Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-378/2022 06.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi, vəkil Müdafiəçi3, Təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evlihimayəsində 1 yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış işləməyən, pensioner, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 343430,00 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 noyabr 2019-cu il tarixli, 2(103)-13636/2019 saylı qətnaməsinin icrası təmin edilməsi üçün Bakı şəhəri Suraxanı rayon icra şöbəsinə göndərildikdən sonra, sonuncunun icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə inzibati məsuliyyətə cəlb olunması barədə icra məmuru tərəfindən verilmiş 21 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 3(010)-1174/2021 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətində inzibati həbs edilməsinə, məhkəmə aktının icrasının təmin edilməsi üçün ona yeni müddət təyin olunmaqla məsuliyyəti barədə 13 noyabr 2021-ci il, 17 yanvar 2022-ci il, 01 mart 2022- ci il tarixlərdə rəsmi xəbərdarlıqlar verilməsinə baxmayaraq, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 17 mart 2022-ci il tarixədək şəxsi maraq niyəti ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vuraraq, məhkəmənin qanuni qüvvədə olan məlum aktını qərəzli icra etməməklə, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Məhkəmə baxışı zamanı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və göstərmişdir ki, o, hazırda əmək pensiyasında olduğu üçün işləmir və aylıq pensiya alır. Əlavə olaraq ifadəsində qeyd etmişdir ki, X4 Zərərçəkmiş şəxslə olan iş birliyindən sonuncuya borcu yaranmış, A.Məmmədova onun həyat yoldaşı olduğundan, sonuncunun Zərərçəkmiş şəxs olan borcunu öz üzərinə götürərək, 09 mart 2016-cı il tarixdə Zərərçəkmiş şəxslə borc müqaviləsi bağlamış, 15 aprel 2016-cı ildən başlayaraq 16 fevral 2017-ci ilədək borcundan 98600,00 ABŞ dollarını Zərərçəkmiş şəxs Türkiyyə Cümhuriyyətindəki bank hesabına köçürmüş, sonradan borcun qalan hissəsini ödəyə bilməmiş, Zərərçəkmiş şəxs isə borcun ödənilmiş hissəsini nəzərə almayaraq, 09 mart 2016-cı il tarixli müqavilədə göstərilmiş borca görə ona qarşı məhkəmədə iddia qaldırmış, Bakı Apelyasiya Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(103)-13636/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, ondan 343430,00 manat məbləğində pul vəsaiti tutularaq, Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmiş, bununla əlaqədar Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmiş, o, isə borcundan 98600,00 ABŞ dollarını qətnamə qəbul olunmamışdan əvvəl ödəsə də, qalan hissəsini maddi imkanının yüksək olmadığına görə ödəyə bilmədiyindən, məhkəmə aktını icra edə bilməmiş, icra məmuru ona tələbin təmin edilməsi ilə əlaqədar bildiriş vermiş, o, isə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırdığından, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 3(010)-1174/2021 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətində inzibati həbs edilmişdir. Bundan sonra icra məmuru ona qətnamənin icrasını təmin etməsi ilə əlaqədar rəsmi xəbərdarlıq versə də, o, maddi imkanının olmaması və ağır xəstə olması səbəbindən məhkəmə aktını icra etməmişdir. Əlavə olaraq bildirmişdir ki, borc müqaviləsi bağlanan zaman Hasan Döləkə nağd pul verməyib, müqavilə sərmayənin qalmasına görə bağlanmışdır. Sərmayənin əsası kimi guya həmin məbləğdə dərmanı alıb Azərbaycana göndərib, lakin əslində o qədər dərman göndərilməyib. Dərmanlar Avromed şirkətinə verilmiş, satıldıqca, pulu Türkiyə Respublikasına, Zərərçəkmiş şəxs rəhbərlik etdiyi şirkətin hesabına köçürmüşdür. Daha sonra şirkət iflasa uğramış, Hasan Dölək zavodla müqavilə bağlamış, 250000 dollarlıq borcu olduğundan, zavod onlara üstünlük vermişdir. Hasan Dölək borcu onun ödəyəcəyini, hissə-hissə ödənişə razı olduğunu bildirmiş, o, isə yoxlama keçirmədən, sonuncuya inanaraq müqavilə bağlanmışdır. Yaranmış borc ilə əlaqədar Zərərçəkmiş şəxs təzminat tələbi ilə Türkiyə Respublikasında məhkəməyə müraciət etmişdir, məhkəmə tərəfindən sərmayənin müəyyən edilməsi üçün audit yoxlaması təyin edilmişdir. Lakin bundan əvvəl Türkiyə Respublikasında 2019-2020ci il tarixlərdə keçirilmiş audit yoxlaması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs şirkətində dediyi qədər sərmayəsi yoxdur. Həmçinin bildirir ki, zərərçəkmiş şəxsə 2017-ci il tarixdə 98.600 ABŞ dolları ödəniş edib. Maddi vəziyyəti aşağı səviyyədə olduğundan, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağı və ödəməli olduğu kredit borcu olduğundan, qalan borcunu ödəyə bilməmişdir. O, 2-ci qrup əlildir, 1419,00 manat məbləğində pensiya alır, borcun həmin pensiyadan tutulmasına etiraz etmir. Həmçinin, o, ağır xəstəlikdən, mədəsinin İİİ dərəcələri xərcəngindən, yəni onkoloji xəstəlikdən əziyyət çəkir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Əməlindən peşmandır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Təqsirləndirilən şəxs həyat yoldaşı (arvadı) X8 ilə şərikli 2015-ci ildə «Fp.Medikal Dış Ticaret Ltd» dərman şirkətini yaratmış, bir müddət birgə işlədikdən sonra ondan ayrılmış, həmin vaxt A.Məmmədovanın ona borcu yarandığı məlum olmuş, bundan sonra borcunu ondan tələb edərkən, sonuncunun həyat yoldaşı O. Balayev borcu ödəyəcəyini öhdəsinə götürmüş, 09 mart 2016-cı il tarixdə sonuncu ilə borc müqaviləsi bağlamış, sonradan öhdəliyini yerinə yetirməkdən boyun qaçırdığı üçün, ona qarşı məhkəmədə iddia qaldıraraq pulunu tələb etmiş, Bakı Apelyasiya Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(103)-13636/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, Təqsirləndirilən şəxs 343430,00 manat məbləğində pul vəsaiti tutularaq onun xeyrinə ödənilməsi qət edilmiş, məhkəmə qətnaməsinin icrası ilə Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmurları məşğul olmuş, bununla bağlı borcuya dəfələrlə bildiriş təqdim edilməsinə baxmayaraq, sonuncu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək qətnamənin icrasını təmin etməkdən yayındığı üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2021-cİ il tarixli, 3(010)-1174/2021 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətində inzibati həbs edilmiş, bundan sonra icra məmuru qətnamənin icrası ilə əlaqədar ona rəsmi xəbərdarlıq versə də o, məhkəmə aktını icra etməmiş, qeyri rəsmi olaraq tibbi cihazların satışı ilə məşğul olmasına və yüksək məbləğdə əmək pensiyası aldığı üçün xeyli miqdarda pul qazanmasına baxmayaraq qətnaməni qərəzli olaraq icra etməmişdir. Əlavə olaraq ifadəsində qeyd etmişdir ki, 09 mart 2016-cı il tarixdə Bakı şəhəri 37 saylı notariat kontorunda bağlanmış borc müqaviləsində göstərilmiş 343430,00 manat pul borcundan 98600,00 ABŞ dolları Təqsirləndirilən şəxs tərəfindən 15 aprel 2016-cı ildən başlayaraq 16 fevral 2017-ci ilədək onun Türkiyyə Cümhuriyyətindəki «Garanti» bank hesabına köçürmüş, borcun ödənilmiş məbləğini dəqiqləşdirə bilmədiyindən ümumi borca qarşı məhkəmədə iddia qaldırmış, Təqsirləndirilən şəxs borcundan 98600,00 ABŞ dollarını ona ödəməsinə baxmayaraq, qalan hissəsini ödəməmişdir. Məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs nümayəndəsi, vəkil Müdafiəçi3 ifadəsində sonuncunun ibtidai istintaq zamanı qeyd etdiyi xüsusatları bir daha təsdiq edərək, əlavə olaraq bildirmişdir ki, işin halları məlumdur, məhkəmə qətnaməsi mövcuddur, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi qərəzli şəkildə icra edilmir, əvvəllər təqsirləndirilən şəxs tərəfindən ödənişlər edilib, amma sonradan heç bir ödəniş edilməmişdir. Qarşı tərəf Türkiyə Respublikasında iddia qaldırmışdır, onlar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş məbləğlə razılaşmırlar, bu da onu göstərir ki, təqsirləndirilən şəxs ödəniş etmək iqtidarında deyildir, tərəflər arasında barışıq mövcud deyil, qarşı tərəf məbləğin ödənilməsinə heç bir cəhd etmir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 343430,00 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 noyabr 2019-cu il tarixli, 2(103)-13636/2019 saylı qətnaməsinin icrası təmin edilməsi ilə əlaqədar Bakı şəhəri Suraxanı rayon icra şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul ediliərək, 15 sentyabr 2020-ci il tarixdə icraata başlanma haqqında qərar qəbul edilmiş, icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü təmin edilməsi üçün borcluya bildiriş təqdim edilmiş, məhkəmə qətnaməsi könüllü icra müddətində icra olunmadığından aidiyyəti.orqanlara verilmiş sorğulara alınmış cavablaradan onun adına olan əmlakları aşkar etmək mümkün olmamış, müxtəlif tarixlərdə Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon icra şöbəsinə dəvət olunaraq ondan izahatlar alınmış, qanunun tələbləri və məsuliyyəti ona izah edilməsinə baxmayaraq, sonuncu icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməkdən yayındığı üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2021ci il tarixli, 3(010)-1174/2021 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətində inzibati həbs edilmiş və məhkəmə aktının icrasının təmin edilməsi üçün ona yeni müddət təyin edilməsinə baxmayaraq, hərəkətlərini davam etdirməklə, qətnamənin icrasından qərəzli yayınmışdır. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmuru Şahid1 da Şahid2 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tıdbiri seçilmişdir. İş materiallarında olan Bakı Apelyasiya məhkəməsinin 2(103)-13636/2019 saylı 29 noyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 343.430 (üç yüz qırx üç min dörd yüz otuz) manat məbləğində pulun alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan 18 mart 2016-cı il, 15 aprel 2016-cı il, 06 iyun 2016-cı İl, 07 iyun 2016-cı ii, 13 iyun 2016-cı il, 18 iyun 2016-cı il, 24 iyun 2016-cı il, 29 iyun 2016-cı il, 13 iyul 2016-cı il, 27 iyul 2016-cı il, 05 avqust 2016-cı il, 26 avqust 2016-cı il, 08 sentyabr 2016-cı il, 24 oktyabr 2016-cı il, 23 noyabr 2016-cı il, 08 dekabr 2016-cı il, 09 dekabr 2016-cı il, 13 dekabr 2016-cı il, 14 dekabr 2016-cı il, 20 dekabr 2016-cı il, 23 yanvar 2017-ci il, 24 yanvar 2017-ci il, 10 fevral 2017-ci il, 16 fevral 2017-ci il tarixli bank qəbzlərindən də görünür ki, 09 mart 2016-cı il tarixdə Bakı şəhəri 37 saylı notariat kontorunda bağlanılmış borc müqaviləsində göstərilmiş 343430,00 manat pul borcundan 98600,00 ABŞ dolları Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs Türkiyyə Cümhuriyyətindəki «Garanti» bank hesabına ödənilmişdir. İş materiallarından olan elektron portal sisteminin çıxarışından görünür ki, Təqsirləndirilən şəxs 1290,08 manat məbləğində əmək pensiyası alır. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə aktının icrası ilə bağlı Təqsirləndirilən şəxs təqdim edilmiş 15 sentyabr 2020-ci il, 13 noyabr 2021-ci il, 17 yanvar 2022-ci il, 01 mart 2022-ci il tarixli bildiriş və xəbərdarlıqdan, eyni zamanda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 3(010)-1174/2021 saylı qərarından və digər sənədlərdən görünür ki, o həqiqətən Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvədə olan 29 noyabr 2019-cu il tarixli, 2(103)-13636/2019 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, o, 10 gün müddətində icranı könüllü təmin etsin. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(010)-1174/2021 qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada 20 gün müddətinə həbs edilməsi qərara alınmışdır. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən verilmiş 27 aprel 2022-ci il tarixli tələbnamədən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Mənzil Kommunal İstismar İdarəsi tərəfindən verilən xasiyyətnamədən görünür ki, X9 Y/Günəşli V Y\S ev 24 mənzil 23-də yaşayır və həmin ünvanda yaşadığı müddət ərzində onun barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə Sistemindən alınmış elektron çıxarışdan görünür ki, X1 Arzu Bilalovna ilə ailəlidir, onların birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X7 adlı yetkinlik yaşına çatmayan övladı var. İş materiallarında olan “Milli Onkologiya Mərkəzi” tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli epikrizdən və xx.xx.2022-ci il tarixli ambulator kartdan çıxarışdan görünür ki, X5 İİİ mərhələli mədə çıxacağının bədxassəli yenitörəməsi aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair elektron çıxarışdan görünür ki, X9 İİ qrup əlildir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasını və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışlına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqlan üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini "xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasınaa qarşı" (21 iyul 2005-ci il) işdə Məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün qismən etirafı, zərərçəkmişin, şahidlərin ifadələri, iş materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, törətdiyi əməlini qismən etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, borcunun bir hissəsinin zərərçəkmiş şəxsə ödəməsini, ailəli olmasını, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ağır xəstəlikdən, mədəsinin İİİ dərəcəli xərcəngindən, yəni onkoloji xəstəlikdən əziyyət çəkməsini və 2-ci qrup əlil olmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə aşağıdakılara əsasən bu nəticəyə gəlmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini göstərmişdir. Həmçinin, müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəmə qətnaməsi ilə müəyyən olunmuş məbləğin bir hissəsini zərərçəkmiş şəxsə ödəmişdir. Bu hallar isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi, onun məhkəmə qətnaməsi ilə müəyyən olunmuş məbləğin bir hissəinin zərərçəkmiş şəxsə ödəməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. Müəyyən olunmuşdur ki, iş üzrə təqsirləndirilən şəxs ailəlidir, himayəsində 1 yetkinliklik yaşına çatmayan uşağı vardır. Həmçinin, təqsirləndirilən şəxsin ağır onkoloji xəstə olması və 2-ci qrup əlil olması müəyyən olunmuşdur. Cinayət Məcəlləsinin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən, təqsirkarın şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə sadalanan halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxsdə azadlıqda qalacağına ümid verərək, güclü islah–tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosialpsixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimai-faydalı fəaliyyətə qayıtmasına, normal cəmiyyətə tamamilə uyğunlaşmasına köməklik edər. Bu zaman məhkəmə onu da nəzərə alır ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi nəticə etibarı ilə sonuncu tərəfindən məhkəmə qətnaməsi ilə müəyyyən olunmuş məbləğin qalan hissəsinin də qaytarılması üçün zəmin yaradar. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Nəhayət, məhkəmə nəzərə alır ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı Protokolun (Konvensiyaya və ona dair Birinci Protokola artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların təmin olunması haqqında) 1-ci maddəsində imperativ qaydada müəyyən edilmişdir ki, heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 24.00-dən növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-378/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-378/2022
06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver