Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-383/2025 03.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşayan, 02 – 04 aprel 2025-ci il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlamaqla daşımış, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən 02 aprel 2025-ci il tarixdə saat 16:21-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində nömrəsiz ünvanda yerləşən çay evindəki 4 nömrəli otaqda yaxalanıb üstünün yoxlanılması zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində gizlədib saxladığı 01 ədəd kibrit qutusunda 5,80 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüş, bununla da satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, idmançıdır. Bir neçə müddətdir ki, marixuanadan istifadə edir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kafedə olarkan polis əməkdaşları onu tutublar. Əməlindən peşimandır, islah olunmuşdur. Narkotikə ehtiyacı yoxdur. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin gün kafedə dostu ilə olmuşdur. Neçə nəfər polis əməkdaşının yaxınlaşdığını saymamışdır. Üzərində narkotik vasitəsi olmuşdur. Ümümi 5-6 dəfə istifadə etmişdir. Anası rəhmətə gedəndən sonra istifadə etməyə başlamışdır. Anası 3 ildir ki, rəhmətə getmişdir. Narkotik dostunun da üzərində olmuşdur. Saxlanılan gün istifadə etməmişdir. X5, Əhmədli ərazisindən əldə etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təzyiq olmamışdır. Narkotiki hansı qiymətə aldığını xatırlamır. Yaxınlaşan polis əməkdaşları mülki formada olmuşlar. Saxlanılan yerdə polislər tərəfindən videoçəkiliş aparılmışdır. Saat 17:00 radələri olmuşdur. Onlar saxlanılarkən 3 nəfər olmuşlar, o, Elnur və Səməd. Kafədə oturmaq məqsədləri çay içmək olmuşdur. Narkotiki tutulmamışdan bir gün əvvəl almış, istifadə etməmişdir. Əməlindən peşimandır, Narkotikə qarşı heç bir asılığı yoxdur. Saxlanılandan sonra narkotik qəbul etməmişdir. Atası ilə birlikdə yaşayır. Əvvəllər cüdo ilə məşğul olmuşdur. Hal-hazırda fitnesslə məşğul olur. İdmanda əldə etdiyi diplomların hamısı evdə yanmışdır. Sonuncu dəfə narkotikdən 3-4 ay əvvəl istifadə etmişdir. Saxlanılandan sonra narkotikdən istifadə etməmişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında yerləşən özünə məxsus evdə atası ilə birlikdə yaşayır. Anası təxminən üç il bundan əvvəl vəfat etmiş, anası dünyasını dəyişdikdən sonra tapanda narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. O, narkotik vasitə olan qurudulmuş marixuananı yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. 3-4 gün bundan əvvəl Bakı şəhəri, Xətai rayonu, Əhmədli metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən 50 manata şəxsi istifadəsi üçün bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana almış, bir qədərini istifadə etmiş, qalan hissəsini isə gələcəkdə istifadə etməsi üçün kibrit qutusunda saxlamış və əynində olan şalvarının cibinə qoymuşdur. 02 aprel 2025-ci il tarixdə saat 16:21 radələrində tanışları Elnur və Səmədlə Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində yerləşən çayxanadakı otaqların birində oturub çay içən zaman qəfildən içəriyə mülki geyimli şəxslər daxil olub xidməti vəsiqələrini təqdim edib tanışı Elnur Kərimova yaxınlaşıb onun qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi barədə Suraxanı RPİ-nin 30-cu PŞ-nə əməliyyat məlumatı daxil olduğunu bildirmişlər və ondan üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. Həmin proseslərin hamısı videoçəkilişlə qeydə alınmışdır. Elnur Kərimov polis əməkdaşlarına üzərində narkotik vasitə olmasını bildirmiş və üzərindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş və kibrit qutusunun içərisində “nəşə”, yəni narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Elnurun təqdim etdiyi kibrit qutusu içərisində olan marixuana ilə birlikdə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, daha sonra içərisində marixuana olan kibrit qutusu polis əməkdaşları tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzərinə onların və polis əməkdaşlarının adları yazılmış, onlar həmin zərfin üzərinə imzalarını çəkmişlər, həmin zərf möhürlənib götürülmüşdür. Bundan sonra polis əməkdaşları ondan də üzərində narkotik vasitə olubolmamasını soruşmuşlar. Həmin vaxt onun üzərində də bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana olduğundan o qorxmuş və etiraf edərək polis əməkdaşlarına üzərində marixuana olmasını bildirmişdir. Polis əməkdaşları üzərində olan əşyaları təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra o, əynində olan qolsuz gödəkçənin cibindən açarları və alışqanı, əynində olan cins şalvarın ön sol cibindən pul vəsaitini, həmin şalvarın ön sağ cibindən isə kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb orada olan masanın üzərinə qoymuşdur. Həmin kibrit qutusu polis əməkdaşları tərəfindən açılıb içərisinə baxılan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını görmüşlər. O, həmin marixuananı şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun üstünü yoxlamışlar, lakin başqa heç bir şey aşkar olunmamışdır. Təqdim etdiyi, içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusu polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisi 8,99 qram olması müəyyən olunmuşdur. Bundan sonra içərisində olan marixuana olan kibrit qutusu polis əməkdaşları tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzərinə onların və polis əməkdaşlarının adları yazılmış, onlar həmin zərfin üzərinə imzalarını çəkmişlər, həmin zərf möhürlənib götürülmüşdür. Bundan sonra polis əməkdaşları tanışı Səməddən üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar, Səməd üzərində narkotik vasitə olmadığını bildirmiş, onun üzərini də yoxlamışlar, həqiqətən də onun üzərindən narkotik vasitə aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dostu Elnurun marixuana istifadəsi və satışı ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Rəhbərliyə məruzə edib əməliyyat qrupu yaradılmışdır. 02 aprel 2025-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Xanməmmədov küçəsində yerləşən kafeyə getmişlər. Təqsirləndirilən şəxs ilə Elnur özlərini təqdim etmişlər və üzərlərinə baxış zamanı hər birində 1 kibrit qutusu marixuana aşkar olunmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid4 bildirmişdir ki, əməliyyat məlumatı Elnurun istifadəsi ilə bağlı daxil olmuşdur. 03 nəfər yaxınlaşmışlar. Yaxınlaşıb özlərini təqdim edib hansı səbəbə görə gəldiklərini izah etmişlər. Həmin zaman o, baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 02 aprel 2025-ci ildə tarixində yaxınlaşmışlar, gündüz vaxti olmuşdur. İki nəfər olmuşlar, Elnurla dostu Elşən, Səməd adlı şəxs orada olmamışdır. Elşənlə bağlı heç bir əməliyyat məlumatı daxil olmamışdır. Marixuananı Həzi aslanov ərazisi tərəfdən tanımadığı şəxsdən aldığını bildirmişdir. Şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid6 və Şahid5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub şahidlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, ünvan 5 ünvanında yaşayan Şahid6 qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlaması və daşıması barədə Suraxanı RPİ-nin 30-cu PŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. 02 aprel 2025-ci il tarixdə o, bu barədə polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş, daha sonra polis şöbəsinin rəhbərliyinin icazəsi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, daha sonra polis şöbəsinin rəisinin əmri ilə Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2, polis mayoru Şahid4, polis kapitanı Şahid3 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. 02 aprel 2025-ci il tarixdə onlar Şahid6 ünvan 6 ünvanda yerləşən çay evində olduğunu müəyyən etmişlər. Şahid6 saxlanılaraq üstünün yoxlanılması məqsədi ilə onlar xx.xx.2025-ci il tarixdə sonuncunun olduğu çay evinə yaxınlaşıb çay evinin həyətinə daxil olmuşlar, daha sonra Şahid6 olduğu 4 nömrəli otağa daxil olmuşlar. Otağa daxil olan zaman görmüşlər ki, həmin otaqda Şahid6 başqa iki nəfər şəxs də vardır. Onlar otağa daxil olan kimi polis əməkdaşları olduqlarını bildirmişlər və Şahid6 yaxınlaşıb onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirmişlər, daha sonra özlərini otaqda olan şəxslərə təqdim etdikdən sonra Şahid6 üzərində qanunsuz daşıdığı əşya vardırsa onları çıxarıb təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra Şahid6 əynində olan tünd göy rəngli cins şalvarın sağ ön cibindən bir ədəd kibrit qutusu və pul əskinazları çıxarıb otaqda olan masanın üzərinə qoymuş və üzərində başqa heç bir şey olmadığını bildirmişdir. Bu zaman əməliyyat müvəkkili Şahid2 tərəfindən Şahid6 üstü yoxlanılmış, lakin onun üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Bundan sonra o, Şahid6 cibindən çıxarıb təqdim etdiyi kibrit qutusunu açıb içərisinə baxan zaman qutunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını görmüş və həmin bitki kütləsini görüntüyə təqdim etmişdir. Həmin vaxt verilən suallara cavab olaraq Şahid6 bildirmişdir ki, üzərindən aşkar olunmuş marixuananı tanımadığı şəxsdən 50 manata şəxsi istifadəsi üçün almışdır. Bundan sonra içərisində marixuana olan kibrit qutusu onun tərəfindən elektron tərəzidə çəkilmiş və qutu ilə birlikdə çəkisinin 8,77 qram olması müəyyən olunmuşdur. Bundan sonra Şahid6 üzərindən aşkar olunmuş, içərisində marixuana olan kibrit qutusu onun tərəfindən bir ədəd zərfdə qablaşdırılmış və möhürlənmiş, daha sonra həmin zərfin üzərinə orada olan şəxslərin adları yazılmış, hər bir şəxs də öz adının qarşısından imzasını çəkmiş və həmin zərf götürülmüş, pul vəsaitləri isə Şahid6 özünə qaytarılmışdır. Bundan sonra orada olan Təqsirləndirilən şəxs üzərində daşınması qanunla qadağan olunmuş əşya vardırsa onları çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz gödəkçənin sol yan cibindən açarlar, həmin gödəkçənin sol yan cibindən bir ədəd alışqan, əynində olan tünd göy rəngli cins şalvarın sol tərəf ön cibindən pul vəsaitləri, həmin şalvarın ön sağ cibindən isə bir ədəd kibrit qutusu çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Bundan sonra əməliyyat müvəkkili Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılmış, lakin onun üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra o, Təqsirləndirilən şəxs cibindən çıxarıb təqdim etdiyi kibrit qutusunu açıb içərisinə baxan zaman qutunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını görmüşlər, həmin vaxt verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş marixuananı tanımadığı şəxsdən Həzi Aslanov qəsəbəsində 50 manata şəxsi istifadəsi üçün almışdır. Bundan sonra içərisində marixuana olan kibrit qutusu onlar tərəfindən elektron tərəzidə çəkilmiş və qutu ilə birlikdə çəkisinin 8,99 qram olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, içərisində marixuana olan kibrit qutusu onun tərəfindən bir ədəd zərfdə qablaşdırılmış və möhürlənmiş, daha sonra həmin zərfin üzərinə orada olan şəxslərin adları yazılmış, hər bir şəxs də öz adının qarşısından imzasını çəkmiş, içərisində marixuana olan zərf götürülmüş, digər əşyalar Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Bundan sonra orada olan X3 üstü yoxlanılmış, lakin yoxlama zamanı Səməd Abıyevin üzərindən daşınması qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Əməliyyataxtarış tədbirləri əvvəldən axıradək fasiləsiz olaraq videoçəkiliş aparılaraq qeydə alınmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə polis şöbəsinə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahidlər Şahid2, Şahid4 və Şahid3 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar ifadə vermişlər. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, o, ünvan 7 ünvanında özlərinə məxsus evdə ailəsi və valdeyinləri ilə birlikdə yaşayır. Təxminən bir ildən çoxdur ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. O, narkotik vasitə olan qurudulmuş marixuananı yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. İki gün bundan əvvəl Bakı şəhəri, Xətai rayonu, Əhmədli metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən 50 manata şəxsi istifadəsi üçün bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marxuana almış, bir qədərini istifadə etmiş, qalan hissəsini isə gələcəkdə istifadə etməsi üçün kibrit qutusunda saxlamış və əynində olan şalvarının cibinə qoymuşdur. 02 aprel 2025-ci il tarixdə saat 16:21 radələrində tanışları Elşən və Səmədlə Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində yerləşən çayxanadakı otaqların birində oturub çay içən zaman qəfildən içəriyə mülki geyimli şəxslər daxil olub xidməti vəsiqələrini təqdim edib ona yaxınlaşıb onun qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi barədə Suraxanı RPİ-nin 30-cu PŞ-nə əməliyyat məlumatı daxil olduğunu bildirmişlər və ondan üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. Həmin proseslərin hamısı videoçəkilişlə qeydə alınmışdır. Üzərində narkotik vasitə olan qurudulmuş marixuana olmasından polis əməkdaşlarının məlumatlı olmalarını düşünüb onlara üzərində narkotik vasitə olmasını bildirmiş və əynində olan tünd göy rəngli cins şalvarın ön sağ cibindən bir ədəd kibrit qutusunda saxladığı narkotik vasitə olan qurudulmuş marixuananı çıxarıb otaqda olan masanın üzərinə qoymuş və içərisində marixuana olmasını bildirmişdir. Təqdim etdiyi kibrit qutusu polis əməkdaşları tərəfindən açılıb içərisinə baxılmış və içərisində marixuana olması müəyyən olunmuşdur. Bundan sonra içərisində olan marixuana ilə birlikdə kibrit qutusu polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisinin 8,77 qram olması müəyyən olunmuşdur. Bundan sonra içərisində qurudulmuş marixuana olan kibrit qutusu polis əməkdaşları tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzərinə onların və polis əməkdaşlarının adları yazılmış, onlar həmin zərfin üzərinə imzalarını çəkmişlər, həmin zərf möhürlənib götürülmüşdür. Bundan sonra polis əməkdaşları Elşəndən də üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. Həmin vaxt Elşən üzərində narkotik vasitə olmasını bildirib əynində olan cins şalvarın cibindən çıxarıb kibrit qutusu təqdim etmiş və qutunun içərisində qurudulmuş marixuana olmasını bildirmişdir. Həmin kibrit qutusu polis əməkdaşları tərəfindən açılıb içərisinə baxılan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını görmüşlər. Elşən həmin marixuananı şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları Elşənin üstünü yoxlamışlar, lakin başqa heç bir şey aşkar olunmamışdır. Elşənin təqdim etdiyi, içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusu polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisinin 8,99 qram olması müəyyən olunmuşdur. Bundan sonra həmin kibrit qutusu da içərisində olan marixuana ilə birlikdə polis əməkdaşları tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzərinə onların və polis əməkdaşlarının adları yazılmış, onlar həmin zərfin üzərinə imzalarını çəkmişlər, həmin zərf möhürlənib götürülmüşdür. Bundan sonra polis əməkdaşları tanışı Səməddən üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar, Səməd üzərində narkotik vasitə olmadığını bildirmiş, onun üzərini də yoxlamışlar, həqiqətən də onun üzərindən narkotik vasitə aşkar olunmamışdır. O, hər hansı şəxsə narkotik vasitə satmamışdır, üzərindən aşkar olunmuş narkotik vasitəni özünün istifadəsi üçün üzərində saxlamış və daşımışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaq zamanı Şahid6 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X1 üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən istintaq hərəkəti keçirilir. İstintaq hərəkəti başlayan zaman təhqiqatçı Sənan Süleymanlı bildirir ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən 02 aprel 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq üstü yoxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuş, içərisində marixuana olan kibrit qutusu zərfdə qablaşdırılmış, həmin vaxt videoçəkiliş aparılmış və videogörüntü diskə köçürülüb təhqiqata təqdim edilmiş, hazırda həmin zərfə və videogörüntüyə baxış keçirilir, baxışda əməliyyat müvəkkili Şahid1 iştirak edir, videoçəkiliş isə əməliyyat müvəkkili Şahid3 tərəfindən aparılır. Bundan sonra təhqiqatçı Sənan Süleymanlı təqdim edilmiş zərfi açaraq baxış keçirir, baxış zamanı görünür ki, zərfin içərisindən bir ədəd kibrit qutusu aşkar olunur, həmin qutunu açıb içərisinə baxan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuana olması görünür. Bu zaman verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin kibrit qutusunun və içərisindəki bitki kütləsinin onun üzərindən aşkar olunduğunu və ona məxsus olduğunu bildirir. Bundan sonra təhqiqatçı Sənan Süleymanlı tərəfindən kibrit qutusu və kibrit qutusunun əvvəlki qablaşdırıldığı açılmış zərf yeni zərfin içərisinə qoyularaq qablaşdırılır, möhürlənir, zərfin üzərinə istintaq hərəkətində iştirak edən şəxslərin adları yazılır, həmin şəxslər zərfin üzərinə imza çəkirlər, bundan sonra həmin zərf götürülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2-7/527/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “3.Təqsirləndirilən şəxs...” yazılar və imzalar ola zərfdəki 1 (bir) zərfin içərisində kibrit qutusunda təmiz çəkisi -5,80 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: tədqiqatlar “çətənənin yoxlanması üçün tövsiyə olunan metodlar” (Bakı., 2005-ci il) metodik vəsaitində göstərilmiş metodlarla aparıldı. marixuananın ümumi çəkisi-5,80 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq-5,75 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1956 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 aprel 2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 04 aprel 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 5,80 qram olan, aparılmış kimyəvi tədqiqatından sonra qalıq çəkisi 5,75 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlama otağına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 02 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan “toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olaraq təqsirini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 02– 04 aprel 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5.75 qram təşkil edən, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq təqsirləndirilən Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 02– 04 aprel 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5.75 qram təşkil edən, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 8 (səkkiz) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 88 (səksən səkkiz) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-383/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-383/2025
03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver