Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-39/2025 17.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxx 1981-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi işlə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, 23 mart 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində qeyri rəsmi yaşadığı Şahid4 ilə bir qrup şəxs halında birləşərək ictimai yer sayılan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Dənizkənarı küçəsində yerləşən “Simurq” istirahət mərkəzində istirahət edən şəxslərin gözü qarşısında orada olan Zərərçəkmiş şəxs1 övladının nəlayiq ifadələr işlətməsini bəhanə gətirərək heç bir səbəbli əsas olmadan mübahisə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zərərçəkmiş şəxsə zor tədbiq olunması ilə müşaiyət olunan qərəzli hərəkətləri edərək öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə onun əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən hərəkətlər etməklə təpik və yumruqla qəsdən Zərərçəkmiş şəxs1 ayaq və bel nahiyyəsindən bir neçə dəfə zərbə vuraraq sonuncuya sağ bazunun qançırları və sağ kürəkaltı nahiyənin hematomasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarətləri yetirdikdən sonra, qanunsuz hərəkətlərinin qarşısını almaq üçün və beləliklə də, ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədilə anasını onun əlindən almaq istəyən xx.xx.2015-ci il təvəllüdlü X4 da qəsdən itələyərək yerə yıxıb, sonuncuya sol sağrının hematoması, sol budun və sağ sağrının qançırları ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarətləri yetirməklə yanaşı Zərərçəkmiş şəxs1 məxsus “Samsung A4” markalı mobil telefonu zədələyib yararsız hala salması nəticəsində 240 manat maddi ziyan vurmaqla qərəzli hərəkətləri, yəni xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 18 avqust 2023-cü il tarixdə saat təxminən 15 radələrində arvadı Şahid4, azyaşlı oğlu Cavid, baldızı Şahid3 və baldızının azyaşlı övladı Rüqayyə ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Simurq” istirahət mərkəzinə getmişlər. Orada onlar ayrıca bir otaq tutaraq istirahət ediblər, həmin otaqda o, arvadı və baldızı ilə birlikdə yeyib içmişlər. Həmin vaxtı o, 3 bakal pivə içmiş, arvadı Samirə və baldızı Arzu isə spirtli içkilər qəbul etməmişlər. Orada istirahət edərkən oğlu və baldızı qızı çöldə oynayırmışlar. Təxminən saat 16:30 radələrində oğlu Cavid və baldızı qızı Rüqəyyə qaça-qaça onlara tərəf gəlmiş və onlarla birlikdə oynayan uşağın söyüş söydüyünü bildirmişdir. Bu zaman arvadı Samirə orada olan adını sonradan bildiyi Mətanət xanıma yaxınlaşaraq onun övladı söyüş söydüyünü bildirəndə, onların arasında mübahisə yaranmış və sakitləşərək arvadı Samirə geri qayıdıb onların oturduqları otağa qayıtmışdır. Bundan sonra təxminən 1 saat sonra onlar oradan durub evə getmək istəyəndə həmin Mətanət adlı qadın onların ünvanına nəlayiq ifadələr işlətdiyinə görə arvadı ona cavab verərək həmin qadın orada olan uzanmaq üçün nəzərdə tutulmuş oturacağı qaldırıb arvadı Samirənin başına vurmuş və saçından tutaraq yerə yıxmışdır. Bundan sonra baldızı Arzu onları aralamağa çalışmış və o, baldızı həmin qadından arvadı Samirəni aralaya bilədiyini görmüş buna görə də qaçaraq onlar tərəfə getmiş və Mətanət adlı qadın arvadı Samirənin saçından tutub yerdə sürüdüyünü görmüş buna görə də onları aralamaq üçün əli ilə Mətanət adlı qadının qolundan vurmuşdur ki, arvadı Samirənin saçını buraxsın. Bundan sonra onları aralayıb oradan uzaqlaşaraq çıxıb getmişlər. Hadisə zamanı nə baldızı nə də ki, arvadı Samirə Mətanət adlı qadını vurmamışlar, sadəcə olaraq o, arvadı Samirənin Mətanətin əlindən almaq üçün əli ilə onun qolundan vurub arvadı Samirə ilə onu aralamışdır. O, məhkəmə iclasında eyni məzmunlu izahat verərək baş vermiş hadisə üzrə özünü təqsirli bilmədiyini, günahkar olmadığını, onlar gedərkən digər qadının söyüş söydüyünü bildirdi. Bunda əlavə Zərərçəkmiş şəxs1 ilə barışmaq istədiyini, bununla bağlı cəhd etdiyini bildirmiş, lakin Zərərçəkmiş şəxs1 tərəfindən ondan 5000 manat pul məbləğində pul vəsaitinin istənilməsi göstərmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 18 avqust 2023-cü il tarixdə saat təxminən 15 radələrində iki övladı ilə birlikdə Suraxanı rayonu, Hovsan qəsəbəsində yerləşən “Simurq” istirahət mərkəzinə getmişlər. Orada istirahət edərkən təxminən saat 16:30 radələrində azyaşlı oğlu Məhəmməd ağlayaraq qaça-qaça ona tərəf gəlmişdir, onun arxasınca isə başqa bir qadın gəlmişdir. O, nə baş verdiyini soruşduqda bir nəfər qadının gəlib onu vuracağını bildirmiş və ona tərəf qısılmışdır. O, nə baş verdiyi başa düşməyə çalışan zaman bir nəfər tanımadığı qadın ona yaxınlaşmış və oğlunun onun qızının ünvanına söyüş söydüyünü demişdir. O, oğlunun birinci söyüş söyə bilməyəcəyini, yəqin ki, əvvəlcə həmin şəxslərin uşaqların onun oğluna ilişdiyini demişdir. Həmin qadın isə sərxoş halda ona yaxınlaşmış və onunla sözlə mübahisə etməyə başlamışdır. O, həmin qadını sakitliklə başa salmağa çalışsa da, həmin qadın başa düşmürdü. O, həmin qadının sakitləşmədiyini görmüş və öz oğluna tərəf dönərək onu tənbeh etməyə başlamışdır. Elə bu anda həmin qadın oğluna yaxınlaşıb əl qaldırmaq istəmişdir. O, bu anda qadının qarşısını kəsmiş və bu vaxt həmin qadının yanında olan bir nəfər tanımadığı başqa qadın ondan üzr istəyərək onunla mübahisə edən qadını yanından zorla çəkib aparmışdır. Həmin qadın sərxoş olduğu üçün ətrafda olan hamıya ilişmiş və yüksək səslə nəlayiq ifadələr işlədərək hamının istirahətini pozmuş, hətta həmin əyləncə mərkəzində çalışan bir nəfər qadını təhqir edib qəpik pul ilə həmin qadının başından vurmuşdur. Ətrafda olan hamı bu baş verənlərin şahidi olmuşdur. O, həmin qadına yaxınlaşaraq azyaşlı oğlunu söyüş söyməklə ittiham etdiyini, lakin bu yaşda nəlayiq ifadələr işlətdiyini irad bildirmiş və qadının yanında olan tanımadığı oğlana da bu barədə irad bildirmişdir. Bu anda həmin qadın ona yenidən yaxınlaşaraq əlləri ilə sinəsindən tutmuş və küçə söyüşləri ilə yüksək səslə söyüb onu təhqir etmişdir. O, da həmin qadına qarşılıq vermiş və onlar ikisi əlbəyaxa olmuşlar. Çünki əvvəlcə həmin qadın ona əl qaldırmış və övladlarının gözü qarşısında, həm də ətrafda olan bütün şəxslərin gördüyü halda başından hicabı çıxarıb çıraraq kənara atmış və ona əl qaldırıb saçından yolaraq onu vurmuşdur. O, da qarşılıq vermişdir. Bu vaxt həmin qadının yanında olan ikinci tanımadığı qadın qaçaraq ona tərəf gəlmiş və saçından tutub yolaraq kürək nahiyəsindən yumruqla vurub söyməyə başlamışdır. O, yalnız birinci qadına qarşılıq verə bilmiş, arxadan onu vuran ikinci qadına isə qarşılıq verə bilməmişdir. Elə bu anda həmin qadınların yanında olan tanımadığı bir kişi yaxınlaşıb onun kürəyindən və belindən vurmağa başlamışdır. Qeyd etdiyi bu proseslər onun iki azyaşlı övladının və ətrafda olan tanımadığı şəxslərin gözü qarşısında baş vermiş və uşaqları ağlayaraq onu müdafiə etməyə çalışmışlar. Bu zaman həmin iki qadın və bir kişi onun uşaqlarının azyaşlı olmasına baxmayaraq, iki uşağına da yüngül xəsarət yetirmişlər. O, tək olduğu üçün bu baş verənlərin qarşısını ala bilməmiş və çarəsiz şəkildə yalnız özünün müdafiə etməyə çalışmışdır. Bu zaman ofisiant uzankeşi onun əlindən almışdır. Bir neçə dəqiqə sonra həmin istirahət mərkəzinin işçiləri yaxınlaşıb onu və azyaşlı övladlarını həmin şəxslərin əlindən almışlar. Həmin iki qadın və bir nəfər kişi yenə də qanunsuz əməllərinə davam edərək ətrafda olan uzankeşləri və digər əşyaları vurub məhv etməyə çalışmışlar. Bundan sonra həmin şəxslər uşaqlarını da götürüb istirahət mərkəzindən çıxıb uzaqlaşmlışlar. O, isə bir qədər özünə gəldikdən sonra DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları hadisə yerinə yaxınlaşdılar və o, özünü təqdim edərək hadisənin necə baş verməsini bildirmişdir. Baş vermiş hadisə nəticəsində özü və iki azyaşlı övladı xəsarət almışlar. Hətta hadisə zamanı özünə məxsus 240 manat dəyərində “Samsung Galaxy A07” markalı mobil telefonu sınaraq istifayə yararsız hala dönmüşdür. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, o, uşaqlarla istirahət mərkəzində idi. Uşaqlar çimirdi. Oğlu ağlayaraq, gəldi ki, “qadın məni döyəcək”. Samirə adlı qadın içkili vəziyyətdə yaxınlaşdı ki, “uşağına tərbiyyə ver”. Dedi ki, uşağı söyə bilməz, çünki uşaq söyüş bilmir. Bacısı gəlib, üzr istədi ki, “bacım içkilidir”. Sonra da bacısını sürüyüb, apardı. İstirahət Mərkəzində bir qadın var idi, işçi, bunlardan pul istədi, bilmir ki, ya geyimi dəyişmək üçün ya nə üçün isə istədi. Samirə dediyi qadına yaxınlaşdı, pul çıxartdı, vurdu qadının başına ki, “ala dilənçisən”. O, da yaxınlaşdı, Namiqə tərəf dedi ki, “sən özün balaca uşağının söyüş söydüyünü deyirsən, özün isə yekə qadın söyüş söyürsən”? Namiqə də dedi ki, “ölçü götürün”. Qadın yaxasından yapışdı ki, “Sən kimə söz deyirsən.” Sonra yaxasından tutub “ana-bacı” söyüşü söydü. O, da bunu qorxutmaq üçün əlini uzankeşə atdı, halbuki ofisiantlar da var idi, tədbir görən yox idi. Qadın bu yana fırlandı gəldi, əlbəyaxa oldular. Bunun saçından yapışıb, özündən kənara çəkmək istəyəndə bacısı gəldi. Kürəyinə yumruq vurub, söyüş söydü. Bu anda gördü ki, bu kişi gəlir, düşündü ki, bu gəlib ayıracaq, bu yaxınlaşdı ona kürəyinə, qarnına təpik, yumruq vurmuşdur. Ətrafdakılar onu təhqir elədi. Ofsiant və əlavə 3 adam gəldilər, Namiqi saxlaya bilmirdilər. Zorla ayırdılar. Mobil telefonunu sındırdılar. Uşaqları stress yaşadı, kənardakılar gəlib, övladlarını geyindirdi. Samirə başından hicabını açmaq cırmaq istədi, başına da vurdular. O, tək anadır. Polisə gəlmirdilər, polis ona pul təklif elədi. Müstəntiq 500 manat pul təklif elədi, qəbul etmədi, sonra 1000 manat təklif elədi, O da Korrupsiyaya şikayət elədi. Uşaqlarına görə bu şəxsləri bağışlamadığını bildirmiş, dəymiş zərəri ödənilmələrini istəmişdir. Həmçinin, o, hadisə zamanı çəkiliş etməmiş, istirahət mərkəzindən video görüntüləri almışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan X7 öz ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 280 nömrəli tam orta məktəbdə təhsil alır. 18 avqust 2023-cü il tarixdə saat təxminən 15 radələrində anası və qardaşı ilə birlikdə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Simurq” istirahət mərkəzinə getmişlər. Orada istirahət edərkən təxminən saat 16:30 radələrində qardaşı Məhəmməd ağlayaraq qaça-qaça anasına tərəf gəlmişdir. Anası nə baş verdiyini soruşduqda qardaşı Məhəmməd bir nəfər qadının gəlib onu vuracağını bildirmiş və anasına tərəf qısılmışdır. Bu zaman bir nəfər tanımadığı qadın anasına yaxınlaşmış və qardaşı Məhəmmədin həmin qadının qızının ünvanına söyüş söydüyünü demişdir. Anası qardaşının birinci söyüş söyə bilməyəcəyini demişdir. Həmin qadın isə sərxoş halda anasına yaxınlaşmış və anası ilə mübahisə etməyə başlamışdır. Anası həmin qadını sakitliklə başa salmağa çalışsa da, həmin qadın başa düşməmişdir. Anası həmin qadının sakitləşmədiyini görmüş və qardaşı Məhəmmədə tərəf dönərək onu tənbeh etməyə başlamışdır. Elə bu anda həmin qadın Məhəmmədə yaxınlaşıb ona əl qaldırmaq istəmişdir. Anası bu anda qarşısını kəsmiş və bu vaxt həmin qadının yanında olan bir nəfər qadın anasından üzr istəyərək anası ilə mübahisə edən qadını yanından zorla çəkib aparmışdır. Həmin qadın sərxoş olduğu üçün ətrafda olan hamıya ilişmiş və yüksək səslə söyüşlər söyərək hamının istirahətini pozmuşdur. Ətrafda olan hamı bu baş verənlərin şahidi olmuşdur. Anası həmin qadına yaxınlaşaraq qardaşını söyüş söyməklə ittiham etdiyini, lakin özünün bu yaşda nəlayiq ifadələr işlətdiyini irad bildirmiş və qadının yanında olan tanımadığı oğlana da bu barədə irad bildirmişdir. Bu anda həmin qadın anasına yenidən yaxınlaşaraq əlləri ilə sinəsindən tutmuş və söyüşlər ilə yüksək səslə söyüb anasını təhqir etmişdir. Bundan sonra həmin qadın anasına əl qaldırmış və başından hicabı çıxarıb kənara atmış və anasına əl qaldırıb saçından yolaraq anasını vurmuşdur. Bu vaxt həmin qadının yanında olan ikinci qadın qaçaraq anasına tərəf gəlmiş və saçından tutub yolaraq kürək nahiyəsindən yumruqla vurub söyməyə başlamışdır. Elə bu anda həmin qadınların yanında olan bir kişi yaxınlaşıb anasının kürəyindən və belindən vurmağa başlamışdır. Bundan sonra orda olan şəxslər anasıgili aralamağa başlamışlar, bu zaman o, qorxduğundan ağlayaraq qışqırmağa başlamış həmin vaxtı orada anası ilə dava dalaş edən qadın və kişi onu itələyərək yerə yıxmışlar və ayaqları ilə üstündən keçmişlər. Bir neçə dəqiqə sonra həmin istirahət mərkəzinin işçiləri yaxınlaşıb onları aralamışlar. Həmin iki qadın və bir nəfər kişi yenə də qanunsuz əməllərinə davam edərək ətrafda olan uzankeşləri və digər əşyaları vurub məhv etməyə çalışmışlar. Bundan sonra onlar uşaqlarını da götürüb istirahət mərkəzindən çıxıb uzaqlaşmışlar. Lakin, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan X7 öz ifadəsində göstərmişdir ki, o, hadisə tam yadına düşmür, o, “Simurq” istirahət mərkəzində yıxılıb, harası dəyib yadına düşmür. Sonradan anası və qardaşı Məhəmməd ilə birlikdə yay vaxtı “Simurq” istirahət mərkəzinə getdiyini, orada qardaşı ilə birlikdə hovuzda üzdüklərini, anasının isə kənarda olduğunu bildirdi. Qadının Məhəmmədin üstünə gəldiyini və onun ağladığını görmüş, lakin həmin qadın qardaşı Məhəmmədin üstünə qışqırmamış, ümumiyyətlə, Məhəmmədi heç kim döyməmişdir. O, hovuzda olduğu vaxt qadının anasını vurduğunu görmüş, qadından sonra digər bir qadın vurmuş, sonra isə başqa bir kişi də gəlmiş, həmin şəxs zalda əyləşən şəxsdir. Qadın anasının üzərinə gələndə o hovuzdan çıxmış, arxada yıxılmış, kim onu itələmiş, bunu görməmiş, özü ayağa qalxmışdır. Həkimə müraciət etməmişdir. Oradakı kişi isə anasının qarnına ayağı ilə vuraraq xəsarət vurmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hal-hazırda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Simurq” ailəvi istirahət mərkəzində ofisiant işləyir. xx.xx.2023-cü il tarixdə işlədiyi restoranda əvvəllərdə istirahət etmək üçün gələn Namiq adlı şəxs və yanında iki qadın və iki az yaşlı uşaqlarla gəlmişdir. Namiq və yanındakı qadınlar və uşaqlar restoranda olan otaqların birində əyləşmişdilər. Namiq adlı şəxs və yanında olan iki qadın, onlardan biri hicablı digəri isə qarayanız olan bir qadın yeyib içmək üçün müxtəlif sifarişlər vermişlər, həmçinin onların sifarişində 4-5 bakal pivədə olmuşdur. Həmin günü saat təxminən 19:00 radələrində işlədiyi “Simurq” ailəvi istirahət mərkəzində olan otaqların birində sifariş qəbul edən zaman, çöldə səs küy olduğunu eşitmiş və bir qadın hicablı qadınla mübahisə etdiyini görmüşdür. O, dərhal çölə çıxıb görmüşdür ki, Namiq adlı şəxsin yanında gələn bir qadın restoranda olan digər hicablı qadınla mübahisə edir. Həmin vaxtı hicablı qadın restoranda olan uzankeşi digər qadına tərəf tullamış, lakin o, həmin uzankeşi tutmuş və uzankeş kənara düşmüşdür. Bu zaman qadın geri qayıdıb hicablı qadının üstünə getmiş və hicablı qadına yaxınlaşıb onun hicabından dartıb başından çıxartmışdır. Bundan sonra həmin qadın hicablı qadının kürək nahiyyəsindən bir dəfə vurmuşdur. Həmin vaxtı səs küyə çıxan restoranın administratoru Şahid2 və o, tez onlara yaxınlaşıb aralamağa çalışmışlar, bu zaman Namiq adlı şəxs qaça qaça gələrək həmin hicablı qadına yaxnlaşıb həmin qadının sağ ayağına bir təpik və kürəyindən bir yumruq vurmuşdur. Bundan sonra orada olan şəxslər onları aralamışlar. Bundan sonra həmin kişi dava edən qadının qolundan tutub və yanında ki, digər hicablı qadın və iki az yaşlı övladları ilə birlikdə çıxıb getmək istəyəndə, o, Namiq adlı şəxsə yaxınlaşıb hesablarının ödənilməsini tələb etdikdə isə onlar hesabı ödəməyərək çıxıb getmişlər. daha sonra kart hesabına atacağını bildirərək çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Namiq adlı şəxsin yanında gələn bir qadın restoranda olan digər hicablı qadınla mübahisə edir. Həmin vaxtı hicablı qadın restoranda olan uzankeşi digər qadına tərəf tullamış, lakin o, həmin uzankeşi tutmuş və uzankeş kənara düşmüşdür. Həmin kişi qadının yumruqla başına, təpik ilə isə böyrəyinə 1 dəfə vurmuşdur. Hadisə zamanı uşaqların vurulduğunu görməmiş, ola bilər ki, təsadüfən uşaqlara kiminsə ayağı dəymiş və vurulmuşlar. Namiq adlı şəxs masasında olan xanımlarla içki içirmişlıər, onlar təxminən 10 bakal pivə masaya servis ediblərmiş. O, Namiq adlı şəxsə yaxınlaşıb hesablarının ödənilməsini tələb etdikdə isə onlar hesabı ödəməyərək, daha sonra kart hesabına atacağını bildirərək çıxıb getmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun bacısının yoldaşıdır, o, bacısı və bacısı yoldaşı ilə birlikdə çimərliyə getmişlər. Xanımın oğlu onların uşaqlara nalayiq işarə göstərmiş, uşaqlar da bildirdikdə zərərçəkmiş xanım bu məsələni bacısına bildirmişdir. Bacısı həmin xanımla mübahisə etdikdə o, bacısını tutub oradan kənarlaşdırmışdır. Daha sonra ayaqyolunda pul veriləndə qalıq qəpik qaldığı üçün o, maşında qəpik axtarmış, bu zaman həmin qadının bacısı ilə atışdığını, qadının bacısına “lejenka” atdığını görmüşdür. O, bacısının qadının ayağının altında olduğunu, həmin qadını vurmadıqlarını, başındakı hicabı açmadıqlarını, nə xanımın döyülmədiyini, nə də uşaqlara toxunulmadığını bildirdi. Əksinə, orada bacısı xəsarət almış, buna dair həkimdən sənədləri vardır. Bacısının yoldaşı da qadına vurmamış, bacısını buraxması üçün yüngül formada itələmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsinin elan edilməsi qərara alınmış, tərəflərlə iştirakı ilə elan edilmiş, tərəflərin hər-hansı etirazı bildirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmiş xüsusatları təsdiq etmişdir. Cinayət işinin 120-122-ci vərəqlərində olan 14 mart 2024-cü il tarixli “diskə baxış keçirilməsi barədə” protokola və hadisə yerinin fotoşəkillərindən görünür ki, Şahid4 xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində istirahət etdiyi yer sayılan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Simurq” istirahət mərkəzində Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış sözlə mübahisə zamanı Şahid4 yumruqla Zərərçəkmiş şəxs1 vurur, bundan sonra Əliyevanın qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs qaçaraq gəlib təpik və yumruqla Zərərçəkmiş şəxs1 vurur. Bu zaman Zərərçəkmiş şəxs1 azyaşlı qızı xx.xx.2015-ci il təvəllüdlü X7 hadisə yerinə yaxınlaşıb anasını onların əlindən almaq istəyən zaman Təqsirləndirilən şəxs azyaşlını itələyərək yerə yıxır. Cinayət işinin 48-49-cu vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 748 saylı rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədən səthində xəsarətlər aşkar edilmişdir: sağ bazunun qançırları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilər, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına görə demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən vurulma nəticəsində alınmaları inkar olunmur. Lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi, eləcə də yıxılma nəticəsində alınmaları inandırıcı deyil. Cinayət işinin 50-51-ci vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 21 avqust 2023-cü il tarixli 755 saylı rəyindən görünür ki, 2015-ci il təvəllüdlü vətəndaş X2 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol sağrının hematoması, sol budun və sağ sağrının qançırları. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Cinayət işinin 52-54-cü vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/748 saylı rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədən səthində xəsarətlər aşkar edilmişdir: sağ bazunun qançırları və sağ kürəkaltı nahiyəsinin hematoması. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağ kürəkaltı nahiyənin hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir, digər xəsarətlər hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına görə demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən vurulma nəticəsində alınmaları inkar olunmur. Lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi, eləcə də yıxılma nəticəsində alınmaları inandırıcı deyil. Cinayət işinin 162-ci vərəqində olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” 23 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 120-122-ci vərəqlərində olan 14 mart 2024-cü il tarixli “diskə baxış keçirilməsi barədə” protokola və hadisə yerinin fotoşəkillərindən görünür ki, Şahid4 xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində istirahət etdiyi yer sayılan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Simurq” istirahət mərkəzində Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış sözlə mübahisə zamanı Şahid4 yumruqla Zərərçəkmiş şəxs1 vurur, bundan sonra Əliyevanın qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs qaçaraq gəlib təpik və yumruqla Zərərçəkmiş şəxs1 vurur. Bu zaman Zərərçəkmiş şəxs1 azyaşlı qızı xx.xx.2015-ci il təvəllüdlü X7 hadisə yerinə yaxınlaşıb anasını onların əlindən almaq istəyən zaman Təqsirləndirilən şəxs azyaşlını itələyərək yerə yıxır. Baxış zamanı 1 ədəd CD diskdə olan fayla baxıldıqdan sonra qablaşdırılaraq möhürlənmiş və iş üzrə mühim sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 124-cü vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Elektron Məhkəmə” sistemindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 7PZR7TH FİN seriyalı 15 dekabr 2009-cu il təvəllüdlü X9 adlı azyaşlı uşağı vardır. “Elektron Məhkəmə” sistemindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 78XGP4Z FİN seriyalı 09 aprel 2014-cü il təvəllüdlü X8 adlı azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs, zərəçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, DVD diskdə olan videogörüntü və digər iş materialları ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü təqsirli bilməməsi müdafiə xarakteri daşıyır və hər-hansı mötəbər sübuta əsaslanmamışdır. Məhkəmə qeyd edir ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun Qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur.İctimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə, təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Bundan əlavə məhkəmə Təqsirləndirilən şəxs Akf oğlunun Azərbaycan Respublikası Cinayət məcəlləsiin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittihamın hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı bütün işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasının nəticəsi olaraq, cinayət və cinayət prosessual qanunvericiliyinin müddəalarını rəhbər tutmaqla, ittihamın həmin hissədə xaric edilməlidir. Belə ki, ittiham aktının nəticəvi hissəsində qeyd edilir ki, “Təqsirləndirilən şəxs ..... ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədilə anasını onun əlindən almaq istəyən xx.xx.2015-ci il təvəllüdlü X4 da qəsdən itələyərək yerə yıxıb, sonuncuya sol sağrının hematoması, sol budun və sağ sağrının qançırları ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarətləri yetirməklə ....... qərəzli hərəkətləri, yəni xuliqanlıq etmişdir”. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsi ilə ittihamın əsasını təsdiq edən sübutları qismində ittiham aktında cinayət işi üzrə təyin edilmiş və keçirilmiş məhkəmə-tibbi ekspertizasının 21 avqust 2023-cü il tarixli 755 saylı rəyi və 14 mart 2024-cu il tarixli “diskə baxış keçirilməsi” haqqında protokolu göstərmişdir. Qeyd olunan rəydən görünür ki, 2015-ci il təvəllüdlü X2 bədən səthində aşkar olunan xəsarətlər – sol sağrının hematoması, sol budun və sağ sağrının qançırları - xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Bundan əlavə 14 mart 2024-cu il tarixli “diskə baxış keçirilməsi” haqqında protokolda göstərilmişdir ki, “Simurq” istirahət mərkəzində Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış sözlə mübahisə zamanı Şahid4 yumruqla Zərərçəkmiş şəxs1 vurur, bundan sonra Əliyevanın qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs qaçaraq gəlib təpik və yumruqla Zərərçəkmiş şəxs1 vurur. Bundan əlavə protokolda göstərilir ki, bu zaman Zərərçəkmiş şəxs1 azyaşlı qızı xx.xx.2015-ci il təvəllüdlü X7 hadisə yerinə yaxınlaşıb anasını onların əlindən almaq istəyən zaman Təqsirləndirilən şəxs azyaşlını itələyərək yerə yıxır. Bundan əlavə zərərçəkmiş Zərərçəkmiş şəxs1 öz ifadəsində bildirir ki, Təqsirləndirilən şəxs uşaqlarına görə bu şəxsləri bağışlamır və onlara dəymiş zərərin ödənilməsini istəyir. Zərərçəkmiş şəxsin ifadəsində görünür ki, o, hər iki uşağın xəsarət aldığını göstərir. Bundan əlavə məhkəmə istintaqı zamanı videogörüntünü əks etdirən diskə baxış keçirilərkən, videogörüntüdə yalnız oğlunu və onun hadisə vaxtı olduğu yeri göstərir və Təqsirləndirilən şəxs tərəfindən oğlu Məhəmməd Ələsgərova xəsarət yetirildiyini bildirir. Lakin, məhkəmə istintaqı zamanı cinayət işi üzrə proses iştirakçıları ilə birlikdə hadisənin təffərüatını özündə əks etdirən videogörüntüyə dar diskə baxış keçirilmiş və videoda əks olunan görüntülərdən aydın görünmüş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 xəsarət yetirildiyi vaxt onun azyaşlı övladı X7 hadisənın baş verdiyi yerdən kənarda olmuş, kütlənin arxasında olmuş və iş üzrə Təqsirləndirilən şəxs tərəfindən ona heç bir xəsarət yetirilməmişdir. Ümumiyyətdə hadisə vaxtı hər hansı uşağa Təqsirləndirilən şəxs tərəfindən birbaşa və yaxud dolayı olaraq xəsarət yetirilməmişdir. Yuxarıda göstərilənlər məhkəməyə o qənaətə gəlmək imkan verir ki, X3 olan məhkəmətibbi ekspertizasının 21 avqust 2023-cü il tarixli 755 saylı rəyi ilə müəyyən edilmiş xəsarətlərin 18 avqust 2023-cü il tarixdə baş vermiş hadisə ilə, və yaxud Təqsirləndirilən şəxs törətdiyi əməli ilə hər hansı məhkəmə istintaqı zamanı müəyyən edilmiş səbəbli əlaqə mövcud olmadığından, X5 rəydə göstərilən xəsarətlərin məhz Təqsirləndirilən şəxs tərəfindən araşdırılan hadisə vaxtı yetirilməsi müəyyən edilmədiyindən, Təqsirləndirilən şəxs ittihamın qeyd olunan hissədə təsvir edilmiş əməlin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Bundan əlavə zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs tərəfindən hər iki uşağa xəsatlərin yetirilməsi, ekspert tərəfindən yalnız bir uşaq barədə rəyin qəbul edilməsi, zərərçəkmiş şəxs həmin halın mübahisələndirməməsi, diskə dar baxış keçirilərkən ümumiyyətlə həmin xüsusatın vurğulanmaması və xəsarəti yetirilmiş kimi yalnız oğlunu göstərilməsi özü-özlüyündə zərərçəkmiş şəxslər tərəfindən verilmiş ifadələrini şübhə altı alır. Həmçinin zərərçəkmiş şəxs Rüqəyya Ələsgərova məhkəmə istintaqı zamanı bildirir ki, hadisə tam yadında deyil, o yıxılmış, hər hans şəxs tərəfindən ona xəsarət yetirildiyini göstərmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun Qərarına əsasən məhkəmələrə izah edilsin ki, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə də müqavimət göstərməklə törədilən xuliqanlıq hərəkəti Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundan, CM-nin digər maddələri ilə əlavə tövsüfə ehtiyac qalmır. Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan hakimiyyət nümayəndəsi dedikdə, ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyəti olan bütün vəzifəli şəxslər başa düşülür. Digər şəxslər dedikdə isə, üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirak edən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür. İctimai qaydanın qorunması üzrə vəzifənin yerinə yetirilməsi dedikdə, küçələrdə və ya ictimai yerlərdə post-patrul xidmətinin həyata keçirilməsi, nümayişlər, piketlər, mitinqlər, tamaşalar, kütləvi tədbirlər, qəza və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı qaydanın qorunması halları başa düşülməlidir. Plenum qərarının bu müddəalarına əsasən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində göstərilən və Plenum Qərarında ətraflı anlayışları verilən “ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən şəxsin” statusuna, və ya “ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinin” statusuna və ya “digər şəxs” - üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirak edən, hakimiyyət nümayəndəsi olmayan şəxs - statusuna aid olmadığına, həmçinin yetikinlik yaşına çatmayan şəxs (ibtidai sinifin şagirdi) olduğu səbəbindən hər hansı yuxarıda göstərilən ictimai qaydanın qorunması üzrə vəzifəsinə yerinə yetirmədiyini və yaxud vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirak edən şəxs olmadığını nəzərə almaqla, həmçinin videogörüntüyə əsasən X5 Təqsirləndirilən şəxs tərəfindən hər hansı xəsarətin yetirilməsi müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində verilmiş ittihamından ictimai qaydanın pozulmasının qarşısını almaq nəticəsində 2015-ci il təvvəldlü yetkinlik yaşına çatmayan şəxs X6 xəsarətlərin yetirilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə aid olan epizod xaric edilməlidir. Yetkinlik yaşına çatmayan şəxs X6 xəsarətlərin yetirilməsi ilə əlaqədar toplanmış material araşdırılması üçün Suraxanı Rayon Polis İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ailəli olmaqla, 4 uşağın atası olması, himayəsində 2 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, onun üzərinə Bakı, şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 00:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair epizod ittihamdan xaric edilsin. Yetkinlik yaşına çatmayan şəxs X6 xəsarətlərin yetirilməsi ilə əlaqədar toplanmış material araşdırılması üçün Suraxanı Rayon Polis İdarəsinə göndərilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (bir yüz səksən ) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-39/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-39/2025
17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver