Məhkəmə qərarları › İş №1(010)-381/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-381/2024

02.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-381/2024 02.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, prokuror Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X14 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 05 avqust 1979-cu ildə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, biri azyaşlı olmaqla, 2 uşağı olan, orta təhsilli, məhkum olunmamış, işləməyən, Daşkəsən rayonu, Bayan kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, 20 iyun 2024-cü il tarixdə, tutulmuş və həmin tarixdə, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 1(010)-381/2023 saylı qərarı ilə axtarış elan edilməklə, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 09 noyabr 2024cü il tarixdə tutularaq 11 noyabr 2024-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmə ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 29 aprel 2016-cı il tarixdən başlayaraq övladları 08 iyun 2009-cu il təvəllüdlü X1 və 18 iyul 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay, bir uşağa 60,00 manat olmaqla, iki uşağa cəmi 120,00 manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Göygöl Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 may 2016-cı il tarixli, 2(066)-1132/2016 saylı qətnaməsinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 3(010)-1638/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün və 08 sentyabr 2023-cü il tarixli, 3(010)- 4352/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 12 (on iki) gün müddətlərində inzibati həbs edilməsinə, məhkəmə aktını icra etməsi ilə əlaqədar ona 24 dekabr 2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 10 yanvar 2024-cü il tarixədək şəxsi maraq niyyəti ilə cəmi 9920,00 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməmiş, habelə sonuncuya maddi ziyan vurmaqla, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər müxtəlif ünvanlarda fəhlə işləyərək fərdi əmək fəaliyyəti ilə məşğul olmuş və aylıq gəliri 200,00 manat təşkil etmişdir. Zərərçəkmiş şəxs ilə 2008-ci ildə ailə qurmuş, birgə nikahlarından X5 və X6 dünyaya gəlmiş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından ayrılmışlar. Bundan sonra, Zərərçəkmiş şəxs aliment tələbinə dair Göygöl Rayon Məhkəməsində ona qarşı iddia qaldırmış, Məhkəmənin 24 may 2016-cı il tarixli, 2(066)- 1132/2016 saylı qətnaməsi ilə iddia təmin edilərək əvvəli 29 aprel 2016-cı il tarixdən hesablanmaqla hər ay, bir uşağa 60,00 manat, iki uşağa isə cəmi 120,00 manat sabit pul məbləğində aliment ondan tutularaq övladları 08 iyun 2009-cu il təvəllüdlü Şəbnəm Məhərrəmovanın və 18 iyul 2012-ci il təvəllüdlü Səbinə Məhərrəmovanın yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmiş, o isə maddi imkanı yaxşı olmadığından məhkəmə aktını icra etməmişdir. İcra məmuru alimentin ödənilməsi ilə əlaqədar ondan izahatlar almış, hətta Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 3(010)-1638/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün və 08 sentyabr 2023-cü il tarixli, 3(010)- 4352/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 12 (on iki) gün müddətində inzibati həbs edilmişdir. Bundan sonra, icra məmuru məhkəmə aktının icrasını təmin etməsinə dair ona yeni müddət təyin etməklə rəsmi xəbərdarlıq verməsinə baxmayaraq alimenti ödəməmişdir. Belə ki, əvvəllər müxtəlif ünvanlarda fəhlə işləyərək fərdi əmək fəaliyyəti ilə məşğul olsa da, hazırda səhhəti ilə əlaqədar işləyə bilmir. Xəstəliyi ilə bağlı sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, tutulana qədər Hövsan qəsəbəsində bacısı və anası ilə birlikdə yaşamışdır. Maddi vəziyyəti pis olduğu üçün aliment borcunu ödəyə bilməmişdir. Əvvəllər məhkumluğu olmamış, məhkəmə qətnaməsini də icra etməkdən qərəzli olaraq boyun qaçırmamışdır. Belə ki, işlədiyi dövrdə aliment borcunu davamlı olaraq ödəmişdir. Hazırda isə işləyə bilmədiyi üçün ödəyə bilmir. Aliment borcundan əvvəllər təxminən 2000 (iki min) manat məbləğində ödəniş etmişdir. İstintaq hərəkətləri keçirilən zaman müdafiəçisi yanında olmamışdır. Sonda isə maddi vəziyyətinin pis olması səbəbindən borcunu ödəyə bilməməsini nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan nümayəndəsi, anası X8 nə kimi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qızının keçmiş həyat yoldaşıdır, övladlarının saxlanması ilə əlaqədar maddi köməklik göstərmədiyi üçün aliment tələbinə dair Göygöl Rayon Məhkəməsində ona qarşı iddia qaldırmışlar, Məhkəmənin 24 may 2016-cı il 2(066)-1132/2016 saylı qətnaməsi ilə iddia təmin edilərək, əvvəli 29 aprel 2016-cı il tarixdən başlayaraq hər ay, bir uşağa 60,00 manat olmaqla, iki uşağa cəmi 120,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq 08 iyun 2009-cu il təvəllüdlü Şəbnəm Məhərrəmovanın və 18 iyul 2012-ci il təvəllüdlü Səbinə Məhərrəmovanın yetkinlik yaşına çatana kimi saxlanmaları üçün qızına ödənilməsi qət edilmiş, qətnamənin icrası ilə Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar Təqsirləndirilən şəxs bildiriş təqdim edilsə də, sonuncu alimenti ödəməkdən birmənalı şəkildə imtina etmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 3(010)-1638/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün və 08 sentyabr 2023-cü il tarixli, 3(010)- 4352/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 12 (on iki) gün müddətində inzibati həbs edilmiş, icra məmuru alimentin ödənilməsi üçün ona rəsmi xəbərdarlıq verməsinə baxmayaraq o, alimenti ödəməməklə məhkəmə aktının icrasından qərəzli olaraq yayınmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidirlər. Təqsirləndirilən şəxs övladları ilə maraqlanmır. Aliment məbləğinin tam olaraq ödənilməsini, əks təqdirdə daha ciddi cəzanın tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, əvvəli 29 aprel 2016-cı il tarixdən hesablanmaqla, 08 iyun 2009-cu il təvəllüdlü X1 və 18 iyul 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, bir uşağa 60,00 manat, iki uşağa cəmi 120,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Göygöl Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 may 2016-cı il tarixli, 2(066)-1132/2016 saylı qətnaməsi icra edilməsi məqsədilə Bakı şəhəri Suraxanı rayon icra şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək 16 sentyabr 2016-cı il tarixdə icraata başlanma haqqında qərar qəbul edilmiş, tələbin könüllü icra müddətində təmin edilməsi üçün Təqsirləndirilən şəxs bildiriş təqdim edilməsinə baxmayaraq o, alimenti ödəmədiyi üçün məcburi icra tədbiri olaraq sonuncunun əmlak vəziyyəti yoxlanılmış, lakin ona məxsus əmlakları aşkar etmək mümkün olmamışdır. Bundan sonra o, şöbəyə dəvət olunaraq izahatı alınmış, habelə qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, Təqsirləndirilən şəxs isə izahatında fərdi əməklə məşğul olduğunu bildirsə də, alimenti ödəməmiş, üzərindən uzun müddət keçsə də, sonuncu icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 3(010)-1638/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün və 08 sentyabr 2023-cü il tarixli, 3(010)-4352/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 12 (on iki) gün müddətində inzibati həbs edilmişdir. Qətnaməni icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də, hərəkətsizliyini davam etdirməklə məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs əvvəllər işləsə də, hazırda heç bir yerdə işləmir. Uzun müddətdir ki, Təqsirləndirilən şəxs tərəfindən yığılmış aliment məbləğindən heç bir ödəniş olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmuru Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatlarla eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, iş Şahid1 icraatında olmuşdur. Bundan əlavə, axtarış işi ilə əlaqədar Səlahəddinin rayondakı evində də olmuşlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi 27 mart 2024-cü il tarixdə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin böyük müstəntiqi, ədliyyə müşaviri X18 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə başlanmış, həmin cinayət işinə ********* nömrəsi verilmiş, iş üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 1-2) Göygöl Rayon Məhkəməsinin 24 may 2016-cı il tarixli, 2(066)-1132/2016 saylı qətnaməsinə, ona edilmiş düzəliş qərarına və həmin tarixli icra vərəqəsinə əsasən, iddia təmin edilərək 08 iyun 2009-cu il təvəllüdlü X1 və 18 iyul 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Təqsirləndirilən şəxs, hər ay hər bir uşaq üçün sabit məbləğdə 60,00 manat olmaqla, cəmi 120,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. (iş.v. 11-17) 16 sentyabr 2023-cü il tarixli qərarla, Suraxanı rayon icra şöbəsinin icra məmuru Şahid1 tərəfindən Göygöl Rayon Məhkəməsinin 24 may 2016-cı il tarixli, 2(066)-1132/2016 saylı icra sənədi üzrə icraata başlanmışdır. (iş.v. 23) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 mart 2017-ci il tarixli, 8(010)-989/2017 saylı qərardad ilə Bakı şəhəri Suraxanı İcra şöbəsinin icra məmuru Şahid1 təqdimatı təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 24 may 2016-cı il tarixli, 2(066)-1132/2016 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. (iş.v. 31-32) 11 yanvar 2017-ci il tarixdə tələbkar Zərərçəkmiş şəxs tərəfindən Suraxanı Rayon İcra şöbəsinə borclu Təqsirləndirilən şəxs aliment borcundan cəmi 200 manat ödəniş etməsi, onun 136 nömrəli orta məktəbdə gözətçi vəzifəsində çalışmasının ona məlum olması və buna görə də, icra sənədi üzrə toplanmış 1200 manat aliment borcunun əmək haqqına yönəldilməsinin istənilməsi barədə ərizə daxil olmuşdur. (iş.v. 29) 01 dekabr 2023-cü il tarixdə tələbkar Zərərçəkmiş şəxs tərəfindən Suraxanı Rayon İcra şöbəsinə ünvanlanmış ərizədən görünür ki, onun tərəfindən borclu Təqsirləndirilən şəxs aliment borcunun ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq o, ödəniş etməkdən qərəzli olaraq boyun qaçırmış və ona heç vaxt ödəniş etməyəcəyini bildirmişdir. İcra sənədi üzrə Təqsirləndirilən şəxs bu günədək ödənilməmiş aliment borcunun 9920 manat təşkil etdiyini və bu pulun qərəzli olaraq ödənilməməsini nəzərə alaraq toplanmış iş materiallarının onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsini xahiş etmişdir. (iş.v. 62) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 3(010)- 1638/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində əvvəli həmin tarixdən hesablanmaqla, 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. (iş.v. 45-47) Zərərçəkmiş şəxs tərəfindən 08 dekabr 2021-ci il tarixdə, Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinə ünvanlanmış ərizədən görünür ki, tələbkar olduğu, Göygöl Rayon Məhkəməsinin 24 may 2016-cı il tarixli, 2(066)-1132/2016 saylı aliment tələbinə dair icra sənədinin icrasının 05 ay müddətə dayandırılmasını xahiş etmişdir. (iş.v. 48) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 3(010)- 4352/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində əvvəli həmin tarixdən hesablanmaqla, 12 (on iki) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. (iş.v. 55-58) 24 dekabr 2023-cü il tarixdə tərtib edilmiş aktla Göygöl Rayon Məhkəməsinin 24 may 2016-cı il tarixli, 2(066)-1132/2016 saylı aliment tələbinə dair icra sənədinin icrası ilə əlaqədar iş üzrə borclu Təqsirləndirilən şəxs faktiki yaşadığı (anası ilə) Hövsan qəsəbəsində yerləşən nömrəsiz evə baxış keçirilmişdir. Borclunun yaşadığı evin giriş qapısını anası açmışdır. Borclunun anası, Təqsirləndirilən şəxs harada olması barədə heç bir məlumatı olmadığını bildirmişdir. Borclunun evində tələbin yönəldilə biləcəyi əmlak, gəlirlər (nağd pul vəsaiti), dəyərli əşya və ya qızıl-zinət əşyaları aşkar edilməmişdir. (iş.v. 63) Göygöl Rayon Məhkəməsinin 24 may 2016-cı il tarixli, 2(066)-1132/2016 saylı saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs ödənilməli aliment işi üzrə cədvəldən görünür ki, 29 aprel 2016-cı il tarixdən 29 dekabr 2023-cü il tarixədək ödənilməli cəmi 11880 manat aliment borcundan 1960 manat ödəniş həyata keçirilmiş, 9920 manat ödəniş isə ödənilməmiş qalmışdır. (iş.v. 67-69) İş materiallarından görünür ki, 04 noyabr 2016, 08 iyul 2022-cü il, 08 sentyabr 2023 və 24 dekabr 2023-cü il tarixlərdə Təqsirləndirilən şəxs “xəbərdarlıq”la Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsi tərəfindən məhkəmə qərarında göstərilmiş borcu ödəməkdən boyun qaçırdığı halda, Azərbaycan Respublikası CM-in 306-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar olunmuşdur. (iş.v. 28, 49, 59-60) 07 avqust 2023-cü il tarixdə, Daşkəsən rayon polis şöbəsi tərəfindən Suraxanı Rayon İcra şöbəsinin 10 iyul 2023-cü il tarixli “borclunun axtarılması haqqında” qərarının icrası ilə bağlı göndərilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Daşkəsən rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsi tərəfindən 05 avqust 2023-cü il tarixdə, 360318 saylı axtarış işi açılmışdır. (iş.v. 52) 27 sentyabr 2023-cü il tarixli, Suraxanı RİHB-in Hövsan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Q.İslamov tərəfindən verilmiş “Xasiyyətnamədən” görünür ki, Təqsirləndirilən şəxs Hövsan qəsəbəsində yaşadığı dövrdə onun barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. (iş.v. 70) 06 may 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (iş.v. 97-98) 06 may 2024-cü il tarixli, “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs, saat 15:30-da Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 06 may 2024-cü il tarixdə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin böyük müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək onun tutulub gətirilməsi barədə qərar qəbul edilmişdir. 20 may 2024-cü il tarixdə Daşkəsən RPŞ-nin CAB-sı tərəfindən Təqsirləndirilən şəxs barəsində 360450/24 saylı axtarış işi açılmışdır. “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs, 20 iyun 2024-cü il tarixdə, saat 14:10-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində saxlanılaraq Azərbaycan Respublikası ƏN-nin İstintaq İdarəsinə təhvil verilmişdir. 20 iyun 2024-cü il tarixli qərarla, böyük müstəntiq tərəfindən barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında iştirak etmək üçün məhkəmənin çağırışlarına gəlmədiyindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli qərarı ilə barəsində olan qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə dəyişdirilməklə, axtarış elan edilmiş, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 09 noyabr 2024-cü il tarixdə tutularaq 11 noyabr 2024cü il tarixdə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. (iş.v. 99-100, 102, 107-109, 130-131) Zərərçəkmiş şəxs 27 aprel 2024-cü il tarixdə məhkəmələrdə onu təmsil etməsi üçün anası X7 10 il müddətinə qüvvədə olan notariat qaydasında təsdiq edilmiş etibarnamə vermişdir. Təqsirləndirilən şəxs 05 avqust 2024-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək təqdim edəcəyi sənədlərin cinayət işi materiallarına əlavə edilməsini xahiş etmişdir. 15 iyul 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs sol aşağı ətrafın varikoz xəstəliyindən və sol topuğun xroniki xorasından əziyyət çəkir. Həmçinin 01 avqust 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs varikoz xəstəliyindən əziyyət çəkir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən verilmiş Tibbi xidmətə göndəriş vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs aşağı ətraf venaların xora və ya iltihabi proses müşahidə olunmadan varikoz genişlənməsi ilkin diaqnozu qoyulmuşdur. Tibbi Ərazi Bölmələrini X17 Kitabçasından (xəstəlik tarixindən) çıxarış sənədləri və "xxxx" MMC X23 tərəfindən verilmiş 22 iyul 2024-cü il tarixli sənəd də, Təqsirləndirilən şəxs varikoz xəstəliyinin olmasını təsdiq edir. Azərbaycan Respublikası ƏƏSMN Dayanıqlı və Operativ Sosial Təminat Agnentliyi 3 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş 17 iyul 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ƏƏSMN-in “Əmək və Məşğulluq” altsisteminə əsasən 17 iyul 2024cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmiş, 05 avqust 2024-cü il tarixli arayışdan isə görünür ki, o, “Əmək və Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatdadır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(008) -6285/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı X12 cavabdeh X13 qarşı (Təqsirləndirilən şəxs oğunun anası) “alimentin tutulması” tələbinə dair iddiası təmin edilməmişdir. Zərərçəkmiş şəxs müxtəlif dövlət qurumlarına şikayət ərizələri ünvanlayaraq, Təqsirləndirilən şəxs şikayətçi olmasını və onun cəzalandırılmalı olmasını bildirmişdir. Təqsirləndirilən şəxs, xəstəliyi ilə bağlı 15 iyul 2024, 24 iyul 2024, 05 avqust 2024 və 30 avqust 2024-cü il tarixli reseptləri, 21 avqust 2024-cü il tarixli tövsiyə blankını və həmin tarixdə, Bakı şəhəri BŞT və TTYS-nin 11 saylı bölməsindən verilmiş onun təcili tibbi yardım çağırması ilə bağlı çağırış vərəqəsini Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4253/2023 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 24 may 2016-cı il tarixli, 2(066)-1132/2016 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilmiş, 08 iyun 2009-cu il təvəllüdlü Şəbnəm Məhərrəmovanın və 18 iyul 2012-ci il təvəllüdlü Səbinə Məhərrəmovanın yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilmiş, iş üzrə Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı müdafiəçisi olmuş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X15 təqsirləndirilən şəxsin tutulduğu vaxt onun yanında olub-olmaması ilə bağlı verdiyi ifadənin həqiqiliyinin araşdırılması məqsədilə İ.Mehtiyevin istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin 20 iyun 2024-cü il tarixdən saat 09:00-dan 22 iyun 2024-cü il tarixədək saat 09:00-dək anten əhatə dairələri ilə əlaqədar məlumatların "xxxx" Telecom MMC-dən götürülməsi qərara alınmış, qərarın icrası "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-dən 22 aprel 2024-cü il tarixli qərarın icrası ilə bağlı göndərilmiş məktuba əlavə edilmiş 01 ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisi olmuş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X15 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten əhatə dairəsi təqsirləndirilən şəxsin tutulduğu vaxt, Yasamal rayonu ərazisini, yəni Təqsirləndirilən şəxs tutulduğu yer olan Azərbaycan Respublikası ƏN İstinatq İdarəsinin yaxınlığını göstərmişdir. Bu isə təqsirləndirilən şəxs tərəfindən bildirilən həmin xüsusatın həqiqətə uyğun olmayan, özünümüdafiə xarakterli olmasını göstərir. Buna görə də həmin CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 4cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə—iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. CM-nin 306-cı maddəsinin Qeydinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ədalət mühakiməsi əleyhinə olan cinayətlər fəslində öz əksini tapmış, bu cinayətin əlavə obyekti qismində insan və vətəndaşların hüquq və azadlıqları dayanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il tarixli Qərarına əsasən CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə; məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Hazırki işin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs 9920 manat aliment borcunu uzun müddət ərzində ödəməmiş, bununla bağlı iki dəfə inzibati həbs növündə inzibati tənbeh cəzası almasına baxmayaraq hərəkətsizliyinə davam edərək yenidən aliment pulunu ödəməmişdir. O, hazırda səhhətində olan ağrılarla əlaqədar işləyə bilmədiyini və buna görə də aliment məbləğini ödəyə bilmədiyini qeyd etsə də iş materiallarında olan iş vərəqi 67-69-da olan cədvəldən görünür ki, 29 aprel 2016-cı il tarixdən hər ay ödənilməli olan 120 manat aliment pulunu bir neçə aydan bir az məbləğdə ödəsə də 2023-cü il ərzində cəmi 120 manat ödəniş etmişdir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 may 2016-cı il tarixli, 2(066)-1132/2016 saylı qətnaməsinin icrasını təmin etməyərək cəmi 9920,00 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməmiş, habelə sonuncuya maddi ziyan vurmaqla, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş və hazırda zərərçəkmiş şəxs ondan şikayətçidir. Həmçinin təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı çağırışlara gəlmədiyindən barəsində axtarış elan edilmiş və qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Bununla da Təqsirləndirilən şəxs həqiqətən də hərəkətsizlik formasında aliment məbləğini ödəmədiyi, eləcə də hərəkət formasında çağırışlara gəlməyərən qəsdən boyun qaçırdığı müəyyən edilir. Odur ki, hazırki vəziyyətdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Beləliklə məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, 29 aprel 2016-cı il tarixdən başlayaraq övladları 08 iyun 2009-cu il təvəllüdlü X1 və 18 iyul 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay, bir uşağa 60,00 manat olmaqla, iki uşağa cəmi 120,00 manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Göygöl Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 may 2016-cı il tarixli, 2(066)-1132/2016 saylı qətnaməsinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 3(010)-1638/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün və 08 sentyabr 2023-cü il tarixli, 3(010)- 4352/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 12 (on iki) gün müddətlərində inzibati həbs edilməsinə, məhkəmə aktını icra etməsi ilə əlaqədar ona 24 dekabr 2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq cinayət təqibinin başlanması məsələsinə baxılması üçün təqdimat verilən 10 yanvar 2024-cü il tarixədək şəxsi maraq niyyəti ilə cəmi 9920,00 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməmiş, habelə sonuncuya maddi ziyan vurmaqla, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsi və şahid ifadələri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. CPM-nin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş.v. 90) Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs varikoz xəstəliyindən əziyyət çəkməsi və 1-i azyaşlı olmaqla, 2 övladının olması CM-in 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş digər yüngül cəza növlərinin tətbiq olunması isə cəzanın məqsədlərinə nail olmağı təmin etmir və bununla sosial ədalətin bərpa edilməsi mümkün hesab olunmur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı çağırışlara gəlmədiyindən barəsində axtarış verilmiş və ibtidai istintaq zamanı seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. O, həmçinin ibtidai istintaq zamanı da axtarışda olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs iki uşağı olmasına baxmayaraq həmin uşaqlar faktiki olaraq Zərərçəkmiş şəxs himayəsində və yanındadırlar. O, səhhətini bəhanə edərək işləyə bilmədiyini əsas gətirsə də faktiki olaraq məhkəməyə təqdim etdiyi tibbi sənədlər 2024-cü ilə aid sənədlərdir. Göründüyü kimi aliment məbləği 2016-cı ilin oktyabr ayından hesablanmağa başlasa da Təqsirləndirilən şəxs uzun illər ərzində davamlı olaraq alimenti ödəmədiyindən iki dəfə inzibati həbs tənbehinə məruz qalmış, yığılmış aliment məbləği 9920 manat olmuş, sonradan alimenti ödəməməyə davam etmiş, çağırışlardan yayınmış, hazırda isə səhhətində olan ağırları əsas gətirərək işləyə bilmədiyini və buna görə də aliment məbləğini ödəyə bilməyəcəyini bildirir. Rəsmi olaraq heç bir yerdə işləməməsi başa düşülən olsa da özünün gündəlik xərclərini və dolanışığını hansı formada təmin etməsi ilə bağlı hal məhkəmədə əsaslı şübhələr yaradır. Əgər qeyd olunan halla razılaşılarsa yığılmış 9920 manat aliment məbləği ödənilməyəcək və davamlı olaraq hər ay ödənilməli olan aliment məbləğləri də ödənilməməklə bu proses davam edəcəkdir. Belə olan halda isə qanuni qüvvəyə minmiş məhkəmə aktı icra olunmamış qalacaq və bu da özlüyündə zərərçəkmiş şəxsin haqlı narazılığına səbəb olacaqdır. Həmçinin qeyd olunmalıdır ki, Cəzaların İcrası Məcəlləsinin 66-cı maddəsinə əsasən cəzaçəkmə müəssisələri yetkinlik yaşına çatmayan şəxslər üçün tərbiyə müəssisələrindən, yetkinlik yaşına çatmış şəxslər üçün müxtəlif rejimli cəzaçəkmə müəssisələrindən, həbsxanalardan və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrindən ibarətdir. Cəzaların İcrası Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələri məntəqə tipli, ümumi, ciddi, xüsusi rejimli cəzaçəkmə müəssisələrinə, tərbiyə müəssisələri isə ümumi və möhkəm rejimli müəssisələrə bölünürlər. Cəzaların İcrası Məcəlləsinin 66.3-cü maddəsinə əsasən müalicə müəssisələrində stasionar şəraitdə müayinə və müalicəyə ehtiyacı olan məhkumlar cəza çəkirlər. Cəzaların İcrası Məcəlləsinin 93.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində məhkumlara tibbi xidmət göstərmək üçün tibb-sanitariya hissələri, həmçinin yoluxucu xəstələrin, alkoqolizm və narkomaniyaya düçar olanların, habelə vərəmli xəstələrin stasionar müalicəsi və saxlanılması üçün müalicə müəssisələri təşkil edilir. Cəzaların İcrası Məcəlləsinin 151.4-cü maddəsinə əsasən stasionar şəraitdə müalicəyə ehtiyacı olan məhkumlar mühafizə altında hospitala göndərilir və orada xüsusi təchiz olunmuş otaqlarda saxlanılırlar. Göründüyü kimi Təqsirləndirilən şəxs səhhətində olan ağırları və xəstəliyini əsas gətirsə də ona azadlıqdan məhrum etmə cəzası təyin edilməklə ümumi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməsi müəyyən edildiyi halda belə ambulator tibbi müalicə və müayinə, o cümlədən stasionar müalicə olunmaq hüququndan məhrum olunmur. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanıb ona qəti olaraq cəza təyin edilməli, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 09 noyabr 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, "xxxx" MMC tərəfindən təqdim edlmiş edilmiş 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 (on) saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 20 iyun 2024-cü il tarixdə tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. "xxxx" MMC tərəfindən təqdim edlmiş edilmiş 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddianın, maddi sübutun və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar