərk ağrı hiss etmiş, bundan sonra Rövşən araya girib onları sakitləşdirmişdir. Sonra oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Sonradan Sabunçu tibb mərkəzinə gedərək barmağını rentgen etdirmiş və barmağının sındığı məlum olmuşdur. O, göstərmişdir ki, həmin hadisə 25 iyun 2022-ci il tarixdə saat 21:50 radələrində Novruzun işlətdiyi ünvan 3 ünvanında yerləşən mebel sexinin yaxınlığında baş vermişdir. Hadisənin baş verməsinə səbəb Novruzun onunla Mərcanənin arasında münasibət olmasını qısqanması və ünvanına nalayiq sözlər deməsi olmuşdur. Novruzun tanışı olan Şahid hadisənin şahidi olmuşdur. Hadisə zamanı Rövşən onu vurmamış, xəsarət yetirməmiş, yalnız araya girib onları sakitləşdirmək istəmişdir. Hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri tamamilə yalandır. Belə ki. Zərərçəkmiş şəxs cibindən heç bir əşya götürməmiş, hadisə zamanı Novruzun cibindən hansısa əşya yerə düşməmişdir. Hadisə zamanı yanlarında olmuş Novruzun tanışı olan Rövşən onu sakitləşdirmiş və özünə məxsus avtomobili idarə edərək həmin yerdən uzaqlaşmışdır. Hadisə zamanı əlində heç bir əşya olmamış, yalnız əlləri ilə Novruzu vurub ona xəsarət yetirmişdir. Sonda, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 89 ünvanında yerləşən mebel sexini işləmişdir. İlkin adlı şəxs onun yanında işçi kimi işləmişdir. Həmin sexdə Mərcanə adlı xanım dərzi kimi işləmiş, Mərcanə sexə yeni avadanlıq, yəni tikiş maşını alınmasına ehtiyac olduğunu ona bilmişdir. Daha sonra Mərcanə özü avadanlığını taparaq onu satılan yerdə yoxlayıb işlək vəziyyətdə olmasını bilmiş, həmin avadanlığı 900 manata alıb sexə gətirmişdir. Bir gün sonra həmin avadanlığın işləmədiyini Mərcanə ona demişdir. Avadanlığın işləməməsi ilə əlaqədar satan şəxsə zəng edərək həmin avadanlığın işləməməsini bilidirdikdə həmin şəxs avadanlığı onun işçisi, yəni Mərcanə adlı qadının 30 dəqiqə işlətdiyini, yoxlayıb sonradan aldığını demişdir. Həmin avadanlıq işləmədiyindən sexə təzə avadanlıq almış və həmin avadanlığı sexdə bir kənara qoymuşdur. Bir müddət sonra Mərcanə onunla işləmək istəmədiyini bildirərək sexdən getmişdir. Bu müddət ərzində onun İlkin adlı işçisi öz həyətində mebel sexi açmış və Mərcanə də İlkinin yanında işləyəcəyini ona demişdir. Eyni zamanda Mərcanə evin kirayə pulunu verə bilmədiyi üçün İlkinə 260 manat pul vermişdir. Mərcanə onun yanından getdikdən sonra zəng edərək sexə alınmış işləməyən avadanlığın pulunu və ona verdiyi 260 manat pulu geri istəmişdir. Təxminən may ayının 24-25 tarixində İlkin onun sexinə gələrək Mərcanənin ona borclu olduğu 260 manat pulu qaytarmış, həmin pulu qəbul etmək istəməmişdir. Belə ki, İlkinə tikiş maşınının da pulunu verməsini demişdir. İlkin də 260 manat pulu sexə qoyaraq çıxıb getmişdir. Həmin gün 260 manat pulu götürərək Mərcanənin köhnə işlədiyi Bakı şəhəri, NZS qəsəbəsində yerləşən sexə getmiş, 260 manat pulu sexdə Mərcanəyə qaytarıb ona tikiş maşınının pulu ilə birlikdə pulun hamısını verməsini bildirmişdir. Mərcanə də bundan artıq pulunun olmamasını bildirmiş, pulu masanın üzərinə qoymuş, masanın üzərindən pulu götürərək cırmışdır. Mübahisəni görən obyektin adını bilmədiyi sahibi həmin cırıq pulların orada qalmasına etiraz edərək cırılmış pulları zorla ona verərək sexdən onun çıxmağını xahiş etmişdir. Mərcanə xanım avadanlığın və ona məxsus sapların geri qaytaracağı təqdirdə pul verəcəyini bildirmiş, o isə pulu gətirməsini, sonra ona avadanlığı və saplarını gen qaytaracağını demişdir. 25 may 2022-ci il tarixdə səhər saatlarında sexdə olarkən İlkin sexə gəlib Mərcanənin arxasında olduğunu demişdir. Masanın da üzərinə bıçaq qoyaraq onun arxasında durana qarşı hər hansısa bir sözü varsa indi deməyini tələb etmişdir. İlkinə sexdə olan zaman həmin 260 manat cırıq pulların üzərində olduğunu və bu barədə polisə müracət etsə, Mərcanənin başının ağrıyacağını demişdir. Təxminən bir dəqiqə söz mübahisəsi etdikdən sonra İlkin sexdən çıxıb getmiş, həmin vaxt orada Nihad adlı qohumu olmuşdur. Təxminən bu hadisədən bır ay sonra Mərcanəyə aid sapları yaşadığı yerə gedərək ona vermişdir. Mərcanəyə sapları verdikdə məhəlləsinə nəyə gəlməsini və bir də həmin yerə gəlməməsini bildirmişdir. Bir də onun üzərinə onu susdurmağa adam göndərəcəyini dedikdə onu'susduran adamın da onun da nəsli haqqında söyüş söyərək göndərəcəyi adamın ya oğlun, ya da qardaşın olmasını ona bildirmişdir. 25 iyun 2022-ci il tarixdə saat 21:55 radələrində İlkin ona zəng edib işlədiyi sexin qarşısında onu gözlədiyini demişdir. Sexdən küçəyə çıxmış, orada İlkin tək özü dayanmışdır. Sexin qarşısında İlkin onun arxasınca söyüb-söymədiyini soruşmuş, Mərcanəyə onun üzərinə göndərəcəyi adamın arxasınca söydüyünü demişdir. İlkinə kim olduğunu, Mərcanənin arxasında durursa Mərcanənin borcunu bağlamasını demişdir. Həmin vaxt İlkinə sexin ətrafında olan sakinləri narahat etməməyi və bir az kənara çəkilməyi təklif etmiş, gedən zaman İlkin arxada dayanaraq onun sol gicgah nahiyyəsinə zərbə vurmuşdur. Həmin vaxt huşunu itirmiş, lakin baş və bədən nahiyyələrinə zərbələrin dəydiyini hiss etmişdir. Daha sonra huşunu itirdiyi üçün olanları xatırlamamışdır. Mübahisədən sonra aşkar etmişdir ki, əynində olan cins şalvarın arxa sağ cibində olan pul kisəsi yoxdur. Həmin pul kisəsinin içərisində özünə aid şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, texniki pasport, VÖEN, Asan imza kartı və kodu, 2 ədəd “Kapital Banka” aid və 1 ədəd “Beynəlxalq Banka” aid bank kartları, 701 manat nağd pul və 260 manat yırtılmış-zədələnmiş pul, 500 ABŞ dollar olmuşdur. Həmin pul kisəsini İlkinin onun cibindən götürdüyünü hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır. Onunla aralarında dostluq münasibəti var. 25 iyun 2022-ci il tarixdə saat təxminən 21:55-də Novruzun sexində olan zaman İlkin, Novruza zəng edib ona sexin qarşısına çıxmasını bildirmiş, Novruzla birlikdə sexdən çölə çıxmışlar. Bu vaxt İlkinin sexin qarşısında dayanmasını görmüş və Novruzla birlikdə ona yaxınlaşmışlar. Sexin qarşısında İlkin onun arxasınca söyüb-söymədiyi barədə Novruzdan soruşduqda Novruz ona cavab verərək bildirmişdir ki, Mərcanəyə onun üzərinə göndərəcəyi, onun arxasında dayanacaq adamın ünvanına söymüşdür. Novruz həmçinin, İlkinə bildirmişdir ki, Mərcanənin arxasında durursa, onda Mərcanənin ona olan pul borcunu da bağlasın. Həmin vaxtı İlkin və Novruzun arasında sözlə mübahisə baş vermiş və onlar sexin qarşısından bir qədər kənara çəkilmişlər. Daha sonra onların aralarında başlamış söz mübahisəsi böyüyərək dava- dalaşa səbəb olmuş, həmin vaxtı İlkinin yumruq zərbələri ilə Novruzun bədəninin müxtəlif nahiyələrinə vurmasının şahidi olmuşdur. Ona görə də yaxınlaşaraq onları aralaşdırıb, sakitləşdirməyə çalışmış, Novruz bir neçə dəfə zərbələrin təsirindən müvazinətin itirərək yerə yıxılmış, onları ayırıb Novruzu yerdən qaldırmış, İlkini sakitləşdirərək idarə etdiyi avtomobilə otuzdurmuş və o, avtomobili idarə edərək hadisə baş verən yerdən uzaqlaşmışdır. Bundan sonra Novruzla birlikdə Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinə getmiş, orada polis əməkdaşı Novruzdan şəxsiyyət vəsiqəsini istədikdə Novruz cibindən pul kisəsini çıxartmaq istəmiş, lakin onu yerində tapmamışdır. Daha sonra Novruzla birlikdə hadisənin baş verdiyi yerə gedərək orada pul kisəsini axtarsalar da, tapmamışlar. Lakin, hadisə baş verən zaman Novruzun pul kisəsini cibindən çıxarmasını yaxud da Novruza məxsus hər hansısa bir əşyanın yerə düşməsini görməmişdir. O, göstərmişdir ki, həmin hadisə 25 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən mebel sexinin yaxınlığında baş vermişdir. Hadisənin səbəbi İlkinin deməsinə görə Novruzun onun ünvanına nalayiq sözlər deməsi olmuşdur. Həmin hadisə baş verən zaman Zərərçəkmiş şəxs məxsus pul kisəsinin, hansısa sənədin yaxud da digər əmlakın yerə düşməsini, kiminsə tərəfindən götürülməsini görməmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralarında baş vermiş dava-dalaş hadisəsi zamanı Təqsirləndirilən şəxs əlində heç bir əşya olmamışdır, İlkin əlləri ilə Novruzu döyərək ona xəsarət yetirmişdir. Cinayət işində olan məhkəmə-tibb ekspertizasının 27 iyun 2022-ci il tarixli 716 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gicgah nahiyəsinin yumşaq toxumasının geniş şişkinliyi ilə müşayiət olunan sol almacıq sümüyünün gicgah çıxıntısının və sol gicgah sümüyünün almacıq çıxıntısının basılmış, yerdəyişmiş qapalı sınıqları; sol dirsəyin yumşaq toxumasının səthi əzilmiş yarası ilə müşayiət olunan sol dirsək sümüyünün bizvari çıxıntısının qapalı sınığı; sol göz almasının kontuziyası ilə müşayiət olunan sol göz yuvası ətrafı nahiyənin yumşaq toxumasının hematoması; başın alın nahiyəsinin ön və sağ yan səthinin sıyrıqları; sol üst dodağın selikli qişasının qansızması; sol qulaqaraxası nahiyənin, boyunun aşağı 1/3-nin arxa və sağ yan səthlərinin, döş qəfəsinin sol bayır səthinin və sol bazunun aşağı 1/3-nin ön səthinin sıyrıqları; sol diz oynağı nahiyəsinin qançır və sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sol gicgah nahiyyəsinin yumşaq toxumasmm geniş şişkinliyi ilə müşayiət olunan sol almacıq sümüyünün gicgah çıxıntısının və sol gicgah sümüyünün almacıq çıxıntısının basılmış, yerdəyişmiş qapalı sınıqları və sol dirsəyin yumşaq toxumasının səthi əzilmiş yarası ilə müşayiət olunan sol dirsək sümüyünün bizvari çıxıntısının qapalı sınığı ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Sol göz almasının kontuziyası ilə müşayiət olunan sol göz yuvası ətrafı nahiyənin yumşaq toxumasmm hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Yuxarıda qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyalarına görə özü tərəfindən özünə yetirilməsi nəticəsində əmələ gəlməsi inkar olunur. Cinayət işində olan ifadənin yerində yoxlanılması barədə 30 sentyabr 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmazdan əvvəl ona, ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə hadisə yerində göstərməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirdi ki, 25 iyun 2022-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs ilə əlaqə saxlayıb onun işlətdiyi sexin qarşısına gəlmiş, bundan sonra Novruz yanında sonradan bildiyi Şahidlə birlikdə sexin qapısından çölə çıxıb ona yaxınlaşmış, onunla salamlaşdıqdan sonra ünvanına nalayiq sözlər deyib-demədiyini soruşmuşdur. Əvvəlcə Novruz bunu dansa da, sonradan ünvanına nalayiq sözlər dediyini bildirdikdə onun cavabından əsəbiləşmiş və Novruzun sinəsindən tutub aşağı əyərək başından və sifətindən yumruqla vurmağa başlamışdır. Bu zaman Novruz onun üstünə hücum edərək yumruqla baş və sol hissəsindən vurmağa başlamış, özünü müdafiə etmək üçün sağ əlini sifətinə tutmuş və bu zaman Novruzn atdığı yumruq sağ əlinin baş barmağının dib hissəsindən dəymişdir. Bu zaman həmin barmağımda ağrı hiss etmiş, Sabunçu Tibb mərkəzinə gedərək barmağını rentgen etdirdikdə barmağının sındığı məlum olmuşdur. Cinayət işində olan təqsirləndirlən şəxs qismində cəlb etmə haqqında 15 fevral 2023cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs təqsirləndirlən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan ittham elan edilməsi qərara alınmışdır. Cinayət işində olan qətimkan tədbiri seçilməsi barədə 15 fevral 2023-cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən halı hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə iki ilədək azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaların da təyin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 43-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, barəsində ittiham irəli sürülmüş şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, törətdiyi əməlindən səmimi olaraq peşman olmasına cəzanı yüngülləşdirən halın (ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini) mövcudluğu və ağırlaşdıran (müəyyən edilməmişdir) halın mövcud olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı və “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya barəsində ittiham irəli sürülmüş şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 6 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 06 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-373/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-373/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver