Məhkəmə qərarları › İş №1(010)-373/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-373/2025

14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-373/2025 14.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X18 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X2, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 2001-ci ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq qəsəbəsi, 7-ci sıra, nömrəsiz evdə yaşayan, 03 yanvar 2025ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 yanvar 2025-ci il tarixdə Suraxanı RPİ-nin MSY-dən azad edilmiş, 25 aprel 2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 yanvar 2025-ci il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Abbas Fətullayev küçəsi ilə Xətai rayonu, İ.İsmayılov küçəsi tərəfdən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi istiqamətində 50-60 km/saat sürəti ilə texniki cəhətdən saz olan «Opel Vectra» markalı, **-VH-*** dövlət qeydiyyatı nişanlı avtomobilini idarə edərək Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Abbas Fətullayev küçəsi, 64C nömrəli evin qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməmiş, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda görməmiş, nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməli olduğu halda bunu etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda ala bilməmiş və ehtiyatsızlıqdan, idarə etdiyi «Opel Vectra» markalı avtomobilin qabaq orta hissəsi ilə nizamlanmayan piyada keçidinə daxil olmuş, avtomobilin hərəkət istiqamətinə nisbətən sol tərəfdən sağa hərəkət edən xx.xx.1978-ci il təvəllüdlü piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vurması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin sınıqları, başın yumşaq örtük toxumasına qansızma, bədənin çoxsaylı sıyrıqları ilə nəticələnən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq baş beyinə, qişalarına və mədəciklərinə qansızma səbəbindən X22 Klinikasında xx.xx.2025-ci il tarixdə saat 21:40da ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xətai rayonu, İ.İsmayılov küçəsində yerləşən avtomobillərin təmiri emalatxanasında bamper ustası işləyir. 02 yanvar 2025-ci il tarixdə təxminən saat 20:50 radələrində idarə etdiyi və etibarnamə ilə təkim olunmuş texniki cəhətdən saz olan «Opel Vectra» markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərək Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindən keçərək evə getmək istəyirmiş. Avtomobil ilə xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Abbas Fətullayev küçəsi ilə saatda 50-60 km surətlə İnqlab İsmayılov küçəsi tərəfdən üzü Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə doğru hərəkətdə olan zaman yolun hərəkət hissəsində hərəkət istiqamətinə nisbətən soldan sağa sakit addımla keçən qadın piyadını görmüş, avtomobilin əyləcini işə salmış, lakin buna baxmayaraq idarə etdiyi avtomobilin qabaq ön hissəsi ilə piydanı sağ tərəfindən vurmuşdur, sonra avtomobili saxlayıb, dərhal piyadanın yanına gedərək piyadaya ilkin yardım göstərmək istəmiş, 103 nömrəsini yığıb TTY çağırmaq istəmiş, lakin dəstəyi qaldıran olmadığı üçün çağıra bilməmişdir. Sonra idarə etdiyi avtomobildə sərnişin qismində olmuş dostu Şahid1 demişdir ki, tıxac yaratamamaq üçün idarə etdiyi avtomobili qabağa çəkib bir yerdə saxlasın. Məmməd bunu etmişdir. Piyada orta yaşlı qadın olmuş, həyat yoldaşı da yanında olmuşdur. Sonra məlum olmuşdur ki, piyadının ad və soyadı Zərərçəkmiş şəxsdır. Zərərçəkmiş şəxs əri ilə yoldan keçən başqa taksi avtomobili ilə xəstəxanaya yola salmışdır. Piyadanı avtomobilə əyləşdirdiyi zaman taksi sürücüsü demişdir ki, yəqin ki, Sabunçu xəstəxanasına gedəcəklər. Həyəcanlı olduğu üçün artıq maraqlanmamışdır ki, piyadanı hansı xəstəxanaya aparmışlar. Öz avtomobilinin yanına getmiş, atası Sahib Əlizadə və dostu Ayaz gəlmişlər, onlarla Sabunçu xəstəxanasına getmişdir, lakin vurulmuş piyada qadın oraya daxil olmamışdır. Atasıgillə oradan Semaşko adlanan X19 xəstəxanasına, oradan Ortopediya və Travmotologiya isntitutuna, Əhmədli qəsəbəsində yerləşən Neyrocərrahlıq xəstəxanasına getmişlər, lakin bu xəstəxanalara vurulmuş qadın piyada daxil olmamışdır. Məlum olmuşdur ki, piyadanın hansı xəstəxanaya daxil olmasını müəyyən edə bilmirlər, hadisə yerinə gələrək yaxında olan Post-patrul Xidməti polis avtomobilinə yaxınlaşaraq piyadanın vurulması hadisənin tərəfindən törədildiyini bildirərək onu polis bölməsinə aparılmasını xahiş etmişdir. Sonra məlum olmuşdur ki, vurulan piyadanı, yəni Zərərçəkmiş şəxs Babək prospektində yerləşən X23 xəstəxanasına aparmışlar, piyada həmin xəstəxanada ölmüşdür. Avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi vardır və hal-hazırda qüvvədədir. Spirtli içki qəbul etmir, hadisə zamanı ayıq olmuşdur. Hadisə yerindən yayınmamış, hadisə yerində olan zaman polis hadisə yerinə gəlməmişdir. Lakin, buna baxmayaraq özü polis bölməsinə getmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, qəza zamanı avtomobilində dostu Məmməd olmuşdur. Hadisə vaxtı avtomobili saatda 50 km sürətlə idarə edirdi. O, hadisədən sonra dərhal avtomobili saxlayıb düşüb qadına yaxınlaşmışdır. Qadının yanında bir kişi vardı, qışqırıb köməyə çağırırdı. O, həmin kişiyə demişdir ki, hadisəni o törətmişdir, adı Tapdıqdır. Lakin soyadını və telefon nömrəsini ona deməmişdir. Buna da səbəb çox həyəcanlı olmağı idi. Tanımadığı şəxsin avtomobili ilə qadını xəstəxanaya yola salanda o, hansı xəstəxanaya gedəcəklərini soruşmuşdur. Sürücü yəqin Sabunçu xəstəxanasına gedəcəyini demişdir. Avtomaşında yer olmadığından o, həmin avtomaşınla gedə bilməmişdir. Belə ki, qadını avtomaşının arxa oturacağına uzatmışlar, sürücünün yanında qabaq oturacaqda isə qadının əri Mehman Rzayev əyləşmişdi. O, təcili tibbi yardıma ***-***-**-** saylı mobil nömrəsi ilə 3-4 dəfə zəng etsə də, heç kəs cavab verməmişdir. O, Binə atçılıqda yaşayır, iş yeri isə Köhnə Günəşlidədir. İlk əvvəl Sabunçu xəstəxanasına getmişlər. Orada qeydiyyat şöbəsinə yaxınlaşıb avtomobillə vurulmuş piyada qadının daxil olub-olmaması barədə soruşmuşdur. Lakin orada elə bir xəstənin daxil olmadığını bildirmişlər. Bundan sonra bir neçə xəstəxanalara, yani «Semaşko» adlanan X16 xəstəxanasına, oradan Ortopediya və Travmotologiya isntitutuna, daha sonra Əhmədli qəsəbəsində yerləşən Neyrocərrahlıq xəstəxanasına getmişlər. Lakin bu xəstəxanalara vurulmuş qadın piyada daxil olmamışdır. Həmin vaxt gecə saat 23-24 radələri olardı. Həmin xəstəxanalara dostu Ayazın avtomobili ilə getmişlər. Avtomaşında o, atası və Ayaz olmuşdur. Avtomaşını Ayaz idarə etmişdir. Getdikləri xəstaxanalarda qadını tapmadıqları üçün hadisə yerinə qayıtmış və orada yaxınlıqda olan polis əməkdaşlarına yaxınlaşıb yol-nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. O, hadisə yerinin baxışında iştirak etmişdir. Onlar dəfələrlə yas mərasiminə getmək istəsələr də, yas mərasimində iştirak etməyə icazə verməmişlər. Buna görə də barışıq əldə edə bilməmişdir. Sonradan atası Mehman Rzayevlə söhbət edib bildirmişdir ki, bankdan kredit pul götürüb ona verməyə hazırdır. X20 pul götürməkdən imtina etmişdir. Hadisə vaxtı yanında dostu Məmməd olmuş və hadisəni o görmüşdür. Dostu Ayaz isə sonradan hadisə baş verdikdən sonra gəlmişdir. Hadisədən iki həftə sonra Hacı adlı şəxsin vasitəsilə Mehmanla görüşə bilmişlər. Həmin görüşə o, atası, qaynatası və onun dayısı getmişlər. Digər tərəfdən isə Mehman və tanımadığı daha üç nəfər gəlmişlər. Atası dəfələrlə Hacıya zəng edib yas mərasiminə gəlmək istədiyini bildirsə də, Hacı bildirmişdir ki, vəziyyət gərgindir, hətta «gəlməyin, qan düşər» demişdir. Son sözündə əməlindən peşman olduğunu, mülki iddia ilə əlaqədar zərərçəkmiş şəxsin hüquqi varisinə on min manat verə biləcəyini nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X10 ifadəsində göstərmişdir ki, 02 yanvar 2025-ci il tarixdə 21:05 radələrində avtobus dayanacağında avtobusla gəlməli olan arvadı Zərərçəkmiş şəxs gözləyirmiş. Arvadı avtobusla gəlib dayanacaqda düşmüş, avtobus çıxıb getmiş, arvadı ilə birlikdə piyada keçidi olan üfüqi yol nişan xəttlərinin (loru dilində «zebra» adlandırılan) üzərindən Abbas Fətullayev küçəsinin hərəkət hissəsini keçməyə başlamışlar. Arvadı önündə piyada keçidini sakit addımla hərəkət edərək keçirmiş. Bu zaman İ.İsmayılov küçəsi tərəfdən nömrə nişanlarını sonra bildiyi «Opel Vectra» markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlib arvadının sağ tərəfindən vurmuş və arvadı bu zərbədən yolun kənarında olan bordür daşının üzərinə düşmüş və bədən xəsarətləri almışdır. Hadisəni görən kimi arvadını asfalt üzərindən qaldırıb ona kömək etmək istəmiş, yoldan bir dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı taksi avtomobilinə yerləşdirib arvadını X23 xəstəxanasına aparmışlar. Arvadı xəstəxanaya çatan kimi rəhmətə getmiş, arvadının nəşini Suraxanı rayon meyidxanasına aparıb ordan da evə gətirmişlər. Xəstəxanada nə arvadını vurmuş adını sonra bildiyi «Opel Vectra» markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs, nə də sonuncunun qohumlarını görməmişdir. Arvadı xəstəxanada olduğu müddətdə və sonradan, yas mərasimlərini yola verməkdə nə sürücü Təqsirləndirilən şəxs, nə də ki, onun qohumları ona heç bir yardım etməmişlər. Hadisə yerində sürücü Təqsirləndirilən şəxs görməmişdir. Həmin yol-nəqliyyat hadisəsi baş verəndən sonra orada çoxlu avtomobillər olmuş, onlardan hansı arvadını vuranın avtomobilin sürücüsü idi bilməmiş, heç kim də ona yaxınlaşıb özünü təqdim etməmişdir ki, bu hadisəni törətmişdir, mobil telefonunun nömrəsini verməmişdir. Orada hadisənin baş verməsindən şok vəziyyətində olmuş, orada demək olar ki, yaxın qohumları da yaxınlaşsa idi, onları tanımazdı. Bu hadisə ilə əlaqədar sona qədər şikayətçidir, cinayəti törətmiş sürücü Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş öz cəzasını almalıdır. Vermiş olduğu mülki iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X10 verilən suallara cavab olaraq bildirmişdir ki, o, xəstəxanada nə arvadını vurmuş adını sonra bildiyi «Opel Vectra» markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs, nə də sonuncunun qohumlarını görməmişdir. Yas mərasimlərini yola verməkdə nə Təqsirləndirilən şəxs, nə də ki, onun qohumları ona heç bir yardım etməmişlər, məclisə gəlməmişlər. Hadisə yerində sürücü Təqsirləndirilən şəxs görməmişdir. O, Təqsirləndirilən şəxs ilk dəfə hədisədən iki həftə sonra görüş təşkil olunanda görmüşdür. Tapdıq yalan ifadə verir. Tapdıq hadisə törətdiyi zaman ona yaxınlaşmayıb, özünü təqdim etməyib və təcili tibbi yardıma zəng etməyib. Hadisə yeri ilə təcili tibbi yardım stansiyası arasındakı məsafə 200 metrdir. Tapdığın atası görüş vaxtı onunla təkbətək söhbət etmiş, ona 6000 manat verməyi təklif etmişdir. Atası demişdir ki, başqa pulu yoxdur, oğluna nişan aparacaq. O razılaşmamışdır. Hazırda o şikayətçidir, Tapdığa ağır cəza verilməsini, maddi və mənəvi təzminat tələb edir. Hacının vasitəsilə onunla görüşmək istəmişlər. O da razılaşmışdır. Görüş arvadının 40 mərasimindən əvvəl olmuşdur. O, müstəntiqlə 20 gün sonra görüşmüşdür. O və uşaqları böyük sarsıntı keçirtmişlər. Böyük qızı hələ də pis vəziyyətdədir. Təqsirləndirilən şəxs bir ailəni məhv edib. Yas mərasimlərinə gəlmək üçün tapdığın qohumlarından ona heç kəs zəng etməyib. Hadisə zamanı Tapdıq ona yaxınlaşmayıb, özünü təqdim etməyib. Arvadının Sabunçu xəstəxanasına aparılması barədə ümumiyyətlə söhbət olmayıb. Arvadını avtomaşının arxasına uzatmış, özü isə qabaq oturacaqda sürücünün yanında əyləşmişdir və Medikal Plazaya aparmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 6-7 ildir ki, tanıyır, onunla dostluq edir. 02 yanvar 2025-ci il tarixdə saat 19:30 radələrində işini yekunlaşdırıb Təqsirləndirilən şəxs işlədiyi Xətai rayonu, İsmayılov küçəsində yerləşən avtomobillərin təmiri emalatxanasına getmişdir ki, onunla birlikdə evə getsin. Hadisə zamanı Tapdığın yanında sərnişin qismində əyləşib Tapdıq idarə etdiyi «Opel Vectra» markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilində Suraxanı rayonu, Yeni Günəşdi qəsəbəsi istiqamətində hərəkət edirmiş. Hərəkətdə olduqları zaman Yeni Günəşlidə A.Fətullayev küçəsində yolun hərəkət hissəsində bir piyada qadın yolu keçirmiş. Tapdıq avtomobilin əyləcini işə salmış, lakin buna baxmayaraq idarə etdiyi avtomobilin qabaq ön hissəsi ilə piydanı sağ tərəfindən vurmuşdur. Tapdıq avtomobili saxlamış, dərhal piyadanın yanına getmişdir ki, piyadaya ilkin yardım göstərsin. Baş vermiş qəza səbəbindən yolda tıxac əmələ gəlmiş, ona görə Tapdıq ona demişdir ki, idarə etdiyi avtomobili yoldan çıxardıb qarşıda olan sağda saxlasın. O da həmin avtomobili sürüb sağda yolun kənarında bir yerdə saxlamışdır. Sonra məlum olmuşdur ki, Tapdıq idarə etdiyi avtomobil ilə vurduğu piyadının ad və soyadı Zərərçəkmiş şəxsdır. Onu əri ilə yoldan keçən başqa tanımadıqları avtomobil ilə xəstəxanaya yola salmışlar. Sonra Tapdıq öz avtomobili ilə həmin avtomobilin arxasınca sürmüşdür ki, xəstəxanaya getsin. O isə oradan evinə getmişdir. Sonra işdə olduğu üçün başı qarışmış və 3-4 gündən sonra Tapdıqla əlaqə saxlamış, məlum olmuşdur ki, qadın piyada xəstəxanada vəfat etmişdir. Avtomobil idarə etmək üçün onun sürücülük vəsiqəsi var və hal-hazırda qüvvədədir. Təqsirləndirilən şəxs hadisə zamanı ayıq olmuşdur. Təqsirləndirilən şəxs hadisə yerindən yayınmamışdır. O, özü idarə etdiyi avtomobillə vupulmuş piyada olan avtomobilin arxasınca getmişdir və xəstəxanaya getdiyini demişdir. Məhkəmə iclasında Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, qadın qəflətən avtomaşının qabağına çıxmışdır. Tapdıq qadını görən kimi əyləci basmış, lakin avtomaşının qabaq ön hissəsi ilə qadının sağ tərəfindən vurmuşdur. Tapdıq əyləci basmış və avtomaşın bir metr qabağa sürüşmüşdür. Tapdıq avtomaşını saatda 40-50 km sürətlə idarə edirdi. Həmin vaxt orada avtobus dayanmışdı, qadın avtobusun arxasından qəflətən çıxmışdır. Orada piyada keçidi, yəni zolaq var idi və qadın həmin zolaqla gedirdi. Bir metr qalmış qadını görmüşlər. Tapdıq idarə etdiyi avtomaşına əyləşib qadını yola saldığı avtomaşının arxası ilə sürmüşdür. Tapdıq Sabunçu xəstəxanasına öz avtomaşını ilə getmişdir. Çünki qadını aparan avtomaşının sürücüsü qadını Sabunçu xəstxanasına aparacağını demişdir. Avtomobil idarə etmək üçün onun sürücülük vəsiqəsi var və halhazırda da qüvvədədir. Tapdıq hadisə zamanı ayıq olmuşdur. Tapdıq ona evə getməyini demiş və özü atası və dostu Ayazla əlaqə saxlayacağını bildmişdir. Buna görə də o, çıxıb getmişdir. O, həmin vaxt şok vəziyyətində idi. O, Tapdığın avtomaşını sürüb xəstəxanaya getdiyini görməmişdir. Tapdıq ona demişdir ki, avtomaşını sürüb qadının arxasınca xəstəxanaya gedəcək. Hadisə baş verən kimi o da avtomaşından düşüb qadına yaxınlaşmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən beş ildir tanıyır, dostluq münasibətləri vardır. 2025-ci ilin yanvar ayının 2-də işdən evə gələn vaxtı, təxminən saat 21:30 radələrində Təqsirləndirilən şəxs ona zəng edib bildirmişdir ki, idarə etdiyi avtomobil ilə Yeni Günəşli qəsəbəsi, kərpic zavodunun yaxınlığında qadın piyadanı vurmuş və xahiş etmişdir ki, Köhnə Günəşli qəsəbəsinə gəlsin. Təqsirləndirilən şəxs yanına idarə etdiyi «Hyundai Elantra» markalı **- LN-*** dövlət qeydiyat nişanlı avtomobil ilə gəldikdə görmüşdür ki, Tapdıq şok vəziyyətindədir, Tapdıq bildirmişdir ki, idarə etdiyi avtomobil ilə Yeni Günəşli qəsəbəsində qadın piyadanı vurmuşdur. Tapdığın atası Sahib də orada olmuşdur. Tapdıq bildirmişdir ki, qadını Sabunçu xəstəxanasına aparmışlar. Onun idarə etdiyi avtomobildə Sabunçu xəstəxanasına getmişlər, lakin məlum olmuşdur ki, Sabunçu xəstəxanasına avtomobillə vurulmuş qadın gətirilməmişdir. Sonra oradan «Semaşko» adlanan X17 getmişlər, lakin məlum olmuşdur ki, oraya avtomobillə vurulmuş qadın gətirilməmişdir. Oradan Travmotologiya və Ortopediya İnstitutuna və Əhmədlidə yerləşən Neyrocərrahlıq xəstəxanasına gemişlər. Lakin avtomobillə vurulmuş piyada qadının həmin xəstəxanalara daxil olmaması məlum olmuşdur. Həmin xəsarət alan qadının daxil olduğu xəstəxananı aşkar edə bilmədikləri üçün hadisə yerinin yaxınlığına gəlmişlər, orada olan polis avtomobilinə yaxınlaşaraq, Tapdıq özünü təqdim etmiş və bildirmişdir ki, avtomobil ilə piyada vurmuş, vurulmuş qadını əri ilə xəstəxanaya yola salmış, lakin həmin qadını xəstəxanalarda axtarıb tapa bilməmişdir. Tapdıq polisdən xahiş etmişdir ki, onu polis bölməsinə aparsınlar. Polis əməkdaşları onları Suraxanı RPİ-nin 32-ci Polis bölməsinə gətirmişlər. Orada məlum olmuşdur ki, iş müstəntiqdədir və polis avtomobilinin müşayiəti ilə Suraxanı RPİ-nə gələrək Təqsirləndirilən şəxs müstəntiqin yanına getmişdir. Sonradan məlum olmuşdur ki, vurulan piyadanı, yəni Zərərçəkmiş şəxs Babək prospektində yerləşən X23 xəstəxanasına aparmışlar və orada ölmüşdür. Məhkəmə iclasında Şahid3 verilən suallara cavab olaraq bildirmişdir ki, o gələndə artıq Tapdıqın atası Sahib orada idi. İlk ağıllarına Sabunçu xəstəxanası gəldiyindən oraya getmişlər. Tapdıq və atası xəstəxanalara qeydiyyat şöbəsinə yaxınlaşıb avtomobillə vurulan qadının gətirilib-gətirilməməsi barədə soruşurdular. O isə avtomaşında oturub onları gözləyirdi. Avtomaşını o özü idarə edirdi. Onlar ilk əvvəl Sabunçu xəstəxanasına getmişlər. Daha sonra oradan «Semaşko» adlanan X17 getmişlər, lakin orada da qadın yox idi. Oradan Travmotologiya və Ortopediya İnstitutuna və Əhmədlidə yerləşən Neyrocərrahlıq xəstəxanasına gemişlər. Demək olar 1 saat xəstəxanaları gəzib qadını axtarmışlar. O, Tapdığın yanına gələndə saat neçə olduğunu dəqiq bilmir. Lakin hava artıq qaralmışdı. Onlar hadisə yerində polis əməkdaşlarını görüb yaxınlaşmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs atası Şahid4 ifadəsində iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsinə uyğun ifadə verərək onun dediklərini bir daha təsdiqləmiş, həmçinin bildirmişdir ki, 02 yanvar 2025-ci il tarixdə o, Xətai rayonu ərazisində olan Təbrik şadlıq sarayında idi. Oradan çıxanda təxminən saat 21.30 radələri olardı. Həmin vaxt oğlu Tapdıq ona zəng edib bildirmişdir ki, Günəşlidə idarə etdiyi avtomobil ilə adam vurub. O, dərhal oraya getmişdir. Orada yolun kənarında Tapdıqla görüşmüşdür və Tapdığın dostu Ayaz da oraya gəlmişdir. Tapdıq bildirmişdir ki, qadını əri ilə başqa tanımadığı avtomaşına qoyub yola salmışdır, lakin həmin avtomaşının sürücüsünün qadını hansı xəstəxanaya apardığını bilmir. İlk olaraq ağıllarına Sabunçu xəstəxanası gəldiyindən elə oraya getmişlər. Məhkəmə iclasında Şahid4 verilən suallara cavab olaraq bildirmişdir ki, o, şadlıq sarayından hadisə yerinə dostunun idarə etdiyi avtomaşınla gəlmişdir. İlk olaraq ağıllarına Sabunçu xəstəxanası gəldiyindən oraya getmişlər. Onların heç ağıllarına gəlməmişdir ki, vurulan piyadanı X23 xəstəxanasına aparmışlar. Onlar fikirləşmişlər ki, Sabunçu xəstəxanasına aparmışlar. O, Tapdıqla birlikdə xəstəxanalarda qeydiyyat şöbəsində avtomobillə vurulmuş qadının daxil olub-olmamasını soruşurdular. İlk əvvəl Sabunçu xəstəxanasına gətmişlər. Daha sonra oradan «Semaşko» adlanan X17 getmişlər, lakin orada da qadın yox idi. Ordan Travmotologiya və Ortopediya İnstitutuna və Əhmədlidə yerləşən Neyrocərrahlıq xəstəxanasına gemişlər. Demək olar bir saat xəstəxanaları gəzib qadını axtarmışlar. Müstəntiq ona mərhumun qohumu Hacı adlı şəxsin nömrəsini verib onunla əlaqə saxlaya biləcəyini demişdir. O da dəfələrlə mərhumun yas mərasimlərinə getmək üçün Hacı ilə əlaqə saxlamışdır. Lakin Hacı bildirmişdir ki, mərhumun ailə üzvləri çox pis vəziyyətdədirlər, gəlməsələr yaxşıdır, yoxsa “qan düşər”. Ona görə də onlar yas mərasiminə getməmişlər. Lakin hadisədən 20 gün sonra Hacının vasitəsilə mərhumun əri, hazırda zərərçəkmiş şəxsin hüquqi varisi olan Mehman Rzayevlə görüşmüşdür. Görüş vaxtı o, Mehmana 6-7 min manat pul təklif etmişdir. Lakin Mehman imtina etmişdir. Hacının telefon nömrəsini ona müstəntiq vermişdir. O da dərhal zəng edib yas mərasimlərinə gəlmək istədiklərini bildirmişdir. Lakin Hacı bildirmişdir ki, vəziyyət pisdir, ailə üzvləri pis vəziyyətdədirlər, gəlsələr “qan düşər”. Mehmanla kafedə görüşmüşlər. Görüş 3-4 saat çəkmişdir. Sakit, mehriban görüş keçmişdir, hətta onların 40 mərasimində iştirak etməklərinə də razılaşmışdır. Mehman onun təklif etdiyi pul məbləği ilə razılaşmadığından o, 40 mərasimində iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-in X12 7-ci bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, 02 yanvar 2025-ci il tarixdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində polis nəfərləri Şahid6 və Şahid5la birlikdə 2479 saylı çağırışlı avtopatrulda xidmət etdiyi zaman 03 yanvar 2025ci il tarixdə saat 00:10-da Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, «Ballı-market» mağazasının yaxınlığında olan zaman onlara 2-3 nəfər yaxınlaşmış, onlardan biri, adı sonra məlum olmuş Təqsirləndirilən şəxs müraciət edərək bildirmişdir ki, iki-üç saat əvvəl kərpic zavodunun yaxınlığında idarə etdiyi avtomobil ilə bir xanımı vurmuş və qadını sonuncunun əri ilə birdikdə yoldan keçən taksi avtomobilinə əyləşdirərək xəstəxanaya yola salmış, onların arxasınca sürmüşdür ki, xəstəxanaya getsin, lakin həmin taksini itirmişdir, Sabunçu xəstəxanasına, Semaşko deyilən Tibb Mərkəzinə, Neyrocərrahlıq Xəstəxanasına getmiş, lakin xəstəni tapmamış, ona görə hadisə törətdiyi yerə qayıtmışdır ki, bu barədə polisə məlumat versin, polis bölməsinə getmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yanında olanlar səhv etmirsə sonuncunun qohumları imiş. Polis əməkdaşları Təqsirləndirilən şəxs və yanındakılara demişlər ki, idarə etdiyi avtomobili arxaları ilə sürsünlər və Suraxanı RPİ-nin 32-ci Polis bölməsinə getmişlər. Oradan RPİ-nə zəng etmişlər, məlum olmuşdur ki, hadisə ilə RPİ-nin müstəntiqi məşğul olur. Ona görə Təqsirləndirilən şəxs Suraxanı RPİ-nə gətirərək müstəntiqə təhvil vermişlər. Bu barədə raport yazıb aidiyyəti üzrə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in X12 7-ci bölüyünün polis nəfərləri X7 və Şahid5 ifadələrində iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsinə uyğun ifadə verərək onun dediklərini bir daha təsdiqləmişlər. Məhkəmə iclasında Şahid5 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs müstəntiqə ifadə verərkən o da orada idi. Eyni ona dediklərini müstəntiqə də demişdir. Təqsirləndirilən şəxs çox həyəcanlı olmuşdur. Şahid7 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdir. Müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, yaşadığı mənzilin eyvanı Suraxanı rayonu, A.Fətullayev küçəsinin hərəkət hissəsinə çıxır. 02 yanvar 2025-ci il tarixdə saat 21:20 radələrində evində olduğu zaman bayırdan qışqıran kişi səsi eşitmiş, eyvana çıxıb görmüşdür ki, evin yaxınlığında A.Fətullayev küçəsinin hərəkət hissəsində yol-nəqliyyat hadisəsi baş verib. DİN-in 102 Xidmətinə zəng edib bu barədə məlumat vermiş və evdən bayıra çıxıb hadisə yerinə yaxınlaşdıqda bir neçə kişi cinsli şəxslərin yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan qadını ağ rəngli taksi avtomobilinə əyləşdirdiklərin görmüşdür, məlum olmuşdur ki, həmin şəxslərdən biri xəsarətlər alan qadının həyat yoldaşıdır və qışqıran da həmin şəxs imiş. Həmin qadını taksi avtomobili ilə xəstəxanaya aparmışlar. Qadınla kimin getməyini görməmiş, buna fikir verməmişdir. Həmin qadının həyat yoldaşını tanımır, adını da bilmir. Məlum olmuşdur ki, qadını avtomobil vurmuş, lakin hansı avtomobilin qadını vurmasını bilməmiş, qadını avtomobil ilə vuran sürücünü də görməmişdir. Həmin yol-nəqliyyat hadisəsinin necə baş verməsini görməmişdir. Hadisəni görəndə artıq xəsarət almış qadın yerdə olmuşdur. Hadisə yerində tanıdığı şəxsləri görməmişdir. Evindən aşağı düşəndə 4-5 nəfər şəxsin həmin qadını taksi avtomobilinə yerləşdirməyə çalışdıqlarını görmüş, onlardan biri həmin qadının həyat yoldaşı olmuş, lakin digərlərini tanımamış, sifətləri yadında qalmamış, görsə tanıya bilməyəcəkdir, həmin vaxt hava qaranlıq olmuşdur. Ola bilsin ki, onlardan biri qadını vurmuş avtomobilin sürücüsü olmuş, lakin bunu dəqiq bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, iş icraata qəbul edilmişdir (i.v. 1); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, baxış qaranlıq hava şəraitində aparılmış və müəyyən edilmişdir ki, hadisə yeri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A.Fətullayev küçəsidir. Yolun işlək hissəsi düzdür, örtük qurudur və asfalt betondur. Yol örtüyünün eni 7,5 metrdir. Hərəkət zolaqlarının sayı 1-dir. İşlək hissənin eni 3,75 metrdir. Hadisə yerindən 1 ədəd qadın papağı aşkar olunmuşdur. Bu istintaq hərəkətinin nəticəsi protokolla rəsmiləşdirilmiş və fotoşəkillər çəkilərək həmin protokola əlavə edilmişdir (i.v. 5-10); nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Opel Vectra markalı **-VH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş, avtomobilin ön qapağının orta və sağ yuxarı hissəsinin əzildiyi müəyyən edilmişdir. Sükan və idarəetmə sisteminin, tormoz sisteminin, işıq sisteminin, digər aqreqat, mexanizm və hissələrin vəziyyəti normaldır. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 11-17); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X21 tərəfindən verilən sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 1172 nömrəli, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdədir (i.v. 21); BA 099573 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2034-cü il tarixədək etibarlılıq müddəti olan B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi vardır (i.v. 22); nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 10VH636 qediyyat nişanlı, “Opel Vectra” minik markalı, Sedan tipli, istehsal tarixi 1999-cu il olan, tünd yaşıl metallik rəngli, mühərrikin həcmi 2000 olan nəqliyyat vasitəsi X11 mülkiyyətindədir (i.v. 22); xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, X14 tərəfindən Təqsirləndirilən şəxs 10VH636 dövlət qediyyat nişanlı, “Opel Vectra” minik markalı nəqliyyat vasitəsi 3 il müddətinə, yəni xx.xx.2027-ci il tarixədək idarə etmək üçün verilmişdir (i.v. 23); şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 32); baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı sürücü Təqsirləndirilən şəxs istifadə etdiyi üzərində ***-***-**-** nömrəsi olan «Xeomi Not 12» markalı telefondan çıxarılmış 2 ekran səhifəsini təqdim etmişdir. Həmin ekran səhifələri mobil telefonun fotokamerası ilə çəkilməsini göstərən 2 ədəd fotoşəkillərdir. 1-ci ekran səhifəsində kontaktların adları göstərilmiş, həmin siyahıdan görünür ki, «Təcili yardım» adlı kontakt vardır. Qeyd olunan səhifə istintaq tərəfindən 03 yanvar 2025-ci il tarixdə saat 08:37-də «Samsung S23» markalı mobil telefonun fotokamerası vasitəsilə çəkilmişdir. 2-ci səhifədə «Təcili yardım» kontaktına gedən və çıxan zənglərin siyahısı göstərilmişdir. Həmin siyahıdan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefonda «103» Təcili yardım Mərkəzinə saat 21:04-də 15 sayniyə müddətində, saat 21:05-də məlum olmayan müddətdə və saat 21:06-da 49 saniyə müddətində çağırışlar olmuşdur. Qeyd olunan səhifə istintaq tərəfindən 03 yanvar 2025-ci il tarixdə saat 08:38də «Samsung S23» markalı mobil telefonun fotokamerası vasitəsilə çəkilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdiyinə görə həmin zənglərə «103» Zəng mərkəzi cavab vermişdir ki, gözləsin, cavab veriləcək, lakin cavab verilməmişdir. Həmin foto materiallar cinayət işinə əlavə edilmişdir (i.v. 43-46); ayaqqabı və paltarı təqdim etmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi zamanı əynində olmuş və üzərində çoxsaylı qana bənzər ləkələri olan idman ayaqqabısı və şalvarı istintaq orqanına təqdim etmiş, həmin şalvar və idman ayaqqabısı istintaq orqanı tərəfindən götürülmüşdür (i.v. 47); şəxsin MSY-dən azad edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Əlizadə X8 RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 49-50); ifadənin yerində yoxlanılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış, buna dair fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 58-62); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 65); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X25 İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məktublardan görünür ki, DİN-in BDYPİ-nin qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatına əsasən, xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə (xx.xx.2034-cü il tarixədək etibarlı olan) BA 099573 nömrəli “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmayıb (i.v. 71; 127); baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, DİN-in X3 Xidmətinin xx.xx.2025-ci il tarixli 3-13-3/2-1322/2025 və 3-13-3/2-1323/2025 nömrəli məktubları ilə alınmış 2 ədəd DVD disklərə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Həmin baxış protokolundan görünür ki, piyada Zərərçəkmiş şəxs sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Opel-Vectra» markalı **-VH-*** dövlət qeydiyyatı nişanlı avtomobillə vurulması yol-nəqliyyat hadisəsi vaxtı avtomobildə sərnişin qismində olmuş Şahid1 02 yanvar 2025-ci il tarixdə saat 21.07-də Təqsirləndirilən şəxs idarə etmiş olduğu «Opel-Vectra» markalı **-VH-*** dövlət qeydiyyatı nişanlı avtomobili idarə edərək Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Fətullayev küçəsi ilə məhəllə arası yolun kəsişməsi yerinə yaxınlaşır və orada avtomobili saxlayıb avtomobildən bayıra enib sonra həmin avtomobilə əyləşib qabağa sürür, kameranın əhatə dairəsindən çıxır. Təqsirləndirilən şəxs bildirdiyinə görə həmin viedogörüntüdə olan şəxs Şahid1 “Opel Vectra” markalı avtomobili onun xahişi ilə, tıxac yaratmamaq məqsədilə hadisə yerindən qabağa sürüb bir yerdə saxlamışdır. Videogörüntünün saat göstəricisi saat 21:07:56 saniyəni göstərəndə yüksək sürətlə hərəkət edən taksi kimi rənglənmiş (qapıları tünd rəngdə, kuzovun digər hissələri ağ rəngdə) nömrə nişanları görünməyən “Toyota Aqua” markalı avtomobilə oxşar avtomobil keçir. Təqsirləndirilən şəxs bildirdiyinə görə, həmin avtomobildə vurulmuş piyada Zərərçəkmiş şəxs və həyat yoldaşı xəstəxanaya gedirmişlər. Görüntüdə saat 21:12:40 saniyəni göstərdikdə yolun kənarında səki üzərində cavan kişi cinsli adam yol-nəqliyyat hadisəsi baş verdiyi yerdən üzü TŞ kamerası istiqamətində hərəkət edərək, saat 21:13:21 saniyədə kameranın yanından keçir gedir. Təqsirləndirilən şəxs bildirdiyinə görə həmin piyada hərəkət edən şəxs onun özüdür, vurulmuş piyada Zərərçəkmiş şəxs sonuncunun həyat yoldaşı ilə birlikdə taksi avtomobilinə yerləşdirdikdən və onları xəstəxanaya yola saldıqdan sonra öz avtomobilinin yanına gedir ki, atası ilə görüşsün. Qeyd olunan 2-ci DVD diskdə olan görüntülər 1-ci diskdə olan görüntülərlə eynidir. Həmin 02 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir (i.v. 72-77); zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs əri X10 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır (i.v. 85); Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Kəlbəcərin azad olunmasına görə və Vətən Müharibəsi iştirakçısı medalları ilə təltif olunmuşdur (i.v. 93); cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 96); cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 98); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8/144 saylı yol-nəqliyyat hadisələri ekspertizasına dair rəyindən görünür ki, «Opel Vectra» markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 113- 116); xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, X10 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadələrində qeyd olunanları birbirlərinin üzünə qarşı deməklə bir daha təsdiq etmişlər (i.v. 117-120); cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 124); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X21n xx.xx.2025-ci il tarixli, 01 saylı rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədən səthində aşağıdakı xəsarətlər aşkar olundu: baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin sınıqları, başın yumşaq örtük toxumasına qansızma, bədənin çoxsaylı sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidirlər, şəxsin xəstəxanaya daxil olmasından az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər, alınma müddətləri qərarda göstərilən xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə biləvasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə baş beyinə, qişalarına və mədəciklərinə qansızma səbəb olmuşdur. Ölüm X22 klinikasında saat 21:40-da baş vermişdir, hansıki meyitin məhkəmə-tibbi müayinəsi ilə inkar olunmur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilklamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi (i.v. 131-134); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli, 25/432R saylı rəyindən görünür ki, təqdim edilmiş Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd şalvar və 01 (bir) cüt idman ayaqqabısı, Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd şalvar, 01 (bir) ədəd köynək, 01 (bir) ədəd mayka, 01 (bir) ədəd tuman və 01 (bir) ədəd büstqalter üzərində aşkar edilmiş qanabənzər ləkələr insan mənşəlidir və həmin qan ləkələri Zərərçəkmiş şəxs məxsusdur (i.v. 135-140); cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 141); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, içərisində bir ədəd şüşə flakon olan möhürlü bir ədəd kağız zərf və iki ədəd şalvar, bir ədəd köynək, bir ədəd mayka, bir ədəd tuman, bir ədəd büstqalter olan iki ədəd polietilen bağlama Suraxanı Rayon Polis İdarəsinə göndərilmişdir (i.v. 153); toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ibtidai istintaq zamanı götürülmüş Zərərçəkmiş şəxs paltarı - 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd mayka, 01 ədəd tuman və 01 ədəd büstqalteri, Təqsirləndirilən şəxs məxsus bir ədəd kişi şalvarı və bir cüt idman ayaqqabısı, möhürlənmiş zərfdə qan nümunəsi, DİN-nin X3 Xidmətindən alınmış videogörüntülərlə olan 02 ədəd DVD disklərin iş üzrə maddi sübut kimi tanınması, 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd mayka, 01 ədəd tuman və 01 ədəd büstqalteri, bir ədəd kişi şalvarı və bir cüt idman ayaqqabısının təqsirləndirilən və zərərçəkmiş şəxsin hüquqi varisi cinayət işi materialları ilə tanış olduqdan sonra Suraxanı RPİ-nin saxlancına təhvil verilməsi, 02 ədəd DVD disklərin cinayət işinin materiallarına əlavə edilməsi; cinayət işi üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, iş üzrə keçirilmiş üzləşdirmə, məhkəmə-yol-nəqliyyat hadisələri, məhkəmə-tibbi və məhkəmə-genetik ekspertizalarının rəyləri, hadisə yerinə və nəqliyyat vasitəsinə baxış protokolu, sxem və fotocədvəllər, ifadənin yerində yoxlama protokolu, sxemi və fotocədvəl, DİN-nin X3 Xidmətindən alınmış videogörüntülərlə olan 02 ədəd DVD disklər, disklərə baxış keçirilməsi barədə protokol, təqsirləndirilən şəxsin təqdim etdiyi telefon səhifələri və onlara baxış protokolunun sübut növü kimi qəbul olunması qərara alınmışdır (i.v. 154-162); təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 164-166); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 178-179); Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsi tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim olunmuş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, AR CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində 32-ci Polis Bölməsinə gətirilməmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 Xidməti tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim olunmuş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, arxivlərin saxlanılma müddəti bitdiyindən istənilən informasiyanın təqdim edilməsi mümkün deyildir; Suraxanı Rayon Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim olunmuş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A.Fətullayev küçəsi ilə üzü Qaraçuxur qəsəbəsinə doğru hərəkətdə olan zaman piyada Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə çırpılmış, nəticədə Zərərçəkmiş şəxs almış oduğu ağır bədən xəsarətlərindən ölmüşdür. xx.xx.2025-ci il tarixdə vətəndaş Əlizadə X8 rayonu, Yeni Günəşli qəsəbəsində xidmət edən ÇPA-yı əməkdaşlarına yaxınlaşaraq yol-nəqliyyat hadisəsi barədə məlumat vermiş, xx.xx.2025-ci il tarixdə saat 00:30 radələrində ÇPA-yı əməkdaşları Təqsirləndirilən şəxs Suraxanı RPİnin İŞ-nə gətirərək təhvil vermişlər. Şahid qismində gələn vətəndaşlar barəsində qeydiyyat aparılmadığından vətəndaş Təqsirləndirilən şəxs polis idarəsinə gətirilən şəxslərin qeydiyyatı kitabında heç bir qeydiyyat aparılmamışdır; Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2718 nömrəli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə tətlif olunmuşdur; xx.xx.2024-cü il tarixli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X21 tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim olunmuş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, “Respublika Təcili və X5 Mərkəzi” publik hüquqi şəxsdən alınan rəsmi cavaba əsasən bildirilir ki, ***-***-**-** nömrəli telefon nömrəsindən xx.xx.2025-ci il tarixində “103” Mərkəzi Çağrı Xidmətinə çağırış daxil olmamışdır; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(010)-373/2025 nömrəli qərarı ilə 02 yanvar 2025-ci il saat 20:00-dan 03 yanvar 2025-ci il saat 09:00-a qədər Şahid1 istifadəsində olmuş 050 766 55 25 nömrəli mobil telefon nömrəsinin anten məlumatları və həmin nömrəyə qeyd edilən tarixdə daxil olan və çıxan mesaj mətnlərinin məzmunu; 02 yanvar 2025-ci il saat 20:00-dan 03 yanvar 2025-ci il saat 09:00-a qədər Şahid4 istifadəsində olmuş 051 405 42 12 nömrəli mobil telefon nömrəsinin anten məlumatları və həmin nömrəyə qeyd edilən tarixdə daxil olan və çıxan mesaj mətnlərinin məzmunu barədə məlumatların məhkəməyə təqdim edilməsi qərara alınmış və qərarın icrası "xxxx" MMC-yə həvalə edilmişdir. Məhkəmə iclası zaman qərarın icrası ilə əlaqədar mobil operatordan məhkəməyə daxil olmuş Şahid1 istifadəsində olmuş 050 766 55 25 saylı və Şahid4 istifadəsində olmuş 051 405 42 12 saylı mobil nömrənin anten əhatə dairəsi məlumatları ilə bağlı məktuba əlavə edilmiş qoşmaya baxış keçirilmişdir. Baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, qərarda göstərilən müddət ərzində 050 766 55 25 saylı mobil nömrənin sms mətnləri, 051 405 42 12 saylı mobil nömrənin isə ümumiyyətlə istifadəsi aşkar edilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(010)-373/2025 nömrəli qərarı ilə 02 yanvar 2025-ci il saat 20:00-dan 03 yanvar 2025-ci il saat 12:00-a qədər Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 773 89 73 nömrəli mobil telefon nömrəsinə daxil olan və çıxan zənglər, anten məlumatları və mesaj mətnlərinin məzmunu barədə məlumatların məhkəməyə təqdim edilməsi qərara alınmış və qərarın icrası "xxxx" MMC-yə həvalə edilmişdir. Məhkəmə iclası zaman qərarın icrası ilə əlaqədar mobil operatordan məhkəməyə daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 773 89 73 mobil nömrənin anten əhatə dairəsi məlumatları ilə bağlı məktuba əlavə edilmiş qoşmaya baxış keçirilmişdir. 055 773 89 73 saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman xx.xx.2025 tarixdə, saat 21:04:11-də, 21:04:31-də 21:06:06-da /Suraxanı rayonu, Yeni Günəşli AB massivi, 139 saylı binanın yanı; saat 21:07:01-də /Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi; saat 21:26-da, saat 21:28-də, saat 21:29-da/Yeni Günəşli, D massivi; saat 22:03-də/Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Alıcanov küçəsi 17, Araz Supermarket yanı; saat 22:03-də, 22:04də, 22:11-də/Aptek Semaşka/Nəsimi rayonu, Mir-Qasım küçəsi 1, 634 saylı aptek; saat 00:48-də/ünvan 3 ünvanında (Suraxanı Rayon Polis idarəsinin) olduğu və təqsirləndiriıən şəxsə məxsus telefon nömrəsindən hadisənin baş verdiyi tarixdə və saatda, yəni xx.xx.2025-ci il tarixdə saat 21:04 və eyni tarixdə saat 21:06-da “12103” xidmətinə (Təcili və X5 xidmətinin çağrı mərkəzi) zəng vurması müəyyən olunur. Zərərçəkmiş şəxs hüquqi varisi X10 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması nəticəsində onun arvadı Zərərçəkmiş şəxs ölmüşdür və nəticədə ona aşağıda göstərilən maddi ziyan vurulmuşdur: dəfn xərcləri 15000 manat, zərərçəkmiş şəxsin 2000 manat dəyərində sırğasının hadisə vaxtı bir tayı itmiş, bir tayı isə əzilərək yararsız hala düşmüşdür, 1000 manat dəyərində telefonu itmişdir, 1000 manat dəyərində əynindəki geyimi yararsız hala düşmüşdür. Həmçinin ona mənəvi ziyan vurulmuşdur, belə ki özü və üç övladı psixoloji sarsıntı keçirmişlər. Ümumilikdə ona dəymiş maddi ziyana görə 30000 (otuz min) manat, mənəvi ziyana görə 20000 (iyirmi min) manat olmaqla ümumilikdə 50000 (əlli min) manat pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Mülki iddiaya əlavə edilmiş qəbzin surətindən görünür ki, zərərçəkmiş şəxsin qəbirdaşı üçün xx.xx.2025-ci il tarixdə 4500 manat pul ödənilmişdir. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Zərərçəkmiş şəxs vəfat etməsi ilə əlaqədar Badamdar qəsəbəsində yerləşən Bəyoğlu sarayı ilə üzbəüz yerləşən mərasim evində yas mərasimləri (üç və qırx mərasimləri) keçirilmiş, xx.xx.2025-ci il tarixdə yas mərasimində 350 nəfər (hər biri 14 manatdan), xx.xx.2025-ci il tarixdə 150 nəfər (hər biri 15 manatdan) iştirak etmiş, Zərərçəkmiş şəxs həyat yoldaşı Mehman Rzayev tərəfindən mərasim evinə müvafiq olaraq 4760 manat və 2250 manat, ümumilikdə 7010 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin iki obyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. Həmin Qanunun 50-ci maddəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidin ifadəsi, məhkəmə yol-nəqliyyat hadisələri və meyitin məhkəmə tibbi ekspertizasının rəyi, verilmiş sorğulara cavablar, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarına əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığa cəhd etməsini, Vətən Müharibəsi iştirakçısı olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan Suraxanı RPİ-nin saxlancında olan Zərərçəkmiş şəxs paltarı - 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd mayka, 01 ədəd tuman və 01 ədəd büstqalteri, onun hüquqi varisi X4 qaytarılmalı, Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar və bir cüt idman ayaqqabısı Təqsirləndirilən şəxs qaytarılmalı, möhürlənmiş zərfdə qan nümunəsi məhv edilməli, DİNnin X3 Xidmətindən alınmış videogörüntülərlə olan 02 ədəd DVD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Təqsirləndirilən şəxs məxsus bir ədəd kişi şalvarı və bir cüt idman ayaqqabısı, Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisinin mülki iddiası məhkəməyə təqdim edilmişdir. Mülki iddiada Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyana görə 30000 (otuz min) manat, mənəvi ziyana görə 20000 (iyirmi min) manat tutularaq mülki iddiaçıya ödənilməsi xahiş edilmişdir. Məhkəmə tərəflərin fikirlərini dinləyərək, yerində müşavirə etdikdən sonra mülki iddianı icraata qəbul etmişdir. Məhkəmə hesab edir ki, mülki iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir; 181-ci maddəsinə əsasən, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıda göstərilənləri edə bilər: 181.2.1-ci maddəsi - itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, habelə mümkün olan hallarda əmlakın natura şəklində ödənilməsini; 181.2.2-ci maddəsi - itirilmiş əmlakın satın alınmasına, həmçinin zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3-cü maddəsi itirilmiş gəlirin ödənilməsini; 181.2.4-cü maddəsi - mənəvi ziyanın ödənilməsini; 181.3.1-ci maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə dair xərclər şəklində özünü göstərir; 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər; 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir; 353.4.10-cu maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində mülki iddianın həlli göstərilməlidir; 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması; “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 67-ci bəndində göstərilmişdir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilibedilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Məhkəmə mülki iddianın maddi ziyanla bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilərək, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs vurulmuş maddi zərər görə, yəni qəbir daşının düzəldilməsinə görə ödənilmiş 4500 manat məbləğində pul vəsaiti və yas mərasiminin keçirilməsinə sərf olunmuş 7010 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Mülki iddiaçı ona dəymiş digər zərərə dair, yəni zərərçəkmiş şəxsin telefonun itməsi, əynində olan paltarın yararsız hala düşməsi, sırğasının bir tayının itməsi və bir tayının isə əzilməsi ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin, mülki iddianın mənəvi zərərlə bağlı hissəsini araşdıraraq aşağıdakıları qeyd edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarının 71-ci bəndində göstərilmişdir ki, məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Qərarda həmçinin qeyd olunur ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X6 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məhkəmə hesab edir ki, mülki iddiaçının arvadının ölümü ilə bağlı fiziki və ya psixoloji ağrı və əzab, sıxıntı, ağır mənəvi sarsıntı və iztirab hisləri keçirməsi, yəni ona mənəvi ziyan dəyməsi, yuxarıda təsvir olunan hallar da nəzərə alınmaqla, danılmazdır. Bu baxımdan ona dəyən mənəvi ziyana görə cavabdehdən (təqsirləndirilən şəxsdən) pul tutulması tələbi əsaslıdır. Bu baxımdan məhkəmə, mülki iddianın mənəvi ziyanla bağlı hissəsinin təmin edilməsi qənaətinə gəlir. Məhkəmə mənəvi zərərin məbləgini 20.000 manat müəyyən edir və hesab edir ki, həmin məbləg təqsirləndirilən şəxsdən tutulub mülki iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə CPM-nin və MPM-nin tələblərini nəzərə alaraq hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X10 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs maddi zərərə görə 11510 (on bir min beş yüz on) manat, mənəvi zərərə görə isə 20000 (iyirmi min) manat olmaqla, cəmi 31.510 (otuz bir min beş yüz on) manat məbləğində pul vəsaiti tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X4 ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə məhkəmə xərci 128 (yüz iyirmi səkkiz) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 yanvar 2025-ci il tarixdən 04 yanvar 2025-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası ona təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə verilmiş mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 11510 (on bir min beş yüz on) manat maddi zərər və 20.000 (iyirmi min) manat mənəvi zərər olmaqla, cəmi 31.510 (otuz bir min beş yüz on) manat məbləğində pul vəsaiti tutularaq mülki iddiaçı X2 xeyrinə ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübutlar - Suraxanı RPİ-nin saxlancında olan mərhum Zərərçəkmiş şəxs paltarı onun hüquqi varisi X4 qaytarılsın, Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar və bir cüt idman ayaqqabısı Təqsirləndirilən şəxs qaytarılsın, möhürlənmiş zərfdə olan qan nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar