Məhkəmə qərarları › İş №1(010)-38/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-38/2024

11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-38/2024 11.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşayan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(010)-1034/2015 nömrəli iş üzrə 04 noyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2, 310, 32.4, 312.1 və 313-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələri tətbiq edilməklə 01 il müddətə dövlət və yerli orqanlarda rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 1(103)-89/2016 nömrəli iş üzrə 22 iyul 2016cı il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(010)-1034/2015 nömrəli iş üzrə 04 noyabr 2015-ci il tarixli hökmü dəyişdirilərək əməlləri Azərbaycan Respublikası CMnin 178.3.2, 310, 32.4, 312.1, 313-cü maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 310, 32.4, 312.1, 313-cü maddələrinə tövsif edilərək, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələri tətbiq edilməklə 01 il müddətə dövlət və yerli özünüidarə orqanlarənda rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20 oktyabr 2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir, hazırkı iş üzrə barəsində 27 fevral 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə 07 dekabr 2023-cü il tarixindən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2018-ci ilin dekabr ayının əvvəlində, dəqiq müəyyən edilməmiş tarixdə, dələduzluq, yəni özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək niyyəti ilə hərəkət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində tanışı Zərərçəkmiş şəxs1 sonuncunun özü və oğlu barəsində Malik adlı şəxsin şikayəti əsasında Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində cinayət təqibinin həyata keçirilməsi barədə həqiqətə uyğun olmayan məlumat verib inandırandan sonra, mövcud olmayan cinayət təqibi işini 1.500 manat müqabilində həll etdirə biləcəyi barədə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 1.500 manat pulunu ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2018-ci ilin dekabr ayının əvvəlində, dəqiq müəyyən edilməmiş tarixdə, təkrarən, dələduzluq, yəni özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək niyyəti ilə hərəkət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində tanışı Zərərçəkmiş şəxs1 sonuncu barəsində Ədliyyə Nazirliyində cinayət təqibinin həyata keçirilməsi barədə həqiqətə uyğun olmayan məlumat verib inandırandan sonra, mövcud olmayan cinayət təqibi işini 6.500 manat və göstərdiyi ərzaq payının verilməsi müqabilində həll etdirə biləcəyi barədə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 6.500 manat pulunu və dəyəri 150 manat olan ərzaq məhsullarını ələ keçirib, ümumilikdə 6.650 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2018-ci ilin dekabr ayının ortalarında, dəqiq müəyyən edilməmiş tarixdə, təkrarən, dələduzluq, yəni özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək niyyəti ilə hərəkət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində tanışı Zərərçəkmiş şəxs1 sonuncu barəsində Ədliyyə Nazirliyində cinayət təqibinin həyata keçirilməsi barədə həqiqətə uyğun olmayan məlumat verib inandırandan sonra, mövcud olmayan cinayət təqibi işinin həll edilməsində yaranmış maneələrin aradan qaldırılmasını 6.500 manat müqabilində təmin etdirə biləcəyi barədə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 6.500 manat pulunu ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 21 dekabr 2018-ci il tarixdə, təkrarən, dələduzluq, yəni özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək niyyəti ilə hərəkət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində tanışı Zərərçəkmiş şəxs1 sonuncu barəsində məhkəmədə cinayət təqibinin həyata keçirilməsi barədə həqiqətə uyğun olmayan məlumat verib inandırandan sonra, mövcud olmayan cinayət təqibi işini 6.000 manat müqabilində həll etdirə biləcəyi barədə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 6.000 manat pulunu ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2019-cu ilin yanvar ayının sonunda, dəqiq müəyyən edilməmiş tarixdə, təkrarən, dələduzluq, yəni özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək niyyəti ilə hərəkət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində tanışı Zərərçəkmiş şəxs1 sonuncu barəsində Qax rayon prokurorluğunda cinayət təqibinin həyata keçirilməsi barədə həqiqətə uyğun olmayan məlumat verib inandırandan sonra, mövcud olmayan cinayət təqibi işini 5.000 manat müqabilində həll etdirə biləcəyi barədə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 5.000 manat pulunu ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2019-cu ilin yanvar ayının sonu-fevral ayının əvvəlində, dəqiq müəyyən edilməmiş tarixdə, təkrarən, dələduzluq, yəni özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək niyyəti ilə hərəkət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində tanışı Zərərçəkmiş şəxs1 sonuncu barəsində Qəbələ rayon prokurorluğunda cinayət təqibinin həyata keçirilməsi barədə həqiqətə uyğun olmayan məlumat verib inandırandan sonra, mövcud olmayan cinayət təqibi işini 5.000 manat müqabilində həll etdirə biləcəyi barədə yalan vəd verib aldadaraq, Təqsirləndirilən şəxs 5.000 manat pulunu ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 10 fevral 2019-cu il tarixdə, təkrarən, dələduzluq, yəni özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək niyyəti ilə hərəkət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində tanışı Zərərçəkmiş şəxs1 sonuncu barəsində məhkəmədə cinayət təqibinin həyata keçirilməsi barədə həqiqətə uyğun olmayan məlumat verib inandırandan sonra, mövcud olmayan cinayət təqibi işinin həll edilməsində yaranmış maneələrin aradan qaldırılmasını 4.000 manat müqabilində təmin etdirə biləcəyi barədə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 4.000 manat pulunu ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 21 fevral 2019-cu il tarixdə, təkrarən, dələduzluq, yəni özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək niyyəti ilə hərəkət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində tanışı Zərərçəkmiş şəxs1 sonuncu barəsində məhkəmədə cinayət təqibinin həyata keçirilməsi barədə həqiqətə uyğun olmayan məlumat verib inandırandan sonra, mövcud olmayan cinayət təqibi işinin həlli üçün zəruri olan, Zərərçəkmiş şəxs1 ifadəsinin işdən çıxarılması məsələsini 1.500 manat müqabilində təmin etdirə biləcəyi barədə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 1.500 manat pulunu ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2019-cu ilin mart ayında, dəqiq müəyyən edilməmiş tarixdə, təkrarən, dələduzluq, yəni özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək niyyəti ilə hərəkət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində tanışı Zərərçəkmiş şəxs2 əri Zərərçəkmiş şəxs1 xəstə yatdığı müddətdə sonuncunu yerinə cəza ala biləcəyi və oğlu Şahid1 haqqında Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində cinayət təqibinin həyata keçirilməsi barədə həqiqətə uyğun olmayan məlumat verib inandırandan sonra, mövcud olmayan cinayət təqibi işlərini həll etməyi təmin etdirəcəyi barədə yalan vəd verib aldadaraq, iki dəfəyə Zərərçəkmiş şəxs2 ümumilikdə 1.150 manat pulunu ələ keçirib dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, özünü bütün epizodlar üzrə təqsirli bilir. Lakin 37.000 manat məbləğində pulu zərərçəkmiş şəxslərdən almamış, həmin məbləğ şişirdilmişdir. Bundan başqa 17.053 manat məbləğində pulu karta köçürmüş, 5.000 manatı isə zərərçəkmiş şəxslərə qaytarmışdır. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusudur, on beş ildən artıqdır ki, bir birini tanıyırlar, əvvəllər münasibətləri yaxşı olmuş, narazılıqları olmamış, bir birindən pislik görməmişlər. Təqsirləndirilən şəxs əvvəllər bir müddət Fövqəlada Hallar Nazirliyində işləmişdir. Özü əslən Qax rayonunun Zərnə kəndində ata yurdunda hal-hazırda heç kimin yaşamadığı evi vardır ki, arabir rayona gedəndə orada qalır. 2013-cü ildə Qax rayonunda baş vermiş zəlzələ nəticəsində evinə zərər dəymiş, evin bərpasına dövlət hesabına Fövqəlada Hallar Nazirliyi tərəfindən köməklik göstərilmiş, amma Təqsirləndirilən şəxs evin bərpasında heç bir iştirakı olmamışdır. Həmin vaxtlar Qax rayonunda olanda oradakı Nəriman adlı qonşusu ilə rastlaşmışdır. Artıq sonradan məlum olmuşdur ki, Zərnə kəndində hamının Nəriman adı ilə tanıdığı qonşusu rəsmiyyətdə X5r. Rəhim (Nəriman) söhbət əsnasında zəlzələdən özünün ya da qohumunun evinə ziyan dəydiyini bildirmiş və Bakı şəhərində FHN-də çalışan əməkdaşlardan tanıdığı kimsə olub-olmadığını soruşmuş, o da şəhərdəki qonşusu Təqsirləndirilən şəxs FHN-də işlədiyini demişdir. Nəriman xahiş etmişdir ki, Bakıya qayıdanda Təqsirləndirilən şəxs maraqlansın ki, tikintidə ona köməkliyi dəyə bilərmi. Bakı şəhərinə qayıdandan sonra Təqsirləndirilən şəxs ilə gedib görüşmüş və Qax rayonunda Nərimanın evi ilə bağlı vəziyyəti danışıb dövlət hesabına rəsmiyyətlə ona kömək edilməsinin mümkünlüyünü soruşmuşdur. Təqsirləndirilən şəxs ilə söhbət etdiyini görən anası Yeganə və qardaşı Rövşən ona qəti şəkildə bildirmişlər ki, Təqsirləndirilən şəxs baş qoşmasın, ondan uzaq olsun. Ailə üzvlərinin sözlərindən başa düşmüşdür ki, Təqsirləndirilən şəxs bu məsələdə etibarlı adam deyil, ona görə söhbətini yarımçıq qoyub ayrılmışdır. Aradan iki-üç gün gün keçəndən sonra Təqsirləndirilən şəxs onlara gəlmiş və bildirmişdir ki, Qax rayonunda zəlzələdən dağılmış evlərin tikintisi ilə bağlı işlərlə özü məşğul olur və qonşusu Nərimanın nömrəsini istəmişdir. O, Nərimanın nömrəsini Təqsirləndirilən şəxs verməmiş, səhəri gün Təqsirləndirilən şəxs gəlib yenidən Nərimanın nömrəsini istəmiş, çox məcbur etdiyi üçün Nərimana zəng vurub sonuncunun razılığı ilə nömrəsini Təqsirləndirilən şəxs vermişdir. Həmin söhbətdən təxminən bir ay sonra Təqsirləndirilən şəxs ona 400 manat pul vermiş, o nə pul olduğunu soruşanda demişdir ki, ona xərcləmək üçün verir. Həmin vaxt ev heyvanlarına ot almaq üçün pula ehtiyacı olduğundan Təqsirləndirilən şəxs demişdir ki, ot alıb sonra yanvar ayında pulu qaytaracaq, Təqsirləndirilən şəxs isə demişdir ki, qaytarmağa ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ilə bu söhbətini arvadı Şəkifə görmüşdür. Sonralar Qax rayonundakı evinə gedəndə Nəriman demişdir ki, Təqsirləndirilən şəxs ilə danışıb, evlərinin tikintisi məsələsini həll edəcəklər, Təqsirləndirilən şəxs tikintiyə ehtiyacı olan çoxlu adam yığmasını da ona təklif etmişdir. Sonralar Feyruzu və Nərimanı görməmiş, onların işləri ilə maraqlanmamışdır. 2014-cü ildə televiziyada kriminal xəbərlərdə Təqsirləndirilən şəxs barəsində dələduzluqla əlaqədar cinayət işi açıldığını eşitmiş, bir müddət sonra istintaqı aparan “Müslüm” adlı müstəntiq onu çağırıb Feyruzla Nərimanı tanış etməyi ilə bağlı ifadə almış, məhkəmədə də həmin ifadəsini təkrar edib məlum olanı olduğu kimi danışmışdır. Həmin işə görə məhkəmə Təqsirləndirilən şəxs 4 il həbs cəzası vermiş, 2018-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs cəzasını çəkib evinə qayıtmışdır. Həbsdən çıxandan sonra da qonşuluqda yaşayan Feyruz ona qarşı heç bir narazılıq, iddia bildirməmişdir. 03 dekabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs onlara gəlib ailə üzvlərinin yanında ona demişdir ki, qonşusu Malik onlardan 32-ci polis bölməsinə şikayət ərizəsi yazıb göstərmişdir ki, onun həyətinə keçmiş inəyini aparmağa həyətə girmiş oğlu Elçin onun qızına təcavüz etmək istəmiş, özü isə Malikə narkotik maddələr satmışdır. Bundan əvvəl qonşu Maliklə onların arasında həyət qapısının açılması ilə bağlı mübahisə olmuş, bir biri ilə danışmırlar, buna görə də Malikdən şikayəti ilə bağlı heç nə soruşmaq istəməmişlər. Təqsirləndirilən şəxs onların münaqişəsi barədə bilib bu vəziyyətdən öz niyyəti üçün istifadə etmişdir. Eyni zamanda Feyruz hər şeyi o qədər inandırıcı danışmışdır ki, onlar inanıb qərəzli münasibətlərdə olduğu qonşu Malikin şikayət etməsini mümkün hesab etmiş, qorxuya düşmüşlər. Ona görə də onlar bu vəziyyətdən çıxış haqqında fikirləşməyə başlamışlar. Təqsirləndirilən şəxs eyni zamanda özünü polis, prokurorluq və məhkəmə ilə bağlı işlərdə hər şeydən məlumatlı adam kimi göstərmiş, müxtəlif orqanlarda işləyənlərin adlarını çəkmiş, onların vəziyyətinin ağır olduğunu, belə işlərə görə çox adamın tutulub həbs cəzası aldığını bildirmiş, pul verib işi qurtarmaqla çıxış yolu göstərmişdir. Təqsirləndirilən şəxs çox danışaraq onları çaşqınlığa salmış, dediklərinin doğru olubolmadığını yoxlamaq üçün hansısa bir orqana gedib soruşmaqdan da qorxmuşlar, çünki demişdir ki, onlarla söhbət edən olmaz, onlar da fikirləşmişlər ki, tanımadıqları və münasibətləri olmayan şəxslər doğurdan da onlarla danışmaq istəməzlər, işi daha da çətinə salarlar. Ona görə də Təqsirləndirilən şəxs yalanlarına inanmış, məcburən dedikləri ilə razılaşmışlar. Malikin şikayəti barədə xəbər gətirəndən sonra demişdir ki, oğlu Elçinin hərəkəti ilə bağlı işə görə 32-ci polis bölməsinə 500 manat verilsə, işi bağlamaq olar. Oğlu Elçindən bu barədə soruşmuşlar, oğlu demişdir ki, belə bir iş olmayıb, barəsində deyilənlər böhtandır. Feyruz onları narahatlığa salandan sonra getmiş və iki gün sonra gəlib demişdir ki, onun narkotik satması barədə məlumata görə narkobiznes idarəsinin əməkdaşları gəlib 32-ci polis bölməsində gözləyirlər ki, Malikin və onun evində axtarış aparsınlar, onlara da 1000 manat verilməlidir. O, deyəndə ki, narkotikin nə olduğunu bilmir, gəlib yoxlasınlar, evində də heç nə yoxdur, Feyruz demişdir ki, elə danışmasın, evinə gəlsələr özləri narkotiki evə atıb çıxararlar. Təqsirləndirilən şəxs tökülmüş dişlərini göstərib və demişdir ki, polisdə döyüb dişlərini tökmüşlər, toka vermişlər, onu da polisdə döyüb boynuna qoyacaqlar. Həmin vaxt bir neçə gün qabaq xəstəliyi ilə əlaqədar ürəyinə stend qoyulması əməliyyatı üçün 3.000 manat kredit götürmüşlər, Təqsirləndirilən şəxs evdə onlardan 1.500 manat pulu almış, Şəkifə pulu gətirib verəndən sonra Təqsirləndirilən şəxs onu da götürüb 32-ci polis bölməsinin yanına gətirmişdir. Orada bayırda gözləməyi tapşırıb özü polis bölməsinə getmiş və qısa müddətdən sonra çıxıb işi həll etdiyini bildirmişdir. 2018-ci ilin dekabr ayının əvvəlində, dəqiq tarix yadında deyil, artıq onlar aldadıb 1.500 manatını alandan sonra, Təqsirləndirilən şəxs səhər saatlarında onlara gəlmiş, narahat və həyəcanlı şəkildə demişdir ki, tutulanda işini aparan müstəntiq “Müslüm” onu Korrupsiya idarəsinə çağırır, həmin işdə yazılıb ki, o,dələduzluq yolu əldə etdiyi pullardan 400 manatı ona vermiş, həmin məsələyə o vaxtı baxılmayıb, indi təzədən baxılır. O, yenidən narahat olmuş, çünki doğurdan da Feyruzun dediyi kimi həmin vaxt ona 400 manat vermiş, bu barədə “Müslüm” adlı müstəntiqə ifadə vermiş, amma bildirmişdir ki, pulun cinayətlə qazanıldığını bilməmişdir. Feyruz onun qorxuya düşdüyünü görüb bir az da çox qorxudaraq demişdir ki, çağırışa getməlidir, yoxsa sonra gec olar. Feyruzla birlikdə Korrupsiya İdarəsinin qabağına gəlmiş, Feyruz ona küçədə gözləməyi tapşırıb özü inzibati binaya daxil olmuş, bir müddət sonra başqa qapıdan çıxıb ona yaxınlaşmış və demişdir ki, işi düzüb qoşmuş, “Müslüm” müəllimə bir telefon alıb bağışlamalıdır. Oradan taksi ilə 28 May metrostansiyasına gəlib dəmir yol vağzalında gözləmə zalına gedib bir az oturmuşlar. Bu vaxt Feyruz telefonunu qulağına tutaraq kiminləsə danışmış, amma zəng səsi eşidilməmiş, çünki telefonu səssiz rejimdə olmuşdur. Telefonla danışandan sonra Feyruz demişdir ki, Ağır Cinayətlər Məhkəməsinə getməlidirlər, zəng ediblər ki, oradan axtarış barədə kağız götürməlidir. Onlar Ağır Cinayətlər Məhkəməsinə gəlmişlər, orada Təqsirləndirilən şəxs göstərişi ilə bayırda gözləmiş, Feyruz inzibati binaya daxil olmuş və əlində bükülmüş kağızla çıxıb onu yenidən dəmir yol vağzalına gözləmə zalına gətirmiş, əlində olan kağızı göstərmiş, kağızda kompüterlə vasitəsilə yazılmışdır ki, Zərərçəkmiş şəxs1 yaşadığı ünvanda axtarış aparıldı, lakin narkotik aşkar olunmadı. Bunları ona oxudanda inanmışdır ki, verdiyi 1.500 manata görə Təqsirləndirilən şəxs evində axtarışın qabağını almışdır. Sonra telefonla Təqsirləndirilən şəxs kiminləsə danışmış, guya həmin adamın dediklərini həmin kağızın alt hissəsində ona yazdırıb imza etdirmişdir ki, o, bu barədə kiməsə danışsa yaxud vəkil tutsa razı olaraq onun üstünə 2 qram yarım narkotik kokain qoyub tutsunlar və 8 il həbs cəzası versinlər. Ona görə qorxudan bu barədə heç kimə danışmamış, ancaq ailə üzvlərinə demişdir. Sonra Təqsirləndirilən şəxs telefonla kiminləsə danışıb demişdir ki, 20 Yanvar metrostansiyasına getməlidirlər. Səbəbini soruşanda demişdirdir ki, ona icbari iki həftəlik iş kəsiblər, orada gözləyirlər. Bahar Muradovanin evinə 10 maşın taxta gəlib onu boşaltmalıdırlar. O, demişdir ki, ürəyi xəstə olduğu üçün işləyə bilməz, Feyruz isə demişdir ki, gedək orada bir nəfər tapıb pul verəcək boşaldacaqlar. Onlar 20 Yanvar metrosuna çatandan sonra həmişəki qaydada onu metroda gözlətmiş və özü getmişdir. O, Feyruzun arxasınca baxanda görmüşdür ki, sonuncu bir nəfər qadınla danışmış və qadına nəsə vermiş, gələndə demişdir ki, həmin qadına 20 manat pul verdi ki, taxtaları boşaltdırsın. Onlar axşam saat 20-21 radələrində evə gələndən sonra Feyruz demişdir ki, müstəntiq “Müslüm” onun barəsində olan işi Ədliyyə Nazirliyinin baş müstəntiqi Elbrus Hacıyevə verib, işi Elbrus Hacıyev aparacaqdır. Səhəri gün, yəni 2018-ci ilin dekabr ayinini əvvəllərində, dəqiq tarix yadında deyil, yenə Feyruz onlara gəlib demişdir ki, Ədliyyə Nazirliyində Zakir Qafarovun baş müşaviri Elbrus Hacıyev onları çağırır, Ağır Cinayətlər İdarəsinə gələcək və orada onunla görüşməlidirlər. Bundan sonra dəmiryol vağzalına gəlib orada 3-4 saat gözləmə zalında olmuşlar, Feyruz telefonla kiminləsə danışmışdır. Orada olduqları zaman Feyruz tanımadığı bir qadınla, deməsinə görə Elbrus Hacıyevin işçisi ilə onu telefonla danışdırmışdır. Həmin qadın özünü Aytən kimi təqdim edib demişdir ki, Elbrus Hacıyevin vacib işi çıxdı və işi ona həvalə edib. Aytən ona bildirmişdir ki, “Elbrus” müəllim deyib ki, 12000 manat pul verməlidir. O, deyilən qədər pulunun olmadığını demiş və uzun söhbətdən sonra 6.500 manata razılaşmışlar. Həmişəki qaydada yenə axşam saat 20:00 kimi Feyruz onu ora-bura aparandan sonra evə gəlmişlər, bundan sonra da Feyruz müxtəlif yalanlar danışaraq onları inandırmış, demişdir ki, X19 rayonundandır, Şəkifənin həmyerlisidir, yerli kimi onlardan ləzgi çörəyi, 6 balon qatıq, 3 balon süd, 1 balon tutma badımcan, 6 toyuq, 4 ördək göndərməyini istəyir, hazırlasınlar, özü aparıb verəcəkdir. Bundan sonra pulu düzəltmək üçün qonşulardan borc yığmağa başlamışlar, pul düzələnə kimi Elbrus Hacıyev üçün istədiyi ərzaqları hazırlayıb Feyruza vermiş, ərzağa 150 manat xərci çıxmışdır. Qonşulardan, tanışlardan borc-xərclə yığılmış 6500 manat pulu evində onlardan alandan sonra Feyruz onu da özü ilə götürüb Milli ön terminalına getmiş, orada pulu öz adına olan karta qoyduğunu deyərək pulu aparata yükləmişdir. Feyruz yalanına onları inandırmaq üçün onu özü ilə pul köçürülən aparatın yanına aparmış, amma özü pulu köçürməmiş və Feyruzun hərəkətlərini, yəni nə qədər pulu hansı hesaba göndərməsinə nəzarət etməmiş, sadəcə bir kənarda qalıb gözləmiş, Feyruz aparatdan ayrılandan sonra birlikdə getmişlər. Feyruz pulu Milli ön aparatı ilə göndərməsi barədə qəbzləri heç vaxt ona verməmiş, o da inandığına görə qəbzi tələb etməmişdir. Feyruz demişdir ki, göndərdiyi pulu Elbrus Hacıyev özü hesabdan çıxaracaqdır. Bundan bir neçə gün sonra, yəni 2018-ci ilin dekabr ayının ortalarında, dəqiq tarix yadında deyil, Feyruz onlara gəlib demişdir ki, Rövşən adlı prokuror Elbrus Hacıyevin qərarı ilə razılaşmayıb, prokuror da 6.500 manat pul istəyir. Onların deyilən məbləği vermək imkanı olmamış, ona görə pulu düzəltməyə vaxt lazım olmuşdur ki, borc axtarsınlar, haradansa kredit götürsünlər. Feyruzun dediklərinə inanıb qorxuya düşmüş, məcbur olub pul tapacaqlarını, amma vaxt lazım olduğunu demişlər, Feyruz isə ona demişdir ki, gecikdərmək işləri korlaya bilər. Bir gün sonra Feyruz səhər gəlib ona demişdir ki, Elbrus Hacıyev göstəriş verib ki, onu Ağır Cinayətlər İdarəsinin qabağına gətirsinlər, həbs olunub Kürdəxanıya göndəriləcəkdir. Köhnə paltar geyinsin, yəqin ki, bu gün həbs olunacaqdır. O da köhnə geyinib Feyruzla birlikdə Ağır Cinayətlər İdarəsinə gəlmiş, Feyruz ona həbsxana qaydalarını başa salaraq demişdir ki, həbsxanada qaydalara əməl etməlidir, yəni içəri daxil olanda orada cəza çəkənlərə deməlidir ki, Allah hamının qapısını açsın. Ağır Cinayətlər İdarəsinin yanına gələndən sonra dəmir yol vağzalında gözləmə zalında, Feyruzun deməsinə görə göstərişi gözləməyə başlamışlar. Həmin vaxt Feyruz onun həyat yoldaşına, uşaqlarına zəng vurub demişdir ki, pul çatmasa Rəsul həbs olunacaqdır. Pulun bir hissəsini borca götürmüşlər, eyni zamanda həyətdə saxladıqları erkək dananı kəsib satmalı olmuş, ailə üzvlərinin bəzi qiymətli əşyalarını girov qoyub pul götürmüş, beləliklə 6.500 manat pulu düzəldib Feyruza vermişlər. Feyruz pulu alandan sonra onunla birlikdə gedib Milli ön aparatından pulu özü hesaba köçürmüşdür. Bundan sonra, 21 dekabr 2018-ci il tarixdə Feyruz onlara gəlib bildirmişdir ki, işi ilə bağlı məhkəmə olacaq, maraqlanıb öyrənmişdir ki, işi aparan hakim Əfqan Hacıyev 6.000 manat pul istəyir ki, həbs cəzası verməsin. Feyruz inandırıcı tərzdə demişdir ki, əgər pul çatdırılmasa onu həbs edib uzun müddətə cəza verəcəklər, eyni zamanda pul tapmaqda çətinliklərini də bilmiş, çünki qısa müddətdə artıq onlardan xeyli pul almışdır. “Access Bank”la evinin girov qoyulmaqla uzunmüddətli müqaviləsi olmuş, Feyruz bunu onlardan eşidəndə məcbur etmişdir ki, bankdan əlavə pul götürüb Əfqan Hacıyevə çatacaq pulu versinlər. Başqa yolu qalmadığına görə evinin girov qoyulması müqabilində “Access Bank”dan 6.000 manat götürmüş və pulu Feyruza vermişlər ki, məhkəmədə onun işini qurtarsın. Həmin pulu Feyruz alandan sonra onunla birlikdə Milli ön terminalının yanına gəlmiş və terminaldan pulu hesaba göndərdiyini bildirmişdir, amma özü Feyruzun hərəkətlərini yaxından izləməmişdir. Bu müddət ərzində və sonradan şikayət edənədək Feyruz demək olar ki, onu nəzarətsiz buraxmamış, bəzən ardıcıl olaraq hər gün, bəzən iki-üç gündən bir dəfə gəlib onu müxtəlif bəhanələrlə evdən çıxarmış, hər dəfə onun üçün problem yarandığını demiş və dediklərinə inandırıb qorxuya salandan sonra işin həll olunması üçün pul lazım olduğunu bildirmiş, bu qaydada aldadıb pul almışdır. Dəfələrlə onu evdən çıxarıb şəhərə aparmış, Ağır Cinayətlət İdarəsi, Korrupsiya İdarəsi və sair yerləri gəzdirmiş, çox vaxt dəmir yol vağzalında mənasız olaraq axşamadək gözləyib sonra evə qayıtmışlar. 2019-cu ilin yanvar ayında, dəqiq tarix yadında deyil, zənnicə ayın axırlarında, Feyruz onlara gələndə onun Qax rayonuna getmək istədiyini eşidib gözlənilmədən demişdir ki, rayona getməsin, orada onların həyətində əncir ağacının altında narkotiklər əkilib, həyətə baxanda orada qadın alt paltarları da tapılmışdır, ona görə də onu narkotik və qadın alveri ilə məşğul olmağa görə həbs etmək istəyirlər. Feyruzun sözlərindən sonra qorxuya düşmüş, nə edəcəyini bilməmiş, Feyruz qorxuya düşdüyünü görən kimi işlə maraqlanacağını demişdir. Sonra Feyruzun telefonuna zəng gəlmiş, cavab verib telefonu ona verib demişdir ki, onunla qonşusu Qaxda yaşayan Nəriman danışmaq istəyir. O, telefona cavab verəndə həmin şəxs demişdir ki, danışan Qaxdan Nərimandır, onu Zaqatalaya prokurorluğa aparıblar, təzyiq altındadır, danışa bilmir, Feyruzla işi qaydasına qoysun, sonra hesablaşaçaqdır. Sonra bir neçə dəqiqədən sonra yenidən Feyruza zəng gəlmiş və telefonu ona verəndə Nərimanın adından danışan şəxs demişdir ki, o, prokurorluqdan çıxdı, indi sərbəst danışa bilir. Ona sual verdi ki, Gülbadam, Gülbikə adlarına oxşar adlar çəkdi və dedi ki, onları tanıyır yoxsa yox. O da belə adları eşitmədiyini demiş, hiss etmişdir ki, telefonda danışan şəxs Nəriman deyil, amma həmin şəxsin kimliyini bilmir. Telefonla danışan bildirmişdir ki, Qax rayonunda ata yurdunda əncir ağacının altından qadın alt paltarları çıxmışdır, guya o, qadın alveri ilə məşğul olmuşdur. O, çox qorxuya düşmüşdür ki, bunlar nə məsələdir, amma indi başa düşür ki, qadın adları çəkməkdə onu daha çox qorxutmaq məqsədləri olmuşdur. Feyruz demişdir ki, narahat olmasın daha axtarışa gəlməyəcəklər, yerlisi Elbrus Hacıyevlə danışmış, Qax rayonunda hər şeyi həll edib, 5000 manat düzəldib Qax rayonunun prokurorluğuna verilməlidir. Feyruz onunla hər dəfə pul barədə danışanda kiminləsə telefonla danışmış və ona işə görə pulun qədərini demişdir. Pulu düzəltəmək üçün məcbur olub “Access Bank”dan evinin girov qoyulduğu müqavilə üzrə daha 1000 manat kredit götürmüş, bacısı X3 adına 1.100 manat kredit götürmüş, bundan əlavə kreditə 3 ədəd kompüter və bir ədəd mobil telefon götürüb Fərid adlı oğlanın işlətdiyi lombarda təhvil verməklə pul götürmüşlər, pulun bir hissəsini faizə götürmüşlər. Qax rayonundakı evinin həyətində narkotik əkilməsi və qadın paltarları tapılması ilə bağlı Feyruzun uydurduğu problemin həlli üçün ümumilikdə 5.000 manat düzəldib vermişlər, həmin pulu da Feyruz alıb onunla birlikdə terminala getmiş və hesab kartına köçürdüyünü demişdir. 2019-cu ilin yanvar ayının sonu-fevral ayının əvvəlində, dəqiq tarix yadında deyil. Feyruz ona demişdir ki, Qəbələyə getməlidirlər, orada qızlar ondan şikayət ediblər, prokurorluqda iş aparılır. Feyruz bu xəbəri elə inandırıcı və vahimə ilə demişdir ki, deməsinə görə getməyəcəyi halda onu həbs edə bilərdilər, eyni zamanda Qəbələ prokurorluğu ilə əlaqəsinin olduğunu, onunla gedib işi qaydaya qoymağa çalışacağını demişdir. O yenə Feyruzun yalanına inanmış və özünə problem yaratmamaq üçün Qəbəbləyə getməyə razılaşmışdır. Onlar birlikdə Qəbələ rayonuna getmişlər, Qəbələ şəhərinə çatanda Feyruzun telefonuna zəng gəlmiş, Feyruz telefona cavab verib telefonu ona uzatmışdır ki, onunla danışmaq istəyirlər. O, telefonla danışanda bir qadın özünü Adilə kimi təqdim edərək, soruşmuşdur ki, onu tanıyır yoxsa yox, o, tanımadığını deyəndə isə demişdir ki, onunla kef çəkəndə tanıyırdı amma. Sonra həmin qadın telefonu başqa qadına vermiş, özünü Ofelya kimi təqdim edən qadın da eyni sözləri deyib bildirmişdir ki, prokurorluqda danışarlar. Prokurorluğa çatandan sonra Feyruz onu yolun əks tərəfində saxlamış, Qəbələ prokurorluğunun qabağında dayanan iki qadını göstərdib demişdir ki, şikayət edən qadınlardır. Sonradan Feyruzun anası Yeganədən eşitmişdir ki, Feyruz Qəbələ rayonundan olan qadınla evli olub, oraya nikahın pozulması haqqında sənədi götürməyə gedibmiş. Orada Feyruz prokurorluğun binasına girib bir müddət orada olandan sonra onun yanına qayıtmış, sonra onlar Bakı şəhərinə qayıtmışlar. Yol boyu və Bakıya gələndən sonra Feyruz işin çətinə düşməsindən, Elbrus Hacıyevdən işə kömək etməsini xahiş edəcəyindən danışmış, bir gün sonra Feyruz demişdir ki, Elbrus Hacıyevlə danışıb, sonuncu deyir ki, Qəbələ rayon prokuroru ilə razılaşmış, prokurora 5000 manat çatmalıdır. Onlar yenə əşyalarını lombarda qoymaqla, borca bəzi əşyaları “Lalafo” saytı vasitəsilə satmaqla, faizə borc pul götürməklə 5000 toplayıb Feyruza vermişlər ki, Qəbələ rayonu ilə bağlı uydurduğu işi həll etsin. Həmin pulu da onlardan alandan sonra Feyruz onu Milli ön terminalının yanına aparmış, amma orada pulu necə köçürdüyünə baxmamış, qəbzi ona verməmişdir. Təxminən 10 fevral 2019-cu il tarixdə Feyruz onun yanına gəlib demişdir ki, onun məhkəməsi olacaq, məhkəməyə pul çatmalıdır. O, Feyruza demişdir ki, axı məhkəməyə görə hakimə pul vermişdir. Feyruz demişdir ki, onu bilir, amma onun işinin hakimi Əfqan Hacıyev məzuniyyətə çıxıb, indi işi başqa hakim aparacaq, 3000 manat həmin hakimə verilməlidir, 1000 manat isə hakimin yanındakılara veriləcəkdir. Onlar artıq çox pis vəziyyətdə olmuşlar, borc almadıqları tanış, qohum qalmamış, amma tutula biləcəyinin qorxusundan yenə pul axtarmalı olmuş, ailə üzvlərinin köməyi həyətdən ev quşlarını, heyvanları satmışlar, faizə pul götürmüş və üç-dörd gün ərzində 4000 manat düzəldib Feyruza vermişlər ki, deməsinə görə məhkəmədə olan işini həll etsin. 21 fevral 2019-cu il tarixdə Feyruz onun yanına gəlib demişdir ki, Ağır Cinayətlər Məhkəməsində barəsində olmuş cinayət işindən onun şahid qismində verdiyi ifadə çıxarılmalıdır, əgər ifadə çıxarılmasa gələcəkdə problemlər ola bilər, bunun üçün Ağır Cinayətlər Məhkəməsinə ərizə yazıb göndərilməlidir. Onlar 28 May metrostansiyası yanındakı poçta gəlmişlər, Feyruz ona ərizəni imzalatdırıb poçta vermişdir. Fevralın sonu, martın əvvəlində onlara Ağır Cinayətlər Məhkəməsinin 27.02.19-cu il tarixli məktubu poştla daxil olmuş, məktubu Əfqan Hacıyev adlı hakim imzalamışdır. Bu məktubu alanda inanmışdır ki, həqiqətən Ağır Cinayətlər Məhkəməsində cinayət işi var, Feyruzun dedikləri düzgündür, onun məsləhətlərinə qulaq asmalıdır. Amma indi başa düşür ki, bu saxta məktubun ona göndərilməsini də hansısa yolla Feyruz özü təşkil edib. O, məktub barədə Feyruza deyəndən sonra, sonuncu demişdir ki, məlumatı var, məktubu göndəriblər ki, işi həll etsin, bunun üçün Ağır Cinayətlər Məhkəməsinə 1500 manat pul çatmalıdır, bununla da iş həll olunar. O artıq Feyruzun hər sözünə inandığından ailə üzvlərinin köməyi ilə müxtəlif yollarla borca 1500 manatı düzəldib Feyruza vermiş, Feyruz da pulu aparıb kartına köçürmüşdür. Sonuncu 1500 manatı Feyruza verəndən sonra xəstələnib xəstəxanaya düşmüş, amma Feyruz yenə də onlardan əl çəkmək istəməmiş, xəstəxanada olduğu zaman 2019-cu ilin mart ayının ortalarında Feyruz onun həyat yoldaşı Zərərçəkmiş şəxs2 demişdir ki, guya ona cəza verilməlidir, amma xəstəxanaya getdiyinə görə Elbrus Hacıyevin göstərişi ilə onun yerinə Şəkifə çağırılır və həbs edilməlidir. Bu qaydada Şəkifəni aldadıb evdən çıxararaq 32-ci polis bölməsinin yaxınlığına aparmış, orada Şəkifənin yanından oğluna zəng vurub bildirmişdir ki, anasının həbs olunmaması üçün pul verilməlidir, 1000 manat olsa işi həll edəcəkdir. Uşaqlar əl-ayağa düşüb 800 manat toplamışlar, amma Feyruz razılaşmamış, Şəkifə məcbur qalıb rəfiqəsi Dilbərə zəng vurmuş və ondan da 200 manat borc alıb Feyruza vermişlər. Ona qədər pulları alarkən Feyruz əvvəl onu aldatmış, yəni danışıqları başlamış və ailə üzvləri onu vəziyyətdən çıxarmaq üçün pul tapmağa kömək etmişlər, amma o, xəstəxanada olanda Şəkifəni aldadıb sonuncudan 1000 manat almışdır. Həmin pulu alandan bir-iki gün sonra 2019-cu ilin mart ayının ortalarında Feyruz Şəkifəyə demişdi ki, əvvəlki işlər üçün qızılları girov qoyub pul götürdüyü lombard Elbrus Hacıyevindir, o, deyir ki, qızılları qaytarıb həmyerli kimi onlara kömək etmək istəyir. Qızılları götürmək üçün Elbrus Hacıyevlə görüşmək adı ilə Şəkifəni Ağır Cinayətlər İdarəsinə aparmış, orada kənarda gözlətdirib özü harasa getmiş və qayıdıb demişdir ki, Elbrus Hacıyevin işi çıxıb gələ bilmir, amma deyir ki, Qax rayonunda yaşayan qonşu onun oğlun Elçindən şikayət yazıb, şikayətə görə 32-ci polis bölməsinə tapşırılıb ki, Elçini həbs etsinlər, onun cibinə narkotik atıb tutacaqlar, işi qurtarmağa 5.000 manat lazımdır. Şəkifə məcbur qalıb əvvəllər polisdə işləmiş uzaq qohumu X7 zəng vurub ağlaya-ağlaya borc pul istəmiş, Cümşüdün işə qoşulduğunu görən Feyruz Şəkifəyə onunla danışmağa imkan verməmiş, əlində olan sonuncu 150 manatı da alıb getmişdir. Bundan sonra Cümşüd onlara gəlmiş və Şəkifə ona Feyruzla bağlı baş verənlərin hamısını danışandan sonra Cümşüd demişdir ki, bu adam dələduzdur. Sonra Feyruzun özünə zəng vurub aldadıb aldığı pulları qaytarmasa ondan şikayət olunacağını bildirmişdir. Sonra Cümşüdün iştirakı ilə Feyruzla görüşmüşlər, anası Yeganə ilə birlikdə gələn Feyruz onları aldatdığını etiraf etmiş, amma yenə yalan danışaraq bəzi halları boyun almaq istəməmiş, axırda boynuna almışdır ki, onu və ailəsini aldadaraq 35.000 manata yaxın pulu alıb özünə xərcləmişdir, söz vermişdir ki, pulu qaytarıb onlara vurduğu ziyanı ödəyəcəkdir. Bundan sonra Feyruz onlara hissə-hissə 2.000 manat ödəmiş, lakin ziyanın digər hissəsi ödənilməmişdir. Təqsirləndirilən şəxs onlara vurduğu ziyanın ümumi məbləği 37.300 manat təşkil edir, həmin pulun toplanıb ona verilməsi üçün götürdükləri kreditlər, faizlə borclara görə əlavə xərclərə düşmüşlər. Odur ki, vurulmuş ziyanın ödənilməsini tələb edirlər. Onu da bildirir ki, əvvəlki izahatlarında vurulmuş ziyanın təxminən 35.000 manat olduğunu göstərmiş, eyni zamanda Feyruzun onları aldadıb pulları alması hallarının ardıcıllığını qarışıq göstərmişdir, çünki 2018-ci ilin dekabr ayından etibarən Feyruz onu öz uydurmalarının təsiri altına salıb bir neçə ay ərzində o qədər yalan danışmışdır, o qədər ora-bura aparmışdır ki, hər şeyi yadda saxlamaq çətindir. Bilir ki, Feyruz 2018-ci ili dekabr ayında evini girov qoyub götürdüyü pulu onlardan alandan sonra onun oğlu Elçinin adına etibarnamə ilə kimdənsə aldığı BMV markalı avtomobili tanışı X8 vermişdir, onların arasında nə haqq-hesab olduğunu bilmir, bildiyinə görə Feyruz və Elmar həbsdə bir yerdə cəza çəkiblər, amma həmin avtomobildən oğlu Elçin istifadə etməmiş və maşının taleyi barədə onlara heç nə məlum deyildir. Həmin vaxtlarda bir dəfə Feyruz Elmargilin həyətinə darvaza qoydurmuş və onu da ora aparmışdır ki, guya məhkəmədə verilmiş məcburi əmək cəzasına görə işləməlidir. Bundan əlavə, Feyruzun onları inandırmaq üçün dediyi yalanlardan biri, guya Elbrus Hacıyev adlı şəxsin oğlu Elçini özünə sürücü götürəcəyi barədə dediyi olmuşdur ki, buna görə Elçin həmin vaxt işini də əlindən buraxıb zavoddan işdən çıxaraq işsiz qalmışdır. Bundan əlavə, X14 milliyətcə ləzgi olduğunu və həyat yoldaşı Şəkifə Qusar rayonundan olduğuna görə onları müdafiə edəcəyini, hətta hökumətin ildə bir kasıbın evini abadlaşdırması hesabına onların həyətini abadlaşdıracağını da deyərək, qonşudakı ustalıqla məşğul olan Namiq və iki İlqar adlı şəxsləri dəvət edib həyətdəki heyvan tövləsini, hamamı və tualeti, oğlunun bir otaqlı yaşayış yerini sökdürmüş, amma yerində heç nə tikilməmiş, hətta ustaların pulunu belə verməmişdir. Bütün bu hadisələrin ardıcıllığı və tarixləri barədə ifadələrində qeyri-dəqiq göstərə bilərdi, amma həmin halların olduğunu təsdiq edir. Sonda təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs qonşusudur, on beş ildən artıqdır ki, bir birini tanıyırlar, əvvəllər qonşu kimi münasibətləri yaxşı olmuş, narazılıqları olmamış, bir birindən pislik görməmişlər. Feyruzun əvvəllər Fövqəlada Hallar Nazirliyində işlədiyini eşitmişdir. Özü əslən Qusar rayonundan, əri Rəsul Qax rayonundandır. Rəsulun Qax rayonunun Zərnə kəndində ata yurdunda valideynlərdən qalmış, amma indi heç kimin yaşamadığı evi vardır. 2013-cü ildə Qax rayonunda baş vermiş zəlzələ nəticəsində həmin evə zərər dəymiş, evin bərpasına dövlət hesabına Fövqəlada Hallar Nazirliyi tərəfindən köməklik göstərilmiş, amma Feyruzun evin bərpasında heç bir iştirakı olmamış, ona müraciət etməmişlər. Həmin vaxtlar Rəsul Qax rayonunda olanda oradakı Nəriman adlı qonşu zəlzələdən zərər çəkmiş evlərə görə dövlət köməyi ilə əlaqədar Rəsul ilə danışanda Rəsul ona Fövqəlada hallarda işləyən Feyruz barəsində demişdir. Nəriman da Feyruzla tanış olub evlərin bərpasına kömək barədə danışmaq istədiyini bildirmiş. Rəsul da onları bir biri ilə telefon vasitəsilə əlaqələndirmiş və sonrakı münasibətlərində iştirak etməmişdir. Bu barədə özü sonradan bilmiş, bu danışıqların şahidi olmamışdır. Təxminən 6-7 il əvvəl eşitmişlər ki, Feyruz camaatı aldadıb pullarını aldığına görə həbs olunmuşdur. 2018-ci ilin payız aylarında Feyruz cəzasını çəkib evinə qayıtmış, bundan sonra da qonşu kimi normal münasibəti olmuşdur. 03 dekabr 2018-ci il tarixdə Feyruz onlara gəlib əri Rəsula demişdir ki, qonşu Malik onlardan 32-ci polis bölməsinə şikayət ərizəsi yazıb ki, onun inəyi həyətinə keçmiş, oğlu Elçin inəyi çıxardanda həyətdə olan Malikin qızına təcavüz etmək istəmiş, Malikə narkotik maddələr satmısan. Onu da bildirir ki, qonşusu Maliklə həyət qapısının açılması ilə bağlı mübahisələri olmuş, o vaxtdan küsülü olduqlarından danışmırlar, Feyruz da onların küsülü olduğunu bilir. Ona görə Malikdən şikayəti ilə bağlı heç nə soruşmamışlar. Rəsul və Elçin barədə deyilənlərin böhtan olduğunu bilirlər, amma yenə də Elçindən soruşmuşlar, oğlu demişdir ki, belə bir iş olmayıb, onun barəsində deyilənlər böhtandır. Feyruz şikayət və polisdə iş aparılması barədə çox inandırıcı danışdığına görə qərəzli münasibətlərdə olduqları qonşu Malikin şikayət etməsinə inanmışlar və narahat olmuşlar. Feyruz onların narahatlığını görüb özünü polis, prokurorluq və məhkəmə ilə bağlı işlərdə hər şeydən məlumatlı adam kimi göstərərək müxtəlif adlar çəkmiş və onların müxtəlif orqanlarda işlədiyini danışmış, onların vəziyyətinin çətin olduğunu, belə işlərə görə tutulub həbs cəzası alanların çox olduğunu demiş, amma pul verib işi qurtarmağın mümkün olduğunu bildirmişdir. Feyruz dayanmadan danışaraq, gah onların işin çətinliyi ilə qorxutmuş, gah da işi pul ilə həll etməyin yollarını bildiyini demişdir. Feyruz bildirmişdir ki, maraqlanıb öyrənmişdir Elçinə görə 32-ci polis bölməsinə 500 manat verilsə, işi bağlamaq olar. Feyruz sonra isə demişdir ki, Rəsulun narkotik satması barədə şikayətə görə narkobiznes idarəsinin əməkdaşları gəlib 32-ci polis bölməsində gözləyirlər ki, Malikin və onların evində axtarış aparacaqlar, gəlsələr özləri narkotiki evə atıb çıxararlar, sonra isə Rəsulu həbs edəcəklər, onlar da 1000 manat istəyirlər. Həmin vaxt noyabr ayının sonunda onlar Rəsulun ürəyinə stend qoyulması əməliyyatı üçün 3000 manat kredit götürmüşlər, puldan 1500 manat pulu evində Feyruza vermişlər, Feyruz pulu alandan sonra Rəsulu götürüb 32-ci polis bölməsinə getmiş, qayıdandan sonra demişlər ki, iş qaydasına qoyuldu. 2018-ci ilin dekabr ayının əvvəlində, dəqiq tarix yadında deyil, onlardan 1500 manatı alandan bir neçə gün sonra Feyruz gəlib həyat yoldaşı Rəsula demişdir ki, barəsində cinayət işini aparan Müslüm adlı müstəntiq Rəsulu Korrupsiya idarəsinə çağırır, çünki tutulan zaman dələduzluq yolu əldə etdiyi puldan Rəsula verdiyinə görə Rəsul ilə bağlı iş açıblar, həmin işə ayrıca təzədən baxılır. Feyruz onları həyəcana salandan sonra həmin gün səhər Rəsulu aparıb getmiş, axşam saat 21 radələrində geri qayıtmışlar. Gələndən sonra Feyruz demişdir ki, müstəntiq Rəsulun işini Ədliyyə Nazirliyinin baş müstəntiqi Elbrus Hacıyevə verib, X19 rayonundandır onun həmyerlisidir. Elbrus Hacıyev yerlisi kimi ondan ləzgi çörəyi, 6 balon qatıq, 3 balon süd, 1 balon tutma badımcan, 6 toyuq, 4 ördək istəyir, Rəsulun işinə də bir yol tapacaq. O, Feyruza inanıb 150 manatlıq ərzağı hazırlayıb hissə-hissə Feyruza vermişdir ki, Elbrus Hacıyevə aparsın. Həmin günlərdə Feyruz dəfələrlə Rəsulu evdən aparmış, Elbrus Hacıyevdə olan işlə bağlı getdiklərini demişdir. Növbəti dəfə evə qayıdanda Rəsul demişdir ki, Feyruz onu Elbrus Hacıyevin işçisi olan bir qadınla danışdırmış, həmin qadın Elbrus Hacıyevin adından işin yoluna qoyulması üçün böyük məbləğdə pul istəmiş, sonda 6.500 manata razılaşmışlar. Onlar bir neçə gün tanışlardan, qohumlardan 6.500 manat toplayıb evində Feyruza vermişlər. Feyruz isə onları sözlərinə inandırmaq üçün Rəsulu da götürüb pulu Milli ön aparatı vasitəsilə göndərmək üçün getmiş, amma pulun göndərilməsi barədə onlara heç bir qəbz, yazılı sənəd verməmişdir. 2018-ci ilin dekabr ayının ortalarında, dəqiq tarix yadında deyil, Feyruz gəlib Rəsula xəbər gətirmişdir ki, guya Rövşən adlı prokuror Elbrus Hacıyevin qərarı ilə razılaşmayıb, prokuror da 6500 manat pul istəyir, pul verilməsə, prokuror işi poza bilər. Rəsul bərk qorxuya düşmüş, onlar da narahat olmuşlar. Həmin vaxt pulları olmadığından məcbur olub axtarmağa başlamışlar, Feyruz isə onları tələsdirib demişdir ki, Elbrus Hacıyev göstəriş verib ki, Rəsulu həbs olunub Kürdəxanıya göndərilməsi üçün yanına aparsınlar. Onlar pulun bir hissəsini borca götürmüş, həyətdə saxladıqları erkək dananı kəsib satmış, bəzi qiymətli əşyalarını girov qoyub pul götürməklə 6500 manat pulu düzəldib Feyruza vermişlər. Feyruz pulu alandan sonra Rəsul ilə birlikdə gedib Milli ön aparatından hesaba köçürmüş, hansı hesaba və nə qədən köçürməsini bilmirlər. Bundan sonra 2018-ci ilin dekabrında Feyruz onlara gəlib bildirmişdir ki, Rəsulun işinin məhkəməsi olacaq, işi aparan hakim Əfqan Hacıyev 6.000 manat pul istəyir ki, həbs cəzası verməsin. Feyruz inandırıcı tərzdə demişdir ki, əgər pul çatdırılmasa Rəsula uzun müddətə cəza verəcəklər, eyni zamanda onların pul tapmağa çətinliklərini də bilmiş, çünki qısa müddətdə artıq xeyli pul almışdır. Həmin vaxt onlar məcbur olub evin girov qoyulduğu müqavilə ilə “Access Bank”dan 6000 manat götürmüş və pulu Feyruza vermişlər ki, Rəsulun işinin qurtarılmasına kömək etsin. Feyruz həmin pulu da Rəsul ilə birlikdə Milli ön terminalından göndərməyə getmişdir. 2019-cu ilin yanvar ayının axırlarında, dəqiq tarix yadında deyil, Feyruz onlara gəlmiş, həmin vaxt Rəsulun Qax rayonuna getmək istədiyini biləndə birdən demişdir ki, Rəsul rayona getməsin, orada həyətdə əncir ağacının altında narkotiklər əkilib, həyətə baxanda orada qadın alt paltarları tapılmışdır, ona görə də narkotik və qadın alveri ilə məşğul olmağa görə həbs etmək istəyirlər. Rəsul yenə qorxuya düşmüş, Feyruz isə sakitlədirərək bir yol axtaracağını demişdir. Ümumiyyətlə bütün bu hadisələr ərzində Feyruz həmişə bu cür hərəkət etmiş, yəni əvvəl uydurma bir xəbər gətirib onları həyəcana salmış, sonra isə yol axtardığını deyib axırda pul məsələsini ortaya atmış və demişdir ki, filan qədər pula işi həll etmək olar. Həyat yoldaşı Rəsul isə daha çox həyəcan keçirmiş, Feyruz xəbəri gətirib gedəndən sonra evdə ağlayıb demişdir ki, həbs olunarsa, ürəyi dözməz və türmədə öləcəkdir. Feyruz hiss etmişdir ki, Rəsul türmədən bərk qorxur, ona görə hər dəfə görüşəndə türmənin çətinliklərindən Rəsulun yanında danışmış, orada dişlərinin sındırıldığını, toka verildiyini və sair xoşagəlməz çətinliklərə düşdüyünü demişdir ki, bu söhbətlər Rəsula çox pis təsir etmişdir. Həmin məsələyə görə işin qurtarılması üçün Feyruz onlardan 5000 manat pul almış, demişdir ki, Elbrus Hacıyev hər şeyi həll edir, Qaxdakı həyətdə axtarış olmayacaq, iş bağlanacaq. Bu məbləği vermək üçün, yenə “Access Bank”dan evinin girovu müqabilində 1000 manat kredit götürülmüş, baldızı X3 adına 1.100 manat kredit götürmüşlər, bundan əlavə kreditə kompüterlər və mobil telefon götürülüb lombarda təhvil verilmiş, pulun bir hissəsini də faizlə borca götürmüşlər. 2019-cu ilin yanvar ayının sonu-fevral ayının əvvəlində, dəqiq tarix yadında deyil, Feyruz onlara gəlib demişdir ki, Rəsul ilə Qəbələyə getməlidirlər, orada hansısa qadınlar Rəsuldan prokurorluğa şikayət yazıblar. Feyruz bu xəbəri də həmişə olduğu kimi həyəcanla və inandırıcı şəkildə çatdırmış və demişdir ki, Rəsul getməsə həbs edilə bilər, eyni zamanda Qəbələ prokurorluğu ilə yaxşı əlaqəsi olduğunu, birlikdə gedib işi qaydaya qoymağa çalışacağını demişdir. Rəsul qorxudan onunla birlikdə Qəbələ rayonuna getmişdir. Rəsul Bakıya qayıdandan sonra danışmışdır ki, orada olduqları zaman Feyruzun telefonuna zəng vuran iki nəfər tanımadığı qadın onunla danışmış və guya birlikdə kef çəkdikləri barədə böhtan atıb prokurorluqda danışacaqlarını demişlər. Bakıya gələndən sonra Feyruz demişdir ki, Qəbələdəki problemli işin yoluna qoyulmasını Elbrus Hacıyevdən xahiş edəcəkdir. Həmin günlərdə Feyruz demişdir ki, X18 rayon prokuroru ilə razılaşmış, prokurora 5000 manat çatmalıdır. Onlar yenə əşyalarını lombarda qoymaqla, borca bəzi əşyaları “Lalafo” saytı vasitəsilə satmaqla, faizə borc pul götürməklə 5000 toplayıb Feyruza vermişlər ki, Qəbələ rayonu ilə bağlı uydurduğu işi həll etsin. 10 fevral 2019-cu il tarixdə Feyruz yenidən Rəsulun yanına gəlib demişdir ki, məhkəməsi olacaq, hakimə pul çatmalıdır. Rəsul hakim Əfqan Hacıyev üçün artıq onlardan pul aldığını deyəndən sonra Feyruz hakimin dəyişdiyini, işin hakimi Əfqan Hacıyevin məzuniyyətə çıxdığına görə başqa hakimin işə baxacağı barədə növbəti yalan deyib Rəsulu inandırmışdır. Həmin vaxt Feyruz demişdir ki, hakimə 3000 manat, yanındakılara isə 1000, yəni ümumilikdə 4000 manat verilməlidir. Onlar yenə də məcburiyyət qarşısında qalıb yenə pul axtarmalı olmuş, həyətdən ev quşlarını, heyvanları satmışlar, mümkün olan yerlərdən faizə pul götürmüş və bir neçə günə 4000 manat düzəldib Feyruza vermişlər ki, Rəsulun məhkəmədə olan işini həll etsin. 21 fevral 2019-cu il tarixdə Feyruz onlara gəlib həyat yoldaşı Rəsula demişdir ki, Ağır Cinayətlər Məhkəməsində özü barəsində olmuş cinayət işindən Rəsulun şahid qismində verdiyi ifadə çıxarılmalıdır, əgər ifadə çıxarılmasa gələcəkdə problemlər ola bilər. Bunun üçün Ağır Cinayətlər Məhkəməsinə ərizə yazıb göndərilməlidir və Rəsulu aparıb poçtda ərizə yazdırıb imzalatdırıb yola salmışdır. Fevralın sonu, martın əvvəlində Rəsulun adına poştla Ağır Cinayətlər Məhkəməsindən Əfqan Hacıyev adlı hakimin imzaladığı məktub gəlmiş, məktubda Feyruzun dediyi ifadə məsələsi ilə bağlı nə isə yazılmışdır. Bu məktubu alanda onlar bir daha inanmışlar ki, həqiqətən Ağır Cinayətlər Məhkəməsində Feyruzun dediyi cinayət işi var, dedikləri düzgündür, onun məsləhətlərinə qulaq asmalıdırlar. Məktub gələndən sonra, Feyruz demişdir ki, Ağır Cinayətlər Məhkəməsinə 1500 manat pul çatmalıdır, bununla da iş həll olunar, məktubu da elə ona görə göndəriblər. Bundan sonra onlar yenə böyük çətinliklə müxtəlif şəxslərdən borc alıb 1500 manatı düzəltmişlər, Rəsul pulu Feyruza vermişdir. 2019-cu ilin mart ayında həyat yoldaşı Rəsulun səhhəti pisləşdiyindən xəstəxanaya yerləşdirilmişdir. Bu müddətdə də Feyruz onlardan əl çəkmək istəməmiş, mart ayının ortalarında onlara gəlib ona demişdir ki, Rəsula cəza verilməlidir, amma xəstəxanaya getdiyinə görə Elbrus Hacıyevin göstərişi ilə onun yerinə o, çağırılacaq, yəqin həbs etməli olacaqlar. Feyruz onun narahat olduğunu görüb demişdir ki, 32-ci polis bölməsinə getmək və orada bir razılığa gəlmək lazımdır. O, qorxmuşdur ki, getməsə özü üçün pis ola bilər, Feyruzun polisdə əlaqələrinin olmasına inanıb birlikdə getmişdir. Bu qaydada Feyruz onu 3-4 gün evdən aparıb polis bölməsinin yaxınlığında gözlətdirmiş, sonra demidir ki, işin düzəlməsinə 1000 manat lazımdır. O, pul olmadığını deyəndə, Feyruz özünü qayğıkeş kimi göstərərək oğlu Elçinə zəng vurub pul düzəltməyi təklif etmişdir. Uşaqları borc-xərclə 800 manat tapa bilmişlər, amma Feyruz razılaşmamışdır. O, məcbur olub Dilbər adlı rəfiqəsinə zəng vurub 200 manat borc istəmiş, Dilbərdən 200 manat alıb 1000 manatı düzəldib Feyruza vermişdir ki, həbs olunmasının qarşısı alınsın. Bir-iki gün sonra isə, 2019cu ilin mart ayının ortalarında Feyruz yenidən gəlib demişdir ki, əvvəlki işlər üçün qızılları girov qoyub pul götürdüyü lombard Elbrus Hacıyevindir, o, deyir ki, qızılların qaytarıb həmyerli kimi onlara kömək etmək istəyir, onun qəbuluna getməlidirlər. O, ümidlənmişdir ki, bəlkə qızılları girovdan götürmək oldu, ona görə Feyruzla 32-ci polis bölməsinin yanına getmiş, orada Feyruz kənarda gözlətdirib özü harasa getmiş və qayıdandan sonra demişdir ki, Elbrus Hacıyevin işi çıxıb gələ bilmir, amma deyir ki, Qax rayonunda yaşayan qonşusu onun oğlu Elçindən şikayət yazıb, şikayətə görə 32-ci polis bölməsinə tapşırılıb ki, Elçini həbs etsinlər, onun cibinə narkotik atıb tutacaqlar, işi qurtarmağa 5000 manat lazımdır. Bu xəbər onun üçün gözlənilməz olmuş, çox qorxuya düşmüşdür. Feyruz isə demişdir ki, pul çatmasa Elçinin başına nə gələcəyini bilmir. O, məcbur qalıb əvvəllər polisdə işləmiş uzaq qohumu X7 zəng vurmuş, özünü saxlaya bilməyib ağlaya-ağlaya borc pul istəmiş, Cümşüd narahat olub soruşmuşdur ki, nə baş verib, pul nəyə lazımdır. Feyruz danışdığı şəxsin keçmiş polis əməkdaşı olduğunu biləndən sonra ona danışmağa imkan verməmiş, qoluna tez-tez vurub və demişdir ki, telefonu söndürsün, problem yaratmasın, axırda məcbur etdi ki, telefonu söndürsün. Cümşüd ona yenidən zəng etdi ki, danışmağını tələb etdi. Feyruz ona danışmağa icazə verməmiş, qışqırmışdır ki, telefonu söndürsün, o, danışa bilməmişdir. Onu oradan Ağır Cinayətlər İdarəsinə aparmış, bu zaman içəridən Ağır Cinayətlər İdarəsindən çıxan polis maşınını göstərib demişdir ki, Rəsulu gətirməyə gedirlər. O, yenə ağlayıb Cümşüdə zəng etmişdir ki, maşın getdi Rəsulu həbsxanaya aparmağa. Cümşüd dedi ki, haradadır, o gəlir, amma o, Feyruzun təsiri altında yerini deməmişdir. Bundan sonra Feyruz onu taksidə evə gətimiş, evdə olan son pulu 150 manatı alıb tələsik gemiştdir. Bir-iki gün sonra Cümşüd onlara gəlmiş və baş vermiş hadisəni danışanda Cümşüd demişdir ki, bu adam dələduzdur. Cümşüd Feyruza zəng vurub demişdir ki, əgər pulları qaytarmasa Feyruzu polisə verəckdir ki, barəsində tədbir görsünlər. Feyruz artıq qorxuya düşmüş, hər şeyi etiraf etmiş, onları aldadıb 35.000 manata yaxın pulu aldığını Cümşüdün yanında etiraf etmiş, eyni zamanda özünü müdafiə etməyə cəhd etmiş, pulu tək yemədiyini demiş, amma konkret kimisə təqsirləndirə bilməmiş, ancaq həbsxanada bir yerdə cəza çəkdiyi X4 adını çəkmiş, demək istəmişdir ki, telefonda rəsmi şəxslərin adından danışan Elmar olmuşdur. Onlar Cümşüdün iştirakı ilə Feyruzla və anası Yeganə ilə birlikdə görüşmüşlər, Feyruz anasının yanında da əməllərini etiraf etmiş, amma yenə yalan danışaraq bəzi halları boyun almaq istəməmiş, buna baxmayaraq onlara söz vermişdir ki, pulu qaytarıb vurduğu ziyanı ödəyəcəkdir. Bundan sonra Feyruz onlara hissə-hissə 2.000 manat ödəmiş, lakin ziyanın digər hissəsi ödənilməmişdir. Təqsirləndirilən şəxs onlara vurduğu ziyanın ümumi məbləği 37.300 manat təşkil edir, bundan əlavə götürdükləri kreditlər, faizlə borclara görə əlavə ziyana düşmüşlər, indi də kredit borclarının ödənişləri davam edir. Odur ki, vurulmuş ziyanın ödənilməsini tələb edirlər. Onu da bildirir ki, əvvəlki izahatlarında onlara vurulmuş ziyanın təxminən 35.000 manat olduğunu göstərmişlər, indi isə Rəsul ilə birlikdə hər şeyi hesablayıb dəqiq məlumat verirlər. Eləcə də Feyruzun onları aldadıb pulları alması hallarının ardıcıllığı yadında yaxşı qalmadığından bəzi halları qarışdırmışdır. 2018-ci ilin dekabr ayından başlayaraq bir neçə ay ərzində Feyruz demək olar ki, hər gün onlara gəlib getmiş, onları aldatmağın asan olduğunu görüb əl çəkməmişdir. 2018-ci ili dekabr ayında evinin girov qoyulması yolu ilə götürdükləri pulu alandan sonra Feyruz onların oğlu Elçinin adına etibarnamə ilə kimdənsə aldığı BMV markalı avtomobili tanışı X8 vermiş, onların arasında olan haqq-hesabdan məlumatı yoxdur, amma Elçin həmin avtomobildən istifadə etməmiş və maşının taleyi barədə məlumatı yoxdur. Feyruz onları inandırmaq üçün cürbəcür yalanlara əl atmış, guya Elbrus Hacıyev adlı şəxsin oğlu Elçini özünə sürücü götürəcəyini deyib Elçini elə inandırmışdır ki, oğlu həmin vaxt zavodda işdən çıxaraq işsiz qalmışdır. Bundan əlavə, Feyruz demişdir ki, milliyətcə ləzgi olan Elbrus Hacıyev onun Qusar rayonundan olduğunu biləndə onları müdafiə edəcəyini, hökumət hesabına həyətini abadlaşdıracağım bildirmiş, Feyruz özü qonşudakı ustalıqla məşğul olan Namiq və iki İlqar adlı şəxsləri dəvət edib onların həyətindəki heyvan tövləsini, hamamı və tualeti, oğlunun bir otaqlı yaşayış yerini sökdürmüş, amma yerində heç nə tikdirməmiş, ustaların pulu da verməmişdir. Bütün bu hadisələrin ardıcıllığı və tarixləri barədə ifadələrində qeyri-dəqiq göstərə bilərdi, amma həmin halların olduğunu təsdiq edir. Bir daha bildirir ki, indiki ifadəsində onlara vurulan ziyanın məbləğini, Təqsirləndirilən şəxs onları nə vaxt və necə aldatması, nə vaxt hansı məbləğdə pulu ələ keçirməsini düzgün göstərmişdir. Sonda təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 atasıdır. Təqsirləndirilən şəxs çoxdan tanıdığı qonşusudur. 03 dekabr 2018-ci il tarixdə Feyruz onlara gəlib demişdir ki, qonşuluqda yaşayan Malik adlı şəxs onlardan 32-ci polis bölməsinə şikayət ərizəsi yazıb ki, guya onların inəyi Malikin həyətinə keçib, həmin vaxt o, inəyi Malikin həyətindən çıxartmağa getmiş və həmin vaxt Malikin qızına təcavüz etmək istəmişdir. Maliklə onların arasında mübahisə olduğuna görə Malikdən heç nə soruşmamışlar ki, niyə şikayət edib. Ailə üzvləri ondan soruşanda elə bir şeyin olmadığını bildirmişdir. Lakin atası Zərərçəkmiş şəxs1 narahat olmuş, eyni zamanda Feyruz demişdir ki, guya atası Rəsul Malikə narkotik maddə satmışdır. Feyruz demişdir ki, həmin narkotiklə əlaqədar onların evi və Malikin evini yoxlamaq üçün narkobiznesidən nümayəndə gəlib və 32-ci PB-də gözləyirlər. 1500 versin ki, gəlib evi yoxlamasınlar, işi də bağlasınlar. Onlar da demişdlər ki, gəlib yoxlasınlar, onlarda heç vaxt elə bir şey olmayıb. Feyruz bildirmişdir ki, olmasa da, özləri narkotik atıb çıxaracaqlar. Feyruz onları qorxutmuşdur ki, təcili pul versinlər ki, gəlməsinlər. Atası da məcburiyyət qarşısında qalıb Feyruza 1500 manat pul vermişdir. Həmin ərəfədə atası Rəsulun ürək əməliyyatı, yəni ürəyinə stend qoyulması üçün 3000 manat pulu kreditlə götürmüşlər, Feyruza həmin puldan verməyə məcbur olmuşlar. Feyruz atası Rəsulu da götrüb 32-ci PB-nə getmiş, atasını çöldə gözlədib, özü isə inzibati binaya daxil olub, guya “narkobiznesin” nümayəndələrinə 1500 manat çatdırmışdır. Bundan sonra Feyruz atası Rəsulun qorxudan hər sözə inandığını görüb artıq əl çəkməmiş, bir gün olsun belə atasını boş saxlamamış, demək olar ki, hər gün yanında olmuş, növbəti bir uydurma xəbərlə həyəcana, qorxuya salıb orada-burada olan işlər barədə demiş, atasının qorxudan özünü itirdiyini görəndən sonra işin yoluna qoyulmasına köməyini təklif etmiş və ardınca nə qədər pul lazım olduğunu deyərək bildirmişdir ki, pul verilməsə tutla bilər. Atasının tutulmaqdan qorxusu ona görə olmuşdur ki, cinayət edən adam olmamış, eyni zamanda ürəyində ciddi qüsuru, xəstəliyi vardır, hər dəfə Feyruz belə bir xəbər gətirib onunla danışıb gedəndən sonra ağlayıb demişdir ki, tutulsa türmədə dözə bilməz, ürəyi dözməz, ölər. Feyruz uydurduğu Malikin şikayətinə görə pulu alandan bir-iki gün sonra gəlib atasına demişdir ki, özünün işini aparmış və həmin işdə atası Rəsulu da dindirmiş Müslüm adlı müstəntiq atasını çağırır, Feyruz tutulduğu işdə aldığı pulun 400 manatını atasına verdiyinə görə sonuncunu tuta bilərlər. Sonra isə demişdir ki, müstəntiq Müslüm həmin işi Ədliyyə Nazirliyinin baş müşaviri Elbrus Hacıyevə vermiş, səhəri gün atası saat 8-də Elbrus Hacıyevin yanında olmalıdır. Razılaşdılar ki, Feyruz özü atası ilə gedib məsələnin yoluna qoyulmasına çalışacaq. Birinci dəfə gedib qayıdandan sonra Feyruz demişdir ki, Elbrus Hacıyev adlı şəxsə 6500 manat verilməlidir ki, işi qaydasına qoysun. Bundan sonra Feyruz pulu onlardan alanadək, yəni borc-xərclə pulu düzəldib verənədək bir neçə gün atasını səhər saat 8-dən axşam saat 21-dək evdən aparıb işin ardınca getmək adı ilə polis, prokurorluq idarələrinin olduğu yerlərdə axşama kimi gəzdirib, gözlətdirib evə gətirmişdir. Həmin vaxtlarda atasına hansısa bir yazılı sənəd də oxutdurmuşdur ki, guya birinci 1500 manatı verəndən sonra yazıblar ki, onların evi yoxlanılmış, amma evdə heç bir qanunsuz şeylər tapılmamışdır, bunu atası özü onlara demişdir. Atası da bu cür hallardan sonra Feyruza daha çox inanmışdır. Onu da bildirir ki, Feyruz atasının yanına gələndə həmişə çalışmışdır söhbət edəndə onlar yaxınlaşmasınlar, daha çox öz aralarında danışmışlar, atasına necə təsir etmişsə, sonuncu da onları söhbətdə yaxın buraxmamış, amma qorxuya düşəndən sonra demişdir ki, Feyruz belə bir xəbər gətirib, problemi həll etməyə bu qədər pul istəyir. 2018-ci ilin dekabr ayının ortalarında, dəqiq tarix yadında deyil, Feyruz gəlib atası Rəsul ilə danışandan sonra sonra məlum olmuşdur ki, deməsinə görə 6500 manat pul verdikləri işin yoluna qoyulmasına Rövşən adlı prokuror icazə vermir, razılığını almağa da Feyruz 6500 manat pul istəyir. Buna görə onlar həyətdən heyvanlardan kəsib satmış, qızıllarını girov qoymuş, borc götürmüş və bir daha 6500 manat düzəldib Feyruza vermişdlər. Həmişəki kimi bu pulu da düzəltməyə bir neçə gün lazım olmuş və bu günlər ərzində Feyruz atasının yanından çəkilməmiş, özünü qayğısına qalan kimi göstərmiş, səhərdən gəlib evdən aparmış və axşam qayıtmışlar. Bundan sonra dekabr ayının axırlarına yaxın Feyruz atası Rəsulu aldadıb qorxaqlığından istifadə edərək yenə 6000 manat pul almışdır. Bu dəfə onlara gəlib bildirmişdir ki, atası Rəsulun işi məhkəməyə verilir, məhkəmə olacaq, işi aparan hakim Əfqan Hacıyev 6000 manat pul istəyir ki, həbs cəzası verməsin. Onlar “Access Bank”dan evin girov qoyulması müqabilində 6000 manat götürüb Feyruza vermişlər ki, məhkəmədə işi qurtarmağa kömək etsin. Həmin pulun verilməsi zamanı Feyruz atasına poçtda bir ərizə yazdırmışdır ki, əgər bu işlər barədə kiməsə məlumat versə, özünün və uşaqlarının üstünə narkotik atılıb tutulmaları ilə razıdır. Evə gələndən sonra atası qorxu işində bunu onlara danışmışdır. Onu da bildirir ki, 2018- ci ili dekabr ayının sonunda Feyruz bir dəfə onu çağırıb demişdir ki, kimdənsə aldığı BMV markalı avtomobilə etibarnamə yazdırmaq lazımdır və xahiş etmişdir ki, hələlik etibarnamə onun adına yazılsın, sonra sənədləşməni qaydasına qoyar, o da razılaşmış və Feyruz bir qadının adından yazılan etibarnamə ilə alınan BMV markalı maşını türmədən tanıdığı X8 vermişdir, onların arasındakı haqq-hesabdan məlumatsızdır, həmin avtomobildən heç vaxt istifadə etməmiş, maşının sonrakı taleyindən məlumatı yoxdur. Bundan sonra əməllərindən əl çəkməyən Feyruz artıq 2019-cu ilin yanvar-fevral aylarında, dəqiq yadında qalmayan tarixlərdə bir dəfə atasına demişdir ki, Qax rayonunda olan baba evinin həyətindən narkotik bitki və qadın paltarları tapılıb, guya oradakı qonşu Nəriman şikayət edib bunu prokurorluğa bildirib, ona görə də atası Rəsulu narkotikə və qadın alverinə görə axtarırlar. Həmin vaxt atası Qax rayonuna atasından qalan həmin evə baş çəkməyə getmək istəmiş, Feyruz isə qorxudaraq qəti tapşırmışdır ki, getməsin, yoxsa tutacaqlar, sonra işi qurtarmaq olmaz. Həmin günlərdə Nərimanın adından kimsə Feyruzun telefonuna zəng vumuş bir nəfər atası ilə danışıb Feyruzun dediklərini təsdiq etmiş, ona görə də atası qorxu içində evdə demişdir ki, yenə problem çıxıb, şərlənib tutulacağından qorxur. Feyruz bu yalanı deyəndən sonra atası Rəsula demişdir ki, işin həlli üçün 5000 manat istəyirlər. Onlar kreditlə götürdüyü kompüter və mobil telefonu girov qoyub, bibisi Gülpəri Məmmədovanın adına kredit götürüb, həyətdən ev quşlarını və heyvanlardan satıb bir təhər çətinliklə pulu düzəldib Feyruza vermişdlər. 2019-cu ildə həmin vaxtlarda, yəni yanvar-fevral aylarında atası Rəsula demişdir ki, Qəbələdə hansısa qadınlar şikayət ediblər ki, guya qadınlarla kef çəkmişdir, hətta hansısa qadınları telefonla atası Rəsul ilə danışdırb sonuncunu tam inandırmışdır. Həmin işə görə də onlar 5000 manat toplayıb Feyruza vermişlər ki, işi yoluna qoysun, deməsinə görə işin həll edilməsinə Elbrus Hacıyev kömək etmişdir. Atası Rəsuldan əl çəkmək istəməyən Feyruz 2019-cu ilin fevral ayında bir dəfə, dəqiq tarix yadında deyil, atası Rəsula demişdir ki, sonuncunun məhkəmədə olan işinin hakimi Əfqan Hacıyev məzuniyyətə çıxdığına və işə başqa hakim baxacağına görə 4000 manat olsa, bu hakimi və yanındakılarını razı salmaq olar. Həmin vaxt yenə faizə pul götürməklə və satıla biləcək əşyaları satmaqla, borc-xərclə 4000 manat düzəldib Feyruza vermişlər ki, dediyi məhkəmə işini həll etsin. 2019-cu ili fevral ayının axırlarında isə Feyruz atası Rəsuldan daha 1500 manat istəmişdir ki, məhkəmədə atası Rəsulun adı ilə bağlı olan sənədləri hansısa işdən çıxarsınlar. Əvvəl atasını poçta aparıb bu barədə məktub yazdırmış, bir qədər sonra isə poçtla atasının adına uydurma hakim adından onların ünvanına məktub da göndərmişdir ki, bütün bunlarla Feyruz atasını dediyi yalanlara inandıra bilmiş, sonra isə öz məqsədinə çatıb pulunu almışdır. Bu məsələyə görə də müxtəlif yollarla borca 1500 manatı düzəldib Feyruza vermişlər. Bundan sonra 2019-cu ilin mart ayının əvvəlində səhhəti pisləşən atası Rəsul 3 saylı şəhər xəstəxanasında yatmalı olmuş, Təqsirləndirilən şəxs isə hətta bu vəziyyətdə də onların ailəsindən əl çəkməmiş, atası xəstəxanada olan zaman onlara gəlib demişdir ki, atasının işi ilə əlaqədar anası Şəkifəni çağırırlar, atası xəstəxanada olduğuna görə əvəzində arvadı Şəkifə cəza çəkməli olacaq. Bu məsələ ilə bağlı anasının polisə getməli olacağını və özü də gedib orada işin yoluna qoyulması məsələsi ilə məşğul olacağını bildirərək anası Şəkifəni evdən aparmışdır. Həmin günlərdə Feyruz bir neçə dəfə anasını səhər evdən aparıb bütün gün ərzində küçədə gözlətdirmiş, elə onda demişdir ki, işi danışıb, 1000 manat pul lazım olacaqdır. Onlar məcbur olub pul axtarmağa başlamışlar, çox böyük çətinliklə 800 manat tapmışlar, amma Feyruz bunula razılaşmamış və anası məcbur olub rəfiqəsindən 200 manat borc almış və 1000 manatı Feyruza vermişdir. Feyruz isə anasına demişdir ki, Qax rayonunda baba evinin qonşusu ondan şikayət yazıb, şikayətə görə 32-ci polis bölməsinə onu həbs etmək tapşırılıb, cibinə narkotik atıb tutacaqlar, sonra isə işin həlli üçün 5000 manat lazım olduğunu bildirmişdir. Anası Şəkifə əvvəllər polisdə işləmiş uzaq qohumu X7 zəng vurub bu barədə ağlaya-ağlaya demiş və borc pul istəmişdir. Feyruz anasının kiminlə danışdığını biləndən sonra Cümşüdlə danışmasına imkan verməmiş, əlində olan sonuncu 150 manatı da alıb getmişdir. Bundan sonra Cümşüd onlara gəlib valideynləri ilə görüşərək Feyruzla bağlı baş verənləri biləndə sonuncunun dələduz olduğunu, onları aldadıb pulları aldığını demişdir. Cümşüd özü Feyruza zəng vurub aldadıb aldığı pulları qaytarmasa barəsində şikayət olunacağını bildirmişdir. Feyruz və anası onlara gəlmiş, Cümşüdün iştirakı ilə Feyruzla görüşmüşlər, Feyruz onları aldatdığını etiraf etmiş, 35.000 manat pulu qaytarıb vurduğu ziyanı ödəyəcəyinə söz vermişdir. Bundan sonra Feyruz hissə-hissə 2.000 manat ödəmiş, lakin yerdə qalan ziyan ödənilməmişdir. 2018-ci ilin dekabr ayından etibarən Feyruz atası Rəsulu aldatmağa başlayandan sonra bir neçə ay ərzində çoxlu yalanlar demiş, Elbrus Hacıyevin anasının yerlisi kimi onların yaşayış yerinin dövlət hesabına abadlaşdırılacağını deyib həyətdəki tikililəri sökdürmüş və tikililər eləcə də qalmışlar, onun Elbrus Hacıyevin yanına işə götürüləcəyimi demiş və sözü yalan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2018-ci ilin sentyabr ayından 2019-cu ilin may ayına kimi Bakı şəhəri, Qara Qarayev prospekti, 74 ünvanda yerləşən Lombardda qəbuledici kimi çalışmıdır. 2018-ci ilin təxminən noyabr ayından etibarən adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs ilk dəfə özünə məxsus əmlak kimi təqdim edərək bir ədəd noutbuk tipli istifadədə olmuş kompüteri işlədiyi lombarda girov qoyaraq pul götürmüş, daha sonra “SamsungJ2” markalı mobil telefonu özünə məxsus əşya kimi təqdim edib girov qoyaraq lombarddan pul götürmüşdür. Bununla bağlı Feyruzla müştəri kimi ünsiyyət yaranmışdır. Bundan sonra 2018-ci ilin təxminən dekabr ayında Feyruz bir nəfər, adı sonradan ona məlum olmuş, Rəsul adlı kişi ilə gəlib qonşusu kimi təqdim etmiş və Rəsulun təqdim edəcəyi qızıl əşyaya yüksək məbləğdə pul verməsini xahiş etmiş, o da Rəsulun təqdim etdiyi qızılı girov götürüb onlara pul vermişdir. Beləliklə, 2018-ci ilin dekabr ayından 2019-cu ilin mart ayının əvvəllərinə kimi olan müddətdə Feyruz əvvəl Rəsul ilə, sonradan Rəsulun oğlu Elçin ilə lombarda gələrək müxtəlif qızıl əşyalarını girov qoyub ondan pul götürmüşlər. Həmçinin Feyruz bir dəfə Elçinlə gələrək noutbuk kompüteri girov qoyaraq pul götürmüşlər, həmin noutbuku sonradan Feyruz pulunu ödəyərək özü götürmüşdür. Lakin qızıl əşyalarını isə sonradan Elçin özü anası ilə 2019-cu ilin may ayında birdəfəlik pulunu ödəyərək götürmüşdür. 01 mart 2019-cu il tarixdə aralarında yaranmış tanışlıq münasibətlərindən Feyruz bir dəfə ondan 450 manat borc pul istəmiş, o da etiraz etməyib Feyruzun ona nömrəsini göndərdiyi karta Milli ön vasitəsilə göndərmiş, bundan sonra növbəti dəfə 04 mart 2019-cu il tarixdə Feyruza 500 manat borc pulu həmin "xxxx"ın kartına göndərmişdir. Sonradan Feyruz anası Yeganə ilə gəlib ona borclu olduğu 900 manat pulu qaytarmşıdır. 2019-cu ilin təxminən mart ayının əvvəllərində ona məlum olmuşdur ki, Feyruz qonşusu kimi onun yanına gətirdiyi Rəsul və oğlu Elçinin lombarda girov qoymaqla aldıqları pulları həmin şəxsləri aldatmaqla özü ələ keçirmiş, buna görə də Feyruz ilə Rəsulun münasibətləri pozulmuşdur. O vaxtdan sonra isə Feyruz, Rəsul və Elçin lombarda başqa hər hansı bir əşyanı girov qoymamışlar. Feyruz, Rəsul və Elçinin hansı əşyaları nə vaxt lombarda girov qoyduqlarını dəqiq xatırlamadığına görə bu barədə ifadəsində dəqiq göstərə bilmir, lakin işlədiyi lombardda bununla bağlı qeydlər aparılmış, kitaba baxıb dəqiqləşdirmə aparmaq olar. Onu da bildirir ki , Feyruz, Rəsul və Elçin birlikdə gəlib lombarda əşya qoyanda razılaşırdılar ki, hər biri girovun pulunu ödəsə əşyanı götürə bilər, buna görə də sonradan noutbuku pulu ödəmiş Feyruza vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 uzun müddətdir ki tanıyır, eyni küçədə qonşuluqda yaşayırlar. Bu müddət ərzində Zərərçəkmiş şəxs1 ağsaqqal bir şəxs kimi tanıyır, qohumluqları yoxdur. Feyruz adlı şəxsi də qonşu kimi tanıyır, tanıdığı müddətdə aralarında narazılıq, ədavət, düşmənçilik olmamışdır. 2019-cu ilin yanvar ayında Rəsul kişi ilə söhbət zamanı sonuncu ona demişdir ki, pula ehtiyacı yaranıb, xərcə düşmüş, imkanı yoxdur. O, Rəsul kişidən nə səbəbdən pula ehtiyacı yaranmasını soruşmuş, lakin Rəsul ona heç nə deməmişdir. O, Rəsul kişiyə demişdir ki, onun da imkanı yoxdur, ancaq ona yüngül kömək edə bilər. Bundan sonra özünə məxsus qızılı lombarda girov qoyaraq 300 manat pul götürmüş və pulu Rəsul kişiyə vermişdir. Həmin vaxt bir daha Rəsul kişidən nə baş verdiyini soruşmuş, sonuncu yenə heç bir məlumat verməmişdir. Bir müddət keçəndən sonra küçədə qonşulardan Rəsul kişinin xəstələndiyini eşitmiş və evinə gedib görüşmüşdür. Rəsul kişiyə demişdir ki, nə olub, nə məsələdir, gəlsin həkimə aparsın. Onda Rəsul kişi demişdir ki, qorxuya düşmüş, qonşu, bir nəfər şəxs onu aldadıb şərləyir, qorxuya salıb pulunu ələ keçirmişdir. Bunu eşidəndə Rəsul kişiyə polisə şikayət etməsini məsləhət bilmiş, amma Rəsul kişi heç nə deməmişdir. Bir qədər keçdikdən sonra Rəsul kişi yenə ondan pul istəmiş, lakin imkanı olmadığına görə pul verə bilməmişdir. Bir müddət sonra eşitmişdir ki, Rəsul kişinin başına oyun açan qonşu Feyruzdur, Rəsulu aldadıb pulunu almışdır. Özü Feyruzun necə Rəsulu aldatmasının şahidi olmamış, bu barədə eşitmiş, amma necə aldatdığını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid1 həyat yoldaşıdır. 2015-ci ildən bu ailəyə gəlin köçmüşdür. Təqsirləndirilən şəxs ailəsi qonşu olduğuna görə, onları tanıyır. 2018-ci ilin dekabr ayından etibarən Feyruz onlara gəlmişdir, birinci dəfə gəlişindən sonra evdə ailə üzvlərindən eşitmişdir ki, Feyruz qaynatası Zərərçəkmiş şəxs1 həyəcana salıb demişdir ki, prokurorluqda ya da məhkəmədə köhnə işini təzədən açırlar, guya Qax rayonunda qaynatasının ata yurdundakı qonşularından olan Nəriman adlı şəxs şikayət qaldırmışdır. Feyruz bu xəbəri necə çatdırmışdırsa, qaynatası Rəsul bərk qorxuya düşmüş, eyni zamanda ona məlum olmuşdur ki, Feyruz bir neçə il əvvəl Fövqəladə Hallar Nazirliyində işləmiş və həmin vaxt camaatı aldadıb pullarını aldığına görə həbs edilmiş, həmin hadisələr vaxtı Nəriman deyilən şəxsin də pulunu almış, Nərimanla onu qaynatası Rəsul tanış etdiyinə görə qaynatasını da məhkəməyə çağırmışlar, amma cinayəti olmadığına görə cəzasız buraxmışlar. Feyruz isə cəza almış və həbsdən buraxılandan sonra qaynatası Rəsul ilə bu mövzuda söhbətə başlamış və qorxuya salaraq demişdir ki, işə təzədən baxılsa qaynatası Rəsul da tutula bilər. Elə həmin vaxt Feyruz onlarla küsülü olan qonşu Malikin də onlardan 32-ci polis bölməsinə şikayət etdiyini bildirmiş və deməsinə görə qonşunun şikayətində göstərilmişdir ki, həyətinə girmiş inəyini çıxarmaq üçün həyətə gəlmiş əri Elçin orada olmuş Malikin qızına sataşmaq istəmiş, qaynatası Rəsul isə Malikə narkotik maddə satmışdır. Bunu biləndən sonra Elçin demişdir ki, bu deyilənlər böhtandır, belə bir iş olmamışdır. Özü isə bunu eşidəndə Feyruzun yanında demişdir ki, narkotik məsələsi onlara aid deyil və buna görə heç nə edə bilməzlər, Feyruz bunu eşidib onun sözünə əhəmiyyətsiz kimi baxaraq demişdir ki, bu məsələləri bilmədiyinə görə qarışmasa yaxşıdır, artıq qorxuya düşmüş qaynatası da ona demişdir ki, işə qarışmasın. O zaman Feyruz qaynatasını qorxudaraq demişdir ki, Elbrus müəllim adlı şəxs və narkobiznes işçiləri 32-ci polis bölməsinə gəlib gözləyirlər onların evində axtarış aparmalıdırlar. Qaynatasıgil qonşu Maliklə küsülü olduqlarına görə sonuncunun özündən şikayət barədə soruşmamışlar, polisə getməyə də qorxmuşlar və işin yola qoyulmasında ancaq Feyruza ümid bağlayıb arxayın olmuşlar. Feyruz isə işə görə pul verilərsə, yoluna qoyula biləcəyini demiş və sonda söhbətini ona gətirib çıxartmışdır Elçindən şikayətə görə 500 manat, qaynatasının narkotik satmasına dair şikayətə görə 1000 manat lazım olacaqdır. Həmin vaxt qaynatasının müalicəsi üçün bir az əvvəl götürülmüş pul onlarda olmuş, Feyruz bir neçə gün 32-ci PB-də şikayətlə bağlı uydurmaları ilə ailəni həyəcanda saxlayandan sonra 1500 manat alıb işi yoluna qoyduğunu demişdir. Feyruz pulu alandan sonra ailənin problemli günləri başlanmış, yəni bundan sonra Feyruz demək olar ki, ara vermədən hər gün gəlib qaynatası Rəsul ilə danışmış, hər dəfə gələndə isə bir problemi ortaya atıb hamını qorxuya salmış və sonra işi həll etməyə də özünü qabağa vermiş, lazım olan pulun məbləğini demişdir. Onlar da ailəlikcə əl-ayağa düşüb pul axtarmışlar, borcla, əşyalarını satmaqla, heyvanları satmaqla, kreditlərlə pul yığılıb Feyruza verilmişdir. Birinci söhbətdə ona danışıqlara qarışmamağı barədə deyiləndən sonra həmişə söhbətlərdən uzaq olmuş, Feyruz onlara gəlib qaynatası ilə danışanda öz otağına çəkilmişdir. Buna baxmayaraq Feyruz gedəndən sonra ailədə danışıqlardan görmüşdür ki, 1500-dən 6000 manatadək məbləğdə pullardan söbət gedir. Danışıqlarda biləvasitə iştirak etmədiyinə görə Feyruzun nə vaxt hansı bəhanə ilə pul istədiyini ardıcıllıqla deyə bilmir, bunları qaynatası Rəsul və qaynanası Şəkifə daha düzgün deyə bilər. Onu bilir ki, Feyruz müxtəlif vaxtlarda uydurduğu işləri Elbrus Hacıyev, Əfqan Hacıyev və sair adlarla bağlamış, o da bu adları ailə üzvlərindən eşitmişdir. Feyruzun dediyi məbləğləri düzəldib vermək üçün müxtəlif vaxtlarda borclar almışlar, evin girovu müqaviləsi ilə pul götürmüşlər, onlardan başqa Elçinin bibisi Gülpərinin adına da kreditlər götürülüb, öz adlarına kreditlə yeni əşyalar götürüb ucuz qiymətə girov qoymaqla pul götürmüşlər, həyətdən heyvanları, ev quşlarını satmış, onun və digər ailə üzvlərinin qızıl zinət əşyalarını girov qoymuş, pulu Feyruza verəndən sonra da borcların altında qaldıqlarına görə hər dəfə bir borcun qaytarılması vaxtı gələndə və pulu olmayanda təkrar borc götürməli olmuşlar. Feyruzun arası kəsilmədən etdiyi hərəkətlərin ucbatından bir neçə ayı daimi stress altında keçirən qaynatası Rəsul 2019-cu ilin mart ayının əvvəlində xəstəxanaya düşmüş və iki həftəyə yaxın orada qalmışdır. Amma bu vaxta qədər Feyruz artıq 35.000 manata yaxın pulu qaynatası Zərərçəkmiş şəxs1 almışdır. Qaynatası xəstəxanaya düşəndən sonra da Feyruz onlardan əl çəkməmiş, növbəti uydurması qaynanası Şəkifənin guya xəstəxanada olan ərinin əvəzinə cəza ala biləcəyi barədə dedikləri olmuşdur. Bunu deyəndən sonra qaynanası Şəkifənin polisə çağırıldığını demiş, qaynanası da inanıb Feyruzla birlikdə getmişdir ki, Feyruz işin yoluna qoyulmasına kömək etsin. Bir-iki gün polis bölməsinin yanına gedib orada qaynanasını gözlətdirmiş və demişdir ki, 1000 manat pul verməlidir. Onlar borc-xərclə 800 manat düzəltmişlər, amma Feyruz razılaşmamış və qaynanası məcbur olub rəfiqəsindən 200 manat borc alıb əlavə edərək 1000 manatı Feyruza vermişdir. Bundan bir-iki gün sonra isə Feyruz yenidən qaynanasının üstünə gəlib, guya Qax rayonunda əri Elçin barəsində şikayətlə müraciət olunduğunu deyib işin qurtarılması üçün 5000 manat lazım olduğunu demişdir. Qaynanası Şəkifə qorxuya düşüb əvvəllər polisdə işləmiş qohumu Cümşüdə zəng vurmuş, Feyruz isə bunu görüb onun əlində olan sonuncu 150 manatı da alıb getmişdir. Bu hadisədən sonra qohumu Cümşüd onlara gəlib qaynanası Zərərçəkmiş şəxs2 ilə görüşmüş, qaynanası baş verənləri danışanda Cümşüd çox təəcüblənmiş və demişdir ki, bu adam dələduzdur, onlar necə aldanılıb. Bundan sonra Cümşüd özü Feyruza zəng vurmuş və xəbərdarlıq etmişdir ki, pulu qaytarsın, əks halda ondan şikayət olunacaq. Feyruz narahat olub anası ilə birlikdə gəlib qaynatası Rəsul, qaynanası Şəkifə və Cümşüdlə görüşmüşdür. Özü onların danışıqlarında iştirak etməsə də ailə üzvlərinin dediklərindən bilir ki, Feyruz ailədən 35.000 manata yaxın pulu aldatma yolu ilə alıb xərclədiyini etiraf etmiş və pulu qaytaracağına söz vermişdir. Amma Feyruz sözünə əməl etməmiş, onlara cəmi 2.000 manata yaxın pul qaytarmışdır. Onu da bildirir ki, Feyruz qaynatasını aldadıb pullarını alan müddətdə bir dəfə 2018-ci ilin dekabr ayında bazardan etibarnamə ilə bir maşın alıb türmədə bir yerdə cəza çəkdiyi dostuna vermiş, həmin maşını alanda etibarnaməni əri Elçinin adına yazdırmış, amma Elçin həmin maşından istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 1993-cü ildən tanıyır, əvvəllər Hövsan qəsəbəsində qonşu olmuşlar, indi də ailəvi gediş-gəlişləri vardır. 2019-cu ilin fevral ayında Zərərçəkmiş şəxs1 həyat yoldaşı Şəkifə xanım və oğlu Elçin onlara gəlmiş və borca pul istəmişlər, üstüörtülü bildirmişlər ki, Rəsula şər atıblar və problemləri var, təcili olaraq pul lazımdır. O, həmin vaxt 100 manat borca vermiş, onlar çox şeyi danışmaq istəməmişlər, Rəsulun başına bu oyunları gətirənlər barədə heç nə danışmamışlar. Özü də çox maraqlanmamış, ehtiyat etmişdir ki, sonra onun üçün də problem yaranar, bu səbəbdən baş qoşmamışdır. Amma Zərərçəkmiş şəxs1 başına gələn işlər barədə dəqiq məlumatları yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanıyır, eyni küçədə qonşuluqda yaşayırlar. Bu müddər ərzində Zərərçəkmiş şəxs1 ağsaqqal bir şəxs kimi tanımış, qohumluqları yoxdur. Təqsirləndirilən şəxs da qonşu kimi tanıyır, tanışlığı müddətində aralarında narazılıq, ədavət, düşmənçilik olmamışdır. 2019-cu ilin yanvar ayının ortalarında küçədə qonşulardan eşitmişdir ki, Rəsul kişi xəstələnmişdir, lakin nə səbəbdən xəstələndiyini bilməmişdir. Bir müddət sonra isə eşitmişdir ki, qonşusu Feyruz Rəsul kişini aldadaraq pulunu ələ keçirmişdir, bu barədə eşitsə də özü hadisənin şahidi olımamış, Feyruzun necə, nə səbəbdən Rəsulu aldadı pulunu almasını bilmir. İş üzrə ibtidai araşdırma dövründə şahid qismində cəlb edilmiş Şahid6 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, gəlib ifadə verməmiş, məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, verdiyi 250 manatı hələ almamışdır. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi aşağıda göstərilən sübutlarla təsdiq edilir. İş materiallarından “təqdim edilmiş bank məlumatlarına baxış keçirilməsi” haqqında 27 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X10, Azərbaycan Respublikası CPM-nin 51, 85, 177.6 və 236-cı maddələrini rəhbər tutub tərtib etmişdir ondan ötrü ki, cinayət işi üzrə "xxxx" ASC-dən alınmış ödəniş kartı üzrə çıxarış sənədinə baxış keçirilmişdir (çıxarış iş materiallarına əlavə edilmişdir). Həmin sənədə baxış zamanı müəyyən edilmişdir ki, həmin ödəniş kartı 01 dekabr 2018-ci il tarixdə "xxxx"da Təqsirləndirilən şəxs adına 4169 7413 0132 9171 nömrəli, “VSDC Electron” növü ilə və Azərbaycan manatı məzənnəsi ilə hesab kartı açılmış və həmin hesab kartı açıldıqdan 10 gün sonradan başlayaraq, yəni 10 dekabr 2018-ci il tarixdən 11 mart 2019-cu il tarixədək olan müddət ərzindöə müxtəlif vaxtlarda və müxtəlif miqdarlarda olması şərti ilə ümumilikdə 17053 manat pul mədaxil olmuşdur. İş materiallarında olan məhkəmə-fonoskopik ekspertizasının 22 sentyabr 2020-ci il tarixli 4/644 saylı rəyindən göründüyü kimi, ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiq hissədə verilən yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid1, “K2” kimi işarə olunmuş diktorun səs nitqi Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda montaj əlamətləri müəyyən olunmadı. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 fevral 2023-cü ildə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2023-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 08 dekabr 2023-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan 05 fevral 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin hüquqi tövsifinin dəyişdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144, 145 və 178.2.1-ci maddələri ilə cinayət təqibindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(010)-1034/2015 nömrəli iş üzrə 04 noyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2, 310, 32.4, 312.1 və 313-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələri tətbiq edilməklə 01 il müddətə dövlət və yerli orqanlarda rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 1(103)-89/2016 nömrəli iş üzrə 22 iyul 2016-cı il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(010)-1034/2015 nömrəli iş üzrə 04 noyabr 2015-ci il tarixli hökmü dəyişdirilərək əməlləri Azərbaycan Respublikası CM-nin 178.3.2, 310, 32.4, 312.1, 313-cü maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 310, 32.4, 312.1, 313-cü maddələrinə tövsif edilərək, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələri tətbiq edilməklə 01 il müddətə dövlət və yerli özünüidarə orqanlarənda rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20 oktyabr 2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismən səmimi etiraf etməsini, himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Qeyd olunur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(010)- 1034/2015 nömrəli iş üzrə 04 noyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2, 310, 32.4, 312.1 və 313-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələri tətbiq edilməklə 01 il müddətə dövlət və yerli orqanlarda rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 1(103)-89/2016 nömrəli iş üzrə 22 iyul 2016-cı il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(010)-1034/2015 nömrəli iş üzrə 04 noyabr 2015-ci il tarixli hökmü dəyişdirilərək əməlləri Azərbaycan Respublikası CM-nin 178.3.2, 310, 32.4, 312.1, 313-cü maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 310, 32.4, 312.1, 313-cü maddələrinə tövsif edilərək, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələri tətbiq edilməklə 01 il müddətə dövlət və yerli özünüidarə orqanlarənda rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20 oktyabr 2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bu hal Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasının əvvəli 07 dekabr 2023-cü il tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə zərər çəkmiş şəxslərin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə onlara vurulmuş ziyanın ödənilməsi ilə bağlı bildirir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyindən, vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmənin iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 07 dekabr 2023-cü il tarixindən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslər X9 və Zərərçəkmiş şəxs2 onlara dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 30 (otuz) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 180 (yüz səksən) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar