Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-374/2022 03.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Heydərova Nilufər Ruhulla qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxsin hüquqi varisi X4, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 19 may 2022-ci il tarixdə saat 09 radələrində işıqlı və quru hava şəraitində, idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus «VAZ- 21074» markalı, 90-FO- 658 dövlət qeydiyyat nişanlı avtomobili Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsilə «Əmircan» qəsəbəsi istiqamətində 75-80 km/saat sürətlə hərəkət etdirərkən yol hərəkəti qaydasını pozaraq «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən nəqliyyat vasitələri maksimum hərəkət surəti icazə verilən saatda 50 kilometrdən çox olmayan sürətlə hərəkət etməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda Qanunun bu tələblərini pozaraq göstərilən yol sahəsində həmin təhlükəsizlik tələblərinə riayət etməmiş və həmin yol sahəsində, 51 saylı ünvanın bərabərliyində, hərəkət istiqamətində yolu soldan sağa doğru keçməyə cəhd edən 1960-cı il təvəllüdlü, piyada X5 avtomobilin qarşı sağ hissəsi ilə vuraraq onun kəllə qapağı və əsası sümüklərinin sınıqları, baş beyin qişalarına, qişaları altına, toxumasına və mədəciklərə qansızına,çanaq sümüklərinin sınığı, bədənin əzilmiş-sırılmış yarası, qançır və sıyrıqları ilə nəticələnən xəsarətlər yetirib ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, «VAZ-21074» markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili özünə məxsus olmaqla, həmin avtomobili «BC» dərəcəli sürücülük vəsiqəsi ilə idarə edir. 19 may 2022-ci il tarixdə təxminən saat 09 radələrində gündəlik işi ilə bağlı Suraxanı rayonu Hövsan qəsbəsinə getmək üçün Bülbülə qəsəbəsinin içərisindən keçən avtomobil yolu ilə Əmircan qəsəbəsi istiqamətində avtomobili idarə edərkən yolun hərəkət hissəsinin sol tərəfindən sağa doğru 1 nəfər qadın piyadanın qaçaraq yolu keçmək istədiyini görmüşdür. Hava işıqlı olduğu üçün piyada əks istiqamətdə hərəkət zolağına daxil olarkən uzaqdan görmüş, avtomobilinə yaxınlaşarkən hərəkət zolağına qaçaraq yolu əks tərəfə keçməyə davam etdiyini görüb dərhal əyləcə basaraq idarə etdiyi avtomobili saxlamaq istəsə də avtomobili saxlaya bilməmiş, idarəetməni itirərək yolun özünə aid hərəkət hissəinin sağ tərəfindən avtomobilin sağ qarşı hissəsi ilə həmin piyadanı vurmuş, zərbənin təsirindən həmin qadın kapotun üzərinə dəyərək qarşıya doğru asfalt üzərinə yıxılıb yerdə qalmışdır. Bundan sonra isə idarə etdiyi avtomobil yolun kənarında səkinin üzərinə çıxaraq dayanmışdır. Avtomobildən düşərək qadını, yəni kimliyini sonradan bildiyi Zərərçəkmiş şəxs yaxınlaşaraq ona yardım etmək istədikdə, çağrışıına cavab vermədiyini və nəbzinin vurmadığını görüb, artıq öldüyünü bilmişdir. Həmin vaxt yol ilə keçən tanımadığı şəxslər də yaxınlaşaraq kömək etməyə çalışmışlar. Orada olan şəxslərdən kimsə dərhal təcili tibbi yardıma zəng edərək həkim çağırmış, az sonra hadisə yerinə polis işçiləri gələrək hadisə yerini qorumuşlar və az sonra müstəntiq gələrək onun iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Hadisə zamanı avtomobildə yük və ya sərnişin olmamış, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə zamanı hava işıqlı, asfalt quru olmuş, yolu görmə məsafəsi isə kifayət qədər olmuşdur. Hadisədən əvvəl avtomobili 75-80 km/saat sürətlə idarə emiş, piyadanı isə təxminən 25 metr məsafədən görmüşdür. Lakin hadisədən əvvəl piyadanı görmədiyi üçün avtomobili öz hərəkət zolağında gəldiyi sürətlə idarə etmiş, piyadanı öz hərəkət zolağının sağ kənarında, səkiyə yaxın hissədə avtomobilin sağ qarşı hissəsi ilə vurduqdan sonra avtomobil idarə olunmaz vəziyyətdə yolun kənarında səkinin üzərinə çıxaraq dayanmışdır. Həmin vaxt avtomobilin qarşı sağ təkəri səkiyə dəyərkən təkər havasını itirmiş və təkərin diski əzilmişdir. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. X2 onun doğma bacısı olmaqla böyük bacısıdır. Səmayə ünvan 3 ünvanında qızı Ayşənlə birgə yaşayırdı. Əri Nizam 1999-cu ildə vəfat emiş, qızı Ayşən isə anadan gəlmə fiziki qüsurlu doğulmuşdur. Hər iki valideyinləri və iki qardaşı vəfat edib, evin böyük qızıdır. Həmçinin mərhum bacı ilə qonşu olmaqla münasibətləri yaxşı olmuş, hal-hazırda da onun övladma, yəni qızı Ayşənə baxır və onunla bir evdə qalır. Hadisənin mahiyyəti üzrə göstərir ki, 19 may 2022-ci il tarixdə saat 09 radələrində evdə olduğu zaman qonşulardan kimsə ona bacısı Səmayəni küçədə yolu keçərəkən avtomobil vurduğunu demiş, dərhal evdən çıxaraq hadisə yerinə getdikdə onu Bülbülə qəsəbəsində yol kənarında asfalt üzərində ölmüş vəziyyətdə görmüşdür. Orada məlum olmuşdur ki, Səmayə çörək almaq üçün mağazaya gedib, geri qayıdarkən yolu keçən zaman ağ rəngli «VAZ-2107» markalı avtomobil onu vurmuş və zərbənin təsirindən hadisə yerində ölmüşdür. Hadisə yerində olan təcili tibbi yardım avtomobili vasitəsilə Səmayə müayinə olunması üçün MTE və PA birliyinin Suraxanı rayon şöbəsinə aparılmış və meyit müayinə olunduqdan sonra meyti qəbul edərək həmin gün Suraxanı rayonu Bülbülə qəsəbəsi qəbirastanlıqda dəfn etmişlər. Sonradan eşitmişdir ki, bacısı Zərərçəkmiş şəxs yolu piyada keçmək istəyərkən sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə onu vurmuşdur. Onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirərək, bu məzmunda notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etmişdir. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Mərhum Zərərçəkmiş şəxs onun doğma anası olmuş və bir ünvanda yaşamışlar. Atası Nizami 1999-cu ildə vəfat emiş, həmçinin babası və nənəsi də vəfat etmişlər. Hazırda xalası X6 ilə birgə yaşayır. Hadisənin mahiyyəti üzrə göstərir ki, anası 19 may 2022-ci il tarixdə saat 08:30da çörək almaq üçün evdən çıxmış, bundan 30-40 dəqiqə sonra eştmişdir ki, anası Səmayəni küçədə yolu keçərəkən avtomobil vurmuşdur. Hadisə yerinə getmək istəsə də həyəcanlı olduğundan qohumları razı olmamışlar. Sonradan məlum olmuşdur ki, anası Səmayə çörək almaq üçün mağazaya gedib, geri qayıdarkən yolu keçən zaman ağ rəngli «VAZ-2107» markalı avtomobil onu vurmuş və zərbənin təsirindən hadisə yerində ölmüşdür. Hadisə yerində olan təcili tibbi yardım avtomobili vasitəsilə Səmayə müayinə olunması üçün MTE və PA birliyinin Suraxanı rayon şöbəsinə aparılmış və meyit müayinə olunduqdan sonra həmin gün Suraxanı rayonu Bülbülə qəsəbəsi qəbirastanlıqda dəfin etmişlər. X1 cinayət işi üzrə hüquqi varisi qismində tanınmasına etirazı yoxdur, bu barədə özü əvvəlcədən razılıq vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli 2/11309 saylı “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Cinayət işi üzrə təyin edilmiş məhkəmə tibbi xx.xx.2021-ci il tarixli 72 saylı rəyi ilə müəyyən edilmişdir ki. Zərərçəkmiş şəxs meyiti üzərində olan xəsarətlər: kəllə qapağı və əsası sümüklərinin sınıqları, baş beyin qişalarına, qişaları altına, toxumasına və mədəciklərə qansızına,çanaq sümüklərinin sınığı, bədənin əzilmiş-sırılmış yarası, qançır və sıyrıqları bərk küt əşya təsirindən törənmişlər, xx.xx.2022-ci ildə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxsnm ölümünə səbəb kəllə qapağı və əsası sümüklərinin sınığı nəticəsində baş beyinə, qişalarına və mədəciklərinə qansızına olmuşdur. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 03 avqust 2022-ci il tarixli 8/1921 №-li rəyi ilə müəyyən edilmişdir ki, «VAZ-21074» markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, təqsirləndirilən şəxsin CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etdiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini və zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayətinin və tələbinin olmadığını, ailəli olduğunu, himayəsində 2 azyaşlı uşağın olduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini göstərmişdir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmədə göstərmişdir ki, təqsirləndirilən şəxs onunla barışıq əldə etmişdir, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbləri yoxdur. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi, onun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanin çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h **********9212327214, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rasim Kazımov
Məhkəmə qərarları › İş №1(010)-374/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-374/2022
03.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver