Məhkəmə qərarları › İş №1(010)-380/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-380/2023

20.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-380/2023 20.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasinin üzvü, “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1990-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağ olan, orta təhsilli, “X20 Trading Co LTD” MMC-də sürücü işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 dekabr 2022-ci il tarixdə saat 10:43:26-da nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş 02/22 nömrəli yol vərəqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “HYUNDAİ” markalı, “Hİ00” modelli, furqon tipli **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə ünvan 3 ünvanda yerləşən “Megastore" marketin qarşısında saatda 10 km sürətlə geriyə doğru hərəkət edərkən “Megastore" marketin qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq, həmin maddənin tələblərinə riayət etməklə sürücü avtomobili geriyə hərəkət etdirməzdən əvvəl manevrin təhlükəsiz başa çatmasına əmin olmalı, hərəkətin digər iştirakçılarına maneə yaratmamalı, lazım gəldikdə başqa şəxslərin köməyindən istifadə etməklə nəqliyyat vasitəsini geriyə hərəkət etməli olduğu halda bu tələblərə əməl etməyərək həmin qaydaları pozmaqla idarə etdiyi avtomobilin arxa tərəfindəki yük yeri ilə avtomobillə eyni istiqamətdə adi yerişlə hərəkətdə olan piyada 1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs kürək nahiyəsindən vuraraq yerə yıxıb avtomobili Zərərçəkmiş şəxs bədəni üzərinə hərəkət etdirib Zərərçəkmiş şəxs dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan baş beyinin diffuz hipoksik zədələnməsi, solda körpücük sümüyünün yerdəyişmiş sınığı, solda İİİ və İV qabırğaların yerdəyişməmiş sınıqları, ağciyər zədələnməsi, sağ bazu sümüyünün boynunun parçalı yerdəyişmiş sınığı, C. L1 fəqərə cisminin sınığı, sağda qasıq sümüyünün yerdəyişmiş sınıqları, kiçik çanağın hematoması, sağ incik sümüyünün sınığı xəsarətlərini yetirmişdir ki, nəticədə onun ehtiyatsızlığından Zərərçəkmiş şəxs baş vermiş ağır dərəcəli diffuz hipoksik zədələnməsi, baş beyinin postravmatik ödemi və dislokasiyası fonunda inkişaf etmiş həyati vacib mərkəzlərin funksiyasının sönməsi nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs 11 fevral 2023-cü il tarixdə saat 21:15-də Mərkəzi Neftçilər xəstəxanasında ölümünə səbəb olmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli ifadəsində göstərmişdir ki, 22 may 2014-cü il tarixdə "BC” dərəcəli olmaqla AE 804179 nömrəli sürücülük vəsiqəsi vardır və həmin tarixdən sərbəst avtomobil idarə edə bilir və sonuncu yol-nəqliyyat hadisəsi baş verən günədək heç bir yol-nəqliyyat hadisəsi törətməmişdir. Hazırda "X21 Trading Co.LTD" şirkətində sürücü işləyir və şirkət tərəfindən ona 03 yanvar 2022-ci il tarixdən 31 dekabr 2022-ci tarixədək verilmiş 02/22 nömrəli yol vərəqəsi ilə “HYUNDAİ” markalı, “H100” modelli, furqon tipli **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə etməklə həmin yük avtomobili ilə Bakı şəhərində, həmçinin Bakı şəhərinin ətrafında və Azərbaycan Respublikasının rayonlarında yerləşən marketlərə şirkətin kolbasa və ət məhsullarını daşıyır. 09 dekabr 2022-ci il tarixdə saat 11 radələrində ünvan 4 ünvanda yerləşən “Megastore” marketin qarşısından “HYUNDAİ” markalı, “Hİ 00” modelli, furqon tipli **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini arxa-arxaya doğru saatda 10 km sürətlə hərəkət etdirən zaman avtomobilin arxa-arxaya doğru hərəkət edərkən hansısa maneyə vurulduğunu və avtomobilin dayandığını hiss edib avtomobili saxlamış, avtomobildən düşüb avtomobilin arxa tərəfinə gəlmiş və baxanda görmüşdür ki, avtomobilinin altında şəxsiyyəti haqqında onda həmin günü məlumat olan Zərərçəkmiş şəxs yerdə uzanıb. Sonuncunu yerdən qaldırmış, o isə çiyninin və baldırının ağrıdığını bildirmişdir. Zərərçəkmiş şəxs oğlunu gözləyəcəyini, bundan sonra xəstəxanaya gedəcəyini bildirmiş, bu səbəbdən onlar 2 saat orada gözləmişlər. Daha sonra Zərərçəkmiş şəxs 3 saylı ŞKX-na, daha sonra isə “X29” klininikasına aparmışlar. Həmin günü o, avtomobili ayıq vəziyyətdə idarə etmiş və avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Avtomobilini arxa-arxaya doğru hərəkət etdirən zaman avtomobilin arxasında piyadanın olduğunu görməmişdir. Baş vermiş hadisə onun ehtiyatsızlığından baş vermişdir. Daha sonra piyada Zərərçəkmiş şəxs 11 fevral 2023-cli il tarixdə yolnəqliyyat hadisəsi zamanı almış olduğu bədən xəsarətlərindən Mərkəzi Neftçilər xəstəxanasında ölmüşdür. Zərərçəkmiş şəxsi vursa da, üstündən keçməmişdir. Bundan başqa avtomobillərdə “kor nöqtəsi” deyilən bir anlayış olur. Belə ki, sağ və sol güzgülər müvafiq olar sağ və sol tərəflərdən avtomobilin yan tərəflərini göstərir, lakin arxa və orta tərəfi göstərmir. O isə sağ və sol güzgüyə baxdıqdan sonra avtomobili hərəkət etdirmiş, bu zaman isə zərərçəkmiş şəxs məhz avtomobilin arxa və orta tərəfində olmuşdur. Onun zərərçəkmişi vurduğundan xəbəri olmamış, kənardan qışqırıq və “saxla“ sözləri eşitmiş, bundan sonra maşini qabağa verərək saxlamışdır. Bundan başqa sonuncu səki ilə hərəkət etməli olduğu halda yola çıxmışdır, zərərçəkmişin ölümündə özünü təqsirli bilmir. Bundan başqa zərərçəkmiş şəxsin xəstəxana xərclərini kömək üçün oğluna 3000 manat pul vermiş, lakin sonuncu məhkəmə iclasları zamanı pulu ona qaytarmışdır. Barışıq üçün dəfələrlə cəhd etsə də, zərərçəkmişinin ailə üzvləri onu evlərinin qapısından qovmuşdur. Sonda törətdiyi əməldən səmimi peşman olduğunu bildirmiş, barəsində yüngül həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin hüquqi varisini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, hadisə nəticəsində dünyasını dəyişən Zərərçəkmiş şəxs onun əridir və Zərərçəkmiş şəxsla 1985-ci ildən ailə həyatı quraraq birlikdə yaşamışlar. Onların evlilikdən 2 övladı dünyaya gəlmişdir. 09 dekabr 2022-ci il tarixdə adəti üzrə müəllimə kimi işlədiyi məktəbə işə getmişdir. Səhər evdən əri Xəqani ondan daha əvvəl çıxaraq işə getmişdir. Xəqani Suraxanı rayonu İşıq İdarəsində işləmişdir. Belə ki, o, məktəbdə olan zaman saat təqribən 13 radələrində onun oğlu Asif ona zəng edərək əri Xəqanini maşın vurduğunu və xəstəxanada olduqlarını bildirmişdir. O, oğlu Asifdən hansı xəstəxanada olması barədə soruşduqda Asif bildirmişdir ki, Babək prospektində yerləşən X11. Bu zaman işdən çıxaraq həmin xəstəxanaya getmişdir. 09 dekabr 2022-ci il tarixdə qeyd olunan xəstəxanaya yerləşdirilən zaman Xəqaninin huşu üstündə olmuşdur. Lakin 10 dekabr 2022-ci il tarixindən 11 dekabr 2022-ci il tarixinə keçən gecə Xəqani baş vermiş hadisənin nəticəsində aldığı xəsarətlərdən komaya düşmüşdür. 27 dekabr 2022-ci il tarixdə onun əri Xəqanini müalicə aldığı “X29”dan çıxardaraq “Mərkəzi Neftçilər” xəstəxanasına yerləşdirmişlər. 27 dekabr 2022-ci il tarixdən 11 fevral 2023-cıi il tarixədək Xəqani qeyd olunan xəstəxanada müalicə alsa da nəticə olmamış və 11 fevral 2023-cü il tarixdə əri Zərərçəkmiş şəxs vəfat etmişdir. Hadisə 09 dekabr 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bül bülə qəsəbəsində yerləşən, “Megastore” marketin qarşısında baş vermişdir. Hadisədən dərhal sonra hadisəni törədən Təqsirləndirilən şəxs onu əri Xəqani ilə birlikdə 3 saylı KTM-ə gəlmişlər. Artıq Sabunçu xəstəxanasında olan zaman oğlu Asif özünü xəstəxanaya çatdıraraq Xəqanini oradan götürüb “X29”ya yerləşdirmişdir. Əlavə olaraq bildirmişdir ki, həyat yoldaşının sağlamlığında problem olmayıb. Təqsirləndirilən şəxs tərəfindən barışığa cəhd olunmayıb, sonuncu mərhum ərinin dəfnində iştirak etməyib. Sonda o, təqsirləndirilən şəxslə barışıq əldə etmədiklərini, sonuncuya qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X5 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Xaqani Hüseynov tərəflərindən xx.xx.2023-cü il tarixdə müayindədən keçirilmişdir,müayinə zamanı vəziyyəti ağır olmuş, süni tənəffüs aparatına qoşulmuşdur, rəydə qeyd edilənləri təsdiq edir. Başda hipoksid zədələnmə olmaqla vəziyyəti kritik olmuşdur. Barəsində iki rəy verilmiş, ilk rəy sağ olarkən, ikinci dəfə şəxs dəfn edildiyi üçün tibbi sənəd əsasında verilmişdir. O, Neftçilər xəstəxanasına gedib, şəxsi müayinə etmiş, tibbi sənədlərlə tanış olmuşdur. MRT müayinəsinin nəticəsində geniş izahat verilib, belə ki, loblarda geniş diffuz hipoksid zədələnmə olmuşdur. Komaya düşdüyü üçün ikinci rəydə ağır dərəcəli diffuz hipoksid zədələnmə yazılmışdır. Ölmün səbəbi birbaşa baş beyinin ağır zədələnməsidir. Vəziyyəti ağır olduğundan uzun müddətli müalicələr olub, zədələr hamısı kompleksli ölümə səbəb ola bilər. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X8 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, təhlükə ilə maneə anlayışı fərqlidir, təhlükə hərəkət istiqamətində hər hansı bir obyektin hərəkətdə olması deməkdir, piyada avtomobillə eyni istiqamətdə hərəkətdədirsə, onun əksi istiqamətində hərəkətdədirsə dayanmış vəziyyətdədisə bu maneədir, rəydə də qeyd olunur ki, avtomobilin arxasında eyni istiqamətdə olan piyadanı vurmuşdur, sürücünün hərəkəti üçün təhlükə yaranmır ki, onun reaksiya vaxtı olsun, yolu keçsə idi, reaksiya verilməli, tormozlama əməliyyatı aparılmalı idi, hazırki rəydə sürücünün hərəkəti üçün maneə yaranmır. Qanununda da qeyd olunur ki,nəqliyyat vasitənin geriyə hərəkətinə o vaxt icazə verilir ki, bu manevr təhlükəsiz olsun, lazım gəldikdə sürücü başqa şəxslərin köməkliyindən istifadə etməlidir, sürücü maneə olmadığına əmin olmalı idi. Onlar piyadanı tədqiq etmirlər, piyada onların tədqiqat obyekti deyil, piyadanın hərəkətləri xüsusi bilik tələb etmir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, “X20 Trading Co LTD” MMC-də satış rəhbəri olaraq çalışır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, birlikdə eyni şirkətdə çalışırlar. Hadisə günü “Megastore” mağazasının açılışı olmuş, o da Rəhmanla birlikdə şirkətin fəaliyyəti ilə bağlı oraya getmişdir. Hadisə vaxtı Rəhmanın idarə etdiyi avtomobildə olmuş, birdən "saxla" sözlərini eşitmişdir. Avtomobildən düşdükdən sonra arxa tərəfdə bir kişinin yerə uzandığını görmüşlər. Sonuncunu yerdən qaldırıb otuzdurmuş və su vermişlər, zərərçəkmiş şəxs qolunun ağrıdığını bildirmişdir. Zərərçəkmiş üçün X28 xidmətini çağırsalar da, sonuncu israr etmiş, oğlu gəldikdən sonra xəstəxanaya gedəcəyini bildirmişdir. Təxminən bir saat sonra Rəhman zərərçəkmiş şəxsi razı salaraq X28 avtomobilinə mindirmiş, özü isə taksi ilə oradan getmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin, ekspertlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2022-ci il tarixli 2/40661 nömrəli protokoldan göründüyü kimi Təqsirləndirilən şəxs alkoqol qəbulu əlamətləri aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X12“ X26 Bakı şəhəri Suraxanı rayon şöbəsinin 25 yanvar 2023-cü il tarixli 65 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində baş beyinin diffuz hipoksik zədələnməsi, solda körpücük sümüyünün yerdəyişmiş sınığı, solda İİİ və İV qabırğaların yerdəyişməmiş sınıqları, ağciyər zədələnməsi, sağ bazu sümüyünün boynunun parçalı yerdəyişmiş sınığı, C, L1 fəqərə cisminin sınığı, sağda qasıq sümüyünün yerdəyişmiş sınıqları, kiçik çanağın hematoması, sağ incik sümüyünün sınığı xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-cil tarixdə yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X12“ X26 Bakı şəhəri Suraxanı rayon şöbəsinin 03 mart 2023-cü il tarixli 1/st nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs bədən səthində baş beyinin diffuz hipoksik zədələnməsi, solda körpücük sümüyünün yerdəyişmiş sınığı, solda İİİ və İV qabırğaların yerdəyişməmiş sınıqları, ağciyər zədələnməsi, sağ bazu sümüyünün boynunun parçalı yerdəyişmiş sınığı, C, L1 fəqərə cisminin sınığı, sağda qasıq sümüyünün yerdəyişmiş sınıqları, kiçik çanağın hematoması, sağ incik sümüyünün sınığı xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər və baş vermiş ölümlə səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə baş vermiş ağır dərəcəli diffuz hipoksik zədələnməsi nəticəsində, baş beyinin postravmatik ödemi və dislokasiyası fonunda inkişaf etmiş həyati vacib mərkəzlərin funksiyasının sönməsi səbəb ola bilərdi. X22 xəstəxanasında xx.xx.2023-ci il tarixdə saat 21:15-də baş vermişdir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 01 fevral 2023-cü il tarixli 8/174 nömrəli rəyindən görünür ki, “Hyundai Hİ00” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsisin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhəri Suraxanı RPİ-nin DYPŞ-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cii il tarixdə xx.xx.2024-cü il tarixədək etibarlı olan AE804179 nömrli "BC" kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 09 dekabr 2022-ci il tarixdə saat 10:43:26-da idarə etdiyi “HYUNDAİ” markalı, “Hİ00” modelik furqon tipli **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə ünvan 3 ünvanda yerləşən “Megastore" marketin qarşısında geriyə doğru hərəkət edərkən "Megastore" marketin qarşısında idarə etdiyi avtomobilin arxa tərəfindəki yük yeri ilə avtomobillə eyni istiqamətdə adi yerişlə hərəkətdə olan piyada 1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs kürək nahiyəsindən vuraraq Zərərçəkmiş şəxs avtomobilin altına yıxmaqla üzərinə çıxmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 mart 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmiş şəxsdir. İş materiallarında olan ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs ölümünə səbəb sol mədəcik çatmamazlığı olmuşdur. İş materiallarında olan AZ-İV seriyalı, 746283 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 birgə nikahlarından 02 iyun 2022-ci il təvəllüdlü X13 anadan olmuşdur. İş materiallarında olan “X20 Trading Co LTD” MMC tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yerindən müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyə bildirdiklərinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsi, zərərçəkmişinin ölümü ilə baş vermiş hadisənin səbəbli əlaqəsinin olmaması barədə işin məhkəmə baxışı dövründəki ifadəsi reallıqda baş vermiş hadisəsi öz xeyrinə təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını, cinayəti qismən etiraf edərək səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini, iş yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməyinə baxmayaraq, onun müvafiq cinayət əməllərini törətməsi faktı şahidlərin ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri ilə və s. təsdiq olunur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinin sanksiyası həddində əsas cəza qismində azadlıqdan məhrum etmə cəzasını, əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, azadlıqdan məhrum etmə cəzasının əvvəli 20 noyabr 2023-cü ildən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü X14 müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil X15 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 02 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının əvvəli 20 noyabr 2023-cü ildən tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil X6 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 02 (iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 12 (on iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X9 ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar