Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-38/2025 19.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi Məhkəmə iclas katibi Qocazadə Aysel Məzayim qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Xaçmaz Rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda ümumi təmiz çəkisi 27,953 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 30 yanvar 2024-cü il tarixdə saat 05:00-da Bakı şəhəri Suraxanı RPİ-nin Narkotiklə Mübarizə bölməsinin və Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ünvan 2 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmiş və orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan qara rəngli parça gödəkcənin sağ iç cibindən 01 ədəd şəffaf sellofanın içərisində 09 (doqquz) ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,930 qram, 3,435 qram, 3,124 qram, 3,180 qram, 3,300 qram, 3,150 qram, 3,08 qram, 3,044 qram, 0,730 qram olamaqla ümumi çəkisi 25,973 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisinin kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd gümüşü kağız kəsiyində və 02 ədəd kəsilmiş siqaret qutusunda ümumi çəkisi 1,980 qram bitki mənşəli kütlələr çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən bir ildir narkotik vasitədən istifadə edir. Polis tərəfindən saxlanılmamışdan təxminən iki gün əvvəl metronun Əhmədli stansiyasının yaxınlığında tanımadığı şəxsdən bir ədəd şəffaf sellofanın içərisində 09 (doqquz) ədəd kibrit qutusunda, 01 ədəd «ARQO» markalı siqaret qutusunda, 01 ədəd «LD» markalı siqaret qutusunda və 01 (bir) ədəd gümüşü rəngli siqaret falqasına bükülü halda narkotik vasitə marixuana, həmin şəffaf sellofanın içərisində 01 ədəd ağ rəngli şəffaf sellofan bükülüdə narkotik vasitə heroini ümumilikdə 200 (iki yüz) manata alaraq sonra istifadə etmək üçün üzərində saxlamışdır. 30 yanvar 2024-cü il tarixdə səhər saatlarında 05:00 radələrində ünvan 2 ünvanın qarşısında olarkən polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmiş, kim olmağını soruşduqda özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu PŞ-nə dəvət etmişlər. Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasında, xidməti otaqda şəxsiyyəti bir daha dəqiqləşdirildikdən sonra ona üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı əynində olan qara rəngli parça gödəkçəsinin sağ iç cibindən 01 (bir) ədəd şəffaf sellofanın içərisində olan 09 (doquz) ədəd kibrit qutusunda, 01 (bir) ədəd «AQRO» markalı siqaret qutusunda və 01 (bir) ədəd «LD» markalı siqaret qutusunda və gümüşü rəngli siqaret falqasına bükülü halda ot şəkilli kütləni, şəffaf sellofanın içərisində olan qəhvəyi rəngli, toz şəkilli spesifik iyli kütlələri çıxarıb təqdim etmiş, təqdim etdiyi ot şəkilli kütlələr marixuana toz şəkilli kütlə isə heroin kimi tanıdığı narkotik vasitə olduğunu, həmin kütlələri tutulmamışdan təxminən iki gün əvvəl metronun «Əhmədli» stansiyasının yaxınlığında tanımadığı şəxsdən 200 manata öz istifadəsi üçün aldığın bildirmişdir. Saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixi təziq göstərilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini məkəmə iclaslarında ilk öncə qəbul etsədə, daha sonra məhkəmə istintaqının çıxışları zamanı özünü təqsirli bilmədiyini və üzərində narkotik vasitə olmadığını bildirmişdir. Bununla əlaqəli olaraq Təqsirləndirilən şəxs vəkili Müdafiəçi anten əhatə dairəsi barədə məlumatların Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə təqdim edilməsi üçün "xxxx" və "xxxx" məhdud məsuliyyətli cəmiyyətlərindən götürülməsinə dair vəsatət vermişdir. Daha sonra Təqsirləndirilən şəxs yekun məhkəmə prosesində özünü təqsirli bildiyini, etdiyi əməlindən peşman olduğunu, himayəsində 2 azyaşlı uşağının olmasını və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısının və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatətinə əsasən Bakı şəhəri Suraxanı Rayon məhkəməsinin 05 mart 2025-ci il tarixli 1(010)-38/2025 saylı qərarına əsasən cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**; ***-***-**-** və ***-***-**-** mobil telefon nömrəsinin 01 yanvar 2024-cü il tarixdən 30 yanvar 2024-cü il tarixədək daxil olmuş və göndərilmiş SMS mətnləri barədə məlumatların, habelə 30 yanvar 2024-cü il tarixə olan müddətdə anten əhatə dairələri barədə məlumatların müəyyən edilməsi barədə qərar qəbul edilməklə və həmin qərarın icrası müvafiq olaraq "xxxx" MMC və "xxxx" MMC-yə göndərilmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir, onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş, Bakı şəhəri Suraxanı RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2024cü il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib saxlıyıb daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. O, Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyt-axtarış tədbirlərinin icrasına başlamışlar. xx.xx.2024-cü il tarixdə saat 05:00 dəqiqədə Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı Rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində olduğunu müəyyən edib orada onu saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını Təqsirləndirilən şəxs bildirərək narkotik vasitə və psixotrop maddə əldə edib saxlayıb daşımaqda şübhəli olduğunu bildirib onu Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində axtarış aparılmasına başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif olundunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofanın içərisində olan 09 (doquz) ədəd kibrit qutusunda, 01 (bir) ədəd «AQRO» markalı siqaret qutusunda və 01 (bir) ədəd «LD» markalı siqaret qutusunda və gümüşü rəngli siqşaret falqasına bükülü halda ot şəkilli kütləni, şəffaf sellofanın içərisində olan qəhvəyi rəngli, toz şəkilli spesifik iyli kütlələri çıxarıb təqdim etmiş, təqdim etdiyi ot şəkilli kütlələr marixuana toz şəkilli kütlə isə heroin kimi tanıdığı narkotik vasitə olduğunu, həmin kütlələri tutulmamışdan təxminən iki gün əvvəl metronun «Əhmədli» stansiyasının yaxınlığında tanımadığı şəxsdən 200 manata öz istifadəsi üçün aldığın bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr götürülərək ayrı-ayrı zərflərə qablaşdırılıb zərflər möhürləndir. Bu barədə protokol tərtib edilərək oxunmuş, protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, PŞ-nə gətirilən zaman və PŞ-də olduğu müddətdə ona qarşı heç bir fiziki və ya psixi təzik göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarından görünür Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən şübhəli şəxsin tutulması haqqında 30 yanvar 2024-cü il tarixli protokol üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə 30 yanvar 2024-cü il tarixdə saat 06:50-da şübhəli şəxs qismində tutulub saxlanılmışdır. İş materiallarından görünür ki, 31 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarından görünür ki, 31 yanvar 2024-cü il tarixində Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi Orxan Allahquliyev Bakı şəhəri Suraxanı Rayon prokurorluğu qarşısında vəsatət qaldırılmış, Bakı şəhəri Suraxanı Rayon prokuroru baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən həmin vəsatətin təmin edilməməsi barədə qərar qəbul olunmuş, buna görə də, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən tərtib edilmiş «Şəxsi axtarış və götürmə aparılması haqqında» 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış aparıdan zaman Təqsirləndirilən şəxsnün üzərində şəxsi axtarış aparılan zaman o, qara rəngli parça gödəkçəsinin sağ iç cibindən 01 (bir) ədəd şəffaf sellofanın içərisində olan 09 (doquz) ədəd kibrit qutusunda, 01 (bir) ədəd «AQRO» markalı siqaret qutusunda və 01 (bir) ədəd «LD» markalı siqaret qutusunda və gümüşü rəngli siqaret falqasına bükülü halda ot şəkilli kütləni, şəffaf sellofanın içərisində olan qəhvəyi rəngli, toz şəkilli spesfik iyli kütlələri çıxarıb təqdim etmiş, təqdim etdiyi ot şəkilli kütlələr marixuana toz şəkilli kütlə isə heroin kimi tanıdığı narkotik vasitə olduğunu, həmin kütlələri tutulmamışdan təxminən iki gün əvvəl metronun «Əhmədli» stansiyasınım yaxınlığında tanımadığı şəxsdən 200 manata öz istifadəsi üçün aldığın bildirmişdir. Təqdim etdiyi kütlələr ayrı-ayrı zərflərə qablaşdırılıb zərflər möhürlənərək götürüldü. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 3-16-16/2/6/574 saylı 31 yanvar 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut DİN-nin 194 №-li dairəvi möhür əksləri olan zərfdəki bir ədəd büküm təmiz çəkisi 14,851 qram olan qəhvəyi rəngli maddə narkotik vasitələrə, psixotrop güclü təsir edən və zəhərli maddələrə aid deyildir. Qəhvəyi rəngli maddənin təmiz çəkisi 14,851 qram, tədqiqata sərf edilmiş 0,150 qram qalıq 14,701 qram. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 3-16-16/2-7/166 saylı 31 yanvar 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut...» dairəvi möhür əksi olan zərfdə 9 (doqquz) ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,930 qram, 3,435 qram, 3,124 qram, 3,180 qram, 3,300 qram, 3,150 qram, 3,08 qram, 3,044 qram, 0,730 qram olamaqla ümumi çəkisi 25,973 qram bitki mənşəli kütlələr çənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin zərfin çərisində olan 1 ədəd gümüşü kağız kəsiyində və 2 ədəd kəsilmiş siqaret qutusunda tütün və ümumi çəkisi 1, 980 qram bitki mənşəli kütlələr çənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi 27,953 qram, tədqiqata sərf edilmiş ümumi miqdar 0,6 qram qalıq 27,353 qram. Təqdim edilmiş marixuanaların ümumi çəkisi 27,953 qram olub tərkiblərinə görə eynidir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 1695 saylı 13 mart 2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan «Diskə baxış keçirilməsi haqqında» protokoldan, habelə iş materiallarına əlavə edilmiş DVD diskdəki video görüntüdən, baxış zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, qara rəngli parça gödəkçəsinin sağ iç cibindən 01 (bir) ədəd şəffaf sellofanın içərisində olan 09 (doquz) ədəd kibrit qutusunda, 01 (bir) ədəd «AQRO» markalı siqaret qutusunda və 01 (bir) ədəd «LD» markalı siqaret qutusunda və gümüşü rəngli siqşaret falqasına bükülü halda ot şəkilli kütləni, şəffaf sellofanın içərisində olan qəhvəyi rəngli, toz şəkilli spesifik iyli kütlələri çıxarıb təqdim etmiş, təqdim etdiyi ot şəkilli kütlələr marixuana toz şəkilli kütlə isə heroin kimi tanıdığı narkotik vasitə olduğunu, həmin kütlələri tutulmamışdan təxminən iki gün əvvəl metronun Əhmədli stansiyasının yaxınlığında tanımadığı şəxsdən 200 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqdim etdiyi kütlələr götürülərək ayrı-ayrı zərflərdə qablaşdırılıb və möhürlənmişdir. Dövlət ittihamçısının və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatətinə əsasən Bakı şəhəri Suraxanı Rayon məhkəməsinin 05 mart 2025-ci il tarixli 1(010)- 38/2025 saylı qərarına əsasən cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**; ***-***-**-** və ***-***-**-** mobil telefon nömrəsinin 01 yanvar 2024-cü il tarixdən 30 yanvar 2024-cü il tarixədək daxil olmuş və göndərilmiş SMS mətnləri barədə məlumatların, habelə 30 yanvar 2024-cü il tarixə olan müddətdə anten əhatə dairələri barədə məlumatların müəyyən edilməsi barədə qərar qəbul edilməklə və həmin qərarın icrası müvafiq olaraq "xxxx" və "xxxx" məhdud məsuliyyətli cəmiyyətlərindən götürülməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrənin sorğulanan xx.xx.2024-cü il müddət ərzində Bakcell şəbəkəsində anten məlumatı, ***-***-**-** saylı və ***-***-**-** saylı nömrələrin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək Bakcell şəbəkəsində SMS mətni qeydə alınmamışdır. İş materiallarında olan “NAR MMC tərəfindən məhkəməyə təqdim olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrə Azərfon şəbəkəsində istifadə edilməmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə tərəfindən işin obyektiv həlli üçün hər hansı sübutun əldə edilmə ehtimalı nəzərə alınaraq təqsirləndirlən şəxsin vəkilinin və dövlət ittihamçısının anten məlumatlarının əldə edilməsi barədə vəsatəti təmin edilmişdir. "xxxx" və "xxxx" MMC tərəfindən məhkəmə daxil olmuş məlumatlardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələrdən istifadə edilməmişdir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasının b bəndinə əsasən 25 qram narkotik vasitə qurudulmayan marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. 2500 qram və ondan yuxarı hədd isə külli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə-qurudulmayan marixuananın ümumi təmiz çəkisi 27,353 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0,050-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, narkomaniya xəstəliyinə tutulduğunu habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməli səmimi etiraf etməsini, himayəsində 2 azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi kimi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən alınmış 23 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 08 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Xətai Rayon məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1, 67.1-cü maddəsi ilə 05 il 09 ay müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon məhkəməsinin qərarı ilə 03 ay 28 gün müddətinə cəzadan vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-147/2015 saylı 13 yanvar 2015-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 06 il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, əvvəllər ağır cinayət törətməyə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-147/2015 saylı 13 yanvar 2015-ci il tarixli hökmü ilə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən 06 il keçmədən törətmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən müəyyən olunur ki, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X2 Pənah Əjdər oğlunun uşaqlarıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 yanvar 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin «xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə» müddəası həm qadın, həm də kişi məhkumlara aiddir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az olmamaqla cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 30 yanvar 2024-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 31 yanvar 2024-cü il tarixli qərardan, habelə vəsatətin müdafiə edilməsindən imtina olunması barədə Bakı şəhəri Suraxanı Rayon prokurorunun 31 yanvar 2024-cü il tarixli və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qətimkan tədbirinin seçilməsi haqqında eyni tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 31 yanvar 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, qərarın surəti sonuncunun həbsdən azad edilərək, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 1(010)-304/2024 nömrəli qərarından və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş başqa yerə getməmək qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs 28 yanvar 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 29 yanvar 2025-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təqdim edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdən 31 yanvar 2024-cü il tarixədək tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 28 yanvar 2025-ci il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair» 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ümumi təmiz çəkisi 14,701 qram qəhvəyi rəngli olan maddə və ümumi çəkisi 27,353 qram bitki mənşəli kütlələr çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-kimyəvi ekspertizalarının keçirilməsinə xərclənmiş 70 (yetmiş) manat və 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 18 (on səkkiz) iş saatı üçün 198 (yüz doxsan səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi vəsait ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 30 yanvar 2024-cü il tarixdən 31 yanvar 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı 28 yanvar 2025ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 70 (yetmiş) manat və 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ümumi təmiz çəkisi 14,701 qram qəhvəyi rəngli olan maddə və ümumi çəkisi 27,353 qram bitki mənşəli kütlələr çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 18 (on səkkiz) iş saatı üçün 198 (yüz doxsan səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı Rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rasim Kazımov
Məhkəmə qərarları › İş №1(010)-38/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-38/2025
19.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver