Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-396/2025 30.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2 etibarnamə üzrə nümayəndəsi oğlu X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN:xxxxxxx, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, yük avtomobili sürücüsü işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, 04 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 sentyabr 2025-ci il tarixdə MSYdən azad edilmiş, 16 may 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma ilə bağlı ittiham elan olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, 03 sentyabr 2024-cü i tarixdə, saat 17 radələrində "BC" kateqoriyalı sürücülük vəsiqəsi olmaqla idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “X20 1836” Yük markalı, yəhərli dartıcı tipli, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi istiqamətindən Yeni Suraxanı qəsəbəsi istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən Binə qəsəbəsi, Azərsun Parnikləri adlanan ərazidə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, yolun solundan sağına keçmək istəyən piyada Zərərçəkmiş şəxs hərəkət hissəyə daxil olub təhlükə yaratdığını gördükdə, avtomobili dayandırmağa kifayət qədər məsafə olduğu halda, dayandıra bilməyib, avtomobilin qabaq sol tin hissəsi ilə piyadanı vurmuş, nəticədə ehtiyatsızlıqdan zərərçəkmişə baş beyin maddəsinə, mədəciklərinə və qişalarına qansızma, baş beynin, alın sümüyünün basılmış qəlpəli və xətti sınıqları, sağ göz almasının göz yuvasına doğru travmatik yerdəyişməsi, burun sümüyünün, hər iki almacıq və çənə sümüklərinin qapalı qəlpəli sınıqları, dizlərin travmatik zədələnməsi, sağ qamış sümüyünün açıq qəlpəli sınığı və ətraf yumşaq toxumanın əzilmiş-cırılmış yarası, başın alın nahiyəsinin hematoması və səthi əzilmiş yarası, sol budun əzilmiş-cırılmış yarası, sol baldırın yumşaq toxumasının hematoması, üzün, gövdənin, yuxarı və aşağı ətrafın çoxsaylı sıyrıqları, dərcəsinə görə, ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirib, həmin xəsarətlər fonunda alın sümüyünün basılmış qəlpəli sınığı ilə müşayiət olunun baş beyinin əzilməsi səbəbindən hadisə yerində ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə özünü tam təqsirli bilərək və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində bildirmişdir ki, “X20 1836” yük markalı, yəhərli dartıcı, **-UY-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vardır. Həmin avtomobil xalası oğlu X7 adına olsa da, həmin avtomobili ondan almış və baş etibarnamə əsasında idarə etmişdir. “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. 03 sentyabr 2024-cü il tarixdə idarə etdiyi avtomobillə Suraxanı rayonu, Binə qəsəbəsi ərazisində yerləşən “Azərsun parnik” deyilən yol ilə Suraxanı rayonu ərazisində hərəkətdə olmuş, saat 17 radələrində hərəkətdə olduğu zaman bir nəfər kişi piyadanın yolu soldan sağa doğru keçmək istəməsini təxminən 40-50 metr məsafədən görmüşdür. Piyada yola çıxan zaman onunla əks istiqamətdə gələn avtomobil siqnal verdiyinə görə, piyada əvvəlcə geri qayıtmış, bundan sonra, təzədən yolu keçmək istəsə də, başqa bir “Mercedes çeşka” markalı avtomobil də siqnal verdiyindən yenə də geri qayıtmışdır. Lakin piyada özünü itirdiyinə görə onun avtomobili istiqamətində qaçmışdır. Buna görə də, avtomobilin qabaq sol tini ilə həmin piyadaya dəymişdir. Piyada aldığı xəsarətlərdən yerə yıxılmışdır. O, dərhal avtomobili saxlayıb düşmüş, piyadaya baxan zaman qulaq hissəsindən qan axdığını görmüşdür. Piyadanın başının üstündə dayandığı zaman həmin piyada ölmüşdür. Dərhal X18a zəng edərək hadisə yerində dayanmışdır. Təcili yardım gec gəldiyinə görə, 102 xidmətinə də zəng edərək hadisə barədə onlara da məlumat vermişdir. Az sonra təcili yardım avtomobili və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Təxminən 40-50 metr məsafədən piyadanın yola çıxmasını görmüşdür. Belə ki, piyada əvvəlcə yola çıxsa da, əks istiqamətdən gələn avtomobil siqnal verdiyinə görə geri qayıtmış, lakin piyada təkrar bir daha yola çıxmış, təkrar yola çıxan zaman o, əyləci bassa da, avtomobil əyləcdə bir qədər hərəkət edib sürüşmüş, piyadanı avtomobilin qabaq sol tini ilə vurmuşdur. Piyada əvvəlki avtomobillər siqnal verdiyinə görə özünü itirmiş və yolu qaçaraq keçməyə çalışmışdır. Hadisə zamanı avtomobili 50-60 km/saat sürətlə idarə etmiş, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təxminən 2008-ci ildən nəqliyyat vasitəsi idarə edir. Hadisə zamanı avtomobildə tək olmuşdur. X18 gec gəlmiş, TTY gələndə isə polis artıq hadisə yerində idi. İdarə etdiyi yük avtomobili qoşqusuz olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış və onlara dəymiş ziyanı ödəmişdir. Sonda isə əməlindən peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, hadisənin ehtiyatsızlıqdan baş verməsini, əvvəllər məhkum olunmamasını və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını nəzərə alaraq məhkəmədən ona yüngül və ədalətli cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X2 etibarnamə üzrə nümayəndəsi oğlu X10 ifadəsində bildirmişdir ki, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış massivində nömrəsiz fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. X1 onun atasıdır. X21 qəsəbəsində yerləşən Bakı şəhəri Yaşıllaşdırma idarəsində fəhlə işləmişdir. O, hər gün saat 08 radələrində işə getmiş, saat 16:30-da isə işdən çıxıb evə saat 17 radələrində çatmışdır. 03 sentyabr 2024-cü il tarixdə, qonşuları polis idarəsindən onunla əlaqə saxlamaq istədiklərini bildirmiş, o da polis əməkdaşı ilə əlaqə saxlamış və atasının yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığını öyrənmişdir. Bundan sonra, hadisə baş verən yerə getmişdir. Ora getdikdə atasının “Azərsun parnikləri” adlanan ərazidə yol-nəqliyyat hadisəsi zamanı yük avtomobili tərəfindən vurulduğunu və aldığı xəsarətdən hadisə yerində öldüyünü öyrənmişdir. Bundan sonra, atası İslahın meyitini müayinə olunması üçün Suraxanı rayon Məhkəmə-tibbi ekspertiza Mərkəzinə aparmışlar. Meyit müayinə olunduqdan sonra, gecə saatlarında onlara təhvil vermişlər və Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda dəfn etmişlər. Hadisədən sonra məlum olmuşdur ki, yük avtomobilinin sürücüsü Təqsirləndirilən şəxsdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Hadisə yerinə getdiyi zaman Təqsirləndirilən şəxs orada olmuş, özü hadisə yerinə çatdıqdan sonra polis əməkdaşları Kamranı aparmışdır. Hadisə yerinə çatanda TTY hələ də gəlməmiş, lakin polislər hadisə yerində olmuşlar. Sonda isə Təqsirləndirilən şəxs ilə barışdıqlarını, dəymiş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. İbtidai istintaq zamanı anası notariat qaydada ərizə verərək təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 240100541 saylı cinayət işi 03 sentyabr 2024-cü il tarixdə, Suraxanı rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X11 tərəfindən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə fakta görə başlanmışdır. (iş.v. 1) 03 sentyabr 2024-cü il tarixli, N-518 saylı raportdan görünür ki, X14 həmin tarixdə, saat 17:13-də 070 220 35 34 saylı mobil nömrədən 102 xidmətinə məlumat verərək, “Azərsun yolu” deyilən ərazidə yük avtomobilinin 1 nəfər piyadanı vurması nəticəsində sonuncunun ölməsi barədə bildirmişdir. (iş.v. 3) 03 sentyabr 2024-cü il tarixli, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, baxış aydın havada, Binə qəsəbəsi istiqamətindən Suraxanı rayonu, Suraxanı qəsəbəsi istiqamətində keçirilmişdir. Hadisənin növü piyada vurmadır. Hadisə yerini sürücü Təqsirləndirilən şəxs göstərmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsinin yeri yaşayış məntəqəsidir. Yolun hərəkət hissəsi düz, örtüyün növü asfalt beton, vəziyyəti isə qurudur. Yol örtüyünün eni 6,3 metr, hərəkət zolağının sayı 2-dir. Hərəkət hissədə qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlanma xətti yoxdur. Hərəkət hissəyə sağdan və soldan yol çiyni birləşir. Sonra sağda və solda boş torpaq sahəsi vardır. Hərəkətin nizamlanma üsulu yoxdur. Vurulan piyadanın sayı 1-dir. Yolun sağ kənarından piyadanın vurulduğu yerə qədər 1,9 metr məsafə vardır. Piyada yolun sol kənarından sağa doğru 4,4 metr məsafə qət etmişdir. Piyada hadisədən əvvəl yolu soldan sağa keçirdi. “X20 1836” yük markalı avtomobil yolun sağ kənarında dayanmış vəziyyətdədir. Hadisə yerində 6,4 metr məsafədə tormoz izi vardır. Xüsusi qeyd: yolun sol hərəkət hissəsində asfalt üzərində kişi meyiti vardır. (iş.v. 4-14) 03 sentyabr 2024-cü il tarixli, 1/7995 nömrəli, “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol qəbulu əlamətləri mövcud olmamış, yoxlama zamanı ayıq vəziyyətdə olmuşdur. (iş.v. 15) AC732672 saylı Azərbaycan Respublikası sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs BC kateqoriyalı sürücülük vəsiqəsi vardır və 25 may 2028-ci il tarixədək qüvvədədir. (iş.v. 16) İş materiallarına əlavə edilmiş “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, istehsal ili 2007-ci il olan, **-UY-*** dövlət qeydiyyat nişanlı, «X20 1836” markalı, yəhərli dartıcı tipli, qırmızı rəngli, yüksüz kütləsi 7444 kq, icazə verilmiş maksimal kütlə 18000 kq olan, yük avtomobili X8 məxsusdur. (iş.v. 17) X5 tərəfindən Suraxanı RPİ-nin İŞ-nə ünvanlanan 30 sentyabr 2024-cü il tarixli ərizədən görünür ki, əri Zərərçəkmiş şəxs 03 sentyabr 2024-cü il tarixdə, Suraxanı rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən ölmüşdür. Odur ki, əri Zərərçəkmiş şəxs öldüyü cinayət işi üzrə onun hüquqi varisi qismində tanınmasına göstəriş verilməsini xahiş etmişdir. (iş.v. 50) 30 sentyabr 2024-cü il tarixli, zərərçəkmiş şəxsin yaxın qohumunun hüquqi varis qismində tanınması haqqında qərardan görünür ki, cinayət işi üzrə X5 hadisə nəticəsində mərhum Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. (iş.v. 51) 30 sentyabr 2024-cü il tarixli, hüquqi varisinin nümayəndəsi kimi tanımaq haqqında qərardan görünür ki, Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili X12 zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi kimi tanınmışdır. (iş.v. 49) X5 tərəfindən notariat qaydada təsdiq edilmiş 23 sentyabr 2024-cü il tarixli ərizədən görünür ki, 03 sentyabr 2024-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əri Zərərçəkmiş şəxs vəfat etmişdir. Ona dəymiş maddi ziyan ödənilmişdir. Hal-hazırda, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. (iş.v. 57) 02 oktyabr 2024-cü il tarixli, 108 saylı məhkəmə tibbi ekspertizasının meyitin ekspertizası rəyinin nəticəvi hissəsindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızına. Baş beyinin əzilməsi. Alın sümüyünün basılmış qəlpəli və xətt şəkilli sınıqları. Sağ göz almasının göz yuvasına doğru travmatik yerdəyişməsi. Burun sümüyünün, hər iki almacıq və çənə sümüklərinin qapalı qəlpəli sınıqları. Dişlərin travmatik zədələnməsi. Sağ qamış sümüyünün açıq qəlpəli sınığı və ətraf yumşaq toxumanın əzilmiş-cırılmış yarası. Başın alın nahiyəsinin hematoması və səthi əzilmiş yarası, sol budun əzilmiş-cırılmış yarası, sol baldırın yumşaq toxumasının hematoması, üzün, gövdənin, yuxarı və aşağı ətrafın çoxsaylı sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olub bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, eləcə də yol-nəqliyyatı hadisəsi şəraitində mərhumun ölümündən az əvvəl avtomaşın vurması nəticəsində törənə bilər. Dərəcəsinə görə, ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla, onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb yuxarıda qeyd edilən xəsarətlər fonunda alın sümüyünün basılmış qəlpəli sınığı ilə müşayiət olunan baş beyinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-4 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, noksiron, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1.4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (iş.v. 58-62) 09 aprel 2025-ci il tarixli 8/459 nömrəli məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası rəyinin nəticəvi hissəsində qeyd olunur ki, hərəkət üçün təhlükə yaranan anda “X20 1836” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin piyadanın vurulma yerindən 30,8- 40,7 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda “X20 1836” markalı, **-UY- *** dövlət qeydiyyat nişanlı avtomobilin piyadanın vurulma yerindən 30,8-40,7 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tətələblərinə uyğunsuzluq olmuşdur. (iş.v. 70-71) 14 may 2025-ci il tarixli, “ifadənin hadisə yerində yoxlanılması barədə” istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs göstərmişdir ki, 03 sentyabr 2024-cü il tarixdə, saat 17 radələrində idarə etdiyi “X20 1836” yük markalı, yəhərli dartıcı tipli **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binə qəsəbəsi istiqamətindən Yeni Suraxanı qəsəbəsi istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olmuş, yolun sol kənarından hərəkət hissəyə daxil olub yolun sağına keçmək istəyən (sonradan adını bildiyi Zərərçəkmiş şəxs) avtomobilin qabaq sol tin hissəsi ilə vurmuşdur. Təqsirləndirilən şəxs, piyadanı vurduğu yeri və piyadanın hərəkət zolağına daxil olub təhlükə yarandığı anda hansı məsafədən gördüyü yeri göstərmişdir. Həmin məsafə ölçülərək müəyyən edilmişdir ki, piyada hərəkət zolağına daxil olduğu anda Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil piyadanın vurulduğu yerədək olan məsafə 47 metr olmuşdur. (iş.v. 75-78) İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, onun himayəsində xx.xx.2014-cü il təvəllüdlü Mələk Salamova və xx.xx.2017-ci il təvəllüdlü Zeynəb Salamova olmaqla, 2 azyaşlı övladı vardır. Bu sistemlə əldə edilmiş Təqsirləndirilən şəxs digər məhkəmə işləri barədə çıxarışdan isə görünür ki, onun başqa məhkəmənin icraatında cinayət işi yoxdur. (iş.v. 79-80) 15 may 2025-ci il tarixli, “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunması qərara alınmışdır. Təqsirləndirilən şəxs əməlində CM-in 264-cü maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir (iş.v. 82-85) Təqsirləndirilən şəxs, 04 sentyabr 2024-cü il tarixdə, saat 09:50-də şübhəli şəxs qismində tutulmuş, 05 sentyabr 2024-cü il tarixli qərarla onun şübhəli şəxs statusuna xitam verilmiş və ittiham elan edilmədən MSY-dən azad edilmişdir. 16 may 2025-ci il tarixli qərarla, saat 12:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Həmin tarixli qərarla müstəntiq tərəfindən barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 31, 41, 94, 109) Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən Suraxanı Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli sorğusuna cavab olaraq göndərilmiş 05 iyul 2025-ci il tarixli məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi idarəsinin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək etibarlı olan) AC 461434 nömrəli sürücülük vəsiqəsi verilmiş, xx.xx.2025-ci il tarixdə həmin sürücülük vəsiqəsi (xx.xx.2035ci il tarixədək etibarlı olan) BA 461434 nömrəli "BC CE" kateqoriyalı sürücülük vəsiqəsinə dəyişdirilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə ekspertiza rəylərini, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinə əsasən yol hərəkətinin iştirakçılarının vəzifələri sırasına həmçinin yol hərəkəti Qaydalarına riayət etmək, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilmək və yerinə yetirmək, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmaq, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamaq daxildir. Həmin Qanunun 34-cü maddəsinə əsasən sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. “B” - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün: “A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri; qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri; qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri. “C” - “D” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün. A, B, C, D, CE və DE kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi müvafiq olaraq A1, B1, C1, D1, C1E və D1E alt kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1cihissəsinin tələbinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarına əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin iki obyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Həmin cinayət əməli təqsirin ehtiyatsızlıq formasında törədilmişdir. CM-nin 26-cı maddəsinə əsasən cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin ibtidai istinaq zamanı və zərərçəkmiş şəxsin hüquqi varisinin etibarnamə üzrə nümayəndəsinin məhkəmə istintaqında verdiyi ifadələri, məhkəmə yol-nəqliyyat hadisələri, meyitin məhkəmə tibbi ekspertizasının rəyləri, verilmiş sorğulara cavablar, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 263.2-ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş.v.81) Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və ona cinayət nəticəsində dəymiş ziyanın tam şəkildə ödənilməsini, şikayət və tələbin olmamasını, təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını, ehtiyatsızlıqdan cinayət əməli törətməsini və hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini CM-nin 59.1.1, 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1— 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən bir neçə halın olması qarşılığında ağırlaşdıran heç bir halın olmaması vəziyyətində ona maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəzanın təyin edilməsi ədalətli və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmazdı. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. Göründüyü kimi cəzaçəkmə müəssisələri sırasında həmçinin məntəqə tipli cəzaçəkmə müəssisəsi də yer alır. CM-nin 56.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçünməntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. CM-nin 56.3-cü maddəsinə əsasən cəzaçəkmə müəssisəsinin növü bu Məcəllənin 56.1.1—56.1.5 və 56.2-ci maddələrinə uyğun olaraq məhkəmənin hökmü ilə müəyyən edilir. CM-nin 263.2-ci maddəsinin sanksiyasında müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası və nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 43-cü maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası əsas cəza kimi tətbiq edilsə də, nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə cəza növü yalnız əlavə cəza kimi tətbiq edilir. CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Cəzaların İcrası Məcəlləsinin 118.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisələrində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər və bu Məcəllənin 70.2.3 və 70.2.4-cü maddələrində nəzərdə tutulmuş qaydada ümumi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş şəxslər cəza çəkirlər. Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Hazırki iş üzrə də təqsirləndirilən şəxsin məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzasını çəkməsinin müəyyən edilməsi ona müəyyən məhrumiyyətlərin yaradılmasına, hüquq və azadlıqlarının məhdudlaşdırılmasına səbəb olacaqdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən kifayət qədər halları, ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etməklə, azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, CM-nin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş və alternativ cəza qeyd olunmamışdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmə araşdırmasının yekunu olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs 04 sentyabr 2024-cü il tarixdən 05 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs əsas cəzanı çəkib qurtardıqdan sonra, əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə olunmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 6 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 06 iş saatı üçün 66 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək ona 01 il 03 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 04 sentyabr 2024-cü il tarixdən 05 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 il 03 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il 02 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əsas cəzanı çəkib qurtardıqdan sonra, əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə olunsun. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 6 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 66 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-396/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-396/2025
30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver