Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-380/2022 06.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhər Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1049 saylı sərəncamına əsasən əfv olunaraq, cəzanın çəkilməmiş hissəsindən azad edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən bir ədəd nömrəsi olmayan zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibirli, PM modelli, “Makarov” konstruksiyalı, texniki cəhətdən saz vəziyyətdə və atəşə yararlı olan yivli odlu döyüş silahı, üzərində bir ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli Makarov konstruksiyalı silahların komplekt hissəsi olan texniki cəhətdən saz vəziyyətdə darağı, üç ədəd zavod üsulu ilə Azərbaycan Respublikasında 2010-cu ildə istehsal olunmuş, 9x18 mm kalibirli olmaqla, həmin kalibirli Makarov (PM) və Steçkin (APS) konstrusiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş istifadəyə və atəş açmaq üçün yararlı döyüş sursatı olan ştat patronları qanunsuz olaraq əldə edib üzərində saxlamala daşımış, Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində şübhəli bilindiyindən saxlanılaraq, xx.xx.2022-ci il tarixdə, saat 17:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən «Yeni Saray» şadlıq sarayının yaxınlığında saxlanılaraq, həmin tarixdə ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasına gətirilmiş və orada videoçəklişdən istifadə etməklə üzərinə şəxsi axtarış və götürmə həyata keçirən zaman, onun əynində olan göy rəngli şalvarının bel hissəsindən gəzdirdiyi bir ədəd nömrəsi olmayan zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibirli, PM modelli, “Makarov” konstruksiyalı texniki cəhətdən saz vəziyyətdə və atəşə yararlı olan yivli odlu döyüş silah, üzərində bir ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli Makarov konstruksiyalı silahların komplekt hissəsi olan texniki cəhətdən saz vəziyyətdə darağ, sağ yan cibindən isə üç ədəd zavod üsulu ilə Azərbaycan Respublikasında 2010-cu ildə istehsal olunmuş, 9x18 mm kalibirli olmaqla, həmin kalibirli Makarov (PM) və Steçkin (APS) konstrusiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəş açmaq üçün yararlı olan döyüş sursatı ştat patronları aşkar olunanaraq götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində Masazır qəsəbəsində yerləşən Yeni saray şadlıq sarayının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq, Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilmiş, həmin vaxt üzərində qanunla qadağan olunmuş hər hansı bir maddə və predmet olması barədə soruşulmuş, bundan sonra o, üzərindən, yəni əynindəki göy rəngli şalvarın belindən 1 ədəd darağı ilə birlikdə Makarov tipli tapancanı, sağ yan cibindən isə 3 ədəd patronu çıxarıb təqdim etmiş və silahı patronu ilə birlikdə 2022-ci ilin aprel ayında Abşeron rayonunun Xırdalan şəhərində yerləşən zibillikdən tapıb saxladığını bildirmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 28 may 2022-ci il tarixdə Suraxanı RPİ-nin 32-ci PB-nə əməliyyat yolu ilə xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq odlu silah və saxlaması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün Suraxanı RPİ-nin 32-c i PB-nin rəisinə raporla müraciət edib, müvafiq sənədləşmə işləri aparıldıqdan sonra, tərəflərindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsinə xx.xx.2002-ci il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, Yeni Saray şadlıq sarayı yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq, Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilmişdir. Almazov X3 RPİ-nin 32-ci PB-nə gətirildikdən sonra, ona hüquq vəzifələri izah edilmiş, hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət olunmuş, bundan sonra videoçəklişdən istifadə olunmaqla, onun üzərinə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və pridmet olduğu halda, onun təqdim edilməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının belində 1 ədəd darağı ilə birlikdə Makarov tipli tapancanın, sağ yan cibində isə 3 ədəd patronun olduğunu deyib, onları təqdim edərək, silahı 2022-ci ilin aprel ayında Abşeron rayonunun Xırdalan şəhərində yerləşən zibillikdən taparaq, saxladığını bildirmişdir. Bundan sonra silah, daraq və 3 ədəd patron zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və protokola iştirakçılar imza etmişdir. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar ifadələr vermişlər. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 28 may 2022-ci il tarixində şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan SuraxaNİ Rayon Məhkəməsinin 4(010)-325/2022 saylı, 30 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 28 may 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Təhqiqatlar İdarəsinin 28 may 2022-ci il tarixli 011-5980-1222 tarixli, 22/398 R nömrəli rəyindən görnürün ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si olmayan silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibirli PM modelli, Makarov konstruksiyalı tapancadır, yivli oldlu slahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır.Silahin metal hissələri hər hansi bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzrdə tutulmuş, həmin kabirli Makarov konstruksiyalı tapancaların komplekt hissəsidir-darağdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Təhqiqata təqdim edilmiş 03 ədəd patronlar zavod üsulu ilə, Azərbaycan Respublikasında 2010-cu ildə istehsal olunmuş, 8x18 mm kalibirli olmaqla, həmin kalibirli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapancalardan ataş açmaq üçün yararlıdır. Eksperimintal ataşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında məlumat veriləcəkdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 iyun 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1 maddəsilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1049 saylı sərəncamına əsasən əfv olunaraq cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarında olan Bakı şəhər Ağır Cinayətlər Məhkəməsinin 1(101)-305/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1 maddəsilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici izahatı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyi ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə, həmçinin, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 4-cü bəndinə əsasən CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından, cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Qeyd olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhər Ağır Cinayətlər Məhkəməsinin 1(101)-305/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1 maddəsilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1049 saylı sərəncamına əsasən əfv olunaraq cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Hazırkı iş üzrə cinayəti törətdiyi vaxt Təqsirləndirilən şəxs yuxarıda göstərilən hökm üzrə məhkumluğu ödənilməmişdir. Bu hal residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən «Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz». Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi recimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu andan - xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə iş üzrə maddi sübutlara dair məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Suraxanı RPİ-nin maddi sübutların saxlama anbarına təhvil verilmiş 01 ədəd №-si olmayan silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibirli PM modelli, Makarov konstruksiyalı tapanca, 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzrdə tutulmuş, həmin kabirli Makarov konstruksiyalı tapancaların komplekt hissəsi - daraq, 03 ədəd zavod üsulu ilə Azərbaycan Respublikasında 2010-cu ildə istehsal olunmuş, 8x18 mm kalibirli olan patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 28 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Suraxanı RPİ-nin maddi sübutların saxlama anbarına təhvil verilmiş 01 ədəd №-si olmayan silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibirli PM modelli, Makarov konstruksiyalı tapanca, 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzrdə tutulmuş, həmin kabirli Makarov konstruksiyalı tapancaların komplekt hissəsi - daraq, 03 ədəd zavod üsulu ilə Azərbaycan Respublikasında 2010-cu ildə istehsal olunmuş, 8x18 mm kalibirli olan patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-380/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-380/2022
06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver