Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-393/2025 22.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, X3 qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1984-cü il ildə Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, deməsinə görə məhkumluğu olmayan, komputer ustası, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə baxış iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : Təqsirləndirilən şəxs 24 may 2025-ci il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri, ünvan 1 ünvanında arvadı Zərərçəkmiş şəxs ona spirtli içki qəbul edib evə gəlməsini irad bildirdiyi üçün aralarında yaranmış mübahisə zamanı əli ilə qəsdən sonuncunun üz nahiyəsinə vuraraq ona sol göz yuvası ətrafı nahiyənin yumşaq toxumasının hematoması, başın təpə nahiyəsinin və sol diz oynağı nahiyəsinin qançırları, sağ bazunun orta və aşağı 1/3-nin bayır səthini əhatə edən yumşaq toxumanın hematoması ilə müşayiət olunan ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək bildirmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs və az yaşlı övladı ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs ilə 2016-cı ildə rəsmi nigaha daxil olmuşdur. 2019-cu ildə Gülmira ilə boşansalar da 2020-ci ildə yenidən nigaha daxil olmuşdur. Son zamanlar o ara-sıra spirtli içki qəbul etdiyi üçün Gülmira ilə aralarında mübahisələr yaranmışdır. xx.xx.2025-ci il tarixdə Hövsan qəsəbəsində kafelərin birində spirtli içki qəbul etdikdən sonra saat təxminən 23:30 raddələrində yaşadığı ünvan 1 ünvanına gəlib. İçəri girən zaman arvadı Gülmira onun spirtli içki qəbul etdiyini görüb ona öz iradını bildirmişdir. Arvadı Gülmiranın irad bildirməsi ona pis təsir etmiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zaman o əsəbləşərək evin qonaq otağında bir dəfə şillə ilə Gülmiranın üz nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Daha sonra o Gülmiranın yerə yıxıldığını görüb evdən çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirliən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, özünü təqsirli bilir və törətdiyi əməldən peşmandır, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında verilmiş sualları cavablayaraq bildirdi ki, zərərçəkmiş şəxs ilə 11 ildir evlidirlər və birgə nikahlarından 1 övladları var. Daha əvvəl evli olmuş və 3 övladı var, onlar üçün aliment ödəyir. Aralarında normal ərarvad münasibəti olmuşdur. Hadisə olan gün işlə əlaqəli olaraq əsəbi olmuş, spirtli içki də qəbul etmiş və zərərçəkmiş şəxsə əsəbi olduğunu bildirmişdir. Ümumiyyətlə, tez-tez içki içən biri deyil, içkili olan vəziyyətdə əsəbi olur. Daha əvvəl də zərərçəkmiş şəxsi döymüşdür. O, mütəmadi olaraq içki içən biri deyil, elə olub ki, 1 ay içki içməyib.Hadisə olan gün işində problem yaşamış və əsəbi olmuşdur. Zərərçəkmiş şəxs onunla barışırsa, o, bir daha içki içməyəcəyinə söz verir. Torpaq sahəsini də 40000 manata sataraq borclarını ödəmişdir. Həmin gün hadisələr yaşanmış, o da əsəbi olmuşdur. Hətta evə gələndə əsəbi olduğunu demişdir, ancaq sonradan aralarında mübahisə yaranmışdır. Sonda, Təqsirləndirilən şəxs ifadəsində əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Bakı şəhəri, ünvan 2 ünvanında əri Təqsirləndirilən şəxs və az yaşlı övladı ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ilə 2016-cı ildə rəsmi nigaha daxil olmuşdur. 2019-cu ildə boşansalarda da 2020-ci ildə yenidən Rahil ilə nigaha daxil olmuşdur. Son zamanlar Rahil tez-tez spirtli içki qəbul etdiyi üçün aralarında mübahisələr yaranmışdır. xx.xx.2025-ci il tarixdə, saat 23:30 raddələrində yaşadığı ünvanda olan zaman əri Rahilin sərxoş halda evə gəldiyini görüb ona öz iradını bildirmişdir. Buna görədə Rahil onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı evin qonaq otağında Rahil şillə ilə bir dəfə onun üz nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra Rahil onun yerə yıxıldığını görüb evdən çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, onların birlikdə mülkləri olmuş, onu satılmasına razılıq verdiyi təqdirdə boşanacağını bildirdi. O da razılıq vermiş və təqsirləndirilən şəxs evi dostunun adına qeydiyyata keçirtmişdir. O, təqsirləndirilən şəxsin içki içməsinə yox, onu aldatmasına söz demişdir. Ondan niyə aldatmasını soruşanda, müqaviləni ləğv edib yenidən evi öz adlarına geri qaytarmasını dedikdə etməyəcəyini, hətta yenidən evlənib başqa qadın gətirəcəyini demişdir. Daha əvvəldə belə mübahisələri olmuş, nəsə etdikdə onun xəbəri ilə etmiş, sonra isə “niyə etdin?” deyirmiş. Onlar birlikdə onun evində qalırlar, başqa torpaq sahəsinin satılmasına razılıq verib. Razılıq verməsinə səbəb ondan boşanacağını, gedəcəyini bildirməsi olmuşdur. Torpaq sahəsini satdığı şəxsdə ailəvi tanışlıqları olan biridir. Digər 3 övladı rayonda ata-anasının yanında qalır. Təqsirləndirilən şəxs mənasız məsələlərə görə mübahisə salır, onunla dalaşır. Bu hadisə olandan sonra aralarında mübahisə olmayıb, ona qarşı əl qaldırmayıb, hazırda birlikdə eyni evdə yaşayırlar. O, gələcəkdə uşaqlara problem yaşanmaması üçün təqsirləndirilən şəxslə barışıblar. Hazırda aralarında olan mübahisəni həll ediblər, barışıq olub və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilib, bu səbəbdən cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanın onun tərəfindən ödənildiyini qeyd edərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan sadələşdirilmiş icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam həcmdə ödənilməsini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını qeyd edərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan sadələşdirilmiş icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Suraxanı rayon şöbəsinin canlı şəxsin 25 may 2025-ci il tarixli 367 saylı ekspertizası rəyində görünür ki, 1979-ci il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət sol göz yuvası ətrafı nahiyənin yumşaq toxumasının hematoması, başın təpə nahiyəsinin və sol diz oynağı nahiyəsinin qançırları, sağ bazunun orta və aşağı 1/3-nin bayır səthini əhatə edən yumşaq toxumanın hematoması müəyyən edildi. Xəsarət bərk küt əşyanın təsirindən törədilmişdir. Qərarda göstərilmiş xx.xx.2025-ci il tarixində və şəraitində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən, zərərçəkmiş şəxs ifadəsini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarının 2-ci bəndinə əsasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 5 (beş) iş saatı üçün 55 (əlli beş) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-393/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-393/2025
22.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver