Məhkəmə qərarları › İş №1(010)-382/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-382/2024

15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-382/2024 15.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X18 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1985-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, nörəsiz evdə yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-637/2017 nömrəli iş üzrə 12 aprel 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1-ci, 180.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1 və 68.2-ci maddələri tətbiq edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə və 3.000 manat cərimə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 7(002)-162/2021 nömrəli iş üzrə 12 mart 2021-ci il tarixli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2017-ci il tarixli 1(101)-637/2017 nömrəli hökmü ilə təyin edilmiş 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasının 07 ay 19 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 01 noyabr 2021-ci ildə cəza müddəti başa çatmış (məhkumluğu ödənilməmiş və götürülməmiş), hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin 4(010)- 173/2024 nömrəli iş üzrə 31 may 2024-cü il tarixli qərarı ilə barəsində əvvəli 30 may 2024-cü hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 29 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Araz” marketin qarşısında yerləşən "xxxx" ASC-yə məxsus bankomatın qarşısına gələrək Zərərçəkmiş şəxs3 kart hesabından pul çıxarışı etməkdə köməklik göstərəcəyini bildirib saat 15:32 radələrində sonuncuya məxsus olmaqla "xxxx" ASC tərəfindən emissiya edilmiş 4169 7416 4380 6589 PAN nömrəli plastik kartı bankomat qurğusuna yaxınlaşdıraraq wi-fi üsulu ilə pul çıxaran zaman hesaba giriş koduna gizlincə baxıb yaddaşında saxlamış, Zərərçəkmiş şəxs3 bankomatdan pul çıxarıb əməliyyatı başa çatdırdıqdan sonra kartı bankomatın wi-fi qurğusunun üzərindən götürməyərək hesaba giriş kodunu təkrar daxil edib sonuncu kartı götürüb bankomatın yanından uzaqlaşdıqdan sonra Zərərçəkmiş şəxs3 kart hesabına daxil olaraq balansda olan 850 manat pulunu gizli olaraq çıxarıb elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə oğurluq cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını təkrar ələ keçirmək məqsədilə 12 yanvar 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Ballı” marketin qarşısında yerləşən "xxxx" ASC-yə məxsus bankomatın qarşısına gələrək X2 hesabından pul çıxarışı etməkdə köməklik göstərəcəyini bildirib saat 11:36 radələrində sonuncunun həyat yoldaşı Zərərçəkmiş şəxs6 məxsus olmaqla "xxxx" ASC tərəfindən emissiya edilmiş 5103 0714 2503 1016 PAN nömrəli plastik kartı bankomat qurğusuna yaxınlaşdıraraq wi-fi üsulu ilə pul çıxaran zaman hesaba giriş koduna gizlincə baxıb yaddaşında saxlamış, X13 bankomatdan pul çıxarıb əməliyyatı başa çatdırdıqdan sonra kartı bankomatın wi-fi qurğusunun üzərindən götürməyərək hesaba giriş kodunu təkrar daxil edib sonuncu kartı götürüb bankomatın yanından uzaqlaşdıqdan sonra X1 hesabına daxil olaraq balansda olan 1.000 manat pulunu gizli olaraq çıxarıb elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə oğurluq cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrar özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 fevral 2024- cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində yerləşən “Ballı” marketin qarşısında yerləşən "xxxx" ASC-yə məxsus bankomatın qarşısına gələrək Zərərçəkmiş şəxs2 kart hesabından pul çıxarışı etməkdə köməklik göstərəcəyini bildirib saat 11:00 radələrində sonuncuya məxsus olmaqla "xxxx" ASC tərəfindən emissiya edilmiş 5103 0714 8338 2889 PAN nömrəli plastik kartı bankomat qurğusuna yaxınlaşdıraraq wi-fi üsulu ilə pul çıxaran zaman hesaba giriş koduna gizlincə baxıb yaddaşında saxlamış, Zərərçəkmiş şəxs2 bankomatdan pul çıxarıb əməliyyatı başa çatdırdıqdan sonra kartı bankomatın wi-fi qurğusunun üzərindən götürməyərək hesaba giriş kodunu təkrar daxil edib sonuncu kartı götürüb bankomatın yanından uzaqlaşdıqdan sonra Zərərçəkmiş şəxs2 kart hesabına daxil olaraq balansda olan 481 manat pulunu gizli olaraq çıxarıb elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə oğurluq cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrar özgənin əmlakını təkrar gizli olaraq talama məqsədilə 18 may 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Araz” marketin qarşısında yerləşən "xxxx" ASC-yə məxsus bankomatın qarşısına gələrək X3 hesabından pul çıxarışı etməkdə köməklik göstərəcəyini bildirib saat 18:08 radələrində sonuncunun oğlu Zərərçəkmiş şəxs5 məxsus olmaqla "xxxx" ASC tərəfindən emissiya edilmiş 4169 7388 7626 3850 PAN nömrəli plastik kartı bankomat qurğusuna yaxınlaşdıraraq wi-fi üsulu ilə pul çıxaran zaman hesaba giriş koduna gizlincə baxıb yaddaşında saxlamış, X16 bankomatdan pul çıxarıb əməliyyatı başa çatdırdıqdan sonra kartı bankomatın wi-fi qurğusunun üzərindən götürməyərək hesaba giriş kodunu təkrar daxil edib sonuncu kartı götürüb bankomatın yanından uzaqlaşdıqdan sonra Zərərçəkmiş şəxs5 kart hesabına daxil olaraq balansda olan 712 manat pulunu gizli olaraq çıxarıb elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə oğurluq cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrar özgənin əmlakını gizli olaraq talama məqsədilə 26 may 2024-cü il tarixdə saat 18:46 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Araz” marketin qarşısında yerləşən "xxxx" ASC-yə məxsus bankomatın qarşısına gələrək X8 hesabından pul çıxarışı etməkdə köməklik göstərəcəyini bildirib həyat yoldaşı Zərərçəkmiş şəxs1 məxsus olmaqla "xxxx" ASC tərəfindən emissiya edilmiş 5167 5111 0970 8259 PAN nömrəli plastik kartı bankomat qurğusuna yaxınlaşdıraraq wi-fi üsulu ilə pul çıxaran zaman hesaba giriş koduna gizlincə baxıb yaddaşında saxlamış, Bəsti Zeynalova bankomatdan pul çıxarıb əməliyyatı başa çatdırdıqdan sonra kartı bankomatın wi-fi qurğusunun üzərindən götürməyərək hesaba giriş kodunu təkrar daxil edib sonuncu kartı götürüb bankomatın yanından uzaqlaşdıqdan sonra Zərərçəkmiş şəxs1 kart hesabına daxil olaraq balansında olan 200 manat pulunu gizli olaraq çıxarıb elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə oğurluq cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrar özgənin əmlakını gizli olaraq talama məqsədilə 28 may 2024-cü il tarixdə saat 12:28 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Araz” marketin qarşısında yerləşən "xxxx" ASC-yə məxsus bankomatın qarşısına gələrək X4 hesabından pul çıxarışı etməkdə köməklik göstərəcəyini bildirib qızı Zərərçəkmiş şəxs4 məxsus olmaqla "xxxx" ASC tərəfindən emissiya edilmiş 5239 1517 9234 0542 PAN nömrəli plastik kartı bankomat qurğusuna yaxınlaşdıraraq wi-fi üsulu ilə pul çıxaran zaman hesaba giriş koduna gizlincə baxıb yaddaşında saxlamış, Sevda Paşayeva bankomatdan pul çıxarıb əməliyyatı başa çatdırdıqdan sonra kartı bankomatın wi-fi qurğusunun üzərindən götürməyərək hesaba giriş kodunu təkrar daxil edib sonuncu kartı götürüb bankomatın yanından uzaqlaşdıqdan sonra Zərərçəkmiş şəxs4 qızının kart hesabına daxil olaraq balansında olan 205 manat pulunu gizli olaraq çıxarıb elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə oğurluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü əvvəlki məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilməyərək, lakin sonuncu məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2015-ci ildə Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə məhkum olunmuş, 2021-ci ilin mart ayının 12-də azadlığa buraxılmışdır. Azadlığa çıxan kimi pul qazanmağın yollarını axtarmışdır. Lakin məhkumluğu olduğu üçün heç kəs ona iş verməmişdir. O da oğurluq etmək qərarına gəlmişdir. O bankomat vasitəsilə pul çıxaran şəxslərə köməklik göstərmək bəhanəsi ilə yaxınlaşıb, kartı wi-fi oxuyucuya qoyub şəxsdən pin kodu öyrəndikdən sonra onun istədiyi məbləği çıxarıb təqdim etmişdir. Şəxs kartı və müəyyən məbləğdə pulu götürüb getmişdir. Kart bankomatdan götürüldükdən sonra təxminən 5-10 saniyə müddət ərzində kartın məlumatları bankomatın yaddaşında qalır. O, da yenidən pin kodu daxil edib kartda olan məbləği çıxarmışdır. 29 oktyabr 2023-cü il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında olan zaman bir nəfərin "xxxx"a məxsus bankomatdan pul çıxarmaq istədiyini görmüş və o, həmin şəxsə yaxınlaşmışdır. Eyni üsulla həmin şəxs bankomatdan uzaqlaşdıqdan sonra kartında 889 manatdan artıq pul qaldığını görmüşdür. O həmin kartdan 850 manat pulu çıxartmışdır. Bundan başqa, 12 yanvar 2024-cü il tarixdə saat 11:00 radələində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Ballı” marketin yaxınlığında olan zaman bir nəfər xanımın "xxxx"a məxsus bankomatdan pul çıxarmaq istədiyini görmüş və o, həmin şəxsə yaxınlaşmışdır. Eyni üsulla xanım bankomatdan uzaqlaşdıqdan sonra xanımın kartında artıq pul qaldığını görmüşdür. O, həmin kartdan 1.000 manat pulu çıxartmışdır. O, bu hadisəni edən zaman ətrafda olan heç kimin bu barədə məlumatı olmamışdır. Bundan başqa, 07 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Ballı” marketin yaxınlığında olan zaman bir nəfər xanımın "xxxx"a məxsus bankomatdan pul çıxarmaq istədiyini görüb həmin şəxsə yaxınlaşmışdır. Eyni üsulla xanım bankomatdan uzaqlaşdıqdan sonra xanımın kartında artıq pul qaldığını gördmüşdür. O, həmin kartdan 481 manat pulu çıxartmışıdır. Bundan başqa, 18 may 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında olan zaman bir nəfər xanımın "xxxx"a məxsus bankomatdan pul çıxarmaq istədiyini görüb ona yaxınlaşmışdır. Eyni üsulla xanım bankomatdan uzaqlaşdıqdan sonra xanımın kartında artıq pul qaldığını görmüşdür. O həmin kartdan 712 manat pul çıxartmışdır. Bundan başqa, 26 may 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında olan zaman bir nəfər xanımın "xxxx"a məxsus bankomatdan pul çıxarmaq istədiyini görüb ona yaxınlaşmışdır. Eyni üsulla xanım bankomatdan uzaqlaşdıqdan sonra xanımın kartında artıq pul qaldığını görmüşdür. O, həmin kartdan 205 manat pul çıxartmışdır. Bundan başqa, 28 may 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında olan zaman bir nəfər xanımın "xxxx" banka məxsus bankomatdan pul çıxarmaq istədiyini görüb həmin şəxsə yaxınlaşmışdır. Eyni üsulla xanım bankomatdan uzaqlaşdıqdan sonra xanımın kartında artıq pul qaldığını görmüşdür. O, həmin kartdan 200 manat pul çıxartmışdır. O həmin pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Oğurluq etməyi barədə heç kimə məlumat verməmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, onun 5239 1517 9234 0542 PAN nömrəli kartı anası X10 olur. Onun anası həmin pulu çıxarıb evin xərclərini qarşılayır. Sonuncu dəfə 28 may 2024-cü il tarixdə saat 12:28 radələrində ona məxsus debet kartın balansından 205 manat pul çıxarıldığı barədə məlumatı olmuşdur. Anası kartda pulun olmadığını görmüşdür. O bu barədə banka müraciət etdmişdir. O karta olan pulunun naməlum şəxs tərəfindən çıxarıldığını başa düşdüyü üçün polis bölməsinə məlumat vermişdir. Sonda təqsirləndirilən şəxsə qanunla müəyyən olunmuş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onun 5167 5111 0970 8259 PAN nömrəli kartı yoldaşı X17 olur. Onun yoldaşı pulu çıxarıb evin xərclərini qarşılayır. Sonuncu dəfə 26 may 2024-cü il tarixdə saat 18:00 radələrində ona məxsus debet kartın balansından 200 manat pul çıxarıldığı barədə məlumatı olmuşdur. Yoldaşı kartda pulun olmadığını görmüşdür. O bu barədə banka müraciət etmişdir. Onun karta olan pulun naməlum şəxs tərəfindən çıxarıldığını başa düşdüyü üçün polis bölməsinə məlumat vermişdir. Sonda təqsirləndirilən şəxsə qanunla müəyyən olunmuş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, onun 4169 7416 4380 6589 PAN nömrəli sosial kartına hər ay 889 manat pul köçürülmüşdür. O sonuncu dəfə 29 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Araz” marketin qarşısında yerləşən bankomatdan pul çıxaran zaman bir nəfər şəxs arxadan onu tələsdirmişdir. Həmin şəxs onun tələsdiyini görüb ona kömək etməyə cəhd göstərmişdir. O balansında pulun olmadığını bildirmişdir. O oradan uzaqlaşan zaman kartdan pulun çıxarıldığını görmüşdür. O, bu barədə banka müraciət etmişdir. Onun karta olan pulun naməlum şəxs tərəfindən çıxarıldığını başa düşdüyü üçün polis bölməsinə məlumat vermişdir. Sonda təqsirləndirilən şəxsə qanunla müəyyən olunmuş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 07 fevral 2024-cu ildə 5103 0714 8338 2889 PAN nömrəli kartdan maaşını çıxartmaq üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Ballı” marketin qarşısında yerləşən "xxxx" ASC-yə məxsus bankomatın qarşısında getmişdir. Orada olan zaman bir nəfər şəxs ona yaxınlaşıb kömək etmək istəmişdir. Həmin şəxs kartda pulun olmadığını bildirmişdir. O buna inanıb banka müraciət etdikdə onun karta olan pulun naməlum şəxs tərəfindən çıxarıldığını başa düşdüyü üçün polis bölməsinə məlumat vermişdirr. Sonda təqsirləndirilən şəxsə qanunla müəyyən olunmuş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, onun kartı anası X11 olur. Onun anası çıxarıb evin xərclərini qarşılayır. Sonuncu dəfə 18 may 2024-cü il tarixdə saat 18:00 radələrində ona məxsus debet kartın balansından 712 manat pul çıxarıldığı və pul qalmadığını görmüşdür. O yaşadığı ünvanda olan zaman anasından pulun nə üçün hamısını çıxartdığını soruşduqda anası 500 manat çıxartdığını, kartda isə 712 manat pulun qaldığı barədə məlumat vermişdir. O karta olan pulun naməlum şəxs tərəfindən çıxarıldığını başa düşdüyü üçün anasına polis bölməsinə məlumat məlumat verməsini bildirmişdir. Sonda təqsirləndirilən şəxsə qanunla müəyyən olunmuş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, onun maaş kartı yoldaşı X7 olur. Onun maaşını həyat yoldaşı çıxarıb evin xərclərini qarşılayır. Sonuncu dəfə 12 yanvar 2024-cü il tarixdə yoldaşı ona balansından 1.000 manat pul çıxarıldığı və 1.700 manat pul qaldığı barədə məlumat vermişdir. O, yoldaşına həmin pulu çıxartmadığını bildirmişdir. O, DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Sonda təqsirləndirilən şəxsə qanunla müəyyən olunmuş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, cinayət işinin materiallarından müəyyən olunur ki, Suraxanı Rayon Məhkəməsinin 4(010)-173/2024 nömrəli iş üzrə 31 may 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 30 may 2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin təqdim etdiyi tələbnaməyə əsasən Təqsirləndirilən şəxs bir neçə dəfə məhkum edilmiş, sonuncu dəfə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-637/2017 nömrəli iş üzrə 12 aprel 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 180.2.1-ci, 180.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1 və 68.2-ci maddələri tətbiq edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə və 3.000 manat cərimə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 7(002)-162/2021 nömrəli iş üzrə 12 mart 2021-ci il tarixli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2017-ci il tarixli 1(101)-637/2017 nömrəli hökmü ilə təyin edilmiş 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasının 07 ay 19 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə növündə cəzasına məhkum edilmişdir. Hökm 31 mart 2021-ci il tarixdə şöbənin qeydiyyatına götürülmüşdür. Məhkum tərəfindən cərimənin məbləğindən bu günə qədər ödəniş olmamış və cəzası çəkilməmiş qalmışdır. Cinayət işinin materiallarında olan 14 iyun 2024-cü il tarixli “tolanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 180-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, qəbul edilmiş qərar və toplanmış materia ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Qeyd olunur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 637/2017 nömrəli iş üzrə 12 aprel 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1-ci, 180.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1 və 68.2-ci maddələri tətbiq edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə və 3.000 manat cərimə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 7(002)-162/2021 nömrəli iş üzrə 12 mart 2021-ci il tarixli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2017-ci il tarixli 1(101)-637/2017 nömrəli hökmü ilə təyin edilmiş 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasının 07 ay 19 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 01 noyabr 2021-ci ildə cəza müddəti başa çatmış, lakin məhkumluğu ödənilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-637/2017 nömrəli iş üzrə 12 aprel 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3000 (üç min) manat miqdarında cərimə cəzası hazırki hökmlə təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə toplanaraq ona çəkilməsi üçün 3000 (üç min) manat miqdarında cərimə növündə və 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza müəyyən edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş 3000 (üç min) manat miqdarında cərimə cəzası Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunmalı, cəzasının əvvəli 30 may 2024-cü il tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalıdır. Bundan başqa Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 16 (on altı) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-637/2017 nömrəli iş üzrə 12 aprel 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3000 (üç min) manat miqdarında cərimə cəzası hazırki hökmlə təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə toplanaraq o, 3000 (üç min) manat miqdarında cərimə və 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 3000 (üç min) manat miqdarında cərimə cəzası Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Cəzasının əvvəli 30 may 2024-cü il tarixindən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 16 (on altı) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 96 (doxsan altı) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h **********9212327214, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar