Məhkəmə qərarları › İş №1(010)-389/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-389/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-389/2024 27.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, prokuror Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, 06 mart 2024-cü il tarixdə barəsində axtarış elan edilmiş, 27 mart 2024-cü il tarixdə tutulmuş, 29 mart 2024-cü il tarixdə barəsində "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirərək dələduzluq etmə ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun qardaşı Şahid2 Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) sürücü kimi işə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq 2020-ci ilin mart ayının ortalarında ünvan 2 ünvanında yerləşən yaşadığı mənzildə onun qanunsuz hərəkətlərindən və cinayətdən xəbərsiz olan atası Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs 8000 (səkkiz min) manat pulunu alıb, ələ keçirərək Zərərçəkmiş şəxs 8000 (səkkiz min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, uzun illər "xxxx" neft şirkətinin struktur hissələrində işləmişdir. Zərərçəkmiş şəxs 2016-cı ildə Qaraçuxur qəsəbəsində yaşadığı məhəllədən tanımış, sonra isə sonuncu ilə birlikdə “X7” 602 saylı özüldə işlədiyinən onunla həmçinin iş yoldaşı olmuşdur. Həmin ərəfədə Rüstəmlə onun arasında olan münasibətlər daha da irəliləyərək dostluq münasibətinə çevrilmişdir. Beləliklə, Zərərçəkmiş şəxs ilə sıx dostluq-yoldaşılıq münasibətləri saxlamağa başlamışdır. 2016-2020-ci illərdə sonuncu ilə birlikdə, “X7” 602 saylı özüldə çalışmışdır. Lakin 2020-ci ildə onu işdən çıxartmışlar. Həmin ərəfədə “Covid 19“ infeksiyası ilə əlaqədar karantin rejimi elan edildiyindən özünə başqa yerdə iş tapmaqda çətinlik çəkmişdir. 2016-2020-ci illər ərzində Zərərçəkmiş şəxs bir neçə dəfə borca pullar alaraq sonra geri qaytarmışdır. Sonuncu dəfə, 2020-ci ilin mart ayında Rüstəmdən 8000 (səkkiz min) manat borca pul almışdır. Həmin pulu almaqda məqsədi Quba rayonunda torpaq sahəsi almaq, həmin torpaq sahəsini satdıqdan sonra isə onun pulunu qaytarmaq olmuşdur. Beləliklə, Rüstəm ona həmin pulu verdikdən sonra, o, adı yadında olmayan şəxsə 8000 (səkkiz min) manat pul vermişdir ki, Quba rayonu ərazisində yerləşən torpaq sahəsini alsın. Ancaq həmin şəxs onu aldadaraq torpaq sahəsini satmamış, ondan aldığı 8000 (səkkiz min) manat pulu isə qaytarmadığından Zərərçəkmiş şəxs pulunu vaxtında qaytara bilməmişdir. Həmçinin o, sonuncudan pulu alan zaman alacağı torpaq sahəsinin satışı yubanacağı təqdirdə ayda 400 (dörd yüz) manat olmaqla pulu qaytaracağını bildirsə də, həmin pulu qaytara bilməmişdir. 2021-ci ilin iyun ayında Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 32-ci polis bölməsindən çağırmışlar. Həmin ərəfədə o, Rüstəmdən borc aldığı 8000 (səkkiz min) manatdan 2000 (iki min) manatını, həmin tarixdən bu günədək isə yerdə qalan 6000 (altı min) manatı da sonuncuya ödəmişdir. Yəni Zərərçəkmiş şəxs borca aldığı 8000 (səkkiz min) manat pulu tam məbləğdə ödəmiş və həmin pulu sonuncudan yalnız borc məqsədilə almışdır. Zərərçəkmiş şəxs ifadəsində 8000 (səkkiz min) manat nağd pulu ona qardaşı Orxanın işə düzəldilməsi məqsədi ilə verdiyi barədə dedikləri yalandır. O, nə kitabça düzəltmiş, nə də ki, kimisə işə düzəltməyə dair söz vermişdir. Zərərçəkmiş şəxs 8000 (səkkiz min) manat pulu borc almış və həmin pulu gec də olsa tam qaytarmışdır. Məhkəmə istintaqında isə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tam təqsirli bilərək ifadəsində göstərdi ki, uzun illər "xxxx" neft şirkətinin struktur hissələrində işləmişdir. Zərərçəkmiş şəxs 2016-cı ildə Qaraçuxur qəsəbəsində yaşadığı məhəllədən tanımış, sonra isə onunla birlikdə “X7” 602 saylı özüldə işlədiyindən həmçinin iş yoldaşı olmuşdur. Həmin ərəfədə Rüstəmlə onun arasında olan münasibətlər daha da irəliləyərək dostluq münasibətlərinə çevrilmişdir. 2020-ci ildə onu işdən çıxartmışlar. Həmin ərəfədə “Covid 19“ infeksiyası ilə əlaqədar karantin rejimi elan edildiyindən o, özünə başqa yerdə iş tapmaqda çətinlik çəkmişdir. 2016-2020-ci illər ərzində Zərərçəkmiş şəxs bir neçə dəfə borca pullar alaraq qaytarmışdır. Sonuncu dəfə 2020-ci ilin mart ayında 8000 (səkkiz min) manat pulu Zərərçəkmiş şəxs qardaşını Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) sürücü kimi işə düzəldəcəyini vəd edərək almışdır. Onun Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) pulu verdiyi şəxs hazırda vəfat edib. Həmin şəxs vəfat etdiyindən söz verdiyi iş baş tutmamışdır. Zərərçəkmiş şəxsə vurduğu ziyanı tam olaraq özü ödəmişdir. İbtidai istintaq dövründə özünü təqsirli bilməsə də, hazırda törətdiyi əməldən peşmandır və özünü tam təqsirli bilir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs pulu borc kimi yox, qardaşını işə düzətmək üçün almış, işi düzəltməyi söz vermiş adam isə şəxsləri pul müqabilində işə götürmüşdür. Özünün kimisə işə düzəltmək kimi bir səlahiyyəti olmamışdır. Zərərçəkmiş şəxs ona verdiyi pulu tam olaraq işə düzəldəcək şəxsə vermişdir. Həmin şəxs vəfat etdiyi üçün ondan şikayətçi olmamışdır. Hazırda dəymiş ziyanı tam məbləğdə ödəmiş, lakin məhkəmə tərəfindən ona kifayət qədər vaxt verilməyinə baxmayaraq dövlət büdcəsinə olan 25 faiz məbləği ödəyə bilməmişdir. Hazırda da işləmədiyindən həmin məbləği ödəyə bilmir. Ona dövlət üdcəsinə 25 faiz məbləğin ödənidiyi halda cinayət məsuliyyətindən azad ediləcəyi barədə izah olunmuşdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2007-ci ildən etibarən "xxxx"-da işləyir. Təqribən 2016-ci ildə Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, sonuncu əvvəllər "xxxx"-ın başqa struktur hissələrində işləmiş, ancaq 2016-ci ildə Təqsirləndirilən şəxs onunla birlikdə Neft daşlarındakı “Günəşli” yatağında işlədiyindən həmin vaxt onunla tanış olmuş və münasibətləri yaxşı alındığından Təqsirləndirilən şəxs ilə arasında dostluq münasibətləri yaranmışdır. 2016-2020-ci illərdə onlar birlikdə işləmişlər. Bu ərəfədə Təqsirləndirilən şəxs tanış adamının olmasını və həmin şəxsin "xxxx"-da müəyyən tələblərə cavab verən şəxsləri işə düzəldəcəyini bildirmiş, o, da Nailə qardaşının işsiz olduğunu və işə düzəldilməsini istədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs ondan qardaşının şəxsiyyət vəsiqəsinin və hərbi biletinin surətlərini istəmişdir. Bir neçə gün sonra, qardaşı Şahid2 Nail ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində görüşərək şəxsiyyət vəsiqəsinin və hərbi biletin surətlərini ona vermişdir. Sonuncu işi düzəltməli olan şəxs ilə danışdıqdan sonra cavab verəcəyini bildirmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs zəng edərək işi danışdığını və işin həlli üçün 8000 (səkkiz min) manat pul tələb olunduğunu bildirib onun qardaşını "xxxx"-ın struktur hissələrindən birində 1000-1200 manat maaşla işə düzəldəcəyinə dair söz vermiş, o isə pulu qısa zamanda düzəldib verəcəyini bildirmişdir. Beləliklə, 2020-ci ilin mart ayının 10-15 tarixlərində o, 8000 (səkkiz min) manatı düzəltmiş və bu barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. Sonuncu özü işdə olduğundan yaşadığı ünvana gedərək həmin 8000 (səkkiz min) manat pulu atasına verməsini xahiş etmişdir. Ona yaşadığı mənzilin ünvanını tam bildirmiş, o həmin ünvana qalxaraq qapını döymüş, qapı açıldıqdan sonra isə onu içəri dəvət etmişlər. Mənzilə daxil olub bir qədər oturduqdan sonra, Təqsirləndirilən şəxs atası Şahid1 gəlib onunla oturmuşdur. Bu zaman o, üzərində gətirdiyi 8000 (səkkiz min) manatı Şahid1 vermiş, o isə pulu sayaraq təhvil almışdır. Bundan sonra, o, həmin mənzildən çıxaraq yaşadığı evə getmişdir. Mənzildən çıxan kimi zəng edərək pulu atasına verdiyini, Nail isə ona qardaşını qısa müddətdə işə düzəldəcəklərini bildirmişdir. 8000 (səkkiz min) manat nağd pulu Təqsirləndirilən şəxs çatdırılması üçün sonuncunun yaşadığı ünvan 1 ünvanında atası Şahid1 vermişdir ki, qardaşı Şahid2 “Socar“-ın struktur hissələrindən birində 1000-1200 (min-iki min) manat maaşla təmin olunacağı vəzifəyə işə düzəltsin. Araşdırma zamanı təqdim etdiyi fotoşəkillər Təqsirləndirilən şəxs özünə və atasına aid olan, şəxsiyyətlərini təsdiq edən sənədlərin fotoşəkilləridir. Bundan başqa, onun qardaşı Orxan şəxsiyyət vəsiqəsinin və hərbi biletinin surətlərini Nailə verdikdən bir müddət sonra, sonuncu ona qardaşının adına əmək kitabçası açdıqlarını bildirərək həmin əmək kitabçasını baxmaq üçün Zərərçəkmiş şəxs vermişdir. O, həmin kitabçanın şəkillərini çəkmiş, sonra isə həmin kitabçanı geri vermişdir. Onu da qeyd etmişdir ki, həmin kitabçada qardaşı Şahid2 müxtəlif vaxtlarda müxtəlif xidmətlərdə işlədiyi yazılsa da, sonuncu 2020-ci ilədək ümumiyyətlə rəsmi bir işdə işləməmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 8000 (səkkiz min) manat pulu qardaşını işə düzəltmək üçün almış, ona dəymiş ziyan isə hazırda tam şəkildə ödənilmişdir. Aralarında barışıq əldə olunmuş, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənildiyindən ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs 04 sentyabr 2024-cü il tarixdə notarial qaydada təsdiq edilmiş və yazılı şəkildə verilmiş ərizələrlə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məhkəmə iclasında iştirak etməmiş, 25 sentyabr 2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmişdir. Cinayət prosesi tərəflərinin etirazı olmadığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı iş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin əvvələrində işsizlikdən əziyyət çəkdiyindən və bu səbəbdən ailəsinə yaxşı baxa bilmədiyindən qardaşı onu işə düzəltməyə çalışmışdır. Həmin ərəfədə qardaşı Zərərçəkmiş şəxs işlədiyi “Socar" Neft şirkətində bir nəfər Nail adlı şəxs ilə tanış olmuşdur. Sonuncu onun qardaşını işə düzəldəcəyinə dair vədlər vermişdir. Beləliklə 2020-ci ilin fevral ayının ortalarında qardaşı Rüstəm ona Təqsirləndirilən şəxs nömrəsini vermişdir ki, onun özü görüşüb sənədlərinin surətlərini təqdim etsin. Təqsirləndirilən şəxs istifadəsində olan 055/***-***-**-** saylı GSM mobil nömrələrə zəng edərək danışmış, sonuncu ondan daha əvvəl rəsmi olaraq işləyib-işləmədiyinə və əmək kitabçasının olub-olmamasına dair suallar verdikdə, daha əvvəl rəsmi olaraq hər hansı bir işdə işləmədiyini bildirmiş, Təqsirləndirilən şəxs isə belə olan halda "xxxx" Neft şirkətində işə düzəlməyinin çətin məsələ olmasını bildirmişdir. Əmək kitabçası düzəldə bilib-bilməyəcəyini soruşduqda Təqsirləndirilən şəxs belə bir əlaqəsinin olmadığını demişdir. Belə olan halda, sonuncu Şahid2 əmək kitabçası düzəltməli olduqlarını bildirdib ondan şəxsiyyət vəsiqəsinin və hərbi biletinin surətlərini istəmişdir. Bundan bir-iki gün sonra Nail ilə Suraxanı rayonu, Y.Eyvazov küçəsində yerləşən “Veteranlar” parkında görüşüb sonuncuya özünə məxsus olan şəxsiyyət vəsiqəsi ilə hərbi biletinin surətlərini vermişdir. Həmin görüşdə Təqsirləndirilən şəxs bir daha onu "xxxx" dövlət neft şirkətində 1000-1200 manat maaşla təmin olunacağı işə düzəldəcəyini bildirmişdir. Təqribən 1 ay sonra, mart ayının ortalarında qardaşı Nailə 8000 (səkkiz min) manat pul vermişdir ki, sonuncu onu işə düzəltsin. Təqsirləndirilən şəxs onu 1-2 aya işə düzəldəcəyinə dair vədlər verib qardaşından 8000 (səkkiz min) manat pul alsa da, nəticə etibarı ilə nə onu işə düzəltmiş, nə də ki, aldığı pulu geri qaytarmamışdır. Həmçinin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pulu verdikdən təqribən 1 ay sonra, sonuncu onun özünə əmək kitabçası vermişdir ki, onlarda işlərin getdiyinə dair fikir yaratsın. Mart ayından etibarən təxminən 4-5 ay ərzində o, və qardaşı Rüstəm daimi olaraq Nail ilə əlaqə saxlasalar da, sonuncu ilk mərhələlərdə işə düzəldəcəyini bildirərək müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Nəticədə onun qardaşı Zərərçəkmiş şəxs 8000 (səkkiz min) manat maddi ziyan dəymişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid1 məhkəmə iclasında iştirak etməmiş, 14 oktyabr 2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, qəza keçirdiyindən səhhəti ilə bağlı problemlər səbəbindən məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmişdir. Cinayət prosesi tərəflərinin etirazı olmadığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı iş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur və birlikdə yaşayırlar. Rüstəm adlı şəxsin dedikləri barədə məlumatlandırılmış, lakin o, sonuncunu tanımır. Bu məsələ ilə əlaqədar əvvəllər məlumatı olmamışdır. Nailin hər hansı bir cinayət əməli törədəcəyinə inanmır. Oğlu ilə Zərərçəkmiş şəxs əvvəllər dostluq, yoldaşlıq etdiklərini eşitmişdir, lakin onunla aralarında hər hansı bir pul söhbətinin olduğunu və ya oğlunun kimisə işə düzəltmək adı ilə pul aldığı barədə eşitməmişdir. Zərərçəkmiş şəxs 2020-ci ilin mart ayında Nailə çatmalı olan 8000 (səkkiz min) manatı sonuncuya verməsini xatırlamır. Ola bilsin, həmin tarixdən xeyli vaxt keçdiyindən və o, yaşlı adam olduğundan bu hadisə yadında qalmayıb, hal-hazırda belə bir halı xatırlamır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: Zərərçəkmiş şəxs tərəfindən Suraxanı RPİ-nin 32-ci polis bölməsinin rəisinə ünvanlanan 21 iyun 2021-ci il tarixli ərizədən görünür ki, qardaşı Şahid2 "xxxx" Neft şirkətində işə düzəltmək üçün Təqsirləndirilən şəxs Qaraçuxur qəsəbəsi, 4042/60, ev 1, mənzil 66 ünvanında 8000 (səkkiz min) manat pul vermiş, lakin Təqsirləndirilən şəxs nə qardaşı Şahid2 işə düzəltmiş, nə də pulunu qaytarmış, ona 8000 (səkkiz min) manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs həmin şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. (iş.v. 4) İş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, ******* nömrəli əmək kitabçası Şahid2 adına tərtib edilmiş, 2-11-ci səhifələrdə Şahid2, guya müxtəlif müəssisələrdə müxtəlif vəzifələrdə işə qəbul və işdən xaric olması ilə bağlı məlumatlar yazılmışdır. (iş.v. 39-43) 13 dekabr 2021-ci il tarixli, “cinayət təqibinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin tərkibi olmadığından cinayət təqibinin başlanması rədd edilmişdir. (iş.v. 44-46) 25 fevral 2022-ci il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Suraxanı RPİ-nin İŞ-in baş müstəntiqi, polis baş leytenantı Rüstəm Şıxəliyev tərəfindən qəbul edilmiş 13 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsassız olduğundan ləğv edilmiş, material əlavə araşdırma aparılması üçün Suraxanı RPİ-nin İŞ-ə göndərilmişdir. (iş.v. 51-53) 07 mart 2022-ci il tarixli, “cinayət təqibinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin tərkibi olmadığından cinayət təqibinin başlanması rədd edilmişdir. (iş.v. 55-57) 14 oktyabr 2022-ci il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Suraxanı RPİ-nin İŞ-in baş müstəntiqi, polis baş leytenantı Rüstəm Şıxəliyev tərəfindən qəbul edilmiş 07 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsassız olduğundan ləğv edilmiş, material əlavə araşdırma aparılması üçün Suraxanı RPİ-nin İŞ-ə göndərilmişdir. (iş.v. 62-63) 15 oktyabr 2022-ci il tarixli, “cinayət təqibinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin tərkibi olmadığından cinayət təqibinin başlanması rədd edilmişdir. (iş.v. 65-67) 06 fevral 2024-ci il tarixli, “cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Suraxanı rayon prokurorunun müavini, ədliyyə müşaviri Elgiz Qənizadə tərəfindən Zərərçəkmiş şəxs müraciəti əsasında Suraxanı RPİ-nin İstintaq şöbəsində toplanmış 731/21 saylı material üzrə sabiq baş müstəntiq Rüstəm Şıxəliyev tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsinə dair” 15 oktyabr 2022-ci il tarixli qərar ləğv edilmiş, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqın aparılması üçün Suraxanı RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. (iş.v. 1) 12 fevral 2024-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqın aparılmasından ötrü Suraxanı RPİ-nin baş müstəntiqi, polis mayoru Cavid İskəndərovun icraatına qəbul edilmişdir. (iş.v. 70) 14 fevral 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 73) 14 fevral 2024-cü il tarixli “götürmə aparılması haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi audioyazıların qeyd edildiyi 01 (bir) ədəd “CD” disk və əmək kitabçası götürülmüşdür. (iş.v. 82) 14 fevral 2024-cü il tarixli “götürmə, baxış aparılması və səs yazısının dinlənilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə audioyazıların qeyd edildiyi 01 (bir) ədəd “CD” disk və əmək kitabçasına baxış keçirilmiş, “CD” diskə baxış keçirilən zaman diskdə 02 (iki) ədəd faylın olduğu müəyyən edilmiş, Zərərçəkmiş şəxs dinlənilməyə təqdim edilmişdir.” Diskdəki 1-ci faylda olan nitqin məzmunu: “A: Orxan salam qardaş necəsən, nə var-nə yox, Orxan ayın 10-na kimi inşallah 10-u, 11-nə kimi maksimum məndən vaxt istədi, dedi ki, çalışacıyıq çıxardaq onu Allah qoysa əmrini verək, olmasa da, dediyim kimi haqq-hesabı götürəcəm verəcəm sənə saxlayarsan, adın indi bu olmasa bu xəstəliklə bağlı olmaya bilər deyir, şeydi saxlayırsan çağıranda gəlib götürüb gələrsən verərsən, dedi ki, o, ikinci bir adamın adını day adını tez-tez dəyişdirmək olmur da, başqa adam başqa adam, ikinci bir, yəni ikinci bir adamın adına vermək olmur yenə, dedim hə, yaxşı. Diskdə olan 2-ci faylda olan nitqin məzmunu: “A: Rüstəm qardaşım sən bu şeyləri artıq deyirsən başına dönərəm sənin, mən bilirəm, mən o dəfə də sənə söz dedim, mən heç də pis heç nəyi pis başa düşmürəm, sən mənim qardaşımsan, mənim qardaşım yoxdur, həqiqətən mənə qardaşlıq eləyirsən sən, Allah sənin canını sağ eləsin. Allah balalarını saxlasın, əlimdən nə gəlir, əlimdən son dərəcəyə qədər nə gəlir onu eliyəcəm. Lap desələr ki, Nail gəl sən özün zamin dur, ona da zamin duracam, desələr ki, nə bilim nə nə addım lazımdır atacam. Narahat olma, təki düzəlsin, narahat olma nə addım, puldan-paradan qorxun olmasın qardaş, mən zaminəm həm sənə, həm də ora, o qorxur ki, deyir düzəldərəm məsəl üçün sonra düzələr işə pulu verməz, sən də belə sən də deyirsən ki, birdən pulu verərəm batar, mən ona zamin durmuşam ki, yüzə-yüz o, işə düzəldi pul çatacaq, sənə də zamin dururam ki, yüzə-yüz narahat olma pul sən heç belə yəni şey başa düşmə də, pul gəldi mənə, getdi ora, ay pul şeydi qayıtmaya bilər, nə bilim nə, elə bir söhbət ola bilməz, sən məni tanıyırsan, özün də yaxşı bilirsən ki, mən elə şeydə necə dəqiqəm, başqa söhbət ola bilməz, narahat olma başına dönərəm sənin, hər bir şeyi bacardığım qədər əlimdən gələn qədər son dərəcəsinə qədər gedəcəm, narahat olma, nə qədər də ensə, nə qədər də düşsə hamısını sənə deyəcəm, narahat olma, heç narahat olma, biz qardaşıq, sənin xətrini dünyalar qədər çox istiyirəm mən həqiqətən nəyə görəsə yox ha ümumiyyətlə, elə özün də bilirsən ki, ilkdən elə ilk tanışlığımızdan sənin xətrini nə qədər çox istəyirəm. Bundan əlavə, Zərərçəkmiş şəxs götürülmüş ******* nömrəli əmək kitabçası 40 vərəqdən ibarət olmaqla Şahid2 adına tərtib edilmiş, 2-11-ci səhifələrdə Şahid2 işə qəbul və işdən xaric olması ilə bağlı məlumatlar yazılmışdır.” Baxış başa çatdıqdan sonra, Zərərçəkmiş şəxs bildirmişdir ki. “CD” diskdə mövcud olan və baxış protokolunda “A” hərfi ilə qeyd edilən kişi diktorun səsi Təqsirləndirilən şəxs məxsusdur. Bundan başqa Zərərçəkmiş şəxs bildirmişdir ki, “CD" diskdə mövcud olan səsyazıları reallığı əks etdirir və diskdə hər hansı bir montaj edilməmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, ******* nömrəli əmək kitabçasını ona Təqsirləndirilən şəxs vermiş və 2-11-ci səhifələrdə qardaşı Şahid2 işə qəbul və işdən xaric olması ilə bağlı qeyd edilmiş məlumatlar həqiqəti əks etdirmir və həmin məlumatlar Təqsirləndirilən şəxs tərəfindən uydurulmuşdur. (iş.v. 83-84) 14 fevral 2024-cü il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə sonuncunun barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs atası Şahid1 8000 (səkkiz min) manat pulu verdiyi ünvana baxış keçirilmişdir. Son qeyd edilən mənzilin ünvan 1 ünvanında yerləşdiyi müəyyən edilmişdir. Binaya çatdıqda bloka daxil olaraq pilləkənlərlə 5-ci mərtəbəyə qalxmış, həmin mərtəbənin 3 mənzilə açıldığı müəyyən edilmişdir. Zərərçəkmiş şəxs ifadələrinə uyğun fikir bildirərək əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs vermək üçün sonuncunun atası Şahid1 8000 (səkkiz min) manat nağd pulu Qaraçuxur qəsəbəsi, 4042/60-cı məhəllə, ev 1, mənzil 66 ünvanında vermişdir. Həmin mənzilin qeyd edilən ev 1 (bina 1) ünvanında 5-ci mərtəbədə sağ hissədə yerləşən mənzil olduğu müəyyən edilmişdir. Mənzilin fotoşəkilləri “Canon” markalı fotoaparatla çəkilmişdir. Arayışdan görünür ki, texniki nasazlıqlar səbəbindən fotoşəkilləri çıxarmaq mümkün olmamışdır. (iş.v. 86-88) 04 mart 2024-cü il tarixli “CD diskə baxış aparılması və səs yazısının dinlənilməsi haqqında” protokoldan görünür ki, Şahid2 iştirakı ilə audioyazıların qeyd edildiyi 01 (bir) ədəd “CD” disk və əmək kitabçasına baxış keçirilmiş, “CD” diskə baxış keçirilən zaman diskdə 02 (iki) ədəd faylın olduğu müəyyən edilmiş, fayldakı audioyazılar (nitqlər) Şahid2 dinlənilməyə təqdim edilmişdir. Diskdəki 1-ci faylda olan nitqin məzmunu: “A: Orxan salam qardaş necəsən, nə var-nə yox, Orxan ayın 10-na kimi inşallah 10-u, 11-nə kimi maksimum məndən vaxt istədi, dedi ki, çalışacıyıq çıxardaq onu Allah qoysa əmrini verək, olmasa da dediyim kimi haqq-hesabı götürəcəm verəcəm sənə saxlayarsan, adın indi bu olmasa bu xəstəliklə bağlı olmaya bilər deyir, şeydi saxlayırsan çağıranda gəlib götürüb gələrsən verərsən, dedi ki, o, ikinci bir adamın adını day adını tez-tez dəyişdirmək olmur da başqa adam başqa adam, ikinci bir, yəni ikinci bir adamın adına vermək olmur yenə, dedim hə yaxşı.” Diskdə olan 2-ci faylda olan nitqin məzmunu: “A: Rüstəm qardaşım sən bu şeyləri artıq deyirsən başına dönərəm sənin, mən bilirəm, mən o dəfə də sənə söz dedim, mən heç də pis heç nəyi pis başa düşmürəm, sən mənim qardaşımsan, mənim qardaşım yoxdur həqiqətən, mənə qardaşlıq eliyirsən sən, Allah sənin canını sağ eləsin. Allah balalarını saxlasın, əlimdən nə gəlir, əlimdən son dərəcəyə qədər nə gəlir onu eliyəcəm. Lap desələr ki, Nail gəl sən özün zamin dur, ona da zamin duracam, desələr ki, nə bilim nə nə addım lazımdır atacam. Narahat olma, təki düzəlsin, narahat olma nə addım, puldan-paradan qorxun olmasın qardaş, mən zaminəm həm sənə, həm də ora, o qorxur ki, deyir düzəldərəm məsəlçün sonra düzələr işə pulu verməz, sən də belə sən də deyirsən ki, birdən pulu verərəm batar, mən ona zamin durmuşam ki, yüzə-yüz o, işə düzəldi pul çatacaq, sənə də zamin dururam ki, yüzə-yüz narahat olma pul sən heç belə yanı şey başa düşmə də, pul gəldi mənə, getdi ora, ay pul şeydi qayıtmaya bilər, nə bilim nə, elə bir söhbət ola bilməz, sən məni tanıyırsan, özün də yaxşı bilirsən ki, mən elə şeydə necə dəqiqəm, başqa söhbət ola bilməz, narahat olma başına dönərəm sənin, hər bir şeyi bacardığım qədər əlimdən gələn qədər son dərəcəsinə qədər gedəcəm, narahat olma, nə qədər də yensə, nə qədər də düşsə hamısını sənə deyəcəm, narahat olma, heç narahat olma, biz qardaşıq, sənin xətrini dünyalar qədər çox istiyirəm mən həqiqətən nəyə görəsə yox ha ümumiyyətlə, elə özün də bilirsən ki, ilkdən elə ilk tanışlığımızdan sənin xətrini nə qədər çox istəyirəm.” Baxış başa çatdıqdan sonra, Şahid2 bildirmişdir ki. “CD” diskdə mövcud olan və baxış protokolunda “A” hərfi ilə qeyd edilən kişi diktorun səsi Təqsirləndirilən şəxs məxsusdur. Bundan başqa Şahid2 bildirmişdir ki, “CD" diskdə mövcud olan səsyazıları reallığı əks etdirir və diskdə hər hansı bir montaj edilməmişdir. (iş.v. 98-99) 28 mart 2024-cü il tarixli “üzləşdirmədə dindirmə protokolu”ndan görünür ki, iş üzrə Şahid2 Təqsirləndirilən şəxs ilə üzləşdirmə zamanı öz ifadəsində göstərdiklərini bir daha onun üzünə qarşı deyərək təsdiq etmişdir. (iş.v. 132-134) 28 mart 2024-cü il tarixli “üzləşdirmədə dindirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə üzləşdirmə zamanı öz ifadəsində göstərdiklərini bir daha onun üzünə qarşı deyərək təsdiq etmişdir. (iş.v. 135-138) 29 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə, saat 09:10-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, sonda isə təqsirləndirilən şəxs əl yazısı ilə qeyd etmişdir ki, ona elan olunmuş ittihamla razı deyildir, belə ki, o, Rüstəmdən pulu borca almışdır. (iş.v. 139) 07 may 2024-cü il tarixli “götürmə, baxış aparılması və səs yazısının dinlənilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə audioyazıların qeyd edildiyi 01 (bir) ədəd “CD” disk və əmək kitabçasına baxış keçirilmiş, “CD” diskə baxış keçirilən zaman diskdə 02 (iki) ədəd faylın olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs dinlənilməyə təqdim edilmişdir. Diskdəki 1-ci faylda olan nitqin məzmunu: “A: Orxan salam qardaş necəsən, nə var-nə yox, Orxan ayın 10-na kimi inşallah 10-u, 11-nə kimi maksimum məndən vaxt istədi, dedi ki, çalışacıyıq çıxardaq onu Allah qoysa əmrini verək, olmasa da dediyim kimi haqq-hesabı götürəcəm verəcəm sənə saxlayarsan, adın indi bu olmasa bu xəstəliklə bağlı olmaya bilər deyir, şeydi saxlayırsan çağıranda gəlib götürüb gələrsən verərsən, dedi ki, o, ikinci bir adamın adını day adını tez-tez dəyişdirmək olmur da başqa adam başqa adam, ikinci bir, yəni ikinci bir adamın adına vermək olmur yenə, dedim hə yaxşı.” Diskdə olan 2-ci faylda olan nitqin məzmunu: “A: Rüstəm qardaşım sən bu şeyləri artıq deyirsən başına dönərəm sənin, mən bilirəm, mən o dəfə də sənə söz dedim, mən heç də pis heç nəyi pis başa düşmürəm, sən mənim qardaşımsan, mənim qardaşım yoxdur həqiqətən, mənə qardaşlıq eliyirsən sən, Allah sənin canını sağ eləsin. Allah balalarını saxlasın, əlimdən nə gəlir, əlimdən son dərəcəyə qədər nə gəlir onu eliyəcəm. Lap desələr ki, Nail gəl sən özün zamin dur, ona da zamin duracam, desələr ki, nə bilim nə nə addım lazımdır atacam. Narahat olma, təki düzəlsin, narahat olma nə addım, puldan-paradan qorxun olmasın qardaş, mən zaminəm həm sənə, həm də ora, o qorxur ki, deyir düzəldərəm məsəlçün sonra düzələr işə pulu verməz, sən də belə sən də deyirsən ki, birdən pulu verərəm batar, mən ona zamin durmuşam ki, yüzə-yüz o, işə düzəldi pul çatacaq, sənə də zamin dururam ki, yüzə-yüz narahat olma pul sən heç belə yanı şey başa düşmə də, pul gəldi mənə, getdi ora, ay pul şeydi qayıtmaya bilər, nə bilim nə, elə bir söhbət ola bilməz, sən məni tanıyırsan, özün də yaxşı bilirsən ki, mən elə şeydə necə dəqiqəm, başqa söhbət ola bilməz, narahat olma başına dönərəm sənin, hər bir şeyi bacardığım qədər əlimdən gələn qədər son dərəcəsinə qədər gedəcəm, narahat olma, nə qədər də yensə, nə qədər də düşsə hamısını sənə deyəcəm, narahat olma, heç narahat olma, biz qardaşıq, sənin xətrini dünyalar qədər çox istiyirəm mən həqiqətən nəyə görəsə yox ha ümumiyyətlə, elə özün də bilirsən ki, ilkdən elə ilk tanışlığımızdan sənin xətrini nə qədər çox istəyirəm. Təqsirləndirilən şəxs səsin özünə məxsus olduğunu qeyd etmişdir.” Baxış başa çatdıqdan sonra, Təqsirləndirilən şəxs bildirmişdir ki, “CD” diskdə mövcud olan və baxış protokolunda “A” hərfi ilə qeyd edilən kişi diktorun səsi ona məxsusdur. Bundan başqa Təqsirləndirilən şəxs bildirdi ki, “CD" diskdə mövcud olan ona məxsus və digər səsyazıları reallığı əks etdirir və diskdə hər hansı bir montaj edilməmişdir. (iş.v. 177-178) 07 may 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Cavid İskəndərovun vəsatəti əsasında Suraxanı rayon prokuroru Rəşid Mahmudov təqdimatla Suraxanı Rayon Məhkəməsinə müraciət edərək "xxxx" ASC-yə aid 4127-2081- 2953-0472 nömrəli bank kartının kimə məxsus olmasını, həmçinin 4127-2081-2953-0472 nömrəli bank hesabına 01 yanvar 2016-cı il tarixdən 30 mart 2024-cü il tarixədək olan müddət ərzində hansı bank hesablarından pulun köçürülməsini, həmin müddətdə 4127- 2081-2953-0472 nömrəli hesab nömrəsindən pulun vəsaitlərinin hansı ünvanlarda çıxarılmasını, həmin kart hesabından hansı bank hesablarına pul vəsaitinin köçürülməsini, 4127-2081-2953-0472 nömrəli hesab nömrəsindən pul vəsaitini çıxaran şəxslərin əməliyyatları apardıqları hər gün üçün ayrı-ayrılıqda fotoşəkilləri, həmçinin hesaba daxil olan mədaxil və eyni zamanda məxariclərə aid məlumatları özündə əks etdirən çıxarışların, bank və maliyyə əməliyyatlarının aparılmasına dair digər məlumatların "xxxx" ASC-dən ələ keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (iş.v. 179-184) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 5(010)-358/2024 nömrəli, 07 may 2024-cü il tarixli qərarı ilə təqdimat və vəsatət təmin edilmiş, "xxxx" ASC-yə aid 4127-2081-2953- 0472 nömrəli bank kartının kimə məxsus olmasını, həmçinin 4127-2081-2953-0472 nömrəli bank hesabına 01 yanvar 2016-cı il tarixdən 30 mart 2024-cü il tarixədək olan müddət ərzində hansı bank hesablarından pulun köçürülməsini, həmin müddətdə 4127- 2081-2953-0472 nömrəli hesab nömrəsindən pul vəsaitlərinin hansı ünvanlarda çıxarılmasını, həmin kart hesabından hansı bank hesablarına pul vəsaitinin köçürülməsini, 4127-2081-2953-0472 nömrəli hesab nömrəsindən pul vəsaitini çıxaran şəxslərin əməliyyatları apardıqları hər gün üçün ayrı-ayrılıqda fotoşəkilləri, həmçinin hesaba daxil olan mədaxil və eyni zamanda məxariclərə aid məlumatları özündə əks etdirən çıxarışların, bank və maliyyə əməliyyatlarının aparılmasına dair digər məlumatların "xxxx" ASC-dən ələ keçirilməsinə icazə verilmişdir. (iş.v. 185-188) 16 may 2024-cü il tarixli “üzləşdirmədə dindirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə Şahid1 ilə üzləşdirmə zamanı öz ifadəsində göstərdiklərini bir daha onun üzünə qarşı deyərək təsdiq etmişdir. (iş.v. 193-195) 11 iyun 2024-cü il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, "xxxx" ASC-dən 11 iyun 2024-cü il tarixli, 6-2-41/2-20812/2024 saylı məktubla daxil olmuş Təqsirləndirilən şəxs məxsus “X3” ASC-yə aid 4127-2081-2953-0472 nömrəli bank hesab nömrəsinə məxsus bank məlumatlarının qeyd edildiyi 13 vərəqə baxış aparılmış, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumatlar əldə edilməmişdir. (iş.v. 212) İş materiallarına əlavə edilmiş 12 iyun 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş **********435 saylı ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəyən ziyan tam ödənilmiş, Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir iddia, tələb və şikayət yoxdur, gələcəkdə də olmayacaqdır. (iş.v. 228) 11 iyun 2024-cü il tarixli, “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihama əlavə və dəyişikliklər edilməsi zərurəti yaranmadığından elan edilmiş ittiham qüvvəsində saxlanılmış və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 311, 310, 32.4, 312, 320.1 və 320.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29, 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. 14 fevral 2024cü il tarixdə ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs götürülmüş audioyazılar olan 01 ədəd "CD" disk və 01 ədəd əmək kitabçası cinayət işi üzrə maddi sübut kimi tanınmış, "CD" diskin və əmək kitabçasının cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs Mail oğlunun iş materiallarında Təqsirləndirilən şəxs kimi oxunması qərara alınmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməməsi, o cümlədən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilən zaman ifadəsində Zərərçəkmiş şəxs 8000 manat pulu borca alması və həmin məbləğdə pulu Zərərçəkmiş şəxs qaytarması, Zərərçəkmiş şəxs qardaşı Şahid2 "xxxx" Neft Şirkətinə işə düzəltmək adı ilə Zərərçəkmiş şəxs 8000 manat pul almaması barədə ifadəsində göstərdiyi xüsusatlar qeyri-səmimi, qeyri-obyektiv olduğundan və istintaq materialları ilə kifayət qədər təkzib edildiyindən özünümüdafiə xarakterli dəlil kimi qiymətləndirilmiş və cinayət işi üzrə vermiş olduğu vəsatətinin təmin edilməyərək rədd edilməsi nəzərə alınmışdır. (iş.v. 213-222) Axtarışda olan şəxsin tutulması haqqında 27 mart 2024-cü il tarixli protokoldan görünür ki, axtarış qərarı ilə barəsində 102413/24 saylı axtarış işi açılmış Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdə, saat 11:00-da könüllü olaraq Suraxanı RPİ-nin 32-ci polis bölməsinə gəlmişdir. 29 mart 2024-cü il tarixdə, saat 09:10-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən təmin edilməmişdir. 29 mart 2024-cü il tarixli qərarla müstəntiq tərəfindən X4 barəsində "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmiş və o, Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. (iş.v. 107, 139-140, 156-158, 160-165) Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə ekspertiza rəylərini, üzləşdirmə protokollarını, audioyazılar olan 01 ədəd CD diski, əmək kitabçasını, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş kifayət qədər mötəbər sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs xeyli miqdarda ziyan vurmaqla vəd etdiyi öhdəlikləri yerinə yetirməmiş və zərərçəkmiş şəxsin etibarından sui-istifadə etməklə əmlakını ələ keçirərək xeyli miqdar ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun məhkəmə istintaqında verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarına əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törətmiş olduğu cinayət əməli nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi üçün kifayət qədər vaxt verilib məhkəmə iclasları təxirə salınsa da, o, həmin ödənişi etməkdən faktiki olaraq boyun qaçırmışdır. Baxmayaraq ki, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam şəkildə ödəmiş, zərərçəkmiş şəxs onunla barışmış, həmçinin ondan heç bir şikayət və tələbinin olmaması barədə ərizələr təqdim etmiş, lakin Təqsirləndirilən şəxs dövət büdcəsinə vurduğu ziyanın 25 faizi məbləğində ödəniş etmədiyindən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilə bilməz. Buna görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Hamçini əvvəllər cinayət məsuliyyətindən azad edilməsi halı da olmamışdır. (iş.v. 104) Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı əməlindən səmimi peşman olması, əvvəllər məhkum olunmaması, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam şəkildə ödəməsi, zərərçəkmiş şəxsin onunla barışması, ondan heç bir şikayət və tələbinin olmaması barədə ərizələr təqdim etməsi, həmçinin himayəsində 1 azyaşlı uşağının olması məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunan tövsiyələrdə ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq cəza təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs götürülmüş audioyazılar olan 01 ədəd CD disk və 01 ədəd əmək kitabçasının iş materiallarında saxlanması nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 16 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat məbləğində əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 16 iş saatı üçün 96 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdən 29 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs götürülmüş audioyazılar olan 01 ədəd CD diskin və 01 ədəd əmək kitabçasının iş materiallarında saxlanması nəzərə alınsın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 16 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 96 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar