Məhkəmə qərarları › İş №1(010)-392/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-392/2023

31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-392/2023 31.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxs X3 müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs xx xxxxxxxx 1980-cı ildə Cəlilabad rayonundan anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, məhkum edilməmiş, Cəlilabad rayonu, Məmmədrzalı kəndində pasport qeydiyyatında olmaqla, faktiki ünvan 1 ünvanda yaşayan, 14 noyabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını vahid niyyətlə aldatma və etibarən sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs İİ qrup əlil olması ilə bağlı dövlət tərəfindən təyin edilmiş və sonradan kəsilmiş pensiyasının bərpa olunmasına köməklik göstərəcəyi barədə yalan vədlər verərək 2021-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, südçülük sovxozu, nömrəsiz ünvanda yerləşən Rizvan Soltanovun yaşadığı evdə sonuncudan 1000 manat, 2021-ci ilin dekabr ayının sonlarında həmin ünvanda sonuncudan 2000 manat və 2022-ci ilin yanvar ayında həmin ünvanda sonuncudan 2500 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməmiş və nəticədə zərərçəkmiş Zərərçəkmiş şəxs vahid niyyətlə ümumilikdə 5500 (beş min beş yüz) manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən il yarım bundan öncə Zərərçəkmiş şəxs ilə Tibbi Sosial Ekspetiza və X1rşısında tanış olmuşlar. Rizvan adlı şəxs orada ağladığı üçün ona yaxınlaşmış, bu zaman Rizvan ona 2021-ci ildən aldığı 600 manat təqaüdün kəsilməsi, indi isə onun üçün əlilliyini bərpa etmək istəməsi barədə məlumat vermişdir. O, Rizvanla eyni rayondan olduğunu öyrənmiş və ona köməklik edə biləcəyini demişdir. Rizvan ona işini aparmasını, nə qədər lazim olsa ona pul verəcəyini demişdir. O da Rizvana ona işinin aparılması üçün etibarnamə verməli olduğunu və bu işin həlli üçün 5500 manat pul ödəməli olduğunu bildirmişdir. Rizvan da razılıq vermiş və o, Rizvan adlı şəxslə 20 Yanvar metrosu yaxınlığında notariata getmişdir. Orada Rizvan ona işinin aparılması üçün etibarnamə vermişdir. Daha sonra onlar birlikdə Rizvanın Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində yerləşən əmisinə məxsus evə getmişlər. Evində olarkən Rizvan ona həmin miqdarda pulunun tam olmadığını, həmin pulu hissə-hissə verə biləcəyini demiş, o da razılaşmışdır. Bundan sonra Rizvan həyat yoldaşının yanında olan əvvəlcə 1000 manat vermiş və əlilliyi ilə bağlı sənədləri ona təqdim etmişdir. O, həmin pulu sayıb sənədlərlə birlikdə götürmüşdür. Bir müddət sonra o, Rizvangilin yaşadığı evə gəlib sonuncudan arvadının yanında 23000 manat pul almışdır. Sonuncu dəfə isə 2022-ci ilin yanvar ayında Rizvangilin yaşadığı evə getmiş və Rizvan yenə də arvadının yanında ona 2500 manat pul vermişdir. Beləliklə də, qabaqcadan razılaşdıqları kimi Rizvan ona hissəhissə olmaqla cəmi 5500 manat pul vermişdir. Daha sonra o, bu bir il yarım ərizində müxtəlif xəstəxanalardan arayışlar almaq, müraciət etmək və Rizvanın özünü isə 3 dəfə birlikdə yoxlanışdan keçməsi üçün müxtəlif xəstəxanalara aparmışdır. Həmin müayinələrin nəticəsinin götürülməsi üçün isə özü getmişdir. Bundan sonra isə xx.xx.2022 ci il tarixdə Rizvan ona zəng edərək pulunu qaytarmağı tələb etmişdir. O da bu il yarım ərizində onun sənədlərinin arxası uçun gedib-gəldiyini və 2.500 manat pulu xərclədiyini, qalan 3.000 manat pulu isə özünə məxsus avtomaşında nasazlıq yarandığı üçün xərclədiyini, həmin 3.000 manatı xx.xx.2022-ci il tarixdək geri qaytara biləcəyini demişdir. Daha sonra Rizvan ona verdiyi cəmi 5.500 manat pulu öz əmisindən alıb ona verdiyini, indi isə qaytarmağa pulu olmadığını və verdiyi 5.500 manat pulu tam şəkildə qaytarmasını ona bildirmişdir. O da həmin məbləğdə pulu olmadığını qeyd etmişdir. O, Rizvandan aldığı pulun qarşılığında bəzi xəstəxanalara gedib arayışlar almış, bunun üçün xərclədiyi puldan qalan pulu isə öz şəxsi ehtiyacları üçün, yəni avtomobilində olan nasazlıq üçün xərcləmişdir. Sonda zərəçəkmiş şəxslə barışdığını və vurulmuş zərərin 25faizinin dövlət nəfinə ödənildiyini nəzərə alınmaqla, cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, birinci Qarabağ müharibəsində iştirak etmiş və Füzuli döyüş bölgəsində yaralanmışdır və hazırda 2-ci qrup əlildir. 2021-ci ilin aprel ayında onun 2-ci qrup əlilliyi Tibbi Sosial ekspertiza və reabiltasiya agentliyi tərəfindən ləğv edilmişdir. 2021-ci ilin sentyabr ayında bir nəfər tanımadığı şəxs Tibbi Sosial Ekspertiza və Reabiltasiya agentliyinin inzibati binasında ona yaxınlaşmışdır. Həmin şəxs ondan hansı problem ilə əlaqədar Tibbi Sosial Ekspertiza və Reabiltasiya Agentliyinə müraciət etməyi barədə soruşmuş və burada işlədiyini, ad və soyadının isə Təqsirləndirilən şəxs olduğunu demişdir. O, Mansura 2-ci qrup əlilliyinin agentlik tərəfindən ləğv olunduğunu bildirmişdir. Mansur ona mobil nömrəsini vermiş, onun da mobil nömrəsini götürmüş və onunla əlaqə saxlayacağını demişdir. Bir neçə gündən sonra Mansur ona zəng edərək özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və bütün zəruri olan sənədləri toplamağı, onunla əlaqə saxlayıb görüşəcəyini demişdir. 2021-ci ilin dekabr ayında Mansur onun yaşadığı Suraxanı rayonu, Binə südçülük sovxozuna gəlmişdir. Mansur onunla görüşərək narahat olmamasını, onun məsələsini həll edəcəyini və buna görə ona 5500 manat pul verməli olduğunu demişdir. O, Mansura hazırda dediyi məbləğdə pulu olmadığını demiş, Mansur da hazırda hansı məbləğdə pulu varsa onu verməsini, qalaq məbləği dəsonra verməsini demişdir. O, həmin vaxt Mansura 1000 manat pul vermişdir. Mansur ondan sənədlərini də götürərək çıxıb getmişdir. 2021-ci ilin dekabr ayinini axırlarında Mansur yenidən onu yaşadığı evə gəlmiş və ona 2000 manat pul vermişdir. 2022-ci ilin yanvar ayında Mansur yenidən onun yaşadığı evə gəlib və ondan qalan 2500 manat pulu almışdır. Həmin müddətdən bir neçə ay keçəndən sonra o, artıq Mənsurun onu aldatdığını başa düşmüşdür. Buna görə də, Mansur ilə əlaqə saxlayaraq ona verdiyi cəmi 5500 manat pulunu tələb etmişdir. Lakin Mansur hər dəfə müxtəlif bəhanələr gətirərək ona pulunu verməmişdir. O da məcbur olub 12 avqust 2022-ci il tarixdə Mənsurun ona qarşı etmiş olduğu dələduzluq barəsində DİN-nin 102 xidmətinə və ərizə ilə Suraxanı RPl-nin 30-cu PŞ-nə muraciət etmişdir. O, Mansura hər dəfə pulu verəndə yanında həyat yoldaşı Şahid olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və bu nikahdan iki azyaşlı övladı vardır. Rizvan birinci Qarabağ müharibəsində iştirak etmiş və Füzuli rayonu ərazisində döyüş bölgəsində yaralandığı üçün hazırda 2-ci qrup əlildir. Buna görə də, dövlət tərəfindən Rizvana təqaüd təyin edilmişdir. Lakin 2021-ci ilin aprel ayında yoldaşının 2-ci qrup əlilliyi dövlət tərəfindən ləğv edilmişdir. 2021-ci ilin sentyabr ayında evdə söhbət edən zaman Rizvan bir nəfər Mansur adlı şəxsin ona həmin əlilliyi bərpa etməyə köməklik etməyə söz verdiyini və bunun üçün 5500 manat pul tələb etdiyini bildirmişdir. Onların əlində həmin miqdarda pul olmadığı üçün Rizvan Mansurla həmin pulu hissə-hissə vermək barədə razılığa gəlmişdir. Sonra isə Mansur onların yaşadığı evə gəlmiş və evdə Rizvan onun yanında Mansura 1000 manat pul vermişdir. Mansur Rizvandan əlilliyi ilə bağlı sənədləri də götürərək çıxıb getmişdir. 2021-ci ilin dekabr ayının axırlarında Mansur yenidən onların evinə gəlmiş və Rizvan onun yanında Mansura 2000 manat pul vermişdir. 2022-ci ilin yanvar ayında isə Mansur yenidən onların yaşadığı evə gəlmiş və Rizvan onun yanında Mansura 2500 manat pul vermişdir. Beləliklə də, yoldaşı Rizvan Mansura hissə-hissə olmaqla üç dəfəyə cəmi 5500 manat pul vermişdir. Həmin vaxt Mansur qısa müddət ərzində işin həll olunacağını bildirmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, Rizvanın əlilliyi yenidən bərpa olunmadığı üçün onların Mansurun Rizvanı aldatdığını başa düşmüşlər. Sonradan yoldaşı Mansur ilə əlaqə saxlayaraq ona verdiyi cəmi 5500 manat pulu tələb etsə də, Mansur hər dəfə müxtəlif bəhanələr gətirərək aldığı pulu qaytarmamışdır. Cinayət işinin 18-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29 avqust 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarının 82-ci vərəqəsində olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş 09 mart 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyandan 4500 manat pulun ona ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinın olmadığını, onunla barışdığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 22 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Suraxanı Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 1 (010)-392/2023 saylı qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs 21 avqust 2023-cü il tarixdə Suraxanı RPİİ-in əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzə əsasən, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş zərərin 25% faizinin ödənilməsi ilə bağlı olaraq dövlət nəfinə 1375 manat məbləğində pul ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı onu tamamlayan və bir birinə uyğun gələn şahidin ifadələri və işdə olan digər sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə- bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbyacan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Yuxarıda qeyd edildiyi ki, məhkəmə iclasında dövlət İttihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə bağlı cinayət təqibindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaql dövlət ittihamçısının Azərbaycan Respublikasının 32.4, 312.1-ci maddəsi ilə irəli sürülən ittihamından imtina edilməsini, həmçinin Təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə 25% ödənilməsini nəzərə almaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h**********9212327214 SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən azad edilsin və onun CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında azad edilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h **********9212327214, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar