Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-377/2025 02.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, məhkəmə iclas katibi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 13, mənzil 27-də qeydiyyatda olmaqla, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dəniz kənarı yolu yaşayış massivi nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma cinayətini törətmişdir. Belə ki, o, 27 iyun 2024-cü il tarixdə saat 23:50 radələrində Suraxanı rayonu, Hava Limanı istiqamətindən Zığ qəsəbəsi istiqamətində hərəkətdə olarkən “Yol-Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq yüngül dərəcəli sərxoşluq vəziyyətində qanuni əsaslarla etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” (hibrid) minik markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə dumasından ayırmamalı, sağ zolaqda dayanmış avtomobildən hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, həmin avtomobildən hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli olduğu halda bunları etməyərək nasaz vəziyyətdə olduğundan yolun sağ kənarında qəza işiqlarını yandıraraq dayanmış ** GA *** dövlət qeydiyyat nişanlı “Mersedes Benz 410 D” markalı bortlu tentli yük avtomobili ilə arxa tərəfdən toqquşmuş, onun ehtiyatsızlığı “Mersedes Benz 410 D” markalı ** GA *** dövlət qeydiyyat nişanlı bortlu tentli yük avtomobilin alt hissəsində təmir işi görən sürücüsü Zərərçəkmiş şəxs baş beyin silkələnməsi ilə müşayiət olunan təpə nahiyyəsinin əzilmiş cırılmış yarası Th8 (Vİİİ döş) fəqərə cisminin kompression fəsadlaşmayan sınığı, sağ kürəküstü nahiyyənin sol kürək nahiyəsinin sağ disrək oynağı nahiyəsinin sağ qasıq və bel nahiyəsinin çoxsaylı sıyrıqları əmələ gəlməsi ilə müşayiət olunan dərəcəsinə görə ümümilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi ilə ittiham edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə prosesində bildirmişdir ki, o, ilk olaraq vəkillə apreldə tanış olub, aprelin 7-si həbs edilsə də, yalnız 8 aprel 2024-cü il tarixdə müdafiəçisi gəlmiş, 9 aprel isə sənədlərə qol çəkmiş, 17 mart 2024-cü il tarixdə heç bir sənədə qol çəkməmiş, ümumiyyətlə, 17 mart 2024-cü il tarixdə istintaq şöbəsində olmamışdır. Müstəntiq hətta sonra da da əlaqə saxlamayıb, özü, heç bir əsas olmadan aprelin 1-i barəsində axtarış vermişdir. Belə ki, o, həmin vaxtı taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bunun təsdiqi olaraq məhkəmə iclasında özünün etibarnamə əsasında idarə etdiyi avtomobil üzrə 17 mart 2025-ci il tarixdə qəbul etdiyi “Yango” tətbiqində qeydiyyata alınmış sifarişlərin siyahısını təqdim etmişdir. Dövlət ittihamçısı vəsatətlə müraciət edərək, bildirmişdir ki, Təqsirləndirilən şəxs 27 iyun 2024-cü il tarixdə saat 23:50 radələrində Suraxanı rayonu, Hava Limanı istiqamətindən Zığ qəsəbəsi istiqamətində hərəkətdə olarkən “Yol-Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq yüngül dərəcəli sərxoşluq vəziyyətində təmir işi görən sürücüsü Zərərçəkmiş şəxs sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə prosesində bildirmişdir ki, o, ilk olaraq müdafiəçisi ilə 2025-ci ilin aprel ayında tanış olmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixdə həbs edilmiş, xx.xx.2025-ci il tarixdə müdafiəçisi yanına gəlmiş, xx.xx.2025-ci il tarixdə sənədlərə qol çəkmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs onun ibtidai istintaq zamanı müdafiə hüquqlarının pozulduğunu bildirərək göstərmişdir ki, 17 mart 2025-ci il taridə təqsirləndirilən şəxsin cəlb edilməsi haqqında qərar tərtib edilərkən onun iştirakı olmadan tərtib edilmişdir. Belə ki, o, həmin vaxtı taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bunun təsdiqi olaraq məhkəmə iclasında özünün etibarnamə əsasında idarə etdiyi avtomobil üzrə 17 mart 2025-ci il tarixdə qəbul etdiyi “Yango” tətbiqində qeydiyyata alınmış sifarişlərin siyahısını təqdim etmişdir. “Yanqo” tətbiqində olan çıxarışa əsasən təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16:34-də “Panda kids” Qara Qarayev prospekti, 117 B sifarişi almış, sonradan 16:58-də Qaraçuxur qəsəbəsi, 16-cı küçəsi, Qaraçuxur, 2 ünvanına sifariş almış, daha sonradan 18:16-da Qara Qarayev prospekti, 750 D ünvanına sifariş almışdır. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonunun anten göstəricilərinə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 16:33-də həmin nömrənin anten göstəriciləri Qara Qarayev prospektini, saat 17:07-də Yeni Günəşli qəsəbəsi, ATS77-nin ətrafını, saat 17:37-də Nəsrəddin Tusi küçəsini, saat 17:48 Yeni Günəşli qəsəbəsi, Mehmandarov küçəsini, saat 18:18-də Xətai rayonu, Qara Qarayev prospekti 126, saat 18.32-də Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov ünvanları göstərilir. Beləliklə, dövlət ittihamçısı təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması qərarına gələrək, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və Rayon İstintaq Şöbəsinin müstəntiqi polis mayoru Elnur Əliyev barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxsə münasibətdə həyata keçirilən prosessual hərəkətlər: 27 iyun 2024-cü il tarixdə saat 23:50-də radələrində Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs idarə etdiyi Toyota Prius markalı 55VS731 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman Zərərçəkmiş şəxs idarə etməklə nasaz vəziyyətdə olduğundan yolun sağ kənarında saxladığı ** GA *** dövlət qeydiyyat nişanlı “Mersedes Benz 410 D” markalı ** GA *** dövlət qeydiyyat nişanlı bortlu tentli yük avtomobilinə arxa tərəfdən çırpılmış və nəticədə avtomobilin alt hissəsində təmir işləri görən sonuncu sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq X7 daxil olmuşdur. Hadisədən sonra Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar izahatını vermişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barəsində 29 iyun 2024-cü il tarixli qərarları ilə məhkəmə tibbi ekspertizaları təyin edilmişdir. 10 avqust 2024-cü il tarixdə məhkəmə tibbi ekspertizasının rəyi artıq alınmış, həmin rəyə əsasən Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 Publik Hüquqi şəxsin Suraxanı rayon şöbəsindən verilən 10 iyul 2024-cü il tarixli 521 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan təpə nahiyyəsinin əzilmiş cırılmış yarası, Th 8 (Vİİİ döş) fəqərə cisminin kompression fəsadlaşmayan sınığı, sağ kürəküstü nahiyyənin sol kürək nahiyəsinin sağ dirsək oynağı nahiyəsinin sağ qasıq və bel nahiyəsinin çoxsaylı sıyrıqları, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi şəraitində iki avtomaşının toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümümlikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Həmin faktla bağlı toplanmış materiallar əsasında tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. 05 noyabr 2024-cü il tarixli şahidin dindirilməsi haqqında protokoluna əsasən Təqsirləndirilən şəxs şahid qismində dindirilmişdir. Cinayət işi üzrə icraatına dayandırılması haqqında 01 dekabr 2024-cü il tarixli qərarına əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri təyin edilməsi haqqında qərar qəbul edilsə də, iş üzrə müvafiq ekspertiza rəyi olmadığından təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işinin icraatı dayandırılması qərara alınmışdır. 04 dekabr 2024-cü il tarixdə cinayət işi üzrə əməl tərəfindən Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsindən həmin Məcəllənin 263-1.1-ci maddəsinə tövsif edilmişdir. 16 mart 2025-ci il tarixdə cinayət işi üzrə icraat təzələnərək təzələnərək iş müstəntiq Suraxanı RPİ-in İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Elnur Əliyevin icraatına qəbul edilmişdir. 17 mart 2025-ci il tarixdə Qasımov X4 RPİ-in İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Elnur Əliyev tərəfindən Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Qərar Təqsirləndirilən şəxs və onun müdafiəçisinə 17 mart 2025-ci il tarixdə saat 16:30da təqdim edilmişdir. Təqsirləndirilən şəxsə müdafiəçinin təqdim olunması haqqında protokol 17 mart 2025-ci il tarixdə tərtib edilmişdir. 17 mart 2025-ci il tarixli təqsirləndirilən şəxsə hüquqların və vəzifələrin izah edilməsi haqqında bildiriş Təqsirləndirilən şəxs imzalanmışdır. Təqsirləndirilən şəxsin məhkəmə-tibb və əlavə məhkəmə-tibbi ekspertizaların rəyləri ilə tanış olması haqqqında protokol 17 mart 2025-ci il tarixdə tərtib edilmiş, Təqsirləndirilən şəxs və onun müdafiəçisinin imzaları atılmışdır. 17 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Suraxanı RPİ-in İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Elnur Əliyev başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs dindirilməsi haqqında protokola əsasən o, 17 mart 2025-ci il tarixdə Suraxanı RPİ-in İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Elnur Əliyev tərəfindən dindirilmişdir. Təqsirləndirilən şəxsin barəsində axtarışın elan edilməsi haqqında 01 aprel 2025-ci il tarixdə qərara əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozaraq istintaqdan qəsdən gizləndiyinə görə müstəntiq tərəfindən 01 aprel 2025-ci il tarixdə barəsində axtarış elan olunmuş və həmin tarixdə cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar qəbul edilmişdir. Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində 08 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq Suraxanı RPİ-nin MSY-nə yerləşdirildiyindən həmin tarixdə cinayət işinin icraatı təzələnərək iş müstəntiq E.Əliyevin icraatına qəbul edilmişdir. 10 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, 17 mart 2025-ci il taridə təqsiqləndirilən şəxsin cəlb edilməsi haqqında qərar tərtib edilərkən onun iştirakı olmadan tərtib edilmiş, həmin vaxt o həmin prosessual hərəkətdə iştirak etməmişdir. Həmin halların təsdiqi olaraq özünün etibarnamə aldığı və idarə etdiyi avtomobil üzrə 17 mart 2025-ci il tarixdə qəbul etdiyi “Yango” tətbiqində qeydiyyata alınmış sifarişlərin siyahısını təqdim etmişdir. 29 iyul 20205-ci id tarixli məhkəmə iclasında tərəflərin iştirakı ilə Təqsirləndirilən şəxs məxsus telefonunda işlətdiyi “Yanqo” proqramının akkauntuna daxil olunmuş və baxış keçirilmişdir. Akkauntda müəyyən edilmişdir ki, 77 YH768 dövlət qeydiyyat nişanlı avtomobil həmin proqramda qeydiyyata alınmışdır 77 YH768 dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında Təqsirləndirilən şəxs məxsusdur (etibarnamə “Azərmaş Lizinq MMC” tərəfindən verilmiş 24.07 2025-ci il tarixində verilmişdir. Ettibarnamə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək etibarlıdır.) Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 263- 1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** telefon nömrələrinin, təqsirləndirilən şəxsin müdafiəçisi X3 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** telefon nömrələrinin 17 mart 2025-ci il, 19 mart 2025-ci il, 23 mart 2025-ci il, 28 mart 2025-ci il, 08 aprel 2025-ci il, 09 aprel 2025-ci il, 10 aprel 2025-ci il tarixi əhatə edən dövr ərzində həmin nömrələrə daxil olan və çıxan zənglər, həmin zəngləri edən abonentlərin şəxsi məlumatları və həmin abonentlərin cədvəli anten əhatə dairəsi, qeyd edilən nömrənin hansı İMEİ kodlu mobil telefon cihazında istifadə edilməsi, həmin İMEİ kodlu mobil telefonun və həmin nömrənin anten əhatə dairəsi barədə məlumatların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tələb edilməsi haqqında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilməklə, Azərbaycan Respublikası CM-nin 263-1.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** telefon nömrələrinin, təqsirləndirilən şəxsin müdafiəçisi X3 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** telefon nömrələrinin 17 mart 2025-ci il, 19 mart 2025-ci il, 23 mart 2025-ci il, 28 mart 2025-ci il, 08 aprel 2025-ci il, 09 aprel 2025ci il, 10 aprel 2025-ci il tarixi əhatə edən dövr ərzində həmin nömrələrə daxil olan və çıxan zənglər, həmin zəngləri edən abonentlərin şəxsi məlumatları və həmin abonentlərin cədvəli anten əhatə dairəsi, qeyd edilən nömrənin hansı İMEİ kodlu mobil telefon cihazında istifadə edilməsi, həmin İMEİ kodlu mobil telefonun və həmin nömrənin anten əhatə dairəsi barədə məlumatların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi qərara alınmışdır. Yanqo tətbiqində olan çıxarışa əsasən təsqirləndirilən şəxs 16:34-də “Panda kids”, Qara Qarayev prospekti, 117 B sifarişi almış, sonradan 16:58-də Qaraçuxur qəsəbəsi, 16cı küçəsi, Qaraçuxur, 2 ünvanına sifariş almış, sonradan 18:16-da Qara Qarayev prospekti, 750 D ünvanına sifariş almışdır. Tərəflərlə birlikdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonunun anten göstəricilərinə baxış keçirdərək, müəyyən edilmişdir ki, saat 16:33-də həmin nömrənin anten göstəriciləri Qara Qarayev prospektini göstərir, saat 17:07-də Yeni Günəşli qəsəbəsi, ATS77-nin ətrafı, saat 17:37-də Nəsrəddin Tusi küçəsini, saat 17:48 Yeni Qünəşli qəsəbəsi, Mehmandarov küçəsi, saat 18:18-də Xətai rayonu, Qara Qarayev prospekti 126, “Aygün” gözəllik salonu - ünvanı göstərir. Saat 18:32-da Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov ünvanda oduğunu göstərir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. 85-ci maddəsinə əsasən müstəntiqin vəzifələridir: 85.2.12. Bu Məcəllənin 158, 159, 218—221-ci maddələrinin tələblərinə riayət etməklə ibtidai istintaqı başa çatdırmaq, habelə cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi, mülki iddiaçını və onların nümayəndələrini tanış etmək, bununla əlaqədar verilmiş vəsatətlərə baxmaq və cinayət işi üzrə ittiham aktını tərtib edərək işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmək; CPM-nin 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-nin 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında baxılan məsələlər sırasında aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmamasına da baxılır. CPM-nin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də 300.1.5-ci maddədə qeyd olunmuş cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərardır. CPM-nin 301.1-ci maddəsinə əsasən məhkəmə baxışı məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə aşağıdakı hallarda təyin edilir: 301.1.1. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda; 301.1.2. ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə; 301.1.3. məhkəməyədək icraat bu Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda. Belə olan halda, cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən istintaq orqanı tərəfindən ibtidai istintaq zamanı kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işi materiallarına baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Hazırkı cinayət işi üzrə CPM-nin 303.3-cü maddəsində nəzərdə tutulmuş, yuxarıda sadalanan pozuntular vardır və bu səbəbdən, məhkəmə baxışını təyin etmək mümkün deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar digər pozuntularla yanaşı aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması, 303.3.8. məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması. 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284—288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. 289.3-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində həmçinin aşağıdakılar göstərilir: 289.3.1. cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar; 289.3.3. təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar. 289.4. İttiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. 223.1-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur. 223.2-ci maddəsinə əsasən bu Məcəllənin 223.1-ci maddəsində nəzərdə tutulmuş sübutlar olduqda müstəntiq şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərar çıxarır. 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilməlidir. Belə ki, məhkəmə istintaq zamanı müəyyən edilmişdir ki, 27 iyun 2024-cü il tarixi hadisədən sonra Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar izahatını vermiş, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barəsində 29 iyun 2024-cü il tarixli qərarları ilə məhkəmə tibbi ekspertizaları təyin edilmiş, 10 avqust 2024-cü il tarixdə məhkəmə tibbi ekspertizasının rəyi artıq alınmışdır. Həmin faktla bağlı toplanmış materiallar əsasında tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinni 263.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. 05 noyabr 2024-cü il tarixli şahidin dindirilməsi haqqında protokoluna əsasən Təqsirləndirilən şəxs şahid qismində dindirilmişdir. Lakin cinayət işi üzrə icraatına dayandırılması haqqında 01 dekabr 2024-cü il tarixli qərarına əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri təyin edilməsi haqqında qərar qəbul edilsə də, iş üzrə müvafiq ekspertiza rəyi olmadığından təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işinin icraatı dayandırılması qərara alınmışdır. 04 dekabr 2024-cü il tarixdə cinayət işi üzrə əməl tərəfindən Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsindən həmin Məcəllənin 263-1.1-ci maddəsinə tövsif edilmişdir. 16 mart 2025-ci il tarixdə cinayət işi üzrə icraat təzələnərək Suraxanı RPİ-in İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Elnur Əliyev təzələnərək iş müstəntiq E.Əliyevin icraatına qəbul edilmişdir. Sonradan heç bir bildiriş göndərilmədən, Təqsirləndirilən şəxs rəsmi qaydada məlumatlandırılmadan, 17 mart 2025-ci il tarixdə Qasımov X4 RPİ-in İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Elnur Əliyev tərəfindən Azərbaycan Respublikası CM-nin 263- 1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Qərar Təqsirləndirilən şəxs və onun müdafiəçisinə 17 mart 2025-ci il tarixdə saat 16:30-da təqdim edilmişdir. Həmin tarixdə digər prosessual sənədlər, o cümlədən Təqsirləndirilən şəxsə müdafiəçinin təqdim olunması haqqında protokol, 17 mart 2025-ci il tarixli təqsirləndirilən şəxsə hüquqların və vəzifələrin izah edilməsi haqqında bildiriş, təqsirləndirilən şəxsin məhkəmə-tibb və əlavə məhkəmə-tibbi ekspertizaların qərarları ilə tanış olması haqqqında protokol, Təqsirləndirilən şəxs barəsində Suraxanı RPİ-in İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Elnur Əliyev başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri tərtib edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs dindirilməsi haqqında protokolda qeyd olunur ki, o, 17 mart 2025-ci il tarixdə Suraxanı RPİ-in İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Elnur Əliyev tərəfindən dindirilmişdir. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 17 mart 2025ci il taridə təqsirləndirilən şəxsin cəlb edilməsi haqqında qərar tərtib edilərkən onun iştirakı olmadan tərtib edilmiş, həmin vaxt iştirakı təmin edilməmiş, və o faktiki olaraq həmin prosessual hərəkətin həyata keçirilməsində iştirak etməmişdir. Həmin halların təsdiqi olaraq Təqsirləndirilən şəxs özünün etibarnamə aldığı və idarə etdiyi avtomobil üzrə 17 mart 2025-ci il tarixdə qəbul etdiyi “Yango” tətbiqində qeydiyyata alınmış sifarişlərin siyahısını təqdim etmişdir. 29 iyul 2025-ci il tarixli məhkəmə iclasında tərəflərin iştirakı ilə Təqsirləndirilən şəxs məxsus telefonunda işlətdiyi “Yanqo” proqramının akkauntuna daxil olunmuş və baxış keçirilmişdir. Akkauntda müəyyən edilmişdir ki, 77 YH768 dövlət qeydiyyat nişanlı avtomobil həmin proqramda qeydiyyata alınmışdır, 77 YH768 dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında Təqsirləndirilən şəxs məxsusdur (etibarnamə “Azərmaş Lizinq MMC” tərəfindən verilmiş 24.07 2025-ci il tarixində verilmişdir. Ettibarnamə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək etibarlıdır.) Bundan əlavə məhkəmə tərəfindən həmin məlumatların yoxlanılması məqsədi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** telefon nömrələrinin 17 mart 2025-ci il, 19 mart 2025-ci il, 23 mart 2025-ci il, 28 mart 2025-ci il, 08 aprel 2025-ci il, 09 aprel 2025-ci il, 10 aprel 2025-ci il tarixi əhatə edən dövr ərzində həmin nömrələrə daxil olan və çıxan zənglərin anten əhatə dairəsi barədə məlumatların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tələb edilərək, sorğuya cavab olaraq alınmış Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonunun anten göstəricilərinə baxış keçirilərək, müəyyən edilmişdir ki, saat 16:33-də həmin nömrənin anten göstəriciləri Qara Qarayev prospektini göstərir, saat 17:07-də Yeni Günəşli qəsəbəsi, ATS77-nin ətrafı, saat 17:37-də Nəsrəddin Tusi küçəsini, saat 17:48 Yeni Qünəşli qəsəbəsi, Mehmandarov küçəsi, saat 18:18-də Xətai rayonu, Qara Qarayev prospekti 126, “Aygün” gözəllik salonu - ünvanı göstərir. Saat 18:32-da Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov ünvanda oduğunu göstərir. Məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində cəlb edilməsi haqqına qərar qəbul edilərkən, onun iştirak olmadan tərtib edilmiş, bununla da onun əsas prosessual hüququ – müdafiə hüququ pozulmuşdur. Cinayət-prosessual qanunvericliyə əsasən, təqsirləndirilən şəxsin hüquqları onun iştirak etdiyi məhələlərdə təmin edilməlidir. Əgər şəxs cinayət məsuliyyətinə onun iştirakı olmadan cəlb edilirsə, bu, həm Azərbaycan Respublikasının Konstitusiyasına, həm də Cinayət-Prosessual Məcəlləyə ziddir və həmin prosessual sənədin və ona dair hərəkətin qeyri-mötəbər hesab edilməsi üçün əsasdır. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Müttəhimin müdafiə hüququnu təmin edən qanunların məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 dekabr 1994-cü tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin konkret olaraq nədə ittiham olunduğu təqsirləndirilən şəxs kimi cəlb etmə qərarında konkret göstərilməlidir. Təqsirləndiridlən şəxs ona qarşı irəli sürülmüş itihamla tanış olmalı, özünü müdafiə etmək hüququna malik olmalı, müdafiəçi ilə təmin edilməli, öz mövqeyini ifadə etmək imkanına malik olmalıdır. Həmçinin həmin anda təqsirləndirilən şəxsin işə cəlb edilməsi haqqında qərarın ona elan olunması və hüquqların izah olunması vacibdir. Təqsirləndirilən şəxsin iştirakı olmadan cinayət məsuliyyətinə cəlb edilməsi müdafiə hüququnun pozulması ilə nəticələnir. Bu, yalnız prosessual qaydaların deyil, həm də hüquq dövlətinin əsas prinsiplərinin pozulmasıdır. Həmçinni də bu hüquqları pozularsa, bu hal ədalətli məhkəmə araşdırmasının pozulması hesab olunur. Odur ki, dövlət ittihamçısının vəsatəti təmin edilərək cinayət işinin baxılmasına xitam verilməli və o, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. CPM-nin 307-ci maddəsinin tələbləri nəzərə alınaraq müstəntiq, polis mayoru X2 barəsində xüsusi qərar çıxarılmaqla Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə göndərilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, CPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, o cümlədən aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Beləliklə, məhkəmə ilkin dinləmələr aparmaqla yuxarıda qeyd edilən halları və cinayət işi materiallarını ətraflı tədqiq edərək hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına CPM-in 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ittiham aktını tərtib etmiş Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru X6 barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır . CPM-nin 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Göründüyü kimi CPM-nin 300.1.5-ci maddəsində qeyd olunmuş cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərardan şikayət və ya protest verilməsi qanunda nəzərdə tutulmamışdır. CPM-nin 303.5-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verildikdə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldıqda o, prokurorluğa daxil olduğu vaxtdan istintaq müddəti əvvəllər aparılmış məhkəməyədək icraat zamanı hesablanmış müddətə əlavə olaraq hesablanır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 299-300, 303, 306-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına CPM-in 303-cü maddəsinə əsasən xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ittiham aktını tərtib etmiş Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru X6 barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-377/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-377/2025
02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver