Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-389/2025 18.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ İBakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşayan, 05 mart 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 167-3.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 noyabr 2023-cü il tarixdə Türkiyə Respublikası istiqamətində Azərbaycan Respublikasını tərk edib həmin ölkənin İstanbul şəhərinə gedərək oradan dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və belə fəaliyyəti əsaslandıran, belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran dini ekstremist materialları, yəni “Abdullah Yolcu. Ehl-i Sünnet vel-cemaate göre İman, “Müsned el-Kahtani. Küçük ve gizli şirk”, “X2. Tevhid risalesi”, “Muhammed bin Abdulvahhab ve Need uleması. Ed- Dürerüs-seniyye fil-ecvibetin-Necdiyye” adlı kitabları müxtəlif yollarla əldə etməklə 07 noyabr 2023-cü il tarixdə İstanbul-Bakı reysi ilə Azərbaycan Respublikasına gətirib faktiki yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində dini düşmənçilik və dini fanatizm zəminində saxlamış, qeyd edilən dini ekstremist məzmunlu kitablar 29 oktyabr 2024-cü il tarixdə həmin fərdi yaşayış evinə keçirilən baxış zamanı aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 167-3.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 167-3.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, aldığı kitablar dini kitablar olmuşdur. O, ibadət əhlidir və buna görə də bu yöndə həmin kitabları oxumağa maraq yaranmışdır. Bəzi kitabları vaxt məhdudiyyət ilə əlaqədar heç oxuya bilməmişdir. Dini elmini artırmaq üçün həmin kitabları almış, başqa məqsədi olmamışdır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, ümümi onda 56 ədəd kitab olmuşdur. Dini təhsili yoxdur. Türkiyəyə toy məclisi üçün getmişdir. Sakarya şəhərində tanıdığı insanın toyu olmuşdur. Kitabları İstanbuldan almışdır. O, kitablardan 2-3 ədədin İstanbuldan almışdır. Kitabların əksəriyyəti burda olan köhnə kitablar idi, onları çoxdan almışdır. Həmin kitabları qadağan olunmamış vaxta əldə etmişdir. Türkiyədən gətirdiyi kitablarla bağlı dini qurumlara müraciət etməmişdir. Türkiyədən o kitabları qanuni yollarla gətirmişdir. Gömrükdən də rahat bir formada gətirmişdir. Kitablar Allahın birliyini, Allahın tək olduğunu təbliğ etmişdir. Elə kitablar var ki, onları oxuya bilməmişdir. X7-i Sünnət vel-cemaate görə iman adlı kitabının bəzi yönlərini oxumuş, amma o kitabı tam şəkildə oxumamışdır dəyə məğzindən xəbəri yoxdur. Bəzi türkçə terminlər var idi o kitabda, məsələn- iman nədir. Bu səbəbə əsasən almışdır o kitabları. Müsned el-Kahtaninin Küçük və gizli şirk adlı kitabını oxumuşdur. X1 Tehvid risalesi və digər kitabları tam oxumamışdır. Aldığı kitabları tam oxuyub bitirməmişdir dəyə onların dini radikalizimlə bağlı olub-olmağını bilmir. Onları yalnız dinə marağı olduğu üçün almışdır. Dini əqidə Əhl-i Sünnədir. Sosial şəbəkələrdən yalnız Teleqramdan istifadə edir, heç bir dini qrupa üzv olmamışdır. Yanlız bir Daru-tevhid adlı qrupda olmuş və oradada sadəcə olan yazıları oxumuşdur. Toyuna getdiyi həmin insanı bu qrupdan tanımışdır. Türkiyədən aldığı kitabların məğzindən tam xəbəri olmamış, yalnız ümümi məğzini dinlə bağlı olduğunu bilmişdir. Orta təhsillidir. Aldığı kitabların adlarının bəzilərini bilmişdir. O kitabları hamısının nə haqqında olduğunu tam bilməmişdir. Sadəcə bəzilərinin məğzin bilmiş, məsələn Gizli və kiçik şirk, Allandan başqasına and içmək. Türkiyədə çox olmuşdur. Əvvələr ora idman yarışları ilə bağlı təlim-məşqlərə getmişdir. Türkiyədə toyunda olduğu şəxs dostu olmuşdur. Onunla Türkiyədə tanış olmuşdur. Bu kitabları Türkiyədən yalnız bir dəfə almışdır. Bu kitabların qadağan olunması ilə bağlı məlumatı olmamışdır. Qadağan olunmuş kitablarla bağlı maraqlanmamışdır. Dini toy olmuş və açıq şəkildə keçirilmişdir. Kitabları almağında məqsədi dini elmimi artırmaq olmuşdur. O kitablardan yalnız Gizli və kiçik şirk adlı kitabı tam oxumuşdur. Bu kitabları heç bir yerdə təbliğ etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ilkin təhqiqat və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, yuxarıda göstərilən ünvanda dini nikahda olduğu Rəsmiyyə Xafisova və 2 azyaşlı övladı ilə birlikdə yaşayır. Orta məktəbi Bakı şəhəri, Nizami rayonunda yerləşən 10 nömrəli tam orta məktəbdə oxumuşdur. Məktəbi bitirdikdən sonra 2003-2004-cü illərdə Naxçıvan şəhərində Sərhəd Qoşunlarının “N” saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. Hazırda dayısı Şahid3 yanında fəhlə kimi işləyir, rəsmi iş yeri yoxdur. Dayısı qaynaqçıdır. Bəzən kənd təsərrüfatı mallarının satışı ilə məşğul olur. 2001-ci ildən İslam dininin Əhli- Sünnənin Hənbəli məzhəbi üzrə dini ibadətlə məşğul olmağa başlamışdır. Ailəsində yalnız o və həyat yoldaşı dini ibadətlə məşğul olur. O və onunla oxşar dini fikirlərə malik şəxslər məscidlərdə dinin düzgün olmayan təfsiri və lazımsız fikir ayrılıqlarının olduğunu düşündüyü üçün dini ibadətlərini məsciddə yerinə yetirmir. Təxminən 2024-cü il 28-29 oktyabr tarixlərdə un almaq üçün istifadəsində olan avtomobillə Rasim adlı şəxsin yanına gedərkən həmin şəxsin evinin önündə polis əməkdaşları onu tutaraq X4 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. Bundan sonra yaşadığı evə və istifadəsində olan avtomobilə baxış keçirildikdən sonra izahatını aldılar. Evdən onun iştirakı ilə polis əməkdaşları tərəfindən 56 ədəd ona məxsus dini məzmunlu kitablar götürüldü. Həmin kitablar ona məxsusdur və özü onları mütəmadi oxuyur, orada olan fikirləri ətrafındakı din qardaşları ilə müzakirə edirdi. Bu kitabları o, müxtəlif vaxtlarda Azərbaycan Respublikasında və Türkiyə Respublikasında müxtəlif satış və ibadət yerlərindən əldə etmişdir. Kitabların bəzilərində İslam dininin müxtəlif məzhəbləri arasındakı fərqlərdən və Əhli-sünnə məzhəbinin digər məzhəblərdən üstünlüklərindən bəhs edir. Kitabları əldə etdikdən sonra həmin kitablara icazə olub-olmamasını bilmək üçün dini qurumlara müraciət etməli olduğunu bilsə də, bununla bağlı heç bir quruma müraciət etməmişdir. Yaşadığı evdən götürülən 56 ədəd kitabın təxminən 10 ədədini Türkiyə Respublikasında olarkən əldə etmişdir. 2023-cü ilin noyabr ayının əvvəllərində toy məclisində iştirak etmək üçün Türkiyə Respublikasına getmiş, Abdullah Yolçunun “Ehl-i Sünnet vel-cemaate göre İman”, Müsned el-Kahtaninin “Küçük ve gizli şirk”, Muhammed bin Abdulvahhab ve Need ulemasının “Ed-Dürerüs- seniyye fil-ecvibetin-Necdiyye”, X1 “Tevhid risalesi” adlı 4 ədəd dini ekstremist məzmunlu kitabı Türkiyəyə həmin səfəri zamanı oradan əldə edərək Azərbaycana gətirmişdir. Kitabları gətirərkən gömrük orqanlarına hər hansı bəyanat verməmiş, eləcə də, hər hansı quruma icazə üçün müraciət etməmişdir. Həmçinin Muhammed b. Salih el-Üseyminin “Üç temel esas”, 4 cild olmaqla İbn Kudame el- Maksidinin “Delilleriyle Hanbeli fıkhı el-Muğni”, İbn Kudame el-Makdisinin “Umdetul fıkhi fil mezhebil hanbeli - Hanbeli fıkhına giriş” və İbni Teymiyyənin “Sırat-ı Müstakim” kitablarını Türkiyədən gətirmişdir. Ola bilər ki, Türkiyədən başqa kitablar da gətirmişdir, lakin hazırda xatırladıqları bunlardır. Həmçinin kitabların bəzilərini Azərbaycandan əldə etmiş, lakin üzərindən uzun müddət keçdiyi üçün kitabları əldə etdiyi tarixləri və yerləri xatırlamır. Həmçinin o, bildirmişdir ki, bu kitablarda imanın, küfrün, şirkin və s. dini terminlərin geniş anlayışı verilmişdir. Həmin kitabların məzmununda dini qaydalara, Allahın şəriətinə uyğun olmayan dünyəvi qaydaların, idarəetmə sistemlərinin küfr və şirk hesab edilməsindən, Əhli-sünnə məzhəbi üzrə dini ibadətlə məşğul olan şəxslərin İslam dininin digər məzhəbləri üzrə dini ibadətlə məşğul olan şəxslərdən, ümumiyyətlə digər dinlərə ibadət edən və ya heç bir dinə ibadət etməyən şəxslərdən Allah qatında daha üstün olduqlarından, Əhli sünnə məzhəbinin daha doğru və düzgün şəkildə İslam dininin qaydalarını əks etdirdiyindən bəhs edir. İslam dininin Əhli-sünnədən başqa digər məzhəblərinin İslam dininə böyük zərər vurması, xüsusilə şiələrin şirk əhli olması qeyd olunur. Müsned el-Kahtaninin “Küçük ve gizli şirk” kitabında şirk və onun növlərindən bəhs olunur. Allahdan başqasının hökm qoyması və hökmə tabe olunması, dünyəvi qanunlara görə hökm vermə böyük şirkə nümunə olaraq göstərilir. Şeyh Muhammed b. Abdulvehhabın “Tevhid risalesi” kitabında da xristian və yəhudilərin qəbul olunmazlığı və buna şübhə ilə yanaşan şəxslərin müsəlman olmadığı, onların da xristian və yəhudilər kimi kafir olması qeyd olunur. İbni Teymiyyənin “Sırat-ı Müstakim” kitabında İslam dininin Əhlisünnə məzhəbi üzrə dini ibadətlə məşğul olan şəxslərin digər məzhəblərə məxsus şəxslərdən və digər dinlərə məxsus şəxslərdən Allah qatında üstünlüyündən bəhs edilir. Abdullah Yolçunun müəllifi olduğu “Ehli-Sünnet vel-cemaate görü İman” adlı kitabında Allahın şəriətinə uyğun olmayan hər hansı hüquq sisteminin küfr və şirk sayılmasından, Allahın şəriətinə uyğun olmayan qanunlar qəbul edən hakimlərə itaət edilməzliyindən, oğurluq edən şəxsin əlinin kəsilməsinin ilahi ədalət kimi qəbul edilməsindən, namaz qılmayan şəxslərin cəmiyyət tərəfindən qəbuledilməzliyindən, hüquqlarının məhdudlaşdırılmasından və s. bəhs edilir. Muhammed bin Abdulvahhab ve Need ulemasının “Ed-Dürerüs-seniyye fil- ecvibetin-Necdiyye” adlı kitabında İslam dininin Şiə məzhəbi üzrə ibadətlərini yerinə yetirən şəxslərin qəbuledilməzliyindən, İslam dininə böyük zərər vurmasından, onların Allahın düşməni olmasından və s. bəhs edilir. Yaşadığı evdən götürülən digər kitabların məzmununda İslam dininin qaydaları, müsəlman kimi yaşamağın şərtləri və bu şərtlərə əməl etməyin yollarından bəhs edilir. Bəzi kitablarda namazın qılınması qaydası göstərilir. Ona aid iki kitabda ərəb dilinin qramatikası və əlifbasından bəhs edilir. Qurani-Kərim kitabını ərəb dilində səlis oxuya bilir. Ərəb dilini əsasən “Youtube” platformasında bəzi kanallara baxaraq və ərəb dilinin əlifbası və qramatikası kitablarını oxuyaraq öyrənmişdir. Bu kitabları əldə etməkdə məqsədi dini biliklərini genişləndirmək, din barəsində ixtilaf yarandıqda bununla bağlı öz fikirlərini bildirərək həmin ixtilafları aradan qaldırmaq, beləcə insanlar arasında düzgün dini əqidəni yaymaq olmuşdur. O, qeyd edir ki, götürülmüş bütün kitablar ona aiddir. Onları Azərbaycan və Türkiyədən əldə etmiş, öz yaşadığı evdə saxlamışdır. Bu kitabları dini ibadətlə məşğul olmağa başladığı gündən əldə edib saxlamağa başlamışdır. Sadəcə Türkiyədən kitab gətirərkən onların qanuniliyi barəsində dini qurumlardan məlumat almalı olduğunu bildiyi halda bununla bağlı heç bir tədbir görməyərək həmin kitabları evində saxlamışdır. Kitabları Türkiyədən gətirən zaman heç kəs bu kitabları gətirməsi ilə bağlı ona mane olmamışdır. Yaşadığı evə baxış zamanı götürülmüş Abdullah Yolçunun “Ehl-i Sünnet vel-cemaate göre İman”, Müsned el-Kahtaninin “Küçük ve gizli şirk”, X1 “Tevhid risalesi”, Muhammed bin Abdulvahhab ve Need uleması. “Ed- Dürerüs-seniyye fil-ecvibetin-Necdiyye” adlı kitablarında dini ekstremist məzmunlu fikirlər yəni, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm məzmunlu fikirlər aşkarlanması və həmin kitabları əldə edərək qanunsuz saxlamaqda niyyətinin nə olması ilə bağlı suala cavab verərkən o bildirmişdir ki, həmin kitabları Türkiyədə olarkən əldə edərək gətirmiş, kitabların məzmunu barədə məlumatı vardır və oxumuşdur. Həmin kitablardakı dini ekstremist məzmunlu fikirlərə uyğun olaraq qeyd etmişdir ki, o, İslam dininin Əhli sünnə məzhəbi üzrə dini ibadətlə məşğul olduğu üçün İslam dininin digər məzhəbləri üzrə dini ibadət edən şəxslərin İslam dininə zərər verdiyini düşünür və həmin şəxsləri müsəlman hesab etmir. Həmin kitabları əldə edərək saxlamaqda məqsədi dini mövzularda ixtilaf yarandıqda bununla bağlı öz fikirlərini bildirərək həmin ixtilafları aradan qaldırmaq, beləcə insanlar arasında əqidə problemlərini həll etmək olmuşdur. Bu kitabları yaymaq, satmaq və başqa hər hansı məqsədi olmamışdır, bununla bağlı hər hansı hərəkət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zahir yoldaşının qardaşıdır, qayınıdır. Bu işlə bağlı məlumatı yoxdur. Zahirlə isti münasibətləri olmamış, qohum kimi olmuşlar yalnız. Bu işlə əlaqədar onu bildimişdir ki, qadağan olunmuş kitablara bağlı Zahiri məsuliyyətə cəlb etmişlər. Kitablarla bağlı heç bir məlumatı yoxdur. O, çox vaxt hərbi qulluqda olduğu üçün evlərinə tez-tez gedə bilməmişdir. Zahir ailəcanlı, təmiz, düzgün insandır, az yaşlı övladları var. Məhkəmə iclasında verilmiş suallara Şahid4 cavab olaraq bildirmişdir ki, Zahirin sıx münasibətləri olmamışdır. Əvvəl futbolla məşğul olduğu üçün Türkiyə gedib-gəlmişdir. Türkiyəyə son gedişi ilə bağlı məlumatı olmamışdır. Qonağ olaraq Zahir gilə getmişdir. Zahirin evdə dini öz dindar yoldaşları ilə müzakirə etdiyini görməmişdir. Zahirin dini təbliğ etdiyini görməmişdir. Zahirin kitabları almaqda məqsədi öz yolunu inkişaf etdirmək olmuşdur. Belə ki, ilkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, xx xxxxxx 1985-ci ildə Ukrayna Respublikasında anadan olmuşdur, evlidir. Təqsirləndirilən şəxs onun həyat yoldaşının qardaşıdır. Zahir dini ibadətlə məşğul olmağa orta məktəbdə oxuyarkən başlamışdır. Zahir hazırda dayısı Şahid3 yanında fəhlə işləyir. Həmçinin o, kənd təsərrüfatı mallarının satışı ilə məşğul olur. Zahiri radikal şəxs kimi tanıyır. Zahir İslam dininin Əhli-sünnə məzhəbi üzrə dini ibadətlərini yerinə yetirir. Onların münasibəti qohumluq səviyəsində olmuşdur. Zahir İslam dininin qanunları ilə yaşamağa çalışan şəxsdir. O, bir dəfə işə gecikdiyi üçün Zahirdən övladını məktəbə aparmasını xahiş etsə də, Zahir dövlətin məktəbinə getməkdən imtina etmişdir. Onların əvvəl münasibəti yaxşı olmuşdur. Çünki Zahir əvvəl indiki kimi radikal olmamışdır. Zahirin Türkiyəyə getməsini Azərbaycana qayıtdıqdan sonra bilmiş, ondan Türkiyəyə getməsinin səbəbini soruşduqda Zahir ona həm gəzmək, həm də bəzi əşyalar almağa getdiyini bildirmişdir. X8 adlı dostu ilə səfər etmişdir. Həmçinin o bildirmişdir ki, Zahirin evində çoxlu dini kitablar vardır. Zahir həmin kitabları yalnız özü oxumuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zahir dayısı oğludur. Bu ilşə bağlı heç bir məlumatı yoxdur. Zahirin aldığı kitablarla bağlı da məlumatı yoxdur. Məhkəmə iclasında verilmiş suallara Şahid5 cavab olaraq bildirmişdir ki, ticarətlə məşğuldur. Zahir gilə arada yağ satmaq üçün gedb-gəlmişdir. Zahirin evdə yığışıb dindarlarla dini müzakirə etdiyini görməmişdir. Dini kitablarla bağlı ona heç bir təbliğat etməmişdir. Belə ki, ilkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, xx xxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur, evlidir. İslam dininin Əhli-sünnə məzhəbi üzrə dini ibadətlə məşğul olur. Təqsirləndirilən şəxs onun dayısının oğludur. Zahir dini ibadətlə məşğul olmağa orta məktəbdə oxuyarkən başlamışdı. O, hazırda dayısı Şahid3 yanında fəhlə işləyir. Həmçinin o, kənd təsərrüfatı mallarının satışı ilə məşğul olur. Zahiri radikal şəxs kimi tanıyır. O, İslam dininin Əhli-sünnə məzhəbi üzrə dini ibadətlərini yerinə yetirir. O, dini ibadətlə məşğul olsa da Zahir onu müsəlman kimi görmədiyini bildirmişdir. Onların münasibəti qohumluq səviyəsində olmuşdur. Zahir İslam dininin qanunları ilə yaşamağa çalışan şəxsdir. Onların əvvəl münasibəti yaxşı olmuşdur. Lakin sonradan Zahir radikal fikirli biri olmuş və Zahirin onu müsəlman hesab etmədiyini bildirmişdir. Zahir ibadətlərini dövlətin tikdirdiyi məscidlərdə yerinə yetirməmişdir. Həmçinin o bildirmişdir ki, qohum olsa da, Zahir radikal fikirli biri olduğu və Zahirin onu müsəlman hesab etmədiyi üçün münasibəti yaxşı olmamışdır. Bu səbəbdən Zahirin Türkiyəyə getməsi və oradan dini kitab gətirməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zahirlə əvvəllər bir məhəllədə yaşamışlar. Kitablarla bağlı məlumatı var. Məhkəmə iclasında verilmiş suallara Şahid1 cavab olaraq bildirmişdir ki, Zahirlə kitablarla bağlı müzakirələri olmamışdır. Zahirin kitabları aldığını hava limanında öyrənmişdir. Zahirlə İstanbula birlikdə getmişlər. Türkiyəyə getməkdə məqsədi gəzmək və orada olan toyla bağlı idi. Həmin toyda iştirak etməmişdir. Zahirdə iştirak etməmiş o toyda. Türkiyədən hansı səbəbə görə deport olduğunu bilmir. Keçən il onunla X5 Limanından geri qaytarmışlar. Toyu olacağ şəxsi sayt üzərindən tanımışdır. Zahirlə həmin şəxsin uşağ olması ilə bağlı məclisdə iştirak etmişlər. Dindardır, namaz qılır. Hal-hazırda sosial şəbəkələrdə yoxdur. Həmin şəxsi 7-8 il bundan öncə sosial şəbəkələrdə tanımışdır. Halhazırda əlaqəsi yoxdur. Sayt üzərindən həmin şəxsin paylaşdığı məqalələri oxumuşdur. Zahir kitabları onunla birlikdə almamışdır. Hava Limanında onları kitablarla bağlı saxlamamışlar. Kitabları bəyan etməli olduqlarını sonradan bilmişlər. Zahir kitabları aldığını Hava Limanında özü demişdir. Kitabların məzmunu haqqında heç bir məlumatı yoxdur. Həmin kitabları Zahirlə müzakirə etməmişlər. Zahirlə dini müzakirə ilə hər hansısa məclislər də iştirak etməmişdir. Maşın ehtiyyat hissələri satır. Belə ki, ilkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx xxxx 1984-cü ildə Ağdam rayonu, Ətyeməzli kəndində anadan olmuşdur, evlidir. 2008-ci ildən islam dininin Əhli-sünnə məzhəbi üzrə dini ibadətlərini yerinə yetirir. Özünü “hənbəli” məzhəbinə yaxın hiss edir. Təqsirləndirilən şəxslə təxminən 6-7 il Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən eyni məhəllədə yaşamışdır. Onların yaxşı münasibəti olmuşdur. Hər ikisi eyni məzhəb üzrə dini ibadətlə məşğul olur. Bəzən dini mövzular barədə müzakirələr edir, dini ibadətləri birlikdə yerinə yetirirdilər. Zahirin dini ləqəbi Abdulzahirdir. Zahir daha sonra başqa ünvana köçsə də onların dostluq münasibəti davam etmişdir. O, təxminən 7-8 il bundan əvvəl “Teleqram” tətbiqində “Daru-tevhid” adlı qrupa üzv olmuşdur. Zahir də həmin qrupda üzvlərdən biri idi. Qrupda dini mövzular barədə davamlı olaraq paylaşımlar olurdu. Həmin qrupun yaradıcısı türk vətəndaşıdır. Demək olar ki, üzvlərin əksəriyyəti türk vətəndaşlarıdır. Həmin üzvlərdən biri ilə ünsiyyəti yaxşı alınmış, dini mövzularda müzakirələr etmişdir. Zahirin də həmin şəxslə münasibəti yaxşı olmuşdur. Lakin həmin şəxsin adını bilmir. Ümumiyyətlə, həmin şəxsi görməmişdir. Onlar yalnız “Teleqram” tətbiqi üzərindən ünsiyyət saxlamışdırlar. Həmin şəxs onlara Türkiyədə toy məclisi olacağını bildirdikdən sonra Zahirlə o, həmin toyda iştirak etmək istədiyini bildirmişdir. O, Zahirlə 2024-cü ilin may ayında Türkiyəyə səfər etsə də, bilmədiyi səbəblərdən Türkiyə Respublikasına buraxılmamış və deport olunaraq Azərbaycana geri göndərilmişdir. Bundan əvvəl də toy məclisində iştirak etmək üçün Zahirlə 2023-cü ilin noyabr ayininin əvvəllərində də Türkiyəyə getmişdir. Həmin vaxt Türkiyədə olarkən Zahir bəzi kitablar alaraq özü ilə Bakıya gətirmişdir. Lakin həmin kitabların sayı, adları və onların məzmunu barədə məlumatı yoxdur. Zahir ümumiyyətlə, gətirdiyi kitabları bildiyi qədərilə yalnız özü istifadə edirdi. Bəzən dini mövzularla bağlı müzakirələr aparsalar da, bir- birilərinə kitab verməmiş, hər hansı kitabı oxumaqla bağlı bir-birilərinə məsləhət verməmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zahir onlarla yaşamır, ayrılıqda yaşayır. Zahirin kitablar aldığını bilməmişdir. Zahirlə ataoğul kimi münasibətləri yaxşıdır. Məhkəmə iclasında verilmiş suallara Şahid2 cavab olaraq bildirmişdir ki, o, dindar deyil. Zahirin qadağan olunmuş kitabları alması ilə bağlı heç bir məlumatı yoxdur. Zahirin namaz qıldığını, oruc tutduğunu bilir. Belə ki, ilkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, xx xxxxxx 1960-cı ildə Xaçmaz rayonu, Düz tahiroba kəndində anadan olmuşdur, evlidir. 3 övladı vardır. Təqsirləndirilən şəxs onun ikinci övladıdır. Zahir dini ibadətlə məşğul olmağa orta məktəbdə oxuyarkən başlamışdır. Əvvəl onlar eyni ünvanda birlikdə yaşamış, Zahir evləndikdən sonra Suraxanı rayonuna köçmüşdür. Zahirin 2 azyaşlı övladı vardır. Zahir hazırda dayısı Şahid3 yanında fəhlə işləyir. Zahir 2023-2024cü illərdə Türkiyə Respublikasına səfər etmişdir. Onun Türkiyə Respublikasına getməsini Azərbaycana qayıtdıqdan sonra bilmişdir. O, Zahirdən Türkiyəyə getməsinin səbəbini soruşduqda həm gəzmək, həm də bəzi əşyalar almaq üçün getdiyini bildirmişdir. Zahir Samir adlı dostu ilə Türkiyəyə səfər etmişdi. Zahirin evində çoxlu dini kitablar vardır. O, həmin kitabları yalnız özü oxuyurdu. Həyat yoldaşının kitab oxuduğunu görməmişdir. Təqsirləndirilən şəxs Türkiyə Respublikasında olarkən dini kitablar əldə etməsi və həmin dini kitabları Azərbaycana gətirməsi barədə məlumatının olması, müsbət halda həmin dini kitabların adları, məzmunu və gətirmə məqsədi barədə suala cavab verərkən Şahid2 bildirmişdir ki, Zahirin Türkiyədən Azərbaycana gətirdiyi əşyalar barədə məlumatı yoxdur. Zahir Azərbaycana qayıtdıqdan sonra onun Türkiyəyə getməsini bilmişdir. Lakin onun Türkiyədən aldıqları əşyalar barədə məlumatı yoxdur. Ümumiyyətlə, Zahirin dini kitabları yalnız özünün oxuduğunu bildirmiş, onun kiməsə kitab verməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zahir bacısı oğludur. Bu işlə və kitablarla bağlı məlumatı olmamışdır. Məhkəmə iclasında verilmiş suallara Şahid3 cavab olaraq bildirmişdir ki, ağır işlər olanda kömək etsin deyə Zahiri özü ilə aparır. Usta işləyir. Zahir onunla heç bir dini müzakirələr etməmişdir. Kitabların alınması ilə bağlı heç bir məlumatı olmamışdır. Belə ki, ilkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, xx xxxxx 1974-cü ildə Qusar rayonunda anadan olmuşdur və evlidir. Təqsirləndirilən şəxs onun bacısının oğludur. Zahir dini ibadətlə məşğul olmağa orta məktəbdə oxuyarkən başlamışdı. Zahir hazırda onun yanında fəhlə kimi işləyir. Onların işi əsasən dəmirdən darvaza və s. hazırlamaqdan ibarətdir. Zahir dini ibadətlə məşğul olduğu üçün öz dindar dostları ilə əlaqə saxlayaraq sifarişlərini ona verməsini xahiş etmişdi. Zahir əvvəl ata və anası ilə birlikdə yaşayırdı. Evləndikdən sonra Suraxanı rayonuna köçmüşdür. O, tez-tez Zahirin evinə gedirdi. Zahir 2023-2024-cü illərdə Türkiyə Respublikasına səfər etmişdir. Onun Türkiyəyə getməsini Azərbaycana qayıtdıqdan sonra bilmişdir. Ondan Türkiyəyə getməsinin səbəbini soruşduqda həm gəzmək, həm də bəzi əşyalar almaq üçün getdiyini bildirmişdir. Onun Türkiyəyə kiminlə getməsi barədə məlumatı yoxdur. O, bildirmişdir ki, Zahirin evində çoxlu dini kitablar vardır. Zahir həmin kitabları yalnız özü istifadə edirdi. Həyat yoldaşının həmin kitabları oxuduğunu görməmişdir. Təqsirləndirilən şəxs Türkiyə Respublikasında olarkən dini kitablar əldə etməsi və həmin dini kitabları Azərbaycana gətirməsi barədə məlumatının olması, müsbət halda həmin dini kitabların adları, məzmunu və gətirmə məqsədi barədə suala cavab verərkən Şahid3 bildirmişdir ki, Zahirin Türkiyədən Azərbaycana gətirdiyi əşyalar barədə məlumatı yoxdur. Zahir Azərbaycana qayıtdıqdan sonra onun Türkiyəyə getməsini bilmişdir. Zahir dini kitabları yalnız özünün istifadə etdiyini, onun kiməsə kitab verməsini görmədiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-linqvistik və dinşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 4/1750 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən məhkəmə linqvistikdinşünaslıq ekspertizası təyin edilməsi haqqında 29 oktyabr 2024-cü il tarixli Qərara əsasən dinşünaslıq ekspertizasına təqdim edilmiş, aşağıda adları qeyd olunmuş dini ədəbiyyat nümunələrində ekspert qarşısında qoyulmuş suallara əsasən, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə zidd olan məlumatlar aşkarlanmışdır: 1. Abdullah Yolcu. “Ehl-i Sünnet vel-cemaate göre İman”; 2. Müsned el- Kahtani. “Küçük ve gizli şirk”; 3. Şeyh Muhammed b. Abdulvehhab. “Tevhid risalesi”; 4. Muhammed b. Salih el-Üseymin. “Üç temel esas”. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqda Mübarizə İdarəsindən məhkəmə linqvistik-dinşünaslıq ekspertizası təyin edilməsi haqqında 29 oktyabr 2024-cü il tarixli Qərara əsasən dinşünaslıq ekspertizasına təqdim edilmiş dini ədəbiyyat nümunələrində ekspert qarşısında qoyulmuş suallara əsasən, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azerbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar əks olunmamışdır. Azerbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən məhkəmə linqvistik-dinşünslıq ekspertizası təyin edilməsi haqqında 29 oktyabr 2024-cü il tarixli Qərara esasen dinşünaslıq ekspertizasına teqdim edilmiş dini ədəbiyyat nümunələrində ekspert qarşısında qoyulmuş suallara esasen, kütləvi iğtişaşların təşkil edilmesine ve bele iğtişaşlarda iştirak etmeye, hemçinin açıq şekilde terrorçuluğa, hakimiyyet nümayendesinin qanuni teleblerine tabe olmamaqla elaqedar olan çağırışlar, eləcə de bele emellerin töredilmesine yetkinlik yaşına çatmayanları celb etmeye dair məlumatlar eks olunmamışdır. Azerbaycan Respublikası Daxili İşler Nazirliyi Bas Mütəşeəkkil Cinayətkarlıqla Mübarize İdaresinden mehkeme linqvistik-dinşünaslıq ekspertizasi teyin edilmesi haqqında 29 oktyabr 2024-cü il tarixli Qerara esasen dinşünaslıq ekspertizasına teqdim edilmiş edebiyyat nümunələri “Arabic Course” (ərəb dilinde dərslik) ve Rabia Əhmədovanın “Ərəb dili” (qrammatika) kitabı istisna olmaqla dini təyinatlıdır. Aşağıda adları qeyd olunmuş dini ədəbiyyat nümunələrinin istehsal ve idxal edilmesine, ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışının həyata keçirilməsinə X9 üzrə Dovlət Komitəsi tərəfindən müvafiq razılıq verilmişdir: 1. İmam Əbul- Huseyn Muslim ibn Həccac ibn Muslim əl-Quşeyri ən-Nisaburi. “Səhih Muslim və şərhi”; 2. Zeynuddin Əhməd ibn Əhməd ibn Abdul-Lətif əz-Zəbidi. "Səhih əl- Buxari"; 3. X14 Muhəmmeəd ibn İsa ibn Sovrə ət-Tirmizi. "Peyğəmbərin xislətləri";
4. İbn Kəsir əd-Diməşqi. "Peyğəmbərlərin həyatı" (İ cild); 5.İbn Kəsir əd-Diməşqi. "Möminlərin könül müjdəsi"; 6.X10 Yehya ibn Şərəf ən-Nəvəvi. "Qırx Hədis və şərhi"; 7.Elşən Şəkərov. "Quran oxumağa giriş"; 8. Bəxtiyar Turabov. "Quran və təcvid ehkamları"; 9.Kamal Hüseynov. "Əhli-sünnə vəl camaat sələfi salihin əqidəsi - İslam ve iman"; 10. "Kuran-ı Kerim və Meal-i icmali"; 11. Qurani-Kərim" (4 eded); 12. İbn Kudame el-Maksidi. "Delilleriyle Hanbeli fıkhı el-Muğni" (4 cild); 13. İbn Kayyım el-Cevziyye. "Tibbun Nebevi";
14. İbn Kayyim el-Cevziyye. “Bir günahın yetmiş zararı”; 15. İbn Kayyim el-Cevziyye. "Günahlardan nasıl korunarabilirim?"; 16. İbn Kudame el-Makdisi. "Umdetul fıkhi fil mezhebil hanbeli – Hanbeli fıkhına giriş”; 17. İmam Nevevi. "Riyazus-Salihin" (muhtasar);
18. İbnul Cevzi. "Şeytanın hileleri"; 19. İmam Gazali. "Dilimize nasıl sahip çıkabiliriz"; 20. Абдуррахман Рафат Аль-Баша. "Истории о сподвижниках пророка"; 21. İbn Kayyim-el Cevziyye. “Medaricus-salikin”; 22. Prof. Dr. Müfrih b. Süleyman el-Kusi. "Selefilik"; 23. İbn Kayyim el-Cevziyye. "Şeytanın tuzakları və kurtulma yolları”. Eyni zamanda bildirik ki, dinşünaslıq ekspertizasına teqdim olunmuş aşağıda qeyd olunmuş dini təyinatlı məlumat materialları qanunvericiliyin tələblərinə zidd olaraq ("Dini etiqad Azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsi), X9 üzrə Dovlet Komitesinin müvafiq razılığı olmadan istehsal idxal edilmişdir: 1.Abdullah Yolcu. "Ehl-i Sünnet vel-cemaate gore İman”; 2. Müsned el-Kahtani. “Küçük və gizli şirk”; 3.Şeyh Muhammed b. Abdulvehhab. “Tevhid risalesi”; 4.Muhammed b. Salih el-Üseymin. “Üç temel esas”. 5 Muhammed bin Abdulvahhab ve Necd Uleması. “Ed-Dürerüs-Seniyye fil- Ecvubetin-Necdiyye”; 6. İbni Teymiyyə. “Sırat-İ Müstakim”; 7.İbn Batta el-Ukberi. “el- İbanetus-suğra (Dinin ve Sünnetin Asılları)”; 8. Harb b. İsmail el-Kirmani. “Kitabus Sünne”;
9. Şeyh Abdurrahman b. Hasen. “Kitabut-Tevhid Fethul-Mecid Şerhi”; 10. X11 b. Abdillah. “selefin katında iman və mürcieye reddiye” (2 cild)”; 11. İbn Ebil-İzz el-Hanefi. “el-Akidetüt Tahaviyye ve şerhi”; 12. Şeyh Abdurrahman b. Hasen. “Kitabut-tevhid (Kurretu uyunilmuvahhidin) şerhi”; 13. X13 Hibetullah el-Lalakai. “Ehli-sünnet vel cemaatin itikadı”; 14. X6 b. Abdilvahhab et-Temimi. “Avam için temel akide”; 15. Ebu Abdullah inb Mende. “Kitabut- Tevhid”; İmam Ahmed b. Hanbel. “Zındıklara və Cehmiyyeye Reddiye”. Dinşünaslıq ekspertizasına təqdm edilmiş aşağıda adları göstərilən dini ədəbiyyat nümunələrinin idxalına, nəşrinə və yayılmasına müvafiq razılığın verilməsi ilə bağlı X9 üzrə Dövlət Komitəsinə rəsmi müraciət daxil olmamışdır: 1.Ebul –Ferec İbnul-Cevzi. “İslamda anne ve baba hakkı” (Birrul-valideyn); 2. İsmai Şehid dihlevi. “Tevhid risalesi”; 3. Macid b. Süleyman er-Rassi. “Dua ve tevhid”; 4. İbn Teymiyye. “Güzel ahlak”; 5. İbrahim b. X12, Salih b. Abdullah es-Suheymi, Ali b. Nasir Fakihi, Muhammed el-Humeyyis, salih el- Fevzan. “Pratik akaid dersleri”; 6. İbn-İ Kayyim el-Cevziyye. “Çocuk ahkamı”; 7. Muqbil ibn Hadi əl-Vadii. “Səhih Müsnəd”; 8. İbn Kayyim el-Cevziyye. “Kaza və Kader”; 9. Əlixan Musayev. “Qurani-Kərim və Azərbaycan dilində mənaca tərcüməsi”. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən məhkəmə linqvistik-dinşünaslıq ekspertizası təyin edilməsi haqqında 29 oktyabr 2024-cü il tarixli Qərara əsasən dinşünaslıq ekspertizasına təqdim edilmiş dini ədəbiyyat nümunələrində ekspert qarşısında qoyulmuş suallara əsasən, dini etiqadı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya mərasimlərdə iştirak etməyə məcbur edən, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinin (dini cərəyanın) yayılması və təbliği halları əks olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən məhkəmə linqvistik-dinşünaslıq ekspertizası təyin edilməsi haqqında 29 oktyabr 2024-cü il tarixli Qərara əsasən dinşünaslıq ekspertizasına təqdim edilmiş aşağıda adları qeyd olunmuş dini ədəbiyyat nümunələrində ekspert qarşısında qoyulmuş suallara əsasən, dini nifrət və düşmənçiliyin salınmasına və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərə yol verilmişdir: 1. Abdullah Yolcu. “Ehl-İ Sünnet vel-cemaate görə İman”; 2. Muhammed bin Abdulvahhab ve Necd uleması. “ed-Dürerüs-seniyye fil-ecvibetin- Necdiyye”; 3.Şeyh Muhammed b. Abdulvehhab. “Tevhid risalesi”; 4. İbni Teymiyye. “Sırat-ı Müstakim”; 5. İbn Batta el-Ukberi. “el-İbanetus-suğra (Dinin ve Sünnetin Asılları)”; 6. Harb b. İsmail el-Kirmani. “Kitabus-sünne”; 7.Şeyh Abdurrahman b. Hasen. “Kitabut-tevhid Fethul-mecid şerhi”; 8. X11 b. Abdillah. “Selefin katında iman və mürcieye reddiye”; 9. İbn Ebil-İzz el-Hanefi. “el-Akidetüt-tahaviyye ve şerhi”; 10. Şeyh Abdurrahman b. Hasen. “Kitabut-tevhid (Kurretu uyunil-muvahhidin) şerhi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən məhkəmə linqvistikdinşünaslıq ekspertizası təyin edilməsi haqqında 29 oktyabr 2024-cü il tarixli Qərara əsasən dinşünaslıq ekspertizasına təqdim edilmiş aşağıda adları qeyd olunmuş dini ədəbiyyat nümunələrində ekspert qarşısında qoyulmuş suallara əsasən, dini ekstremist məzmunlu fikirlər aşkarlanmışdır: 1. Abdullah Yolcu. “Ehl-İ Sünnet vel-cemaate görə İman”; 2. Muhammed bin Abdulvahhab ve Necd uleması. “ed-Dürerüs-seniyye filecvibetin-Necdiyye”; 3. Müsned el-Kahtani. “Küçük ve gizli şirk”; 4. Şeyh Muhammed b. Abdulvehhab. “Tevhid risalesi”. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən məhkəmə linqvistik-dinşünaslıq ekspertizası təyin edilməsi haqqında 29 oktyabr 2024-cü il tarixli Qərara əsasən dinşünaslıq ekspertizasına təqdim edilmiş, dini təyinatlı ədəbiyyat nümunələrindən adları aşağıda qeyd olunanlar ekspert qarşısında qoyulmuş suallara əsasən, ölkə nəşriyyatlarında çap olunmuşdur: 1. İmam Əbul-Huseyn Muslim ibn Həccac ibn Muslim əl- Quşeyri ən-Nisaburi. “Səhih Muslim və Şərhi”; 2. Zeynuddin Əhməd ibn Əhməd ibn Abdul- Lətif əz-Zəbidi. “Səhih əl-Buxari”; 3. X14 Muhammed ibn İsa ibn Sovrə ər-Tirmizi. “Peyğəmbərin xislətləri”; 4. İbn Kəsir əd-Diməşqi. “Peyğəmbərlərin həyatı” (İ cild); 5. İbn Kəsir əd-Diməşqi. “Möminlərin könül müjdəsi”; 6. X10 Yəhya ibn Şərəf ən-Nəvəvi. “Qırx hədis və şərhi”; 7. Elşən Şəkərov. “Quran oxumağa giriş”; 8. Bəxtiyar Turabov. “Quran və təcvid ehkamları”. Digər dini ədəbiyyat nümunələri dini ədəbiyyat nümunələri ekspert qarşısında qoyulmuş suallara əsasən, xaricdən idxal olunmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəyini də sübut növü kimi qəbul edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində statusuna xitam verilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin müstəntiq-stajçısı Tuncay Əliyevin 05 mart 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 142 saylı MKİS tərəfindən verilmiş 14 mart 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında qeydiyyatdadır. Yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs dindar, radikal vəhhabi, ətrafda dini ibadətlə məşğul olan, yaşadığı müddət ərzində qonşularla normal münasibət saxlamayan, qapalı həyat tərzi keçirən şəxs kimi tanınmışdır. Təqsirləndirilən şəxs bir müddət əvvəl Rəsimiyyə adlı qadınla ailə həyatı quraraq Suraxanı rayonu, Hövsan qəsəbəsinə köçmüşdür. İş materiallarında olan 142 saylı MKİS tərəfindən verilmiş 14 mart 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında atası, anası, qardaşı və bacısı ilə birlikdə qeydiyyatdadır. İş materiallarında olan Suraxanı rayonu Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 aprel 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, 18/İİ saylı evdə həyat yoldaşı və iki azyaşlı övladları ilə birlikdə yaşayırlar. İş materiallarında olan Suraxanı rayonu Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 aprel 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Hövsan qəsəbəsi ərazisində yaşayış yeri üzrə vəhhabi təriqətinə etiqad edən, radikal, dindar, qapalı həyat tərzi keçirən şəxs kimi xarakterizə olunur. İş materiallarında olan “Respublika Psixiatriya Xəstəxansı” publik hüquqi şəxsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 05 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə müalicədə olmayıb, 31 oktyabr 2024-cü il tarixdə ambulator məcburi narkoloji tibbi yoxlamadan keçmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən “Bakı şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsində (profilaktik-1 illik) narkoloji qeydiyyatındadır.Diaqnoz “Psixostimulyatorların zərərli istifadəsi”. İş materiallarında olan “toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində CM-nin 283-cü maddəsi ilə aparılan cinayət təqibi CPM-nin 39.1.2-ci maddəsinə əsasən, yəni əməlində cinayət tərkibi olmadığından rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPMin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət törətməsini, himayəsində iki nəfər yetkinlik yaşlarına çatmamış uşaqlarının olmasını və ailəni yeganə dolandıran şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 167-3.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 167-3.1-ci maddəsi ilə təqsirli bilinərək 9000 (doqquz min) manat miqdarında cərimə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarix üzrə tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alınmalı və təyin edilmiş cəza yüngülləşdirilərək, ona qəti olaraq 8700 (səkkiz min yeddi yüz) manat miqdarında cərimə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış dini ekstremist məzmunlu kitablar, yəni “Abdullah Yolcu. Ehl-i Sünnet vel-cemaate göre İman, “Müsned el-Kahtani. Küçük ve gizli şirk”, “X2. Tevhid risalesi”, “Muhammed bin Abdulvahhab ve Need uleması. Ed-Dürerüs-seniyye fil- ecvibetin-Necdiyye” adlı kitablar hökm qanuni qüvvəyə mindikdən sonar müsadirə edilməklə X9 üzrə Dövlət Komitəsinə təhvil verilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq təqsirləndirilən Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 06 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 167-3.1-ci maddəsi ilə təqsirli bilinərək 9000 (doqquz min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarix üzrə tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alınsın və təyin edilmiş cəza yüngülləşdirilərək, ona qəti olaraq 8700 (səkkiz min yeddi yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış dini ekstremist məzmunlu kitablar, yəni “Abdullah Yolcu. Ehl-i Sünnet vel-cemaate göre İman, “Müsned el-Kahtani. Küçük ve gizli şirk”, “X2. Tevhid risalesi”, “Muhammed bin Abdulvahhab ve Need uleması. Ed-Dürerüs-seniyye filecvibetin-Necdiyye” adlı kitablar hökm qanuni qüvvəyə mindikdən sonar müsadirə edilməklə X9 üzrə Dövlət Komitəsinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 6 (altı) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 66 (altmış altı) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.
Hakim Namiq Kərimov