Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-391/2024 04.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1972-ci ildə Naxçıvan MR, Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamış, 21 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 fevral 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, 01 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 4(010)-105/2024 saylı qərarı ilə barəsində əvvəli 01 aprel 2024-cü il tarixdən hesablanmaqla, həbs növündə qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin qərarları ilə həbsdə saxlanma müddəti uzadılmış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən 21 fevral 2024-cü il tarixdə, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,298 qram olan narkotik vasitə-heroin əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən 21 fevral 2024-cü tarixdə, saat 22 radələrində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün ünvan 3 ünvanının qarşısında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Suraxanı RPİ-nin 33-cü polis bölməsinə aparılmış və orada üzərində şəxsi axtarış aparılarkən əynində olan tünd-göy rəngli rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,298 qram olan açıq qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, Makarov konstruksiyalı 9 mm kalibrli, yivli odlu silahlar növünə aid olan, texniki cəhətdən saz və atəş üçün yararlı olan PM modelli tapançanı və içərisində 03 (üç) ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 03 (üç) ədədi zavod üsulu ilə Rusiya dövlətində, 02 (iki) ədədi xarici dövlətdə istehsal olunmuş, ümumilikdə 08 (səkkiz) ədəd 9x18 kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları olan istifadəyə yararlı Makarov konstruksiyalı tapançaların komplekt hissəsi sayılan darağı qanunsuz olaraq əldə edib üzərində saxlamış, 01 aprel 2024-cü il tarixdə, saat 20:15 radələrində Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı odlu silahın, döyüş sursatının saxlanmasında və gəzdirilməsində şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən “Bolmart” marketin qarşısında saxlanılıb Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “Q” massivi 27 ünvanında yerləşən Suraxanı RPİ-nin 33-cü polis bölməsinin inzibati binasına gətirilmiş və orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarın bel nahiyəsindən gödəkçənin altından Makarov konstruksiyalı 9 mm kalibirli PM modelli tapançanı və içərisində, ümumilikdə 08 ədəd 9x18 kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları olan istifadəyə yararlı Makarov konstruksiyalı tapançaların komplekt hissəsi sayılan daraq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdə, saat 23:15-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, saat 22:00-dan hüquqları məhdudlaşdırılmış hesab edilmiş, ona 23 fevral 2024-cü il tarix, saat 09:00-da Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis leytenantı Azim Bayramov tərəfindən həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. 01 aprel 2024-cü il tarixdə, saat 21:00da Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Araz Məhərrəmov tərəfindən 03 aprel 2024-cü il tarixdə, saat 10:00-da Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 4(010)-105/2024 saylı qərarla əvvəli 01 aprel 2024-cü il tarixdən hesablanmaqla, 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru Araz Məhərrəmov tərəfindən 29 iyun 2024-cü il tarixdə ittiham aktı tərtib edilmiş, həmin ittiham aktı Suraxanı Rayon prokuroru, baş ədliyyə müşaviri, Rəşid Mahmudov tərəfindən 28 iyun 2024cü il tarixdə təsdiq edilmiş, Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 iyun 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 gün müddətə, yəni 21 iyul 2024-cü il tarixədək uzadılmışdır. Cinayət işi üzrə ittiham aktı prokuror tərəfindən 28 iyun 2024-cü il tarixdə təsdiq olunaraq cinayət işi həmin tarixdə Suraxanı rayon Məhkəməsinə göndərilmiş və cinayət işi məhkəməyə müddət pozulmaqla 16 iyul 2024-cü il tarixdə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı yazılı vəsatət verərək bildirdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı zamanı kobud qanun pozuntularına yol verildiyindən onun baxılmasına CPM-in 303-cü maddəsinə əsasən xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına müdafiəçisi təyin edilmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Şahid3 barəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına təqdimat verilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin ittiham aktını tərtib etmiş və məhkəməyədək icraat zamanı CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru X8 barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilməlidir. Belə ki, CPM-in 292.1-1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində həbs və ya ev dustaqlığı qətimkan tədbiri seçilmişdirsə, cinayət işi həmin qətimkan tədbirinin müddətinin bitməsinə ən azı 15 gün qalmış məhkəməyə göndərilməlidir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi 28 iyun 2024-cü il tarixli məktubla Suraxanı rayon məhkəməsinə göndərilmiş, 16 iyul 2024-cü il tarixdə cinayət işi Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmənin 17 iyul 2024-cü il tarixli qərarı ilə hazırlıq iclası keçirilənədək təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin (həbs müddətinin 21 iyul 2024-cü il tarixdə bitməsi nəzərə alınaraq) dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bununla da, CPM-in 292.1-1-ci maddəsinin tələbi müstəntiq tərəfindən kobud şəkildə pozulmuşdur. Bundan əlavə, müdafiə tərəfinin verdiyi vəsatət əsasında ibtidai istintaq dövründə dövlət hesabına müdafiəçi təyin edilmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X4 anten əhatə dairəsi barədə məlumat əldə olunmuş, anten məlumatlarından aydın olmuşdur ki, Təqsirləndirilən şəxs 24 iyun 2024-cü il tarixdə yekun ittiham verilərkən müdafiəçisi Azər Bünyatov istintaq hərəkətində iştirak etməmiş, anten əhatə dairəsi ilə əldə olunmuş məlumat əsasında müdafiəçinin Abşeron rayonu ərazisində olduğu müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs 26 iyun 2024-cü il tarixdə ibtidai istintaqın qurtarması elan olunarkən müdafiəçisi Azər Bünyatov yenə iştirak etməmiş, anten dairəsi ilə əldə olunmuş məlumat əsasında müdafiəçinin Bakı şəhəri Qaraçuxur qəsəbəsi ərazisində olduğu müəyyən edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs 27 iyun 2024-cü il tarixdə cinayət işinin istintaq materialları ilə tanış olarkən müdafiəçisi Azər Bünyatov yenə də iştirak etməmiş, anten əhatə dairəsi ilə əldə olunmuş məlumat əsasında onun Abşeron rayonu ərazisində olduğu müəyyən edilmişdir. Dövlət ittihamçısı əlavə olaraq bildirdi ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasından daxil olmuş 04 noyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, həbs edilmiş Təqsirləndirilən şəxs ilə 24 iyun 2024-cü il tarixdə istintaq hərəkətlərinin keçirilməsi üçün Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X9 və Suraxanı RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X10 3 saylı İstintaq təcridxanasının İstintaq otağında görüşməmişlər. Həmin tarixli sorğudan aydın olur ki, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X9 və Suraxanı RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X10 faktiki olaraq xx.xx.2024-cü il tarixdə 3 saylı istintaq təcridxanasına daxil olmamışdır. Halbuki 3 saylı istintaq təcridxanasından daxil olmuş 19 oktyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs yekun ittiham verilərkən o, faktiki olaraq təcridxanadan Suraxanı RPİ-nin MSY-yə 25 iyun 2024-cü il tarixdə etap olunmuş, lakin ona yekun ittiham cinayət işinin istintaq materialları üzrə 24 iyun 2024-cü il tarixdə verilmişdir. Sonda isə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanmasını, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına Azərbaycan Respublikası CPM-in 303.3.1 və 303.3.8-ci maddələrində nəzərdə tutulan kobud prosessual pozuntulara yol verildiyindən xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına müdafiəçisi təyin edilmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Şahid3 barəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına təqdimat verilməsini və Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru X8 barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilməlisini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə hazırlıq iclası zamanı yazılı vəsatət verərək bildirmişdir ki, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilsə də, digər ittiham üzrə, yəni CM-in 228.1ci maddəsi üzrə özünü təqsirli bilmir. Belə ki, ona ilk dəfə hüquqlarını müdafiə etməsi üçün vəkillər siyahısından Bakı şəhəri 9 saylı vəkil bürosundan X2 təyin edilmişdir. Lakin onun hüquqlarını yaxşı müdafiə etmədiyi, onunla maraqlanmadığı üçün həmin müdafiəçidən imtina etmiş, daha sonra, Şahid3 onun müdafiəçisi qismində təyin edilmişdir. Şahid3 ona yenidən ittiham elan olunan zaman, ibtidai istintaqın qurtarması və cinayət işinin materialları ilə tanış etmə proseslərində iştirak etməmiş, bu da onun müdafiə hüququnun kobud şəkildə pozulmasına səbəb olmuşdur. Odur ki, məhkəmənin hazırlıq iclası zamanı, işin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək və Azərbaycan Respublikası CPM-in tələblərinin pozulub-pozulmadığını müəyyən etmək məqsədilə, onun məhkəmə istintaqı zamanı təyin edilən müdafiəçisi Müdafiəçi vəsatətlə məhkəməyə müraciət etmiş, həmin vəsatətdə təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi, təqsirləndirilən şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış edilməsi zamanı dövlət hesabına müdafiəçisi olmuş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Şahid3 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarda, təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolda və təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında protokolda qeyd edilən tarixlərdə olan anten əhatə dairəsinin məlumatlarının, o cümlədən həmin nömrələrin məxsusluğu barədə məlumatın, həmin nömrələrə daxil olmuş və edilmiş zənglər, həmin zənglərin edildiyi nömrə sahiblərinin anket məlumatların "xxxx" MMC və "xxxx" MMC-dən əldə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin vəsatət əsaslı olduğundan məhkəmə tərəfindən təmin edilmiş və bu barədə müvafiq qərar qəbul edilmişdir. Qərarın icrası zamanı mobil operatorlardan alınan anten əhatə dairəsinin məlumatlarından da, təqsirləndirilən şəxsin dedikləri öz təsdiqini tapmış, həmin istintaq hərəkətləri zamanı müdafiəçinin onun yanında iştirak etməməsi həqiqətən sübuta yetirilmişdir. Bunlardan əlavə, qeyd etmişdir ki, o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasından həmin istintaq hərəkətlərinin keçirilməsi üçün Suraxanı RPİ-nin MSY-yə protokollarda qeyd edildiyi kimi 24 iyun 2024-cü il tarixdə yox, 25 iyun 2024-cü il tarixdə etap olunmuşdur. Həmin sənədlərlə tanış olmadan, hüquq və vəzifələri izah edilmədən, müdafiəçinin iştirakı olmadan formal olaraq sənədlərə müstəntiq tərəfindən imza etdirilmişdir. Belə ki, onun müdafiə hüququnun kobud şəkildə pozulmasını nəzərə alaraq barəsində olan cinayət işinin baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçisi Müdafiəçi hazırlıq iclası zamanı bildirdi ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi üzrə verilmiş ittihamla təqsirli bilsə də, CM-in 228.1-ci maddəsi ilə təqsirli bilməmişdir. İstintaq zamanı dövlət hesabına təyin edilmiş müdafiəçinin hüquqi yardımı ilə təmin edilməmişdirsə, bu kobud prosessual pozuntudur. Həmçinin qeyd etdi ki, təqsirləndirilən şəxsin müdafiəçisi olmuş Şahid3 onunla birlikdə yekun ittihamın elan olunmasında, cinayət işinin istintaqının qurtarması və cinayət işi materialları ilə tanış etmə istintaq hərəkətində iştirak etmədiyinin sübuta yetirilməsi məqsədilə verdiyi vəsatət məhkəmə tərəfindən təmin edilmiş və müvafiq qərar qəbul edilmişdir. Həmin qərarın icrası zamanı mobil operatorlardan alınan anten əhatə dairəsinin məlumatlarından da, təqsirləndirilən şəxsin bildirdiyi xüsusatlar, onun hüquqlarının məhkəməyədək icraat zamanı kobud formada pozulması faktı öz təsdiqini tapmış, həmin istintaq hərəkətləri zamanı müdafiəçinin onun yanında iştirak etməməsi tam şəkildə sübuta yetirilmişdir. Bunlardan əlavə, istintaq təcridxanasından Suraxanı RPİ-nin MSY-nə 25 iyun 2024-cü il tarixdə köçürüldüyü üçün guya 24 iyun 2024-cü il tarixdə keçirilmiş istintaq hərəkətləri ilə bağlı sənədlərə formal olaraq tanış olmadan və müdafiəçinin iştirakı olmadan imza etmişdir. Məhkəmə tərəfindən bu faktın da araşdırılması məqsədilə 3 saylı istintaq təcridxanasına sorğu göndərilmiş, alınan sorğunun cavabından da, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs həqiqətən də, 25 iyun 2024-cü il tarixdə Suraxanı RPİ-nin MSY-nə köçürülməsi öz təsdiqini tapmışdır. Sonda isə müdafiə hüququnun kobud şəkildə pozulmasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə qeyd edir ki, işə məhkəmə hazırlıq iclasında ilkin dinləmələr aparılmaqla baxılarkən ibtidai araşdırma orqanı tərəfindən məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 303-cü maddəsində sadalanan aradan qaldırılmayan kobud pozuntulara yol verildiyi müəyyən edilmişdir. Həmin pozuntular cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsini mümkünsüz edir. Buna görə də cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 24 iyun 2024-cü il tarixli qərarla, saat 11:00-da Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək müstəntiq tərəfindən həmin maddə ilə nəzərdə tutulmuş yenidən ittiham elan edilməsi, təqsirləndirilən şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin istintaqın qurtarması və cinayət işinin materialları ilə tanış edilməsi istintaq hərəkətləri zamanı dövlət hesabına müdafiəçisi olmuş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Şahid3 onun yanında olmamış, ona hüquq və vəzifələrini izah etməmişdir. Bundan əlavə iş materiallarında həmin istintaq hərəkətlərinin 24 iyun 2024-cü il tarixdə həyata keçirilməsi qeyd edilsə də, təqsirləndirilən şəxs həmin tarixdə faktiki olaraq Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında olmuş, təcridxanadan 25 iyun 2024-cü il tarixdə, Suraxanı RPİ-nin MSY-nə etap edilmişdir. Odur ki, həm Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Şahid3 öz vəzifə səlahiyyətlərini düzgün yerinə yetirməmiş, həm də, Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru Araz Məhərrəmov vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəsini düzgün icra etməmiş, saxtakarlığa yol vermiş, nəticədə Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə ittiham elan edilən Təqsirləndirilən şəxs ilə zəruri istintaq hərəkətləri keçirilərkən müdafiə hüququ təmin edilməyərək Azərbaycan Respublikası CPM-in 303.3.1 və 303.3.8-ci maddələrində nəzərdə tutulan kobud prosessual pozuntulara yol verilmişdir. Bundan başqa ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroru tərəfindən 28 iyun 2024-cü il tarixdə təsdiq edilmiş ittiham aktı faktiki olaraq müstəntiq tərəfindən 29 iyun 2024-cü il tarixdə tərtib edilmiş, bununla da CPM-nin 303.3.6-cı maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş həmin pozuntular aşağıdakılarla təsdiq edilir: Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq istintaq dövründə müdafiə hüququnun müstəntiq və dövlət hesabına təyin edilmiş müdafiəçi tərəfindən kobud şəkildə pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə istintaqında onun müdafiəçisi Müdafiəçi vəsatətlə məhkəməyə müraciət etmiş, həmin vəsatətdə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına müdafiəçisi olmuş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Şahid3 istifadəsində olmuş ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələrin təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarda, təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolda və təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında protokolda qeyd edilən tarixlərdə olan anten məlumatlarının, o cümlədən həmin nömrələrin məxsusluğu barədə məlumatın, həmin nömrələrə daxil olmuş və edilmiş zənglər, həmin zənglərin edildiyi nömrə sahiblərinin anket məlumatların "xxxx" MMC və "xxxx" MMC-dən əldə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət təmin edilmiş, bununla bağlı, məhkəmə tərəfindən 12 avqust 2024-cü il tarixdə qəbul edilmiş qərarla vəkil Şahid3 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin 23 iyun 2024-cü il tarixdən saat 09:00-dan 27 iyun 2024-cü il tarixədək saat 09:00-dək olan anten məlumatları, o cümlədən həmin nömrələrin məxsusluğu barədə məlumatlar, həmin nömrələrə daxil olmuş və edilmiş zənglər, həmin zənglərin edildiyi nömrə sahiblərinin anket məlumatları "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi qərara alınmış, qərarın icrası müvafiq olaraq "xxxx" MMC və "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-dən qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və 16 sentyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş BKC/LGL- 13001/24 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə məhkəmə iclasında baxış zamanı müəyyən olunmuşdur ki, ***-***-**-** saylı mobil telefon nömrəsi vəkil Şahid3 məxsusdur. İş materiallarında təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, təqsirləndirilən şəxsə 24 iyun 2024-cü il tarixdə, saat 11:00-da ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi protokolundan isə görünür ki, təqsirləndirilən şəxsin dindirilməsi saat 11:25-dən 12:30-dək olan müddətdə aparılmışdır. ***-***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman Şahid3 24 iyun 2024 tarixdə, saat 10:45-də ünvan 9 ünvanında, saat 10:50, saat 11:31, saat 11:45 və saat 12:07 radələrində Abşeron rayonu, Masazır kəndində, saat 12:26-da isə Abşeron rayonu, Novxanı kəndi, Əliağa Şıxlinski küçəsində olduğu müəyyən olunur. Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmək haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs və müdafiəçisi cinayət işinin materialları ilə 26 iyun 2024-cü il tarixdə, saat 11:30-dan 12:45dək olan müddətdə tanış olmuşdur. ***-***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman Şahid3 həmin gün saat 11:23 və saat 11:43-də ünvan 11 ünvanında olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs 24 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında olduğunu və 25 iyun 2024cü il tarixdə Suraxanı RPİ-nin MSY-nə etap olunduğunu, istintaq hərəkətləri keçirilən zaman müdafiəçinin yanında olmadığını bildirmişdir. Bu məlumatın araşdırılması ilə bağlı Suraxanı Rayon Məhkəməsi tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasına Təqsirləndirilən şəxs 2024-cü ilin iyun ayı ərzində təcridxanadan Suraxanı RPİ-nin MSY-nə hansı tarixlərdə etap olunması barədə məlumatın Suraxanı Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı sorğu göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli sorğusuna cavab olaraq ünvanlanmış Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasının 19 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, həbs edilmiş şəxs Qurbanov X11 Rayon Prokurorluğunun 11 iyun 2024-cü il tarixli qərarı ilə 13 iyun 2024-cü il tarixdə 1 günlük və 24 iyun 2024-cü il tarixli qərarı ilə 25 iyun 2024-cü il tarixdən 29 iyun 2024-cü il tarixədək Suraxanı RPİ-nin MSY-nə etap edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli sorğusuna cavab olaraq ünvanlanmış Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasının həmin tarixli məktubundan görünür ki, 24 iyun 2024-cü il tarixdə istintaq hərkətlərinin keçirilməsi üçün Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Şahid3 və Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru X10 3 saylı istintaq təcridxanasının istintaq otağında görüşməmişlər. İş materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxsə 24 iyun 2024-cü il tarixdə, saat 11:00-da ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi protokoldan görünür ki, təqsirləndirilən şəxsin dindirilməsi 11:25-dən 12:30-dək olan müddətdə aparılmışdır. Təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın surətinin, hüquq və vəzifələrinə dair yazılı bildirişin ona verilməsi haqqında protokoldan görünür ki, sözügedən sənədləri Təqsirləndirilən şəxs 24 iyun 2024-cü il tarixdə təhvil almışdır. Odur ki, məhkəmə qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli sorğusuna Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanası tərəfindən verilən 19 oktyabr 2024-cü il tarixli cavab məktubu ilə yuxarıda qeyd edilən istintaq hərəkətlərinin obyektivlivi tamamilə təkzib olunur. Belə ki, şəxs həmin istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı Suraxanı RPİ-nin MSY-də yox, PX-nin 3 saylı istintaq təcridxanasında olmuşdur. "xxxx" MMC-dən qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və 26 sentyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş BKC/LGL-9112 nömrəli məktubda göstərilmişdir ki, ***-***-**-** saylı mobil nömrə sorğulanan tarixdə "xxxx" MMC şəbəkəsində istifadə edilməmişdir. “Məxsusluq tarixçəsindən” görünür ki, həmin mobil nömrə X7 məxsusdur. Bunlardan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında ittiham aktının Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru Araz Məhərrəmov tərəfindən 29 iyun 2024-cü il tarixdə tərtib edilməsi göstərilmiş, lakin Suraxanı rayon prokuroru tərəfindən 28 iyun 2024-cü il tarixdə təsdiq edilməsi və həmin tarixdə də məhkəməyə göndərilməsi qeyd edilmişdir. Bu isə məntiqəuyğun və prosessual cəhətdən mümkün olmadığından müstəntiq tərəfindən yol verilən digər bir kobud prosessual pozuntu kimi məhkəmə tərəfindən nəzərə alınmışdır. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində «həbs» və ya «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmişdirsə ittiham aktı göstərilən qətimkan tədbirlərinin müddətinin bitməsinə ən azı 20 gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, cinayət işi təqsirləndirilən şəxsin həbsdə və ya ev dustaqlığında saxlanılması müddətinin bitməsinə ən azı 15 gün qalmış ittiham aktı ilə birlikdə məhkəməyə təqdim edilməli olduğu halda, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 228.1-ci maddələri ilə təqsirləndirilməsi barədə olan cinayət işinin faktiki hallarından görünür ki, ibtidai istintaq dövründə prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri kobud şəkildə pozulmuş, cinayət işi ittiham aktı ilə birlikdə təqsirləndirilən şəxsin həbs müddəti bitməsinə 05 (beş) gün qalmış, 16 iyul 2024-cü il tarixində məhkəməyə təqdim edilmişdir. Odur ki, yuxarıda göstərilənlərdən əlavə, habelə Azərbaycan Respublikası CPMnin 355.2-ci maddəsinin tələbləri nəzərə alınaraq müstəntiq X5 barəsində çıxarılmalı xüsusi qərarda həmin xüsusatlar da göstərilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə göndərilməlidir. CPM-nin 286.1-ci maddəsinə əsasən müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərərçəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır. Konstitusiyanın 12-ci maddəsinin İ bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 61-ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a) yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququ vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərərçəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. 19.4-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlarını təmin etməlidir: 19.4.1. tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək; 19.4.2. hüquqlarını izah etmək; 85-ci maddəsinə əsasən müstəntiqin vəzifələridir: 85.2.3. maddəsinə əsasən şəxsin tutulduğu, ittiham elan olunduğu və ya həbsə alındığı andan müdafiəçinin yardımından istifadə hüququnu təmin etmək (bu Məcəllənin 153.2.5—153.2.8-ci maddələrində nəzərdə tutulmuş müddəalara uyğun olaraq); 85.2.12. Bu Məcəllənin 158, 159, 218—221-ci maddələrinin tələblərinə riayət etməklə ibtidai istintaqı başa çatdırmaq, habelə cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi, mülki iddiaçını və onların nümayəndələrini tanış etmək, bununla əlaqədar verilmiş vəsatətlərə baxmaq və cinayət işi üzrə ittiham aktını tərtib edərək işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmək; 85.3-cü maddəsinə əsasən cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. CPM-nin 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamm məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifı)” təqsirləndirilən şəxsin hüququdur. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-nin 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında baxılan məsələlər sırasında aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmamasına da baxılır. CPM-nin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də 300.1.5-ci maddədə qeyd olunmuş cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərardır. CPM-nin 301.1-ci maddəsinə əsasən məhkəmə baxışı məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə aşağıdakı hallarda təyin edilir: 301.1.1. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyrimümkünlüyünə səbəb olan hallar olmadıqda; 301.1.2. ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə; 301.1.3. məhkəməyədək icraat bu Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda. Belə olan halda, cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən istintaq orqanı tərəfindən ibtidai istintaq zamanı kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işi materiallarına baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Hazırkı cinayət işi üzrə CPM-nin 303.3-cü maddəsində nəzərdə tutulmuş, yuxarıda sadalanan pozuntular vardır və bu səbəbdən, məhkəmə baxışını təyin etmək mümkün deyildir. “Vəkillik və vəkillər fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Həmin Qanunun 16-cı maddəsinə əsasən peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir. Həmin Qanunun 22-ci maddəsinə əsasən vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. Ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir. “Vəkillərin davranış Qaydaları haqqında” Əsasnamənin 2.2-ci maddəsində göstərilir ki, vicdanlı davranış - Vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Vəkil peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Vəkil hər hansı şəxsə hüquq pozuntusunun törədilməsi istiqamətində yazılı və ya şifahi məsləhətlər verməməli və onu digər qanunsuz hərəkətlərə sövq etməməlidir. Peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunvericiliyə və bu Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə edə bilməz. 3.4-cü maddəyə əsasən vəkil hüquqi yardım göstərdiyi şəxsi vicdanla və əzmlə təmsil etməli və məsləhətlər verməlidir. Vəkil ona etibar olunmuş işin gedişatı və icrası ilə bağlı hüquqi yardım göstərdiyi şəxsi mütəmadi olaraq məlumatlandırmalıdır. 6.4-cü maddəyə əsasən bu Əsasnamədə qeyd olunan davranış qaydalarının pozulması vəkilin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar digər pozuntularla yanaşı aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması, 303.3.8. məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması. CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, CPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, o cümlədən aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 4(010)-105/2024 saylı qərarı ilə əvvəli 01 aprel 2024-cü il tarixdən hesablanmaqla, 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin qərarları ilə həbsdə saxlanma müddəti uzadılmış və məhkəmə hazırlıq iclasları dövründə qüvvəsində saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Belə ki, təqsirləndirilən şəxs iki ittiham üzrə özünü yalnız CM-nin 234.1-ci maddəsi üzrə tam təqsirli bilmiş və üzərindən aşkar olunmuş 0,298 qram narkotik vasitə heroinin ona məxsus olmasını etiraf etmişdir. Digər CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmək üçün dövlət hesabına təyin edilmiş 9 saylı Vəkil Bürosunun vəkili Şahid3 həqiqətən də şübhəli şəxsin tutulması və onunla bağlı istintaq hərəkətlərinin keçirilməsində yəni 01 apelı 2024-cü il tarixdə iştirak etməsi məhkəmədə əsaslı şübhələr yaradır. Çünki həmin müdafiəçi 24-26 iyun 2024-cü il tarixlərində heç bir istintaq hərəkətində iştirak etməmiş, hüquqlarını müdafiə etməsi vəzifəsini layiqincə yerinə yetirməmişdir. Həmçinin təqsirləndirilən şəxs ümumiyyətlə müdafiəçisi olmuş Şahid3 üzünü görmədiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 01 aprel 2024-cü il tarixdə üzərində 01 ədəd Makarov konstruksiyalı 9 mm kalibrli, PM modelli, yivli odlu silahla və içərisində bir ədəd darağında ümumilikdə 8 ədəd istifadəyə yararlı patronlarla Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi V yaşayış sahəsində yerləşən “Bolmart” marketin qarşısında gəzməsi inandırıcı deyildir. Belə ki, Təqsirləndirilən şəxs 01 aprel 2024-cü il tarixdə saat 20:15-də həmin marketin qarşısında saxlanılmış, 33-cü polis bölməsinə gətirilmiş, saat 21:00-da şübhəli şəxs qismində tutulmuş, saat 21:35-dən 21:50-dək olan müddətdə üzərində şəxsi axtarış keçirilməklə həmin odlu silah aşkar edilmişdir. Şəxsin bu qədər zaman ərzində istifadəyə yararlı odlu silahı üzərində gəzdirməsi və polis əməkdaşları tərəfindən ondan götürülməməsi və müdafiəçi gəldikdən sonra özünün könüllü olaraq polis əməkdaşlarına təqdim etməsi üzrə toplanmış sübutlar məhkəmə tərəfindən mötəbər sübut növü hesab olunmur. Bununla bağlı qeyd edilməlidir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında qeyd olunur ki, CPM-in 148.2-ci maddəsi ilə yanaşı, 86.8-ci maddəsi də təhqiqat orqanının əməkdaşına “cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törədən şəxsləri və şübhəli şəxsləri” tutmaq səlahiyyəti verir (maddə 86.8.2), CPM-in 86.8.3-cü maddəsi isə təhqiqat orqanının əməkdaşının məhz tutduğu yerdə tutulan şəxsin üstünü yoxlamaq səlahiyyətini nəzərdə tutur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin İİİ hissəsinə görə də polis əməkdaşı tərəfindən məhkəmənin (hakimin) qərarı olmadan hər hansı şəxsin təxirə salınmadan tutulmasına şəxs cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalandıqda, hadisəni bilavasitə görənlər, o cümlədən zərər çəkmiş şəxslər məhz həmin şəxsin cinayət törətdiyini göstərdikdə, şübhə edilən şəxsdə və ya onun paltarında, ona məxsus digər əşyalarda və ya yaşayış yerində, nəqliyyat vasitəsində cinayətin izləri tapıldıqda yol verilə bilər. CPM-in 90.11.2-ci maddəsi tutularkən baxışa və şəxsi axtarışa məruz qalmağı şübhəli şəxsin vəzifəsi kimi göstərir, yəni qanunverici şəxsin şübhəli şəxs qismində tutulması faktını məhkəmə qərarının əvvəlcədən alınmasını və yaxud həmin prosessual hərəkətlər keçirildikdən sonra onların məhkəmə nəzarəti qaydasında yoxlanılmasını tələb etməyən, özü-özlüyündə baxışın və ya şəxsi axtarışın keçirilməsini şərtləndirən hal kimi nəzərdən keçirir. Nəzərə almaq lazımdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında ibtidai araşdırma zamanı yol verilmiş digər nöqsanlarla yanaşı sübut əhəmiyyətinə malik ola biləcək (cinayət təqibi gedişində ittihamın əsaslandırılmasında istifadə edilən) predmetlərin şəxsin tutulduğu yerdə götürülməməsinə sübutun əldə edilməsi şəraitinin ciddi qüsuru kimi baxaraq belə sübutun mötəbərliyini şübhə altına alan, beləliklə də “İnsan hüquqlarının və X6 haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu yaradan hal kimi istinad etmişdir. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 125.2-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilməyən hallar sırasına həmçinin CPM-nin 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; CPM 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; CPM 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda kimi hallar aid edilmişdir. CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-nin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Hazırki iş üzrə CM-nin 228.1-ci maddəsi ilə bağlı toplanmış sübutlar 01 aprel 2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolu və iki nəfər polis əməkdaşının şahid qismində dindirmə protokoludur. Təqsirləndirilən şəxs isə özünü təqsirli bilmir, onun polis əməkdaşları tərəfindən saxlanılan saatdan üzərinə şəxsi axtarış və götürmənin keçirildiyi saatadək 1 saatdan artıq müddətin keçməsi və həmin müddət ərzində Təqsirləndirilən şəxs istifadəyə yararlı odlu silahı üzərində gəzdirməsi ağlabatan hesab olunmur. İstintaq orqanı tərəfindən isə iş üzrə başqa mötəbər sübut toplanmamışdır. Halbuki həmin silahın tapıldığı yerə baxış keçirilməli, şübhəli şəxsin ifadəsi yerində yoxlanılmalı, silahın həqiqətən kimə məxsusluğu müəyyən edilməli, üzərində əl-barmaq izlərinin olub-olmaması yoxlanılmalı, şübhəli şəxsin həqiqətən də 01 aprel 2024-cü il tarixdə Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində Maral otelin yanında olması faktı yoxlanılmalı, bundan başqa keçirilmiş əməliyyat tədbirinin qanuniliyinin yoxlanılması ilə bağlı məhkəmənin qərarı əldə edilməklə iş materiallarına əlavə edilməli idi. Yuxarıda sadalanan hallara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı toplanmış sübutlar kifayət qədər mötəbər və əsaslı deyildir. Toplanmış sübutlar isə ittihamın həlli üçün kifayət etmir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən halları və dəlilləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına CPM-in 303-cü maddəsinə əsasən xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına müdafiəçisi təyin edilmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Şahid3 barəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına təqdimat göndərilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin ittiham aktını tərtib etmiş və məhkəməyədək icraat zamanı CPM-nin yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru X10 barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. CPM-nin 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Göründüyü kimi CPM-nin 300.1.5-ci maddəsində qeyd olunmuş cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərardan şikayət və ya protest verilməsi qanunda nəzərdə tutulmamışdır. CPM-nin 303.5-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verildikdə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldıqda o, prokurorluğa daxil olduğu vaxtdan istintaq müddəti əvvəllər aparılmış məhkəməyədək icraat zamanı hesablanmış müddətə əlavə olaraq hesablanır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 (on) saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 299-300, 303, 306-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına CPM-in 303-cü maddəsinə əsasən xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə müdafiəçi təyin edilmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Şahid3 barəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına təqdimat göndərilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin ittiham aktını tərtib etmiş Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru X10 barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-391/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-391/2024
04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver