Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-38/2021 11.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məsləhətçi Əlizadə Yasin Lətif oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, saat 11:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs2, xx xxxxxx 2001-ci ildə Şamaxı rayonu, Meysəri kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu Meysəri kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsində nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə və Təqsirləndirilən şəxs1, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri. Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsi, 3 nömrəli evdə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində, nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında cinayətkar plana uyğun olaraq xx xxxx 2020-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs icarədarı olduğu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, 284 saylı ünvanda yerləşən “Hövsan” istirahət mərkəzinin həyətyanı sahəsinə çəkilmiş daş hasarın üzərindən həyətə keçmiş, həyətdəki otağın qapısını açıb qanunsuz olaraq oraya daxil olub oradan, hər birinin dəyəri 220 manat olan iki ədəd 2017ci ilin fevral ayında istehsal olunmuş, qara rəngli “Samsung” markalı, “UE32J4000AK” modelli televizorları gizli yolla talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 440 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq 150 manata şəxsi istehllak miqdarından artıq miqdarda narkotik vasitə heroin alaraq, həmin ərəfədə kirayədə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsindəki nömrəsiz evin yataq otağına daşımaqla saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində, xx xxxxx 2020-ci il tarixdə, saat 14:40 radələrində yaşadığı evin qarşısında saxlanılıb 30-cu Polis Şöbəsinin inzibati binasına gətirilmiş, əldə edilmiş məlumat əsasında davam edən tədbir nəticəsində yuxarıda qeyd edilən yaşadığı evə videoçəkilişlə baxış keçirilən zaman yataq otağında olan çarpayının altından bir ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 1.105 qram qəhvəyi rəngli, tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında cinayətkar plana uyğun olaraq xx xxxx 2020-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs icarədarı olduğu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, 284 saylı ünvanda yerləşən “Hövsan” istirahət mərkəzinin həyətyanı sahəsinə çəkilmiş daş hasarın üzərindən həyətə keçmiş, həyətdəki otağın qapısını açıb qanunsuz olaraq oraya daxil olub oradan, hər birinin dəyəri 220 manat olan iki ədəd 2017ci ilin fevral ayında istehsal olunmuş, qara rəngli “Samsung” markalı, “UE32J4000AK” modelli televizorları gizli yolla talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 440 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2, ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, hazırda anası ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsində nömrəsiz evdə kirayədə yaşayır. Bundan əvvəl isə anası ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində nömrəsiz evdə kirayədə yaşamışdır. Təxminən 01 il 03 ay bundan əvvəl Rəşad adlı şəxslə tanış olmuş, sonuncu ilə dostluq etməyə başlamışdır. Əvvəllər Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində “Hövsan” istirahət mərkəzində süfrəçi işləmiş, lakin sonradan işdən çıxmışdır. xx xxxx 2020-ci il tarixdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində Rəşadla görüşüb söhbət edərkən maddi imkansızlıqdan, ayrı-ayrılıqda yaşadıqları evin kirayə pulunu verə bilmədiklərindən danışmışlar. Həmin vaxt Rəşada, əvvəl işlədiyi “Hövsan” istirahət mərkəzindən televizor oğurlamağı təklif etmiş, sonuncu da onun təklifi ilə razılaşmışdır. Bu məqsədlə xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə, saat 02 radələrində yaşadığı məhəllədə Rəşadla görüşmüş və birlikdə “Hövsan” istirahət mərkəzinə getmişlər. Ora çatdıqda ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra hasardan istirahət mərkəzinin həyətyanı sahəsinə keçib həyəti gəzməyə başlamışlar. Orada olan otaqlardan birinə daxil olub divara asılmış vəziyyətdə olan televizoru götürüb Rəşada vermişdir. Bundan sonra digər otağa daxil olmuş, oradan da divara asılmış vəziyyətdə olan televizoru götürmüş və televizorları Rəşadla birlikdə əvvəlcə hasardan çölə çıxartmışlar, oradan isə onları sonuncunun yaşadığı evə aparmışlar. Televizorları gətirdikdən sonra Rəşada, televizorları bir nəfərə satacağını bildirib Emin adlı tanışına zəng etmişdir. Eminlə danışdıqdan sonra Rəşada bildirmişdir ki, Emin televizorları 300 manata alacaqdır. Həmin vaxt artıq gec olduğundan gecəni Rəşadın evində qalmışdır. Səhəri gün, yəni xx xxxx 2020-ci il tarixdə isə Emin ona zəng edib Rəşadın yaşadığı evin yerini soruşmuş və ünvanı dedikdən bir qədər sonra Emin gəlmiş, televizorlara baxıb işlək vəziyyətdə olduqlarına əmin olduqdan sonra onların kimə məxsus olduqlarını soruşmuşdur. Həmin vaxt hər ikisi Eminə televizorların özlərinə məxsus olduğunu demişlər. Bundan sonra Emin üzərində 300 manat pulun olmadığını, hazırda ona 150 manat verə biləcəyini, qalan pulu isə sonra verəcəyini demişdir. Eminlə razılaşıb ondan 150 manat pulu götürmüş, sonuncu isə televizorları dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli “VAZ-2107” markalı avtomobilinə yükləyib aparmışdır. Emin getdikdən sonra isə o, Rəşada onu gözləməsini bildirib getmişdir. Əldə etdiyi pula narkotik vasitə almaq qərarına gəlmiş, buna görə də həmin günü yaşadığı evin yaxınlığında gördüyü və üzdən narkomana oxşayan bir nəfər şəxsə yaxınlaşıb ondan narkotik vasitə istəmişdir. Həmin şəxs onun telefon nömrəsini götürüb xəbər edəcəyini bildirmişdir. Yaşadığı evdə olan zaman mobil telefonuna xatırlamadığı nömrədən “WhatsApp” vasitəsilə, yuxarıda qeyd etdiyi şəxsdən narkotik vasitəsinin olmasına, narkotik vasitəni ona 130 manata satacağına dair SMS gəlmişdir. Həmin şəxsdən narkotik vasitəni harada təhvil alacağını soruşduqda sonuncu ona hesab nömrəsi göndərmiş və bildirmişdir ki, pul həmin hesaba yüklədikdən sonra narkotik ona çatdırılacaqdır. Həmin günü xatırlamadığı yerdə, terminal vasitəsilə həmin şəxsin göndərdiyi hesaba 130 manat köçürüb qəbzin şəklini çəkib “WhatsApp” vasitəsilə ona göndərmişdir. Həmin şəxs bundan sonra narkotikin göy rəngli sellefonın içərisində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində boş sahəlikdə, zibil qablarının yanına yerə qoyulacağına dair SMS göndərmişdir. Qeyd edilən yerə gedib orada yerdə bir ədəd göy rəngli sellofanın olduğunu görmüş, sellofanı açıb baxdıqda içərisində iki bükümdə narkotik vasitə olduğunu görmüşdür. Həmin bükümlərdəki narkotik vasitəni götürüb göy sellofanı atmışdır. Narkotik vasitəni aldığı şəxsin dediklərinə görə bükümlərin birində 04 qram, digərində isə 02 qram narkotik vasitə kimi tanıdığı kokos olmuşdur. Bundan sonra izi itirmək məqsədilə narkotik vasitəni almaq üçün yuxarıda qeyd etdiyi hesaba gönrədiyi 130 manata dair qəbzi yandırmış, habelə narkotik vasitə satan şəxsin nömrəsini və sonuncu ilə SMS yazışmalarını telefonundan silmişdir. Həmin şəxsin narkotik vasitəni haradan və necə əldə etdiyindən hər hansı bir məlumatı olmamış, sonuncudan bu barədə heç nə soruşmamışdır. Oradan qayıdarkən Rəşad ona zəng edib harada olduğunu soruşmuş, sonuncuya onu gözləməsini, yolda olduğunu demişdir. Rəşadın yaşadığı evə gəlib ona, narkotik vasitə aldığını demiş və bükümlərdən birində olan 04 qram narkotik vasitənin bir qismini həmin vaxt, digər qisimini isə bir qədər sonra birlikdə istifadə etmişlər. Həmin vaxt evdə yalnız özləri olduqlarından narkotik vasitə istifadə etdiklərini görən və bilən olmamışdır. Qalan 02 qram narkotik vasitəni isə daha sonra istifadə etmək məqsədilə yaşadığı evə aparıb yataq otağında çarpayının altında gizlətmiş, anasına isə bu barədə heç nə deməmişdir. Sonradan Emin adlı şəxsə zəng edib ondan qalan 150 manat pulu istəmiş, lakin Emin pulunun olmadığını demişdir. Eminin 150 manat pulu verməyəcəyini fikirləşib sonuncuya əsəbləşmişdir. xx xxxxx 2020-ci il tarixdə günorta saatlarında yaşadığı evin qarşısında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq 30-cuPolis Şöbəsinə aparılmış, orada törətdiyi cinayət əməllərini səmimi olaraq etiraf etmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində həmçinin göstərdi ki, oğurluq etməkdə məqsədləri, əldə edəcəkləri pulla yaşadıqları evin kirayə pulunu ödəmək olmuşdur. Emin adlı şəxsdən narkotik vasitə almamış, sonuncuya yalnız 300 manata iki ədəd televizor satmışdır. Lakin Emin televizorların 150 manatını vermiş, 150 manatını isə borclu qalmışdır. Sonradan Emindən həmin pulu istədikdə, sonuncu pulunun olmadığını dediyindən, həmin pulun qaytarılmayacağından əsəbləşdiyinə görə ifadəsi alınan zaman narkotik vasitəni, oğurladığı televizorların müqabilində Emindən aldığını demişdir. Narkotik vasitəni satmaq və ya kiməsə vermək niyyəti ilə əldə etməmişdir. Evindən aşkar edilərək götürülmüş narkotikdən əlavə hər hansı bir başqa yerdə narkotik vasitə saxlamamış və ya əkməmişdir. Narkotik vasitələrin istifadəsinin, satışının, saxlanılmasının, əldə edilməsinin və əkilibbecərilməsinin qadağan olmasından məlumatı olmuşdur. Rəşadın hər hansı bir şəxsə narkotik vasitə verdiyini və ya satdığını görməmişdir. Saxlanılıb polis şöbəsinə gətirilərkən, habelə üzərinə baxış keçirilən zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməllərdən səmimi peşman olduğunu, cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödədiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1, ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, təxminən 01 il 03 ay bundan əvvəl Əli ilə tanış olmuş, sonuncu ilə tanış olduqdan sonra aralarında dostluq münasibəti yaranmışdır. Bildiyinə görə Əli Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində olan “Hövsan” istirahət mərkəzində işləmişdir. xx xxxx 2020-ci il tarixdə Əli ilə küçədə dayanıb söhbət etdiyi zaman maddi imkansızlıqdan, ayrı-ayrılıqda yaşadıqları evin kirayə pulunu verə bilmədiklərindən danışmışlar. Söhbət zamanı Əli ona, əvvəllər işlədiyi istirahət mərkəzindən televizor oğurlamağı təklif etmişdir. Televizorları oğurladıqdan sonra onları satıb əldə edəcəyi pulla yaşadığı evin kirayə haqqını ödəyəcəyini fikirləşib Əlinin təklifi ilə razılaşmışdır. xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə saat 02 radələrində Əli ilə görüşmüş və birlikdə “Hövsan” istirahət mərkəzinə getmişlər. Ora çatdıqda ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra hasardan istirahət mərkəzinin həyətyanı sahəsinə keçib həyəti gəzməyə başlamışlar. Əli orada olan otaqlardan birinə daxil olub divara asılmış vəziyyətdə olan televizoru götürüb ona vermişdir. Bundan sonra Əli digər otağa daxil olmuş, oradan da divara asılmış vəziyyətdə olan televizoru götürmüş və onlar birlikdə əvvəlcə televizorları hasardan çölə çıxartmışlar, daha sonra isə onları onun yaşadığı evə aparmışlar. Televizorları yaşadığı evə gətirdikdən sonra Əli bir nəfər tanışının olduğunu, həmin televizorları ona satıb kirayə pulunu düzəldəcəyini demişdir. Bundan sonra Əli, onun tanımadığı və görmədiyi Emin adlı şəxsə zəng edib danışdıqdan sonra ona, televizorları Emin adlı şəxsə 300 manata satacağını demişdir. Həmin günü gec olduğundan gecəni Əli onun yaşadığı evdə gecələmişdir. xx xxxx 2020-ci il tarixdə Emin adlı şəxs onun yaşadığı evə gəlmiş, televizorlara baxıb işlək vəziyyətdə olduqlarına əmin olduqdan sonra onların kimə məxsus olduqlarını soruşmuşdur. Həmin vaxt hər ikisi Eminə televizorların özlərinə məxsus olduğunu demişlər. Bundan sonra Emin Əliyə üzərində 300 manat pulun olmadığını, hazırda 150 manat verə biləcəyini, qalan pulu isə sonra verəcəyini demişdir. Əli, Eminlə razılaşdıqdan sonra ondan 150 manat pulu götürmüş, sonuncu isə televizorları dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli “VAZ-2107” markalı avtomobilinə yükləyib aparmışdır. Emin getdikdən sonra Əli ona, qayıdacağını, onu gözləməsini bildirib getmişdir. Bir qədər keçdikdən sonra Əlinin gəlmədiyini görüb ona zəng etmiş, sonuncu həmin vaxt ona Emini gözlədiyini demişdir. Bir neçə saat keçdikdən sonra Əli onun yaşadığı evə gəlmiş və cibindən iki bükümü çıxarıb birində 04 qram, digərində isə 02 qram narkotik maddə kokos olduğunu demişdir. Onlar 04 qram olan narkotik maddənin bir qismini həmin vaxt, qalan qismini isə bir qədər sonra istifadə etmişlər. Həmin vaxt evdə yalnız özləri olduqlarından narkotik vasitə istifadə etdiklərini görən və bilən olmamışdır. Qalan 02 qram narkotik vasitəni isə Əli özü ilə birlikdə götürüb getmişdir. Sonradan isə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət edilmiş, orada o, Əli ilə birlikdə oğurluq etdiyini səmimi olaraq etiraf etmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində həmçinin göstərdi ki, oğurluq etməkdə məqsədləri, əldə edəcəkləri pulla yaşadıqları evin kirayə pulunu ödəmək olmuşdur. Əlinin narkotik vasitəni kimdən və haradan almasından məlumatı olmamışdır. Əli ilə Emin, onun yaşadığı evdə narkotik vasitə barədə söhbət etməmişlər, onların arasında narkotik vasitə barədə danışıq olmamışdır. Polis Şöbəsində olarkən ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödədiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsirləri, özlərinin etiraf edici ifadələri ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxxxxx 2020-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs iclasında göstərmişdir ki, təxminən 02 ildən artıqdır Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, 284 saylı ünvanda yerləşən “Hovsan” istirahət mərkəzini icarəyə götürüb işlədir. Həmin istirahət mərkəzi əvvəllər daim işlək olsa da, lakin ölkə ərazisində karantin rejimi elan olunduqdan sonra müvəqqəti olaraq işləmir. İstirahət mərkəzində özünə məxsus əşyalar olduğundan o, mütamadi olaraq gedib ora nəzarət edir. İstirahət mərkəzinin həyətində müştərilərin yemək yeməsi üçün nəzərdə tutulmuş bir neçə otaq var və həmin otaqların hər birində televizorlar qoyulmuşdur. İstirahət mərkəzinin içərisində kafe, hamam və avtoyuma məntəqəsi var. İstirahət mərkəzində müşahidə kameraları quraşdırıldığından, ora 24 saat ərzində kamera müşahidəsi altında olduğundan, bundan başqa istirahət mərkəzinin gözətçisi olduğundan sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə istirahət mərkəzində olarkən yalnız ümumi giriş qapısını bağlamış, kafenin içərisində olan otaqların və digər yerlərin qapısını isə bağlamamışdır. xx xxxxx 2020-ci il tarixdə də nəzarət etmək üçün istirahət mərkəzinə getmiş, içəri daxil olduqda həyətdə, müştərilərin yemək yeməsi üçün nəzərdə tutulmuş otaqların ikisində olan, ona məxsus iki ədəd televizorun yerində olmadığını aşkar etmişdir. Müşahidə kameraların işləmədiyini görüb çölə çıxmış, həmin vaxt müşahidə kameralarının elektrik xəttinin naqilinin kəsildiyini aşkar etmişdir. Bundan sona ona həmin televizorların oğurlandığı məlum olmuşdur. Gözətçi ilə söhbət etmiş, lakin sonuncu hər hansı bir məlumatının olmadığını bildirmişdir. Buna görə də dərhal Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə ərizə ilə müraciət edərək, baş vermiş hadisə barədə məlumat vermişdir. Sonradan polis əməkdaşları ilə birlikdə istirahət mərkəzinə gəlmiş, sonuncular tərəfindən hadisə yerinə baxış keçirilmiş və müvafiq fotoşəkillər çəkilmişdir. Sonradan məlum olmuşdur ki, oğurluq etmiş şəxslərdən biri, əvvəllər onun icarə götürüb işlətdiyi istirahət mərkəzində süfrəçi işləmiş Əli adlı şəxs olmuşdur. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, buna görə də onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid2 məhkəmədə göstərdi ki, Şamaxı rayonu Meysəri kəndində qeydiyatda olsa da oğlu, Təqsirləndirilən şəxs2 ilə birlikdə hazırda Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsində nömrəsiz evdə kirayədə yaşayır. Bundan əvvəl isə Əli ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində nömrəsiz evdə kirayədə yaşamışdır. xx xxxxx 2020-ci il tarixdə, saat 15:30 radələrində kirayədə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində nömrəsiz evdə olarkən bir neçə nəfər şəxs gəlmiş, həmin şəxslər özlərini Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşı kimi təqdim edərək evdə axtarış aparmaq istədiklərini bildirmişlər. Polis əməkdaşlarından hansı səbəbdən evdə axtarış aparmaq istədiklərini soruşduqda sonuncular, Əlinin yaşadığı evdə narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşlarının evində axtarış aparmalarına etiraz etməməsinə dair yazılı razılıq verdikdən sonra videoçəkilişlə yaşadığı mənzildə axtarış aparılmışdır. Axtarış zamanı yataq otağında çarpayının altından bir ədəd şəffaf sellofana bükülmüş maddə aşkar olunmuşdur. Polis əməkdaşlarına həmin sellofanda nə olmasını və kim tərəfindən oraya qoyulmasını bilmədiyini bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, protokol özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 məhkəmədə göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, icarəyə götürüb işlətdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, 284 saylı ünvanda yerləşən “Hövsan” istirahət mərkəzindən xx xxxx 2020-ci il tarixdə gecə saatlarında ona məxsus iki ədəd “Samsung” markalı telvizorların oğurlandığını bildirmişdir. Zərərçəkmiş şəxs izahatı alındıqdan sonra müvafiq araşdırma aparılmağa başlanılmışdır. xx xxxxx 2020-ci il tarixdə isə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə xx xxxxxx 2001-ci ildə Şamaxı şəhəri Meysəri kəndində anadan olmuş, həmin ərəfədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində kirayədə yaşayan Təqsirləndirilən şəxs2 həmin cinayət hadisəsini törətməkdə, narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Əli adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə ondan və digər iş yoldaşı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Əli adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin günü Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsinə getmişlər, saat 14:40 radələrində həmin ünvanda xarici əlamətlərinə görə “Əli” adlı şəxsə oxşayan şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər, həmin şəxsin Təqsirləndirilən şəxs2 olduğunu müəyyən etdikdən sonra ona, oğurluq etməkdə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs2 yaşadığı mənzilə getmişlər, qapını bir nəfər qadın açıb özünü Elnarə kimi təqdim edərək, Təqsirləndirilən şəxs2 anası olduğunu bildirmişdir. Onlar həmin qadına özlərini təqdim edib evdə axtarış aparmaq istədiklərini bildirmişlər. Həmin qadın onlardan hansı səbəbdən evdə axtarış aparmaq istədiklərini soruşduqda sonuncuya, oğlu Əlinin yaşadığı mənzildə narkotik vasitələri saxlamaqda şübhəli olduğunu bildirmişlər. Elnarə adlı şəxs evində axtarış aparmalarına etiraz etməməsinə dair yazılı razılıq verdikdən sonra onlar tərəfindən videoçəkilişlə qeyd edilən mənzildə axtarış aparılmışdır. Mənzildə axtarış aparılan zaman yataq otağında olan çarpayının altından bir ədəd şəffaf sellofana bükülmüş maddə aşkar olunmuşdur. Elnarə adlı şəxs həmin sellofanda nə olduğundan və onun kim tərəfindən oraya qoyulduğundan məlumatının olmadığını bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, protokol proses iştirakçıları tərəfindən imzalanmışdır. Bundan sonra Polis Şöbəsində, xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs2 üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuş, lakin sonuncu üzərində dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış və onun əynində olan sarı rəngli qış gödəkçəsinin sol yan cibindən, içərisində siqaretlər olan bir ədəd göy rəngli siqaret qutusu aşkar edilmişdir. Siqaret qutusunun içərisində və Təqsirləndirilən şəxs2 üzərindən qanunsuz hər hansı bir əşya aşkar olunmamışdır. Siqaret qutusu Təqsirləndirilən şəxs2 özünə qaytarılmış, bundan sonra bu barədə protokol tərtib edilmiş və həmin protokol da proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis şöbəsinə gətirilərkən, habelə üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs2 qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid4, Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, özünə məxsus “VAZ-2107” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 tanımır, Təqsirləndirilən şəxs2 ilə isə təsadüfən tanış olmuş, lakin sonuncu ilə heç bir münasibəti olmamışdır. xx xxxx 2020-ci il tarixdə Əli ona zəng edərək anasının xəstə olduğunu, pula ehtiyacının olduğunu, buna görə də özünə məxsus iki ədəd plazma televizorunu 150 manata satdığını bildirmişdir. Yaşadığı evdə televizor olmadığı üçün Əlinin satdığı televizorları almaq qərarına gəlmişdir. Bu səbəbdən də həmin günü idarə eldiyi “VAZ-2107” markalı, ** MN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinə gedib orada Əli ilə görüşmüş və həmin vaxt Əlinin yanında, əvvəllər tanımadığı bir nəfər şəxs də olmuşdur. Bundan sonra həmin şəxslərlə birlikdə tanımadığı evə daxil olmuş, evdə başqa heç kim olmamış, orada Əli iki ədəd qara rəngli, “Samsung” markalı televizorları ona göstərib onların işlək vəziyyətdə olduğunu demişdir. Əliyə inanaraq ona 150 manat pul verib həmin televizorları almışdır. Televizorları idarə etdiyi avtomobilin arxa oturacağına qoyaraq yaşadığı evə gətirmişdir. Həmin vaxt Əliyə və hər hansı bir şəxsə narkotik vasitə verməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində daha sonra göstərmişdir ki, heç kimə narkotik vasitə satmamışdır. Əli televizorların özünə məxsus olduğunu, anası xəstə olduğundan pula ehtiyacı olduğuna görə satdığını dediyinə görə Əliyə inanaraq 150 manata həmin televizorları sonuncudan almışdır. Həmin televizorların cinayət yolu ilə ələ keçirlməsindən məlumatı olmamışdır. Əlidə narkotik vasitə olmasından və ya onun narkotik vasitə istifadə etməsindən də xəbəri olmamışdır. Heç vaxt Əliyə pulla və yaxud hər hansı bir əmlak qarşılığında narkotik vasitə verməmişdir. Əlinin ifadəsində göstərdikləri ilə razı deyil, belə ki, sonuncu yalan danışır. Televizorların cinayət yolu ilə ələ keçirilməsindən məlumatsız olduğundan onları 150 manata Əlidən almışdır. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, 284 saylı ünvanda yerləşən “Hövsan” istirahət mərkəzində baş vermişdir. İş materialalrında olan mənzilə baxış keçirmə və götürmə aparılması haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 14 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində saxlanılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən nömrəsiz evə videoçəkilişlə keçirilmiş baxış zamanı evin yataq otağında olan çarpayının altından bir ədəd şəffaf sellofan bükümdə, qəhvəyi rəngli maddə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan şəxsi axtarış və götürmə haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, onun əynində olan sarı rəngli gödəkçənin sol yan cibindən 01 ədəd siqaret qutusu aşkar edilmişdir. Siqaret qutusunun içəisində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və ya maddələr aşkar edilməmişdir. Həmin siqaret qutusu sübut əhəmiyyətinə malik olmadığından Təqsirləndirilən şəxs2 qaytarılmışdır. İş materiallarında olan materialların məhkəmə ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 6/372 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “saxlanılmış şəxs: Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş..." yazısı olan zərfdə 0l (bir) ədəd bükümdə, təmiz çəkisi 1.105 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin maddənin 0.05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 1.055 qram təşkil etmişdir. İş materiallarında olan götürmə aparılması haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət yolu ilə ələ keçirdikləri və Şahid1 satdıqları iki ədəd “Samsung” markalı televizorlar Şahid1 yaşadığı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 1-ci Butxa döngəsi, 4 saylı evin 1 nömrəli mənzilində aşkar edilərək götürülmüşdür. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 ilə Şahid1 arasında üzləşdirmə-dindirmə istintaq hərəkətləri aparılmış, üzləşdirmə-dindirmə zamanı Şahid1 hər hansı bir şəxsə və Təqsirləndirilən şəxs2 narkotik vasitə satmadığını, sonuncudan yalnız 150 manata iki ədəd televizor aldığını, televizorların cinayət yolu ilə ələ keçirilməsindən məlumatının olmadığını Təqsirləndirilən şəxs2 üzünə demişdir. İş materiallarında olan ifadənin yerində xx xxx 2020-ci il tarixli və xx xxx 2020-ci il tarixli protokollardan görünür ki, ifadələri yerində yoxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, 284 saylı ünvanda yerləşən “Hövsan” istirahət mərkəzini göstərərək, xx xxxx 2020- ci il tarixdə, gecə saat 02 radələrində həmin yerdən iki ədəd “Samsung” markalı televizorları birlikdə oğurladıqlarını bildirmişlər. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxx 2020-ci il tarixli, 1188 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlmətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında xx xxx 2020-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki videogörüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur. Təqsirləndirilən şəxs2 üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olmadığını bildirdikdən sonra onun üzərində şəxsi axtarış aparılır, sonuncunun əynində olan sarı rəngli gödəkçənin sol yan cibindən 01 ədəd siqaret qutusu aşkar edilir. Siqaret qutusunun içəisində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və ya maddələr aşkar edilmədiyindən, habelə həmin siqaret qutusu sübut əhəmiyyətinə malik olmadığından Təqsirləndirilən şəxs2 qaytarılır. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında xx xxx 2020-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki videogörüntüdən görünür ki, polis əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən nömrəsiz evə, həmin evdə yaşayan Şahid2 iştirakı ilə baxış keçirir. Baxış zamanı mənzilin yataq otağında olan çarpayının altından bir ədəd sellofana bükülmüş maddə aşkar edilir. Şahid2 həmin bükümdə nə olduğu və bu barədə məlumatının olub-olmadığı suruşulur, sonuncu da heç bir məlumatının olmadığını bildirir. Həmin büküm polis əməkdaşları tərəfindən açılır və içərisində toz şəkilli qəhvəyi rəngli maddə olduğu müəyyən olunur. Bundan başqa, polis əməkdaşları evdə əlavə axtarış aparır, lakin evdən qanunla dövriyyəsi qadağan olunmuş başqa hər hansı bir əşya aşkar edilmir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/1341 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 02 ədəd 2017-ci ilin fevral ayında istehsal olunmuş, qara rəngli “Samsung” markalı, UE32J4000AK modelli televizorların istifadə olunması nəzərə alınmaqla 2020-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 440 (2x220) manat müəyyən edilir. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi barədə xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, tanımalı olan Zərərçəkmiş şəxs tanınmaya təqdim olunmuş 02 ədəd televizorun ona məxsus olduğunu, həmin televizorları üzərində olan yazılarından, cızıqlarından, rəngindən, rəng töküntülərindən və digər əlamətlərindən tanıdığını bildirmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 194.1 və 234.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 4-cü bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 mənfi xarakterizə olunmayan şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və cinayət nəticəsində zərəçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs2 təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə və qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə ittiham elan edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməklə, dərhal məhkəmə iclası zalında həbsdən azad edilmiş və həmin tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunsa da narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirin təyin edilməsinə zərurət yoxdur, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və cinayət nəticəsində zərəçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1 təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə və qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməklə, dərhal məhkəmə iclası zalında həbsdən azad edilmiş və həmin tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində təyin edilən cəzaların növünü və onların barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, xalis çəkisi 1.055 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2, məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti isə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd televizorun Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı sahibi, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 isə ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müvafiq olaraq müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2, ibtidai istintaq zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə 39 (otuz doqquz) iş saatı üçün 234 (iki yüz otuz dörd) manat, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, ümumilikdə isə 59 (əlli doqquz) iş saatı üçün 354 (üç yüz əlli dörd) manat məbləğində vəsait, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 39 (otuz doqquz) iş saatı üçün 234 (iki yüz otuz dörd) manat, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə isə müdafiəçi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün 03 müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs2 təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs2 çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs1 təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs1 çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, xalis çəkisi 1.055 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2, məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti isə müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd televizorun sahibi, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə 39 (otuz doqquz) iş saatı üçün 234 (iki yüz otuz dörd) manat, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, ümumilikdə isə 59 (əlli doqquz) iş saatı üçün 354 (üç yüz əlli dörd) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə 39 (otuz doqquz) iş saatı üçün 234 (iki yüz otuz dörd) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 ödənilməsi üçün, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə isə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-38/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-38/2021
11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver