Məhkəmə qərarları › İş №1(010)-393/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-393/2023

28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-393/2023 28.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə baxmayaraq qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan Э-5599 nömrəli, 1958-ci ildə keçmiş SSRİ dövlətində, İjevsk silah zavodunda istehsal olunmuş, 12 kalibrli İJ-54 modelli, çaxmaqsız, hamar qoşa lüləli, lüləsi və qundağı kustar üsulla kəsilmiş yivsiz odlu silah hesab edilən 01 ədəd ov tüfənginin kəsiyini qanunsuz olaraq əldə edib gəzdirməklə, yaşadığı ünvan 2 ünvanında yerləşən evə daşıyıb, qeyd edilən ünvanın həyətyanı sahəsindəki masanın altında bir ədəd qırmızı rəngli sellofan torbanın içərisində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdə saat 22:15-də yaşadığı ünvan 2 ünvanının yaxınlığında saxlanılmış, öz razılığı və iştirakı ilə yuxarıda qeyd edilən ünvana 01 fevral 2023-cü il saat 01:46-dan etibarən keçirilən baxış zamanı həmin evin həyətyanı sahəsində olan masanın altında bir ədəd qırmızı rəngli sellofan torbanın içərisində texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan Э-5599 nömrəli, 1958-ci ildə keçmiş SSRİ dövlətində, İjevsk silah zavodunda istehsal olunmuş, 12 kalibrli İJ-54 modelli, çaxmaqsız, hamar qoşa lüləli, lüləsi və qundağı kustar üsulla kəsilmiş yivsiz odlu silah hesab edilən 01 ədəd ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, polis əməkdaşları tərəfindən tutulmamışdan təxminən 3-4 gün əvvəl yaşadığı Hövsan qəsəbəsinin yaxınlığında olan qəbirstanlığın yanı ilə piyada hərəkət etdiyi zaman yerdə tüfəngə bənzər predmet olduğunu görmüş, silahlara marağı olduğu üçün həmin tüfəngi götürərək, yaşadığı evin həyətinə gətirərək orada gizlətmişdir. Bundan sonra 31 yanvar 2023-cü il tarixdə saat 22:15 radələrində yaşadığı ünvan 4 ünvanın yaxınlığında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları qanunsuz olaraq odlu silah əldə etməyi və saxlamağı barədə bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə Baş İdarəyə gəlmişdir. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuş, sonra videoçəkilişdən istifadə edilməklə üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Kgtel” markalı mobil telefonu və həmin cins şalvarının sol yan cibindən 40 manat pulunu, eləcə də üzərində “Kapital Bank” yazısı və **********319026 nömrələri olan plastik bank kartı çıxararaq masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra üstündən başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi bank kartının və 40 manat pulun özünə aid olmasını, pulu hər hansı bir qanunsuz yolla əldə etmədiyini bildirmişdir. Daha sonra baxış zamanı aşkar olunan 01 ədəd qara rəngli mobil telefonun özünə məxsus olmasını və “Kgtel” markalı olmasını, eləcə də mobil telefonda ***-***-**-** saylı mobil nömrə olmasını bildirmişdir. Şifahi sorğu zamanı hazırda üzərində odlu silah olmasa da, yaşadığı ünvanda olan həyətyanı sahədə 01 ədəd odlu silah tüfəng olmasını, bu silahı təxminən 3 gün əvvəl yaşadığı ünvanın yaxınlığında yerləşən qəbiristanlıq ərazidən əldə etdiyini bildirmişdir. Bundan sonra üstündən aşkar olunmuş 40 manat pul geri qaytarılmış, aşkar edilmiş 01 ədəd “Kgtel” markalı mobil telefon və 01 ədəd plastik bank kartı polis əməkdaşı tərəfindən götürülmüşdür. Yaşadığı ünvana da baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları və müdafiəçisi ilə birlikdə yaşadığı ünvan 4 ünvana getmiş, videoçəkiliş ilə ünvana baxış keçirilməyə başlanmışdır. İlk öncə qeyd olunan ünvana yaxınlaşıb həyət qapısını açmış, daha sonra videoçəkilişdə iştirak edən şəxslərlə birlikdə həyətyanı sahəyə daxil olmuşlar. Qeyd olunan ünvanda 1 mərtəbəli, orta təmirli yaşayış evi və boş həyətyanı sahə olması müəyyən edilmişdir. Polis əməkdaşlarına hazırda birlikdə yaşadığı ailə üzvlərinin ünvanda olmadığını, yaşayış evinin isə açarının özündə olmadığını bildirmişdir. Daha sonra təxminən 3 gün əvvəl yaşadığı ünvanın yaxınlığında tapdığı 01 ədəd odlu silahı gizlətdiyi, həyətdəki taxta şkafın yanına yaxınlaşmışdır. Bu şkafın altında olan 01 ədəd qırmızı rəngli sellofan paketi çıxararaq içərisində olan 01 ədəd qəhvəyi dəstəkli tüfəngi təqdim etməklə stolun üzərinə qoymuşdur. Daha sonra həyətyanı sahəyə ümumi baxış keçirilmiş, əlavə hər hansı şübhəli əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd tüfəngə baxış keçirilmişdir. Tüfəngin içərisinin boş vəziyyətdə olması, üzərində isə 05599 nömrələri yazılması, dəstəyinin qəhvəyi, lüləsinin isə qara rəngli olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı həmin odlu silahı təxminən 3 gün əvvəl yaşadığı ünvanın yaxınlığında yerləşən qəbiristanlıq ərazidən tapmağını, marağını cəlb etdiyi üçün yaşadığı ünvanın həyətində gizlətdiyini, həmin predmeti özündə saxlamağında hər hansı bir başqa qanunsuz məqsəd və niyyətinin olmamasını, həmin predmeti burada saxlamağı barədə heç bir şəxsə məlumat vermədiyini bildirmişdir. Yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş odlu silahı evin yanında olan qəbiristanlıqdan yerdən tapdığı zaman onun odlu silah olmasını bilmişdir. Həmin silahı tapdığınız zaman yanında başqa şəxslər olmamış, odlu silah tapması barədə heç kimə məlumat verməmiş, ondan istifadə etməmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. 31 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edərək üstündə saxlaması, daşıması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq Şahid1 rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri Şahid3 və o daxil edilmişdir. 31 yanvar 2023-cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs ünvan 4 ünvanın yaxınlığında olması müəyyən edilmiş və qrupun üzvləri ilə birlikdə həmin yerə getmişdir. Saat 22:15-də qeyd edilən ünvanda Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişdir. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və onun da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs odlu silahın qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu DİN-in BMCMİ-nə dəvət etmiş, o da buna etiraz etməmişdir. İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Kənan Kərimli tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Kgtel” markalı mobil telefonu və həmin cins şalvarının sol yan cibindən 40 manat pulunu, eləcə də üzərində “Kapital Bank” yazısı və **********319026 nömrələri olan plastik bank kartını çıxararaq masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs təqdim etdiyi bank kartının və 40 manat pulun özünə aid olmasını, pulu hər hansı bir qanunsuz yolla əldə etmədiyini bildirmişdir. Daha sonra baxış zamanı Təqsirləndirilən şəxs aşkar olunan 01 ədəd qara rəngli mobil telefonun özünə məxsus olmasını və “Kgtel” markalı olmasını, eləcə də mobil telefonda 077-325- 66-56 saylı mobil nömrə olmasını bildirmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs hazırda üzərində odlu silah olmasa da, yaşadığı ünvanda olan həyətyanı sahədə 01 ədəd odlu silah tüfəng olmasını, bu silahı təxminən 3 gün əvvəl yaşadığı ünvanın yaxınlığında yerləşən qəbiristanlıq ərazidən əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 40 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd “Kgtel” markalı mobil telefon və 01 ədəd plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı ünvana da baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına getmiş və həmin ünvana baxış keçirməyə başlamışlar. Baxış aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs qeyd olunan prosessual hərəkətin videoçəkiliş vasitəsi ilə çəkiliş aparılacağı barədə məlumat verilmişdir. Daha sonra ünvana baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs ilk öncə qeyd olunan ünvana yaxınlaşıb həyət qapısını açmış, daha sonra videoçəkilişdə iştirak edən şəxslərlə birlikdə həyətyanı sahəyə daxil olmuşlar. Qeyd olunan ünvanda 1 mərtəbəli, orta təmirli yaşayış evi və boş həyətyanı sahə olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs hazırda birlikdə yaşadığı ailə üzvlərinin ünvanda olmadığını, yaşayış evinin isə açarının özündə olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təxminən 3 gün əvvəl yaşadığı ünvanın yaxınlığında tapdığı 01 ədəd odlu silahı gizlətdiyi, həyətdəki taxta şkafın yanına yaxınlaşmışdır. O, bu şkafın altında olan 01 ədəd qırmızı rəngli sellofan paketi çıxararaq içərisində olan 01 ədəd qəhvəyi dəstəkli tüfəngə bənzər dəmir predmeti təqdim etməklə stolun üzərinə qoymuşdur. Daha sonra həyətyanı sahəyə ümumi baxış keçirilmişdir. Əlavə hər hansı şübhəli əşya və ya predmet aşkar edilməmişdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd tüfəngə bənzər dəmir predmetə baxış keçirilmişdir. Tüfəngə bənzər dəmir predmetin içərisinin boş vəziyyətdə olması, üzərində isə 05599 nömrələri yazılması, dəstəyinin qəhvəyi, lüləsinin isə qara rəngli olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin odlu silaha bənzər dəmir predmeti təxminən 3 gün əvvəl yaşadığı ünvanın yaxınlığında yerləşən qəbiristanlıq ərazidən tapmasını, marağını cəlb etdiyi üçün yaşadığı ünvanın həyətində gizlətdiyini, həmin predmeti özündə saxlamasında hər hansı bir başqa qanunsuz məqsəd və niyyətinin olmamasını, həmin predmeti burada saxlaması barədə heç bir şəxsə məlumat vermədiyini bildirmişdir. Məhkəmə iclasında Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin 26-cı vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 31 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdə, saat 22:15-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 98-102-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 31 yanvar 2023-cü il tarixdən hesablamaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 34-35-ci vərəqlərində olan 01 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən qanunla olunmuş hər hansı əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməsə də, Təqsirləndirilən şəxs ilk dəfə olaraq məhz həmin istintaq hərəkəti zamanı yaşadığı evdə qanunsuz olaraq odlu silah olduğunu etiraf etmişdir. Cinayət işinin 39-41-ci vərəqində olan 01 fevral 2023-cü il tarixli baxış keçirmə və götürmə aparılması protokolundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında odlu silahın, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan onun yaşadığı ünvana baxış keçirilməsi zərurəti yaranmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilməsi məqsədilə həmin günü saat 01:46-da tədbir iştirakçıları ilə birlikdə qeyd olunan ünvanın qarşısına gəlmişlər. Baxış aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs qeyd olunan prosessual hərəkətin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verilmişd, daha sonra ünvana baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs ilk öncə qeyd olunan ünvana yaxınlaşıb həyət qapısını açmış, daha sonra videoçəkilişdə iştirak edən şəxslərlə birlikdə həyətyanı sahəyə daxil olmuşdur. Qeyd olunan ünvanda 1 mərtəbəli, orta təmirli yaşayış evi və boş həyətyanı sahə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hazırda birlikdə yaşadığı ailə üzvlərinin ünvanda olmadığını, yaşayış evinin isə açarının özündə olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təxminən 3 gün əvvəl yaşadığı ünvanın yaxınlığında tapdığı 01 ədəd odlu silahı gizlətdiyi, həyətdəki taxta şkafın yanına yaxınlaşmışdır. O, bu şkafın altında olan 01 ədəd qırmızı rəngli sellofan paketi çıxararaq içərisində olan 01 ədəd qəhvəyi dəstəkli tüfəngə bənzər dəmir predmeti təqdim etməklə stolun üzərinə qoymuşdur. Daha sonra həyətyanı sahəyə ümumi baxış keçirilmişdir. Əlavə hər hansı şübhəli əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd tüfəngə bənzər dəmir predmetə baxış keçirilmişdir. Tüfəngə bənzər dəmir predmetin içərisinin boş vəziyyətdə olması, üzərində isə 05599 nömrələri yazılması, dəstəyinin qəhvəyi, lüləsinin isə qara rəngli olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin odlu silaha bənzər dəmir predmeti təxminən 3 gün əvvəl yaşadığı ünvanın yaxınlığında yerləşən qəbiristanlıq ərazidən tapmasını, marağını cəlb etdiyi üçün yaşadığı ünvanın həyətində gizlətdiyini, həmin predmeti özündə saxlamasında hər hansı bir başqa qanunsuz məqsəd və niyyətinin olmamasını, həmin predmeti burada saxlaması barədə heç bir şəxsə məlumat vermədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətindən aşkar edilmiş 01 ədəd odlu silah tüfəngə bənzər dəmir predmet həmin qırmızı rəngli sellofan paket ilə birlikdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış və götürmə 01 fevral 2023-cü il tarixdə saat 02:05-də başa çatmışdır. Cinayət işinin 51-54-cü vərəqlərində olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 01 fevral 2023-cü il tarixli 23/79 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir: Tədqiqata təqdim edilmiş 01 ədəd Э-5599 nömrəli silah, keçmiş “SSRİ” dövlətində, 1958-ci ildə İjevsk silah zavodunda istehsal olunmuş 12 kalibrli İJ-54 modelli, çaxmaqsız, hamar qoşa lüləli ov tüfəngidir, yivsiz odlu silahdır. Lakin həmin ov tüfəngini lüləsi və qundağı kustar üsul ilə kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş 12 kalibrli ov tüfənginin kəsiyidir, yivsiz odlu silahdır. Silah texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Cinayət işinin 113-114-cü vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Əliyev X1 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 129-133-cü vərəqlərində olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(005)-299/2022-ci il nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 29 sentyabr 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi, cinayət işi üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş narkotik vasitənin qalıq çəkisi - 4,909 qram çəkidə heroin məhv edilməsi, cinayət işi üzrə maddi sübut - bir ədəd disk cinayət işinin materiallarında saxlanılması və ekspertiza tədqiqatının dəyəri 91,76 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə müəyyən olunmuş cinayəti törətməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, һabelə təyin olunan cəzanın onun islaһ olunmasına və ailəsinin һəyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs gənc olmasını və təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(005)-299/2022-ci il nömrəli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(005)-299/2022-ci il nömrəli hökmündən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21 sentyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx.xx.2023-cü il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısında az olmamaqla cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 31 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa məһkəmə һesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 12 kalibrli İJ-54 modelli, lüləsi və qundağı kustar üsulla kəsilmiş odlu silah olan 01 ədəd ov tüfənginin kəsiyi dövlət nəfinə müsadirə edilməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəһbər tutaraq məһkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 31 yanvar 2023-cü il tarixdən һesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 12 kalibrli İJ-54 modelli, lüləsi və qundağı kustar üsulla kəsilmiş odlu silah olan 01 ədəd ov tüfənginin kəsiyi dövlət nəfinə müsadirə edilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təһvil verilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar