Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-397/2022 13.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,719 qram psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 02 fevral 2022-ci il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində saxlanılıb, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Xanməmmədov küçəsi 5 ünvanda yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gətirilərək, orada video çəkilişdən istifadə etməklə, üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,409 qram və 0,310 qram olmaqla, ümumi təmiz çəkisi 0,719 qram ağ rəngli kristal şəkilli maddələr öz aralarında xarici görünüş və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,257 qram narkotik vasitə heroin əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 15 aprel 2022-ci il tarixdə, saat 15:00 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılıb, ünvan 4 yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gətirilərək, orada video çəkilişdən istifadə etməklə üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,662 qram və 0,595 qram olmaqla, ümumi təmiz çəkisi 1,257 qram qəhvəyi rəngli maddələr, öz aralarında xarici görünüş və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində özünü təqsirli bilərək göstərmişdir ki, o, 02 fevral 2022-ci il tarixdə, saat 18:00 radələrində ünvan 5 ünvanın qarşısında olan zaman, iki nəfər mülki geyimli, sonradan bəlli olan polis əməkdaşları yaxınlaşaraq, özlərini təqdim etmişlər və şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Üzərində “şüşə” kimi tanıdığı psixotrop maddə olduğu üçün həyacanlanmış və qorxmuşdur. Bundan sonra polis əməkdaşları onu sorğu-sual etmişlər və o, polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsinə gəldikdən sonra ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş ilə şəxsi axtarış aparılmışdır. Axtarış zamanı üzərində qanunsuz əşya olub-olmaması barədə sual vermişdir. Bu zaman əynində olan göy rəngli cins şalvarının sağ cibindən iki ədəd siqaretin qara rəngli sellofanına bükülmüş psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Sorğu zamanı həmin psixotrop maddə metamfetamini 01 fevral 2022-ci il tarixdı Bakı Metropolitenin Xətai rayonu ərazisində olan “Əhmədli” stansiyası yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 40 manata alaraq, üzərində saxlamasını bildirmişdir. Üzərindən aşkar psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa iki ay narkotik vasitənin “kakos” kimi tanıdığı heroin növündən istifadə etmişdir. Narkotik vasitə heroini əldə etdikdən sonra çəkmək yolu ilə qəbul etmişdir. Narkotik vasitəni qardaşı Xurşuddan pulla öz şəxsi istifadəsi üçün almışdır. Sonuncu dəfə 14 aprel 2022-ci il tarixdə, saat 10:35 radələrində yaşadığı evdə olan zaman, qardaşı Xurşuddan iki ədəd sellofan bükümdə narkotik vasitə heroin almış və bunun əvəzində qardaşına 20 manat pul vermişdir. Qardaşından narkotik vasitəni aldıqdan sonra üzərində saxlamaqla daşımışdır. 15 aprel 2022-ci il tarixdə, saat 15:00 radələrində o, ünvan 6 ünvanın yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq, özlərini polis əməkdaşı kimi təqdim etmişlər və xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib, onu yaxınlıqda olan 30-cu Polis Şöbəsinə aparmışlar. 30-cu PŞ-nə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Üzərində şəxsi axtarış aparılacağı bildirildikdə, o, şəxsi axtarışda vəkilin iştirakından imtina etməsi barədə ərizə ilə müraciət etmiş və videoçəkiliş ilə üzərində şəxsi axtarış aparılmışdır. Polis əməkdaşı üzərində qanunsuz əşya olub-olmaması barədə sual vermiş və olduğu halda təqdim etməsini təklif etmişdir. Bu zaman o, əynində olan tünd göy rəngli şalvarının sağ yan cibində saxladığı və özünə məxsus iki ədəd şəffaf sellofan bükümlərdə olan narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Həmin bükümlər açılaraq baxış keçirilmişdir. Bundan sonra həmin bükümdə olan maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, bu zaman o, bildirmişdir ki, həmin maddə narkotik vasitə heroindir və narkotik vasitəni şəxsi isitfadəsi üçün qardaşı Xurşuddan 20 manata almışdır. Bundan sonra polis əməkdaşı tərəfindən narkotik vasitələr götürülərək zərfdə qablaşdırılmış və zərfin üzəri möhür ilə möhürlənmişdir. Sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroini iki ədəd bükümdə əldə etmiş, narkotik vasitəni şəxsi istifadəsi üçün almış və heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə heroindan başqa heç bir yerdə narkotik maddələr saxlamamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki və ya psixoloci təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsində Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışan, polis leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, 02 fevral 2022-ci il tarixdə işlədiyi polis şöbəsinə ünvan 7 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadə ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis şöbəsinin rəisinə raportla məruzə etmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına, istifadə etməsinə, satmasına görə onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar rəis tərəfindən təsdiq olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri özü, üzvü isə bölmənin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid4 təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün Şahid4 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsinə gəlmişlər. Saat 18:00 radələrində həmin küçədə Təqsirləndirilən şəxs əlamətlərinə görə oxşadıb, sonuncuya yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəqisələrini göstərib, özlərini təqdim etmiş və sonuncudan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib, sonuncunu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməmiş və onlar sonuncunu polis şöbəsinə gətirmişlər. Bu barədə raport yazıb, şöbə rəsinə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis şöbəsinə vəkil dəvət edilmişdir. Xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək, axtarışda vəkilin iştirakından imtina etmişdir. Bundan sonra videoçəkiliş ilə Qulamın üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd siqaretin qara rəngli sellofan bükümlərini çıxarıb təqdim etmiş, həmin bükümlər açılmış və bükümlərin içərisində ağ rəngli kristalşəkilli maddə olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin başqa qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Aşkar edilmiş maddələr kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhür ilə möhürlənmiş, sonra isə iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğuna baxışda iştirak edən şəxslər tərəfindən imza olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin kiçik əməliyyat müvəkkili Şahid4 Adil oğlu Şahid3 ifadəsində qeyd etdiklərini təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadə ilə məşğul olması barədə 15 aprel 2022-ci il tarixdə işlədiyi şöbəyə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis şöbəsinin rəisinə raportla məruzə etmiş və rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına, istifadə, satılmasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar rəis tərəfindən təsdiq olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri özü, üzvü isə şöbənin Cinayət Axtarış üzrə kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün Şahid2 ilə birlikdə ünvan 1 ünvanın yaxınlığına gəlmişlər. Saat 15:00 radələrində həmin ünvanın qarşısında Təqsirləndirilən şəxs əlamətlərinə görə oxşadıb, sonuncuya yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəqisələrini göstərib özlərini təqdim etmiş və sonuncudan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib, sonuncunu Suraxanı RPİnin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir etiraz etmərək razılaşmışdır. Bundan sonra Qulamı polis şöbəsinə gətirmişlər. Bu barədə raport yazıb, şöbə rəsinə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis idarəsində vəkil dəvət edilmişdir. Xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək, axtarışda vəkilin iştirakından imtina etmişdir. Bundan sonra videoçəkiliş ilə Qulamın üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümləri çıxarıb təqdim etmiş, həmin bükümlər açılmış və içərisinə baxış keçirilmiş, sellofan bükümlərin içərisində qəhvəyi rəngli maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da bildirmişdir ki, həmin maddə narkotik vasitə “kakos”dur, narkotik vasitəni 14 aprel 2022-ci il tarixdə yaşadığı evdə qardaşı Xurşuddan şəxsi istifadəsi üçün 20 manata almış, bir qismini istifadə etmiş, qalan qismini isə üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin başqa qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Aşkar edilmiş maddələr kağız zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhür ilə möhürlənmiş, sonra isə iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğuna baxışda iştirak edən şəxslər tərəfindən imza olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin kiçik əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsində qeyd etdiklərini təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. İş materiallarından müəyyən olunur ki, 02 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qərardan müəyyən olunur ki, 04 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarından müəyyən olunur ki, 15 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qərardan müəyyən olunur ki, 17 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 aprel 2022-ci il tarixli 6/2157 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,662 qr., 0,595., ümumi təmiz çəkisi 1,257 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 fevral 2022-ci il tarixli 6/690 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 194” dairəvi möhür əksi “Şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş maddi sübut....” yazısı və imzalar olan zərfdə 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,409 qr, 0,310 qram olmaqla, ümumi çəkisi 0,719 qram ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X5 X6 Komissiyasının 09 aprel 2022-ci il tarixli 1716 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs sonuncu dəfə 30 may 2013-cü il tarixdə Xəzər rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2016-cı il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CPM-nin 513 və 520-ci maddələrinə əsasən cəzasının çəkilməmiş hissəsində vaxtından əvvəl şərti azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin və metamfetamin olan narkotik vasitənin və psixotrop maddənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hal olduğunu, cinayətlərin təkrar törədilməsini CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal olduğunu nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Belə ki, hazırkı işdə cəmiyyətin maraqları təqsirləndirilən şəxsin azadlıq hüququndan üstündür, yəni narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar onların təkrarən əldə edib saxlamasına və daşıdığına görə təqsirləndirilən şəxsin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur və cəmiyyət üçün təhlükləli olmaqda qalır. Belə olan halda təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə uyğundur. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, onun barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş, ekspertiza tədqiqatından sonra 1,157 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,619 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 169 (yüz altmış doqquz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutuldugu 02 gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutuldugu 02 gün müddəti azadlıqdan məhrum etmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 13 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-də saxlanılan 1,157 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,619 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 169 (yüz altmış doqquz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-397/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-397/2022
13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver