Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-386/2025 24.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, X7 qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq xeyli miqdarda əldə etdiyi çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən 02 aprel 2025-ci il tarixdə saat 16:21-də o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində nömrəsiz ünvanda yerləşən çay evindəki 4 nömrəli otaqda yaxalanıb üstünün yoxlanılması zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində gizlədib saxladığı 01 ədəd kibrit qutusunda 5,66 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə ilə elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona elan edilmiş ittihamın mahiyyəti və mənası ona aydındır, həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilir. O, ünvan 4 ünvanında özlərinə məxsus evdə ailəsi və valdeyinləri ilə birlikdə yaşayır. Təxminən bir ildən çoxdur ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. O, narkotik vasitə olan qurudulmuş marixuananı yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. İki gün bundan əvvəl Bakı şəhəri, Xətai rayonu, Əhmədli metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən 50 manata şəxsi istifadəsi üçün bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana almış, bir qədərini istifadə etmiş, qalan hissəsini isə gələcəkdə istifadə etməsi üçün kibrit qutusunda saxlamış və əynində olan şalvarının cibinə qoymuşdur. 02 aprel 2025-ci il tarixdə saat 16:21 radələrində tanışları Elşən və Səmədlə Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində yerləşən çayxanadakı otaqların birində oturub çay içən zaman qəfildən içəriyə mülki geyimli şəxslər daxil olub xidməti vəsiqələrini təqdim edib ona yaxınlaşıb onun qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi barədə Suraxanı RPİ-nin 30-cu PŞ-nə əməliyyat məlumatı daxil olduğunu bildirmişlər və ondan üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. Həmin proseslərin hamısı videoçəkilişlə qeydə alınmışdır. Üzərində narkotik vasitə olan qurudulmuş marixuana olmasından polis əməkdaşlarının məlumatlı olmalarını düşünüb onlara üzərində narkotik vasitə olmasını bildirmiş və əynində olan tünd göy rəngli cins şalvarın ön sağ cibindən bir ədəd kibrit qutusunda saxladığı narkotik vasitə olan qurudulmuş marixuananı çıxarıb otaqda olan masanın üzərinə qoymuş və içərisində marixuana olmasını bildirmişdir. Təqdim etdiyi kibrit qutusu polis əməkdaşları tərəfindən açılıb içərisinə baxılmış və içərisində marixuana olması müəyyən olunmuşdur. Bundan sonra içərisində olan marixuana ilə birlikdə kibrit qutusu polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisinin 8,77 qram olması müəyyən olunmuşdur. Bundan sonra içərisində qurudulmuş marixuana olan kibrit qutusu polis əməkdaşları tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzərinə onların və polis əməkdaşlarının adları yazılmış, onlar həmin zərfin üzərinə imzalarını çəkmişlər, həmin zərf möhürlənib götürülmüşdür. Bundan sonra polis əməkdaşları Elşəndən də üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. Həmin vaxt Elşən üzərində narkotik vasitə olmasını bildirib əynində olan cins şalvarın cibindən çıxarıb kibrit qutusu təqdim etmiş və qutunun içərisində qurudulmuş marixuana olmasım bildirmişdir. Həmin kibrit qutusu polis əməkdaşları tərəfindən açılıb içərisinə baxılan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını görmüşlər. Elşən həmin marixuananı şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları Elşənin üstünü yoxlamışlar, lakin başqa heç bir şey aşkar olunmamışdır. Elşənin təqdim etdiyi, içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusu polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisinin 8,99 qram olması müəyyən olunmuşdur. Bundan sonra həmin kibrit qutusu da içərisində olan marixuana ilə birlikdə polis əməkdaşları tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzərinə onların və polis əməkdaşlarının adları yazılmış, onlar həmin zərfin üzərinə imzalarını çəkmişlər, həmin zərf möhürlənib götürülmüşdür. Bundan sonra polis əməkdaşları tanışı Səməddən üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar, Səməd üzərində narkotik vasitə olmadığını bildirmiş, onun üzərini də yoxlamışlar, həqiqətən də onun üzərindən narkotik vasitə aşkar olunmamışdır. O, hər hansı şəxsə narkotik vasitə satmamışdır, üzərindən aşkar olunmuş narkotik vasitəni özünün istifadəsi üçün üzərində saxlamış və daşımışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ibtidai istintaq dövründə verdiyi izahatı təsdiqləmiş, artıq istifadə etmədiyini, səhv etdiyini, bir daha bu səhvi etməyəcəyini bildirmişdir. O, məhkəmə iclasında suallara cavab verərək bildirmişdir ki, ailəlidir, himayəsində 2 azyaşlı – 10 və 13 yaşlı övladı var, onlardan biri onkoloji xəstədir, uşağın xstəliyi ilə əlaqədar sənədləri ibtidai istintaq zamanı təqdim etmiş, özü təkər ustasıdır və taksi fəaliyyəti ilə məşğuldur. Ailəyə baxan yeganə şəxsdir. O, 1-1,5 il əvvəl olar ki, marixuana istifadə etmişdir. Arada bir istifadə etmişdir. O, əməlindən peşman olduğunu, himayəsində azyaşlı uşaqların olduğunu, onlardan birini onkoloji xəstə olduğunu nəzərə alınmasını və ona daha yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayorudur. Mahiyyəti üzrə bildirmişdir ki, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlaması və daşıması barədə Suraxanı RPİnin 30-cu PŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. 02 aprel 2025-ci il tarixdə o, bu barədə polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş, daha sonra polis şöbəsinin rəhbərliyinin icazəsi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, daha sonra polis şöbəsinin rəisinin əmri ilə Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2, polis mayoru Şahid3, polis kapitanı Şahid4 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. 02 aprel 2025-ci il tarixdə onlar Təqsirləndirilən şəxs ünvan 5 ünvanda yerləşən çay evində olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs saxlanılaraq üstünün yoxlanılması məqsədi ilə onlar xx.xx.2025-ci il tarixdə sonuncunun olduğu çay evinə yaxınlaşıb çay evinin həyətinə daxil olmuşlar, daha sonra Təqsirləndirilən şəxs olduğu 4 nömrəli otağa daxil olmuşlar. Otağa daxil olan zaman görmüşlər ki, həmin otaqda Təqsirləndirilən şəxs başqa iki nəfər şəxs də vardır. Onlar otağa daxil olan kimi polis əməkdaşları olduqlarını bildirmişlər və Təqsirləndirilən şəxs yaxınlaşıb onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirmişlər, daha sonra özlərini otaqda olan şəxslərə təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz daşıdığı əşya vardırsa onları çıxarıb təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ ön cibindən bir ədəd kibrit qutusu və pul əskinazları çıxarıb otaqda olan masanın üzərinə qoymuş və üzərində başqa heç bir şey olmadığını bildirmişdir. Bu zaman əməliyyat müvəkkili Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılmış, lakin onun üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs cibindən çıxarıb təqdim etdiyi kibrit qutusunu açıb içərisinə baxan zaman qutunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını görmüş və həmin bitki kütləsini görüntüyə təqdim etmişdir. Həmin vaxt verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş marixuananı tanımadığı şəxsdən 50 manata şəxsi istifadəsi üçün almışdır. Bundan sonra içərisində marixuana olan kibrit qutusu onun tərəfindən elektron tərəzidə çəkilmiş və qutu ilə birlikdə çəkisinin 8,77 qram olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, içərisində marixuana olan kibrit qutusu onun tərəfindən bir ədəd zərfdə qablaşdırılmış və möhürlənmiş, daha sonra həmin zərfin üzərinə orada olan şəxslərin adları yazılmış, hər bir şəxs də öz adının qarşısından imzasını çəkmiş və həmin zərf götürülmüş, pul vəsaitləri isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan sonra orada olan Şahid5 üzərində daşınması qanunla qadağan olunmuş əşya vardırsa onları çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Şahid5 əynində olan qara rəngli qolsuz gödəkçənin sol yan cibindən açarlar, həmin gödəkçənin sol yan cibindən bir ədəd alışqan, əynində olan tünd göy rəngli cins şalvarın sol tərəf ön cibindən pul vəsaitləri, həmin şalvarın ön sağ cibindən isə bir ədəd kibrit qutusu çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Bundan sonra əməliyyat müvəkkili Şahid2 tərəfindən Şahid5 üstü yoxlanılmış, lakin onun üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra o, Şahid5 cibindən çıxarıb təqdim etdiyi kibrit qutusunu açıb içərisinə baxan zaman qutunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını görmüşlər, həmin vaxt verilən suallara cavab olaraq Şahid5 bildirmişdir ki, üzərindən aşkar olunmuş marixuananı tanımadığı şəxsdən Həzi Aslanov qəsəbəsində 50 manata şəxsi istifadəsi üçün almışdır. Bundan sonra içərisində marixuana olan kibrit qutusu onlar tərəfindən elektron tərəzidə çəkilmiş və qutu ilə birlikdə çəkisinin 8,99 qram olması müəyyən olunmuşdur. Bundan sonra Elşən Fərəcovun üzərindən aşkar olunmuş, içərisində marixuana olan kibrit qutusu onun tərəfindən bir ədəd zərfdə qablaşdırılmış və möhürlənmiş, daha sonra həmin zərfin üzərinə orada olan şəxslərin adları yazılmış, hər bir şəxs də öz adının qarşısından imzasını çəkmiş, içərisində marixuana olan zərf götürülmüş, digər əşyalar Şahid5 özünə geri qaytarılmışdır. Bundan sonra orada olan X3 üstü yoxlanılmış, lakin yoxlama zamanı Səməd Abıyevin üzərindən daşınması qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Əməliyyat-axtarış tədbirləri əvvəldən axıradək fasiləsiz olaraq videoçəkiliş aparılaraq qeydə alınmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə polis şöbəsinə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında ifadələri elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2 və polis kapitanı Şahid4 da eyni məzmunlu ifadələr verərək X2 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında yerləşən özünə məxsus evdə atası ilə birlikdə yaşayır. Anası təxminən üç il bundan əvvəl vəfat etmiş, anası dünyasını dəyişdikdən sonra tapanda narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. O, narkotik vasitə olan qurudulmuş marixuananı yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. 3-4 gün bundan əvvəl Bakı şəhəri, Xətai rayonu, Əhmədli metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən 50 manata şəxsi istifadəsi üçün bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marxuana almış, bir qədərini istifadə etmiş, qalan hissəsini isə gələcəkdə istifadə etməsi üçün kibrit qutusunda saxlamış və əynində olan şalvarının cibinə qoymuşdur. 02 aprel 2025-ci il tarixdə saat 16:21 radələrində tanışları Elnur və Səmədlə Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində yerləşən çayxanadakı otaqların birində oturub çay içən zaman qəfildən içəriyə mülki geyimli şəxslər daxil olub xidməti vəsiqələrini təqdim edib tanışı Elnur Kərimova yaxınlaşıb onun qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi barədə Suraxanı RPİ-nin 30-cu PŞ-nə əməliyyat məlumatı daxil olduğunu bildirmişlər və ondan üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. Həmin proseslərin hamısı videoçəkilişlə qeydə alınmışdır. Elnur Kərimov polis əməkdaşlarına üzərində narkotik vasitə olmasını bildirmiş və üzərindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş və kibrit qutusunun içərisində “nəşə”, yəni narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Elnurun təqdim etdiyi kibrit qutusu içərisində olan marixuana ilə birlikdə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, daha sonra içərisində marixuana olan kibrit qutusu polis əməkdaşları tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzərinə onların və polis əməkdaşlarının adları yazılmış, onlar həmin zərfin üzərinə imzalarını çəkmişlər, həmin zərf möhürlənib götürülmüşdür. Bundan sonra polis əməkdaşları ondan də üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. Həmin vaxt onun üzərində də bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana olduğundan o qorxmuş və etiraf edərək polis əməkdaşlarına üzərində marixuana olmasını bildirmişdir. Polis əməkdaşları üzərində olan əşyaları təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra o, əynində olan qolsuz gödəkçənin cibindən açarları və alışqanı, əynində olan cins şalvarın ön sol cibindən pul vəsaitini, həmin şalvarın ön sağ cibindən isə kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb orada olan masanın üzərinə qoymuşdur. Həmin kibrit qutusu polis əməkdaşları tərəfindən açılıb içərisinə baxılan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını görmüşlər. O, həmin marixuananı şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun üstünü yoxlamışlar, lakin başqa heç bir şey aşkar olunmamışdır. Təqdim etdiyi, içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusu polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisi 8,99 qram olması müəyyən olunmuşdur. Bundan sonra içərisində olan marixuana olan kibrit qutusu polis əməkdaşları tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzərinə onların və polis əməkdaşlarının adları yazılmış, onlar həmin zərfin üzərinə imzalarını çəkmişlər, həmin zərf möhürlənib götürülmüşdür. Bundan sonra polis əməkdaşları tanışı Səməddən üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar, Səməd üzərində narkotik vasitə olmadığını bildirmiş, onun üzərini də yoxlamışlar, həqiqətən də onun üzərindən narkotik vasitə aşkar olunmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 da eyni məzmunlu ifadə verərək Şahid5 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 ifadəsində bildirmişdir ki, 02 aprel 2025-ci il tarixdə 2 nəfər şəxsin narkotik vasitə - marixuana qəbul etməsi, onların qəsəbədə olmaması, günortadan sonra olması barədə məlumat daxil olmuşdur. Həmin gün saat 4-5 radələrində 2 nəfər şəxsin C.Xanməmmədov küçəsində nömrəsiz ünvanda yerləşən çay evində olması barədə məlumat daxil olmuşdur. Şəxslərə yaxınlaşaraq qanunsuz maddə olan narkotik vasitənin üzərilərində olması barədə məlumat daxil olduğunu və əgər üzərilərində varsa, təqdim etmələrini həmin şəxslərə bildirmişdir. Şəxs orada heç bir müqavimət göstərməmiş, özü könüllü təqdim etmiş və üzərində olan narkotiki 50 manat məbləğə Əhmədlidən almışdır. Onlar özlərinin şəxsi istifadələri üçün aldıqlarını bildirdilər və sakitlikdə təslim oldular. Cinayət işinin 30-cu vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 02 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 aprel 2025-ci il tarixdə, saat 17:45-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 56-57-ci vərəqlərində olan 04 aprel 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərara əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunması, qərarın sürəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı Rayon Prokuroruna göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 69-70-ci vərəqlərində olan 04 aprel 2025-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs - xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Mətləb İsmayılovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi üçün Suraxanı RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 72-73-cü vərəqində olan 04 aprel 2025-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 41-44-cü vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 03 aprel 2025-ci il tarixli 7/528 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə” yazılar və imzalar olan zərfdəki 1 (bir) ədəd zərfin içərisində kibrit qutusunda təmiz çəkisi 5,66 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 5,66 qram, tədqiqatda sərf edildiyi 0,05 qram, qalıq 0,5,61 qram. Cinayət işinin 105-106-cı vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X5-Narkoloji tibbi yoxlama ekspertizasının 08 aprel 2025-ci il tarixli 1955 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispaserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 93-94-cü vərəqlərində olan iş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-cü maddəsinə əsasən Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə 01 il 18 gün islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işinin 101-ci vərəqində olan Bakı şəhər probasiya İdarəsi tərəfindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə 01 il 18 gün islah işləri cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə islah işləri cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin materiallarına daxil olmuş epikriz vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs azyaşlı övladı X4 “C64 – Böyrəyin böyrək ləyənindən başqa bədxassəli yenitörəməsi pT3NİMİ mərhələ İV” diaqnozu qoyulmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 118-ci bəndinə əsasən psixotrop maddə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanainin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanainin təmiz çəkisi 5,66 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Həmin qərarın 6-cı bəndinə əsasən Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri (psixotrop maddələri, prekursorları) qanunsuz daşımağa və ya göndərməyə görə, həm də CM-in 206.2-ci maddəsində xüsusilə göstərilmiş həmin predmetlərin qaçaqmalçılığına görə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilmiş, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olması, uşaqların birinin onkoloji xəstə olması yüngülləşdirən hallar kimi hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxsya cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən halların olub və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, əməlindən səmimi peşman olmasına, himayəsində 2 azyaşlı uşaqların olması, uşaqlarından birinin onkoloji xəstə olmasına görə cəzanı yüngülləşdirən halların mövcudluğu və ağırlaşdıran (müəyyən edilməmişdir) halın mövcud olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 aprel 2025-ci il tarixdən – 04 aprel 2025-ci il tarixədək, şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə məhv edilməli (CPM-132), iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxsya göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün 220 (iki yüz iyirmi ) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 aprel 2025-ci il tarixdən – 04 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 04 (dörd) gün müddət ona təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 5,61 qram olan narkotik vasitə olan qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 0 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 72 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 220 (iki yüz iyirmi ) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-386/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-386/2025
24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver