Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-375/2021 13.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə X1, X7 və X4 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1, X7 və X4 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarını xahiş etmişdir. Həmin şikayət məhkəmənin icraatına 01 dekabr 2021-ci ildə daxil olub. X5 məhkəmənin 08 dekabr 2021-ci il tarixinə təyin olunmuş hazırlıq iclasında iştirak etmiş, lakin 13 dekabr 2021-ci il tarixinə təyin edilmiş hazırlıq iclasına gəlməmişdir. O, 10 dekabr 2021-ci ildə ərizə təqdim edərək şikayəti üzrə əlavə sübutların toplanmasına zərurət yarandığını bildirib xüsusi ittiham qaydasında şikayətinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Qeyd olunur ki, X3, X8 və X6 lazımi qaydada bildirişlər göndərildiyinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işin faktik hallarını nəzərə alaraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən «şikayətin məzmunu bu Məcəllənin 293.3.1 – 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda» məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə «şikayətin verildiyi tarix (il, ay və gün) və yer» göstərilməlidir. Şikayət tərtib edilərkən qanunvericiliyin yuxarıda göstərilən müddəasının tələbinə riayət edilməmiş, yəni şikayətçi şikayətin verildiyi tarixi (il, ay və gün) və yeri göstərməmişdir. Bunu, habelə şikayətçinin əlavə sübutlar toplamaq istəyi ilə əlaqədar şikayətinin geri qaytarılmasını xahiş etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə baxışının keçirilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunmasına dair qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə «bu Məcəllənin 302.1.2 – 302.1.4, 302.1.6 – 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə» qərar çıxarır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300, 302, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 X3, X8 və X6 qarşı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-375/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-375/2021
13.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver