Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-39/2020 17.03.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 oğlunun katibliyi ilə, prokuror, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X3 iştirakı ilə, saat 12:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1993-cü ildə Bərdə rayonu, Mollaəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonunun Mollaəhmədli kəndində qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, digər şəxslə birlikdə bir qrup şəxs halında xx xxxxx 2019-cu il tarixdə, saat 02 radələrində ictimai yer hesab edilən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 4 nömrəli binanın qarşısında, həmin binada yaşayan Zərərçəkmiş şəxs Şahid2 ilə avtomobilin park edilməsi ilə bağlı aralarında olan söhbətə müdaxilə etdiyi zaman Zərərçəkmiş şəxs ona kobud cavab verməsini bəhanə edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə söyüb təhqir etmiş, əli və ayağı ilə onu qəsdən vuraraq, sonuncuya sol göz ətrafının hematoması və gözün ağlı qişasına qansızma ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, həmçinin sol almacıq nahiyəsinin şişkinliyi, sağ dirsəyin arxa səthinin sıyrığı, hər iki dizin ön səthinin, sağ əlin 2-ci, 3-cü və 4-cü barmaqlarının, sol əlin 1-ci barmağının sıyrıqları ilə müşayiət olunan, dərəcəsi təyin edilməyən sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə, habelə zərərçəkmiş Zərərçəkmiş şəxs, ona məxsus “Samsung Galaxy” markalı, “J2” modelli mobil telefonun ekranının sınması nəticəsində 35 manat dəyərində maddi ziyan vurmaqla, xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Bərdə rayonunun Mollaəhmədli kəndində qeydiyyatda olsa da, son 7 il ərzində ünvan 1 ünvanında yaşamışdır. Həmin binada yaşayan Zərərçəkmiş şəxs bir qonşu kimi tanımış, əvvəllər onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamış, hər dəfə rastlaşdığı zaman sounucu ilə salamlaşmışdır. xx xxxxx 2019-cu il tarixdə, saat 02 radələrində, yaşadığı binanın həyətində avtomobillərin park edilməsi ilə məşğul olan Şahid2 binanın 5-ci blokunda özü üçün düzəltdiyi otaqda domino oynadıqları zaman Elçin taksi fəaliyyəti göstərdiyi avtomobillə binanın qarşısına gəlmiş, Sahib isə avtomobili park etməkdə köməklik etmək üçün Elçinin yanına getmişdir. Sahib getdikdən bir qədər sonra çölə çıxdıqda Elçinin sərxoş olduğunu, Sahiblə artıq-əksik danışaraq onunla məzələndiyini görmuş, lakin buna məhəl qoymadan dincəlmə otağına qayıtmış, bir müddət sonra Sahib də geri qayıtmışdır. Sonradan isə Elçin dincəlmə otağına gəlib ondan kim olduğunu soruşmuş, Elçinə “məni tanımırsan?” deyə cavab vermiş, lakin sonuncu içkili olduğundan guya tanımadığını deyib onu Sahibdən soruşmuşdur. Sahib isə “Elşən mənim bacım oğludur” deyə cavab vermişdir. Bu zaman heç bir səbəb olmadan Elçin onun ünvanına təhqiramiz ifadələr işlətmişdir. Buna görə də gödəkçəsindən tutub Elçini küçəyə çıxartmış və ondan danışığına fikir verməsini tələb etmişdir. Lakin Elçin onun sözlərinə məhəl qoymayaraq ünvanına təhqiramiz ifadələr işlətməkdə davam etdiyinə görə iki dəfə əli ilə Elçini vurmuşdur. Zərbənin təsirindən Elçin yerə yıxılmış və sifəti orada park edilmiş “Toyota” markalı avtomobilin buferinə dəymişdir. Elçin ayağa qalxdıqdan sonra da söyüş söyməyə davam etdiyinə görə əli ilə yenə də Elçinin sifətindən vurmuş, bu dəfə sonuncu Sahibin dincəlmə otağının qapısına dəymiş və qapının şüşəsi sınaraq içəri düşmüşdür. Bütün bunlara baxmayaraq Elçin sakitləşməyərək onu söyməyə davam etdiyinə görə məcbur qalıb yenə də onun sifətindən əli ilə vurmuşdur. Səsə binanın sakinləri eyvana çıxmışlar, həmin vaxt blokdan çıxan Elnur adlı qonşu isə onları ayırıb çıxıb getmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, hadisənin baş verdiyi vaxt Sahib Elçinə qarşı hər hansı bir fiziki zor tətbiq etməmişdir. Elçinlə əlbəyaxa olduğu zaman yeyib-içməkdən gələn sərxoş olan digər qonşuları Şahid3, Ceyhun və Elyar da yaxınlaşıb onları ayırmışlar. Bundan sonra o, çəkilib bir qədər kənarda dayanmış, həmin vaxt Elçin sərxoş halda olan Elyara nəsə dedikdən sonra sonuncu Elçinə “yaxşı kişi özünü bu hala saldırmaz” deyib sifətindən 2 sillə vurmuşdur. Bu zaman Şahid3 və X10 bir-birindən ayırmışlar, sonuncu isə söyüş söyməkdə davam etmişdir. Sonradan isə ətrafda olan şxslərin təkidi ilə o, hadisə yerindən uzaqlaşaraq getmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirdi və zərərçəkmiş şəxslə razılıq əldə etməsini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədə xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxx 2019-cu il tarixdə, saat 02 radələrində taksi fəaliyyəti ilə məşğul olduğu “BMW 530” markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı binanın qarşısına gəlib avtomobilini həmişə saxladığı yerdə saxladıqdan sonra binanın qarşısında avtomobillərin park edilməsi ilə məşğul olan Sahibə yaxınlaşıb, ondan 3-4 gün bundan öncə tanımadığı şəxslərin avtomobillərini onun yerində saxlamalarının səbəbini soruşmuşdur. Belə ki, Sahib pul müqabilində qonşu binaların sakinlərinin avtomobillərini onun yerində park etdirdiyndən o, məcburiyyət qarşısında qalıb avtomobilini digər qonşuların yerində saxlayır və bu isə həmin şəxlsərin haqlı narazılığına səbəb olur. Buna görə də Sahibdən dəfələrlə onun yerində başqa avtomobiləri park etdirməməyi xahiş etmiş, hətta avtomobilini öz yerində saxlamadığı günlərə görə də Sahibə pul ödəmişdir. Sahibin oturduğu dincəlmə otağına yaxınlaşdıqda onunla bir binada yaşayan Elşən adlı şəxsin Sahiblə pivə içib domino oynadığını görmüşdür. Çölə çıxıb ona yaxınlaşdıqdan sonra Sahibə, onun yerində qonşu bina sakinlərinin avtomobillərini park etdirdiynə görə öz iradını bildirmiş, eyni zamanda gələcəkdə belə hərəkətlərə yol verməməyi tövsiyyə etmişdir. Sahiblə normal tərzdə söhbət etdikləri zaman Elşən içəridən ona “sən dayımla nə tərzdə söhbət edirsən ə, səsinin tonunu bir az al” deyərək əsassız olaraq onların söhbətinə müdaxilə etmişdir. Buna görə də o, kobud formada təhqiramiz ifadələrlə Elşənə ona aid olmayan söhbətə qarışmamağı məsləhət görmüşdür. Sahib isə öz növbəsində Elşənin içkili olduğunu, onunla işinin olmamasını deyib onu sakitləşdirmişdir. Sahiblə söhbətlərinə davam edərkən, Elşən arxadan ona yaxınlaşaraq, qəfildən yumruqla onun sol gicgahından vurmuşdur. Zərbənin təsirindən səndələyib arxa-arxaya getmiş, Sahibin oturduğu dincəlmə otağının qapısına dəymiş və qapının şüşəsi sınaraq onun üstünə tökülmüşdür. Elşən təkrarən onun üstünə hücum etmiş və onlar əlbəyaxa olub yerə yıxılmışlar. Həmin vaxt Sahib də yumruq zərbələri ilə onun boynunun arxasından vurmuşdur. Sahibin onu vurmasını bilavasitə görməsə də, boynun arxasından onu Elşənin vurmadığını dəqiq bilir. Çünki, həmin vaxt Elşənlə üzbə-üz olmuş, orada üçündən başqa heç kim olmamış, lakin boynunun arxasından ona zərbələr endirilmişdir. Qonşusu Elnur onu Elşənlə Sahibin əlindən aldıqdan sonra o, yaşadığı bloka tərəf gedərkən digər qonşuları Şahid1la Şahid3 gəldiklərini görmüşdür. Sərxoş halda olan Elyar iti adımlarla onun üstünə gəlib heç bir səbəb olmadan iki dəfə yumruqla onun sifətindən vurmuşdur. Özünü müdafiə etmək üçün Elyarı bir dəfə vurub ondan “sən qudurmusan? Məni niyə vurusan?” deyə soruşmuş, bu zaman Şahid3 onlara yaxınlaşıb Elyarı ondan aralamışdır. Sakitləşdikdən sonra Elyar boynunu qucaqlayıb onu tanımadığını deyib ondan üzr istəmişdir. Həmin vaxt Şahid3 ona qarşı heç bir fiziki zor tətbiq etməmişdir, əksinə onları sakitləşdirmişdir. Elşənlə əlbəyaxa olarkən cibində olan “Samsung” markalı telefonunun ekranı sınmış, onu 35 manata təmir etdirmiş və hazırda həmin telefonu işlək vəziyyətdədir. Elyarla əlbəyaxa olarkən isə cibində olan 300 manat dəyərində “Redmi” markalı telefonu yerə düşüb sınaraq yararsız hala düşmüşdür. Evə getdikdə anası Sevil onun halını görüb ondan nə baş verdiyini soruşmuş, anasına baş vermiş hadisəni danışdıqdan sonra sonuncu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Səhəri gün isə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə dəvət olunmuş və orada baş vermiş hadisə ilə əlaqədar izahatı alınmışdır. Zərərçəkmiş şəxs həmçinin bildirdi ki, aldığı xəsarətlərlə əlaqədar olaraq bir ay işə çıxa bilməmiş və təxminən 1.000 manat məbləğində gəlirdən məhrum olmuşdur. Həmin müddət ərzində isə Sahib, Elşən və Elyar ona heç bir maddi və mənəvi dəstək olmamışlar. Aldığı xəsrətlərdən sol göz ətrafının hematoması və bu gözün ağlı qişasına qansızıma, sol almacıq nahiyəsinin şişkinliyi, sağ dirsəyin arxa səthinin sıyrığı, hər iki dizin ön səthinin, sağ əlin 2-ci, 3-cü və 4-cü barmaqlarının sol əlin 1-ci barmağının sıyrıqları xəsarətlərini ona Təqsirləndirilən şəxs, digər xəsarətləri isə Şahid1 yetirmişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə razılıq əldə etdiyini, buna görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, qonşu binada yaşayan Zərərçəkmiş şəxs ilə aralarında əvvəllər heç bir ədavət və düşmənçilik olmamışdır. xx xxxxx 2019-cu il tarixdə, saat 03 radələrində Elçinin yaşadığı blokun qarşısında dayanıb, parkovka edilən avtomobillərə nəzarət etdiyi vaxt Elçin ona yaxınlaşıb salamlaşmış, sonuncunun hərəkətlərindən onun içkili olduğunu hiss etmişdir. Həmin vaxt qonşu binada kirayədə qalan Elşən onun yanında olmuş, belə ki, Elşən domino oynamaq üçün hərdən bir onun yanına gəlir. Elçin onunla görüşdükdən sonra Elşəni göstərib “bu kimdi?” deyə soruşmuşdur. X11 tanıyır, lakin Elçin içkili olduğu üçün onlara sataşmışdır. Elşənlə heç bir qohumluğu olmasa da, Elçinə Elşənin onun bacı oğlu olduğunu demişdir. Bu zaman Elçin təhqiramiz ifadələr işlətdiyi üçün ona danışığına fikir verməsini deməklə iradını bildirmişdir. Həmin vaxtı həyətə maşın gəldiyindən onu parkovka etmək üçün otaqdan çıxmış, geri qayıtdıqda isə Elçinlə Elşənin blokun qarşısında əlbəyaxa olub dalaşdıqlarını görüb onları bir-birlərindən ayırmışdır. Lakin Elçin nalayiq söyüşlər söydüyü üçün Elşən yenidən onunla əlbəyaxa olmuş, yenə də sonuncuları ayırmağa cəhd etmiş, Elçin isə Elşəni söyüb təhqir etməkdə davam etmişdir. Hadisə 5-ci blokun qarşısından başlayıb 8-ci blokun qarşısına kimi davam etmişdir. Hadisə vaxtı Elçin, onun binanın zibil üçün nəzərdə tutulmuş yerində düzəltdiyi otağın qapısına dəyərək qapının şüşəsini sındırmışdır. Lakin bununla bağlı ona heç bir maddi ziyan dəyməmiş, heç kimə qarşı şikayət və tələbi yoxdur. Sonradan qonşuları Ceyhun, Şahid3 və Elyar onlara yaxınlaşmışlar, Elçin isə söyüş söyməkdə davam etdiyi üçün Elşən həmin şəxslərin yanında da Elçinlə əlbəyaxa olmuşdur. Elyarla Şahid3 Elçinlə Elşəni ayırdıqdan sonra o, xəstə olduğu üçün evinə getmiş və sonradan nə baş verdiyindən xəbəri olmamışdır. Hadisə vaxtı səsə binanın sakinləri narahat olub eyvana çıxmışlar. Səhəri gün isə Elyarın hadisə vaxtı yumruqla Elçini vurduğunu eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Vilayət oğlu göstərdi ki, avtomobilini yaşadığı binanın qarşısındakı binanın həyətində saxlayır, Təqsirləndirilən şəxs də həmin binanın sakini kimi tanıyır. xx xxxxx 2019-cu il tarixdə, saat 01-02 radələrində Zərərçəkmiş şəxs yaşadığı binanın 1-ci blokun qarşısında saxladığı avtomobilinə minməyə gedərkən Elçinin, üzdən tanıdığı Elşən adlı şəxlə mübahisə etdiyini, sonra da əlbəyaxa olub dalaşdıqlarını görmüş, sonuncuları sakitləşdirmək üçün onlara yaxınlaşmış, həmin vaxtı avtomobillərin parkovkası ilə məşğul olan Sahib adlı şəxs də yaxınlaşıb Elşənlə Elçini sakitləşdirmək istəmişdir. Sahib gəldikdən sonra o, tələsdiyi üçün çıxıb getmişdir. Sonradan isə nə baş verdiyindən xəbəri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Elçin onun qonşusudur, onunla aralarında əvvəllər heç bir ədavət olmamışdır. xx xxxxx 2019-cu il tarixdə, saat 01 radələrində qonşuları Şahid6 və Şahid3la birlikdə çayxanadan çıxıb evlərinə gələrkən məhəllədə möhkəm söyüşlə müşayiət olunan səs gəldiyini eşitmişlər, hadisə yerinə yaxınlaşdıqda isə Elçinin məhəllədə avtomobillərin parkovkası ilə məşğul olan Sahib adlı və sonuncunun yanında olan, qonşuluqda kirayədə qalan Elşən adlı şəxslərin söyüşlə ucadan mübahisə etdikərini, Elçinin sifət nahiyəsindən xəsarət aldığını, yəni döyüldüyünü görmüşlər. Hadisə bina sakinlərinin narahatçılığına səbəb olmuş, sonuncular pəncərələrdən, eyvanlardan hadisəni seyr etmişlər. O, həm Elşənə, həm də Şahid2 öz iradını bildirmiş, buna görə hətta onlarla mübahisə də etmişdir. Sahibin oğlu da yanında olmuş və sonuncu atasına irad bildirməyinə görə onun üstünə gəlmişdir. O, isə münaqişədən çəkinmək üçün geri çəkilmiş, qonşuları Şahid3la Şahid6 araya girərəq münaqişənin böyüməsinə imkan verməmişlər. Habelə həmin vaxt açıq-aşkar sərxoş vəziyyətdə olan Elçinə “söyüş söymə, qonum-qonşudan ayıbdır, hamı baxır, arvad-uşaq var” deyib onada iradını bildirmişdir. Elçin isə uca səslə Şahid2la Təqsirləndirilən şəxs ünvanına nalayiq, deyiləsi mümkün olmayan söyüşlər söydüyündən məcbur qalıb əli ilə Elçinin ağzını yummuşdur. Bu zaman Elçin sillə ilə onun sifətindən bir dəfə vurmuş, qonşusu Şahid3 isə Elçini ondan ayırmışdır. Bundan sonra Elçin içkili vəziyyətdə avtomobilinə oturub getmək istəmiş, lakin Şahid3, Elçinə içkili vəziyyətdə avtomobilinə minməsinə imkan verməmiş və sonuncunu evlərinə aparmışdır. Bundan sonra onlar də oradan çıxıb evlərinə getmişlər. Bu hadisədən 2-3 gün sonra isə Elçinin ondan şikayət etdiyini eşidib onun evinə getmiş və sonuncudan şikayət etməsinin səbəbini soruşmuşdur. Elçin isə guya onu vurmasını, həmin vaxt 400 manat qiymətində telefonunun yerə düşüb sındığını, habelə taksi sürə bilmədiyinə görə çörək almağa pulunun belə olmadığını demişdir. Elçinə 100 manat verib, onu döymədiyini, telefonunu sındırmadığını, bununla belə şikayət etməyəcəyi təqdirdə ona 300 manat da verəcəyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Elçin onun qonşusudur, onunla əvvəllər aralarında heç bir ədavət olmamışdır. xx xxxxx 2019-cu il tarixdə, saat 01 radələrində qonşuları Elyar və Ceyhunla çayxanadan qayıdarkən məhəllədə möhkəm söyüşlə müşayiət olunan səs gəldiyini eşitmişlər, hadisə yerinə yaxınlaşdıqda isə Elçinin məhəllədə avtomobillərin parkovkası ilə məşğul olan Sahib adlı və sonuncunun yanında olan, qonşuluqda kirayədə qalan Elşən adlı şəxslərin söyüşlə ucadan mübahisə etdikərini, Elçinin sifət nahiyəsindən xəsarət aldığını, yəni döyüldüyünü görmüşlər. Hadisə bina sakinlərinin narahatçılığına səbəb olmuş, sonuncular pəncərələrdən, eyvanlardan hadisəni seyr etmişlər. Elçinlə Elşənin, onlar gələnə kimi dalaşdıqaları, sonra da mübahisələrinə davam etdikləri məlum olmuşdur. Elçin həmin vaxt sərxoş halda Elşəni nalayiq söyüşlərlə söymüşdür. Söyüş söydüklərinə görə Elyar həm Elşənə, həm də Sahib İbrahimova öz iradını irad bildirmişdir. Elçin söyüş söyməyə davam etdiyindən onu sakitləşdirmək üçün Elyar məcbur qalıb əli ilə onun ağzını tutmuşdur. Bu zaman Elyara əlqol atmış, buna baxmayaraq Elçini sakitləşdirmişlər. Sonradan isə Elçin avtomobilinə oturub getmək istədikdə o, avtomobilin açarını Elçindən alıb alıb onu bloka salmaqla sonuncunun içkili vəiyyətdə avtomobili idarə etməsinə mane olmuşdur. Blokda Elçin markasını xatırlamadığı mobil telefonunu ona göstərib hadisə zamanı sındığını bildirmişdir. Elçini sakitləşdirmək üçün telefonu ondan götürmuş, düzəltdirib özünə qaytaracaqlarını demişdir. Bundan sonra Elçin evinə qalxmışdır. Səhəri günü Elçin anası ilə birlikdə onlara gəlib telefonunu ondan götürmüş və baş vermiş hadisə ilə əlaqədar hüquq mühafiə orqanlarına şikayət edəcəklərini bildirmişdir. Hadisə vaxtı Şahid1 Elçindən söyüş söməməyini tələb etsə də sonuncuya qarşı heç bir fiziki zor tətbiq etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, Şahid1 Səyyad oğlu, Şahid3, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşayırlar. xx xxxxx 2019-cu il tarixdə, təxminən gecə saat 02 radələrində o, işdən evə gələn zaman Elyarla Sahibin yaşadığı binanın 6-cı girişində dayandığını görmüş, sonuncularla salamlaşıb söhbət etmişlər. Bu zaman binanın digər küncündə, yəni 8-ci giriş tərəfdə səs-küy gəldiyini və nalayiq söyüşlər ifadə olunduğunu eşidib, Sahib və Elyar ondan qabaqda olmaqla hər üçü həmin səs-küy gələn tərəfə getmişlər. Həmin yerə çatan zaman qonşuları Elşənlə Elçinin bir-birlərini nalayiq söyüşlərlə təhqir etdiklərini, Elçinin sifətinin qan içində olduğunu görmüşlər. Həmin vaxt Şahid3 Elçini qucaqlayaraq mübahisə yerindən uzaqlaşdırmış, o isə öz növbəsində həmin şəxslərin hər birinə öz iradını bildirib asayişi pozmamağa dəvət etmiş, sonuncular da onun sözlərinə əməl edib çıxıb getmişlər. Sonradan ona məlum olmuşdur ki, həmin vaxt Elşənlə Elçin arasında dava-dalaş baş vermiş, həmin dava-dalaş zamanı Elşən Elçini döyərək ona bədən xəsarəti yetirmiş, hadisənin baş verdiyi vaxt orada avtomobillərin parkovkası ilə məşğul olan Şahid2 olmuşdur. Elçini konkret olaraq kimin vurduğunu görməmiş, o, hadisə yerinə çatdıqda Elçinin sifəti artıq qan içində olmuşdur. Şahid X1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun qapı qonşusudur, onunla aralarında əvvəllər heç bir ədavət olmamışdır. xx xxxxx 2019-cu il tarixdə, saat 01 radələrində evdə olduğu zaman həyətdən söyüşlə müşayiət olunan səs-küy gəldiyini eşidib eyvana çıxmış və qonşusu Elçinin həyətdə Elşən adlı şəxslə söyüşlə mübahisə etdiyini, avtomobillərin parkovkası ilə məşğul olan Şahid2, qonşu Şahid3 və başqa tanımadığı şəxslər də orada olduğunu, qonşusu Elyarın isə Elçinlə Elşəni sakitləşdirmək istədiyini görmüşdür. Qonşusu Şahid3 Elçini bloka saldıqdan sonra o, da evə getmişdir. Səhəri günü Elçini gördükdə onun sifətinin şişib göyərdiyini görmüş, qonşulardan isə Elçini Elşən adlı şəxsin döydüyünü eşitmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 08/267 saylı əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərdən – sol göz ətrafının hematoması və gözün ağlı qişasına qansızma, sol almacıq nahiyəsinin şişkinliyi, sağ göz ətrafının şişkinliyi qançırı və bu gözün ağlı qişasına qansızma, sağ dirsəyin arxa səthinin sıyrığı, hər iki dizin ön səthinin, sağ əlin 2-ci, 3-cü, 4cü barmaqlarının, sol əlin 1-ci barmağının sıyrıqları küt əşyanın (əşyaların), sol əlin 4-cü barmağının kəsilmiş səthi yarası iti kənara malik ələtin təsirindən törənmişlər, xx xxxxx 2019-cu il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə sol göz ətrafının hematoması və gözün ağlı qişasına qansızma, sağ göz ətrafının şişkinliyi qançırı və bu gözün ağlı qişasına qansızma həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, digər xəsrətlər isə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan təqdim olunmuş mobil telefonların götürülməsi və baxış keçirilməsi barədə xx xxxxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 1 ədəd qara rəngli “Xiaomi Redmi” markalı, “Note 4” modelli və 1 ədəd ağ rəngli “Samsung Galaxy” markalı, “J2” modelli mobil telefonlara hal şahidlərinin iştirakı ilə Bakı şəhəri Suraxanı rayon X7 Şöbəsinin müstəntiqi X2 tərəfindən baxış keçirilmişdir. Baxış zamanı “Xiaomi Redmi” markalı, “Note 4” modelli mobil telefonun ekranının bötüvlükdə sındığı, telefonun korpsusunun üzərində çoxsaylı zədələrin olduğu, korpusun ortadan əyildiyi, telefonun yarasız hala düşdüyü, “Samsung Galaxy” markalı, “J2” modelli mobil telefonun isə saz və işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə-dindirmə istintaq hərəkətləri aparılmış üzləşdirmə-dindirmə zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə deyərək, ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan baxış keçirilməsi və ifadənin yerində yoxlanması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 4 nömrəli binanın qarşısını göstərərək bildirmişdir ki, xx xxxxx 2019-cu il tarixdə, saat 02 radələrində yaşadığı binanın qarşısında avtomobillərin park edilməsi ilə məşğul olan Sahiblə söhbət etdiyi zaman, onların söhbətinə müdaxilə edən Təqsirləndirilən şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncu onu döymüş, həmin vaxt o, Sahibin dincəlmə otağı kimi istfadə etdiyi otağın qapısına dəymiş, qapının şüşəsi qırılaraq üstünə tökülmüş və əynindəki gödəkçəsi cırılmışdır. Sonradan Elnur adlı qonşu yaxınlaşıb onları aralamış, bundan sonra o, hadisə yerindən uzaqlaşıb getmək istəyərkən digər qonşusu Elyar heç bir səbəb olmadan yumruqla onun sifətindən vurmuşdur. Həmin vaxt 380 manata aldığı “Xiaomi Redmi” markalı, “Note 4” modelli mobil telefonu yerə düşüb sınmışdır. Hadisənin baş verdiyi vaxt səsə qonşuları çıxmış, hadisə təxminən 20-25 dəqiqə davam etmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 Azərbaycan Respublikası CMnin 221.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, təqsirləndirilən şəxs Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ayrıca icraatda ********* nömrəli cinayət işi ayrılmışdır. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 221.2.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cinayət işinin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında hər hansı şəxsi münasibətlər olmamış, Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud pozmuş və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlər etmiş, yəni hadisə yerinə toplaşmış şəxslərin yanında, Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə söyüb təhqir etmiş, əli və ayağı ilə onu qəsdən vuraraq, sonuncuya sol göz ətrafının hematoması və gözün ağlı qişasına qansızma ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, həmçinin sol almacıq nahiyəsinin şişkinliyi, sağ dirsəyin arxa səthinin sıyrığı, hər iki dizin ön səthinin, sağ əlin 2ci, 3-cü və 4-cü barmaqlarının, sol əlin 1-ci barmağının sıyrıqları ilə müşayiət olunan, dərəcəsi təyin edilməyən sağlamlığa zərərvurmayan xəsarətlər yetirmiş, habelə zərərçəkmiş Zərərçəkmiş şəxs, ona məxsus “Samsung Galaxy” markalı, “J2” modelli mobil telefonun ekranının sınması nəticəsində 35 manat dəyərində maddi ziyan vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özünü ətrafdakılara qarşı qoymuş, hadisə yerinə toplaşmış şəxslərə münasibətdə laqeydliyini ifadə etməklə, cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərmiş, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunan şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsə vurulmuş zərəri aradan qaldıraraq, onunla razılıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona islah işləri növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində islah işləri növündə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti islah işləri növündə cəzanın müddətinə bir günə üç gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli tutma protokolundan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, şəxsin müvəqqəti tutulmaqdan azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx xxxxxxx 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham elan edildikdən sonra, elə həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Bakı şəhəri Suraxanı rayon X6 Saxlama Yerindən azad edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək tutulduğu 02 gün müddət təqsirləndirilən şəxsə təyin edilən islah işləri cəzasına bir günə üç gün hesabı ilə hesablanaraq, ona təyin edilən islah işləri cəzasından 06 gün çıxılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd qara rəngli “Xiaomi Redmi” markalı, “Note 4” modelli və 1 ədəd ağ rəngli “Samsung Galaxy” markalı, “J2” modelli mobil telefonların ibtidai araşdırma zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla, 02 (iki) il müddətinə islah işləri növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək tutulduğu 02 (iki) gün müddət islah işləri növündə cəzanın müddətinə bir günə üç gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən islah işləri cəzasından 06 (altı) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla, 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri cəzası müəyyən edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək, qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd qara rəngli “Xiaomi Redmi” markalı, “Note 4” modelli və 1 ədəd ağ rəngli “Samsung Galaxy” markalı, “J2” modelli mobil telefonların ibtidai araşdırma zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 07 (yeddi) saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri, 9 saylı vəkil bürosunun vəkili X4 Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri, 9 saylı vəkil bürosu vasitəsi ilə cəmi 42 (qırx iki) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-39/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-39/2020
17.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver