Məhkəmə qərarları › İş №1(010)-390/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-390/2025

11.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-390/2025 11.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim, Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1985-ci ildə Şəmkir rayonu, Könüllü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN:xxxxxxx, subay, orta təhsilli, məhkumluğu olmayan, ev ustası kimi işləmiş, Şəmkir rayonu, Könüllü kəndində qeydiyyatda olmaqla yaşamış, 06 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 08 mart 2025-ci il tarixli, 4(010)- 63/2025 saylı qərarı ilə barəsində əvvəli 06 mart 2025-ci il tarixdən hesablanmaqla, 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 4(010)-179/2025 saylı qərarı ilə həbsdə saxlama müddəti 26 iyun 2025-ci il tarixədək uzadılmış, həmin məhkəmənin 25 iyun 2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə həbsdə saxlama müddəti təsdiq edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx xxxxxx 1984-cü ildə Şəmkir rayonu, Könüllü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx, subay, orta təhsilli, məhkum olunmamış, fəhlə kimi işləmiş, ünvan 1 ünvanında kirayə yaşamış, 06 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 08 mart 2025-ci il tarixli, 4(010)-64/2025 saylı qərarı ilə barəsində əvvəli 06 mart 2025-ci il tarixdən hesablanmaqla, 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 4(010)-178/2025 saylı qərarı ilə həbsdə saxlama müddəti 26 iyun 2025-ci il tarixədək uzadılmış, həmin məhkəmənin 25 iyun 2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə həbsdə saxlama müddəti təsdiq edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaqda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talayıb yaşayış sahəsinə qanunsuz daxil olaraq oğurluq etmələri ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında 27 fevral 2025-ci il tarixdə, saat 04 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq həyətdəki hamam otağından dəyəri 100 (yüz) manat olan işıq naqilini və ümumilikdə, dəyəri 700 (yeddi yüz) manat olan 04 (dörd) ədəd su qızdırıcısını, daha sonra isə hamam otağının pəncərəsindən evə qanunsuz daxil olmaqla, qonaq otağından dəyəri 800 (səkkiz yüz) manat olan yataq dəstini gizli olaraq talayıb Zərərçəkmiş şəxs, ümumilikdə 1600 (min altı yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında 27 fevral 2025-ci il tarixdə, saat 04 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq həyətdəki hamam otağından dəyəri 100 (yüz) manat olan işıq naqilini və ümumilikdə, dəyəri 700 (yeddi yüz) manat olan 04 (dörd) ədəd su qızdırıcısını, daha sonra isə hamam otağının pəncərəsindən evə qanunsuz daxil olmaqla qonaq otağından dəyəri 800 (səkkiz yüz) manat olan yataq dəstini gizli olaraq talayıb Zərərçəkmiş şəxs, ümumilikdə 1600 (min altı yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Malyar kimi mütəmadi olmadan iş olduqca müəyyən yerlərdə çalışaraq dolanışıq əldə etmişdir. Əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs2 uşaqlıqdan bəri tanıyır. Hər ikisi Şəmkir rayonu, Könüllü kəndində anadan olub böyüdüklərindən uşaqlıqları bir yerdə keçmişdir. Calal da malyar ustası kimi fəaliyyət göstərdiyindən çox vaxt birlikdə sifariş götürərək işləməyə getmişlər. Tutulmazdan əvvəl təxminən 15-20 gün müddət olardı ki, Calalla birlikdə Şəmkir rayonunda iş tapa bilmədiklərindən Bakı şəhərinə gəlməyə qərar vermiş, 15 fevral 2025-ci il tarixdə Calalla birlikdə Bakıya yollanmışlar. Onlar iki gün müddətində Bakı şəhəri, Nəsimi rayonu, “28 may” metrostansiyası yaxınlığında yerləşən hoteldə qalmış, həmin müddət ərzində isə birlikdə iş axtarmışlar. Gün keçdikcə onların maddi problemləri daha da artmış və pulları qurtarmışdır. İki gün iş axtardıqdan sonra, Bakı şəhəri, Nəsimi rayonu, Yaşıl Bazarın yaxınlığında yerləşən, ünvanını dəqiq xatırlamadığı fərdi yaşayış evində malyar işi tapmışlar və ev sahibi ilə ümumilikdə 1000 manat müqabilində işi görmək üçün razılığa gəlmişlər. Onlar evin sahibi ilə razılaşmışlar ki, işi görəcəkləri müddət ərzində həmin ünvanda qalsınlar. Bununla yanaşı, 27 fevral 2025-ci il tarixdə, onlar Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində bir günlük malyar işi görmək təklifi almışlar. Həmin ünvana yolandıqdan sonra evin sahibi ilə şərtlərdə razılıq əldə edə bilmədiklərindən iş təklifini qəbul etməmişlər. Həmin ünvandan çıxıb qayıdarkən yollarının üzərində, yəni Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən adını xatırlamadığı kafedə Calalla birlikdə əyləşib spirtli içki qəbul etmişlər. Saat təxminən 01 radələrində həmin kafedən birlikdə çıxıb piyada küçələrlə hərəkət edərək mərkəzi yola doğru getməyə başlamışlar. Yolları çox uzun olduğundan təxminən 1-2 saat yerimişlər. Çünki həmin gün hava şəraiti sərt və qarlı olmuş, bu səbəbdən də yollar buz bağlamışdır. Küçələrlə hərəkət edərkən bir fərdi yaşayış evinin işıqlarının yanmadığını görmüşlər. Onlar ehtimal etmişlər ki, evdə heç kəs yaşamır. Həmin an onların maddi vəziyyətləri çox pis olduğundan və artıq pulları tamamilə bitmək üzrə olduğundan, birlikdə razılığa gələrək həmin yaşayış evinə daxil olmağa qərar vermişlər. Fərdi yaşayış evinə daxil olmaqda məqsədləri həmin evin ətrafından və ya içərisindən qiymətli əşya və ya predmet tapmaq olmuşdur. Birlikdə bu haqda razılığa gəldikdən sonra, o, fərdi yaşayış evinin təxminən 2 metr hündürlüyündə olan hasarına qalxmağa cəhd etmişdir. Bu zaman Calal hasarın hündür olduğunu görüb ona arxadan təkan verərək kömək etmişdir. Hasardan tullanaraq evin həyətyanı sahəsinə düşdükdən sonra Calal da onun ardınca hasardan aşıb evin həyətyanı sahəsinə düşmüşdür. Calalla birlikdə evin həyətyanı sahəsində yerləşən hamamın plastik qapısını açaraq içəri göz gəzdirmişlər. Lakin, oradan heç bir qiymətli əşya tapa bilməmişlər. Bu səbəbdən o, fərdi yaşayış evinin giriş qapısının yanında yerləşən, hamam otağına açılan kiçik havalandırma pəncərəsini əli ilə fiziki təzyiq göstərib açaraq oradan içəri daxil olmuşdur. Evin içərisinə daxil olduqdan sonra evin əsas giriş qapısını açmış və Calal da içəri daxil olmuşdur. Birlikdə evin giriş qapısının yanında yerləşən hamam otağına keçib orada 04 (dörd) ədəd su qızdırıcısı olduğunu görmüşlər. Orada başqa qiymətli əşya olmamışdır. Bunun ardından evin qonaq otağına, yəni zal hissəsinə keçib orada yerə qoyulmuş yataq dəstinə hamam otağında tapdıqları su qızdırıcılarını bükərək daşımaq üçün götürmüşlər. Hamam otağına qayıdıb 04 ədəd su qızdırıcısını hər bir yataq dəstinə ikisi olmaqla bükərək götürmüşlər. Götürdükləri su qızdırıcıları ilə kifayətləndiklərindən evin digər otaqlarına baxmayıb Calalla birlikdə fərdi yaşayış evini tərk etmişlər. Onlar həmin su qızdırıcılarını kürək hissəsində daşıyaraq piyada mərkəzi yola qədər gətirmişlər. Həmin mərkəzi yolda təxminən bir saat taksi gözlədikdən sonra Calal markasını və dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı bir avtomobilin gəldiyini görüb əl işarəsi edərək onu saxlatmışdır. Həmin avtomobil taksi olduğundan onları Bakı şəhəri, Nəsimi rayonu, Yaşıl Bazarın yaxınlığında yerləşən həm işləyib, həm müvəqqəti qaldıqları evə aparması üçün yeddi manat müqabilində razılaşmışlar. Həmin ünvana çatdıqdan sonra yataq dəstinə bükülmüş 04 ədəd su qızdırıcısını evin yaxınlığındakı ərzaq mağazasının qarşısına qoyub evə qalxmışlar. Paltarlarını dəyişdikdən sonra saat 07 radələrində aşağı enib su qızdırıcılarının yanına gəlmişlər. Bu vaxt o, mağazadan çıxan tanımadıqları bir şəxsdən taksi sifariş etməsini xahiş etmişdir. Həmin şəxs də taksi sifariş vermiş və onlar bir neçə dəqiqə sonra gələn markasını və dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobilə su qızdırıcılarını da yükləyib avtovağzala yollanmışlar. Avtovağzala çatdıqdan sonra Bakı- Gəncə marşrutu üzrə işləyən avtobuslardan birinə bilet alaraq Gəncə şəhərinə yola düşmüşlər. 27 fevral 2025-ci il tarixdə saat 17 radələrində Gəncə şəhərinə çatmışlar. Həmin gün Gəncə şəhərində avtovağzalın yaxınlığında yerləşən adını xatırlamadığı kafedə su qızdırıcılarını qoyub birlikdə Şəmkir avtobusuna əyləşib yola düşmüşlər. Su qızdırıcılarını götürməməklərinə səbəb üzərlərində kifayət qədər maddi vəsaitin olmaması idi. Çünki qızdırıcının hər birini 50 qəpik müqabilində aparırmışlar. Şəmkir rayonuna çatdıqdan sonra hər biri öz evlərinə yollanmışlar. Səhəri gün Calal onunla əlaqə saxlayaraq su qızdırıcılarını qardaşı Şahid almaq istədiyini bildirmişdir. Daha sonra o da Calalla razılaşaraq yenidən qardaşı Turalla əlaqə saxlamışdır. Bunun ardından o, Calalın qardaşı Turalla da razılığa gəlmişdir. Bu səbəbdən Calalla birlikdə, 28 fevral 2025-ci il tarixdə yenidən Gəncə şəhərinə getmişlər. Oraya çatdıqdan sonra su qızdırıcılarını qoyduqları kafedən götürüb Calalın qardaşı Turalın yaşadığı Gəncə şəhəri, B.Bağban küçəsində yerləşən evinə aparmışlar. Tural da həmin su qızdırıcılarını 200 (iki yüz) manat müqabilində almışdır. Bundan təxminən 3-4 gün sonra isə polis əməkdaşları onları tutmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, 04 ədəd su qızdırıcısı, dəsmal və ədyal oğurlamışlar, lakin işıq naqillərini götürməmişlər. Oğurladıqları əşyalardan su qızdırıcılarını satmış və pulunu yarıyarıya bölmüşlər. Lakin digər əşyaları işlədikləri evə yerləşdirmişlər. Ev sahibi isə rayonda yaşadığı üçün həmin əşyaları götürə bilməmişlər. Su qızdırıcıları zərərçəkmiş şəxsə geri qaytarılıb. Törətdikləri əməldən peşmandır. Zərərçəkmiş şəxsi əvvəllər tanımamışdır. Sonda isə barəsində yüngül həddə cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Malyar ustası kimi mütəmadi olmadan iş olduqca müəyyən yerlərdə çalışaraq dolanışıq əldə etmişdir. Təqsirləndirilən şəxs1 uşaqlıqdan bəri tanıyır. Hər ikisi Şəmkir rayonu, Könüllü kəndində anadan olub böyüdüklərindən uşaqlıqları bir yerdə keçmişdir. Qüdrət də malyar kimi fəaliyyət göstərdiyindən onunla çox vaxt birlikdə sifariş götürərək işləməyə getmişlər. Tutulmazdan əvvəl təxminən 15-20 gün müddət olardı ki, Qüdrətlə birlikdə Şəmkir rayonunda iş tapa bilmədiklərindən Bakı şəhərinə gəlməyə qərar vermişlər. 15 fevral 2025-ci il tarixdə Qüdrətlə Bakıya yollanmışlar. Onlar iki gün müddətində Bakı şəhəri, Nəsimi rayonu, “28 may” metrostansiyası yaxınlığında yerləşən hoteldə qalmışlar. Həmin müddət ərzində birlikdə iş axtarmışlar. Gün keçdikcə onların maddi problemləri daha da artmış və pulları qurtarmışdır. İki gün iş axtardıqdan sonra, Bakı şəhəri, Nəsimi rayonu, Yaşıl Bazarın yaxınlığında yerləşən, ünvanını dəqiq xatırlamadığı fərdi yaşayış evində malyar işi tapmışlar və ev sahibi ilə ümumilikdə 1000 manat müqabilində işi görmək üçün razılığa gəlmişlər. Onlar evin sahibi ilə razılaşmışlar ki, işi görəcəkləri müddət ərzində həmin ünvanda qalsınlar. Bununla yanaşı 27 fevral 2025-ci il tarixdə, onlar Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində bir günlük malyar işi görmək təklifi almışlar. Həmin ünvana yolandıqdan sonra, evin sahibi ilə şərtlərdə razılıq əldə edə bilmədiklərindən iş təklifini qəbul etməmişlər. Həmin ünvandan çıxıb qayıdarkən yollarının üzərində, yəni Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən adını xatırlamadığı kafedə Qüdrətlə birlikdə əyləşib spirtli içki qəbul etmişlər. Saat təxminən 01 radələrində həmin kafedən birlikdə çıxıb piyada küçələrlə hərəkət edərək mərkəzi yola doğru getməyə başlamışlar. Yolları çox uzun olduğundan təxminən 1-2 saat yerimişlər. Çünki həmin gün hava şəraiti sərt və qarlı olmuş, bu səbəbdən də yollar buz bağlamışdır. Küçələrlə hərəkət edərkən bir fərdi yaşayış evinin işıqlarının yanmadığını görmüşlər. Onlar ehtimal etmişlər ki, evdə heç kəs yaşamır. Həmin an onların maddi vəziyyətləri çox pis olduğundan və artıq pulları tamamilə bitmək üzrə olduğundan, birlikdə razılığa gələrək həmin yaşayış evinə daxil olmağa qərar vermişlər. Fərdi yaşayış evinə daxil olmaqda məqsədləri həmin evin ətrafından və ya içərisindən qiymətli əşya və ya predmet tapmaq idi. Birlikdə bu haqda razılığa gəldikdən sonra, Qüdrət fərdi yaşayış evinin təxminən 2 metr hündürlüyündə olan hasarına qalxmağa cəhd etmişdir. Bu zaman o, hasarın hündür olduğunu görüb Qüdrətə arxadan təkan verərək kömək etmişdir. Qüdrət hasardan tullanaraq evin həyətyanı sahəsinə düşdükdən sonra o da ardınca hasardan aşıb evin həyətyanı sahəsinə düşmüşdür. Qüdrətlə birlikdə evin həyətyanı sahəsində yerləşən hamamın plastik qapısını açaraq içəri göz gəzdirmişlər. Lakin, oradan heç bir qiymətli əşya tapa bilməmişlər. Bu səbəbdən Qüdrət fərdi yaşayış evinin giriş qapısının yanında yerləşən, hamam otağına açılan kiçik havalandırma pəncərəsini əli ilə fiziki təzyiq göstərib açaraq oradan içəri daxil olmuşdur. Qüdrət evin içərisinə daxil olduqdan sonra, evin əsas giriş qapısını açmış və o da içəri daxil olmuşdur. Birlikdə evin giriş qapısının yanında yerləşən hamam otağına keçib orada 04 (dörd) ədəd su qızdırıcısı olduğunu görmüşlər. Orada başqa qiymətli əşya olmamışdır. Bunun ardından evin qonaq otağına, yəni zal hissəsinə keçib orada yerə qoyulmuş yataq dəstini hamam otağında tapdıqları su qızdırıcılarını bükərək daşımaq üçün götürmüşlər. Hamam otağına qayıdıb 04 ədəd su qızdırıcısını qonaq otağından gətirdikləri yataq dəstinə bükərək götürmüşlər. Götürdükləri su qızdırıcıları ilə kifayətləndiklərindən evin digər otaqlarına baxmayıb Qüdrətlə birlikdə fərdi yaşayış evini tərk etmişlər. Onlar həmin su qızdırıcılarını kürəklərində daşıyaraq piyada mərkəzi yola qədər gətirmişlər. Həmin mərkəzi yolda təxminən bir saat taksi gözlədikdən sonra o, markasını və dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı bir avtomobilin gəldiyini görüb əl işarəsi edərək onu saxlatmışdır. Həmin avtomobil taksi olduğundan onları Bakı şəhəri, Nəsimi rayonu, Yaşıl Bazarın yaxınlığında yerləşən həm işləyib, həm müvəqqəti qaldıqları evə aparması üçün yeddi manat müqabilində razılaşmışlar. Həmin ünvana çatdıqdan sonra, yataq dəstinə bükülmüş 04 ədəd su qızdırıcısını evin yaxınlığındakı ərzaq mağazasının qarşısına qoyub evə qalxmışlar. Paltarlarını dəyişdikdən sonra saat 07 radələrində aşağı enib su qızdırıcılarının yanına gəlmişlər. Bu vaxt Qüdrət mağazadan çıxan tanımadıqları bir şəxsdən taksi sifariş etməsini xahiş etmişdir. Həmin şəxs də taksi sifariş vermiş və onlar bir neçə dəqiqə sonra gələn markasını və dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobilə su qızdırıcılarını da yükləyib avtovağzala yollanmışlar. Avtovağzala çatdıqdan sonra Bakı-Gəncə marşrutu üzrə işləyən avtobuslardan birinə bilet alaraq Gəncə şəhərinə yola düşmüşlər. 27 fevral 2025-ci il tarixdə, saat 17 radələrində Gəncə şəhərinə çatmışlar. Həmin gün Gəncə şəhərində avtovağzalın yaxınlığında yerləşən adını xatırlamadığı kafedə su qızdırıcılarını qoyub birlikdə, Şəmkir avtobusuna əyləşib yola düşmüşlər. Su qızdırıcılarını götürməməklərinə səbəb üzərlərində kifayət qədər maddi vəsaitin olmaması idi. Çünki qızdırıcının hər birini 50 qəpik müqabilində aparırdılar. Şəmkir rayonuna çatdıqdan sonra hər biri öz evlərinə yollanmışlar. Səhəri gün o, Qüdrətlə əlaqə saxlayaraq su qızdırıcılarını qardaşı Şahid almaq istədiyini bildirmişdir. Daha sonra Qüdrət də onunla razılaşaraq yenidən qardaşı Turalla əlaqə saxlamışdır. Bunun ardından Qüdrət qardaşı Turalla da razılığa gəlmişdir. Bu səbəbdən, birlikdə 28 fevral 2025-ci il tarixdə yenidən Gəncə şəhərinə getmişlər. Oraya çatdıqdan sonra su qızdırıcılarını qoyduqları kafedən götürüb qardaşı Turalın yaşadığı Gəncə şəhəri, B.Bağban küçəsində yerləşən evinə aparmışlar. O, da həmin su qızdırıcılarını 200 (iki yüz) manat müqabilində almışdır. Tutulduqdan təxminən 3-4 gün sonra isə polis əməkdaşları onları tutmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisədən əvvəl çox az miqdarda spirtli içki qəbul etmişlər, lakin sərxoş vəziyyətdə deyildilər. Oğurluq hadisəsini törətməyi maddi vəziyyətləri pis olduğu üçün birlikdə qərar vermiş, razılaşmış və oğurluğu törətmişlər. Su qızdırıcıları zərərçəkmiş şəxsə tutulandan sonra geri qaytarılmışdır. Atası da ziyanın qalan hissəsini geri qaytarmağa çalışmışdır. Sonda isə əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona vurduğu ziyanı öz ailə üzvlərinin tamamilə ödəməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını nəzərə alaraq barəsində yüngül həddə cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, Suraxanı rayon Səfərbərlik idarəsində müfəttiş kimi fəaliyyət göstərmişdir. ünvan 4 ünvanında ona məxsus fərdi yaşayış evi mövcuddur. 24 fevral 2025-ci il tarixdən 27 fevral 2025-ci il tarixə qədər olan müddət aralığında həmin evdə olmamışdır. 27 fevral 2025-ci il tarixdə həmin fərdi yaşayış evinə gedən zaman mənzilin giriş qapısının açıq olduğunu müəyyən etmişdir. Bu səbəbdən evdə oğurluq hadisəsinin baş verməsindən şübhələnib ətrafa baxış keçirməyə başlamışdır. Bu zaman mənzilin içərisindəki hamam otağından dəyəri ümumilikdə 700 (yeddi yüz) manat olan 04 ədəd su qızdırıcısının, qonaq otağından dəyəri 800 (səkkiz yüz) manat olan yataq dəstinin və fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən hamam otağından dəyəri 100 (yüz) manat olan işıq kabelinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bunun ardından 31-ci polis şöbəsinə yaxınlaşaraq hadisə barəsində məlumat vermişdir. Hadisə nəticəsində ona 1600 manat maddi ziyan dəymişdir. Həmin su qızdırıcılarını ümumilikdə 700 manata Bakı şəhəri, Dərnəgül metrostansiyası yaxınlığından almışdır. Hər biri istifadə edilməmiş və yeni vəziyyətdə olmuşdur. Bu səbəbdən X2 07 aprel 2025-ci il tarixli, 63 saylı rəyi ilə razı deyil. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, qeyd etdiyi ünvanda yerləşən evində yaşayış yoxdur. Həyətində kameralar yoxdur, lakin qonşuluqda olan evlərin və evin yaxınlığında olan polis bölməsinin kameraları vardır. Təqsirləndirilən şəxsləri əvvəllər tanımamışdır. Evindən 04 ədəd su qızdırıcıları, dəsmallar, ədyallar və işıq kabelləri oğurlanmışdır. İlkin məhkəmə iclasları zamanı təqsirləndirilən şəxslərdən şikayətçi olmuş, lakin əşyaları geri qaytarılarsa barışacağını bildirmişdir. Sonuncu məhkəmə iclası zamanı isə vurulmuş ziyanın yalnız Təqsirləndirilən şəxs2 ailə üzvləri tərəfindən ödənildiyini bildirmişdir. Az bir məbləğ qalıq qalsa da, kasıb ailə olduğundan qalan hissənin ödənilməsini istəməmiş, ziyanın tam ödənilməsi kimi qəbul etmişdir. Hazırda Təqsirləndirilən şəxs2 ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs tərəfindən 11 avqust 2025-ci il tarixdə məhkəməyə təqdim olunmuş yazılı ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 ilə barışmış, ona dəymiş maddi ziyanın tamamilə ödənilmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Şahid məhkəmə iclasında iştirak etməmiş, elektron məhkəmə informasiya sistemindən alınmış çıxarışdan görünür ki, Şahid 12 iyun 2025-ci il tarixdə hava imanı vasitəsilə Moskva istiqamətində ölkə sərhəddini keçmiş, cinayət prosesi tərəflərinin etirazı olmadığından onun ibtidai istintaqda verdiyi ifadəsi elan edilərək məhkəmədə tədqiq edilmişdir. Şahid ifadəsində göstərmişdir ki, 2025-ci ilin fevral ayının axırlarında qardaşı Təqsirləndirilən şəxs2 və qardaşının tanışı Təqsirləndirilən şəxs1 ona zəng edərək satılıq kombi radiatoru olduğunu demişlər. O, birinci həmin radiatorları imkanı zəif olduğu üçün almaq istəməmişdir. Sonra bir neçə dəfə söhbət etdikdən sonra həmin radiatorları almağa razılaşmışdır. Bundan sonra 2025-ci ilin təxminən mart ayının 2-də səhər saatlarında Gəncə şəhərində yaşadığı evdə olduğu zaman Qüdrət markası və dövlət qeydiyyat nömrəsi yadında qalmayan taksi ilə onlara gəlmişdir. Qüdrət onlara gələndən sonra 04 ədəd kombi radiatoru və asılqan olduğunu, həmin əşyaları 300 manata satmaq istədiyini demişdir. O, Qüdrətlə bir az söhbət etdikdən sonra həmin əşyaları 220 manata almağa razı salmış və onlar razılaşmışlar. Bundan sonra o, Qüdrətə 65 manat pul vermişdir. Həmin razılaşdıqları 220 manat puldan 40 manatını Qüdrətin gəldiyi taksiyə yol xərci vermişdir. Bundan sonra qalan pulu isə Qüdrətin pul kartına göndərmişdir. Qardaşı Calal və Qüdrət o, kombi radiatorlarını almamışdan qabaq ona həmin radiatorları işlədikləri evin sahibinin razılığı ilə maaş əvəzinə götürdüklərini bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: ********* nömrəli cinayət işi 06 mart 2025-ci il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis baş leytenantı X4 tərəfindən HK-1/223 saylı material üzrə fakta görə, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmışdır. (iş.v. 1) Zərərçəkmiş şəxs tərəfindən Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin rəisinə ünvanlanmış 27 fevral 2025-ci il tarixli ərizədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mərkəzi küçədə yerləşən ona məxsus təmirlə bağlı yaşayış olmayan bir mərtəbəli fərdi yaşayış evinə 24 fevral 2025-ci il tarixdən 27 fevral 2025-ci il saat 14 radələrinə kimi nəzarət etmədiyi müddət ərzində naməlum şəxs və ya şəxslər bir mərtəbəli evinin dəmir giriş qapısının açıq qalmasından istifadə edib evə daxil olaraq hamam otağında olan istifadə olunmayan təzə dörd ədəd ümumi 50 seksiyalı 700 manat dəyərində qızdırıcı (radiator), ümumi 800 manat dəyərində yataq dəsti, evin həyətində hamam otağının plastik qapısı sındırılmaqla otaqda olan 100 manat dəyərində işıq şunurunun oğurlanmasını 27 fevral 2025-ci il tarixdə aşkar etmişdir. Ona ümumilikdə 1600 manat dəyərində maddi ziyan dəymişdir. Əməli törətmiş şəxs və ya şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (iş.v. 4) 27 fevral 2025-ci il tarixli, “baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mərkəzi küçədə yerləşən Zərərçəkmiş şəxs məxsus hazırda təmirlə bağlı yaşayış olmayan, bir mərtəbəli, üç otaqdan və bir sanitar qovşaqdan ibarət evdir. Evin giriş qapısı dəmir darvazadır. Evə daxil olduqda sağ tərəfdə hamam otağı, düzünə zal, sağ tərəfdə qonaq otağı vardır. Baxış zamanı evdə təmirlə bağlı yaşayış yoxdur. Evə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən 06 ədəd əl barmaq izi aşkar olunmuşdur. Əlavə iş üzrə əhəmiyyət kəsb edən sübut aşkar olunmamışdır. (iş.v. 5-9) 06 mart 2025-ci il tarixli, “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 18) 08 mart 2025-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokollardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində qeyd etdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərərək ifadələrini bir daha təsdiq etmişlər. (121-127; 129-134) 31 mart 2025-ci il tarixli “təqdim etmə və götürmə barədə” protokoldan görünür ki, Şahid Zərərçəkmiş şəxs məxsus ünvan 2indən oğurlanmış dörd ədəd su qızdırıcını təqdim etmişdir. Odur ki, istintaq zərurəti ilə əlaqədar Şahid həmin oğurlanmış dörd ədəd su qızdırıcı götürülmüşdür. (iş.v. 167) X2 əmtəəşünaslıq ekspertizasının 07 aprel 2025-ci il tarixli 63 nömrəli rəyinin nəticəvi hissəsindən görünür ki, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurlanmış 02 (iki) ədəd 08 (səkkiz) seksiyalı yeni su qızdırıcısının 27 fevral 2025-ci il tarixə olan orta bazar qiyməti 224,00 (iki yüz iyirmi dörd) manat, 02 (iki) ədəd 10 (on) seksiyalı yeni su qızdırıcısının orta bazar qiyməti isə 280,00 (iki yüz səksən) manat məbləğində müəyyən edilmişdir. (iş.v. 174-178) 23 may 2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 08 mart 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış və barələrində Suraxanı Rayon Məhkəməsi tərəfindən seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmışdır. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs2 şəxsiyyətini təsdiq edən sənədinə əsasən onun adı Təqsirləndirilən şəxs2 kimi oxunması qərara alınmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 dəymiş ziyanın Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qismən ödənilməsi iş üzrə nəzərə alınmışdır. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan onun ifadəsində göstərdiyi qiymətlərlə əsas götürülmüş və Zərərçəkmiş şəxs ümumilikdə 1600 manat məbləğində maddi ziyan dəyməsi nəzərə alınmışdır. 04 ədəd su qızdırıcısı iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və saxlanması üçün sahibinə qaytarılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştəri kimi daşıyıb ünvana çatdıran istintaqa məlum olmayan taksi sürücüsünün, o cümlədən Şahid əməlində heç bir cinayətin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. (iş.v. 191-199) “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 06 mart 2025-ci il tarixdə, saat 21:25-də şübhəli şəxs qismində tutulmuş, həmin saatdan da hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 08 mart 2025-ci il tarixli “əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilmiş cinayət əməli Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1, həmin tarixdə, saat 10:00da Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələr ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri, Rəşid Mahmudov tərəfindən təmin edilərək Suraxanı Rayon Məhkəməsinə təqdimatla müraciət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 mart 2025-ci il tarixli, 4(010)-63/2025 saylı qərarı ilə barəsində əvvəli 06 mart 2025-ci il tarixdən hesablanmaqla, 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Həmin məhkəmənin 02 iyun 2025-ci il tarixli, 4(010)-179/2025 saylı qərarı ilə həbsdə saxlama müddəti 26 iyun 2025-ci il tarixədək uzadılmış, həmin məhkəmənin 25 iyun 2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə həbsdə saxlama müddəti uzadılmışdır. Hazırda isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. (iş.v. 46, 78-79, 81-82, 153-157). Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 06 mart 2025-ci il tarixdə, saat 21:40-da şübhəli şəxs qismində tutulmuş, həmin saatdan da hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 08 mart 2025-ci il tarixli “əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilmiş cinayət əməli Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs2, həmin tarixdə, saat 11:20də Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələr ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri, Rəşid Mahmudov tərəfindən təmin edilərək Suraxanı Rayon Məhkəməsinə təqdimatla müraciət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon 08 mart 2025-ci il tarixli, 4(010)-64/2025 saylı qərarı ilə barəsində əvvəli 06 mart 2025-ci il tarixdən hesablanmaqla, 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 4(010)-178/2025 saylı qərarı ilə həbsdə saxlama müddəti 26 iyun 2025-ci il tarixədək uzadılmış, həmin məhkəmənin 25 iyun 2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə həbsdə saxlama müddəti uzadılmışdır. Hazırda isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. (iş.v. 66-67, 78-79, 105-106, 158-162). Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə ekspertiza rəyini, sorğulara alınmış cavabları, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət – vətəndaş, cəmiyyət və dövlətin fəaliyyətində müstəsna rolu olan zəruri maddi-iqtisadi münasibətdir. Cinayət qanunvericiliyində mülkiyyətin bütün formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət cinayət qanunvericiliyi ilə qorunan obyektlər sırasına daxil edilmiş və onun qorunması CM-in əsas vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 №li Qərarına əsasən məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. X9 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. Talama özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə, özünün və ya başqa şəxslərin xeyrinə keçirmədə ifadə olunur. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən beş yüz manatdan yuxarı məbləğ həmin Məcəllənin 177.1-ci maddəsinə, yüz manatdan yuxarı məbləğ isə 177.2-ci maddəsinə aid olmaqla cinayət tərkibinin konkretləşdirici əlaməti kimi çıxış edir. Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq etmə, yəni özgənin əmlakını gizli olaraq talama-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 iş üzrə zərərçəkmiş şəxslə barışıq əldə etmiş, ona dəymiş maddi ziyan onun ailəsi tərəfindən tam şəkildə ödənilmişdir. Odur ki, zərərçəkmiş şəxs bununla bağlı ərizə təqdim edərək Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbinin olmamasını məhkəmədə bildirmişdir. Lakin hazırki iş üzrə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə dəymiş ziyandan hər hansı məbləğdə pul ödəməmiş, zərərçəkmiş şəxs onunla barışmamışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların ibtidai istintaqda və məhkəmədə verdikləri etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarına əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 22 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə əsasən də CM-in 177-ci maddəsi olmaqla, məhkum edilmiş, sonuncu dəfə isə, Goranboy Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1 və 69.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 01 il 11 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması və 500 manat cərimə növündə cəzaya məhkum edilmişdir. 01 dekabr 2021-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə həmin hökm dəyişdirilərək Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarı ilə 5 və 2.11-ci bəndə əsasən həmin hökmlə təyin edilmiş 500 manat cərimə cəzasından azad edilmiş və cəzası 01 il azaldılaraq üzərində qəti olaraq 11 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. 17 may 2022-ci il tarixli Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsi azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. 17 sentyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (iş.v. 170-172) CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1, məhkumluğu ödənilmiş və götürülmüş yəni məhkumluğu olmayan şəxs hesab olunur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (iş.v. 173) Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 cinayətə meyilli şəxs olmuş, hazırki vaxtadək CM-nin 177-ci maddəsi ilə bir neçə dəfə məkumluğunun olması, ona təyin edilmiş cəzaları çəkdikdən sonra islah olunmaması, hazırki iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsi onun şəxsiyyətini mənfi xarakterizə edən hallar hesab olunur. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışması, ona vurduğu ziyanı tamamilə ödəməsi, ona qarşı heç bir şikayət və tələbin olmaması və zərərçəkmiş şəxs tərəfindən bununla bağlı ərizə təqdim edilməsi, CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən məhkəmə tərəfindən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu maddədə nəzərə tutulmuş qayda Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar olduğu təqdirdə, həm də cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq olunur. Cəzanı ağırlaşdıran hallar dedikdə Cinayət Məcəlləsinin 61-ci maddəsində sadalanan hallar başa düşülməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə isə bir günə iki gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamına əsasən ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onların əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını, Təqsirləndirilən şəxs2 isə təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər dəfələrlə oğurluq cinayəti törətmiş, məhkum olunmuş lakin hazırki iş üzrə cinayət əməlini törətməsi onun ictimai təhlükəliliyinə, islah olunmadığına dəlalət edir. Onun hər hansı xəstəlikdən əziyyət çəkməməsi, əlilliyinin olmaması halında işləyib özünü saxlaya biləcəyi halda oğurluq cinayət əməli törətməsi onun şəxsiyyət olaraq cəmiyyət üçün təhlükəli olmasına əsas verir. Onun azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalara səbəb ola bilər və yeni cinayətlərin törədilməsinə zəmin yaradar. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs1 barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmaması, hazırki iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi və barışığın əldə olunması onun ictimai təhlükəliliyini aradan qaldıran, həmçinin cəzasını yüngülləşdirən hallar hesab olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs2 barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini və bu üsulla onun islah oluna biləcəyi qənaətinə gəlməyi məqsədəuyğun hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 06 mart 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlandığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri və Şəmkir rayonu ərazilərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz olunmalı və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut qismində tanınmış 04 ədəd su qızdırıcısının ibtidai istintaq dövründə saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalı, iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs1 hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü X6, Təqsirləndirilən şəxs2 hüquqlarını isə məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Müdafiəçi X7 tərəfindən təqdim edilmiş arayışdan görünür ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 25 saat vaxt sərf etmişdir. Lakin məhkəmə həmin arayışla bağlı qeyd etməyi zəruri hesab edir ki, arayış yalnız məhkəmə prosesləri dövrünü əhatə etmiş cəmi 05 məhkəmə iclası keçirilmişdir. Müdafiəçi tərəfindən hər bir iclasda işlə tanışlıq, hüquqi yardım göstərilən şəxslə görüş, məhkəmə iclaslarında iştirak üçün birlikdə 3-6 saat vaxtın sərf olunması göstərilmiş, eyni iclasda bütün qeyd olunan hərəkətlər icra olunsa da müdafiəçi tərəfindən şişirdilmiş (həqiqətə uyğun olmayan) saatlar qeyd olunmuş, guya bir iclas üçün 6 saata yaxın vaxt sərf edilmişdir. Lakin iş üzrə bir hazırlıq və 5 baxış iclası keçirilmiş, bütün iclaslarda müdafiəçi iştirak etmiş və hər iclas üçün müdafiəçinin maksimum 2-3 saat vaxt sərf etməsini nəzərə alaraq onun bütün məhkəmə iclaslarına cəmi 14 saat vaxt sərf etməsini nəzərə alır. Ona görə də məhkəmə müdafiəçinin arayışda təqdim etdiyi saatları deyil, işin həqiqi hallarına uyğun gələn cəmi 14 saatı nəzərə alır. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat məbləğində əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 14 iş saatı üçün 154 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X5 və Təqsirləndirilən şəxs2 məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 14 iş saatı üçün 154 manat məbləğində vəsait Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 06 mart 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 06 mart 2025-ci il tarixdən hazırki hökm elan olunduğu 11 avqust 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlandığı 05 ay 05 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 il 01 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri və Şəmkir rayonu ərazilərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış 04 ədəd su qızdırıcısının ibtidai istintaq dövründə saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi nəzərə alınsın. İş üzrə xüsusi müsadirənin və mülki iddianın olmaması nəzərə alınsın. Müdafiəçi X3 Təqsirləndirilən şəxs1 məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 14 iş saatı üçün 154 manat və Müdafiəçi Təqsirləndirilən şəxs2 məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 14 iş saatı üçün 154 manat pul Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğlərin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçilərə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar