Məhkəmə qərarları › İş №1(010)-389/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-389/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-389/2023 28.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X8 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Hövsan qəsəbəsi, Zeytun Sovxozu nömrəsiz ünvanda yaşamış, ünvan 3i il tarixli qərarı ilə barəsində əvvəli 06 dekabr 2022-ci il tarixdən hesablanmaq 02 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)- 50/2023 saylı, 06 fevral 2023-cü il tarixli qərarı ilə həbsdə saxlanma müddəti 06 mart 2023-cü il tarixədək uzadılmış, ibtidai istintaq orqanı tərəfindən 06 mart 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-389/2023 saylı, 21 avqust 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah məqsədi ilə gizli olaraq oğurluq etmək niyyətilə xx.xx.2022-ci il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs4 məxsus Hövsan qəsəbəsi, Qılmanov küçəsi, ev 19 ünvanda yerələşən fərdi yaşayış evin həyət qapısının açıq olmasından istifadə edərək evin həyətinə qansuz daxil olaraq həmin həyətəki saxlanc yeri olan əl damından 250 (iki yüz əlli) manat dəyərində 1 (bir) ədəd preparatoru və 250 manat dəyərində 1 (bir) ədəd dreli gizli talayıb oğurlayraq zərərəçkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 500 (beş yüz) manat ziyan vurmuşdur. Bundan sonra o, təkrarən tamah məqsədi ilə gizli olaraq oğurluq etmək niyyətilə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin hasarından aşaraq həyətə qanunsuz daxil olaraq evin pəncərəsinin dəmir barmaqlıqlarını dəmir parçası ilə sındırmış oradan evə qanunsuz daxil olaraq hər birinin qiyməti 100 (yüz) manat olan 2 (iki) ədəd samovarı, qiyməti 200 (iki yüz) manat olan 1 (bir) ədəd xalçanı, qiyməti 80 (səksən) manat olan bir ədəd dreli gizli talayıb oğurlayaraq Zərərçəkmiş şəxs1 qızma ümumilikdə 480 (dörd yüz səksən) manat ziyan vurmuşdur. Bundan sonra o, təkrarən tamah məqsədi ilə gizli oğurluq etmək niyyətilə xx.xx.2022-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs3 məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu, nömrəsiz fərdi yaşayış evinin həyət qapısının açıq olmasından istifadə edərək evin həyətinə qansuz daxil olaraq həmin həyətəki saxlanc yeri olan anbardan cəmi 1500 (min beş yüz) manat dəyərində 1 (bir) ədəd plastik pəncərə düzəltmə vasitəsi olan künclük kəsən aparatı gizli talayıb oğurlayaraq Zərərçəkmiş şəxs3n 1500 (min beş yüz) manat ziyan vurmuşdur. Bundan sonra o, təkrarən tamah məqsədi ilə gizli oğurluq etmək niyyətilə xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində X5 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu, nömrəsiz fərdi yaşayış evinin həyət qapısının açıq olmasından istifadə edərək evin həyətinə qansuz daxil olaraq həmin həyətəki saxlanc yeri olan əl damından 200 (iki yüz) manat dəyərində 1 (bir) ədəd pereparatoru gizli talayıb oğurlayaraq zərərçəkmiş şəxs X3 200 (iki yüz) manat ziyan vurmuşdur. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə oğurluq etmək qərarına gələrək Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində gəzərək oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. Saat 08 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qılmanov küçəsində tanımadığı evin həyət qapısının açıq olduğunu görmüş, ətrafa baxaraq onu heç kimin görmədiyinə tam əmin olduqdan sonra gizlicə həyətə daxil olmuşdur. Həyətdə baxıb həyətdə də heç kimn olmadığına tam əmin olandan sonra həyətdəki əl damına girib oradan bir ədəd preparator, bir ədəd dreli oğurlayaraq həyətdən çıxaraq tez oradan uzaqlaşmış, oğurladığı preperatoru Sabunçu rayonundakı «Rus» bazarı adlandırılan bazara aparıb tanımadığı şəxsə satmışdır. Dreli isə sora götürüb satması üçün çöllük ərazidə gizlətmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə yenidən oğurluq etmək qərarına gəlmiş, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. Saat 02 radələrində Hövsan qəsəbəsi, Bağlar massivindəki nömrəsiz fərdi evlərdən birində heç kimin olmadığına əmin olduqdan sonra ətrafa baxmış, ətrafda heç kimin olmadığından əmin oraraq həyətin mişar daşından olan hasardan aşaraq həyətə daxil olmuşdur. Həyətdə olan əl damının qıfılını dəmir parçası ilə sındıraraq içəri daxil olmuş, oradakı iki ədəd samovarı, bir ədəd xalçanı və bir ədəd dreli oğurlayaraq bayıra çıxmış, hasardan aşaraq küçəyə çıxıb tez oradan uzaqlaşmışdır. Həmin anbardan oğurladığı əşyaların bir qismini Sabunçu rayonundakı «Rus» bazarı adlandırılan bazara aparıb tanımadığı şəxsə satmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə yenə də oğurluq etmək qərarına gələrək yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozunda piyada gəzərək oğurluq etmək üçün müvafiq ev axtarmış və saat 06 radələrində kirayədə yaşadığı evain qonşuluğundakı evin həyət qapısının açıq olduğunu görüb həyətə daxil olmuşdur. Həyətdə dayanıb ətrafa baxmış, onu kimsənin görmədiyinə tam əmin olduqdan sonra həyətdəki çardağın altında olan bir ədəd plastik pəncərə düzəltmə vasitəsi olan künclük kəsən aparatı oğurlamış, tez həyətdən çıxmışdır və oradan uzaqlaşaraq künclük kəsən aparatı çöllükdə gizlətmişdir. Bundan sonra isə yenə də oğurluq etmək qərarına gəlib evdən çıxmış, Hövsan qəsəbəsi, Zeytun sovxozunda gəzərkən oğurluq etmək üçün ünasib ev axtararaq gəzmişdir. xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində yaşadığı məhəllədə bir evin həyət qapısının açıq olduğun görmüş, həyət qapısından içəri daxil olmuşdur, həyətdə heç kimin olmadığına, onu kimsənin görmədiyinə əmin olaraq həyətdəki əl damma daxil olub əl damından bir ədəd preparatoru görürərək tez həyətdən çıxıb oradan uzaqlaşmış, oğurladığı preparatoru çöllük ərazidə gizlətmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu zərərçəkmiş şəxslərə vurduğu zərəri ödədiyini bildirmiş, barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında yaşayır. Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində də evi vardır. xx.xx.2022-ci il tarixdə həmin evə getmiş, evdə hər şey öz qaydasında öz yerində olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Hövsan qəsəbəsi, Bağlar massivindəki evinə gəldikdə isə evinin həyətindəki əl damının qıfılının sındırıldığını görmüş, anbara daxil olub baxdıqdan sonra anbardan hər biri 100 manat dəyərində iki ədəd samovarının, bir ədəd 200 manat dəyərində xalçasının və bir ədəd 80 manat dəyərində direlin oğurlandığını aşkar etmiş və bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonda Təqsirləndirilən şəxs tərəfindən ona maddi zərər dəymədiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu nömrəsiz fərdi evində yaşayır. Özünə məxsus olan əşyalarını və alətlərini evinin həyətindəki anbarda saxlayır. xx.xx.2022-ci il tarixdə evimin həyətindəki anbardan 1500 manat dəyərində bir ədəd künclük kəsən aparatın oğurlandığını bildikdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gələrək hadisə barədə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və X9 barəsində məhkəmənin qərarı ilə məcburi gətirilmə elan edilsə də, Bakı şəhər Suraxanı Rayon Polis İdarəsi məhkəməyə ünvanladığı məktubunda sonuncularla əlaqə saxlanılsa da, iştiraklarını təmin etməyin mümkün olmadığını göstərmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozundakı fərdi yaşayış evində yaşayır. Evinin həyətində əl damı var və istifadə olunmayan əşya və alətlərini həmin əl damında saxlayır. xx.xx.2022-ci il tarixdə axşam satlarında əl damına baxarkən bütün alət və əşyalrı yerində olmuşdur. xx.xx.2022ci il tarixdə saat 10 radələrində evinin həyətindəki əl damma baş çəkərkən orada olan 200 manat dəyərində bir ədəd preparatorunun əl damında olmadığını görmüş, preparatorunun oğurlandığını bilərək Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs4 məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənilmədiyini, lakin sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, ünvan 8 ünvanında, atası Çingizxan isə ünvan 9 ünvanında yaşayır. xx.xx.2022-ci il tarixdə həmin ünvana gedib atasına baş çəkərkən atası həyət qapısının gecədən açıq qaldığını dedikdə evin otaqlarına baxmış, evdən ona məxsus olan bir ədəd direlin və bir ədəd preparatorun yerində olmadığını görmüş, atasından dreli və preparatoru kiməsə verib-verməməsini soruşmuş, atası heç kimi heç bir əşya vermədiyini bildirmişdir. Həmin günü işi çox olduğundan səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə Suraxanı RPİ-nin 30-cü PB-nə gedərək oğurluq barədə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 500 manat dəyərində ziyan dəymişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işinin materiallarında olan ekspert rəyini və müvafiq istintaq hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq eksperizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperiza Mərkəzi tərfindən verilmiş xx.xx.2023cü il tarixli 9/490 nömrəli rəyində göstərilmişdir ki, 2022-ci ilin sentyabr ayına olan bazar qiyməti ilə bir ədəd təxminən 7 litr su tutumlu samovarın qiyməti 140 manat, bir ədəd üzərində markalanma göstəricələri olmayan orta ölçülü pereperatorun qiyməti 25 manat, bir ədəd «Kzuer» markalı orta ölçülü drelin qiyməti 30 manat, bir ədəd üzərində markalanma göstəriciləri olmayan plastik pəncərə düzəltmə vasitəsi olan küçlük kəsən aparatın qiyməti 150 manat olmuşdur. İş materiallarında olan “Baxış keçirmə və götürmə aparılması haqqında” 05 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı bir ədəd prefaratoru istintaqa təqdim etmişdir. İş materiallarında olan “Təqdim edilmiş maddi sübutun götürülməsi haqqında” 06 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı bir ədəd somavarı istintaqa təqdim etmişdir. İş materiallarında olan “Təqdim edilmiş maddi sübutun götürülməsi haqqında” 06 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı bir ədəd künclük kəsən aparatı istintaqa təqdim etmişdir. İş materiallarında olan “Əşyanı tanımaya təqdim etmə haqqında” 07 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs oğurladığı bir ədəd somavarın özünə məxsus olduğunu bildirmişdir. İş materiallarında olan “Əşyanı tanımaya təqdim etmə haqqında” 23 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, X1 Renad Biraziddin oğlunun oğurladığı bir ədəd preferatorun özünə məxsus olduğunu bildirmişdir. İş materiallarında olan “Əşyanı tanımaya təqdim etmə haqqında” 27 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs oğurladığı bir ədəd künclük kəsən aparatın özünə məxsus olduğunu bildirmişdir. İş materiallarında olan “Əşyanı tanımaya təqdim etmə haqqında” 10 yanvar 2023cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs oğurladığı bir ədəd drelin özünə məxsus olduğunu bildirmişdir. İş materiallarında olan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış X4 ibtidai istintaq zamanı vermiş olduğu ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir, sonuncuya qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış bir ədəd somavar Zərərçəkmiş şəxs1, bir ədəd preferator X6, bir ədəd künclük kəsən aparat Zərərçəkmiş şəxs3 və bir ədəd drel Zərərçəkmiş şəxs4 qaytarılmışdır. İş materiallarından görünür ki, ünvan 3i il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 06 dekabr 2022-ci il tarixdən hesablanmaq 02 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)-50/2023 saylı, 06 fevral 2023-cü il tarixli qərarı ilə həbsdə saxlanma müddəti 06 mart 2023-cü il tarixədək uzadılmış, ibtidai istintaq orqanı tərəfindən 06 mart 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-389/2023 saylı, 21 avqust 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 15 sentyabr 2023-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 2011-ci il təvəllüdlü bir azyaşlı uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs şəxsin təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, ilk dəfə olaraq cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, şahinin ifadəsini tədqiq edərək iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixindən 06 mart 2023-cü il tarixinədək həbsdə saxlanıldığı 03 (üç) ay müddətə, həmçinin 15 sentyabr 2023-cü il tarixindən hökmün elan olunduğu tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 13 (on üç) gün müddət, ümumilikdə 05 (beş) ay 13 (on üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 10 (on) ay 26 (iyirmi altı) gün çıxılmalı və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 02 (iki) il 01 (bir) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilməli və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış bir ədəd somavarın Zərərçəkmiş şəxs1, bir ədəd preferatorun X6, bir ədəd künclük kəsən aparatın Zərərçəkmiş şəxs3 və bir ədəd drelin Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixindən 06 mart 2023-cü il tarixinədək həbsdə saxlanıldığı 03 (üç) ay müddət, həmçinin 15 sentyabr 2023-cü il tarixdən hökmün elan olunduğu tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 13 (on üç) gün müddət, ümumilikdə 05 (beş) ay 13 (on üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 10 (on) ay 26 (iyirmi altı) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 02 (iki) il 01 (bir) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış bir ədəd somavarın Zərərçəkmiş şəxs1, bir ədəd preferatorun X6, bir ədəd künclük kəsən aparatın Zərərçəkmiş şəxs3 və bir ədəd drelin Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 809 oktyabr692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar