Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-394/2022 03.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək, məhkum olunmayan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 977,603 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı alaraq əldə edib, üzərində və idarə etdiyi avtomobildə saxlamaqla daşımış və Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin BNMİ-nin və BNMİ-nin CBRŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün 13 may 2022-ci il tarixdə, saat 05:10 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesindən Qum adası yaşayış sahəsinə dönən yolun yaxınlığında saxlanılaraq, ərazi üzrə ünvan 2 ünvanında yerlışən Bakı şəhər Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmiş və PŞ-də üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli üst geyimin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 17,603 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götrülmüş və əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı arxa yük yerindən bir ədəd sellofan bağlamada təmiz çəkisi 960 qram bitki mənşəli kütlə, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana ilə tərkiblərinə görə eynilik təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, narkotik maddə aludəçisi olduğu üçün uzun müddətdir ki, marixuana kimi tanıdığı narkotik maddədən istifadə etmişdir. Həmin narkotik maddəni Sumqayıt şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən öz şəxsi istifadəsi üçün almışdır. 13 may 2022-ci il tarixdə, təxminən saat 05:10 radələrində özünə məxsus“Chevrolet” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə, tanışları Şahid1 və Nigar Şəfəqqətova ilə birlikdə Suraxanı rayonu, Zığ-Hövsan şossesindən Qum adası istiqamətinə dönən yerin yaxınlığında dayanıb söhbət edən zaman 4 nəfər mülki geyimli olan şəxslər onlara yaxınlaşıb, özlərini təqdim edərək, BNMİ-nin əməkdaşı olsduqlarmı bildirmişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək, üzərində şəxsi axtarış keçirilməsi üçün Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Həmin vaxt Asəf və Nigar da yanında olduğu üçün onları da 30-cu PŞ-nə dəvət etmişlər. Onlar 30-cu PŞ-nə gəldikdən sonra ona hüquq və vəzifələri izah olunmuş, sonra isə dövlət hesabına vəkil dəvət edilmişdir. Daha sonra polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O, əynində olan qara rəngli üst geyimin sol yan cibindən həmin avtomobilin açarlarını, sağ yan cibindən 1 ədəd sellofan bükümü, 1 ədəd sarı alışqanı, əynində olan boz rəngli şalvarımın sağ yan cibindən özünə məxsus 8 manat pulu və əynindəki şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonunu çıxarıb təqdim edərək, masanın üzərinə qoymuşdur. Təqdim etdiyi bükümə baxış keçirildikdən sonra ona həmin bükümün içərisində nə olması, nə vaxt, kimdən, hansı məqsədlə əldə etməyi barədə soruşmuşlar. O, həmin bir ədəd bükümdə marixuana kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddəni öz istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra sorğu zamanı idarə etdiyi özünə məxsus “Chevrolet” markalı, 90-GY- 347 dövlət qeydiyyat nişanlı avtomobilində də narkotik vasitə marixuana olduğunu bildirmiş və avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını demişdir. Üzərinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş və onunla birlikdə bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra vəkilinin, həm də Asəf və Aytənin iştirakı ilə videoçəkiliş aparılmaqla ona məxsus “Chevrolet” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı əvvəlcə ona idarə etdiyi avtomobildə hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O, avtomobilin arxa yük hissəsini (baqajı) açaraq, orada qara rəngli sellofan bağlamanı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bağlama açılaraq içinə baxıldıqdan sonra, ona həmin bükümün içərisində nə olması, nə vaxt, kimdən, hansı məqsədlə əldə etməyi barədə soruşmuşlar. O, həmin bir ədəd bağlamada marixuana kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddəni də öz istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirmişdir. Sonra avtomobilinə baxış keçirilmiş, lakin qanunsuz heç bir əşya və ya maddə aşkar olunmamışdır. Axırda isə avtomobilinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş və onunla birlikdə bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməyi, eləcə də üzərində və avtomobilinizdə narkotik vasitə olan qurudulmuş marixuana saxlamağı barədə saxlanıldığı zaman yanında olan tanışları Şahid1 və Şahid2 hər hansı bir məlumatları olmamışdır. O, narkotik maddələrin satışı ilə məşğul olmamış, sadəcə öz istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana əldə etmiş və istifadə etmişdir. Heç vaxt kiməsə narkotik vasitə satmamış və ya hədiyyə etməmişdir. O, nə Asəf və Aytənə, nə də başqa heç kimə narkotik vasitə qurudulmuş marixuananı pay kimi hədiyyə verməmiş və ya satmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin CBRŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ifadəsində göstərmişdir ki, 12 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddələrdən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid6, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin CBRŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid4 və Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin CBRŞ-nin polis nəfəri, polis baş serjantı Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 05:10-da Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesindən qum adasına dönən yolun yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsin “Chevrolet” markalı avtomobilin yanında dayandığını görüb ona yaxınlaşaraq, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra ondan özünü təqdim etməsini tələb etmişlər və həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin vaxt onun yanında olan iki nəfər şəxs isə özlərini Şahid1 və X2 təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək və üzərində şəxsi axtarış keçirilməsi zərurətini izah edərək, ərazi üzrə 30-cu PŞ-nə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs yanında olan Şahid1 və Şahid2 da 30-cu PŞnə dəvət etmişlər. Onlar da razılaşıb, polis şöbəsinə gəlmişlər. 30-cu PŞ-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa, onu təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli üstü geyimin sol yan cibindən atopmobil açarı, həmin üst geyimin sağ yan cibindən 01 ədəd sellofan büküm, 1 ədəd sarı rəngli alışqan, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 8 manat pul və əynindəki boz rəngli şalvarın sol yan cibindən isə 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. 8 manat pul, alışqan və avtomobil açarı Təqsirləndirilən şəxs özünə qaytarılmış, bir ədəd büküm açılaraq içinə baxıldıqdan sonra isə həmin bükümün içərisində nə olması, nə vaxt, kimdən, hansı məqsədlə əldə etməsi barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs də həmin bükümün içərisində marixuana kimi tanıdığı narkotik maddə olmasını, onu öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Həmin büküm elektron tərəzi ilə çəkildikdən sonra götürülərək qablaşdırılmış və həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “Samsung” markalı mobil telefon da iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və başqa qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə də marixuana kimi tanıdığı narkotik maddə olduğunu bildirmişdir. Bundan sonra ona idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulmuş və Təqsirləndirilən şəxs də etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı əvvəlcə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə əldə edilməsi, saxlanması, daşınması qadağan olunan hər hansı bir əşya və ya maddə varsa, onu təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs də həmin avtomobilin arxa yük hissəsini, yəni baqajı açaraq, oradan bir ədəd iri sellofan bağlamanı çıxarıb təqdim etmişdir. Həmin bağlama açılaraq, içərisinə baxılmış və sonra ondan həmin sellofan bağlamanın içərisində nə olması və hansı məqsədlə əldə etməsi barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs də həmin bağlamanın içərisində də marixuana kimi tanıdığı narkotik maddə olması və oun özünə məxsus olmasını, həmin narkotik vasitəni də öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Sonra həmin büküm götürülərək qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan sonra həmin avtomobilə baxış davam etdirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar edilməmiş və ya götürülməmişdir. Sonra isə keçirilmiş əməliyyat tədbirinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması və yaxud da narkotik vasitənin kiməsə hədiyyə etməsi barədə hər hansı bir əməliyyat məlumatı olmamışdır, sonunCunun öz istifadəsi üçün narkotik vasitə olan qurudulmuş marixuana əldə etməsi və istifadə etməsi barədə əməliyyat məlumatı olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 30-cu PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid6, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin CBRŞ-nin əməliyyat müvəkkili Şahid4 və Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin CBRŞ-nin polis nəfəri Şahid5 Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və Şahid2 hadisədən bir müddət əvvəl tanımışdır. 13 may 2022-ci il tarixdə, axşam saat təxminən 05:10 radələrində tanışları Təqsirləndirilən şəxs və Şahid2 ilə birlikdə Suraxanı rayonu ərazisində Rəşidə məxsus avtomobilin yanında söhbət edən zaman 4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq və özlərini polis əməkdaşı kimi təqdim edərək, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və onu ərazi üzrə Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Həmin vaxt onunla Aytən də orada olduqları üçün, onlara da 30-cu PŞ-nə getməyi təklif etmişlər və onlar da razılaşıb, Suraxanı RPİ-nin 30-cu PŞ-nə getmişlər. 30-cu PŞ-də Təqsirləndirilən şəxs avtomobilini polis şöbəsinin yaxınlığında saxlamışdır. Daha sonra 30-cu PŞ-də olan otaqların birində müdafiəçi dəvət edildikdən sonra onların və müdafiəçinin iştirakı ilə Rəşidin üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Rəşidin üzərindən bir ədəd sellofan büküm aşkar edilmişdir. Həmin maddə tərəzi ilə çəkildikdən sonra 1 ədəd zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Sorğu zamanı Rəşid həmin bir ədəd bükümün içərisində narkotik vasitə marixuana olduğunu və onun özünə məxsus olduğunu, həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra Rəşid idarə etdiyi avtomobildə də narkotik vasitə marixuana olduğunu bildirmiş və avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını demişdir. Sonra isə bu barədə protokol tərtib edilmiş və onunla birlikdə bütün iştirakçılar tərəfindən imza olunmuşdur. Sonra isə onların və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış zamanı həmin avtomobilin arxa yük hissəsindən (baqajdan) 1 ədəd qara rəngli sellofan bağlama aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin sellofan bağlamanın içərisində də narkotik vasitə marixuana olduğunu və öz şəxsi istifadəsi üçün onu əldə etdiyini bildirmişdir. Sonra isə bu barədə protokol tərtib edilmiş və onunla birlikdə bütün iştirakçılar tərəfindən imza olunmuşdur. Təqsirləndirilən şəxs ona üzərində və avtomobilində narkotik vasitə qurudulmuş marixuana saxlaması barədə heç nə deməmiş və onun da heç bir xəbəri olmamışdır. Polis əməkdaşları tərəfindən Rəşidin üzərinə və avtomobilinə baxış keçirildikdən sonra bu barədə məlumatı olmuşdur. O, narkotik maddə istifadə etməmişdir. Rəşid də ona heç vaxt hansısa bir növ narkotik vasitə verməmiş, satmamış və ya hədiyyə etməmişdir. O, ümumiyətlə, Rəşidin narkotik vasitədən istifadə etdiyini bilməmişdir. Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı haradan əldə etməyi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Vaqif qızı Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-296/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 7/476 saylı 13 may 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 17,603 qram və avtomobilindən götürülmüş təmiz çəkisi 960,0 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 4137 saylı 28 iyul 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 hüquqi şəxsin verdiyi 1506 saylı 11 iyun 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxstörətdiyi əməl dövründə xroniki psixi xəstılik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağlllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.3 və 22.2-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs X3 ilə evlidir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X5 adlı uşağı var. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi uzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı marixuana olan narkotik vasitənin quruldulmuş halda istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 5 qram miqdarı göstərilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixioloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, törətdiyi əməli etiraf edərək, səmimi peşman olmasını, ailəli olmasını və himayəsində 1 nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 977,563 qram narkotik vasitə marixuana (kannabis) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 977,563 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-394/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-394/2022
03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver