Məhkəmə qərarları › İş №1(010)-376/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-376/2022

04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-376/2022 04.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, 25 avqust 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 1(010)-129/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsiri bilinərək 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, işsiz, ünvan 1-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 01 may 2022-ci il tarixdə, saat 05 radələrində Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi 5 saylı evin qarşısında olan bağ tipli həyətyanı sahəsinə girişində olan dəmir qapı üzərindəki asılqan qıfılını üzərindəki dəmir parçası ilə sındırıb həyətinə qanunsuz daxil olaraq, saxlanc tipli tikilisinin qapısını açmaqla, həmçinin ora daxil olub, otaqdan 1 ədəd 340 manat dəyərində «Saft» markalı ağ-narıncı rəngli yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedi, 1 ədəd 180 manat dəyərində olan «Salute» markalı sarı rəngli yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedi, 1 ədəd 80 manat dəyərində «Kidsstar» markalı qara-yaşıl rəngli uşaqlar üçün nəzərdə tutulmuş velosipedi gizli yolla talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 600 manat məbləğində maddi ziyan vurmaqla, oğurluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 01 may 2022-ci il tarixdə saat 04:30 radələrində narkotik vasitə asıllığı olmasına görə oğurluq etmək üçün küçəyə çıxmışdır ki, nəsə oğurlayıb satmaqla pul qazansın. Buna görə o, həmin tarixdə, həmin saatda oğlu Vüsal tərəfindən alınmış velosipedi sürüb Balaxanı qaracının yanı ilə Qaraçuxur istiqamətindən dərə ilə hərəkət etmiş, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi ilə hərəkət edən zaman, binanın qarşısında olan bağlar onun diqqətini cəlb etmişdir. Binanın qabağında olan bağların qapısı üzərindən baxmış və həmin bağlardan birinə qapı üzərindən baxan zaman, yaşıl qapılı bağın içərisində olan taxta şüşəli saxlanc yeri kimi olan tikilini müşahidə etmiş və buna görə həmin həyət onun diqqətini cəlb elmişdir. Buna görə o, yerdən götürmüş olduğu dəmir parçası ilə qapısı üzərində olan qıfıl sındırmış və qapını açaraq, həyətə daxil olmuşdur. Həmin vaxt o, həyətdə olan şüşəli tikiliyə yaxınlaşmış, həmin tikilinin qapısı örtülü olmuş olsa belə açıq olmuş və buna görə o, həmin tikiliyə keçən zaman üzərində olan alışqan fanarı ilə həmin otağı işıqlandıran zaman ordan bir ədəd yaşlı insan üçün nəzərdə tutulmuş 29 ramalı «Saft» velosipedi, bir ədəd uşaq üçün nəzərdə tutulmuş 22 ramalı «Salute» velosipedi və bir ədəd azyaşlı uşaq üçün olan 18 ramalı «Kidsstar» velolosipedi olmasını görmüşdür. Artıq o, oğurluq edən zaman saat 05 radələri olmuş və bu zaman o, həmin velosipedləri bir-bir həyətdən çıxarıb binanın 1 və 2-ci girişlərinə yığmışdır. Bağın çöl qapısını isə örtüb tərk elmişdir. Bir qədər məhəllənin tinində gözləmişdir ki, həmin velosipedləri aparsın və bir ədəd «uber» taksisinə istifadəsində olan oğlu Vüsala aid olan 055 *** ** ** nömrədən *3333 nömrəsinə zəng etmiş və həmin ünvandan yaşadığı evə sifariş vermişdir. Taksi gəlsə belə, böyük velosiped ilə salona daxil olmamış və öz velosipedini digər velosipedlər ilə bir təhər qırmızı rəngli «Toyota Prius» markalı avtomobilin salonuna qoymuş və oğurladığı iri ramalı velosipedi isə taksinin arxası ilə sürmüşdür və sürücüyə bildirmişdir ki, onu gözləsin və sifariş 2.40 manat etsə belə, sonuncuya 5 manat vermişdir. Yaşadığı evin qarşısında taksi saxlamış və o, velosipedləri həyətə düşürmüşdür. Taksi sürən şəxs həmin velosipedlərin oğurluq olmasını bilməmiş, o, isə əməl və niyyəti barədə həmin şəxsə məlumat verməmişdir. Sonradan Suraxanın RPİ-nin 32-ci PB-in əməkdaşları onun yaşadığı evə gəlmişlər və o, etmiş olduğu əməli etiraf etmiş və cinayət yolu ilə əldə etmiş olduğu velosipedləri polis əməkdaşlarına təhvil vermiş və həmin əşyaların oğurladığını səmimi olaraq etiraf etmişdir, evdə olan ailə üzvlərinə isə həmin velosipedləri uşaları üçün hədiyyə olaraq aldığını bildirmişdir. Qeyd ediləndən başqa hər hansı oğurluq əməli olmamışdır və o, oğurluq edən zaman hər hansı bir şəxs onu görməmişdir və o, qeyd edilən oğurluq cinayətini tək olaraq törətmiş, başqa mənzildən hər hansı əşya oğurlanmamış və o, oğurluq edən zaman hər hansı şəxs onu görməmişdir. Mənzil sahibləri evdə yatmışlar. Başqa hər hansı əşyanı evdən oğurlamamış, onun iştirakı ilə baxış keçirilən zaman o, həmin halları tam olaraq olaraq yerində göstərmişdir. Ona polisdə hər hansı təziq və təsir olmamışdır. Törətdiyi əməldən peşmandır. İş üzrə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiyini, təqsirləndirilən şəxsə qarşı heç bir tələbinin və şikayətinin olmadığını qeyd edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının fikrini dinləyərək, məhkəmə iclaslarının iş üzrə Zərərçəkmiş şəxs iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 09 yanvar 2022-ci il tarixdən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi 5 saylı evin 76 №-li mənzilinə köçmüş, yaşadığı ev 5 mərtəbəli binanın 1-ci mərtəbəsi olmuşdur. Onun yaşadığı evin qarşısında kiçik bağ sahəsi olmuşdur və həmin bağ sahəsi dəmir setka ilə əhatələnmişdir. Setkanın üzəri tam olaraq dəmir sarmaşıq ilə əhatələnmişdir. Həmin bağ sahəsinin dəmir qapısı olmuş, qapı üzərində asılqan qıfıl olmuş və həmin qıfılın açarı daimi olaraq onda olmuşdur. Qapıdan bağ sahəsinə daxil olan kimi həyətdə köhnə qapı pəncələri olan taxta olmaqla, əl damı olaraq istifadə olunan tikili olmuş və həmin əl damının hər hansı qıfılı olmamışdır. Qapısı isə taxtadan olmaqla, üzərində hər hansı qıfılı olmamışdır. Həmin əl damında evin artıq əşyaları, həmçinin uşaqlarının velosipedləri olmuşdur. Belə ki, uşaqlarına bir neçə ay bundan əvvəl 1 ədəd 340 manat dəyərində «Saft» markalı ağnarıncı rəngli yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped, 1 ədəd 180 manat dəyərində «Salute» markalı sarı rəngli yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped və 1 ədəd 80 manat dəyərində «Kidsstar» markalı qara-yaşıl rəngli uşaqlar üçün nəzərdə tutulmuş velosiped almaqla, həmin bağ yerində olan əl damına qoymuş və uşaqlar hava yaxşı olan zaman və istirahət günləri onun iştirakı ilə həmin velosipedləri sürmüşlər. Daha sonra o, yenə həmin velosipedləri bağ sahəsində olan əl damına qoyub, bağın qapısını bağlamaqla tərk etmişdir. 30 aprel 2022-ci il tarixdə, gecə saat 03 radələrində o evində təmir işləri ilə məşğul olmuş və hətta həmin vaxtı bağ sahəsinə getmişdir ki, təmirlə əlaqədar olaraq taxta gətirsin, üzərində olan açarla sonra bağın qapısını saat 03 radələrində bağlayıb tərk etmişdir. 01 may 2022-ci il tarixdə, saat 12 radələrində bağa gələn zaman, qapısının açıq olmasını görmüş, bundan şübhələnmiş və ətrafa diqqət edən zaman, aslıqan qıfılın sındırılmış halda yerə atılmasın görmüş, həmin qıfılı 10 manata almış o, qıfılı götürüb baxmış və sındırılmasının şahidi olmuşdur. Qıfılı bir kənara tullamış və həyətdə olan tikiliyə baxan zaman, orda olan 3 ədəd yuxarıda qeyd etmiş olduğu velosipedlərin yerində olmadığını görmüş və dərhal anlamışdır ki, axşam saatlarında naməlum şəxs həyətyanı bağ sahəsində olan tikilinə qanunsuz olaraq daxil olmaqla, onun qeyd etmiş olduğu cəmi 600 manat dəyərində uşaqlarım üçün almış olduğu və ona məxsus olan velosipedləri gizli olaraq oğurlamışdır. Həmin tikilidən başqa hər hansı əşya oğurlanmamışdır. Buna görə o, dərhal 102 xidmətinə məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gəlmiş, o, oğurluq olan yerləri polis əməkdaşlarına göstərmiş və onun fotoşəkilləri hadisə yerində çəkilmişdir. Həmin hadisəni başqa hər hansı şəxs görməmişdir. Həmin hadisəni o, və ailə üzvülərindən hər hansı biri görməmişlər. Velosipedlər üzərində başqa hər hansı aksesuarlar olmamışdır. Sonra o, polisələrin onun həyətindən oğurluq edən şəxsi tapmasını bilmiş və ona məxsus olan velosipedləri 32-ci polis bölməsinə gətirmişlər və orda əşyalarını görüb tanımış və bildirmişdir ki, həmin əşyalar ona məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş 32-ci Polis bölməsində əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, hazırki iş üzrə zərərçəkmiş şəxs Məmmədov X7 RPİ-in 32-ci polis bölməsinə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi 5 saylı evin qarşısında olan bağ tipli həyətyanı sahəsinə girişində olan dəmir qapı üzərindəki asılqan qıfılın üzərindəki dəmir parçası ilə sındırıb həyətində olan tikilisindən 3 ədəd velosipedin oğurlanması ilə bağlı məlumat vermişdir. Daxil olmuş müraciət əsasında naməlum şəxsin müəyyən olunması istiqamətində keçirilmiş əməliyyat axtarış tədbiri zamanı həmin əməlin hazırki iş üzrə Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən olunmuşdur. Həmin məlumat əsasında müraciət üzrə araşdırma aparan təhqiqatçı və bölmənin əməkdaşı olan sahə inspektoru Mübariz Qasımovun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ev tərəflərindən müəyyən olunmuş və qeyd edilən şəxslərin və Vüqar Əvyubuovıın iştirak ilə yaşadığı evə baxış keçirilən zaman, sonuncu oğurluq etdiyi əşyaları saxlamış olduğu yaşadığı ünvan 1 ünvanında əyani olaraq göstərmiş və cinayət yolu ilə əldə etmiş olduğu 1 ədəd «Saft» markalı ağnarıncı rəngli yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedi, 1 ədəd «Salute» markalı sarı rəngli yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedi və 1 ədəd «Kidsstar» markalı qara-yaşıl rəngli uşaqlar üçün nəzərdə tutulmuş velosipedi təqdim etmiş, bu barədə protokol tərtib edilib, fotoşəkillər çəkilərək, cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən hadisəni gecə saatlarında etməsini etiraf etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitədən asıllığının olması müəyyən olunmuş və hətta onun barəsində Suraxanı Rayon Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işinin olması müəyyən olunmuşdur. Sonuncu etmiş olduğu əməli səmimi olaraq etiraf etmiş və həmin əşyaları oğurladıqdan sonra sifariş əsasında taksi ilə yaşadığı evə gətirməsini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı bir təziq və təsir olmamışdır. Təqsirləndirilən şəxs iştirakı ilə evinə keçrilmiş baxış zamanı protokol tərtib olunmuş və tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuşdur. İştirakçılar tərəfindən protokolun məzmununa dair heç bir irad və təklif, yaxud vəsatət daxil olmadığı üçün, protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarından görünür ki, 10 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 12 may 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(010)-293/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuşdur. İş materiallarından görünür ki, 12 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 25 aprel 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010)-129/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il təvəllüdlü X4, xx.xx.2009-cü il təvəllüdlü X5 və xx.xx.2019-cü il təvəllüdlü X6 adlı övladları var. İş materiallarında olan Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, 4 övladı var və yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işi üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 07 iyul 2022-ci il tarixli 9/3761 nömrəli rəyindən müəyyən olunmuşdur ki, ekspertiza təqdim edilmiş velosipedlərin istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 330.0 manat müəvvən edilir. O cümlədən: 1 ədəd «Saft» markalı ağ-narıncı rəngli yeniyetmələr üçün tutulmuş velosipedi 180.00 manat, 1 ədəd «Salute». markalı uşaqlar üçün nəzərdə tutulmuş velosipedlərin üzərində istismar xarakterli qüsurlar (cızıq, boya qopuqları və.s) olmaqla 90.00 manat, 1 ədəd «Kidsstar» markalı qara-vaşıl rəngli uşaqlar üçün nəzərdə tutulmuş velosiped 60 manatdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 21 yanvar 1998-ci il tarixli Hərbi Dəniz Qüvvələri Hərbi tribunalının hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 241-ci maddəsinin "A" bəndi, 144 maddəsinin 2-ci hissəsi 2 il müddətinə azadlıqda məhrumetmə cəzasına məhkum edilmiş, 04 iyul 2005-ci il tarixli Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə 1 il 6 ay azadlığın məhdudlaşdırması cəzasına, 25 aprel 2022-ci il tarixli Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq alınmış Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-129/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hal-hazırki günədək məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 2 il 3 ay 6 günü icra edilməmişdir. İş materiallarında olan qəbzdən müəyyən olunur ki, 1 ədəd “Saft” markalı, 1 ədəd “Salute” markalı və 1 ədəd “Kidsstar” markalı velosipedlər Zərərçəkmiş şəxs qaytarılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, onun törətdiyi əməli etiraf etməsini, əməldən səmimi peşmançılıq çəkməsini, ailəli və himayəsində 1 azyaşlı olmaqla 2 nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alaraq, cəzanı ağırlaşdıran halların olmamasını qeyd edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs oğurladığı 1 ədəd “Saft” markalı, 1 ədəd “Salute” markalı və 1 ədəd “Kidsstar” markalı velosipedlərin Zərərçəkmiş şəxs qaytarıldığından, zərərçəkmiş şəxsə qaytarılmış hesab edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Əyyubov X3 Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Suraxanı rayon Məhkəməsinin 1(010)-129/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs oğluna təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 01 il 02 ay 28 gün azadlıqdan məhrum etmə hazırki hökmlə təyin olunan 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və ona 02 (iki) il 03 ay (üç) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Suraxanı rayon Məhkəməsinin 1(010)-129/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkmiş olduğu 02 (iki) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 01 (bir) ay 10 (on) gün azadlıqdan məhrum etmə müddəti ona təyin olunmuş cəza müddətinə hesablansın, üzərində 2 (iki) il 01 (bir) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbayan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 may 2022-ci il tarixdən 12 may 2022-ci il tarixədək tutulduğu 02 gün təyin olunmuş 2 (iki) il 01 (bir) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 01 (bir) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi reCimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 04 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin, İş üzrə maddi sübut 1 ədəd “Saft” markalı sarı rəngli yeniyetmələr üçün nəzərdə tutlmuş velisopedin, 1 ədəd “Salute” markalı sarı rəngli yeniyetmələr üçün nəzərdə tutlmuş velisopedin və 1 ədəd “Kidsstar” markalı qara-yaşıl rəngli uşaqlar üçün nəzərdə tutulmuş velosipedin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın İş üzrə mülki iddia verilməmişdir. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar