Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-39/2023 03.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs2, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşamış, xx.xx.2022-ci il tarixdə barəsində Suraxanı rayon Məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilmiş , Təqsirləndirilən şəxs1, xx.xx.1994-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Əliabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4 ünvanda yaşamış, xx.xx.2022-ci il tarixdə barəsində Suraxanı rayon Məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan müddətdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,259 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla daşımış, 27 iyun 2021-ci il tarixdə saat 11:20 radələrində Bakı şəhəri, Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "D” yaşayış sahəsi 17 nömrəli binanın yaxınlığında saxlanılaraq, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “Q" yaşayış sahəsi 25 ünvanda yerləşən Suraxanı RPİ-nin 33-cü PB-nə gətirilib xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,259 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 24 dekabr 2021-ci il tarixdə gecə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi 16 saylı binanın qarşısında dayanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 məxsus “VAZ-2121” markalı **-NH-*** qeydiyyat nişanlı avtomobilin qapısını əvvəlcədən özü ilə götürdüyü vintaçarla açıb avvtomobilin salonundan sonuncuya məxsus istifadədə olmuş bir ədəd “X17” markalı maqnitolanı gizli olaraq talamış və Zərərçəkmiş şəxs1 270 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən 30 dekabr 2021-ci il tarixdə saat 23:30 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib əvvəlcədən aralarında olan razılığa əsasən o, gəlib-gedən şəxsləri müşahidə edib Təqsirləndirilən şəxs2 məlumat verməsi üçün küçədə puskuda dayanmış, sonuncu isə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 279 saylı tam orta məktəbin həyətinə əvvəlcədən daş hasardan keçib məktəbin həyətindəki inzibati binanın plastik pəncərəsindən direktor otağına qanunsuz daxil olaraq, otaqdan Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin əmri ilə 279 saylı məktəbin invertanna verilmiş hər biri 715 manat dəyərində iki ədəd istifadədə olmuş “Hikvision" markalı monitorları və 663 manat dəyərində bir ədəd “HP” markalı noutbuku gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 2093 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən 02 yanvar 2022-ci il tarixdə saat 23:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs7 məxsus sonuncunun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Nizami küçəsində ünvansız fərdi yaşayış evinin qarşısında dayanıqlı vəziyyətdə olan “Mercedes Ateka” markalı **-KP-*** qeydiyyat nişanlı avtomobilin hər biri 145 manat dəyərində olan, istifadədə olmuş “Acdelco” markalı, 70 amperlik akkumlyatorlan gizli olaraq talamış və Zərərçəkmiş şəxs7 ümumilikdə 290 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən 04 yanvar 2022-ci il tarixdə gecə saat 01:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsində Zərərçəkmiş şəxs3 məxsus sonuncunun yaşadığı binanın qarşısında dayanıqlı vəziyyətdə olan “Mercedes Benz 230” markalı 99-DY- 969 qeydiyyat nişanlı avtomobilin qapısını əvvəlcədən özü ilə götürdüyü vintaçarla açıb avtomobildən bir ədəd 200 manat dəyərində “Pioner” markalı maqnitolanı, bir ədəd 80 manat dəyərində qulaqcığı, bir ədəd 70 manat dəyərində ətiri və bir ədəd 50 manat dəyərində gödəkcəni gizli olaraq talamış və Zərərçəkmiş şəxs3 ümumilikdə 400 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan müddətdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 2,661 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla daşımış, 05 yanvar 2022-ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 119 saylı binanın qarşısında saxlanılaraq, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi 25 ünvanda yerləşən Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasına gətirilərək, xidməti otaqda üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,327 qram və 1,334 qram, ümumi təmiz çəkisi isə 2,661 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 19 dekabr 2021-ci il tarixdə gecə saat 01:45 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsində yerləşən Zərərçəkmiş şəxs6 məxsus aptekin çöl tərəfinə quraşdırılmış “Mitsubishi” markalı kondinsionerin mis materialdan olan borularım və elektrik naqillərini əvvəlcədən özü ilə götürdüyü kəlbətinlə kəsib gizli olaraq talamış və Zərərçəkmiş şəxs6 ümumilikdə 500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən 24 dekabr 2021-ci il tarixdə gecə saat 01:45 radələrində özgənin əmlakım gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs5 Fizuli oğluna məxsus sonuncunun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində ünvansız fərdi yaşayış evinin qarşısında dayanıqlı vəziyyətdə olan “Ford Fusion" markalı 90- CY-579 qeydiyyat nişanlı avtomobilin sağ ön qapısının şüşəsini sındıraraq avtomobilin içərisindən sonuncuya məxsus içərisində 400 manat nağd pul olan 1 manat dəyərində qara rəngli pul kisəsini gizli olaraq talamış və Zərərçəkmiş şəxs5 Fizuli oğluna ümumilikdə 401 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən 30 dekabr 2021-ci il tarixdə gecə saat 23:30 radələrində özgənin əmlakım gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib əvvəlcədən aralarında olan razılığa əsasən sonuncu gəlib-gedən şəxsləri müşahidə edib ona məlumat verməsi üçün küçədə puskuda dayanmış, o isə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 279 saylı tam orta məktəbin həyətinə əvvəlcədən daş hasardan keçərək, məktəbin həyətindəki inzibati binanın plastik pəncərəsindən direktor otağına qanunsuz daxil olaraq, otaqdan Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin əmri ilə 279 saylı məktəbin inventarına verilmiş hər biri 715 manat dəyərində iki ədəd “Hikvision” markalı monitorları və 663 manat dəyərində bir ədəd “HP” markalı noutbuku gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 2093 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən 31 dekabr 2021-ci il tarixdə gecə saat 03 radələrində özgənin əmlakım gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs4 işlətdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “AB” yaşayış sahəsində yerləşən “Kişi Salonu” adlı bər-bər salonunun giriş qapısının şüşəsini sındırmaqla həmin salona qanunsuz daxil olaraq, salondan sonuncuya məxsus istifadədə olmuş bir ədəd 450 manat dəyərində “HP” markah masaüstü kompyuteri, bir ədəd 40 manat dəyərində səsgücləndiricini, bir ədəd 25 manat dəyərində “Kemei” markalı “КМ-502Г model təraş aparatını, bir ədəd 25 manat dəyərində “Braun” markalı, üzərində “Series 3 360” yazıları olan təraş aparatını və bir ədəd 25 manat dəyərində markası və modeli istintaqa məlum olmayan təraş aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 565 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum müddətdə və mənbədən təmiz çəkisi 2,788 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla daşımış, 05 yanvar 2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi 119 saylı binanın qarşısında saxlanılaraq, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi 25 ünvanda yerləşən Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasına gətirilərək, xidməti otaqda üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 2,788 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə gecə saat 01:45 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "Q” yaşayış sahəsində pula ehtiyacı olduğundan oğurluq etmək üçün yer axtaran zaman həmin yerdə aptek olduğunu və aptekin çöl hissəsində yan tərəfdən kondinsionerin mis borularını və elektrik naqillərini görmüş, bundan sonra ətrafda heç kəs olmadığını görüb həmin kondinsionerin mis materialdan olan borularını və elektrik naqillərini əvvləcədən özü ilə götürdüyü kəlbətinlə kəsib götürmüşdür. Səhəri günü həmin boruları və elektrik naqillərini Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsində yaşadığı evin həyətində metal qəbulu ilə məşğul olan Eldəniz adlı şəxsə özünə məxsus olduğunu bildirib metal kimi 30 manata satmış, əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə gecə saat 01:45 radələrində Suraxanı rayonu, Zığ qəsəbəsi H.Allahverdiyev küçəsində tək piyada gəzib oğurluq etmək üçün avtomobil axtaran zaman həmin küçədə “Ford Fusion” markalı **-CY-*** qeydiyyat nişanlı avtomobil olduğunu görmüş, bundan sonra həmin avtomobilin sağ ön qapısının şüşəsini yerdən tapdığı daş parçası ilə vurub sındırmışdır. Sonra avtomobilin içərisində olan qara rəngli pul kisəsini və içərisindəki 400 manat pulu götürüb oradan uzaqlaşmışdır. Pulu gündəlik siqaretə, ərzağa və s. xərcləri üçün xərcləmiş, pul qabını isə yaşadığı evin yaxınlığında boş sahəlikdə gizlətmişdir ki, gələcəkdə satsın. Sonra 33-cü PB-nin əməkdaşlarına həmin pul qabını təqdim etmişdir. Bundan başqa tanışı Təqsirləndirilən şəxs1 ilə oğurluq etmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə gecə radələrində tanışı Təqsirləndirilən şəxs1lə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində gəzən zaman narkotik vasitələrdən istifadə etdikləri üçün pula ehtiyacları olduğundan 279 saylı məktəbdən oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə razılaşmışlar ki, Əli küçədə gəlib gedən şəxsləri müşahidə edib ona məlumat verməsi üçün puskuda dayansın, özü isə məktəbə girib oğurluq etsin. Bundan sonra gecə saat təxminən 23:30 radələrində məktəbin daş hasarından həyətə keçmiş, sonra məktəbə yaxınlaşıb sol tərəfdən binanın plastik pəncərəsini əlilə basıb açmaqla bir-başa məktəbin direktorunun otağına daxil olmuşdur. Həmin otaqdan iki ədəd “Hikvision” markalı monitorları və bir ədəd “HP” markalı noutbuku iki dəfəyə oradan götürüb küçəyə çıxarıb Əliyə vermişdir. Sonra həmin əşyaları aparıb yaşadığı evin yaxınlığında daş hasarın künc hissəsində gizlətmişdir. xx.xx.2020-ci il tarixdə oğurladığı bir ədəd HP markalı noutbuku Əli ilə birlikdə aparıb Nizami rayonu, Neftçilər Metrostansiyasının çıxışında “EL” Telekom mağazasında lombarda girov qoyub 70 manat pul götürmüşdür. Həmin pulu Əli ilə birlikdə öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə bir ədəd “Hikvision” markalı monitoru Əli ilə birlikdə Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında “Elvin Telekom” mağazasında lombarda aparıb girov qoyub 55 manat pul götürmüş və həmin pulu da Əli ilə birlikdə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin əşyaları lombarda girov qoyan zaman həmin şəxslərə həmin əşyaların özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün girov qoyduğunu bildirmişdir. Qalan bir ədəd “Hikvision” markalı monitoru isə Suraxanı RPİ-nin 33- cü PB-nin əməkdaşlarına təqdim etmişdir. Bundan başqa o, Əli ilə 279 saylı məktəbdən oğurluq etdikdən sonra ayrılmışdır. xx.xx.2021-ci il tarixdə gecə saat 03 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsinə qayıtmış və tək gəzib oğurluq etmək üçün yer axtarmışdır. Həmin zaman həmin yaşayış sahəsində “Kişi salonu” adlı bər-bər salonu olduğunu görmüş, bundan sonra yaxınlıqda heç kəs olmadığını görüb giriş qapısının şüşəsini yerdən tapdığı daş parçası ilə sındırıb əlini içəri salıb qapını açmışdır. Sonra salona daxil olub salondan bir ədəd “HP" markalı masaüstü kompyuter, bir ədəd səsgücləndirici və üç ədəd saç təraş edən cihazları götürüb oradan uzaqlaşmışdır. Həmin əşyaları yaşadığı evin yaxınlığında boş sahəlikdə gizlətmişdir. Səhəri günü həmin əşyalardan masaüstü kompyuteri, səsgücləndiricini və bir ədəd təraş cihazını Sabunçu bazarına aparıb tanımadığı şəxsə özünə məxsus olduğunu bildirib hazırda yadında qalmayan məbləğə satmışdır. Əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir, iki ədəd təraş cihazlarını isə 33-cü PB-nin əməkdaşlarına təqdim etmişdir. Bundan başqa bir müddətdir ki, "kokos” kimi tanıdığı narkotik vasitə olan heroindən çəkmək yolu ilə istifadə etmişdir. Həmin narkotik maddəni Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən öz şəxsi istifadəsi üçün almışdır. Sonuncu dəfə 05 yanvar 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivində üzdən tanıdığı, özünü ona "Elşən” adlı şəxs kimi təqdim edən tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manat ödəməklə bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroin almış və sonra istifadə etməyi üçün ənindəki qara rəngli şalvarının sağ yan cibində saxlamışdır. Həmin gün, yəni 05 yanvar 2022-ci il tarixdə təxminən günorta saat 13 radələrində “AB" yaşayış massivi 119 saylı binanın qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını və narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu yaxınlıqda olan RPİ-nin 33-cü PB-nə gətirərək təhvil vermişlər. 33-cü PB-də şəxsiyyəti müəyyən olunduqdan sonra hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil təyin edilmiş, daha sonra polis əməkdaşları video çəkiliş apanlmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasım bildirdiklərində etiraz etməmişdir. Polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmiş, baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verildikdə artıq ifşa olunduğunu bilib əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd içərisində narkotik vasitə heroin olan sellofan bükümü çıxarıb təqdim etmişdir. İlkin sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş maddə “kokos” kimi tanıdığı narkotik vasitədir və bu narkotik maddəni Elşən adlı şəxsdən 20 manat müqabilində öz şəxsi istifadəsi üçün alıb əldə etmişdir. Aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf özü və iştirakçılar tərəfindən imzalanmışdır. Bu oğurluqlardan başqa heç bir oğurluğu yoxdur. Oğurluqda istifadə etdiyi kəlbətini hazırda yadında qalmayan bir yerdə atmışdır. Məhkəmə iclasında məhkəmə istintaqı zamanı isə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə əlaqədar olaraq epizodlardan yalnız biri ilə əlaqədar 279 saylı məktəbdən oğurluq etdiyini etiraf etmiş, qalan digər epizodlarla bağlı özünü təqsirli bilmədiyini və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirini tamamilə etiraf etmədiyini bildirmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2019cu ildən narkotik vasitələrdən istifadə edir. Həmin narkotik vasitələri Bakı şəhərində müxtəlif yerlərdə tanımadığı şəxslərdən alıb istifadə etmişdir. 27 iyun 2021-ci il tarixdə səhər radələrində Bakı şəhəri Zığ qəsəbəsində üzdən, tanıdığı, özünü ona “Tural” adlı şəxs kimi təqdim etmiş, əsil adını, soyadını, ata adım və ünvanını bilmədiyi şəxsdən 20 manata bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroin almış, sonra istifadə etməyi üçün əynindəki qara rəngli cins şalvarının sol yan cibində saxlamışdır. Həmin günü Yeni Günəşli qəsəbəsi, “D" yaşayış sahəsi ilə yaşadığı evə gedən zaman saat 11:20 radələrində Yeni Günəşli qəsəbəsi "D" yaşayış sahəsi 17 saylı binanın yaxınlığında mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını və narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. 33-cü PB-də şəxsiyyəti müəyyən olunduqdan sonra hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil təyin edilmişdir. Daha sonra polis əməkdaşları video çəkiliş apanlmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirdikdə buna etiraz etməmişdir. Sonra polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmiş, baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verildikdə müsbət halda onu könüllü olaraq təqdi etməyi təklif edilmiş, həmin vaxt artıq ifşa olunduğunu bilib əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd içərisində narkotik vasitə heroin olan sellofan bükümü çıxarıb təqdim etmişdir. İlkin sorğu zamanı bildirmişdir ki, həmin narkotik vasitəni Bakı şəhəri Zığ qəsəbəsində "Tural” adlı şəxsən 20 manat müqabilində öz şəxsi istifadəsi üçün alıb əldə etmişdir. Akar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Bundan başqa müxtəlif vaxtlarda avtomobillərdən, həmçinin məktəbdən oğurluq etmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə gecə saat 01 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində binaların qarşısında dayanıqlı vəziyyətdə olan avtomobillərdən oğurluq etmək qərarına gəlmişdir. Həmin zaman göy rəngli Niva markalı **-NH-*** qeydiyyat nişanlı avtomobilin sol və sağ ön qapılarını vintaçarla yoxlayıb açmış, sonra avtomobildən bir ədəd “Pioner” markalı maqnitolanı söküb oğurlamışdır. Başqa həmin avtomobildən heç nə götürməmişdir. Həmin maqnitolanı yaşadığı evin yaxınlığında boş sahəlikdə gizlətmişdir ki, sonra müştəri tapıb satar. Lakin 33-cü PB-nin əməkdaşları ondan oğurluq barədə sorğu etdiklərində etiraf edərək, digər oğurladığı əşyalarla birlikdə həmin maqnitolanı da təqdim etmişdir. Bundan başqa tanışı Təqsirləndirilən şəxs2 ilə məktəbdən oğurluq etmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə gecə radələrində Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində gəzən zaman narkotik vasitələrdən istifadə etdikləri üçün pula ehtiyacları olduğundan 279 saylı məktəbdən oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə razılaşmışlar ki, özü küçədə gəlib gedən şəxsləri müşahidə edib Əliyə məlumat vermək üçün puskuda dayansın, Əli isə məktəbə girib oğurluq etsin. Bundan sonra gecə saat təxminən 23:30 radələrində Əli məktəbin daş hasarından həyətə keçmişdir. Sonra bir dəfə “HP” markalı noutbuk, bir dəfə də, “Hikvision” markalı iki ədəd monitorları gətirib ona vermişdir. Əli bildirmişdir ki, məktəbin çöl hissəsindən plastik pəncərəni əli ilə basıb açmaqla bir-başa direktorun otağına daxil olub həmin əşyaları həmin otaqdan oğurlamışdır. Sonra həmin əşyaları aparıb Əlinin yaşadığı evin yaxınlığında daş hasarın künc hissəsində gizlətmişdir. 01.01,2020-ci il tarixdə oğurladığı bir ədəd HP markalı noutbuku Əli ilə birlikdə aparıb Nizami rayonu, Neftçilər Metrostansiyasmm çıxışında “EL” Telekom mağazasında Əli özünə məxsus olduğunu bildirib lombarda girov qoyub 70 manat pul götürmüşdürr. Həmin pulu Əli ilə birlikdə öz ehtiyacları üçün xərcləmişlər. Bundan sonra xx.xx.2022-ci il tarixdə bir ədəd “Hikvision” markalı monitoru Əli ilə birlikdə aparıb Nizami rayonu, Neftçilər metrostansiyasmın yaxınlığında “Elvin Telekom” mağazasında Əli lombarda girov qoyub 55 manat pul götürmüş və həmin pulu da Əli ilə birlikdə öz şəxsi ehtiyacları üçün xərcləmişlər. Həmin əşyaları lombarda girov qoyan zaman Əli həmin şəxslərə həmin əşyaların özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün girov qoyduğunu bildirmişdir. Qalan bir ədəd “Hikvision” markalı monitoru isə sonradan bilmişdir ki, Əli Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşlarına təqdim etmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə gecə saat 23:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Nizami küçəsində tək piyada gəzib oğurluq etmək üçün avtomobil axtaran zaman küçədə Mercedes Ateka markalı **- KP-*** qeydiyyat nişanlı avtomobil görmüş, həmin avtomobilin iki ədəd akkumlyatorlanm söküb oğurlamışdır. Həmin akkumlyatorlan yaşadığı evin yaxınlığındakı boş sahəliyə aparıb gizlətmişdir. Səhəri günü bir ədəd akkumlyatoru Sabunçu bazarına aparıb tanımadığı şəxsə özünə məxsus olduğunu bildirib 25 manata satmış, pulu isə özü üçün ərzağa, siqaretə və s. xərcləmişdir. Digər akkumlyatoru isə 33-cü PB-nin əməkdaşlarına təqdim etmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə gecə radələrində pula ehtiyacı olduğu üçün hər hansı bir avtomobildən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q" yaşayış sahəsində binanın qarşısında “Mercedes” markalı 99-DY- 969 qeydiyyat nişanlı avtomobili görmüş, xx.xx.2022-ci il tarixə keçən gecə saat 01:30 radələrində ətrafda heç kəs olmadığını görüb əvvəlcədən özü ilə götürdüyü xırda vintaçarla həmin avtomobilin qapısını açmış, sonra avtomobilin salonundan bir ədəd “Pioner” markalı maqnitola, bir ədəd qulaqcıq, bir ədəd ətir və bir ədəd qara rəngli papaqlı qış gödəkcəsini götürüb oradan uzaqlaşmışdır. Səhəri günü maqnitola ilə ətiri Sabunçu bazarında tanımadığı şəxsə özünə məxsus olduğunu deyib satmışdır. Lakin neçəyə satdığını xatırlamır. Əldə etdiyi pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Bir ədəd qış gödəkcəsini isə 33-cü PB-nin əməkdaşlarına təqdim etmişdir. Bundan başqa 05 yanvar 2022-ci il tarixdə səhər saatlarında Yeni Günəşli qəsəbəsində olan zaman özünü ona “Elşən" kimi təqdim etmiş, lakin əsil adını, soyadını, ata adını və ünvanını bilmədiyi tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manat ödəməklə iki ədəd sellofan bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin alıb əynindəki şalvarının sağ yan cibinə qoymuşdur ki, sonra istifadə edər. Həmin günü saat 14:30 radələrində Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, 119 saylı binanın qarşısında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş və narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu yaxınlıqda olan Suraxanı RPİ-nin 33-cü PB-nə fəvət etdiklərində etiraz etməmişdir. 33-cü PB-də şəxsiyyəti müəyyən olunduqdan sonra hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil təyin edilmiş, daha sonra polis əməkdaşları video çəkiliş apanlmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirdiklərində etiraz etməmişdir. Sonra polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmiş, baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verildikdə artıq ifşa olunduğunu bildiyi üçün özü könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümdə narkotik vasitə olan heroin! təqdim etmişdir. Təhqiqatçı tərəfindən təqdim etdiyi bükümlər açılmış və hər birinin içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroin aşkar edilmişdir. Sorğu zamanı bildirmişdir ki, təqdim etdiyi bükümlərdəki maddə “kakos” kimi tanıdığı narkotik vasitədir, həmin narkotik vasitəni özü istifadə etmək üçün Elşən adlı şəxsdən 20 manata əldə etmişdir. Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf özü və iştirakçılar tərəfindən imzalanmışdır. Qeyd olunan oğurluqlardan başqa hər hansı bir oğurluğu yoxdur, oğurluqlarda istifadə etdiyi vintaçarı hazırda yadında qalmayan bir yerdə atmışdır. Eyni zamanda oğurluqlar zamanı onu kənar heç kəs görməmişdir. Məhkəmə iclasında məhkəmə istintaqı zamanı isə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək, oğurluqla bağlı epizodların heç biri ilə əlaqədar özünü təqsirli bilmədiyini, həmçinin də narkotik ilə bağlı epizodla əlaqədar olaraq üzərində 01 büküm narkotik vasitəsi olan heroinin olduğunu, həmin narkotik vasitəsi olan heroini 15 manata aldığını, 2019-cu ildən narkotik vasitələrindən istifadə etdiyini, digər epizodlarla bağlı olaraq döyüldüyünü bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsiri, özlərinin etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 279 saylı tam orta məktəbin direktoru işləyir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında məktəbin təsərrüfat işləri üzrə müavini zəng vurub ona məlumat verərək, məktəbin invertan olan iki ədəd monitorların və bir ədəd noutbukun oğurlandığını bildirmişdir. Bundan sonra dərhal məktəbə gəlib xidməti otağına baxış keçirən zaman ona məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixdə gecə radələrində bir nəfər, sonradan adı məlum olan Təqsirləndirilən şəxs2 məktəbin həyətinə daş hasardan qanunsuz daxil olaraq, məktəbin inzibati binasının çöl hissəsindən plastik pəncərəyə müdaxilə edib həmin pəncərədən direktorun otağına daxil olub otaqdan Bakı şəhəri üzrə Təhsil idarəsinin əmri ilə 279 saylı məktəbin invertarına verilmiş iki ədəd “Hikvision” markalı monitorları və bir ədəd “HP” markalı noutbuku oğurlamışdır. Oğurluq barədə Suraxanı RPİ-nin 33-cü PB-nə ərizə ilə müraciət etmiş, eyni zamanda baş vermiş oğurluq hadisəsinin məktəbin video görüntü kameraları ilə qeydə alınmış görüntüləri təqdim edilmişdir. Oğurlanmış "Hikvision” markalı monitorların hər biri 715 manat, bir ədəd “HP” markalı noutbuk isə 663 manat dəyərində olmaqla, ümumilikdə Bakı şəhəri üzrə Təhsil idarəsinə 2093 manat dəyərində maddi ziyan vurulmuşdur. Həmçinin o, ifadəsində göstərmişdir ki, məhkəməəmtəəşunaslıq ekspertizasının 03 iyun 2022-ci il tarixli, 9/3912 saylı rəyində göstərilən oğurlanmış monitorun dəyəri ilə razı deyil, oğurlanmış əşyaların dəyərini ifadəsində qeyd etmişdir və dəymiş ziyanın həmin dəyərlə hesablanmasını xahiş etmişdir. Sonda o, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 valideynləri tərəfindən 1000 manat dəyərində kompüter, polis bölməsi tərəfindən isə 02 ədəd monitoru qaytarılmasını, bununla əlaqədar olaraq, hər iki təqsiləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, ona məxsus aptekin çöl hissəsinə qurlaşdınlmış kondinsionerin elektrik naqillərinin və borularının kəsilərək oğurlanması ilə bağlı xx.xx.2021-ci il tarixdə Suraxanı RPİ-nin 33-cü PB-nə ərizəni özü yazmışdır. Belə ki, xx.xx.2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “Q” yaşayış sahəsində yerləşən aptekə gələn zaman görmüşdür ki, aptekin çöl tərəfdən yan hissəsinə qurlaşdınlmış “Mitsubishi” markalı kondinsionerin elektrik naqilləri və mis materialdan olan boruları naməlum şəxs tərəfindən kəsilərək oğurlanmışdır. Qeyd olunan elektrik naqilləri və boruların dəyəri 500 manat olmuşdur. Lakin elektrik naqilləri və borular kəsildiyi üçün kondinsioner yararsız hala düşmüşdür. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, işlədiyi bərbər salonundan ona məxsus əmlakının oğurlanması ilə bağlı xx.xx.2022-ci il tarixdə Suraxanı RPİ-nin 33-cü PB-nə ərizəni özü yazmışdır. xx.xx.2021-ci il tarixdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “AB” yaşayış sahəsində yerləşən işlədiyi “Kişi salonu” adlı bər-bər salonunu bağlayıb yaşadığı evə getmişdir. Səhəri günü, yəni xx.xx.2021-ci il tarixdə səhər radələrində işlədiyi qeyd olunan bər-bər salonuna gəldikdə görmüşdür ki, naməlum şəxs tərəfindən salondan ona məxsus bir ədəd 450 manat dəyərində “HP” markalı masaüstü kompyuter, bir ədəd 40 manat dəyərində səsgücləndirici, hər biri 25 manat dəyərində üç ədəd saç təraş edən cihaz oğurlanmışdır. Hadisə nəticəsində ona ümumilikdə 565 manat dəyərində maddi ziyan vurulmuşdur. Həmçinin o, ifadəsində göstərmişdir ki, məhkəmə-əmtəəşunaslıq ekspertizasının 03 iyun 2022-ci il tarixli, 9/3912 saylı rəyində göstərilən ona məxsus oğurlanmış təraş cihazlarının dəyəri ilə razı deyil, oğurlanmış təraş cihazlarının dəyərini ifadəsində qeyd etmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, özünə məxsus Mercedes Benz 230 markalı **-DY-*** qeydiyyat nişanlı avtomobili vardır. xx.xx.2022-ci il tarixdə axşam radələrində avtomobilini yaşadığı binanın qarşısında saxlayıb yaşadığı mənzilə çıxmışdır. Səhəri günü saat 09 radələrində avtomobilinə yaxınlaşan zaman görmüşdür ki, avtomobilinin qapısı naməlum şəxs tərəfindən açılmaqla avtomobilinin içərisindən özünə məxsus olan bir ədəd 200 manat dəyərində “Pioner” markalı avtomobil maqnitolası, bir ədəd 80 manat dəyərində markasını bilmədiyi qulaqcıq, bir ədəd 70 manat dəyərində ətir və bir ədəd 50 manat dəyərində gödəkcəsi oğurlanmışdır. Bundan sonra Suraxanı RPİ-nin 33-cü PB-nə ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 400 manat dəyərində maddi ziyan vurulmuşdur. Sonda o, məhkəmə iclasında həm şifahi, həm yazılı olaraq bildirir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə avtomobilindən oğurluq olması barədə DİN-nin 102 xidmətinə, eləcə də, həmin tarixdə Suraxanı RPİ-nin 33-cü PB-nə ərizəni özü yazmışdır. Belə ki, özünə məxsus VAZ-2121 markalı **-NH-*** qeydiyyat nişanlı avtomobili vardır. xx.xx.2021-ci il tarixdə günorta saat təxminən 15 radələrində qeyd olunan avtomobilini yaşadığı Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsi 16 saylı binanın qarşısında saxlayıb yaşadığı evə çıxmışdır. xx.xx.2021-ci il tarixdə səhər radələrində yaşadığı evdən çıxıb avtomobilinə yaxınlaşdığım zaman avtomobilinin sol və sağ ön qapısına kənar müdaxilə olunduğunu görmüş, bundan sonra avtomobilə baxdıqda ona məlum olmuşdur ki, avtomobilindən təxminən 270 manat dəyərində bir ədəd “Pioner” markalı maqnitola oğurlanmışdır. Avtomobilindən başqa hər hansı bir əşya, pul və s. oğurlanmamışdır. Həmçinin, o, məhkəmə-əmtəəşunaslıq ekspertizasının 03 iyun 2022-ci il tarixli, 9/3912 saylı rəyində göstərilən ona məxsus oğurlanmış maqnitolanın dəyəri ilə razı deyil, oğurlanmış maqnitolanın dəyərini ifadəsində qeyd etmiş, sonda o, ərizə ilə müraciət edərək, təqsirləndirlən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs5 Fizuli oğlu ifadəsində göstərmişdir ki, özünə məxsus “Ford Fusion" markalı **-CY-*** qeydiyyat nişanlı avtomobili vardır. xx.xx.2021-ci il tarixdə axşam saat 19 radələrində qeyd olunan avtomobilini Zığ qəsəbəsində yaşadığı evin qarşısında küçədə saxlayıb evə girmişdir. Səhəri günü səhər radələrində evdən çıxıb avtomobilə yaxınlaşan zaman görmüşdür ki, avtomobilinin sağ ön qapısının şüşəsi sındırılmışdır. Bundan sonra avtomobilin salonuna baxdıqda məlum olmuşdur ki, avtomobilindən içərisində 400 manat nağd pul olan bir ədəd 1 manat dəyərində qara rəngli pul kisəsi oğurlanmışdır. Hadisə nəticəsində ona ümumilikdə 401 manat dəyərində maddi ziyaan vurulmuşdur. Həmçinin də, məhkəməyə teleqram göndərək, xx.xx.2023-cü il tarixində keçirərəcək məhkəmə iclasında üzülü səbəbdən iştirak edə bilməyəcəkdir. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, özünə məxsus Mercedes Ateka markalı **-KP-*** qeydiyyat nişanlı avtomobili vardır. xx.xx.2022ci il tarixdə saat 19:30 radələrində qeyd olunan avtomobilini yaşadığı evin qarşısında küçədə saxlayıb evə girmişdir. Səhəri günü saat 07:30 radələrində küçəyə çıxıb avtomobilə yaxınlaşıb işə salmaq istəyən zaman avtomobil işə düşməmişdir. Bundan sonra avtomobilə baxdıqda avtomobildən iki ədəd hər biri 145 manat dəyərində iki ədəd akkumlyatorların oğurlandığını aşkar etmişdir. Bundan sonra dərhal DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermiş, daha sona isə Suraxanı RPİ-nin 33-cü PB-nə ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 290 manat dəyərində maddi ziyan vurulmuşdur. Həmçinin o, ifadəsində göstərmişdir ki, məhkəmə-əmtəəşunaslıq ekspertizasının 03 iyun 2022-ci il tarixli, 9/3912 saylı rəyində göstərilən ona məxsus oğurlanmış akkumlyatorlanın dəyəri ilə razı deyil, oğurlanmış akkumlyatorun dəyərini ifadəsində qeyd etmişdir və ona dəymiş ziyanın həmin dəyərlə hesablanmasını xahiş etmişdir. Həmçinin məhkəmə teleqram göndərərək, xx.xx.2023-cü il tarixdə, saat 11:40-da keçiriləcək məhkəmədə müəyyən səbəblərdən iştirak edə bilməyəcəkdir. Məhkəmədən onun iştirakı olmadan qərar çıxarılmasını xahiş etmiş, başqa şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 33-cü PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində “Əli” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi və saxlanılması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə tərəfindən əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə rəhbərliyə raportla məruzə edilmiş və həmin günü tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Eyni zamanda “Əli” adlı şəxsin şəxsiyyəti müəyyən olunaraq Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə 14:30 radələrində əməliyyat qrupunun üzvü Suraxanı RPİ-nin 33-cü PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid4 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində xidmətdə olarkən, əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs1 zahiri əlamətləri ilə uyğun gələn şəxs Yeni Günəşli qəsəbəsi “AB” yaşayış sahəsi 119 ünvanının qarşısında saxlanılmış, məlumatla uyğun gələn şəxsdən özünü təqdim etməsini xahiş etdiklərində, həmin şəxs Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Həmin şəxsə üzərində narkotik vasitə və psixotrop maddə olması barədə şübhə olduğunu bildirib, üzərinə şəxsi axtarış keçirilməsi üçün Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmeti çıxarıb təqdim etməsi təklif olunmuşdr. Bundan sonra Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Həmin sellofan bükümlər açılmış, hər birinin içərisində qəhvəyi rəngli maddə olması aşkar olunmuşdur. Başqa Təqsirləndirilən şəxs1 üzərindən şəxsi axtarış zamanı heç nə aşkar olunmamışdır. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin maddələrin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, özü istifadə etmək üçün “Elşən" adlı şəxsdən 20 manata əldə etdiyini bildirmişdir. Aşkar edilmiş maddələr zərfə qoyularaq möhürlənmiş, keçirilmiş baxışla bağlı video çəkiliş aparılmış, protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 iş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdiyi xüsusatlan öz ifadəsində təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 33-cü PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində “Əli” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi və saxlanılması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə tərəfindən əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə rəhbərliyə raportla məruzə edilmiş və həmin günü tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Eyni zamanda “Əli” adlı şəxsin şəxsiyyəti müəyyən olunaraq Təqsirləndirilən şəxs2 Bəkir oğlu olması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə 13 radələrində Suraxanı RPİ-nin 33-cü PB-nin sahə rəisi, polis mayoru Şahid3la birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində xidmətdə olarkən, əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs2 Bəkir oğlunun zahiri əlamətləri ilə uyğun gələn şəxs Yeni Günəşli qəsəbəsi “AB” yaşayış sahəsi 119 ünvanının qarşısında saxlanılmışdır. Həmin şəxsdən özünü təqdim etməsini xahiş etdikdə, həmin şəxs Təqsirləndirilən şəxs2 Bəkir oğlu olduğunu bildirmişdir. Həmin şəxsə üzərində narkotik vasitə və psixotrop maddə olması barədə şübhə olduğunu bildirib, üzərinə şəxsi axtarış keçirilməsi üçün Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs2 Bəkir oğlunun üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 Bəkir oğluna üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmeti çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin sellofan büküm açılmış, içərisində qəhvəyi rəngli maddə olması aşkar olunmuşdur. Başqa Təqsirləndirilən şəxs2 üzərindən şəxsi axtarış zamanı heç nə aşkar olunmamışdır. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin maddələrin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, özü istifadə etmək üçün "Elşən” adlı şəxsdən 20 manata əldə etdiyini bildirmişdir. Aşkar edilmiş maddə zərfə qoyularaq möhürlənmiş, keçirilmiş baxışla bağlı video çəkiliş aparılmış, protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2014-cü il tarixdən Nizami rayonu, Neftçilər Metrostansiyasının çıxışında Elvin Telekom mağazasında işləmişdir. 2021-ci il tarixdə həmin mağazanın içərisində Lombard açıb işlətməyə başlamışdır. Həmin lombardda vətəndaşlara ancaq elektronika əşyalarını girov qoyması müqabilində müxtəlif faiz dərəcələri ilə faizə pul vermişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 adlı şəxs mağazaya yanında adını bilmədiyi başqa bir şəxslə yaxınlaşıb əlində “Hikvision” markalı monitoru girov qoyaraq 55 manat pul götürmüş, 1 ay müddətinə ona 55 manatdan da əlavə 11 manat faiz pulu ilə birlikdə 66 manat pul ödəyəcəkdi. Onunla bağlı bütün sənədləşmələri aparıb ondan monitoru götürərək 55 manat pul vermişdir. Həmin şəxs həmin əyanın öz şəxsi əmlakı olduğunu bildirmişdir. Sonradan həmin əşyalar müqaviləyə əsasən girov qoyan şəxs tərəfindən hər hansı bir ödəniş olunmadığı üçün tanımadığı şəxsə satılmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdən Nizami rayonu, Neftçilər Metrostansiyasının çıxışında “EL” Telekom mağazasında işləyir. Həmin mağaza lombard kimi fəaliyyət göstərir. Həmin lombardda vətəndaşlara ancaq elektronika və qızıl-ziynət əşyalarını girov qoyması müqabilində müxtəlif faiz dərəcələri ilə faizə pul verir. xx.xx.2022ci il tarixdə Təqsirləndirilən şəxs2 adlı şəxs mağazaya yanında adını bilmədiyi başqa bir şəxslə yaxınlaşıb əlində “HP” markalı notebook kompyuterini girov qoyaraq 70 manat pul götürmüşdür. 1 ay müddətinə ona 70 manatdan da əlavə 14 manat faiz pulu ilə birlikdə 84 manat pul ödəyəcəkdi. Onunla bağlı bütün sənədləşmələri aparıb ondan kompyuteri götürərək 70 manat pul vermişdir. Həmin şəxs həmin noutbukun öz şəxsi əmlakı olduğunu bildirmişdir. Lakin, sonradan hər hansı bir ödəniş olunmadığı üçün müqaviləyə əsasən həmin noutbuk tanımadığı şəxsə satılmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, yaşadığı evin həyətində kiçik ölçülü tikilidə metal qəbulu məntəqəsi açmışdır və orada metal alış-satışı ilə məşğul olur. Bir neçə müddət bundan əvvəl dəqiq xatırlamadığı zaman sonradan tanıdığı Təqsirləndirilən şəxs2 onun işlətdiyi metal məqbulu məntəqəsinə gələrək əlində kondisionerin ehtiyyat hissələri olduğunu deyib onları satmaq istədiyini bildirmişdir. Ona həmin satmaq istədiyi əşyaları haradan əldə etməsi və kimə məxsus olmasını soruşduqda, sonuncu həmin əşyaların özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Bundan sonra əşyalara baxıb kondisioner ehtiyyat hissələri olduğunu görmüş, həmin əşyaları götürüb əvəzində Əliyə 30 manat pul vermişdir. Bir gün sonra isə həmin əşyaları Dərnəgül qəsəbəsində metal qəbulu yerinə satmışdır. Təqsirləndirilən şəxs2 sözü gedən kondisioner ehtiyat hissələrini ona satan zaman özünə məxsus olduğunu demişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 33-cü PB-nin CA üzrə əməliyyat müvəkkili işləyir. Suraxanı RPİ-nin 33-cü PB-nə əməliyyat yolu ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində Əli adlı şəxsin narkotik vasitə əldə edib qanunsuz olaraq narkotik vasitələrin saxlanması, istifadə edilməsi və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılmasından ötrü raportla Suraxanı PRİ-nin 33-cü PBnin rəhbərliyinə məruzə olunduqdan və müvafiq sənədləşmə işləri aparıldıqdan sonra əməliyyat tədbirləri həyata keçirilərək xx.xx.2021-ci il tarixdə saat 11:20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi ev 17-nin qarşısında Əli adlı şəxs saxlanılaraq şəxsiyyəti Təqsirləndirilən şəxs1 olması müəyyənləşmiş və üzərində narkotik vasitənin əldə olunaraq saxlanmasında, gəzdirilməsində və daşımasında şübhəli olduğu üçün saxlandığı izah edilərək Suraxanı RPİ- nnin 33-cü PB-nə gətirilmişdir. Suraxanı RPİ-nin 33-cü PB-də xidməti otaqda video çəkilişlə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində paltarlarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaların və ya sənədlərin olduğu halda könüllü sürətdə təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, əynində olan qara rəngli cins şalvarının sol yan cibində saxladığı bir ədəd sellofana bükülmüş bükümü təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Ondan narkotik vasitəni haradan hansı məqsədlə əldə etməyi soruşulduqda həmin narkotik vasitəni 20 manat müqabilində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində Tural adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra büküm zərfə qoyularaq möhürlənib qablaşdırılmış və bu barədə müvafiq protokol tərtib edilərək imzalanmışdır. Cinayət işinin 1-ci cildinin 110-cu vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 27 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 27 iyun 2021-ci il tarixdə, saat 11:45-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 119-120-ci vərəqlərində olan “şəxsi axtarış və götürmə haqqında” 27 iyun 2021-ci il tarixli protokola əsasən, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli maddəni çıxarıb təqdim etdi, şifahi verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 həmin maddənin narkotik vasitə olan heroin olduğunu, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində Tural adlı şəxsdən 20 manat müqabilində aldığını bildirdi. Cinayət işinin 1-ci cildinin 159-164-cü vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-296/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs1 Səfər oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs1 Səfər oğlu barəsində əvvəli 29 iyun 2021-ci il tarixindən hesablanmaqla 28 sentyabr 2021-ci il tarixinədək ev dustaqlığı növündə qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 127-132-ci vərəqlərində olan iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 27 iyun 2021-ci il tarixli 6/2605 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 171“ möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,259 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 1-ci cildinin 169-cu vərəqində olan 05 iyul 2021-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokola əsasən, Təqsirləndirilən şəxs1 üzərində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü işərisində narkotik vasitəyə bənzər maddəni təqdim edir və həmin bükümün içərisində nə olduğunu soruşduqda o, təqdim etdiyi bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu və həmin heroini 20 manata özünün istifadəsi üçün Suraxanı rayonu, Zığ qəsəbəsi, Turl adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılır, möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Cinayət işinin 1-ci cildinin 237-ci vərəqində olan 24 dekabr 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və hadisə yerinin fotoşəkillərindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində əsas avtomobil yolu ilə “Bazar Store” mağazasından üzü “D” yaşayış sahəsinin sonuna doğru hərəkət edən zaman sağ hissədə köhnə tikili doqquzmərtəbəli yaşayış binaları sol hissədə isə avtomobil qarajları bitən zaman yol üzü Zığ istiqamətində aşağı enən zaman 30 saylı binanın qarşısında saxlanılmış göy rəngli **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan qapısı müdaxilə vasitəsi ilə açılmış, avtomobilin içəsində maqnitofon hissə boş, içərisindən elektrik naqilləri çıxmış haldadır. Avtomobilin salonu dağınıq, saxlanc qapağı açıq vəziyyətdədir. Cinayət işinin 1-ci cildinin 229-cu vərəqində olan 04 yanvar 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və hadisə yerinin fotoşəkillərindən görünür ki, qara rəngli **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan maqnitofon yeri boşdur. Həmçinin avtomobilin salonu dağınıq haldadır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa əlamət aşkar edilməmişdir. Cinayət işinin 2-ci cildinin 2-3-cü vərəqlərində olan 03 yanvar 2022-ci il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan və hadisə yerinin fotoşəkillərindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Nizami küçəsində ünvansız fərdi yaşayış evinin qarşısında dayanıqlı vəziyyətdə olan “Mercedes Ateka” markalı **-KP-*** qeydiyyat nişanlı avtomobilin “Acdelco” markalı, 70 amperlik akkumlyatorlan gizli olaraq talamışdır. Cinayət işinin 1-ci cildinin 20-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 05 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 05 yanvar 2022-ci il tarixdə, saat 14:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 30-31-ci vərəqlərində olan 05 yanvar 2022-ci il tarixli «şəxsi axtarış və götürmə haqqında» prokoldan və həmin protokola əlavə edilmiş CD diskə keçirilmiş baxışdan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun əynindəki göy rəngli şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümlər və həmin bükümlərin içərisindən qəhvəyi rəngli, tozşəkilli maddələr aşkar olunmuşdur. Cinayət işinin 1-ci cildinin 79-81-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-8/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs1 barəsində əvvəli 05 yanvar 2022-ci il tarixdən hesablamaqla həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 40-45-ci vərəqlərində olan iş üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizasının 06 yanvar 2022-ci il tarixli 6/25 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 2 ədəd büküm..." yazısı və imzalar olan zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,327 qram və 1,334 qram, ümumi təmiz çəkisi 2,661 qram qəhvəyi rəngli, tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 3-cü cildinin 146-147-ci vərəqlərində olan iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 06 aprel 2022-ci il tarixli 1637 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cildinin 53-cü vərəqində olan 06 yanvar 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokola əsasən, şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində olan əşyaları təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümləri çıxarıb masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs1 masanın üzərinə qoyduğu sellofan bükümlər baş təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılan zaman qeyd olunan bükümlərin hər birinin içərisindən qəhvəyi 'əngli maddə aşkar olunur, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs1 sellofan bükmlərdən aşkar edilmiş maddənin “kakos” olduğunu, həmin maddəni Elşən adlı şəxsdən özü istifadə etmək məqsədilə 20 manata aldığını, bundan başqa avtomobilin içərisindən maqnitola oğurladığını bildirir. Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilmir. Cinayət işinin 2-ci cildinin 70-72-ci vərəqlərində olan 31 dekabr 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və hadisə yerinin fotoşəkillərindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Şir” heykəlindən üzü yuxarı istiqamətdə hərəkət edən zaman “AB” yaşayış sahəsində “Azərsu” idarəsindən üzü aşağı istiqamətdə hərəkət etdikdə yol bitdikdən sonra sağa dönən zaman sol aşağıda qalan 279 saylı orta məktəbin üzbə-üz durduqda sol yan hissəsində olan direktorun ağ plastik pəncərəsinin bir tərəfi açıq vəziyyətindədir. Otağa daxil olduqda dağınıqlıq müşahidə olunur. Şikayətçinin deməsinə görə iki ədəd monitor kompüter və bir ədəd “notbuk” oğurlamışdır. Məktəbin divarlarında müşahidə kameraları vardır. Cinayət işinin 2-ci cildinin 89-90-cı vərəqlərində olan xx.xx.2022-ci tarixli video görüntüyə baxış keçirilməsi haqqında protokola əsasən, həmin video görüntüyə baxış zamanı müəyyən oldundu ki, izahatında verdiyi ifadə əsasında sonradan şəxsiyyəti təhqiqata müəyyən edilmiş Təqsirləndirilən şəxs2 orta məktəbin daş hasarından düşərək, direktorun otağının plastik komputerləri oğurlayır. Daha sonra məktəbin pilləkənlərindən qaçaraq oradan uzaqlaşır. Bununla video görüntüyə baxış keçirilməsi tamamlandı. Cinayət işinin 2-ci cildinin 91-92-ci vərəqlərində olan 05 yanvar 2022-ci il tarixli maddi sübutların götürülməsi haqqında protokoldan və fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs2 izahatında qeyd etdiyi ünvan üzrə ünvan 12akı daş hasarın küncündə olan “Hikvisoin” markalı monitor götürüldü. Cinayət işinin 2-ci cildinin 182-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 05 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 05 iyul 2022-ci il tarixdə, saat 13:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 191-192-ci vərəqlərində olan 05 yanvar 2022-ci il tarixli «şəxsi axtarış və götürmə haqqında» prokoldan və həmin protokola əlavə edilmiş CD diskə keçirilmiş baxışdan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun əynindəki göy rəngli şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümlər və həmin bükümlərin içərisindən qəhvəyi rəngli, tozşəkilli maddələr aşkar olunmuşdur. Cinayət işinin 1-ci cildinin 241-243-cü vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-9/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs2 barəsində əvvəli 05 yanvar 2022-ci il tarixdən hesablamaqla həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 202-207-ci vərəqlərində olan iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 yanvar 2022-ci il tarixli 6/27 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət.Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş” yazısı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 2,788 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 3-cü cildinin 144-145-ci vərəqlərində olan iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 05 mart 2022-ci il tarixli 1122 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 214-cü vərəqində olan 06 yanvar 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokola əsasən, baş təhqiqatçı tərəfindən saxlanılan şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində olan əşyaları təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs2 masanın üzərinə qoyduğu büküm baş təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılan zaman qeyd olunan bükümün içərisindən qəhvəyi rəngli maddə aşkar olunur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs2 sellofan bükümdə olan maddənin “kokos” olduğunu, həmin maddəni Elşən adlı şəxsdən özü istifadə etmək məqsədilə 20 manata aldığını, bundan başqa avtomobillərdən və məktəbdən oğurluq etdiyini bildirir. Cinayət işinin 3-cü cildinin 6-7-ci vərəqlərində olan 20 dekabr 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və hadisə yerinin fotoşəkillərindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsində yerləşən Aptekdən kondisionerin borularının oğurluğu ilə bağlı baxış keçirdən zaman aptekin çöl hissəsində yerləşən “Mitsubishi” markalı kondisionerin motorunun mis boruları oğurlanmışdır. Oğurluqla bağlı heç bir sübut aşkar edilməmişdir. Cinayət işinin 3-cü cildinin 13-14-cü vərəqlərində olan 24 dekabr 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və hadisə yerinin fotoşəkillərindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində Zığ dairəsinin yaxınlığında əsas avtomobil yolundan “Plastlin” mağazasının yaxınlığı ilə üzü yuxarı istiqamətdə kəndə tərəf hərəkət etdikdə ətrafında bir neçə yaşayış həyət evləri olan dərədə yerləşən dəmir darvaza tipli qapının qarşısında olan “Ford Fusion" markalı **-CX-*** dövlət qeydiyyat nişanlı, tünd boz rəngli avtomobilini sağ yan şüşəsi sındırılmış, avtomobilin içərisinə daş parçası atılmış, saol dağınıq hala salınmış vəziyyətdədir. Cinayət işinin 3-cü cildinin 20-22-ci vərəqlərində olan 05 yanvar 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və hadisə yerinin fotoşəkillərindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində “Şir heykəli” dairəsindən üzü yuxarı istiqamətdə avtomobil yolu ilə hərəkət edən zaman “Azpetrol” YDM-ni keçəndə sağ yan köhnə tikili, doqquz mərtəbəli, boz rəngli yaşayış binalarının həyətinə sarı getdikdə yaxınlığında bir neçə iaşə obyekti olan “313 Bərbər” adlı ağ rəngli bir ədəd qapısı və bir ədəd plastik pəncərəsi olan obyektin qapısı açılmış, içərisindəki əşyalar və dolab dağınıq hala salınmış vəziyyətdədir. İçəridə güzgü və kreslo oturacaq vardır. Hadisə yeri yaxınlığında müşahidə kameraları olsa da, əhəmiyyət kəsb edən görüntü götürülməmişdir. Cinayət işinin 3-cü cildinin 121-125-ci vərəqlərində olan 04 may 2022-ci il tarixli “ifadənin yerində yoxlanılması” barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 istintaq zamanı ifadəsində göstərdiyi xüsusatlan göstərməsi təklif olundu. Bundan sonra Təqsirləndirilən şəxs1 avtomobilə əyləşib oğurluq etdiyi yerləri göstərə biləcəyini bildirdi. Təqsirləndirilən şəxs2 aşağıda qeyd olunan oğurluq etdiyi yeri əli ilə göstərərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə gecə saat 03 radələrində Suraxanı rayonu, Yer Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsinə gəlmiş və tək gəzib oğurluq etmək üçün yer axtarmışdır. Həmin zaman həmin yaşayış sahəsində “Kişi salonu” adlı bər-bər salonu olduğunu görmüş, bundan sonra yaxınlıqda heç kəs olmadığını görüb giriş qapısını'' şüşəsini yerdən tapdığı daş parçası ilə sındırıb əlini içəri salıb qapını açmışdır. Sonra salona daxil olub salondan bir ədəd “HP” markalı masaüstü kompyuter, bir ədəd səsgücləndirici və üç ədəd saç təraş edən cihazları götürüb oradan uzaqlaşmışdır Həmin əşyaları yaşadığı evin yaxınlığında boş sahəlikdə gizlətmişdir. Səhəri günü həmin əşyalardan masaüstü kompyuteri, səsgücləndiricini və bir ədəd təraş cihazını Sabunçu bazarına aparıb tanımadığı şəxsə özünə məxsus olduğunu bildirib hazırda yadında qalmayan məbləğə satmışdır. Əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. İki ədəd təraş cihazlarını isə 33-cü PB-nin əməkdaşlarına təqdim etmişdir. Cinayət işinin 3-cü cildinin 176-182-ci vərəqlərində olan 04 iyun 2022-ci il tarixli “İfadənin yerində yoxlanılması” barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 istintaq zamanı ifadəsındə göstərdiyi xüsusatları göstərməsi təklif olundu. Bundan sonra Təqsirləndirilən şəxs1 oğlı avtomobilə əyləşib oğurluq etdiyi yerləri göstərə biləcəyini bildirdi. Təqsirləndirilən şəxs1 aşağıda qeyd olunan oğurluq etdiyi yerləri əli ilə göstərərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə gecə saat 01 radələrində Bakı şəhər Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində binaların qarşıs ndc dayanıqlı vəziyyətdə olan avtomobillərdən oğurluq etmək qərarına gəlmişdir. Həmin zaman göy rəngli Niva markalı **-NH-*** qeydiyyat nişanlı avtomobilin sol və sağ ön qapılarını vintaçarla yoxlayıb açmış, sonra avtomobildən bir ədəd “Pioner” markal maqnitolanı söküb oğurlamışdır. Başqa həmin avtomobildən heç nə götürməmişdir. Həmin maqnitolanı yaşadığı evin yaxınlığında boş sahəlikdə gizlətmişdir ki, sonra müştəri tapıb satar. Lakin 33-cü PB-nin əməkdaşları ondan oğurluq barədə sorğu etdiklərində etiraf edərək, digər oğurladığı əşyalarla birlikdə həmin maqnitolanı da təqdim etmişdir. Bundan başqa tanışı Təqsirləndirilən şəxs2 ilə məktəbdən oğurluq etmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə gecə radələrində Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri, Suraxan rayonu, Yeni Günəşli qəsəbəsində gəzən zaman narkotik vasitələrdən istifadə etdik ə' üçün pula ehtiyacları olduğundan 279 saylı məktəbdən oğurluq etmək qəranne gəlmişlər. Bu məqsədlə razılaşmışlar ki, özü küçədə gəlib gedən şəxsləri müşahidə ed : Əliyə məlumat vermək üçün puskuda dayansın, Əli isə məktəbə girib oğurluq ets n Bundan sonra gecə saat təxminən 23:30 radələrində Əli məktəbin daş hasarında' həyətə keçmişdir. Sonra bir dəfə “HP” markalı noutbuk, bir dəfə də, “Hikvision” markal iki ədəd monitorları gətirib ona vermişdir. Əli bildirmişdir ki, məktəbin çöl hissəsində' plastik pəncərəni əli ilə basıb açmaqla bir-başa direktorun otağına daxil olub həmir əşyaları həmin otaqdan oğurlamışdır. Sonra həmin əşyaları aparıb Əlinin yaşadığı evır yaxınlığında daş hasarın künc hissəsində gizlətmişdir. xx.xx.2020-ci il tarixdə oğurladığ bir ədəd HP markalı noutbuku Əli ilə birlikdə aparıb Nizami rayonu, Neftç əı Metrostansiyasmm çıxışında “EL” Telekom mağazasında Əli özünə məxsus olduğun, bildirib lombarda girov qoyub 70 manat pul götürmüşdüm Həmin pulu Əli ilə birlikdə ö2 ehtiyacları üçün xərcləmişlər. Bundan sonra xx.xx.2022-ci il tarixdə bir ədəc “Hikvision” markalı monitoru Əli ilə birlikdə aparıb Nizami rayonu, Neftçi əı metrostansiyasmm yaxınlığında “Elvin Telekom” mağazasında Əli lombarda girov qoyub 55 manat pul götürmüş və həmin pulu da Əli ilə birlikdə öz şəxsi ehtiyacları üçün xərcləmişlər. Həmin əşyaları lombarda girov qoyan zaman ƏH həmin şəxslərə həmin əşyaların özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün girov qoyduğunu bildirmişdir. Qalan bir ədəd “Hikvision” markalı monitoru isə sonradan bilmişdir ki, Əli Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşlarına təqdim etmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə gecə saat 02:30 radələrində Əlidən ayrıldıqdan sonra Bakı şəhəri, Suraxanı rayonu, “Q” yaşayış sahəsində oğurluq etmək üçün yer axtarmış, həmin yaşayış sahəsində 11 saylı binanın blokunda trosla dəmirə bağlanmış bir ədəd Salut markalı, 24 ölçülü ağ-göy rəngli velosiped olduğunu görmüşdür. Bundan sonra həmin velosipedin trosunu vintaçarla burub qırmış, sonra velosipedi götürüb oradan uzaqlaşmışdır. Səhəri günü həmin velosipedi Sabunçu bazarında tanımadığı şəxsə özünə məxsus olduğunu bildirib 45 manata satmışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə gecə saat 23:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Nizami küçəsində tək piyada gəzib oğurluq etmək üçün avtomobil axtaran zaman küçədə Mercedes Ateka markalı **- KP-*** qeydiyyat nişanlı avtomobil görmüş, həmin avtomobilin iki ədəd akkumlyatorlarını söküb oğurlamışdır. Həmin akkumlyatorlan yaşadığı evin yaxınlığındakı boş sahəliyə aparıb gizlətmişdir. Səhəri günü bir ədəd akkumlyatoru Sabunçu bazarına aparıb tanımadığı şəxsə özünə məxsus olduğunu bildirib 25 manata satmış, pulu isə özü üçün ərzağa, siqaretə və s. xərcləmişdir. Digər akkumlyatoru isə 33-cü PB-nin əməkdaşlarına təqdim etmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə gecə radələrində pula ehtiyacı olduğu üçün hər hansı bir avtomobildən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsində binanın qarşısında “Mercedes” markalı **-DY-*** qeydiyyat nişanlı avtomobili görmüş, xx.xx.2022-ci il tarixə keçən gecə saat 01:30 radələrində ətrafda heç kəs olmadığım görüb əvvəlcədən özü ilə götürdüyü xırda vintaçarla həmin avtomobilin qapısını açmış, sonra avtomobilin salonundan bir ədəd “Pioner” markalı maqnitola, bir ədəd qulaqcıq, bir ədəd ətir və bir ədəd qara rəngli papaqlı qış gödəkcəsini götürüb oradan uzaqlaşmışdır. Səhəri günü maqnitola ilə ətiri Sabunçu bazarında tanımadığı şəxsə özünə məxsus olduğunu deyib satmışdır. Lakin neçəyə satdığım xatırlamır. Əldə etdiyi pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Bir ədəd qış gödəkcəsini isə 33-cü PB-nin əməkdaşlarına təqdim etmişdir. Cinayət işinin 3-cü cildinin 189-197-ci vərəqlərində olan 04 iyun 2022-ci il tarixli “ifadənin yerində yoxlanılması” barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 istintaq zamanı ifadəsində göstərdiyi xüsusatlan göstərməsi təklif olundu. Bundan sonra Təqsirləndirilən şəxs1 avtomobilə əyləşib oğurluq etdiyi yerləri göstərə biləcəyini bildirdi. Təqsirləndirilən şəxs2 aşağıda qeyd olunan oğurluq etdiyi yerləri əli ilə göstərərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə gecə saat 01:45 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsində pula ehtiyacı olduğundan oğurluq etmək üçün yer axtaran zaman həmin yerdə aptek olduğunu və aptekin çöl hissəsində yan tərəfdən kondinsionerin mis borularını və elektrik naqillərini görmüş, bundan sonra ətrafda heç kəs olmadığını görüb həmin kondinsionerin mis materialdan olan borularını və elektrik naqillərini əvvləcədən özü ilə götürdüyü kəlbətinlə kəsib götürmüşdür. Səhəri günü həmin boruları və elektrik naqillərini Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsində yaşadığı evin həyətində metal qəbulu ilə məşğul olan Eldəniz adlı şəxsə özünə məxsus olduğunu bildirib metal kimi 30 manata satmış, əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə gecə saat 01:45 radələrində Suraxanı rayonu, Zığ qəsəbəsi H.Allahverdiyev küçəsində tək piyada gəzib oğurluq etmək üçün avtomobil axtaran zaman həmin küçədə “Ford Fusion" markalı **-CY-*** qeydiyyat nişanlı avtomobil olduğunu görmüş, bundan sonra həmin avtomobilin sağ ön qapısının şüşəsini yerdən tapdığı daş parçası ilə vurub sındırmışdır. Sonra avtomobilin içərisində olan qara rəngli pul kisəsini və içərisindəki 400 manat pulu götürüb oradan uzaqlaşmışdır. Pulu gündəlik siqaretə, ərzağa və s. xərcləri üçün xərcləmiş, pul qabını isə yaşadığı evin yaxınlığında boş sahəlikdə gizlətmişdir ki, gələcəkdə satsın. Sonra 33-cü PB-nin əməkdaşlarına həmin pul qabını təqdim etmişdir. Bundan başqa tanışım Təqsirləndirilən şəxs1 ilə oğurluq etmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə gecə radələrində tanışı Təqsirləndirilən şəxs1lə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində gəzən zaman narkotik vasitələrdən istifadə etdikləri üçün pula ehtiyacları olduğundan 279 saylı məktəbdən oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə razılaşmışlar ki, Əli küçədə gəlib gedən şəxsləri müşahidə edib ona məlumat verməsi üçün puskuda dayansın, özü isə məktəbə girib oğurluq etsin. Bundan sonra gecə saat təxminən 23:30 radələrində məktəbin daş hasarından həyətə keçmiş, sonra məktəbə yaxınlaşıb sol tərəfdən binanın plastik pəncərəsini əlilə basıb açmaqla bir-başa məktəbin direktorunun otağına daxil olmuşdur. Həmin otaqdan iki ədəd “Hikvision” markalı monitorları və bir ədəd “HP” markalı noutbuku iki dəfəyə oradan götürüb küçəyə çıxarıb Əliyə vermişdir. Sonra həmin əşyaları aparıb yaşadığı evin yaxınlığında daş hasarın künc hissəsində gizlətmişdir. xx.xx.2020-ci il tarixdə oğurladığı bir ədəd HP markalı noutbuku Əli ilə birlikdə aparıb Nizami rayonu, Neftçilər Metrostansiyasmm çıxışında “EL” Telekom mağazasında lombarda girov qoyub 70 manat pul götürmüşdür. Həmin pulu Əli ilə birlikdə öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə bir ədəd “Hikvision” markalı monitoru Əli ilə birlikdə Nizami rayonu, Neftçilər metrostansiyasmın yaxınlığında “Elvin Telekom” mağazasında lombarda aparıb girov qoyub 55 manat pul götürmüş və həmin pulu da Əli ilə birlikdə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin əşyaları lombarda girov qoyan zaman həmin şəxslərə həmin əşyaların özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün girov qoyduğunu bildirmişdir. Qalan bir ədəd “Hikvision” markalı monitoru isə Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşlarına təqdim etmişdir. Cinayət işinin 3-cü cildinin 154-157-ci vərəqlərində olan iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizasının 03 iyun 2022-ci il tarixli 9/3912 saylı rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2021-ci ilin dekabr-2022-ci ilin yanvar ayına orta bazar qiyməti bir ədəd "X16” markalı, boz rəngli maqnitola 40 manat, bir ədəd “Acdelco” markalı, 70 amperlik akkumlyator 40 manat, bir ədəd qara rəngli, papaqlı qış gödəkcəsi 20 manat, bir ədəd Çin istehsalı olan “Hikvision” markalı monitor 120 manat, bir ədəd qara rəngli, üzərində “Luniaofu” yazılan olan pul kisəsi 1 manat, bir ədəd "Kemei" markalı “KM-5021” model təraş aparatı 15 manat, bir ədəd “Braun” markalı, üzərində “Series 3 360” yazıları olan təraş aparatı 25 manat müəyyən edilir. Cinayət işinin 3-cü cildinin 75-77-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Səfərov X9 rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə təqsirli bilinərək, 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 06 ay 13 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 07 ay 10 gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad olunmuşdur. Cinayət işinin 3-cü cildinin 78-79-cu vərəqində olan Azərbaycan Respublikası DİNnin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Nəbiyev X8 rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrilə təqsirli bilinərək, 3000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəriməni tam olaraq ödəmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs1 müraciəti əsasında toplanmış 62-C-22 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 03 mart 2022-ci il tarixli qərara əsasən, Bakı şəhəri Suraxanı Rayon Prokurorluğu tərəfindən 62-C-22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi və qərarın sürəti maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. Cinayət işində olan Təqsirləndirilən şəxs1 müraciəti əsasında toplanmış 62-C-22 nömrəli material üzrə məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 178 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs2 müraciəti əsasında toplanmış 63-C-22 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 03 mart 2022-ci il tarixli qərara əsasən, Bakı şəhəri Suraxanı Rayon Prokurorluğu tərəfindən 63-C-22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi və qərarın sürəti maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. Cinayət işində olan Təqsirləndirilən şəxs2 müraciəti əsasında toplanmış 63-C-22 nömrəli material üzrə məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 176 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işində olan Suraxanı Rayon Polis İdarəsinin 06 dekabr 2022-ci il tarixli məktuba əsasən, Səfərov X9 RPİ-nin MSY-nə xx.xx.2022-ci il tarixdə saat 21:30-da Suraxanı RPİ-nin 33 PB-nin təhqiqatçısı Elşən İsmayılovun qərarı ilə qəbul olunub, qəbul olunan zaman həkim tərəfindən üzərinə baxış keçirilmiş bədənində heç bir xəsarət izinə rast gəlinməmiş, bu barədə müvafiq kitabda qeyd aparılmışdır və xx.xx.2022-ci il tarixdə saat 11:15 də ƏN-nin 3 saylı İT-na göndərilmiş, Nəbiyev X10 RPİ-nin MSY-nə xx.xx.2022ci il tarixdə saat 21:30-da Suraxanı RPİ-nin 33 PB-nin təhqiqatçısı Elşən İsmayılovun qərarı ilə qəbul olunub, qəbul olunan zaman həkim tərəfindən üzərinə baxış keçirilmiş bədənində heç bir xəsarət izinə rast gəlinməmiş, bu barədə müvafiq kitabda qeyd aparılmışdır və xx.xx.2022-ci il tarixdə saat 11:15 də ƏN-nin 3 saylı İT-na göndərilmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizəyə əsasən təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərinin ödənilməməsinə baxmayaraq heç bir şikayəti və tələbi yoxdur. Cinayət işində olan Azərbayacan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş məhkumun tibbi kitabçasına əsasən Təqsirləndirilən şəxs1 zədə almadığını, heroindən istifadə etdiyini və ümumilikdə şikayəti olmadığını bildirmişdir. Cinayət işində olan Azərbayacan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş məhkumun tibbi kitabçasına əsasən Təqsirləndirilən şəxs2 zədə almadığını, heroindən istifadə etdiyini və ümumilikdə şikayəti olmadığını bildirmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs5 tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli teleqrama əsasən, xx.xx.2023-cü il tarixində keçirərəcək məhkəmə iclasında üzülü səbəbdən iştirak edə bilməyəcəkdir. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs7 oğlu tərəfindən göndərilmiş teleqrama əsasən, xx.xx.2023-cü il tarixdə, saat 11:40-da keçiriləcək məhkəmədə müəyyən səbəblərdən iştirak edə bilməyəcəkdir. Məhkəmədən onun iştirakı olmadan qərar çıxarılmasını xahiş etmiş, başqa şikayətinin olmadığını bildirmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs1 tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, onun təqsirləndirlən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs2 tərəfindən məhkəmə iclasında təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, o, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 valideynləri tərəfindən 1000 manat dəyərində kompüter, polis bölməsi tərəfindən isə 02 ədəd monitoru qaytarılmasını, bununla əlaqədar olaraq, hər iki təqsiləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs3 tərəfindən məhkəmə iclasında təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizəyə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş X2 tərəfindən 279 nömrəli məktəbdən oğurluq edilməsi ilə əlaqədar təqdim edilmiş “DVD” diskə proses iştirakçılarının iştirakı ilə baxış keçirilmişdir. Cinayət işində olan 4 saylı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İV seriyalı 365521 nömrəli, xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X15 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 20 noyabr 2019-cu il tarixdə 6633 sayla qeyd edilmişdir. Ata qrafasında Təqsirləndirilən şəxs1, ana qrafasında X4 qeyd edilmişdir. Cinayət işində olan X6 məxsus AA1974428 nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X11 xx.xx.2016-cı ildə Salyan rayonunda anadan olmuşdur. ünvan 13 ünvanında qeydiyyatdadır. Cinayət işində olan X7 məxsus AA1798180 nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X12 xx.xx.2014-cü ildə Bakı şəhərində anadan olmuşdur. Salyan rayonu, X14 küçəsi, ev 63 ünvanında qeydiyyatdadır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri tam sübuta yetirilir. Təqsirləndirilən şəxs1 oğlunun ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü təqsirli bilməməsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 234.1-ci maddələri ilə bağlı bir epizoddan başqa, özünü təqsirli bilməməsi müdafiə xarakteri, cinayət məsuliyyətindən yayınmaq məqsədini daşıyır və hər-hansı mötəbər sübuta əsaslanmamışdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Bundan əlavə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs1 üzərindən 27 iyun 2021-ci il tarixində aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,259 qram və 05 yanvar 2022-ci il tarixində aşkar edilmiş narkotik vasitə heroinin çəkisi 2,661 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs2 oğlunun üzərindən 05 yanvar 2022-ci il tarixində aşkar edilmiş narkotik vasitə heroinin çəkisi 2,788 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs2 oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, cavanlığını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməllərdən səmimi peşman olmasını, bir epizod üzrə olan zərərçəkmiş şəxsin nümayəndəsinin Zərərçəkmiş şəxs2 ziyanın ödənilməsini, digər epizodlar üzrə zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını və himayəsində bir azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar hesab edir. Törətdiyi əməllərdən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin nümayəndəsinin Zərərçəkmiş şəxs2 ziyanın ödənilməsini, digər epizodlar üzrə zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını və iki azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs2 oğlunun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar cinayətlərin təkrar törədilməsidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 234.1-ci maddələrinin sanksiyasından görünür ki, həmin maddələrlə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təyin edilmiş, 02 (iki) il 4 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəza 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplanılmalı, cəzaçəkmə müddətinin əvvəli hüquqlarının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 05 yanvar 2022-ci il tarixindən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-nin 56.1.2). Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3cü maddələri ilə təyin edilmiş, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəza 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanılmalı, məhkəməyədək icraat zamanı şübhəli şəxs kimi tutulduğu andan, yəni 27 iyun 2021-ci il tarixdən 28 sentyabr 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 03 (üç) ay 01(bir) gün təyin edilən 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində çəkilməsi üçün qəti olaraq, 01 il 08 ay 29 gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli hüquqlarının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 05 yanvar 2022-ci il tarixindən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-nin 56.1.2). Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 2,561 qram olan narkotik vasitə -heroin, 1,209 qram olan narkotik vasitə - heroin və 2,688 qram olan narkotik vasitə - heroin məhv edilməli və iş üzrə maddi sübut kimi tanınmış bir ədəd “X16” markalı maqnitola Zərərçəkmiş şəxs1, bir ədəd “Acdelco” markalı, 70 amperlik akkumlyator Zərərçəkmiş şəxs7, bir ədəd qara rəngli, papaqlı qış gödəkcəsi Zərərçəkmiş şəxs3, bir ədəd “Hikvision” markalı monitor zərərçəkmiş şəxsin nümayəndəsi X1, bir ədəd qara rəngli pul kisəsi Zərərçəkmiş şəxs5 Fizuli oğluna, bir ədəd “Kemei” markalı “KM- 5021” model təraş aparatı, bir ədəd “Braun” markalı, üzərində “Series 3 360” yazıları olan təraş aparatı Zərərçəkmiş şəxs4 təhvil verilməsi nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə ekspertiza xərci 387 (üç yüz səksən yeddi) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə, təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müvafiq olaraq müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) il 4 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3cü maddələri ilə təyin edilmiş, 02 (iki) il 4 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəza 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli hüquqlarının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 05 yanvar 2022-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmən növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3cü maddələri ilə təyin edilmiş, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəza 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı şübhəli şəxs kimi tutulduğu andan, yəni 27 iyun 2021-ci il tarixdən 28 sentyabr 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 03 (üç) ay 01 (bir) gün Təqsirləndirilən şəxs1 təyin edilən 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində çəkilməsi üçün qəti olaraq, 01 il 08 ay 29 gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli hüquqlarının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 05 yanvar 2022-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 2,561 qram olan narkotik vasitə -heroin, 1,209 qram olan narkotik vasitə - heroin və 2,688 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “X16” markalı maqnitola Zərərçəkmiş şəxs1, bir ədəd “Acdelco” markalı, 70 amperlik akkumlyator Zərərçəkmiş şəxs7, bir ədəd qara rəngli, papaqlı qış gödəkcəsi Zərərçəkmiş şəxs3, bir ədəd “Hikvision” markalı monitor zərərçəkmiş şəxsin nümayəndəsi X1, bir ədəd qara rəngli pul kisəsi Zərərçəkmiş şəxs5 Fizuli oğluna, bir ədəd “Kemei” markalı “KM-5021” model təraş aparatı, bir ədəd “Braun” markalı, üzərində “Series 3 360” yazıları olan təraş aparatı Zərərçəkmiş şəxs4 təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 387 (üç yüz səksən yeddi) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs1, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkumlar tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-39/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-39/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver