Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-396/2023 22.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1983-cü ildə Naxçıvan MR, Şərur rayonu, Daşarx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Yuxarı Daşarx kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində Binəqədi Rayon Məhkəməsinin 4(001)-55/2023 nömrəli iş üzrə 25 yanvar 2023-cü il tarixli qərarına əsasən 23 yanvar 2023-cü il tarixdən hesablanmaqla “ev dustaqlığı” növündə qətimkan tədbiri və “vəzifəsindən kənarlaşdırma” növündə əlavə qətimkan tədbiri seçilmiş (Suraxanı rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qərarı ilə “ev dustaqlığı” növündə qətimkan tədbiri və “vəzifəsindən kənarlaşdırma” növündə əlavə qətimkan tədbiri qüvvəsində saxlanılmışdır) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3, 29,178.2.3 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Müəssisələrinin Baş İstehsalat İdarəsinin ağac-bəzək bitkiləri sovxozu üzrə 09 avqust 2021-ci il tarixli 63 nömrəli əmrlə həmin sovxozun yaşıllıqlara qulluq və mühafizə sahəsində 10-cu dərəcəli usta vəzifəsinə işə qəbul olunaraq həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə yerləşən torpaq sahəsində olan iki ədəd şam ağacının kəsilməsinə və həmin ərazidə iaşə obyektinin tikintisinə razılıq alınmasına köməklik göstərilməsinə dair 2022-ci ilin avqust-sentyabr aylarında özünə müraciət etmiş Ramana qəsəbə sakini Zərərçəkmiş şəxs özünün geniş əlaqələrə malik olduğunu, ağacların kəsilməsi barədə aidiyyəti orqanlara məlumat vermək səlahiyyətinə malik olduğunu, əlaqələrindən istifadə edərək həmin ağacları kəsməsinə görə Zərərçəkmiş şəxs barəsində inzibati və ya digər tədbirlərin görülməsinin və Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən sonuncuya həmin sahədə tikinti aparmasına maneə yaradılmasının qarşısını alacağına nail olacağını Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə görüşləri zamanı Ş.Əmirxanova yalandan bildirərək, həmin məsələnin müsbət həlli üçün vəzifəli şəxs qismində özünə və Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin vəzifəli şəxsinə xidməti vəzifələrinin icrası ilə əlaqədar Ş.Əmirxanovun xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 4.200 (dörd min iki yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncunu aldatmaqla bildirib, yekunda Zərərçəkmiş şəxs maddi vəziyyəti ilə əlaqədar özü üçün 3.000 (üç min), Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin vəzifəli şəxsi üçün 500 (beş yüz) manat olmaqla, ümumilikdə 3.500 (üç min beş yüz) manat pul vəsaitinin verilməsinə dair sonuncunun razılığını almaqla sövdələşdikdən sonra, həmin adla 17 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu dairəsi adlanan ərazidə 1.400 (bir min dörd yüz) manat, 28 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Bakıxanov dəmiryolu vağzalının yaxınlığında adı istintaqa məlum olmayan kafedə 500 (beş yüz) manat, 23 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Villa Cafe” adlanan kafedə 1.000 (bir min) manat olmaqla, cəmi 2.900 (iki min doqquz yüz) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs alıb şəxsi ehtiyaclarına sərf etməklə, qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 2.900 (iki min doqquz yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib dələduzluq etmiş, xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar vəzifəli şəxs kimi özünə birbaşa yolla və Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin vəzifəli şəxsinə özü vasitəsilə Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətlərə görə maddi nemət olan pulu rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təhrik etmiş, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən əməli törədərkən saxlanıldığından, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, qalan pul vəsaitini Zərərçəkmiş şəxs ala bilməyib, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 3.500 manat məbləğində pul vəsaitini vahid niyyətlə dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 6-7 ildir ki, Bakı şəhər X1 müxtəlif vəzifələrdə, 2022-ci ilin sentyabr ayından isə Bakı şəhər X1 sahə ustası vəzifəsində işləyir. Sahə ustası kimi vəzifəsi rəhbərliyin göstərişlərinə əsasən, ona təhkim olunmuş ərazidə yararsız ağacların kəsilməsi, ağacların budanması, qanunsuz kəsilmiş ağaclar müəyyənləşdirdikdə rəhbərliyə məruzə etməkdən və digər işləri görməkdən ibarətdir. O, həm ona təhkim olunmuş 3 fəhlənin işinə nəzarət edir, həm də usta kimi işləyir. Xidməti ərazisinə Sabunçu rayonunun ərazisi daxildir. Birbaşa rəhbəri Ramin müəllimdir, ümumilikdə Birliyin rəhbəri isə Həsrət Əmrahovdur. Adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs onunla təxminən eyni ərazidə yaşayan şəxsdir, onlar qonşuluqda yaşayırlar. O, əvvəllər Əmirxanı adla tanımasa da, üzdən tanımış, aralarında salam-sağol olmuşdur. 2022-ci ilin avqust ayında Əmirxan onunla mobil telefon əlaqəsi saxlayıb obyekt tikdirmək istədiyi torpaq sahəsi ilə bağlı görüşmək istədiyini dedikdə razılaşmış və onlar Ramana qəsəbəsi, Südçülük Sovxozu adlanan ərazidə yerləşən obyektin yanında görüşmüşlər. Əmirxan oradakı söhbət zamanı icra hakimiyyəti tərəfindən ona ayrılmış torpaq sahəsində iki ədəd sərv ağacanın olduğunu, həmin ağacların da torpaq sahəsində tikintinin aparılmasına icazə alınmasında mane olduğunu, icra nümayəndəsi Arifin tikintiyə icazə vermədiyini bildirmişdir. O, da həmin iki ədəd şam ağacının tikintiyə yaxın olduğunu bildirib belə formada tikinti aparılmasının qanunsuz olduğunu, ağacları isə özünün kəsəcəyi halda bir ağaca görə onun 6000 manat cərimələnə biləcəyi barədə məlumat vermişdir. Bu zaman Əmirxan ondan həmin ağacların kəsilməsində köməklik etməyini istəmişdir. Əmirxan bunu deməklə onun həmin ağacları kəsməyini istəmişdir. İlkin olaraq razılaşsa da, sonradan kiminsə görə biləcəyi ehtimalına qarşı ağacı kəsə bilməyəcəyini, həmin ağacları Əmirxanın kəsməli olduğunu bildirib buna göz yumacağını bildirmişdir. Əmirxan həmçinin ona sahədə ağaclar olduğuna görə icra nümayəndəsinin ərazidə tikinti aparılmasına icazə vermədiyini demiş və ondan icra nümayəndəsi ilə də danışmağını xahiş etmişdir. O, da icra nümayəndəsi Ariflə danışıb həll edə biləcəyini demişdir. Əmirxan ona bunun müqabilində icra nümayəndəsinə 500 manat verə biləcəyini demişdir. Onun əslində Arifə pul vermək fikri olmamışdır. Onsuzda ağac kəsiləndən sonra heç kimin tikintinin aparılmasına mane olmayacağını fikirləşmişdir. Ona görə də, Əmirxandan Arifə vermək adı ilə pul istəmiş, bu adla Əmirxan 500 manat verə biləcəyini demiş, o da razılaşmışdır. Həmçinin danışıq zamanı onlar əlavə olaraq ağacların kəsilməsinə göz yumulması müqabilində ona 3000 manat pul verilməsi barədə razılaşmışlar. Beləliklə, Əmirxan ona ümumilikdə 3500 manat pul verməyə razılaşmışdır. O, da bir neçə dəfə həmin torpaq sahəsinə baxış keçirmişdir. Torpaq sahəsi Sovxoz Ramanı adlanan ərazidə “Pətək” adlı mağazanın yaxınlığında yerləşir. Baxış zamanı həmin yerdə iki ədəd ağacın olduğunu, həmçinin yerdəki qırıntılardan orada əvvəllər mövcud olmuş iki ədəd ağacın da əvvəllər kəsildiyini müəyyənləşdirmişdir. O, bu barədə Əmirxandan əvvəllər burada mövcud olmuş ağacları kəsib-kəsmədiyini soruşduqda sonuncu hər hansı ağac kəsmədiyini bildirmişdir. Bundan sonra o, daha bu məsələnin üstünə getməmişdir. 2022-ci ilin oktyabr ayının ortalarında, axşam saatlarında Əmirxan xatırlamadığı mobil nömrəsindən istifadəsində olan (070) ***- **-** mobil nömrəsinə Whatsapp mesajlaşma şəbəkəsi vasitəsilə zəng edərək harada olduğunu soruşub pulun bir hissəsini vermək istədiyini bildirmişdir. Yaşadığı evdə olduğunu deyərək evin məkanı barədə məlumatı “Whatsapp” mesajlaşma şəbəkəsi vasitəsilə Əmirxana göndərmişdir. Bir neçə dəqiqə sonra Əmirxan yaşadığı ünvana gələrək qapının qarşısında danışdıqları 3500 manat puldan 15 ədəd 100 manatlıq əskinaslar şəklində 1500 manatı ona təqdim etmişdir. Lakin həmin vaxt Əmirxan cibində pul olmadığını bildirib verdiyi puldan 100 manatı ondan almış, pulun qalanını da tezliklə verəcəyini bildirib oradan çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə Əmirxana zəng edərək Ariflə danışdığını, sonuncunun pulu istədiyini bildirsə də, Ariflə bu barədə heç vaxt danışmamışdır. Həmin gün o, Əmirxanla “Stansiya Razin” adlanan ərazidə adını bilmədiyi bir kafedə görüşmüşdür. Həmin görüş zamanı sonuncu ona icra nümayəndəsinə çatacaq 5 ədəd 100 manatlıq əskinazlar şəklində 500 manatı vermişdir. 2023-cü ilinn yanvar ayının 2-də Əmirxan mobil telefonuna zəng edərək icra nümayəndəliyindən qara rəngli “Chevrolet Niva” markalı avtomobili olan bir işçinin gələrək tikintiyə mane olduğunu bildirdiyi üçün bundan təəccüblənərək Ariflə artıq danışıb həll etdiyini demişdir. Bu zaman Əmirxanın onunla mobil telefonda danışdığı zaman icra nümayəndəsinin işçisinin də Ariflə danışdığını başa düşmüşdür. Çünki yekunda Əmirxan ona artıq problemin həll olunduğunu, işçinin Ariflə danışdığını bildirib telefon sonlandırmışdır. 23 yanvar 2023-cü il tarixdə ona yenidən zəng edərək danışdıqları pulun bir hissəsini vermək istədiyini bildirdikdə Əmirxana Qaraçuxur qəsəbəsində olduğunu bildirib sonuncunun da oraya gəlməsini istəmişdir. Bir müddətdən sonra Əmirxan ona zəng edərək polis bölməsinin yanında olan adını xatırlamadığı bir kafedə olduğunu bildirib həmin kafenin məkanı barədə elektron məlumatı ona göndərmişdir. O da göndərilmiş məlumatla həmin kafeyə gedib Əmirxanla görüşmüş, görüş zamanı sonuncunun cibindən çıxardıb ona təqdim etdiyi 10 ədəd 100 manatlıq əsginası götürərək sayıb cibinə qoymuşdur. Ağacların kəsilməsinə göz yummaq və tikintinin davam etdirilməsinə icazə alınmasına köməklik göstərilməsi adı ilə 2900 manat pul almışdır. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Bakı, şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsi, Südçülük sovxozunda yerləşən məscidin yaxınlığında olan 15x7 m ölçüdə ərazi 2021-ci ildə şahid ailəsinin üzvü olduğundan rayon icra hakimiyyəti başçısının göstərişinə əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ona verilmişdir. X5 “44 günlük Vətən müharibəsi” dövründə şəhid olmuşdur. 2021-ci ildə musiqi kursları açmaq üçün həmin ərazinin bütün hissəsində qeyri-yaşayış obyekti inşa etmək istəmişdir. Həmin dövrdə Sabunçu rayon İcra Hakimiyyəti başçısının Ramanı qəsəbəsi üzrə icra nümayəndəsi “Arif” adlı şəxs tikinti işlərinin aparılmasına ilkin olaraq icazə versə də, tikinti işlərini aparmağa başladıqdan sonra, sonuncu tikilinin həmin ərazidə yerləşən təxminən 3.5 m hündürlükdə olan 2 ədəd şam ağacına yaxın inşa edilməsini bəhanə edərək, kiçik ölçüdə tikinti inşa etməyi tələb etmişdir. Həmin zaman inşa etdiyi tikili ağacları əhatə etməmiş və ağaclar kənarda qalmışdır. Bundan sonra, 2022-ci ilin təxminən may ayında daha kiçik ölçüdə, lakin 2 mərtəbəli obyekt inşa etmək istəmiş və Arif buna razılıq vermişdir. Təxminən 2022ci ilin iyul ayında Arif həmin əraziyə gələrək, torpaq sahəsini satdığını bildirmiş və o, artıq məcbur qalıb həmin inşa etdiyi obyektin 2-ci mərtəbəsini sökmüşdür. Təxminən avqust ayında Arif yenidən həmin əraziyə gələrək, obyektin bir divarının sökülərək, 40 sm ölçüdə arxaya çəkilməsini istəmiş və o, bunu da yerinə yetirmişdir. Onun fikrincə Arifin niyyəti onun həmin ərazini təhvil verməyi və sonuncunun özünün həmin yerdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəməsi olmuşdur. 2022-ci ilin iyul ayının sonlarında Arif obyektin ikinci mərtəbəsini sökməyini istədikdə, özünü Sabunçu rayon yaşılaşdırma idarəsinin rəisi kimi təqdim edən Anar Ariflə birlikdə obyektin yerləşdiyi əraziyə gələrək, həmin tikilinin ağaclara məsafəsinin yaxın olması səbəbindən qanunsuz olduğunu bildirmişdir. Bundan sonra, 2022-ci ilin avqust ayının əvvəllərində o, Arifə nümayəndəlikdə ağacların rəsmi olaraq hansı qaydada köçürmək mümkün olması barədə müraciət etmişdir. Arif həmin zaman Anarın tikintinin qarşısını aldığını və sonuncu ilə danışmağını bildirmişdir. 2022-ci ilin avqust ayının ortalarında o, Anarın mobil telefon nömrəsini tapıb, sonuncu ilə zəngləşərək Ramanı qəsəbəsi, Südçülük sovxozunda, obyektin yanında görüşmüşdür. Anar tikilinin 2 ədəd şam ağacına yaxın yerləşdiyindən, həmin ərazidə inşaat işlərinin aparılmasının qanunsuz olduğunu bildirmiş və ağacları kəsdiyi təqdirdə hər ağaca görə onun 6000 manat məbləğində cərimə olunacağını əlavə etmişdir. O, ağacların qanuni olaraq hansı qaydada köçürməyin mümkünlüyünü soruşduqda, Anar bunun mümkün olmadığını, lakin şahid ailəsinin üzvü olduğundan 4200 manat məbləğində özünə pul verdiyi təqdirdə həmin ağacların kəsilməsinə icazə verəcəyini bildirmişdir. Həmçinin, Anar icra nümayəndəsi ilə də özünün danışıb, işləri yoluna qoyacağını qeyd etmişdir. O, başqa çıxış yolu tapmadığından, məcbur qalıb Anarla razılaşmış və sonuncu pul tam olaraq verildikdən sonra ağacların kəsilməsinə icazə verəcəyini demişdir. Bundan sonra, Anarın qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir. 17 oktyabr 2022-ci il tarixdə Sabunçu rayonu, Ramanı qəsəbəsi, Şuşa şəhərciyi adlanan ərazidə, mərkəzi dairənin yaxınlığında yol kənarında Anara ilkin olaraq 1400 manat məbləğində pulu vermişdir. 2022-ci ilin sonlarında Anar onunla əlaqə saxlayaraq Arifin ağacların kəsilməsi ilə bağlı özünə təqdim olunmalı olan 500 manat məbləğində vəsaitin tez verilməsini istədiyini bildirmişdir. Buna görə, 28 dekabr 2022-ci il tarixdə Sabunçu rayonu, “Stansiya Razin” adlanan ərazidə yerləşən çayxanada görüşüb Anara əlavə olaraq 500 manat məbləğində pul vermişdir. 17 oktyabr 2022-ci il tarixdə və 28 dekabr 2022-ci il tarixdə pulun verilməsini və Anarla aralarında olan danışıqların bir hissəsini özünə məxsus mobil telefon vasitəsi ilə qeydə almışdır. 23 yanvar 2023-cü il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müraciəti əsasında aparılan araşdırma üzrə ona əməliyyat-axtarış fəaliyyətində iştirak etmək təklif olunmuş və razılıq verdikdən sonra yanında olan Əli adlı dostunun üzərinə xüsusi avadanlıq quraşdırılmışdır. O, Anarla zəngləşib, qalıq qalan vəsaitin bir hissəsini vermək istədiyini bildirdikdə, sonuncu Qaraçuxur qəsəbəsində olduğunu qeyd edərək həmin ərazidə görüşməyi təklif etmişdir. Daha sonra həmin gün Qaraçuxur qəsəbəsində yerləşən polis bölməsinin yaxınlığında yerləşən “Villa Cafe” adlanan kafedə Anarla görüşərək sonuncuya 1000 manat məbləğində pul vermişdir. Həmin görüşdə Əli də iştirak etmişdir. Ona verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsi, Südçülük sovxozunda yerləşən məscidin yaxınlığında olan ərazi hansı mülkiyyət növünə aid olması barədə məlumatı olmamışdır. Qeyd edir ki, təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tamamilə ödəmiş, o, təqsirləndirilən şəxslə barışdığı üçün ona qarşı heç bir şikayət, tələbi və iddiası yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 2020ci ilin fevral ayından Sabunçu Rayon İcra Hhakimiyyəti Başçısının Ramana qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. Bundan əvvəl isə Sabunçu rayonu ərazisində yerləşən qəsəbələrdə olan icra nümayəndəliklərində müxtəlif vəzifələrdə işləmişdir. Ramana qəsəbə sakini Zərərçəkmiş şəxs təxminən 2 ildir ki, tanıyır. Belə ki, Zərərçəkmiş şəxs X5 2-ci Qarabağ müharibəsində şəhid olmuşdur. Əmirxan və onun ailəsi şəhid ailəsi kimi həmişə diqqət mərkəzində olmuşdur. Əmirxan təxminən 1 il bundan qabaq Sabunçu rayon İcra Hakimiyyətinin başçısına müraciət edərək özünə məxsus torpaq olduğunu bildirib həmin ərazidə obyekt tikilməsinə icazə verilməsini xahiş etmişdir. Sonradan Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Şahid2 ona Zərərçəkmiş şəxs xahişinin yerinə yetirilməsini tapşırmışdır. Bundan sonra Əmirxan Ramana qəsəbəsi, Səfiyar Behbudov küçəsində yerləşən sahəsi təxminən 100 m2 olan torpaq sahəsində obyekt tikməyə başlamışdır. Həmin torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi deyil. Əmirxanın tikinti apardığı ərazidə iki ədəd şam ağacı olmuşdur. Sonuncu orada iki mərtəbəli obyekt tikmək istəmişdir. Hətta Əmirxan tam olaraq iki mərtəbəli obyekti tikmiş, həmin ağaclar da ikinci mərtəbənin içərisində qalmışdır. Bu səbəbdən də o, Əmirxana obyektin ikinci mərtəbəsini sökməyi tapşırmış, o da obyekti sökmüşdür. Həmçinin obyektin hasarı yol kənarında olan digər 5-6 altı ağacı da əhatə etmişdir. Bu səbəbdən, o, Əmirxana hasarı söküb təxminən 40 santimetr arxadan çəkməyi bildirdikdə sonuncu razılaşaraq hasarı sökmüşdür. Bu formada Əmirxan yavaş-yavaş obyektini tikib bitirmişdir. Əmirxan təxminən 80 m2 ölçüdə obyekt tikmişdir. İki ədəd şam ağacı isə Əmirxana ayrılmış 100 m2 torpaq sahəsini tam əhatə edən obyekt tikməyə mane olmuşdur. Belə ki, 20 m2 hissədə iki ədəd şam ağacı yerləşmişdir. Əmirxan həmin ağacların kəsilməsi ilə bağlı müraciət etməmiş, sadəcə bir dəfə yaşıllaşdırma təsərrüfatı birliyinin əməkdaşı kimi bildiyi Anar adlı şəxs onunla telefon əlaqəsi saxlamış, bir dəfə də həmin şəxslə birlikdə gedib obyektin yerləşdiyi torpaq sahəsinə baxış keçirmişlər. Anar ondan torpaq sahəsində olan görüş zamanı ağacların kəsilməsində və həmin ağacların yerində obyektin tikintisinin davam etdirilməsinə köməklik edilməsini xahiş etmişdir. O, isə Anara Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həmin ağacların şəkillərinin çəkildiyini, gələcəkdə həmin ağaclar kəsiləcəksə, bunun böyük cəriməsinin olduğunu bildirib kömək edə bilməyəcəyini demiş, ümumiyyətlə ağaclarla bağlı məsələlərin ona aidiyyəti olmadığını bildirmişdir. Hətta Anar 3- 4 ay əvvəl onun iş yerinə gəlmiş, həmin vaxt da aralarında eyni məzmunlu söhbət olmuşdur. O, Anara bir daha ağaclarla bağlı məsələnin ona aidiyyəti olmadığını bildirmişdir. Bundan sonra nə Anarla, nə də Əmirxanla həmin ağacların kəsilməsi ilə bağlı hər hansı söhbətləri olmamışdır. Onun Zərərçəkmiş şəxs tərəfindən tikinti aparılan torpaq sahəsini ələ keçirərək həmin yerdə sahibkarlıq fəaliyyət ilə məşğul olmaq niyyəti olmamışdır. O, sadəcə ağacların həmin obyektin içərisində qalmaması üçün onun bir hissəsinin və ikinci mərtəbəsinin sökülməsini Əmirxana bildirmişdir. O, Anardan hər hansı məbləğdə pul almamışdır. Anar özü ona bir neçə dəfə ağacların kəsilməsindən sonra tikintiyə razılıq verməsi ilə bağlı müraciət etmiş, lakin o, bu məsələnin səlahiyyətinə aid olmadığını bildirib bundan imtina etmişdir. İcra nümayəndəliyinin sürücüsü Adil ərazidə gəzərkən həmin obyektdə tikinti aparıldığını müəyyənləşdirmiş və bu barədə ona məlumat vermişdir. O, obyektin ikinci mərtəbəsinin tikilib-tikilmədiyini Adildən dəqiqləşdirdikdən sonra sonuncuya həmin ərazidən çıxıb getmədiyini bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 2018ci ildən Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində sürücü işləyir. Təxminən 2 ildir ki, Ramana qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Şahid1dur. Zərərçəkmiş şəxs isə şəhid ailəsinin üzvü kimi tanımış, sonuncun qardaşının 2-ci Qarabağ müharibəsində şəhid olduğunu bilmişdir. Əmirxanla yalnız salam-sağolu olmuş, aralarında başqa hər hansı bir münasibət olmamışdır. Zərərçəkmiş şəxs Ramana qəsəbəsi ərazisində südçülük sovxozu deyilən ərazidə məscidin yanında yol kənarında bir mərtəbəli obyekt tikdirdiyini bilmişdir. Həmin obyektin ətrafında şam ağacları vardır. Əvvəllər həmin obyektin üzərində “Musiqi kursu” sözləri yazılmış, hazırda isə həmin yazılar silinmişdir. Onun Əmirxanın həmin obyektin yerləşdiyi torpaq sahəsini necə əldə etməsi, tikintiyə kim tərəfindən və necə icazə verilməsi barədə məlumatı yoxdur. O, əvvəllər Zərərçəkmiş şəxs tikdirdiyi obyektdə olmuşdur. O, 2022-ci ilin dekabr ayında **-RT-*** dövlət qeydiyyat nişanlı, qara rəngli “Chevrolet Niva” markalı xidməti avtomobillə Əmirxanın tikdirdiyi həmin obyektin yanında keçərkən həmin obyektin qarşısında dayanmış, həmin vaxt Əmirxan da orada olmuşdur. O, Əmirxanla salamlaşdıqdan sonra aparılan tikinti barədə məlumat vermək məqsədilə icra nümayəndəsi Şahid1 zəng etmişdir. Arif müəllim də obyektin ikinci mərtəbəsinin tikilibtikilmədiyini soruşduqda, o, obyektin ikinci mərtəbəsinin tikilmədiyini bildirmişdir. Bu zaman Arif müəllim oradan çıxıb getməyini bildirmiş, o da Arif müəllimin tapşırığına uyğun olaraq oradan çıxıb getmişdir. Həmin vaxt orada başqa bir şey olmamışdır. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməllərini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3, 29,178.2.3 və 32.4, 312.1ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, iş materiallarında olan 23 yanvar 2023-cü il tarixli “pul əskinaslarının təqdim edilməsi haqqında” protokoldan görünür ki, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə A12801822, A81591630, C47410547, C85512474, C20367725, C51905066, C29700303, C62210153, C64174225, C60608348 seriya və nömrəli 10 (on) ədəd 100 manatlıq pul əskinasları, yəni ümumilikdə 1000 (bir min) manat pul vəsaiti Zərərçəkmiş şəxs təqdim edilmiş, Şahid3 isə müvafiq çəkilişinin aparılması üçün gizli kamera ilə təchiz olunmuş eynək verilmişdir. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması” haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən A12801822, A81591630, C47410547, C85512474, C20367725, C51905066, C29700303, C62210153, C64174225, C60608348 seriya və nömrəli 10 ədəd 100 manatlıq əskinaslardan ibarət olmaqla, ümumilikdə 1000 manat pul aşkar edilmişdir. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması” haqqında protokola əlavə edilmiş diskə baxış keçirilməsindən görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə əlaqədar baxış və götürmə istintaq hərəkətinin əvvəlində Təqsirləndirilən şəxs özünü təqdim edərək Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının elan edilməsindən sonra əynində olan tünd göy rəngli cins materialdan olan şalvarın sağ yan cibindən 10 ədəd 100 manatlıq əskinası çıxardaraq təqdim etmiş, həmin pulu adını bilmədiyi vətəndaşdan onun obyektində olan ağacların kəsilməsinə göz yumması müqabilində aldığını bildirmişdir. İş materiallarında olan əməliyyat-axtarış tədbirləri nəticəsində qeydə alınmış videogörüntü və Zərərçəkmiş şəxs tərəfindən mobil telefon vasitəsilə qeydə alınmış iki ədəd səs yazısının olduğu CD diskə baxış keçirilmiş, həmin baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ağacların kəsilməsi və tikinti icazə verilməsi adı ilə ümumilikdə 2900 manat pul aldığını tam etiraf etmiş, videogörüntüdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 3-cü şəxsin, yəni Şahid3 iştirakı ilə 10 ədəd 100 manatlıq əskinaslar şəklində 1000 manat pul aldığı görünmüş, Təqsirləndirilən şəxs aldığı pul vəsaitindən 500 manatını Arif adlı şəxsə verdiyini bildirir və buna Zərərçəkmiş şəxs inandırmağa çalışır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, Binəqədi Rayon Məhkəməsinin 4(001)-55/2023 nömrəli iş üzrə 25 yanvar 2023cü il tarixli qərarına əsasən 23 yanvar 2023-cü il tarixdən hesablanmaqla “ev dustaqlığı” növündə qətimkan tədbiri və “vəzifəsindən kənarlaşdırma” növündə əlavə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 5/290 N°li rəydən görünür ki, tədqiqata təqdim edilmiş 10 ədəd A12801822, A81591630, C47410547, C85512474, C20367725, C51905066, C29700303, C62210153, C64174225, C60608348 seriya və nömrəli 100 (yüz) Azərbaycan manatı nominallı pul əskinları xüsusi mühafizə vasitələrilə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdırlar və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil edirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 4Ə289-4/292 N°li rəydən görünür ki, ekspertizaya təqdim olunan 1 ədəd “Verbatim” markalı CD diskdə qeydə alınmış mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi- Təqsirləndirilən şəxs, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi-Şahid3, “K3” kimi işarə olunmuş diktorun səsi və nitqi- Zərərçəkmiş şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlarda situasiya ilə əsaslanmayan yarımçıq söz və ifadələr, diktorun emosional-psixoloji vəziyyətinin əsaslanmamış dəyişməsi, danışıqda sözlərarası və cümlələrarası məntiqi rabitənin pozulması, yazılışın aparıldığı akustik şəraitə məxsus fonun kəskin dəyişməsi kimi montaj əlamətləri müəyyən olunmadı. Lakin, mübahisəli fonoqramların qeydə alındığı yazı qurğusu (qurğuları) ekspertizaya təqdim olunmadığından digər dəyişikliklərin olub-olmadığını müəyyən etmək mümkün olmadı. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixi və narkoloji xəstə kimi dispanser qeydiyyata dayanmır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi adlanan ərazidə qeydiyyatsız olaraq yaşayır, qeydiyyatsız yaşadığı müddət ərzində onun barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət ərizəsi daxil olmamışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 311-ci maddəsinin tərkibi olmadığından həmin hissədə sonuncu barəsində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə işin hüquqi həlli ilə bağlı aşağıdakıları qeyd edir. İşin faktiki hallarından görünür ki, zərərçəkmiş şəxs X4 Bakı şəhəri 16 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizəni təqdim edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tamamilə ödəmişdir, o, təqsirləndirilən şəxslə barışdığı üçün ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Göründüyü kimi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə cinayət nəticəsində vurduğu ziyanı tamamilə ödəmiş və sonuncu ilə barışmışdır. Bununla yanaşı, müdafiə tərəfinin təqdim etdiyi 16 may 2023-cü il tarixli qəbzlə müəyyən olunur ki, cinayət nəticəsində vurulmuş maddi ziyanın 35 faizi (dövlət büdcəsinə ödəniş başa çatmayan cinayətə görə qəsdin yönəldiyi əmlakın on faizi və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi) miqdarında, yəni 785 manat məbləğində dövlət büdcəsinə ödəniş edilib. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinin 3-cü bəndinə əsasən «Bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatmadığı hallarda, şəxsin həmin maddələrdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi məsələsinə baxılarkən, dövlət büdcəsinə ödəniş başa çatmayan cinayətə görə qəsdin yönəldiyi əmlakın on faizi miqdarında müəyyən olunur». Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir». Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3, 29,178.2.3-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən «cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir)». Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3, 29,178.2.3-cü maddələri ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 72-ci maddəsinin 3cü bəndinə və 73-1.2-ci maddələrinə əsasən azad edilməli və onun həmin maddələrlə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə olaraq az ağır cinayət törətdiyini, təqsirini səmimi etiraf etməyini, zərərçəkmiş şəxsə vurduğu zərəri tam olaraq ödədiyini və sonuncunun ona qarşı şikayətinin və tələbinin olmadığını, himayəsində azyaşlı uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddəsinin sanksiyaları çərçivəsində cərimə növündə cəza təyin olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək 6.000 (altı min) manat miqdarında cərimə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdən 22 may 2023-cü il tarixədək (cəmi 03 (üç) ay 29 (iyirmi doqquz) gün) “ev dustaqlığı” növündə qətimkan tədbiri və “vəzifəsindən kənarlaşdırma” növündə əlavə qətimkan tədbirində saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alınaraq təyin edilmiş cəza yüngülləşdirilərək, ona qəti olaraq 3.000 (üç min) manat miqdarında cərimə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri və “vəzifəsindən kənarlaşdırma” növündə əlavə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 212 (iki yüz on iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 16 (on altı) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış A12801822, A81591630, C47410547, C85512474, C20367725, C51905066, C29700303, C62210153, C64174225, C60608348 seriya və nömrəli 100 (bir yüz) Azərbaycan manatı nominallı pul əskinazlar Azərbaycan Respublikası Baş Prokurorluğa təhvil verilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3, 29,178.2.3-cü maddələri ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 72 və 73-1.2-ci maddələrinə əsasən azad edilsin və onun həmin maddələrlə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək 6.000 (altı min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdən 22 may 2023-cü il tarixədək (cəmi 03 (üç) ay 29 (iyirmi doqquz) gün) “ev dustaqlığı” növündə qətimkan tədbiri və “vəzifəsindən kənarlaşdırma” növündə əlavə qətimkan tədbirində saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alınsın və təyin edilmiş cəza yüngülləşdirilərək, ona qəti olaraq 3.000 (üç min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri və “vəzifəsindən kənarlaşdırma” növündə əlavə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 212 (iki yüz on iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 16 (on altı) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış A12801822, A81591630, C47410547, C85512474, C20367725, C51905066, C29700303, C62210153, C64174225, C60608348 seriya və nömrəli 100 (bir yüz) Azərbaycan manatı nominallı pul əskinazlar Azərbaycan Respublikası Baş Prokurorluğa təhvil verilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 8 (səkkiz) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 48 (qırx səkkiz) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-396/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-396/2023
22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver