Məhkəmə qərarları › İş №1(010)-380/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-380/2025

30.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-380/2025 30.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 01 avqust 1990-cı ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN:xxxxxxx, evli, orta təhsilli, işləməyən, barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli 1(011)-167/2025 saylı ittihamedici hökmü çıxarılmış, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, “Azinko” binaları ünvanında yaşayan, 07 fevral 2025-ci il tarixdə barəsində axtarış elan edilmiş, 04 mart 2025-ci il tarixdə tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 4(010)-59/2025 saylı qərarı ilə barəsində əvvəli 04 mart 2025-ci il tarixdən hesablanmaqla, 03 ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 1(010)-380/2025 saylı, 02 iyun 2025-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti məhkəmənin hazırlıq iclasının yekun qərarı elan edilənədək qüvvədə saxlanılmış, həmin məhkəmənin 10 iyun 2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda, qabaqcadan əlbir olmaqla etibardan suiistifadə etməklə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirərək dələduzluq etmə ilə bağlı ittiham elan olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan “Elşən” adlı tanışı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, "xxxx" MMC-yə məxsus 13 noyabr 2024-cü il tarixli, 553 nömrəli icarə müqaviləsi əsasında idarə etdiyi “Hyundai Elantra” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobili ona şəxsi mülkiyyətində olan öz avtomobili kimi təqdim edərək, növbəti gün notarial qaydada müvafiq etibarnamə verməklə avtomobili onun adına rəsmiləşdirəcəyinə dair yalandan vəd verib aldadaraq 13 noyabr 2024-cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan-Qala yolu üzərində yerləşən “Ərikli” kafesində qeyd olunan avtomobili heç bir səlahiyyətə və mülkiyyət hüququna malik olmadığı halda, Zərərçəkmiş şəxs 8000 (səkkiz min) manat müqabilində satıb onun 8000 (səkkiz min) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs 8000 (səkkiz min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə özünü tam təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, tanışı olan Elşən adlı şəxslə birlikdə, 13 noyabr 2024-cü il tarixdə internet portalında tanımadığı şəxsin nömrəsini götürərək həmin nömrəyə zəng edib, kirayə maşın elanı barədə məlumat almış, həmin şəxslə danışdıqdan sonra, “Hyundai Elantra” markalı avtomobili kirayə götürmək barədə razılaşmışlar. Həmin şəxslə Bakı şəhəri, Yasamal rayonu, Elmlər metrosunun yaxınlığında görüşüb ona 120 manat pul ödəyərək **-KX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobili üç günlük icarəyə götürmüşdür. Bundan sonra, icarəyə götürdüyü avtomobilin şəkillərini çəkərək “Tap.az” internet portalına yerləşdirmişlər. Bir qədər sonra, tanımadığı nömrədən ona zəng gəlmiş, həmin şəxs maşın barədə məlumatları ondan aldıqdan sonra görüşmək istədiyini bildirmişdir. Ondan harada yaşamağını maraqlanmış, həmin şəxs özünün Suraxanı rayonu, Hövsan qəsəbəsində “Ərikli” adlanan kafedə olmasını bildirmiş və ona “Whatsapp” vasitəsilə məkan yollamışdır. Bundan sonra tanışı olan Elşən adlı şəxslə Suraxanı rayonu, Hövsan qəsəbəsində həmin şəxsin ona yolladığı məkana getmişlər. Orada həmin şəxsin adının Zərərçəkmiş şəxs olduğunu öyrənmişdir. Elvin onunla söhbət etdikdən sonra, avtomobili sürmüş və yanına gələrək danışıq aparmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs başqa, daha iki nəfər şəxs də sonuncunun yanında olmuşdur. Onlara avtomobili kredit yolu ilə satdığını bildirmiş, maşının qohumuna məxsus olduğunu və təcili pul lazım olduğunu, ilkin olaraq 8000 (səkkiz min) manat verməli olduqlarını, yerdə qalan hissəsini isə 25 ay olmaqla, hissə-hissə aylıq olaraq 500 (beş yüz) manat ödəməli olduqlarını bildirmişdir. Zərərçəkmiş şəxs da onun dedikləri ilə razılaşmış və orada ondan 8000 (səkkiz min) manat pulu alıb avtomobili Elvinə vermişdir. Razılaşmalarına əsasən növbəti gün görüşüb avtomobilə etibarnamə verəcəkmiş. Pulu aldıqdan sonra, oradan uzaqlaşmış və həmin aldığı pulu tanışı olan Elşən adlı şəxslə bölmüş, 5000 manatını Elşənə, 3000 manatını isə özü götürmüş və yaşadığı Xətai rayonuna geri qayıtmışdır. Növbəti gün isə Zərərçəkmiş şəxs ona zəng etdikdə işinin olduğunu və həmin işinin uzandığına görə onu yığacağını bildirmişdir. Sonradan isə Zərərçəkmiş şəxs zənglərinə cavab verməmişdir. Zərərçəkmiş şəxs əldə etdiyi pulların bir qismini öz şəxsi ehtiyaclarına xərcləmiş, qalan hissəsini isə “Pin up” internet şəbəkəsi vasitəsilə kazino oyunlarında uduzmuşdur. Pulun qurtardığını görüb eyni analoji hadisəni Bakı şəhəri Xətai rayonu ərazisində də təkrarlamışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxs pulu Elşənə vermiş, daha sonra, onlar Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə getmiş, pulu orada bölmüşlər. Avtomobilin icarəsi üçün ödənişi özü etmişdir. Törətdiyi əməldən peşmandır. Bu əməli törətməyi Elşən planlamışdır. Tutulandan sonra isə Elşənlə əlaqə saxlamamışdır. Avtomobili icarəyə götürdükdən sonra dələduzluq etməyi planlamamış, icarəyə götürməmişdən öncə zaman planlamışlar. Onlar ilkin olaraq zərərçəkmiş şəxsə 4000 manat ödəniş olunmalı olduğunu demiş, lakin zərərçəkmiş şəxs 8000 manat verə biləcəyini, pulun qalan hissəsini isə hissə-hissə ödəyəciyini demişdir. Sonda isə əməlindən peşman olmasını, maddi imkanının olmadığı üçün zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyə bilmədiyini nəzərə alaraq barəsində aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, özünə idarə etmək üçün avtomobil almaq istəmişdir. Sosial şəbəkədə «Tap.az» saytına daxil olub avtomobillərə baxmış və bir avtomobil xoşuna gəlmişdir. Orada «Hyundai Elantra» markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobil elanı olmuş, həmin elanda yerləşdirilmiş olan ***-***-**- ** nömrəli mobil telefona zəng etmiş, telefonu adını sonradan bildiyi Təqsirləndirilən şəxs açmış, danışıb avtomobilin Hövsan qəsəbəsinə gətirilməsinə razılaşmışdır. 13 noyabr 2024-cü il tarixdə, saat 21 radələrində Hövsan qəsəbəsində, Quşçuluq yaşayış sahəsində yerləşən «Ərikli» restoranının yaxınlığına həmin avtomobili sürüb gəlmişlər, avtomobili Elşən kimi adı ona məlum olan şəxs idarə etmişdir. Elvin isə həmin şəxsin yanında əyləşmişdi. Həmin vaxt özü sözügedən restoranda işləmişdir. Özünün yanında tanışları Şahid3 və Fərəc (soyadını bilmədiyi) olmuşlar. Elvin ona həmin avtomobili göstərib demişdir ki, avtomobili əl kreditindədir, ilkin olaraq ona 8000 manat, aylıq ödəniş olan 800 manat pulu da 10 ay ərzində verməlidir. Elşən adlı şəxs də həmin avtomobili ona tərifləyərək satış qiymətini, ilkin ödənişinin və aylıq qiymətinin sərf edəcəyini bildirmiş, özü də avtomobilə baxıb razılaşmış və elə orada da 8000 manat pulu Elvinə verib avtomobili götürmüşdür. Elvin avtomobilin onun qaynının adına olduğunu bildirmiş, avtomobilin texpasportunun da qaynında olduğunu, qaynının isə polis əməkdaşı olduğunu və COP-29la əlaqədar çıxa bilmədiyini demiş, ona görə də, ona texniki pasportu verə bilməmişdir. Həmin avtomobilin açarını ona vermiş, avtomobilin onda qalmasını, gecə olduğu üçün notariusun işləmədiyini, səhər onunla zəngləşib görüşəcəyini və notariat ofisinə gedib onun adına etibarnamə verəcəyini bildirmişdir. Elvin və Elşən yoldan keçən tanımadığı və nömrə nişanını bilmədiyi bir taksi saxlayıb çıxıb getmişlər. Elşənlə növbəti gün telefonla danışmışdır. Elşən avtomobilin texniki paspotunu götürə bilmədiyini, növbəti gün görüşüb avtomobilə etibarnamə verəcəklərini demişdir. Elvin də eyni sözləri ona «Whatsapp» sosial şəbəkəsində yazmışdır ki, sabah notariusa gedəcəklər. Bir gün sonra artıq ona zəng etməmişlər. Növbəti gün “rent a car” şirkəti gəlib avtomobili onun iş yerindən aparmışdır. Həmin vaxtı məlum olmuşdur ki, avtomobil “rent a car” şirkətindən icarəyə götürülmüşdür. “Rent a car” işçiləri 2 nəfər gəlmiş və avtomobilin onlara məxsus olmasını bildirib “Hyundai” markalı avtomobili götürüb getmişlər. Bundan sonra özü baş vermiş hadisə ilə bağlı polisə məlumat vermişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs və Elşən adlı şəxs Ərikli kafesinə gələn zaman avtomobili Elşən idarə etmişdir. Pulu verən zaman ona qəbz və ya hər hansı sənəd verməmişlər, pulu şifahi razılaşma əsasında vermişdir. Ona dəymiş ziyan 8000 manat təşkil edir və ödənilməmişdir. Bir dəfə Elşənin bacısı zəng edib əlaqə saxlamış, lakin ziyan ödənilməmişdir. Pulu kimə verdiyini dəqiq xatırlamır, deyəsən Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs yaşadığı binadan tanıyır, əvvəllər birlikdə eyni binada yaşamışlar. Özü əvvəllər avtomobil təmiri ilə məşğul olmuş, 13 noyabr 2024-cü il tarixdə tanışı olan Zərərçəkmiş şəxs ona zəng edərək internet vasitəsilə bir nəfər şəxslə danışıb avtomobil tapmasını bildirmiş, Zərərçəkmiş şəxs ondan avtomobilə baxmağı xahiş etmiş, həmin vaxtı özü xəstə olduğuna görə, tanışı olan Fərəcə zəng edərək onu Elvinin yanına Ərikli kafesinə aparmasını xahiş etmişdir. Fərəc sonra arxası ilə gəlmiş, təxminən saat 21 radələrində Ərikli kafesinə yaxınlaşmışlar. Orada olan zaman iki nəfər şəxs ağ rəngli “Hyundai Elantra” markalı avtomobillə kafeyə yaxınlaşmış, gətirilən avtomobilə yaxınlaşıb özü həmin avtomobilə əyləşib test yürüşü etməyə başlamışdır. Avtomobilin vəziyyətinin saz olduğunu, Elvinə avtomobilin vəziyyətinin yaxşı olmasını, ala biləcəyini bildirmişdir. Bundan sonra, özünü həmin avtomobilin sahibi kimi təqdim edən Təqsirləndirilən şəxs onlara avtomobilin bacısına məxsus olduğunu və qaynının polis işçisi olduğunu, hal-hazırda COP 29 tədbiri ilə bağlı olaraq tədbirdən çıxa bilmədiyini, bu səbəblə də avtomobili özlərinin satdığını, bundan başqa bacısı üçün xaricdən yeni avtomobil gətizdirdiklərini və həmin avtomobilə görə gömrük rüsumu ödənilməli olduğunu, həmin avtomobili də bu səbəblə satdıqlarını bildirmişdir. Bundan sonra inanmışlar və Zərərçəkmiş şəxs evdən 8000 manat pulu gətirib ilkin olaraq onların yanında Elvin və Elşən adlı şəxslərə vermişdir. Razılaşmalarının növbəti günü görüşüb notariat kontoruna gedib alqı-satqı edilməli idi. Bundan sonra, həmin şəxslər oradan sağollaşaraq uzaqlaşmış və “Hyundai” markalı avtomobili Elvinə təhvil vermişlər, həmin gündən bir neçə gün sonra isə onlara məlum olmuşdur ki, həmin şəxslər Zərərçəkmiş şəxs aldadıb və avtomobil “Rent car”a məxsus olmuş, Zərərçəkmiş şəxs isə baş vermiş hadisə ilə bağlı olaraq polisə məlumat vermişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxs pulu ilk olaraq Təqsirləndirilən şəxs vermiş, o da Elşən adlı digər şəxsə vermişdir. “Hyundai Elantra” markalı avtomobilin dəyəri 20000-22000 manatdır, lakin onlara demişlər ki, təcili satmalıdırlar, ona görə də 16000 manata satırdılar. Zərərçəkmiş şəxs da ilkin ödəniş olaraq 8000 manat pul vermişdir. Onların daqyandıqları yerə gələn zaman avtomobili Elşən idarə edirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, "xxxx" şirkətinin direktorudur. "xxxx" şirkəti avtomobillərin kirayəsini həyata keçirir, özlərinin mütəmadi olaraq sosial şəbəkələrdə reklamları gedir və müştərilərin çoxu onlara internet sosial şəbəkəsində görərək müraciət edir. 11 noyabr 2024-cü il tarixdə şirkətə məxsus mobil telefona zəng gəlmiş və həmin şəxs özünün adının Elvin olduğunu bildirib avtomobil lazım olduğunu demişdir. Həmin vaxt zəng edən şəxsə ofisə yaxınlaşmasını və istədiyi avtomobili götürə biləcəyini demiş, bundan sonra, həmin şəxsdən heç bir xəbər olmamış, 13 noyabr 2024-cü il tarixdə yenidən həmin şəxs onlara zəng edərək avtomobil lazım olduğunu və ofisə yaxınlaşacağını bildirmişdir. Ofislərinin Bakı şəhəri, Elmlər Akademiyası metrostansiyanın yaxınlığında yerləşdiyini demiş, Elvin isə ona “Hyundai Elantra” markalı avtomobil lazım olduğunu bildirmişdir. Elvinə Yasamal rayon İcra Hakimiyyətinin qarşısında “Hyundai Elantra” markalı avtomobilin dayandığını demiş, bundan sonra Elvin Yasamal rayon İcra Hakimiyyətinin qarşısına yaxınlaşmışdır. Həmin vaxt özünün də orada olduğunu, Təqsirləndirilən şəxs ona ilkin olaraq iki günün pulunu, yəni 110 manatı (günlük 55 manat olmaqla) orada təqdim etmişdir. Bundan sonra özünə məxsus **-KX-*** d.q.n.lı avtomobili Elvinə icarəyə vermişdir. Elvin avtomobili götürən zaman avtomobilin ona dörd günlük lazım olduğunu demişdir. Bundan sonra buna etiraz etməmiş və avtomobili ona təhvil vermişdir. İcarəyə verdikdən iki gün sonra isə ilkin olaraq 55 manat pulu onun bank kartına, növbəti gün isə yenidən 55 manat olmaqla, ödənişlər etmişdir. Sonradan artıq Elvindən bir xəbər olmadığını görmüş, onunla əlaqə saxladıqda isə zənglərə cavab verməmişdir. 18 noyabr 2024-cü il tarixdə artıq Təqsirləndirilən şəxs mesaj yazmış və bildirmişdir ki, ondan xəbər olmadığına görə onun barəsində polisə müraciət edəcəklər. Mesaj yazdıqdan təxminən bir saat sonra isə tanımadığı nömrədən ona zəng gəlmiş, həmin şəxsin telefonda ona “Hyundai” markalı avtomobili aldıqlarını, harada görüşüb avtomobili adına keçirə biləcəklərini maraqlanmışlar. Özünün həmin zəng edən şəxsə avtomobilin icarə əsasında günlük olaraq Təqsirləndirilən şəxs verildiyini, avtomobilin satılıq olmadığını bildirmişdir. Bundan sonra özünün avtomobildə olan GPS vasitəsilə avtomobilin Hövsan qəsəbəsi ərazisində olduğunu müəyyən etmiş və oraya yaxınlaşmışdır. Həmin vaxt orada görüşdüyü şəxsin də adının Elvin olduğunu bilmişdir. Həmin Elvin adlı şəxs ona bir nəfər şəxsin bu avtomobili ona satdığını demişdir. Lazımı sənədləri həmin şəxsə təqdim edərək bildirmişdir ki, avtomobil özünə məxsusdur və işlə bağlı olaraq icarəyə verilmişdir. Bundan sonra avtomobili həmin şəxsdən götürüb Hövsan qəsəbəsindən uzaqlaşmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs avtomobili kirayəyə götürən zaman tək olmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməl nəticəsində ona ziyan dəyməmişdir. Avtomobili götürən zaman işlək vəziyyətdə olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Şahid1 məhkəmə iclasında iştirak etməmiş, cinayət prosesi tərəflərinin etirazı olmadığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs yaşadığı ərazidən tanıyır, birlikdə eyni binada yaşamışlar. 13 noyabr 2024-cü il tarixdə tanışı olan Səxavət ona zəng edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs avtomobil almaq istəyir və artıq tapıb. Ondan xahiş etmişdir ki, gəlib onun tapdığı avtomobilə baxsınlar. Səxavət ondan xahiş etmişdir ki, özünü bir az narahat hiss edir, belə ki, onu idarə etdiyi avtomobillə götürüb Elvinin yanına aparsın. Evdən çıxıb Səxavətin yanına getmiş və onu evdən götürüb Zərərçəkmiş şəxs işlətdiyi “Ərikli” kafesinə yollanmışlar. Həmin vaxt Zərərçəkmiş şəxsla orada görüşmüş, oturub çay içməyə başladıqda iki nəfər şəxs kafeyə yaxınlaşmış və Zərərçəkmiş şəxsla görüşüb ona avtomobili göstərmişlər. Həmin vaxt kafedən çıxıb ağ rəngli “Hyundai Elantra” markalı avtomobilə baxmışlar. Səxavətin başı çıxdığı üçün avtomobilə ətraflı baxmış və sürüb test etmişdir. Geri qayıtdıqda gələn iki nəfərlə söhbət eləməyə başlamışlar. Həmin şəxslərdən biri Təqsirləndirilən şəxs olmuş və demişdir ki, avtomobil onun bacısına məxsusdur. Bacısının yoldaşının əri polis əməkdaşıdır və həmin ərəfədə “COP 29” tədbiri ilə bağlı olaraq orada iştirak edir. Tədbirlə bağlı olaraq çıxa bilmir, bu səbəblə də onlar avtomobili göstərməyə gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs bildirmişdir ki, onların xaricdən sifarişlə avtomobilləri gəlib və hal-hazırda Gömrük Komitəsinin həyətindədir. Bu səbəblə də avtomobilə ilkin olaraq beh alaraq o gömrükdəki avtomobili sabah səhər qeydiyyatdan keçirməlidirlər. Bundan sonra, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla söhbət etmiş və Elvin evdən 8000 (səkkiz min) manat pulu gətirib onların yanında satan şəxslərə vermişdir. Təqsirləndirilən şəxs da “Hyundai” markalı avtomobili Zərərçəkmiş şəxs verərək bildirmişdir ki, sabah səhər bacısının yoldaşı ilə birlikdə gəlib alqı-satqı işlərini tamamlayacaqlar. Bundan sonra onlar taksi sifariş edərək taksiyə əyləşib oradan uzaqlaşmışlar. Avtomobil Elvində qalmışdır. Təxminən üç gün sonra isə avtomobil sahibi gələrək Zərərçəkmiş şəxs avtomobili alıb aparmışdır. Sonradan isə Elvin baş vermiş hadisə ilə bağlı olaraq polisə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 15 yanvar 2025-ci il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X3 tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə Zərərçəkmiş şəxs müraciəti əsasında fakta görə başlanmışdır. (iş.v. 1) Zərərçəkmiş şəxs tərəfindən 19 noyabr 2024-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin rəisinə ünvanlanan ərizədən görünür ki, 13 noyabr 2024-cü il tarixdə “Tap.az” elan saytından satışa qoyulmuş “Hyundai Elantra” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq üçün Təqsirləndirilən şəxs ilə razılaşaraq Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən “Ərikli” kafesində olduğu zaman 8000 (səkkiz min) manat pul ödəmişdir. Lakin daha sonra, ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs öncədən onu aldatmaq niyyətilə şirkətdən günlük icarəyə götürdüyü avtomobili öz şəxsi avtomobili adı ilə ona sataraq qarşılığında almış olduğu 8000 manat pulu mənimsəmişdir. Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. ( iş.v. 5) 21 yanvar 2025-ci il tarixli, “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v.19) 24 fevral 2025-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsinin hadisə yerində yoxlanılması məqsədi ilə ona təklif olunmuşdur ki, ifadəsində göstərdiyi, Təqsirləndirilən şəxs 8000 manat pulu verdiyi yeri göstərsin. Bundan sonra, Zərərçəkmiş şəxs Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan Qala yolu üzərində yerləşən Ərikli restoranı olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs təklif olunmuşdur ki, ifadəsində qeyd etdiyi pulu verdiyi yeri göstərsin. Zərərçəkmiş şəxs bundan sonra isə Ərikli restoranında görüşdükləri otağı, pulu Təqsirləndirilən şəxs verdiyi yeri və avtomobilə harada baxdıqlarını göstərmişdir. (iş.v. 29-30) “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Elantra” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, istehsal tarixi 2012-ci il olan, 10 oktyabr 2024-cü il tarixdə qeydiyyatdan keçmiş avtomobilin mülkiyyətçisi Şahid2 olmuşdur. (iş.v.95) 553 nömrəli avtonəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, icarəyə verən mülkiyyət hüquqi ilə ona məxsus olan 2012-ci il buraxılışlı **-KX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı, avtomobili 1 günü üçün 55 manat ödəməklə icarədar Təqsirləndirilən şəxs müvəqqəti istifadəyə verilmişdir. Müqavilə 13 noyabr 2024-cü saat 18:00-dan 17 noyabr 2024-cü il tarix, saat 18:30-dək qüvvədə olmuşdur. (iş.v. 95-99) Suraxanı RPİ-nin İŞ-in 06 mart 2025-ci il tarixli əməliyyat tapşırığına cavab olaraq Suraxanı RPİ-nin 30-cu polis şöbəsi tərəfindən göndərilmiş 15 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onun 8000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi faktına görə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs yanında onunla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi “Ərikli” kafesində olan Elşən adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamış, Təqsirləndirilən şəxs başqa hansı cinayət əməlində iştirak etməsi barədə heç bir məlumat daxil olmamış və bundan başqa hər hansı bir cinayət əməli törətməsi müəyyən olunmamışdır. (iş.v. 100) 08 may 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs və Elşən adlı şəxs tərəfindən dələduzluq yolu ilə Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın ümumi məbləği 8000 (səkkiz min) manat hesablanmışdır. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən şəxsiyyəti istintaqa Elşən kimi məlum olan şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibi başlanmışdır. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* saylı cinayət işinin materiallarından ********* saylı cinayət işi ayrılmış və istintaqı aparılmışdır. Təqsirləndirilən şəxs və Elşən adlı şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və bu barədə material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. (iş.v. 108-116) 07 fevral 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində ittiham elan edilməsi üçün axtarış elan edilmişdir. 04 mart 2025-ci il tarixli Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin məktubundan və “axtarışda olanın tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2025-ci il tarixdə, saat 02:00-da tutularaq Suraxanı RPİ-nin MSY-nə təhvil verilmişdir. 05 mart 2025-ci il tarixdə, saat 10:45-də Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 4(010)-59/2025 saylı qərarı ilə barəsində əvvəli 04 mart 2025-ci il tarixdən hesablanmaqla, 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. 08 may 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilməsi qərara alınmış, 09 may 2025-ci il tarixli qərarla təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 1(010)-380/2025 saylı, 02 iyun 2025-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti məhkəmənin hazırlıq iclasının yekun qərarı elan edilənədək qüvvədə saxlanılmış, həmin məhkəmənin 10 iyun 2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. (iş.v. 31, 36-37, 59, 79-82, 106-116, 127) Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi yuxarıda sadalanmış mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmə niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Cinayətdə iştirakçılığın formalarına gəlincə, onlar Cinayət Məcəlləsinin 34.2, 34.3 və 34.4cü maddələrinə müvafiq olaraq, cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi kimi müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ictimai təhlükəlilik baxımından bir qrup şəxs cinayətkar qrupların digər növlərinə nisbətən az təhlükəlidir. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş kifayət qədər mötəbər sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarına əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməmiş, ona dəymiş ziyanı ümumiyyətlə ödəməmişdir. Buna görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Xətai RPİ-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilənməsinə dair ********* saylı cinayət işi istintaq edilmişdir. Məhkəmə istintaqı zamanı müvafiq sorğular verilmiş və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 04 iyun 2025-ci il tarixli, 1(011)-167/2025 saylı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasının əvvəli hökmün elan olunduğu 04 iyun 2025-ci il tarixdən hesablanmaqla, qəti olaraq ona 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədə bu barədə məlumata rast gəlinməsə də, Xətai Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli hökmündə göstərilmişdir ki, Cavadov X4 Rayon Məhkəməsinin 25 noyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 25 dekabr 2017-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli, Xətai Rayon Məhkəməsinin hökmü çıxarılmazdan əvvəl yəni 13 noyabr 2024-cü il tarixdə törətmişdir. Odur ki, hazırki cinayət işi üzrə cəza təyin edilərkən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hal müəyyən olunmasa da, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti də nəzərə alındığı üçün məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs hazırki dələduzluq əməlindən əlavə iki dəfə də dələduzluq cinayətlərinə görə məhkum edilmiş, müvafiq olaraq barəsində Yasamal Rayon Məhkəməsi və Xətai Rayon Məhkəməsi tərəfindən ittiham hökmləri çıxarılmış, barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin başqa maddələri ilə deyil, məhz dələduzluq maddəsi ilə məhkum olunması, onun islah olunmadığını, azadlıqdan məhrum etmə növündə cəza çəkməsinin daha məqsədəmüvafiq olmasına əsas verir. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. X5 16-cı bəndinə əsasən birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CMnin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli Qərarına əsasən məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsi hallarına tətbiq edilir. Qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. O da nəzərə alınmalıdır ki, yeni cinayət işi üzrə ittihama baxan məhkəmə başqa məhkəmənin hökmünə müdaxilə etmək, o cümlədən həmin şəxsin əvvəlki əməlinə görə cəzanı yenidən müəyyən etmək səlahiyyətinə malik deyil. Əvvəlki hökmü çıxarmış məhkəmə tərəfindən müəyyən edilmiş cəza nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Xətai Rayon Məhkəməsinin 04 iyun 2025ci il tarixli, 1(011)-167/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 04 mart 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, zərərçəkmiş şəxsə cinayət əməli nəticəsində ona dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Müdafiəçi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 12 saat vaxt sərf etmişdir. Lakin məhkəmə həmin arayışla bağlı qeyd etməyi zəruri hesab edir ki, arayış yalnız məhkəmə prosesləri dövrünü əhatə etmiş və məhkəmə tərəfindən cəmi 3 iclas keçirilsə də, həmin arayışda müdafiəçi tərəfindən hər bir iclasda işlə tanışlıq üçün hər birinə ayrı-ayrılıqda 2 saat vaxtın sərf olunması göstərilmiş, həmçinin istintaq hərəkətlərində və məhkəmə iclasında iştirakla bağlı da hər iclas üçün 2 saat vaxt sərf olunmasını göstərilmiş, eyni iclasda bütün qeyd olunan hərəkətlər olunsa da müdafiəçi tərəfindən şişirdilmiş saatlar qeyd olunmuş, guya bir iclas üçün 4 saat vaxt sərf edilmişdir. Lakin iş üzrə bir hazırlıq və iki baxış iclası keçirilmiş, bütün iclaslarda müdafiəçi iştirak etmiş və hər iclas üçün müdafiəçinin maksimum 2 saat vaxt sərf etməsini nəzərə alaraq onun bütün məhkəmə iclaslarına cəmi 6 saat sərf etməsini məhkəmə nəzərə alır. Ona görə də məhkəmə müdafiəçinin arayışda təqdim etdiyi saatları deyil, işin həqiqi hallarına uyğun gələn cəmi 6 saatı nəzərə alır. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 6 iş saatı üçün 66 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Xətai Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 1(011)-167/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə 28 yanvar 2025-cü il tarixdən 30 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 04 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Zərərçəkmiş şəxsə cinayət əməli nəticəsində ona dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 6 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 66 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ**********0000002944, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın, maddi sübutun və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar