Məhkəmə qərarları › İş №1(010)-389/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-389/2022

13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-389/2022 13.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsnın, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1971-ci il, Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaş, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 14 avqust 2022-ci il tarixdə, saat 20:00 radələrində yaşadığı ünvan 2-nin yaxınlığında yerləşən 15 saylı polikilinikanın arxasında mobil telefonla danışan zamanı nalayiq ifadələr işlətməsi səbəbindən Zərərçəkmiş şəxs ilə yaranmış mübahisə nəticəsində əsəbiləşərək, sonuncuya qəsdən sifət nahiyəsinə yumruqla bir dəfə vuraraq, ona burun kökünün şişkinliyi, sağ gözün yumuçaq toxumaların hematoması, sol gözətrafı yumuşaq toxumaların qançırı ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunaraq, məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 20:00 radəllərində o, yaşadığı evin yaxınlığında 15 saylı poliklinikanın arxasında mobil telefonla danışan zamanı Zərərçəkmiş şəxs ona əxlaqsız sözlər işlətməməsi deməsi səbəbindən aralarında yaranmış mübahisə nəticəsində Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla bir dəfə vuraraq, ona xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını və onun barəsində olan sadələşdirilmiş icraat materiallarına xitam verilməsinə etiraz etməməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində yaşadığı evin yaxınlığındakı 15 saylı poliklinikanın arxasında Təqsirləndirilən şəxsla aralarında mübahisə baş vermiş və mübahisə nəticəsində Təqsirləndirilən şəxs onun sifət nahiyəsinə qəsdən vuraraq, xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxsin ona vurduğu zərəri ödəməsini, sonuncu ilə barışmasını, ona qarşı heç bir tələb və şikayətinin olmamasını, təqsirləndirilən şəxsin barəsində olan sadələşdirilmiş icraat materiallarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi və zərərçəkmiş şəxsin izahatı, istintaq protokolları və sadələşdirilmiş icraat materiallarında olan digər sübutlarla da təsdiq edilir. İş üzrə təyin olunmuş məhkəmə tibbi ekspertizasının vermiş olduğu xx.xx.2022-ci il tarixli «960» saylı rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində burun dibinin şişkinliyi, sağ gözətrafı yumşaq toxumaların hemotaması, sol gözətrafı yumşaq toxumaların qançırı, sol gözün ağlı qişasının qansızması, sol qaş nayihəsinin, sıyrıqları, sağ qaş nayihəsinin səthi əzilmiş yarası, üst dodağın selikli qişasının qansızması, sol bazunun sıyrığı xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, xx.xx.2022-ci il tarixdə törənməyə uyğundur. Xəsarətlər dərəcəsinə görə ümümilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətinə əsasən demək olar ki, həmin xəsarətin şəxsin özü tərfindən özünə yetirilməsi nəticəsində yarana bilməsi inandırıcı deyildir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunmasını məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində göstərilir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəyən ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin məcəllənin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən “məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində (40.2.2. zərər çəkmiş şəxslə barışdıqda) nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır». Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublkası CM-nın 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini və Azərbaycan Respublikası CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Qərardan 20 gün müddətində Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar