Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-380/2024 10.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1987-ci il ildə Gürcüstan Respublikası, Qardabanı rayonunda anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, subay, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : Təqsirləndirilən şəxs 22 iyun 2024-cü il tarixdə, saat 12:30 radələrində yaşadığı ünvan 2 ünvanında qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs anası Şahid2 ilə mübahisə etməsinə irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən əli ilə baş nahiyəsinə vuraraq ona sol çənəaltı nahiyyənin yumşaq toxumasının hematoması, sağ qulaq seyvanının, sağ çənə şaxəsinin, boyunun arxa səthinin və sağ bazu oynağının arxa səthinin qançırları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaqla Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirliən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək bildirmişdir ki, Gürcüstan Respublikasında anadan olsa da, Bakı şəhərində yaşayır və orta təhsilini azərbaycan dilində Bakı şəhəri Suraxanı rayonu C.Rəhimov adına 146 saylı orta məktəbdə almışdır. Barəsində şikayətçi olan Zərərçəkmiş şəxs qeyri rəsmi həyat yoldaşıdır, əvvəllər münasibətləri yaxşı olsa da sonralar xasiyətləri uyğun gəlmədiyi üçün münasibətləri korlanmış və əvvəllər aralarında heç bir ədavət olmamışdır. Mədinə ilə 2021-ci ilin dekabr ayında toyları olsa da rəsmi nikaha daxil olmamışlar və birgə nikahlarından bir oğlan övladları var. xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində yaşadığı evin həyətində imiş və az yaşlı oğlu Muradın əynində paltar olmamasını görüb əsəbləşdirmişdir. Bu səbəbdən evin mətbəxində olan Mədinənin yanına yaxınlaşıb irad bildirmiş və bu zaman Mədinə yaxşı elədiyini demişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış və mübahisə zamanı əlləri ilə Mədinənin sifətinin, qulaqlarının, boynunun, başının və bədəninin müxtəlif yerlərindən vurmağa başlamışdır. Bu zaman anası Gülluzar ilə bacısı Əzizə onları ayırmış və Mədinə yataq otağına getmişdir. Yenidən Mədinənin arxası ilə yataq otağına gedərək Mədinənin sifətinin, qulaqlarının, boynunun, başının və bədəninin müxtəlif yerlərindən əlləri ilə vurmağa başlamışdır. Bu zaman az yaşlı oğlu Murad ağlamağa başladığı üçün vurmağı dayandıraraq digər otağa getmişdir. Sonda, təqsirləndirilən şəxs X3 ifadəsində əməlindən səmimi peşman olduğunu, zərər çəkmiş şəxs ilə barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, barəsində şikayətçi olduğu X1 qeyri rəsmi həyat yoldaşıdır, əvvəllər münasibətləri yaxşı olsa da sonralar xasiyətləri uyğun gəlmədiyi üçün münasibətləri korlanmış və əvvəllər aralarında heç bir ədavət olmamışdır. Elnur İbrahimov ilə 2021-ci ilin dekabr ayında toyları olsa da rəsmi nikaha daxil olmamışlar və birgə nikahlarından bir oğlan övladları var. xx.xx.2024-cü il tarixdə sat 12:30 radələrində yaşadığı evin mətbəxində imiş və işləri ilə məşğul olurmuş. Bu zaman az yaşlı oğlu nənəsi Giuluzarın ayağına qələm ilə toxunmuş və qaynanası Giuluzar buna irad bildirmişdir. O, qaynanası Giuluzara oğlunun az yaşlı olmasını və ona irad bildirməməyini demişdir. Bu səbəbdən qaynana Giuluzar onunla söz mübahisəsi etməyə başlamış və daha sonra “nə üçün gəlin gəldiyi zaman yaxşı cehiz gətirməmisən” deməyə başlamışdır. Bu zaman həyat yoldaşı Elnur onlara yaxınlaşmış və “nə üçün anam Giuluzara cavab qaytarırsan” deyərək barəsində xoşa gəlməz sözlər demişdir. O, bu səbəbdən Elnura cavab qaytarmış və bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Elnur əlləri ilə sifətinin, qulaqlarının, boynunun, başının və bədəninin müxtəlif yerlərindən vurmağa başlamışdır. Bu zaman qaynanası Giuluzar ilə baldızı Əzizə onları ayırmış və yataq otağına getmişdir. Elnur yenidən arxasi ilə yataq otağına gəlmiş və yenidən sifətinin, qulaqlarının, boynunun, başının və bədəninin müxtəlif yerlərindən vurmağa başlamışdır. Bu zaman az yaşlı oğlu Murad İbrahimli ağlamağa başladığı üçün Elnur vurmağı dayandırmış və digər otağa getmişdir. Budan sonra O, AR DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və eyni zamanda bu barədə ərizə ilə Suraxanı RPİ-nin 32-ci PB-nə müraciət etmişdir. Sonda o, təqsirləndirilən şəxslə barışmış olduğunu, ona vurulmuş zərəri tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını göstərmiş bununla əlaqədar icraata xitam verilməsini xahiş etmişdir . İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəmə iclasında təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı olan zərəri tam olaraq ödədiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını qeyd edərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan sadələşdirilmiş icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən, zərərçəkmiş şəxs ifadəsini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-380/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-380/2024
10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver