Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-390/2024 24.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 1985-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə, əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi və tamah niyyəti ilə Zərərçəkmiş şəxs Polşa Respublikasına viza alıb göndərəcəyinə dair yalan vəd verib inandıraraq 15 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, 2 nömrəli evin həyətində 10.000 (on min) manat pul vəsaitini alıb ələ keçirməklə verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs ümumilikdə 10.000 (on min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü əvvəlki məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilməyərək, lakin sonuncu məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun illərdir ki, tanıyır. Onlar eyni binada yaşayırlar. O tez-tez işlə bağlı Avropa ölkəsi olan İsveçrə Respublikasına gedib gəlmişdir. 2021-ci ilin aprel ayında Zərərçəkmiş şəxs ilə yaşadıqları məhəllədə görüşmüşlər. Zərərçəkmiş şəxs ona Polşa Respublikasına getmək istədiyini demişdir. Ondan viza ilə bağlı məsləhət istəmişdir. Sadıqov X2 gedib oradan avtomobil gətirmək istəmişdir. Bunun qarşılığında o, Zərərçəkmiş şəxs viza ilə bağlı köməklik edə biləcəyini bildirərək 10.000 manat pul vəsaitinin lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs da ona həmin məbləği vermişdir. Lakin o, verdiyi vədə əməl etməmişdir. Əməlindən peşmandır. Qeyd edir ki, zərərçəkmiş şəxsə vurduğu zərəri tamamilə ödəyib və sonuncu ilə barışıbdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin dövlət büdcəsinə 2500 manat miqdarında ödəniş edib. Göstərilənləri nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasına və barəsində olan cinayət təqibinə xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs onunla eyni məhəllədə yaşayır. Təqsirləndirilən şəxs ilə kiçik yaşlarından tanışdır. O, işsiz olduğu üçün işləmək məqsədi ilə Avropaya getmək qərarına gəlmişdir. O, fərdi şəkildə avtomobil alqı-satqısı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs ilə görüşüb söhbət edərkən Elşənə Polşaya gedib orada bir müddət yaşamaqla oradan avtomobil gətirə biləcəyini təklif etmişdir. Elşən özü Avropa ölkəsi olan İsveçrədən yeni qayıtmışdır. Ona Polşaya viza düzəldə biləcəyini demiş, o isə Elşəndən Polşaya gedib oradan avtomobil gətirərsə xeyir əldə edib-etməyəcəyini soruşmuşdur. Elşən isə ona Polşada yaşasa oradan avtomobilləri Azərbaycana rahat göndərə biləcəyini demişdir. O da Elşənin təklifini ağılabatan hesab etmiş və Elşəndən Polşaya gedə bilməyi üçün nə qədər vəsait və hansı sənədlər lazım olduğunu soruşmuşdur. Elşən ona subay olmağı, ailə tərkibi haqqında arayışlar və digər sənədlərin, o cümlədən viza alınması üçün 10.000 (on min) manat pul lazım olduğunu demişdir. Həmçinin bildirmişdir ki, 10.000 (on min) manat pulu və sənədləri hazırlasa Azərbaycandan Türkiyəyə gedəcək, orada tanışlarının onun viza məsələlərini həll edib onu Polşaya yola salacaqlarını demişdir. O da sənədləri hazırlayaraq 15 aprel 2021-ci il tarixdə saat 18:00 radələrində yaşadığı Bakı şəhəri, Surxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, 2 nömrəli evin həyətində Elşənlə görüşüb sənədlərini və 10.000 (on min) manat pul vermişdir. O pulu verdikdən sonra ona Türkiyəyə getmək üçün bilet almağını demişdir. O da Türkiyə Respublikasına getmək üçün öz şəxsi vəsaiti hesabına bilet almışdır. 16 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Beylənxalq Aeroportundan Türkiyə Respublikasının İstanbul şəhərinə uçmuşdur. Elşən ona hava limanında Samir və Sənan adlı şəxslərin onu qarşılayacaqlarını demişdir. O hava limanına çatdıqda Samir adlı şəxs onu qarşılamışdır. Samir onu İstanbulda yaşadığı Şirinevlər adlanan məhəlləyə aparmışdır. Orada Sənan və Samir adlı şəxslər ona Türkiyədə yaşamaq üçün 1 illik icazə alacaqlarını demişlər. İzah etmişlər ki, Türkiyə Respublikasında yaşayış vizası almasa ona Polşa üçün viza verməzlər. O da razılaşmış və Türkiyə Respublikasında yaşamaq üçün 1 illik icazə almışdır. Təxminən 3 ay müddətində İstanbul şəhərində yaşamışdır. Orada qaldığı müddət ərzində onun 14.000 (on dörd min) manat xərci çıxmışdır. İşləmədiyi üçün xərclərini ailəsi qarşılaşmışdır. O, 3 ay orada qaldıqdan sonra Samir və Sənandan Polşaya getmək üçün vizanın nə vaxt hazır olacağını soruşmuşdur. Ona hər dəfə Ankaraya gedib orada sənədləri hazırladacaqlarını demişlər. Lakin o, sənədlərini hazırlamadıqlarını gördükdə Elşənlə bir neçə dəfə telefon əlaqəsi saxlamışdır. Elşən də ona hər dəfə gözləməyini sənədlərin hazırlanacağını demişdir. Lakin o, Elşənin onu aldatdığına əmin olduqdan sonra Bakıya yaşadığı evə qayıtmışdır. Elşənlə görüşüb işini həll etmədiyini demiş və pulunu Elşəndən tələb etmişdir. Lakin Elşən müxtəlif bəhanələr gətirib onun pulunu qaytarmamışdır. Zərərçəkmiş şəxs ərizə təqdim edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmiş, təqsiləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onunla eyni məhəllədə yaşamışdır. Zərərçəkmiş şəxs təxminən 20 ildən artıqdır ki, tanıyır. Təqsirləndirilən şəxs da onlarla eyni məhəllədə yaşayıb. 15 aprel 2021ci il tarixdə Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində görüşmüşlər. Həmin vaxt saat 18:00 radələri olmuş və o işdən qayıtmışdır. Zərərçəkmiş şəxs ona Elşənlə görüşəcəyini, Elşənin Zərərçəkmiş şəxs viza düzəltmək üçün 10.000 (on min) manat pul istədiyini demişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, 10.000 manat pulu hazırlamışdır. Ondan xahiş etmişdir ki, birlikdə Elşənin yanına getsinlər. O da Şahsuvara onu apara biləcəyini demişdir. Bundan sonra dəqiqləşdirmək üçün Şahsuvar pulu çıxarıb saymışdır. Pul 10.000 (on min) manat olmuşdur. Onlar Qaraçuxur qəsəbəsinə Şahsuvarın yaşadığı məhəlləyə getmişlər. O avtomobildə gözləmiş, Şahsuvar isə məhəllədə avtomobildən düşüb Elşənin yanına getmişdir. Təxminən 8-10 metr ondan aralıda Şahsuvar sayaraq 10.000 (on min) manat pulu Elşənə vermişdir. Bundan sonra Şahsuvar onun avtomobilinə qayıtmışdır. O, Zərərçəkmiş şəxs “İki tikə” adlanan restoranda düşürüb getmişdir. Təxminən 1 saat sonra o həmin restorana Zərərçəkmiş şəxs yanına qayıtmışdır. Orada Şahsuvar və Elşən yemək yemişlər. O, Şahsuvarla sağollaşıb oradan ayrılmışdır. Həmin günün səhəri Şahsuvar Türkiyə Respublikasına getmişdir. Bundan xeyli müddət sonra bilmişdir ki, Elşən Şahsuvarı aldadıb pulunu almasına baxmayaraq viza düzəltməmişdir. Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə işin hüquqi həlli ilə bağlı aşağıdakıları qeyd edir. İşin faktik hallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs cinayət nəticəsində vurduğu ziyanı tamamilə ödəmiş və sonuncu ilə barışmışdır. Bununla yanaşı, müdafiə tərəfinin təqdim etdiyi 25 noyabr və 23 dekabr 2024-cü il tarixli qəbzlərlə müəyyən olunur ki, cinayət nəticəsində vurulmuş 10.000 manat miqdarında ziyanın 25 faizi miqdarında, yəni 2.500 manat məbləğində dövlət büdcəsinə ödəniş edilib. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir». Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən «cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir)». Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən «Cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur». Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarını rəhbər tutub, işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbirinin tətbiqinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 16 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən azad edilsin və onun CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 16 (on altı) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 96 (doxsan altı) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-390/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-390/2024
24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver